Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Opodo
Opodo İspan onlayn səyahət agentliyidir. Uçuşlar (müntəzəm, çarter və aşağı qiymətli), otellər, kruizlər, avtomobil icarəsi, paketlər və səyahət sığortası üçün sövdələşmələr təqdim edir. Bu, British Airways, Air France, Alitalia, Iberia, KLM, Lufthansa, Aer Lingus, Austrian Airlines və Finnair daxil olmaqla, Avropa aviaşirkətlərinin konsorsiumu tərəfindən təsis edilmiş ümumavropa müəssisəsidir. 2011-ci ilə qədər Amadeus Opodo-nun 99,4%-nə sahib idi. Bundan sonra şirkəti eDreams ODIGEO şirkəti aldı. Opodo mərkəzi ofisi Madriddə olan on dörd Avropa ölkəsində fəaliyyət göstərir. O, Almaniya, Böyük Britaniya, Fransa, İspaniya, Portuqaliya, İtaliya, Avstriya, Belçika, Polşa və İsveçrədə Opodo brendli saytları, eləcə də İsveç, Norveç, Danimarka və Finlandiyada Travellink brendli saytları idarə edir. O, həmçinin bir sıra digər Fransız səyahət saytlarını da idarə edir.
Salih Bozok
Saleh Bozok (1881, Saloniki – 25 aprel 1941, İstanbul), Türk hərbçisi və siyasətçi. Mustafa Kamal Atatürkün uşaqlıq dostu idi və daha sonra yavəri oldu. Atatürkün ən yaxın adamı olaraq bilinir. Mustafa Kamal Atatürkün Selanikdən qonşusu və məktəb yoldaşı, eyni zamanda yaşda bir dostu idi. Hərbi məktəbi eyni ildə bitirdilər. Mustafa Kamal Hərbi Akademiyanı oxuyaraq kurmay oldu, Salih Bozok isə jandarma sinfini seçddi. Mustafa Kamal Paşa, "Baş Müvəffəq" olaraq vəzifəsinə Salih Bəy adlı "Milli Mübarizəni" təşkil etmək üçün Anadoluya hərəkət etmədən öncə Suriya cəbhəsində olarkən Salih Bozoku baş yavəri təyin etdi. Mustafa Kamal Paşa məclis başçısı olarkən Məclis başqanlığı yavəri oldu və sonra Atatürk prezident seçildikdən sonra da prezidentin yavəri vəzifəsini icra etdi. Polkovnik-leytenant rütbəsində istefa verdikdən sonra TBMM-nin 2-ci (Yozgat, Bozok) dövründə millət vəkili seçildikdən sonra da Mustafa Kamalın yanında idi. 4 dövr qədər Yozgat və daha sonra Bilecikdən millət vəkilli seçildi.
Children of Bodom
Children of Bodom - Finlandiyadan olan melodic death metal qrupu. == Yaranışı və Haqqında == 1993-ci ildə Aleksi Laiho və Jaska Raatikainen adlı iki dost tərəfindən Espoo, Finlandiyada yaradılıb. Əvvəlcə qrup Inearthed adlanırdı. Daha sonra qrupun adı dəyişilərək Children of Bodom olaraq dəyişdirildi. Bu adın meydana gəlməsinin səbəbi isə, 1960-cı ildə Helsinkiyə 20 km uzaqlıqdakı Bodom gölündə silahlı bir manyak tərəfindən, təcavüzə məruz qalan dörd Fin gəncinin qətlinnən gəlirdi. Onların ilk debüt albomları 1998-ci ildə "Something Wild" işıq üzü gördükdən sonra, qrup Avropada konsertlər də çıxış etməkdən ötrü, dünyaca məşhur Nuclear Blast albom şirkəti ilə müqavilə imzaladılar. Bu imzanın ardından onlar, öz adlarını daşıyan sinql çıxartdılar. Bu sinql həftələrcə boyu reytinqlər də bir nömrə olaraq qaldı, buda onların məşhurlaşmağına şərait yaratdı. == Konsertlər == Daha sonra hər şey daha da sürətlənməyə başladı. 1998-ci ilin Fevralında Hypochrisy, Benediction və Covenant kimi qruplarla çıxdıqları ilk Nuclear Blast qastrolu uğurla həyata keçirildi.
Modok qraflığı (Kaliforniya)
Modok — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən qraflıq. Qraflığın əhalisi 2010-cu il hesablamasına görə 9,686 nəfər olmuşdur. Mərkəzi Alturas şəhəridir.
Bodo dili
Bodo (Devnaqari:बोडो) Çin-tibet dillərinin Barik dilləri bölümünün Bariş dilləri bölməsinə aid olan bir dildir və Hindistanın şimali-şərqində və Nepalda Bodolar tərəfindən danışılır.Hindistanın Assam əyalətinin dillərindən biri və Hindistanda xüsusi bir konstitusiya statusu verilən 22 planlanan dillərindən biridir.
Nikolas Bodo
Nikolas Bodo (fr. Nicolas Baudeau; 24 aprel 1730, Ambuaz[d] – 1792[…], Paris) - Fransanın Ambuaz şəhərində doğulmuş, katolik keşiş, teoloq və iqtisadçı. Bodo Şanselad monastırında keşiş oldu və burada teologiyanı tədris etdi. O, 1765-ci ildə Fransada ilk dəfə iqtisadiyyatla bağlı dövri nəşr olan Éphémérides du citoyen-i təsis etdi və ilk başda fiziokratlara müxalif oldu. Ancaq, Bodo 1766-cı ildə nüfuzlu fiziokrata çevrildi. Fransız sözü "économiste" ilk dəfə yazılı şəkildə Bodonun kitabında əks olunmuşdu. Təşəbbüskarlıq konsepsiyasının ilk istifadəsi də Bodoya ithaf edilə bilər. Bodonun nüfuzlu əsərlərindən biri olan Idées d'un citoyen sur l'administration des finances du Roi 1764-cü ildə Kleman Çarlz Fransua di Liverdi tərəfindən qurulan, məqsədi avara və dilənçilərlə bağlı yeni qanunların hazırlanması və sədəqələrin mərkəzi bölüşdürülməsi olan komisiyanın tənqidi idi. Bodoya görə, kasıblara verilən sədəqələrə hökumətin müdaxiləsi yoxsulluğu aradan qaldırmaq üçün olan qanunların həyata keçirilməsindən daha vacib bir hədəf idi. Bodo 1768-ci ildə fiziokratik ideyaları Polşaya gətirməsi üçün Vilnus yepiskopu İqnasi Yaqub Massalski tərəfindən işə götürüldü.
The Yellow Book
The Yellow Book (azərb. Sarı kitab‎) — 1984–1997-ci illərdə Londonda nəşr olunan rüblük ədəbi jurnal idi.
International Standard Book Number
Kitabın beynəlxalq standart nömrəsi (İSBN) (ing. International Standard Book Number) — hər hansı nəşriyyatın kitabının və ya broşürünün beynəlxalq standart eyniliyini müəyyən edən nömrə. == Nömrənin tərkibi == Nəşrlər üçün identifikatorlar beynəlxalq standart kitab nömrələnməsi sahəsində milli agentliklər tərəfindən təyin edilir. Rusiyada 9 dekabr 2013-cü il tarixinədək bunu Rusiya Kitab Palatası, Belarusda — Milli Kitab Palatası, Ukraynada — Ukraynanın Kitab Palatası, Qazaxıstanda — Qazaxıstan Respublikasının Kitab Palatası həyata keçirib. 2006-cı il nəşrinə qədər olan kitablara verilən beynəlxalq standart kitab nömrələri beynəlxalq standart kitab nömrəsinin abreviaturasından (nəşrin dilindən asılı olmayaraq) və dəyişkən uzunluqda dörd sahəyə defis və ya boşluqla ayrılmış on simvoldan ibarətdir: == Ədəbiyyat == Əliquliyev R. M., Ağayev N. B., Alıquliyev R. M., Plagiatlıqla mübarizə texnologiyaları // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2015.
Jan Moris Emil Bodo
Jan Moris Emil Bodo — Teleqrafiya sahəsində fransız ixtiraçısı. Müntəzəm cərəyan kodlarının ardıcıl verilməsi vasitəsilə çoxdəfəli teleqraflamanı ilk dəfə əməli surətdə həyata keçirmiş, 1874-cü ildə ikidəfəli, 1876-cı ildə isə beşdəfəli ardıcıl teleqraflama aparatına görə patent almışdır. Bodonun ilk aparatları Paris-Bordo xəttində işə salınmışdır (1877). Teleqraflamada sürət vahidi–bod onun şərəfinə adlandırılmışdır (1927).
The Book Of Souls
The Book of Souls, ingilis heavy metal qrupu Iron Maidenin 16-cı studiya albomu. 11 kompozisiyadan ibarət olan qrupun birinci ikiqat albomudur. 92:11 dəqiqəlik albom, qrupun tarixində ən uzun müddətli albomdur. Bundan başqa, albom qrup tarixinin studiya albomları arasında ən uzun ara verilərək çıxaran albomdur. (Sonuncu albom "The Final Frontier" 2010-cu ildə çıxarılmışdır). Albomda olan "Empire of the Clouds" adlı mahnı isə 18 dəqiqəylə qrup tarixinin ən uzun mahnısıdır. On altıncı studiya albomu haqqında qrupun planları ilk dəfə 2013-cü ilin sentyabr ayında Bryus Dikinsonun albomun 2015-ci ildə çıxacağını deməsiylə məlum oldu. Dikinsonun xərçəng şişindən müalicə almasıyla əlaqədar albomun buraxılışı 18 iyundan 4 sentyabra təxirə salınmışdır.