Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dnepropetrovsk Oblastı
Dnepropetrovsk vilayəti, (ukr. Дніпропетровська область / Dnepropetrovska oblast) Ukraynada ərazi vahidi (vilayət). Dnepr çayı vilayəti iki yerə bölür. Vilayət mərkəzi Dnipro şəhəridir.
Qiymətlər oblastı
Funksiyanın qiymətlər oblastı — onun ala biləcəyi qiymətlər çoxluqdur. Tutaq ki, F {\displaystyle F} funksiyası X {\displaystyle X} çoxluğunu Y {\displaystyle Y} çoxluğuna qarşı qoyur. Bu zaman Y {\displaystyle Y} çoxluğu F {\displaystyle F} funksiyasının qiymətlər oblastı adlanır.
Təyin oblastı
Funksiyanın təyin oblastı — onun təyin olunduğu çoxluqdur. Funksiyanın təyin oblastı x-in ala biləcəyi qiymətlər çoxluğudur. Tutaq ki, F {\displaystyle F} funksiyası X {\displaystyle X} çoxluğunu Y {\displaystyle Y} çoxluğuna qarşı qoyur. Bu zaman X {\displaystyle X} çoxluğu F {\displaystyle F} funksiyasının təyin oblastı adlanır.
Borasit
Borasit — mineral, Mg3[B7O13]Cl. == Haqqında == Borasit - rombik. a - Borasit; 265°C-dən yuxarı kubik b - Borasit. Habitus: kubik, dodekaedr, tetraedr, psevdooktaedr və kubooktaedr. Aqreqat: incədənəvər, lifli, tək-tək dənələr. Rəngsiz, alloxromatik. Parıltı şüşəli, almazı. Sərtliyi 7-7,5. Xüsusi çəkisi 2,97. Kvars üzrə psevdomorfozlarda.
Bastı
Kral kobrası
Kral kobrası (lat. Ophiophagus) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin aspidlər fəsiləsinə aid heyvan cinsi.
Puqaçov kobrası
Kobra manevri — təyyarənin sürətini azaltmaq məqsədilə həyata keçirilən manevr == Tarixi == İlk dəfə olaraq 1960-cı illərin əvvəllərində İsveç Hərbi Hava Qüvvələrinə məxsus Saab 35 Draken təyyarələri ilə təlim uçuşları zamanı ortaya çıxıb. Bu manevrin uçuş sürətinə əhəmiyyətli təsiri nəzərə çarpdı və pilotlar sürəti tez azaltmaq üçün lazım olduqda bu manevrdən istifadə etməyə başladılar. İsveçlilər manevri qılıncoynatmada qılıncın oxşar hərəkətinə görə Kort parad adlandırdılar. Avstriyalı tədqiqatçı Tom Kuperin sözlərinə görə, belə bir manevr ilk dəfə 1967-ci ildə Suriya Hərbi Hava Qüvvələrinin pilotu tərəfindən MiQ-21 qırıcısında təsadüfən həyata keçirilib və 1973-cü ildə Ərəb-İsrail müharibəsi zamanı ərəb pilotları tərəfindən hava döyüşlərində istifadə edilib. İqor Volkun bəyanatına görə, o, təsadüfən sonra "kobra" adlandırılan fiqurun ilk icrasına müvəffəq olub. Kobranı Le Burje Aviasiya Sərgisində ictimaiyyətə nümayiş etdirən ilk sovet pilotu 1989-cu ildə aerobatika üzrə Suxoy Dizayn Bürosunun sınaq pilotu Viktor Puqaçov olmuşdur. Bu səbəbdən manevr çox vaxt "Puqaçov kobrası" (rus.
Hal obrazı
Hal — mifoloji obrazdır. Doğum mərasimləri keçirilərkən, adının hallandırılması çox zaman tabu sayılsa da, istər-istəməz ən çox Hal obrazı ilə bağlı ayinlər icra edilir. Bu isə bir mifoloji varlıq olaraq Halın təsəvvürlərdə özünə çox geniş yer alması ilə və doğuş prosesinə əngəl törədə biləcək mövhumi qüvvə olması ilə əlaqədardır. Buna görə də insanlar mifik üsullarla Hala qarşı tədbirlər görməklə bahəm, həm də onun elmi mahiyyətinə enməyə səy göstərirlər. Müxtəlif ölkələrin və xalqların alimləri bu sahədə ciddi araşdırmalar aparmışlar. Lakin buna baxmayaraq, bu yöndə mülahizələr başa çatmamış, istər dini-mifoloji nöqteyi-nəzərdən, istərsə də elmi-nəzəri baxımdan bu məsələ nə qədər çözülməyə çalışılsa da, hələ kifayət qədər öyrənilib qurtarmamışdır. Hal Anasına bəzən "Həmzad" adı da verilir. Bu da doğan arvadların, yenicə dünyaya gətirdikləri uşağın ciyərini çıxarıb aparırmış. Ona görə də bəzən yenicə doğmuş arvad bayıldıqda "onu hal aparmış" deyirlər. Hətta kəndlərdə doğan arvadın bayıldığı zaman "Hal anasını" qaçırmaq üçün evdə tüfəng atarmışlar.
Adi kral kobrası
Adi kral kobrası (lat. Ophiophagus hannah) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin aspidlər fəsiləsinin kral kobrası cinsinə aid heyvan növü. Dünyanın ən uzun zəhərli ilan növüdür. Uzunluğu 6,7 m, kütləsi isə 9 kiloqrama qədər ola bilir. Bu növ Cənub-Şərqi Asiyadan Hindistana qədər çox geniş bir arealda yayılmışdır. Bu ilanların qidasını əsasən pitonlar və hətta öz növlərinin kiçikləri də daxil olan ilanlar təşkil edir. Kral kobralar mərcan ilanı (lat. Micrurus), tikanlı ilan (lat. Acanthophis) və qara mamba (lat. Dendroaspis polylepis) ilə birlikdə aspidlər fəsiləsinin ən çox öyrənilmiş dörd növündən biridir.
Karlar obası
Koraoba — Astara rayonunun, Kijəbə qəsəbəsinin, Tüləküvan kəndinin mərkəzində yerləşən, yaşayış məntəqələrindən biri. Uzun müddət Azərbaycan SSR, Astara rayonu, inzibati ərazi vahidində Koroba kəndi kimi adlandırılıb. Müstəqillik dövründə bir neçə kəndlə birlikdə, Tüləgüvan kəndinə birləşdirilib. SSRİ dövründə kəndin adı təhrif edilərək rus dilinə uyğunlaşdırılıb və Koroba (rus. Kороба) adlandırılıb. Bu təhrif sonradan kəndin etimalogiyasına təsir edib. == Tarixi == Yaşayış məskəni kimi tunc dövrünə aiddir. Bunu təsdiq edən, kəndin ərazisindəki tunc dövrünə aid üç ədəd "Koraoba kurqanlar"ıdır. Eyni zamanda yaşayış məskənində dəmir dövrünə aid "Koraoba daş qutu nekropolu" da var. Çar I Nikolayın dövründə (1825–1855) həyata keçirilmiş 1840-cı il 10 aprel qanunu ilə Talış əyalətinin əsasında, Lənkəran qəzasının tərkibində olub.
Qasımuşağı obası
Qasımuşağı obası — Zəngəzur mahalının Hacısamlı nahiyəsinin yaşayış məntəqələrindən biri. Qasımuşağı obasının ərazisi 1747-ci ildən sonra Qaraçorlu mahalının, 1840-cı ildən sonra Şuşa qəzasının Zəngəzur sahəsinin, 1867-ci ildə Zəngəzur qəzasının, 1930-cu ildən sonra Laçın rayonunun tərkibində olmuşdur. Laçın rayonunun tərkibində olduğu dövr ərzində Kürdhacı sovetliyi adlandırılan obanın tərkibində Ərikli, Yuxarı Qarasaqqal, Aşağı Qarasaqqal, Hacısamlı, Xaçınyalı kəndlərinin ərazisini əhatə etmişdir. 18 oktyabr 1991-ci il tarixindən Azərbaycan Respublikası öz müstəqilliyini qazandıqdan sonra isə Kürdhacı kənd inzibati ərazi dairəsi adı ilə adlandırılmışdır. Coğrafi mövqeyinə görə Şəlvəçay, Piçənisçay, Muncuqluçay çaylarının axdığı dərin dərələr vasitəsilə dağ silsiləsi yaratmış Qarabağ silsiləsinin cənub-qərb yamacında yerləşən oba ərazidə ən yüksək dağ zirvəsi olan Qırxqız yaylaqlarının (2825 m) ətəyində yerləşmişdir.
Yağləvənd obası
Yağlıvənd obası – Cavanşir-Dizaq mahalının yaşayış məntəqələrindən biri. Xanlıq dönəmində məaf sayılırdı. Cavanşir-Dizaq mahalı ərazisində yaşayan obaların əksəriyyəti Cavanşir soylu olduqlarından xanlıq dönəmində heç bir vergi ödəmirdilər. İki Qarabağ xanının vəziri olmuş, tarixçi və hüquqçu Mirzə Camal Cavanşir Qarabaği el-obaların vergi ödəməsi xüsusunda yazır: "Qarabağın bütün elləri adları dəftər və siyahıda yazılmış atlı qoşundan ibarət idi… Qarabağ ellərindən tövcü pulu və məhsuldan malcəhət alınmazdı". Mehdiqulu xan Cavanşirin yanında Yağlıvənd obasından Xələf ağa Şirin Kələntər oğlu Havsalı, Alı ağa Abbasqulu ağa oğlu Havsalı, Hüseyn və başqaları xidmət edirdilər. Divanxanada fərraş kimi Əliverdi Şirin Kələntər oğlu Havsalı, Dünyamalı Mehdixan oğlu Havsalı fəaliyyət göstərirdilər. Bayramqulu Mustafa oğlu göstərdiyi hərbi rəşadətə görə məaf ünvanı almışdı. Ailəsi ilə birlikdə Şuşa şəhərində yaşayırdı. Cəfər bəy Yağlıvənd İbrahimxəlil xanın arvadı Cəvahir xanımın keşikçisi idi. Məşədi İbrahim Əsəd bəyə xidmət edirdi.
Əbdürrəhmanbəyli obası
Əbdürrəhmanbəyli obası — Cəbrayıllı elinin böyük qollarından biri. Oba eldən ayrılanda ilk başçısı Hacı Ağası bəy olub. Hacı Ağası bəy Cəbrayıllı öləndən sonra, 1789-cu ildə İbrahimxəlil xan Sarıcalı-Cavanşir təliqə ilə obanı onun arvadına, Pəri xanıma verdi. Pəri xanımın vəfatından sonra obanı böyük oğlu Əbdürrəhman bəy idarə etməyə başladı. Onun idarəsi dönəmində bu oba Əbdürrəhmanbəyli adlandı. (bax. Yuxarı Əbdürrəhmanlı və Aşağı Əbdürrəhmanlı kənləri) Əbdürrəhmanbəyli obası XIX əsrin əvvəllərində üç obanın qarışmasından daha da böyüyüb. Bu obalar: Əbdürrəhmanbəyli, Abdullabəyli və Əlipənahsultanlı adlanırdı. Üçüncü obanın başçısı Əlipənah sultan Hüseyn bəy oğlu Cəfərqulu xan Sarıcalı-Cavanşirə xidmət etmişdi. 1811-ci ildə bir müddət Qaradağda Hacı Məhəmməd xan Qaragözlünün yanında yaşamışdı.
Əbdürrəhmanbəyli obası (kitab)
İncəsənətdə getman Mazepa obrazı
İvan Mazepa (1639-1709) - Ukrayna tarixinin əhəmiyyətli şəxsiyyətlərindən biri olmuşdur. Onun haqda olan məşhur əhvalatlardan biri gənc ikən zadəgan xanımla eşq yaşamasından bəhs edir. Belə ki növbəti görüş zamanı xanımın əri tərəfindən tutulan Mazepa çılpaq şəkildə ata bağlanılaraq çapdırılmışdır. Sonda kazakların yanına gəlmiş və onların başçısı seçilmişdir. Bu hadisə məşhur ingilis şairi lord Corc Bayronun diqqətini çəkmişdir. Nəticədə, 1819-cu ildə bu hadisədən bəhs edən “Mazeppa” (orijinalda müəllif 2 "P" hərfi ilə yazmışdır) əsərini yazmışdır. Onun poeması əsasən, fransız romantizminin nümayəndələri tərəfindən bir çox rəsmlərin çəkilməsinə, musiqi əsərlərinin yazılmasına, səhnə tamaşalarının nümayiş olunmasına gətirib çıxartmışdır. Mazepa 1687-1708-ci illərdə Zaporojye qoşunlarının getmanı olmuşdr. O, 1709-cu ildə baş vermiş Poltava döyüşündə mühüm rol oynamışdır. Rusiya çarı I Pyotr ona xəyanət edərək İsveç kralı XII Karlın tərəfinə keçən Mazepanı Aleksandr Menşikovla dəyişmək niyyətində də olmuşdur.
San-Tome və Prinsipi dobrası
San-Tome və Prinsipi dobrası (port. Dobra) — Afrika dövləti olan San-Tome və Prinsipinin pul vahididir. 2 iyul 1977-ci ildə (Eskudonun əvəzinə) mübadiləyə daxil edilmişdir. Dövriyyədə müxtəlif buraxılış illəri olan 5000, 10 000, 20 000, 50 000 və 100 000 nominallı dobra əsginaslarını görmək olar. 1977-ci ildən sonra buraxılmış köhnə dobra seriyaları əsas ödəmə vasitəsidir və köhnəlmə müddətində dövriyyədən götürülür.
Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala (kitab)