Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Obo
Obo (rus. обо, ing. obo) (Monqolca: Овоо "yığın") — monqol və altay xalq inancında və şamanizində (xüsusilə monqolustanda bir çox yerdə olan) ümumiyyətlə qayalardan, daşlardan və ya taxtadan edilmiş bir növ kiçik yığma təpə və hörmət sahəsidir. Kənardan yaxşı görünən tək təpə, yaxud yüksək sopka, yüksəkliklərdə (aşırımda, dağ zirvələrində təpəliklərdə və b.) göstərici və ya bir çox Asiya xalqlarında ənənəvi olaraq təbiətin ruhuna sitayiş işarəsi kimi süni surətdə qalanmış daş, torpaq və s. Ovog (Övö, Övöğ) və ya Obo (Öbö) (Qazaxca: Oba) da deyilir. Höyüklerin simvollaşdırılmış kiçik formaları olaraq da qəbul edilə bilər. Ovo ümumiyyətlə dağ keçidləri kimi, dağların üst qisimində və yüksək yerlərdə tapılar. İbadət üçün və Buddist mərasimlərdə dini məqsədlərlə istifadə edilən yerlərdir. Səyahət edərkən, bir ovo görüncə daha etibarlı bir səfər üçün orada dayanmaq və sonrada üç dəfə saat istiqamətində dairə çəkərək ətrafında dönmək lazımdır. Ümumiyyətlə, qayalardan edilən bu yığınların ətrafına daha sonralar kazıklardan bir növ çit də əlavə olmuşdur.
Oşo
Çandra Mohan Racniş OSHO (ing. Bhagwan Shree Rajneesh; 11 dekabr 1931[…], Udaypura[d], Britaniya Hindistanı – 19 yanvar 1990[…], Puna, Maxaraştra) — oshohind dini xadimi və mistik. Çandra Mohan Racniş 1931-ci ilin 11 dekabrında Hindistanın Madhya Pradeş əyalətinindəki Kuçvada kəndində anadan olmuşdur. Uşaqlıq illərindən etibarən, başqaları tərəfindən verilən məlumatlar və inancları əldə etməkdənsə, həqiqəti özü axtarmaq qərarına gəlmişdir. 21 yaşında universitet təhsilini tamamladı və Jabalpur Universitetində uzun illər fəlsəfə dərsi dedi. Eyni zamanda da bütün Hindistanı gəzib danışmalar etdi, ictimai müzakirələrdə mühafizəkar dini liderlərə meydan oxudu, ənənəvi inancları sorğuladı və həyatın bütün sahələrində insanlarla bir araya gəldi. O, özünü gerçək bir "varoluşçu" olaraq adlandırmışdır. İnanc sistemlərini və müasir insan psixologiyasını anlamaq üçün üfüqünü genişləndirə biləcək hər şeyi oxudu. 1960-cı illərin sonu Oşo artıq öz dinamik meditasiyasını təkmilləşdirməyə başlamışdı. Meditasiyanın o rahat düşüncələrsiz halını kəşf edə bilməyi ümid edə bilməsi üçün əvvəlcə keçmişin modası keçmiş üsullarının və günümüzün müasir həyatın gətirdiyi sıxıntıların ağırlığı altında əzilən insanın çox dərin bir ruhi təmizlənmə periodundan keçməsinin şərt olduğunu demişdir.
Boso yarımadası
Boso yarımadası (yap. 房総半島) Honşu adasının şərqində yerləşən yarımada. Yarımada ərazisinin böyük hissəsində Tiba prefekturası yerləşir. Tokio körfəzini Yapon dənizindən ayırır. Yarımadanın sahəsi 5034 km²-dir. Ən hündür nöqtəsi Ataqo dağıdır (408.2 m).Şimal-qərbində Tiba şəhəri yerləşir. Yarımadada yerləşən Kisaracu şəhəri Kavasaki ilə 14 km uzunluğa malik körpü-tunellə birləşir. Yarımadanın şimal-şərqində Suika-Tsukuba Milli parı yerləşir.
Erix Obst
Erix Obst (ing. Karl August Erich Obst; 13 sentyabr 1886 – 9 iyun 1981) — Almaniya geoloqu.
Huso huso
Adi ağ balıq (lat. Huso huso) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin ağ balıq cinsinə aid heyvan növü. == Morfoloji əlamətləri == Ağzı aypara formasındadır, çox böyük olub, başın bütün alt tərəfini tutur. Qəlsəmə pərdələri bütöv qırış əmələ gətirir. Bığcıqlarında yarpaqşəkilli çıxıntılar var. Bel lövhəciklərinin sayı 9-17, yan - 37-53, qarın - 7-14-dür. Xəzər dənizinin hər yerində, 70–100 m-ə qədər dərinliklərdə yayılmışdır. == Yayılması == Nərəkimilərə aid olan Ağ balıq hazırda yaşayan balıqların ən qədimidir. Keçmişdə bəzi fərdləri 120 ilə qədər yaşayırdılar. Adətən, yalqız olur, sürü halında yığışmır.
BSOD
Göy ölüm ekranı və ya BSOD (ing. Blue Screen of Death, Blue Screen of Doom, BSoD) — Microsoft Windows əməliyyat sistemi yüklənən zaman ekrana gələn göy fonda ağ yazılardır. Yəni kritik – düzələ bilməyən əməliyyat sistemlərindəki səhv. BSOD-un əmələ gəlməsinə səbəb çoxdur. Qısaqapanma nəticəsində sərt diskin sistem sektorlarının sıradan çıxmasından BİOS-da parametrlərində səhvə yol veriləsinə qədər və s. BSOD-un 3 növü mövcuddur: Microsoft Windows 95/98/Me ailəsi üçün, Microsoft Windows NT/2000/XP/2003/Vista/7 ailəsi üçün və Microsoft Windows CE ailəsi üçün. BSOD ilk dəfə Windows версии 1.3 əməliyyat sistemində aşkar edilmişdir. == Növləri == BSOD məlumatlarının üç növü var: Microsoft Windows 95/98/Me ailəsi üçün Microsoft Windows NT/2000/XP/2003/Vista/7 ailəsi üçün Microsoft Windows CE ailəsi üçün. Göy ölüm ekranı Windows əməliyyat sisteminin elə ilk versiyasında meydana çıxıb. Windows 8 versiyasından onu Black Screen Of Death əvəzləyir.
Boro
Boro (ing. borough /ˈbʌrə/ , /ˈbɜroʊ, ˈbʌroʊ/ — əsasən ingilisdilli ölkələrdə inzibati-ərazi vahidləri. Boro Kanada, Böyük Britaniya, ABŞ, Avstraliya və İrlandiyada vardır. Müxtəlif ölkələrdə müxtəlif ərazi vahidlərini nəzərdə tuta bilər. Təntənəli qraflıq sayılan Böyük London şəhəri 32 borodan ibarətdir.
Eiso
Eyso - Eyso sülaləsindən ilk Rükyu kralı. Gihonun baş naziri idi, o taxtdan əl çəkərkən yerinə gəlmişdi. Onun hakimiyyəti dövründə vergi sistemində və idarəetmədə inkişaflar başlamışdı. Kumecima, İheya kimi adalar krala vergi verməyə başlamışdı. Amami-Oşima adası da ələ keçirilmişdi. 1272-ci və 1276-cı illərdə Xubilay xanın elçilərini qəbul etmişdi.
Eyso
Eyso - Eyso sülaləsindən ilk Rükyu kralı. Gihonun baş naziri idi, o taxtdan əl çəkərkən yerinə gəlmişdi. Onun hakimiyyəti dövründə vergi sistemində və idarəetmədə inkişaflar başlamışdı. Kumecima, İheya kimi adalar krala vergi verməyə başlamışdı. Amami-Oşima adası da ələ keçirilmişdi. 1272-ci və 1276-cı illərdə Xubilay xanın elçilərini qəbul etmişdi.
Fobos
Fobos — Günəş sistemində Mars planetinin peykidir. Qeyri düzgün formalıdır (uzunluğu 26 km, eni 21 km). Mars ətrafına 7 saat 39 dəqiqəyə dolanır.
Huso
Ağ balıq (lat. Huso) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinə aid heyvan cinsi.
KBS1
KBS1, Cənubi Koreyanın ictimai televiziya şəbəkəsidir. Proqramı, xəbərlər və aktual xəbərlər, mədəni proqramlar, idman yayımları, əyləncə serialları, drama, talkhows və uşaq verilişləri qədər yüksək səviyyəli və Koreya yönümlü verilişlərə ciddi diqqət ayıran generalistdir.
KBS2
KBS2, Korean Broadcasting System (KBS) şirkətinə məxsus olan Cənubi Koreyanın pulsuz bir kanaldır. Dram, əyləncə şousu və canlı idman yayımından ibarət proqramlarla əsasən daha gənc bir demoqrafik göstəriciyə malikdir. KBS2, 1980-ci ildə Tongyang Broadcasting Corporationnın KBS ilə məcburi birləşməsinin nəticəsidir.
Konso
Konso və ya Karati — Efiopiyanın cənub-qərbindəki Saaan çayı üzərində bir şəhərdir. Qonşu sakinlərdən bəziləri tərəfindən Pakavle adlanır. == Tarix == 1897-ci ildə Efiopiya imperatoru II Menelik şəhəri ələ keçirdi. Konso və onun mədəniyyəti XX əsrdə tədricən avropalılar tərəfindən aşkar edildi. Ata Azais 1931-ci ildə Vaqa (va'kka) heykəllərini təqdim etdi. 1956-cı ildə Murdok şəhərin arxeoloji meqalitlərini çuşti xalqı ilə əlaqələndirdi. 1962-ci ildə nəşr olunan Markets of Africa-da müəllif şəhərdəki yüksək səviyyəli qədim iqtisadi inkişafları qeyd edir. 1984-cü ildə Amborn bölgənin tarixi əmək tələb edən kənd təsərrüfatı texnikalarını öyrəndi. Ərazi, ümumdünya mədəni əhəmiyyətinə görə 30 sentyabr 1997-ci ildə UNESCO-nun Müvəqqəti Ümumdünya irsi siyahısına, 2011-ci ildə isə rəsmi olaraq Ümumdünya irsi siyahısına daxil edildi. Konso, Efiopiyada "mədəni landşaft" olaraq tanınan ilk yerdir.
Lobio
Lobio (gürcü. ლობიო, Lobio) - gürcü yeməyidir. Əsas tərkibi lobya təşkil edir. Lobio əsas nar soku ilə birlikdə daha dadlı olur. Zaqafqaziya xalqları içərisində ən sevimli yeməkdir. == Tarixi == Qədim zamanlardan Gürcüstanda ən məşhur yeməkdir. Əsasən sünbülçiçəyi meyvəsindən istifadə olunur. XVII əsrdən hazırlanmağa başlanılmışdır. == Hazırlanması == Taxıl fıstığından hazırlanan yeməyin əsası xüsusi bir şəkildə hazırlanır. Lobya 12 saat soyuq suda saxlanılır, sonra isə 2-3 dəfə suyu dəyişilir.
Morso
Morso — Laqunanın yerli adı olub Xəzər dənizinin Lənkəran ovalığı sahilboyunda qum tirələri ilə dənizdən ayrılmış qapalı dayaz su sahəsinə deyilir. Adətən Morsoya çay töküldüyündən suyu çox da şor olmur. Məsələn, Lənkəran şəhərindən şimalda yerləşən Gamışovan gölü Morsodur.
İaso
İaso (yun. Ἰησώ, Iēsō) — yunan mifalogiyasında sağaltma, müalicə ilahəsi. Asklepin qızı . Higeya və Panakeyanın bacısı eyni zamanda Apollonun nəvəsi.
İsso
Isso (it. Isso) — İtaliyada Lombardiya bölgəsinin , Berqamo vilayətində kommuna. Əhalisi 665 nəfərdir (2008), əhalinin sıxlığı 136 nəfər / km²-dir. Sahəsi 5 km² ərazini əhatə edir. Poçt kodu — 24040. Telefon kodu — 0363. Kommunanın hamisi müqəddəs Həvari Andreydir .
Miso
Miso şorbası (yap. 味噌) — Yapon şorbası. Düyü, arpa, dəniz duzu, mərcinin birləşməsindən əmələ gələn şorba. Əslində şorbadan duz dadı gəlir ancaq bəzi məmulatlar qatıldığı üçün şorba dadını dəyişib. Yemək miso ilə hazırlanmışdır. Miso şorbası şirində ola bilər. Həmçinin dieta üçündə əlverişlidir. Miso şorbasının yaranmasının səbəbi uzun sürən müharibələrdir. Yaponiya tarixində Edo dövrünü incələyən alimin iddiasına görə misonun kökü Çinə qədər gedib çıxır. O dövrdə miso, hişio və kuki olaraq adlandırılırdı.
Fobos (mifologiya)
Fobos: Antiq Yunanca Φόβος, "qorxu" mənasına gəlir. Qorxunun və qorxma duyğusunun Tanrısıdır. Müharibə tanrısı Aresin ve Afroditanın oğludur ve 12 Olimpiyalıdan biri deyil. İlahə Enyoya ve qardaşı Deymosa qarşı Ares ilə birlikdə mübarizə aparması ilə tanınır.. Roma mifologiyasındakı qarşılığı Timordur.
Fridrixs Boşs
Fridrixs Boşs (7 fevral 1887 — 12 fevral 1950) — Latviyalı keçmiş peşəkar velosiped yarışçısı. Fridrixs Boşs Rusiyanı 1912-ci ildə V Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Fridrixs Boşs birinci dəfə Olimpiya Oyunlarına 1912-ci ildə qatıldı. O, Stokholmda baş tutan V Yay Olimpiya Oyunlarında iki yarışda iştirak etdi. Yarışı sona qədər başa vura bilmədi.
Hugo Boss
Hugo Boss AG Kişi və qadın geyim mövzusunda ixtisaslaşmış, Metzingen mərkəzli xalqa açıq hazır geyim istehsalçısıdır. Adını qurucusu moda dizayneri Hugo Bossdan almışdır. Hugo Bossun hal-hazırda 110 ölkədə ən az 6100 satış nöqtəsi vardır. Hugo Boss AG 1,000 dən çox mağaza və fəaliyyət dükanı ilə təxminən 330 pərakəndə mağazalarına malikdir. 2008-ci ildən bu yana, Hugo Boss cib telefonları və əlaqədar aksesuarları inkişaf etdirməkdə və eyni zamanda Boss markası altında bir uşaq moda kolleksiyası başlatmışdır. Samsung Electronics və HTC Corporation ilə bir razılaşması olmuşdur. Hugo Boss, 1924-ci ildə Stuttgartın kiçik bir qəsəbəsi olan Metzingendə geyim firması olaraq işə başladı. Ancaq zamanın Almaniyasında iqtisadi böhran səbəbiylə, 1930-ci ildə iflasa məcbur oldu və yeni bir iş qurmaq məqsədi ilə 1931-ci ildə Nasist partiyasına üzv oldu. SA, SS, Hitler Gəncliyi, NSKK və digər partiya təşkilatlarına lisenziyalı forma (rəsmi tədarükçüsü) etdi. 1933-ci ildə Adolf Hitlerin yüksəlişi ilə birlikdə, Bossun işi də inkişafa başladı.
Koiso Kuniaki
Koiso Kuniaki (yap.小磯 國昭, 1 aprel 1880, Uçunomiya, Yaponiya—3 noyabr 1950, Tokio, Yaponiya) — Yaponiya siyasi xadimi. == Həyatı == Hərbi akademiyanı bitirdikdən sonra Yaponiya ordusunda xidmət edib, rus-yapon müharibəsinin iştirakçısı. 1932-ci ildə Kvantun ordusunun qərargah rəisi seçilir, sonralar 1934-cü ildə Koreyadakı yapon ordusunun baş komandanı seçilir. 1939 Yaponiya hakimiyyətində. 1939-1940 Yaponiyanın xarici işlər nazirliyində işləyib. 1942-1944 Koreya general-gubernatoru. 1944-də Yaponiyanın baş naziri seçilib, 1945-də vəzifəsindən azad edilib. Kapitulasiyadan sonra hərbi təxsirkar seçilib, muhakimə edilib və ömürlük həbs edilib.
Korso (Əlcəzair)
Korso (ərəb. قورصو‎, fr. Corso) — Əlcəzairin şimalında, Bumerdes vilayətində kommuna. == Coğrafi mövqe == Kommuna vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 22 metr yüksəklikdə yerləşir, 22,4 km2 ərazini əhatə edir. Kommuna ölkənin paytaxtı Əlcəzairdən təqribən 41 kilometr şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 5 kilometr qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 20,705 idi.
Le-Buşo
Le-Buşo (fr. Le Bouchaud) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Le-Donjon kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03035. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 213 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 125 yaş arasında (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən fəal, 32 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 74.4%, 1999-cu ildə 65.0%). Fəal olan 93 nəfərdən 83 nəfəri (45 kişi və 38 qadın), 10 nəfər işsizdir (5 kişi və 5 qadın). 32 hərəkətsiz 7 nəfər arasında şagird və ya tələbə, 14 nəfər təqaüdçü, 11 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.