Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Obluçye
Obluçye (rus. Облу́чье, idiş אָבלוטשיע‎) — Rusiyanın Xabarovsk diyarında, Yəhudi Muxtar Vilayətində şəhər. Obluçye rayonunun mərkəzidir. Xilqan çayı (Amurun qolu) sahilindədir. Dəmiryol stansiyası və dəmiryol nəqliyyat müəssisələri var. == Əhalisi == == İstinadlar == == Əlavə ədəbiyyat == Законодательное Собрание Еврейской автономной области. Закон №982-ОЗ от 20 июля 2011 г. "Об административно-территориальном устройстве Еврейской автономной области". Вступил в силу через 10 дней после дня официального опубликования. Опубликован: "Биробиджанская звезда", №54, 29 июля 2011 г.
Əbilcə
Əbilcə — Azərbaycan Respublikasının Qubadlı rayonunun Ulaşlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 28 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kənd Qaraçayın sahilində yerləşir. Toponim Əbil şəxs adına -cə şəkilçisini əlavə etməklə yaranmışdır, "Əbilə məxsus yer" mənasındadır.
Oxlivə
Oxlivə (lat. Smyrnium) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi.
Online
Kompüter texnologiyası və telekommunikasiyada onlayn bağlantının vəziyyətini, oflayn isə bağlantının kəsilmiş olduğunu göstərir. Müasir terminologiyada bu adətən internet bağlantısını nəzərdə tutur, lakin daha böyük sistemə qoşulmuş hər hansı avadanlıq və ya funksional bölməyə də aid edilə bilər. Onlayn olmaq avadanlıq və ya alt sistem qoşulmuşdur və ya istifadəyə hazırdır deməkdir. "Onlayn" yerinə yetirilən fəaliyyətləri və internetdə mövcud olan məlumatları təsvir etmək üçün istifadə olunur, məsələn: "onlayn şəxsiyyət", "onlayn yırtıcı", "onlayn qumar", "onlayn oyun", "onlayn alış-veriş", "onlayn bankçılıq", və "onlayn öyrənmə". Oxşar məna "kiberfəza", "kibercinayət", "e-poçt", "e-ticarət" sözlərində olduğu kimi "kiber" və "e" prefiksləri ilə də verilir. Bunun əksinə olaraq, "oflayn" ya internetdən ayrılmış halda yerinə yetirilən fəaliyyətlərə, ya da internet fəaliyyəti alternativlərinə aid ola bilər. "Oflayn" termini bəzən "real həyatda" mənasını verən "IRL" abreviaturu ilə əvəz olunur. == Tarixi == XIX əsrdə onlayn (on-line) termini həm dəmiryolu, həm də teleqraf sənayesində geniş istifadə olunurdu. Dəmiryolları üçün siqnal qutusu teleqraf xətti (kabel) vasitəsilə xəttin (yolun) aşağısına yolun vəziyyəti, yəni xəttdə qatarın olub-olmaması barədə mesajlar göndərirdi. Teleqraf xətti işçiləri cərəyanı göndərməyə "xətt üzrə birbaşa" və ya "xətt üzrə batareya" deyirdilər.
Dengeki Online
Dengeki PlayStation (電撃 PlayStation) — Yaponiya videooyun publikasiyası. "ASCII Media Works" tərəfindən nəşr olunurdu. Əsasən "PlayStation" markası ilə bağlı məlumatları dərc edirdi. "Dengeki" ilk olaraq 1994-cü ildə jurnal kimi təsis edilmişdir. Buna baxmayaraq, 2020-ci ildə jurnalın buraxılışı dayandırmış və publikasiya "Dengeki Online" adı ilə rəqəmsal fəaliyyətə keçid etmişdir. == Tarixi == Jurnal ilk dəfə 1994-cü ilin dekabrında "Dengeki G's Magazine"in xüsusi buraxılışı kimi satışa çıxarılmışdır. Jurnalın nəşri 28 mart 2020-ci il tarixində buraxılan 686 nömrəsində dayandırılmışdır. Qərar "jurnallar kimi medianı əhatə edən, həmçinin videooyunlar haqqında məlumatların çatdırılmasında dəyişikliklər" səbəbindən qəbul edilmişdir. Publikasiya hələ də "Dengeki Online" veb-saytı vasitəsilə rəqəmsal olaraq fəaliyyətini davam etdirir.
Dəlinmişyaraq oxlivə
Dəlinmişyaraq oxlivə (lat. Smyrnium perfoliatum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin oxlivə cinsinə aid bitki növü. == Botaniki təsviri == Hündürlüyü 80 sm olan ikiillik çılpaq ot bitkisidir. Kökü yumurtaşəkilli və ya şarşəkilli qalınlaşmışdır. Gövdəsi düz, budaqlanmış, tinləri ensiz qanadlıdır. Kökətrafı yarpaqları saplaqlı, ikiqat və ya üçqat üçər-bölümlü yumurtavari; gövdə yarpaqları oturaq, yumurtavari, əsasında ürəkvari; yuxarı yarpaqları tamdır. Çətiri oturaq və ya saplaq üzərində, 6-10 ədəd şüalıdır. Ləçəkləri yaşılımtıl-sarı rənglidir. Sarğı və sarğıcıqları yoxdur. Meyvələri yumurtavari-şarvari, 3 mm uzunluqda, demək olar ki, qara, parlaq, qabırğalarının arası torvari qırışlıdır.
Feliçe Borel
Feliçe Plaşido Borel (ital. səslənmə: [feˈliːtʃe boˈrɛl]; 5 aprel 1914, Nitsa – 21 yanvar 1993, Turin) — İtaliyalı keçmiş futbolçu. Mövqeyi hücumçu olub. İtaliya millisi ilə 1934-cü il Dünya Çempionatının qalibi olub. Futbolçu Ernesto Borelin oğlu və Aldo Borelin kiçik qardaşıdır, buna görə tez-tez II Borel kimi qeyd olunur. "Yuventus" klubunun ən yaxşı bombardirlərindən biridir — 157 qol. == Karyerası == === Klub === 1932-ci ildə peşəkar futbolda debüt edib. İlk klubu İtaliya A Seriyasında 206 oyuda iştirak edərək doqquz mövsüm keçirdiyi "Yuventus" klubu olur. Bu müddət ərzində üç dəfə İtaliya çempionluğunu və İtaliya Kubokunu qazanır. 1941-ci ildə Yuvenin əsas rəqibi "Torino" klubuna keçir, lakin növbəti mövsüm doğma klubuna qayıdır.
Knight Online
Knight Online — MGame Corporation tərəfindən istehsal olunan MMORPG oyunudur.
Kəlicə (Soyuqbulaq)
Kəlicə (fars. كليجه‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 682 nəfər yaşayır (125 ailə).
Microsoft Office
Microsoft Office — tətbiqi proqram təminatının ofis paketi. Microsoft şirkəti tərəfindən Microsoft Windows və Apple Mac OS X əməliyyat sistemləri üçün yaradılmışdır. Bu proqram paketinə müxtəlif növ sənədlərlə işləmək üçün proqram təminatları daxildir: mətn prosessoru, elektron cədvəl, verilənlər bazası və s. Microsoft Office OLE obyektləri üçün serverdir. Visual Basic dilində yazılmış makrosları dəstəkləyir. == Office proqramları == Microsoft Office Word — mətn prosessoru. Müxtəlif sənədlərin hazırlanmasında və redaktəsində istifadə edilir. Microsoft Office Excel — cədvəl prosessoru. Microsoft Office Outlook — şəxsi kommunikator. Proqrama daxildir: təqvim, tapşırıqlar planı, elektron poçt, ünvanlar kitabçası.
Miloş Obiliç
Miloş Obiliç (serb. Милош Обилић, ?-29.6.1389) —Serbiya knyazı. == Həyatı == 28 iyun 1389-cu ildə Xaçlı ordusu ilə Osmanlı ordusu Skopyenin şimalında Kosovo düzənliyində böyük bir meydan müharibəsində girişdilər. I Kosovo döyüşü olaraq adlandırılan bu müharibədə Osmanlı ordusu ilə Xristian Serb, Bosniya, Əflak (Valaxiya), Macar və Xorvat birləşmiş ordusu səkkiz saat davam edən bir vuruşmağa başladılar. Xristian ordusu sonunda böyük bir təxribata uğradı. Müharibə bitdikdən sonra və ya müharibə zamanı Sultan I Murad, Serb Miloš Obilić tərəfindən xəncərlənərək şəhid edildi. Beləcə I Murat hərb zamanı öldürülən tək Osmanlı sultanı oldu. Bir ölüm-dirim mübarizəsi halına girmiş olan vuruşma və hökmdara sui-qəsd hadisəsi Türk / Osmanlı və xarici qaynaqlarda çox fərqli şəkillərdə izah edilər: Bir çox Türkcə qaynaqda I Murad ənənəvi olaraq döyüş sahəsinin gəzərkən Serb despotu Lazar Xrebelyanoviçin kürəkəni olan yaralı Milosun xəncərinə hədəf olmuş; otağına aparılmış; amma qurtarıla bilməmiş ölmüşdür. Feridun bəy "Münşəat" adlı əsərində Miloşun müsəlman olmaq istədiyi səbəbiylə I Murada yaxınlaşıb yanında saxladığı xəncərlə onu ürəyindən vurduğunu bildirir. Dmitri Kantemir isə tarixində I Muradın Kosovo döyüş meydanını gəzərkən yerdəki ölülərin çoxunun tüksüz cavanlar olmasının səbəbini soruşduğunu; vəzirin özünə Padşahım, onsuz da zəfər bundan ötəri bizim olmuşdur dediyini; I Muradın isə bu hərb meydanında öldürüldüyü haqqında əvvəlki gecə gördüyü bir yuxunu izah etməyə başladığını; bu sırada ətrafda yaralı olan bir Xristian əsgərin bu danışanlar kəslərin padşah və vəziri olduğunu anlayıb onlara hücum edib I Muradın qarınına xəncərini sapladığını nəql edir.
Obiliç icması
Obiliç (serb. Обилић) — Kosovoda icma, Priştina rayonuna daxildir. Sahəsi 105 km²-dır. İcmanın inzibati mərkəzi Obiliç şəhəridir. Obiliç icması 18 yaşayış məntəqəsindən ibarətdir, yaşayış məntəqəsinin orta sahəsi 5,8 km²-dır.
Qırmızıdöş zəlicə
Qırmızıdöş zəlicə (lat. Oulema melanopus) — Yarpaqyeyən böcəklər fəsiləsinə (lat. Chrysomelidae) mənsub olub, dənli bitkilərin əsas zərərvericilərindən biridir. İlk dəfə 1758-ci ildə Karl Linney tərəfindən təsvir olunub. == Biologiyası == Oliqofaq növdür. Demək olar ki, bütün yabanı və mədəni dənli bitkilərlə qidalanır. Lakin buğda, arpa, çovdar və yulafa daha çox ziyan vurur. İldə bir nəsil verir. Qışı keçirmiş yetkin dişi fərdlər yumurtalarını qrup şəklində və ya tək-tək yarpağa qoyurlar. Yumurtalar silindr və ya şarşəkilli olub, parlaq sarı rəngdən başlayaraq tədricən tündləşir.
Transitions Online
Transitions Online və ya qısaca Transitions (TOL) — Çexiyada yerləşən qeyri-kommersiya təşkilatı olub keçmiş Sovetlər Birliyinin, Şərqi, Mərkəzi və Cənub-şərqi Avropanın, Baltikyanı, Qafqaz və Orta Asiyanın post-kommunist ölkələrində medianın müstəqilliyini, professionallığını və təsirini artırmaq üçün yaradılıb. Təşkilat bunu jurnalistika, media təlim proqramları və 1999-cu ildən internetdə yayımlanan Transitions Online jurnalı vasitəsilə həyata keçirir. Bu təşkilat dünyanın müxtəlif ölkələrində keçirilmiş Sosial Yeniliklər Düşərgəsi adlı tədbirlərin təşkilatçısıdır.
Hetq Online
Hetq (erm. Հետք; azərb. İz‎) — Araşdırmaçı Jurnalistlər qeyri-hökumət təşkilatının İrəvanda nəşr etdiyi onlayn qəzet. İlk dəfə 2001-ci ildə erməni dilində, 2002-ci ildən isə ingilis dilində də nəşr olunur. Ermənistanın Araşdırmaçı Jurnalistləri QHT 29 iyul 2000-ci ildə təsis edilmiş qeyri-hökumət təşkilatıdır və əsas məqsədi Ermənistanda araşdırmaçı jurnalistikanın inkişafına kömək etmək, söz azadlığı və demokratik prinsipləri gücləndirmək və inkişaf etdirməkdir. == Tarixi == 2001-ci ildən təşkilat müxtəlif layihələr çərçivəsində ətraf mühit, sosial, təhsil, mədəniyyət, məhkəmə, enerji, bank sistemi və digər mövzularda araşdırma filmləri və məqalələr hazırlayıb. Bu araşdırmalar nəticəində dövlət və yerli hökumətlər tərəfindən müxtəlif sui-istifadə halları, habelə insan hüquqlarının pozulması aşkar edilib. 2001-ci ildən təşkilat Hetq Online internet qəzetini nəşr etdirir. Hetq Online-ın ingilis dilində versiyası 2002-ci ilin sentyabr ayından nəşr olunur. Hetq Online-ın araşdırma məqalələri Ermənistanın aparıcı gündəlik qəzetləri tərəfindən yenidən dərc olunur.
Caucasus Online
Caucasus Online — Gürcüstanın ən böyük internet provayderlərindən biri. Gürcüstanın internet rabitə bazarının böyük hissəsinə nəzarət edir. Caucasus Online 2006-cı ildə Gürcüstanın bir neçə iri provayderinin: Caucasus Network, Georgia Online və SaNet-in birləşməsi nəticəsində yaranıb. 2008-ci ildən Gürcüstanda simsiz və fiber-optik internetin əsas provayderi Telenet Caucasus Online ilə birləşdi. 2008-ci ildən Caucasus Online Tyco Electronics (bu gün TE Subcom kimi tanınır) tərəfindən inşa edilmiş 1200 km uzunluğunda sualtı fiber-optik kabelin yeganə sahibidir və bu kabel vasitəsilə Avropadan Cənubi Qafqaza və Xəzər regionuna internet trafikini tranzit edir. FOC Avropadan Qafqaz regionuna və Yaxın Şərqə birbaşa, yüksək keyfiyyətli fiber-optik internet bağlantısı təmin etmək üçün Qara dənizin dibində çəkilib. Layihə 2008-ci ildə Tyco Electronics ilə əməkdaşlıqda Caucasus Online tərəfindən hazırlanıb. 2016-cı ilin sentyabrında Caucasus Online öz pərakəndə biznesini MagtiCom-a satdı və hazırda Caucasus Online regionda əsas topdansatış operatorudur. 2019-cu ildə Azərbaycan şirkəti NEQSOL Holding Caucasus Online-ın 49%-ni 61 milyon dollara satın alıb. 24 mart 2021-ci ildə isə şirkətin 100%-ni satın alıb.
GTA Online
Grand Theft Auto Online və ya qısaca GTA Online — Rockstar North tərəfindən hazırlanmış və Rockstar Games tərəfindən yayımlanmış onlayn çoxoyunçulu (çoxnəfərli; multipleyer) döyüş-macəra oyunu. PlayStation 3 və Xbox 360 üçün 1 oktyabr 2013-cü ildə, PlayStation 4 və Xbox One üçün 18 noyabr 2014-cü ildə, Windows üçün 14 aprel 2015-ci ildə, PlayStation 5 və Xbox Series X/S üçün isə 15 mart 2022-ci ildə yayımlanıb. Oyun Grand Theft Auto V-in onlayn komponentidir. Xəyali San-Andreas əyalətində (Cənubi Kaliforniya əsasında) gerçəkləşən Grand Theft Auto Online 30-a qədər oyunçunun iştirak edə bildiyi bir oyundur. Bu istifadəçilərə açıq dünya mühitini araşdırmaq və kooperativ və ya rəqabətli oyun qarşılaşmalarında iştirak etmək imkanı verir. Açıq dünya dizaynı oyunçulara açıq kənd ərazisi və uydurma Los Santos şəhəri (Los-Anceles əsasında) daxil olan San Andreasda sərbəst gəzməyə imkan verir. Oyunçular getdikcə çətinləşən missiyaları başa vurduqca yavaş-yavaş bir imperiya quraraq güclü cinayətkar olmaq üçün səyahətlərində fərdiləşdirilə bilən səssiz qəhrəmana nəzarət edirlər. Tək oyunçu kampaniyasından həm aylar əvvəl, həm də illər sonra baş tutan "Grand Theft Auto Online" bir çox oyunçunun hekayəni inkişaf etdirmək üçün missiyaları tamamladığı kooperativ (birgə) missiyalardan ibarətdir. Oyunda həmçinin daha təkmil "Soyğunlar" da daxil olmaqla çoxsaylı yan tapşırıqlar, fəaliyyətlər və oyunçuların satın ala və gəlir əldə edə biləcəyi müxtəlif bizneslər var. Tək oyunçu rejimi ilə birlikdə hazırlanmış "GTA Online" daim inkişaf edən bir dünyada oynamaq üçün ayrıca bir təcrübə kimi hazırlanmışdır.
Alice Faye
Alice Faye (5 may 1915[…], Nyu-York, Nyu-York ştatı – 9 may 1998[…], Ranço-Miraj[d], Kaliforniya) Amerikalı məşhur müğənni və aktrisadır. İlk filmləri 20th Century Fox şirkəti tərəfindən hazırlanmış, daha sonra digər film istehsalçısı olan şirkətlərinin filmlərində görünmüşdür. 1943-cü ildə ifa etdiyi "You'll Never Know" ("Heç vaxt bilməyəcəksiniz") mahnısı ona Akademiya mükafatı gətirdi. Dövrün uşaq aktyoru Şirli Templ ilə baş rolda oynadığı 1936-cı il istehsalı olan "Poor Little Rich Girl" ("Yoxsul Kiçik Zəngin Qız") filmi ilə məşhurluq qazanmış Alice Faye 5 may 1915-ci ildə New York şəhərində anadan olub və 9 may 1998-ci ildə Kaliforniyada 83 yaşında mədə xərçəngindən vəfat etmişdir.
Alice Munro
Elis Enn Manro (eləcə də Munro, ing. Alice Ann Munro; 10 iyul 1931[…]) — Kanada yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı (2013) və Buker mükafatı (2009) laureatı. == Həyatı == Elis Manro 1931-ci ildə fermer Erik Leydlou və məktəb müəlliməsi Enn Klark Leydlounun ailəsində anadan olub. O yeniyetmə yaşlarında yazıçılığa başlamış və özünün ilk hekayəsi olan "Kölgənin ölçüləri"ni 1950-ci ildə Qərbi Ontario universitetində ingilis dili və jurnalistika oxuyarkən nəşr etdirmişdir. Həmin dövrdə Elis ofisiant, tütünyığan və kitabxanaçı işləyirdi. 1951-ci ildə o, universitetdən ayrıldı və Ceyms Manro ilə evlənərək Vankuverə köçdü. Bu evlilikdən onun 3 qızı — Şeyla, Cenni və Andrea dünyaya gəlmişdir (1953, 1957, 1966). 1963-cü ildə cütlük Viktoriya şəhərinə köçdü və burada indiyədək fəaliyyət göstərən "Munro's Books" kitab mağazasını açdı. 1972-ci ildə Elis və Ceyms boşandılar. Elis Qərbi Ontario universitetində yazıçılıq fəaliyyəti ilə məşğul olmaq üçün Ontarioya qayıtdı.
Azersu Office Tower
Azersu Office Tower — Bakı şəhərində yüksək səviyyəli bina. Bina Azərbaycanın su ehtiyatlarının milli operatorunun qərargahını yerləşdirmək üçün nəzərdə tutulmuşdur. == Tarixi == "Azərsu" ASC-nin hazırda fəaliyyət göstərdiyi ofis binası 20 Yanvar metrostansiyası yaxınlığında, Moskva prospektində yerləşir. Bu sahə isə tıxaclar ilə ağırlaşır. Bundan əlavə, şirkət əlavə ofisə ehtiyac duyur. Bu şərtlərə görə, Bakı şəhərinin futuristik yüksəkbucaqlı binalarının reallaşdırılması və paytaxtın biznes mərkəzi olmağının əsas yeri olan Heydər Əliyev prospektinin boş ərazilərində daha geniş yeni bina tikilməsi qərara alınıb. Bu prospekt əsasən mürəkkəb bir çoxmərtəbəli arxitektura ilə qurulduğu üçün, binanın qalan hissəsi ilə uğurla birləşə biləcək binanın dizaynını seçmək vacibdir. "Azərsu" ASC yeni ofis binasının dizaynını seçmək üçün memarlıq şirkətləri arasında tender keçirilmişdir. 9 avqust 2012-ci il tarixində Koreyanın Heerim Architects şirkəti tenderdə qalib gəldi ki, bu da yaxınlıqdakı bir göydələn ilə təmasda olan bir damla su şəklində bir bina layihəsi təklif etdi. 2013-cü il 15 martda bir başqa Koreya şirkəti, Halla E & C, proqramçı olaraq seçilmişdir.
Home Box Office
Home Box Office (abr. HBO; tələffüzü: eyç-bi-ou) — ABŞ kabel və peyk teleşəbəkəsi. Teleşəbəkənin sahibi «AT&T» şirkətinin bir mülkü olan «WarnerMedia» şirkətinin bir mülkü olan «Home Box Office, Inc.» şirkətidir. Teleşəbəkədə yayımlanan verilişlər əsasən bədii kinofilmlər, orijinal teleseriallar, eləcə də sənədli filmlər, komediya şouları və konsertlərdən ibarətdir. «HBO» ABŞ-dəki ən köhnə və uzun müddət fəaliyət göstərən kabel xidmətidir. Teleşəbəkə 8 noyabr 1972-ci ildə təsis edilmişdir. 2015-ci ildə «HBO» teleşəbəkəsinin qazancı 1.880.000.000 ABŞ dolları idi. Növbəti il 2016-cı ildə bu miqdar 1.930.000.000 ABŞ dolları olmuşdur. Həmin il «HBO» teleşəbəkəsinin dünyada 130.000.000 abunəçisi var idi. Teleşəbəkə «HBO Comedy», «HBO Latino», «HBO Signature» və «HBO Family» daxil olmaqla yeddi 24 saatlıq multipleks kanalı nümayiş etdirir.
Microsoft Office 2021
Microsoft Office 2021 — Microsoft Office 2019-dan sonra istifadəyə verilən Microsoftun ofis paketinin versiyasıdır. Məhsul Windows 11 ilə birlikdə 5 oktyabr 2021 -ci ildə istifadəyə verildi. İlk öncə bu versiyanı Microsoft Office 2022 adı ilə buraxılması planlaşdırılırdı. LTSC versiyası üçün uzunmüddətli texniki dəstək 7 ildən 5 ilə qədər endirilərək , Windows 10 LTSC ilə bərabərləşdirildi. == İnkişaf == 2020-ci ilin sentyabr ayında Exchange komandasının bloqunda Microsoft Office-in abunə olmayan yeni versiyasının 2021-ci ilin ikinci yarısında Windows və Mac üçün buraxılacağı elan edildi . Microsoft Office rəsmi olaraq 2021-ci ilin fevralında elan edildi. Business Preview 2021-ci ilin aprelində əlçatan oldu. . == Yeniliklər == Yeni Office proqramları indiyə qədər Microsoft 365 üçün hazırlanmış və artıq orada işləyən bəzi funksiyalara sahibdir. Excel cədvəllər arasında məlumatları müqayisə etmək üçün dinamik massivləri və XLOOKUP funksiyasını dəstəkləyir .
Microsoft Office Outlook
Microsoft Office Outlook - Microsoft Office paketinə daxil olan şəxsi kommunikator proqramıdır. Proqramlarda aşağıdakılar istifadə edilir: təqvim tapşırıqlar planı elektron poçt ünvanlar kitabçası. Bu proqramla elektron ərizə yollamaq mümkündür. Proqramı Outlook Express ilə qarışdırmaq lazım deyil. Outlook Express Elektron poçtun müştəriçisidir. 1998-2003-cü illərdə böyük tirajla satılmışdır.
Sword Art Online
Sword Art Online (ソードアート・オンライン, Sōdo Āto Onrain, azərb. Onlayn Qılınc Sənəti‎) və ya qısaca SAO — 2009-cu ildən abec-in rəssamlıği ilə Reki Kavahara tərəfindən yazılan ranobe seriyası. Ranobe seriyası yaxın gələcəkdəki müxtəlif virtual dünyalarda oynayan Kazuto "Kirito" Kiriqaya və Asuna Yuukinin macəralarından bəhs edir. Ranobe seriyası 10 aprel 2009-cu ildən ASCII Media Works nəşriyyatı tərəfindən Dengeki Bunko imprinti ilə nəşr olunur. 2012-ci ilin oktyabrında isə spin-offu istehsal olunmuşdur. Ranobe seriyasında ASCII Media Works və Kadokawa nəşriyyatları tərəfindən çap olunan 9 manqa adaptasiyası peyda olmuşdur. Ranobe seriyası və manqa adaptasiyaları Yen Press tərəfindən Şimali Amerika regionu üçün lisenziyalaşdırılmışdır. A-1 Pictures studiyası tərəfindən istehsal olunmuş eyniadlı anime serialı adaptasiyası Yaponiyada 2012-ci ilin iyulundan dekabrına kimi yayımlanmışdır. "Extra Edition" seriyası 31 dekabr 2013-cü ildə, anime serialının ikinci mövsümü olan "Sword Art Online II" isə 2014-cü ilin iyulundan dekabrına kimi Yaponiyada nümayiş etdirilmişdir. Reki Kavaharanın orijinal hekayəsinə əsaslanan"Sword Art Online: Ordinal Scale" anime filmi 18 fevral 2017-ci ildə Yaponiyada ekranlaşdırılmışdır.
World Flora Online
Dünya Florası Onlayn (ing. World Flora Online) — dünyanın bitki növlərindən ibarət İnternet-toplu. == İstinadlar == == Mənbə == Miller, Chuck; Ulate, William. "World Flora Online Project: An online flora of all known plants". Proceedings of Taxonomic Databases Working Group (TDWG). 1. 23 August 2017: e20529. doi:10.3897/tdwgproceedings.1.20529. "World Flora Online: An international initiative of the Global Partnership for Plant Conservation". The World Flora Online Consortium.