Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Oben
Oben (Averon)
Sezer Özmen
Sezer Özmen (7 iyul 1992, Bakırköy, İstanbul ili və ya İstanbul) — sol müdafiəçi və libero kimi çıxış edən türk futbolçu. O, 2-ci Liqa komandalarından olan “Turqutluspor”da çıxış edir. == Peşəkar karyera == Futbolçu karyerasına 2005-ci ildə "Bakırköyspor"da başlayıb.
Altan Öymən
Məhməd Altan Öymən (20 iyun 1932, İstanbul) — Türkiyə jurnalisti, yazıçısı və siyasətçisi. == Həyatı == Öymən 20 iyun 1932-ci ildə anadan olmuşdur. Orta təhsilini Ankaradakı Atatürk Liseyində başa vurmuşdur. Ankara Universitetinin Politologiya fakültəsini bitirmişdir. Jurnalistlik fəaliyyətinə artıq 1950-ci ildə 18 yaşında başlamış və uzun müddət "Ulus", "Axşam", "Cümhuriyyət" və "Milliyyət" kimi böyük qəzetlərdə müxbir, köşə yazarı və baş redaktor vəzifələrində çalışmışdır. 1960-cı illərdə Altan Öymen Almaniya Federativ Respublikasının Bonn şəhərində mətbuat attaşesi vəzifəsində çalışmışdır. Öymən partiya rəhbərliyi dövründə yarımçıq qoyduğu jurnalistlik karyerasına yenidən başlamış və "Radikal" qəzetindəki köşə yazısında siyasi mövzularda məqalələr yazmışdır.1980–1990-cı illərdə jurnalistikasına görə bir neçə dəfə mükafatlandırılmışdır. == Əsərləri == Mobilya Dosyası (The Furniture File), um:ag Press (1997), with Uğur Mumcu, 300p., ISBN 975-8084-28-3 Bir Dönem Bir Çocuk (One Era One Child), Doğan Press (2002), 606 p., ISBN 975-293-040-9 Değişim Yılları (The Transition Times), Doğan Press (2004), 670 p., ISBN 975-293-255-X Öfkeli Yıllar (The Angry Years), Doğan Press (2009) 608 pg., ISBN 978-605-111-401-9 ...
Oben (Averon)
Oben (fr. Aubin, oks. Aubinh) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Oben kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12013. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 125 km şimal-şərqdə, Rodezdən isə 33 km şimal-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 4215 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 2391 əmək qabiliyyətli insan (15-64 yaş arasında) arasında 1568 nəfər iqtisadi fəal, 823 nəfər hərəkətsiz (fəaliyyət göstərici 65.6%, 1999-cu ildə 63.6%) olmuşdur.
Oben (kanton)
Oben (fr. Aubin) — Fransada kanton , region — Cənub-Pireneylər, departament — Averon. Vilfranş-de-Ruerq dairəsinə daxildir. Kantonun INSEE kodu — 1201. Oben kantonuna cəmi 4 kommuna daxildir, onlardan ən əsası Oben kommunasıdır. == Kantonun kommunları == == Əhali == 2006-cı ildə əhalinin sayı 9 957 nəfər təşkil edirdi.
Sent-Oben-le-Monyal
Sent-Oben-le-Monyal (fr. Saint-Aubin-le-Monial) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Burbon-l'Arşambo kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03218. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 289 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 194 yaşda (15-64 yaş arasında) 139 nəfər iqtisadi fəal, 55 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 71.6%, 1999-cu ildə 64.6%). Fəal olan 139 nəfərdən 135 nəfər (76 kişi və 59 qadın), 4 nəfər işsiz (1 kişi və 3 qadın) idi. 55 hərəkətsiz 10 nəfər arasında şagird və ya tələbə, 26 nəfər təqaüdçü, 19 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Bofen
Bofen (fr. Beaufin) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38031. Kommunanın 1999-cı il üçün əhalisi 27 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 744 ilə 2080 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 530 km cənub-şərqdə, Liondan 140 km cənubda, Qrenobldan 50 km cənub-şərqdə yerləşir.
Dolmen
Dolmen(bret. taol maen — daş masa) — meqalit kateqoriyalı qədim dəfn və kult tikilisi. == Ümumi məlumat == Dolmenlər daşların şaquli vəiyyədə yerə basdırılması nəticəsində yaranmış.hər tərəfi bağlı düzbucaq qəbirlərdir. Onların üstü sal daşla örtülür.Dolmenləin qurulmasında 10 ton ağırlığı olan nəhəng daşlardan istifadə edilmişdir.Bu qəbirlər tək,ikimərtəbəli və koridorla birləşən qəbirlər sırası şəklində olur.Belə abidələrə Avopa, İran, Hindistan,Yaponiya, Koreya, Krım, Qara dəniz sahilləri və Azərbaycanda rast gəlmək olur. == Azərbaycanda dolmenlər == Fransız alim Jak de Morqan Lənkəran rayonunun Körükdi kəndi yaxınlığında ikimərtəbəli dolmenlər aşkarlamış və ilk dəfə onların tarixi və dini mahiyyəti barədə məlumat vermişdir. Xocalıda da dolmenlər üzə çıxarılmışdır. Dolmenlərin yaradılması üçün əsas olmuş axirət dünyası ideyası və ruhun ölməzliyinə inam ənənəvi olaraq zamanəmizə qədər gəlib çıxmışdır. Buna misal olaraq Şamaxıdakı “Dədəgünəş” pirini ziyarət edənlərin balaca daşlardan evlər tikməsini göstərmək olar. Guya bu evlər xəstələrin öləndən sonra axirət dünyasında yaşamasına xidmət edəcəkmiş.
Domen
Domen — veb saytınızın internetdəki adı və ünvanıdır. Bu ünvan olmadan internet istifadəçiləri veb saytınıza girə bilməzlər. 1985-ci ildə ilk funksional domenlər yaradılmışdır. Funksional domenlər İnternet resursunun fəaliyyətindən asılı olaraq müəyyən edilir. 15 mart 1985-ci ildə dünyada qeydiyyatdan keçmiş ilk domen – “Symbolics.com” İnternetdə istifadəyə verilmişdir. Bu domen kompüter sənayesinin pioneri, “Open Genera Lisp” və “Macsyma” kompüterlərinin istehsalçısı olan “Symbolics” şirkətinə məxsus idi. Domen ip ünvanı adlanan kompüterlərin birbirini tanıması üçün istifadə olunan nömrələmə sisteminin bəsitləşidirilmiş və kəlimələr ilə ifadə edilən formasıdır. Məsələn az.wikipedia.org yazdığınızda internet öncə bunu ip ünvanına çevirir sonra isə sizi bu ip ünvanına yönləndirir. Veb saytınızı ziyarət etmək istəyənlərin ip ünvanınızı bilmələri çətin olacağı üçün domen alaraq saytınzı daha asan yadda qalan bir hala gətirməlisiniz. 91.198.174.192 ip ünvanı az.wikipedia.org saytına aiddir.
Femen
FEMEN (Ukraynca: Фемен) 2008-ci ildə Anna Hutsol tərəfindən təsis edilib. Anna Hutsol qrupu təsis etdikdən sonra, Femen təşkilatını yaratmasının səbəbini onların ölkələrində fəal qadınların olmaması və kişi yönümlü Ukrayna cəmiyyətinə olan reaksiyası ilə izah edir. Qrupun beynəlxalq nikah agentlikləri, gender ayrı-seçkiliyi və digər beynəlxalq və milli sosial problemlərlə bağlı keçirmiş olduğu etiraz aksiyaları mövcuddur. Qrup dünyada xüsusilə seks turizminə qarşı həyata keçirmiş olduğu yarıçılpaq nümayişləri ilə tanınır. Qrupun məqsədi Ukraynada yaşayan qadınların mədəni və mənəvi dəyərlərini, eləcə də onların liderliyini inkişaf etdirməkdir. Bununla da Ukrayna dünya miqyasında həm imicini yaxşılaşdırmış, həm də öz şəhərinin qadınlarına yeni və daha yaxşı imkanlar vermişdir. 8 Mart Beynəlxalq Qadınlar Günündə İstanbula etiraz aksiyası keçirməyə gələn FEMEN üzvləri keçirmiş olduqları etiraz aksiyasından sonra saxlanılaraq deportasiya edilmişdirlər.
Fumən
Fumən — İranln Gilan ostanında yerləşən şəhər, Fumən şəhristanının mərkəzi. == Əhali == Əhalisi 27,763, nəfər 7,728 ailədir.
Noumen
Noumen və yaxud özündə şey (yun. νoούμενον) — orta əsr və yeni dövr fəlsəfəsində geniş yayılmış termin. Təcrübədən irəli gələn və hisslərlə dərk edilən fenomenin əksinə olaraq ağılda dərk edilməli bildirir. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Kant, Immanuel. Critique of Pure Reason (The Cambridge Edition of the Works of Immanuel Kant). Cambridge University Press. 1999. ISBN 978-0521657297. == Xarici keçidlər == The surd of metaphysics; an inquiry into the question: Are there things-in-themselves?
Obonn
Obonn (fr. Eaubonne) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — Obonn. Əhalisi — 23.640 nəfər (2006). Bələdiyyə Paris şəhərinin təxminən 17 km şimalda, Serji belediyyənin 17 km şərqdə yerləşir.
Odman
Odman - türk və altay xalq mədəniyyətində kiçik oğul mənasını verir. Otman, Otoman və ya Utman olaraq da deyilir. Ocağın, ev atəşinin davamlılığını təmin edən, evdə qalan uşaq. Nağıllardakı daim müvəffəqiyyətli olan kiçik oğul fiqurudur. Türk mədəniyyətində böyük qardaşlar özlərinə yeni ev açar lakin ən kiçik oğul evdə qalar. Beləcə ocaq atəşinin davamını təmin edər. Osmanlı İmperatorluğunun kurcusu Osman Bəyin gerçək adının Otman olduğunu irəli sürən tarixçilər vardır. Bu adın İslamiyyəti qəbul edən türklərdə səs bənzəməsi ilə Osmana çevrildiyi deyilməkdədir. Hətta məcaz olaraq Səlcuqlu Dövlətinin varisi olduğu və digər bəyliklər içində olduqca kiçik olduğu halda Anadoludakı türk dövlətinin ocağını davam etdirdiyi üçün bu adla uyğun içində olduğu da düşünülə bilər. Həqiqətən də bu ad Avropa qaynaqlarında Ottoman olaraq iştirak edər.
Onman
Onman (çuk. Онмыня) — Çukot dənizinin Kolyoçinskoye buxtası sahilində, Vankarem kəndindən 30 km aralıda yerləşir. İnzibati cəhətdən Çukot Muxtar Dairəsinin İultinski rayonu ərazisinə daxildir. 83 metr hündürlüyə malikdir. Çukot dilində işlənən Onmın sözü «dərin, dənizin daxilinə doğru uzanmış» mənasını verir. Onman burnu ilk dəfə xəritəyə Böyük Şimal ekspediyası zamanı salınmışdır. Burnun dəqiq yerləşmə koordinatı 1910-cu ildə təstiqlənmişdir. 1934-cü ildə Çelyuskin buzqıranına yardım məqsədi ilə «Fleyster» təyyarəsi, təyyarəçisi olan Siqizmund Aleksandroviç Levanovski ilə birlikdə qəzaya uğramışdır. Burnun sahilində bir çox quş növləri yuva qurur. Burnun sahilində naviqasiya işıqlı işarəsi quraşdırılmışdır.
Onsen
Onsen (yap.温泉), Yapon dilində isti bulaq deməkdir. Ancaq bu terminə ümumiyyətlə isti bulaq və ətrafındakı müəssisələri də aid etmək olar. Onsen Yapon ənənələrinə görə formalaşmış bir növ kurortdur. Vulkanik ölkə olduğundan onsenlər ölkənin bir çox yerində var. Onsenlər qədim vaxtlardan ictimai hamam kimi istifadə olunur. Hal-hazırda isə Yaponiya daxili (yerli) turizminin vacib bir hissəsidir. Buralarda yapon geyşaları çalışır. Onsenlerin bir çox növü var. Açıq və ya bağlı, bələdiyyə tərəfindən ya da xüsusi olaraq bir otelin hissəsi və ya pansion olaraq idarə edilən və sair. Sıxlıqla çöl sahələrdə etmələrinə baxmayaraq, böyük şəhərlərdə olanları da vardır.
Çimən
Çimən (Füzuli) — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Çimənkənd — İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd. Çimən (rəsm) — Fransız boyakarı Pol Sezannın məşhur rəsmlərindən biri.
Öksən
Öskən (əvvəlki adı: Oskən) — Azərbaycan Respublikasının Tovuz rayonunun Qəribli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Qəribli kənd inzibati ərazi dairəsi tərkibindəki Oskən kəndi Öskən kəndi adlandırılmışdır. == Toponimikası == Yerli əhalinin məlumatına görə, oykonim "geniş yer" mənasındadır. Tədqiqatçılar isə kəndin adını türk dillərindəki öski sözü ilə bağlayaraq "yüksəklikdə yerləşən kənd" mənasında izah edirlər. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Zəyəmçayın sahilində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Öpsən
Öpsən (mahnı) — Aygün Kazımovanın mahnısı
Əbyən
Əbyən (ərəb. أبين‎) — Yəməndə şəhər.
Əcmən
Əcmən (ərəb. عجمان‎) — Birləşmiş Ərəb Əmirliklərində şəhər, Əcmən əmirliyinin inzibati mərkəzi. == Mənbə == Аджман Arxivləşdirilib 2007-09-27 at the Wayback Machine — BƏƏ kurortları == Ədəbiyyat == Густерин П.В. Города Арабского Востока, М., Восток—Запад, 2007, 352 с.
Mərgən-i Vəsət
Mərgan-i Vəsat (fars. مرگن وسط‎) – İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Armen Abaqyan
Armen Artavazdoviç Abaqyan (rus. Арме́н Артаваздович Абагя́н; 1 yanvar 1933, Stepanakert – 18 noyabr 2005, Moskva) — nüvə enerjisi sahəsində SSRİ və Rusiya alimi. O, texnika elmləri doktoru (1977), professor (1985), Rusiya Elmlər Akademiyasının müxbir üzvü (1997), Rusiya Federasiyasının əməkdar energetiki (1994) olmuşdur. Abaqyan radiasiyadan qorunma fizikası üzrə elmi məktəbin yaradıcılarından biri kimi tanınır. == Həyatı == Armen Abaqyan 1 yanvar 1933-cü ildə Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin Xankəndi şəhərində anadan olmuşdur. Atası Artavazd Sergeyeviç Abaqyan Kənd Təsərrüfatı Nazirliyində işləmiş, anası Roza Levonovna ginekoloq olmuşdur. 1950-ci ildə Armen Abaqyan məktəbi qızıl medalla bitirərək Moskva Mühəndis Fizika İnstitutuna (MMFİ) daxil olmuşdur. 1956-cı ildə MMFİ-ni fərqlənmə diplomu ilə bitirdikdən sonra əmək fəaliyyətinə Obninsk şəhərindəki Fizika və Energetika İnstitutunda başlamış, burada iyirmi il ərzində baş laborantdan elmi şöbə müdiri vəzifəsinə qədər yüksəlmişdir. O, radiasiyadan mühafizə problemləri və xüsusi təyinatlı atom elektrik stansiyalarının yaradılması ilə məşğul olmuşdur. 1976-cı ilin yanvarında Armen Abaqyan SSRİ Energetika Nazirliyinin "Enegiya" QHT-sinin baş direktorunun müavini təyin edilmişdir və o, 1984-cü ildən Atom Elektrik Stansiyalarının İstismarı üzrə Ümumittifaq Elmi-Tədqiqat İnstitutuna (AESİÜETİ) rəhbərlik etmişdir.
Armen Atayan
Armen Arşaki Atayan (rus. Արմեն Արշակի Աթայան; 21 may 1922, İrəvan – 8 aprel 2021) — Ermənistan-sovet və Ukrayna incəsənət xadimi, rəssamı. SSRİ Rəssamlar İttifaqının üzvü olmuşdur. Rəssam Tatyana Yablonskayanın ikinci əri və rəssam Qayane Atayanın atasıdır. == Həyatı == Armen Arşaki Atayan 1922-ci ildə Ermənistan SSR-in paytaxtı İrəvan şəhərində, Arşak Atayanın ailəsində anadan olmuşdur. O, İrəvan Pionerlər Sarayının orkestrində oxumuş, fortepiano, mandolin, bariton truba və trombon kimi bir neçə alətdə ifa etmişdir. 1937-ci ildə atası həbs olunanda Atayan ailəyə kömək etmək üçün müxtəlif estrada qruplarında çıxış etmişdir. O, 1941-ci ildə İrəvan Rəssamlıq Texnikumunu bitirmişdir. O, İkinci Dünya müharibəsi illərində könüllü olaraq cəbhəyə getmiş və tank bölməsinin orkestrində, sonra Zaqafqaziya cəbhəsinin orkestrində xidmət etmişdir. Atayan orduda xidmət etdikdən sonra İrəvan Rəssamlıq və Teatr İnstitutuna daxil olmuşdur.
Armen Ayriyev
Armen Tevanoviç Ayriyev (rus. Арме́н Тева́нович Айри́ев; həmçinin Ayriyan; 7 (20) sentyabr 1910, Tuğ, Şuşa qəzası – 13 fevral 1966, Daşkənd) — erməni əsilli SSRİ hərbçisi, Sovet İttifaqı Qəhrəmanı, mayor. == Həyatı == Armen Tevanoviç Ayriyev Rusiya imperiyasının Yelizavetpol quberniyasında, indiki Azərbaycanın Xocavənd rayonu ərazisində yerləşən Tuğ kəndində anadan olmuşdur. 1931-ci ildən Sovet Ordusunda xidmət etmişdir. 1932-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvüdür. Təyyarəçilər məktəbini bitirmişdir. İkinci Dünya müharibəsində Cənub-Qərb, Bryansk, Stalinqrad, Cənub, 4-cü Ukrayna, 1-ci , 2-ci və 3-cü Pribaltika, Leninqrad cəbhələrində eskadrilya komandiir, 1944–1945-ci illərdə hərbi hava qüvvələri üzrə polk komandirinin müavini olmuşdur. 1944-cü ildə Sevastopol uğrunda döyüşlərdə iştirak etmişdir. == Təltif və mükafatlar == Armen Ayriyev 13 aprel 1944-cü ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. O həmçinin, 2 "Qırmızı bayraq", "Aleksandr Nevski", "Qırmızı ulduz" ordenləri və medallarla təltif edilmişdir.
Aymən Benəbdülrəhman
Aymən ibn Əbdülrəhman (‎ərəb. أيمن بن عبد الرحمان‎; 30 avqust 1966, Əlcəzair) — 30 iyun 2021-ci ildən Əlcəzayir Baş naziri və 23 iyun 2020-ci ildən isə Maliyyə Naziri vəzifələrini icra edən əlcəzairli siyasətçi. == Həyatı == İbn Əbdülrəhman 30 avqust 1966-cı ildə Əlcəzair şəhərində anadan olub. Milli İdarəetmə Məktəbini bitirib. == Fəaliyyəti == İbn Əbdülrəhman 2010-cu ilin martından 2020-ci ilin iyun ayına qədər Əlcəzair Bankında senzur vəzifəsində çalışıb. 2019-cu ilin iyun ayına qədər orada çalışdıqdan sonra 2019-cu ilin noyabrında Əlcəzair Bankına müdir təyin olundu.23 iyun 2020-ci ildə ibn Əbdülrəhman Maliyyə Naziri təyin edildi. 30 iyun 2021-ci ildə Baş nazir seçildi.10 iyul 2021-ci ildə ibn Əbdülrəhman COVID-19-a müsbət test etdi. Əlcəzair dövlət televiziyası onun yeddi gün karantində qalacağını, lakin vəzifələrini onlayn yerinə yetirməyə davam edəcəyini bildirib.