Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
ADR
Almaniya Demokratik Respublikası — 7 oktyabr 1949 - 3 oktyabr 1990-cı illərdə Almaniyanın şərq hissəsində mövcud olmuş sosialist dövlət. Azərbaycan Demokratik Respublikası — 28 may 1918 - 28 aprel 1920-ci illərdə mövcud olmuş və şərqdə respublika üsul-idarəsinə malik ilk dövlət.
EDR
Ermənistan Demokratik Respublikası (erm. Հայաստանի Դեմոկրատական Հանրապետություն), bəzi mənbələrdə İlk Ermənistan Respublikası və ya Ararat Respublikası — 1918–1920-ci illərdə mövcud olmuş erməni dövləti. Ermənistan Demokratik Respublikası Zaqafqaziya Demokratik Federativ Respublikasının dağılmasından sonra Daşnaksütun təşkilatının liderləri tərəfindən yaradılmışdır. Ermənistan Demokratik Respublikası fəaliyyət göstərdiyi 2 il ərzində, daim öz ərazilərini qonşu dövlətlərin ərazisini qəsb yolu ilə genişləndirmək siyasəti yürütmüşdür. Bu respublika yarandığı gündən süqut etdiyi günə kimi demək olar ki, bütün qonşularına qarşı torpaq iddiaları ilə çıxış edirdi. Ərazi iddialarının nəticəsi olaraq mövcud olduğu iki il ərzində Ermənistan qonşuları olan Azərbaycan, Türkiyə və Gürcüstan ilə hərbi münaqişələr yaşamışdır. 29 noyabr 1920-ci ildə Qızıl Ordu birliklərinin İrəvan şəhərinə daxil olması ilə Ermənistan Demokratik Respublikasının fəaliyyətinə son qoyulmuşdur. Gürcüstan Demokratik Respublikası Azərbaycan Xalq Cümhuriyyəti Délégation de la République arménienne à la Conférence de la. Paix (1920) Армянская республика Yaqub Mahmudov. "İRƏVAN VƏ ƏTRAFINDAKI TORPAQLAR ERMƏNİLƏRƏ HANSI ŞƏRTLƏRLƏ VERİLMİŞDİ" ( (az.)).
GDR
Gürcüstan Demokratik Respublikası (GDR; gürcücə: საქართველოს დემოკრატიული რესპუბლიკა Sakartvelos Demokratiuli Respublika) — 1918–1921-ci illər arasında fəaliyyət göstərmiş müasir və müstəqil Gürcüstan dövləti. Rusiya imperiyasının 1917–18 illərdə dağılması nəticəsində yaranmış və cəmi bir ay yaşamış Zaqafqaziya Demokratik Federativ Respublikasının süqutundan sonra, 1918-ci ilin 26 may tarixində istiqlaliyyətini bəyan edən GDR-in paytaxtı Tiflis şəhəri rəsmi dili isə Gürcü dili olmuşdur. GDR dövründə Gürcüstanın ərazisi təxminən 107.600 km², əhalisi — 2,5 milyon, sərhədləri şimalda Kuban Xalq Cümhuriyyəti və Şimalı Qafqaz Dağlılar Respublikası ilə, cənubda Osmanlı İmperiyası və Ermənistan Xalq Cümhuriyyəti ilə, cənub-şərqdə isə Azərbaycan Xalq Cümhuriyyəti ilə olmuşdur. GDR demokratik parlament respublikası üsulu ilə idarə edilmişdir. Parlamenti müxtəlif siyasi partiyalardan ibarət olsa da, hökuməti əsasən aparıcı qüvvə olan Gürcüstan Sosial-Demokrat Menşevik partiyası təşkil etmişdir. Daxili və xarici ixtilaflarla zəifləmiş Gürcüstanın ilk demokratik dövləti 1921-ci il mart ayında Rusiya SFSR qoşunlarının hücumu və işğalı nəticəsində süquta uğramışdır.
KDR
Konqo Demokratik Respublikası (fr. République Démocratique du Congo) və ya Konqo DR, 1971—1997-ci illərdə — Zair, 1960-1964-cü illərdə Konqo Respublikası — mərkəzi Afrikada dövlət. Paytaxtı Kinşasa şəhəridir. Kongo Demokratik Respublikasi bu gün varlığını davam etdirdiyi torpaqların ilk yerlilərini indiki vaxtda yalnız çox kiçik bir sahədə həyatlarını davam etdirən Pigmey qəbilələri meydana gətirməkdə idi. Əsrlər boyunca burada yaşayan Bantu xalqları zaman içərisində əkinçilikdən, ovçuluğa qədər bir çox sahədə vacib olan birliklər yaradaraq həmin dövrdə bölgədə bir çox dövlət quruluşunu meydana gətirmişlər. Bu dövlətlər içərisində xüsusilə XIV əsrdə qurulan və Afrikada bu günə qədər qurulan ən güclü dövlət strukturlarında birini meydana gətirən Konqo Krallığı olmuşdur. XV əsrdə bölgəyə ilk gələn avropalılar olan portuqallar, Konqo çayının Atlas Okeanına töküldüyü yerdə yeni kəşflər etmiş, 1491-ci ildə isə ilk dəfə Konqo Krallığı ilə diplomatik əlaqə qurmuşlar. Bu dövrdə həyata keçirilən və inkişaf etdirilən diplomatik əlaqələr Konqo kralının dinini Xristian katoliki olaraq dəyişdirməsi ilə nəticələnmişdi. Amerikadakı koloniyalara qul göndərən ölkələrdən biri olan Konqo Krallığı bu səbəblə yaşayış səviyyəsini yüksəldərək Afrika sahillərində yeni liman şəhərləri qurmuşlar. XVI əsrdə padşahlıqda başlayan çöküş, 17-сi əsrdə xüsusilə Portuqaliya hakimiyyətinin bölgədə itməsi ilə birlikdə zirvəyə çatmış, kölə tacirlərinin və Portuqaliyadan sonra bölgəyə hakim olmağa çalışan Hollandiya və Böyük Britaniyanın ölkəni istismar etmək cəhdləri nəticəsində dövlət tamamilə ortadan qaldırılmışdır.
Oda
Oda — lirik şeir və musiqi janrı. Bir şəxsin, yaxud mühüm, təntənəli hadisənin şərəfinə yaradılan şeir, mahnı. Qədim Yunanıstanda və Romada yaranmış (Pindar, Horatsi, Ovidi), klassizm dövründə Qərbi Avropada geniş yayılmışdı. M.B.Lomonosov, Q.R.Derjavin, A.N.Radişşev, K.F.Rıleyev, A.S.Puşkin və başqa rus şairləri vətəndaşlıq ruhlu odalar yazmışlar. XIX–XX əsrlər poeziyasında oda janr kimi tədricən aradan çıxmış, sovet şeirində ara-sıra işlənmişdir (V.Mayakovski və başqaları). Yaxın və Orta Şərq, eləcə də Azərbaycan ədəbiyyatındakı qəsidə odaya yaxındır. XVII əsrdən Qərbi Avropa ölkələrində saray şənlikləri, hər hansı təntənəli hadisənin, yaxud əyanın şərəfinə yazılmış vokal-instrumental əsər də oda adlanmışdır. İngiltərədə (H.Pörsell, G.Hendel), Almaniyada (İ.Bax, L.Bethoven) kantataya yaxın odalar yaranmışdır. Sonralar müxtəlif heyətlər, o cümlədən xalis instrumental heyət üçün odalar yazılmışdır (F.List, J.Bize, İ.Stravinski, S.Prokofyev və başqaları). Azərbaycan bəstəkarlarından Cahangir Cahangirov, R.Mustafayev, Emin Sabitoğlu və başqalrının odaları var.
Odi
Odi (ing. Odie) — Cim Devisin yaratdığı "Qarfild" karikaturalarında görünən uydurma it. O, "Qarfild və dostları" cizgi serialında, həmçinin "Qarfildin şousu" animasiya teleserialında görünüb. Odi sarı tüklü, qəhvəyi qulaqlı və qara quyruğu olan bir itdir. Əvvəlcə onun qulaqları tamamilə qara idi, lakin 1979-cu ildə Peanuts komiksindəki Snupi ilə çaşqınlığın qarşısını almaq üçün bu dəyişdirildi. Odi 2004-cü ildə çəkilmiş film adaptasiyasında dachshund və terrier cinslərinin qarışığı kimi göstərilib. Odinin iri dili və sulu ağızı var. 1997-ci ilin oktyabrında onun personajında dəyişiklik edildi və o, Qarfild kimi dörd ayaq əvəzində iki ayaq üstə yeriməyə başladı. Odi rəqs etmə bacarığı ilə bilinir. Əvvəlki karikaturalarda Qarfild Odini zəhlətökən bir it kimi görür, lakin zaman keçdikcə ona qarşı daha yaxşı rəftar edir.
Barb.Rodr.
Juan Barboza Rodriqis (port. João Barbosa Rodrigues, 22 iyun 1842, Rio-de-Janeyro – 6 mart 1909) — Braziliya botaniki. == Elmi fəaliyyəti == Juan Barboza Rodriqis qıjıkimilər və toxumlu bitkilər sahəsində ixtisaslaşmışdır.. == Elmi işləri == A Lingua Geral do Amazonas e o Guarany: observações sobre o alphabeto indigena. Rodrigues, 1888. Pacificação dos Crichanás. Rodrigues, 1885. Poranduba Amazonense. Rodrigues, 1890. Vocabulario indigena comparado.
Dor (mifologiya)
Dor (q.yun. Δῶρος) — qədim yunan mifologiyasında personaj. O, ya Ellin və Orseidin, ya Ksuf və Kreusanın, ya da Egimiyanın oğlu olmuşdur. Əfsanəyə görə, Dor Peloponnes ilə üzbəüz yerləşən torpağı fəth etmiş və onun sakinlərinə dorilər adını vermişdir. O, Tektamın atasıdır. Dor həmçinin, Plevronun həyat yoldaşı Ksantippin atasıdır. Herodotun fikrincə, onun tabeliyində olan dorilər Histieotidada yaşayırdılar.
Eyiçiro Oda
Eyiçiro Oda (yap. 尾田 栄一郎) — ən çox One Piece manqasının müəllifliyinə görə tanınan yapon manqaka. Eyiçiro Oda özü iddia edir ki, dörd yaşında əsl peşədən uzaq olmaq üçün, manqaka olmağa qərar verib. Ona ən çox Akira Toriyama və onun Dragon Ball manqa serialı təsir edib. O, həmçinin qeyd edir ki, dəniz quldurluğla marağını Viking Viki animesi yaradıb. 17 yaşı olanda, Odanın Wanted! manqası bir sıra mükafat, o cümlədə Tedzuka mükafatın ikinci yeri almış. Bu ona Weekly Shōnen Jump jurnalında işləməyə imkan verib. Bundan əvvəl isə o, bu jurnalın müəlliflərdən onan Şinobu Kaitaniyə Suizan Police Gang, Masaya Tokuhiroya isə Jungle King Tar-chan və Mizu no Tomodachi Kappaman manqaları ilə köməkçilik edirdi. Oda Nnabuiro Vatsukiyə Rurouni Kenshin manqası ilə də köməkçilik edirdi.
FDR magistralı
FDR magistralı (ing. FDR Drive, rəsmi şəkildə: Franklin D. Roosevelt East River Drive) — Nyu-York şəhərinin Manhetten borosunun şərqində yerləşən avtomobil yolu. Magistral yolun uzunluğu 15,19 km-dir. Yol Saut və Brod küçələrində olan Beterri Park tunelindən başlayır, İst River boğazının sahil xətti boyunca uzanır və Harlem River Drayv magistralına keçərək 125-ci küçədəki Trayboro körpüsü tərəfində bitir. Magistral hər istiqamətdə üç zolaqdan ibarətdir, Bruklin körpüsünün altındakı kiçik bir hissə istisna olmaqla, orada o, cənubdan iki və şimaldan bir zolağa qədər daralır, eyni hal həmçinin Kuinsboro körpüsü ilə 61-ci küçə arasındakı hissədə yaranır, orda da iki zolağa qədər daralır. Maşınların maksimal kütləsi 23-cü küçədən Harlem River Drayva qədər olan ərazidə 3600 kq ilə məhdudlaşır. Ayrıca bu yolda avtobus hərəkəti qadağan olunub. Magistral boyunca kommersiya nəqliyyatı (yükdaşıma daxil olmaqla) qadağandır. Magistral əvvəlcə İst River Drayv (ing. East River Drive) adlanırdı.
Kərim Odər
Kərim İbadulla oğlu Odər (1901, Bakı – 19 noyabr 1981, Ankara) — Azərbaycan Dövlət xadimi, Musavat Partiyasının III başqanı. Kərim İbadulla oğlu Odər 1901-ci ildə Bakıda anadan olub. Bakı Ticarət Litseyini bitirdikdən sonra, Azərbaycan Xalq Cumhuriyyəti (1918–1920) dövründə Xarici İşlər Nazirliyində özəl Qələm müdirliyi vəzifəsində çalışıb və o zaman Xarici İşlər naziri olan Nəsib bəy Yusifbəyli ilə yaxın münasibətdə olub. Həmin illərdə Kərim Odər gündüzlər işləyir, gecələr isə İqtisad fakültəsində təhsilini davam etdirirdi. 1920-ci il 27 aprel işğalından sonra Kərim Odər bir müddət Xarici İşlər nazirliyindəki işində çalışıb, lakin sonradan bolşeviklərin terror rejimi ilə ölkəni idarə etdiklərini görüb Azərbaycanı tərk etmək məcburiyyətində qalıb. Üç ilə qədər Tiflisdə qalan Kərim Odər burada iqtisad fakültəsini bitirib, bolşeviklərin əlinə keçməmək üçün Batuma qaçaraq oradan Türkiyəyə keçib. Bir müddət ticarətlə məşğul olan Kərim Odər, Türkiyə vətəndaşlığını qəbul etdikdən sonra Osmanlı Bankında yeddi ilə qədər işləyib, müdir müavini olub, Mərkəzi Bankda işə qəbul edilib. Son iş yeri Sumerbank Ümum Müdirliyində Bankaçılıq və Kredi İşlər Müdirliyində müşavir olan Kərim Odər 1966-cı ilə təqaüdə çıxıb. Kərim Odər rus, fransız dillərini sərbəst, fars, alman və ingilis dillərini isə orta dərəcədə bilirdi. Kərim Odər bir müddət Müsavat Partiyasının rəhbərliyində yer alıb, Partiya Məclisi başqanı olub, eyni zamanda Azərbaycan Kültür Dərnəyinin Fəxri Başqanı adını alıb.
Oda (1990)
Kinolent həyatın mənası, yaradıcılıq haqqında fəlsəfi düşüncələrdir. Filmdə dahi bəstəkar Bethovenin 9-cu simfoniyasından sevinc odası səslənir. Rejissor: Vahid Talıbov, Rafiz İsmayılov Ssenari müəllifi: Rafiz İsmayılov Quruluşçu rəssam: Rafiz İsmayılov Operator: Ramiz Ağayev Bəstəkar: Mobil Babayev Səs operatoru: Marat İsgəndərov Cizgi rəssamı: Vahid Talıbov, Vaqif Məmmədov, Hüseyn Cavid İsmayılov Musiqilərindən istifadə edilən bəstəkar: Lüdviq van Bethoven Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 368-370.
Oda Nobunaqa
Oda Nobunaqa (yapon織田 信長 ) 23 iyun 1534 – 21 iyun 1582) Yaponiyanın birləşdirilməsi üçün böyük işlər görmüş Orta əsrlər yapon sərkərdəsi. Yaponiyada 34 il yaşamış və dəfələrlə Oda Nobunaqa ilə qarşılaşmış portuqaliyalı missioner Luiş Froiş, onu barəsindəki təəsuratı belə təsvir edir: " Bu orta boylu, incə quruluşlu, seyrək bığlı və məlahətli səsi olan adam idi. O şöhrətsevər və təkəbbürlü idi, lakin ədaləti sevirdi, kim tərəfindən olsa da təhqiri cavabsız qoymazdı. Eyni zamanda çox istiqanlı və mərhəmətli idi. Az yatırdı. Tez oyanırdı. Gözü tox idi. Həmişə gizli hərəkət edərdi. Hərbi işdə çox çevik və bacarıqlı, hirslənəndə səbirsiz, lakin tez soyuyan idi. O demək olar ki heç vaxt təbəələrinin məsləhətlərinə qulaq asmazdı.
Oda Teatrı
Oda Teatrı — Bakıda yerləşən müstəqil teatr. Teatr yarandığı ilk vaxtlarda müxtəlif məkanlarda tamaşalar göstərib. Daha sonra Bakə şəhəri, Topçubaşov küçəsi, 38 ünvanında yerləşən zirzəmidə məskunlaşan teatr Azərbaycanda ilk zirzəmi teatrı olaraq fəaliyyətini davam etdirib. Fəaliyyəti dövründə problemlərlə üzbəşən teatr hətta bir müddət fəaliyyətini dayandırıb. Hazırda teatr Bakı şəhər, Dilarə Əliyeva küçəsi, 141 ünvanında yerləşir. ODA 2-ci mövsümünü amfiteatr quruluşunda həyata keçirib. Teatrının təsisçi və bədii rəhbəri Elmin Bədəlovdur. Müxtəlif təzyiqlər nəticəsində 2015-ci ilə qədər ODA 4 dəfə məkanını dəyişib. Daha sonra teatr adını dəyişib "ADO Theatre - Collective" edib (Azərbaycan Dağınıq Oda teatrı). Ətraflı: ADO.AZ Teatr fəaliyyət göstərdiyi dövr ərzində Rumıniya dramaturqu Matey Vişnekin “Səncə döyəcəklər?”, Qoqolun “Evlənmə”, Samir Sədaqətoğlunun "İtən vaxt"(mono tamaşa), Pərviz Bəşərdüstün "Arzular bağı", Somerset Moemin “Qisas” hekayəsi əsasında hazırlanan “Xəyali Qisas”, Peter Turrininin “Axır ki, qurtardıq” əsəri əsasında hazırlanan “Suicide”(İntihar), Sien Ekerin əsəri əsasında hazırlanmış "Apokalipsis", Müzəffər İzgünün "Sərhəd" əsəri əsasında "Tikanlı məftillər" və pantomim "MimOda 18+" tamaşalarını səhnələşdirib.
Odd Hassel
Odd Hassel (norv. Odd Hassel; 17 may 1897[…], Kristianiya[d] – 11 may 1981[…], Oslo) — norveçli fiziki kimyaçı və 1969-cu il Kimya üzrə Nobel mükafatı laureatı. Odd Kristianiada ginekoloq Ernst "Skippi" Hassel və Matilda Torrealba Rodriqez İmlaks Fernando Qonzales Klavenesin ailəsində anadan olmuşdur. 1915-ci ildə o, Oslo Universitetinə qəbul olunmuş, 1920-ci ildə buranı bitirmişdir. Universitetdə o riyaziyyatı və fizikanı mükəmməl qavramışdır. Bu dövrdə o, bir illiyinə təhsilindən ayrılaraq, professor Kazimir Fayansın laboratoriyasında işləmək üçün Almaniyaya, Münhenə getmişdir. Onun buradakı işi hopdurma (elektromaqnetik radiasiyanın) indikatorlarının kəşf olunmasına gətirib çıxardı. Sonradan o, Berlinə köçərək Kayzer Vilhelm İnstitutunda rentqen şüalarının kristalloqrafiyası üzrə tədqiqatlar aparmağa başlamışdır. Öz araşdırmasını Frits Haberin köməyi ilə əldə etdiyi Rokfeller təqaüdü ilə davam etdirmişdir. 1924-cü ildə o Berlin Universitetində fəlsəfə doktoru dərəcəsini aldı.
Odra çayı
Odra (çex. və pol. Odra) -Polşa, Çexiya, Almaniya ərazisindən axan çay. Odra çayı Polşa və Almaniya sərhəddindən başlayır. Polşanın ən uzun çayı Visladan sonra ikinci ən uzun çayı hesab edilir. Çayın uzunluğu-903 km, hövzəsinin sahəsi isə təqribən-125 min km². Çayın illik su sərfi isə 480 m³/san-dir. Başlanğıcını Şərqi Sudet dağlarından götürür. Mənbəyinin hündürlüyü, dəniz səviyyəsindən-634 m-dir. Əvvəl Çexiyanın ərazisindən sonra isə Polşa ərazisindən axır.
Odri Hepbern
Odri Hepbern (ing. Audrey Hepburn, tələffüz olunur /ˈhebən/ və ya /ˈhebə:n/ həmişə birinci hecada vurğu, doğum adı Odri Ketlin Ratson, ing. Audrey Kathleen Ruston; 4 may 1929[…] – 20 yanvar 1993[…], Toloşenaz[d], Vo kantonu) — ingilis aktrisa, fotomodel, rəqqasə və humanitar fəal. Karyerası Hollivudun Qızıl Dövründə zirvəyə yüksəlmiş kino sənayesi və üslubunun məşhur simvolu. Odri Hepbern Amerika Film İnstitutu tərəfindən Amerika kinosunun üçüncü ən böyük aktrisası seçilmişdir. Brüssel paytaxt bölgəsindəki bir kommuna olan İkseldə anadan olan Hepbern uşaqlığını və yeniyetməlik dövrünü Hollandiyada, II Dünya Müharibəsi əsnasında Nasist Almaniyası tərəfindən işğal edilən Arnemdə yaşayırdı. Orada balet təhsili almışdır və 1948-ci ildə Londona köçmüş və burada yerli teatrların səhnəsində rəqqasə kimi işə başlamışdır. Bir neçə Avropa filmində rol almış Odri, Brodvey istehsalında Jiji baş rol üçün onu seçən Kolettin diqqətini çəkdi. 1952-ci ildə Hepbern, Amerikan "Roma tətilləri" filmində (1953) rol aldı, buna görə Akademiya mükafatların layiq görülmüşdür (daha sonra 1955, 1960, 1962 və 1968-ci illərdə də namizəd oldu), Qızıl Qlobus və BAFTA. 1954-cü ildə Brodvey istehsalındakı Undina performansına görə Toni Mükafatını qazanmışdır (1954). Ötən əsrin 60-cı illərindən bu günə kimi sevilən amerikalı kinoulduz Odri Hepbern XX əsr'də dünyanın 10 ən gözəl aktrisası sırasında yer alıb.
Odri Hepbörn
Odri Hepbern (ing. Audrey Hepburn, tələffüz olunur /ˈhebən/ və ya /ˈhebə:n/ həmişə birinci hecada vurğu, doğum adı Odri Ketlin Ratson, ing. Audrey Kathleen Ruston; 4 may 1929[…] – 20 yanvar 1993[…], Toloşenaz[d], Vo kantonu) — ingilis aktrisa, fotomodel, rəqqasə və humanitar fəal. Karyerası Hollivudun Qızıl Dövründə zirvəyə yüksəlmiş kino sənayesi və üslubunun məşhur simvolu. Odri Hepbern Amerika Film İnstitutu tərəfindən Amerika kinosunun üçüncü ən böyük aktrisası seçilmişdir. Brüssel paytaxt bölgəsindəki bir kommuna olan İkseldə anadan olan Hepbern uşaqlığını və yeniyetməlik dövrünü Hollandiyada, II Dünya Müharibəsi əsnasında Nasist Almaniyası tərəfindən işğal edilən Arnemdə yaşayırdı. Orada balet təhsili almışdır və 1948-ci ildə Londona köçmüş və burada yerli teatrların səhnəsində rəqqasə kimi işə başlamışdır. Bir neçə Avropa filmində rol almış Odri, Brodvey istehsalında Jiji baş rol üçün onu seçən Kolettin diqqətini çəkdi. 1952-ci ildə Hepbern, Amerikan "Roma tətilləri" filmində (1953) rol aldı, buna görə Akademiya mükafatların layiq görülmüşdür (daha sonra 1955, 1960, 1962 və 1968-ci illərdə də namizəd oldu), Qızıl Qlobus və BAFTA. 1954-cü ildə Brodvey istehsalındakı Undina performansına görə Toni Mükafatını qazanmışdır (1954). Ötən əsrin 60-cı illərindən bu günə kimi sevilən amerikalı kinoulduz Odri Hepbern XX əsr'də dünyanın 10 ən gözəl aktrisası sırasında yer alıb.
Odri Hollander
Odri Hollander (4 noyabr 1979, Luisvill, Kentukki) — ABŞ pornoaktrisası. Çikaqo Universitetinin məzunudur. 2003-cü ildən pornoqrafiya sənayesində fəaliyyət göstərir, Holllander indiyə kimi 200-dən artıq filmdə çəkilib.
Odri Totu
Odri Totu (fr. Audrey Tautou [odʁɛ totu]) (9 avqust 1976, Bomon) — Fransalı aktrisa. Populyarlıq ona "Ameli" (2001), "Da Vinçi şifrəsi" (2006) və "Koko do Şanel" (2009) filmlərində almış baş rolları gətirdi. Odrinin atası diş həkimi, anası isə savadsızlığa qarşı Assosiasiyasının üzvü idi. Uşaqlıqda Odri biologiya ilə çox maraqlanırdı, ancaq valideynləri ona oxuduğu liseydə teatr təlimlər dərslərinə getməyi məsləhət gördülər. Odri fortepiano və qoboy dərsləri üzrə musiqi məktəbini bitirib. Alman və ingilis dillərini yaxşı bilir. Onun boyu 160 sm.-dir. 1996: Cœur de cible (TV) 1997: La vérité est un vilain défaut (TV) 1998: Bébés boum (TV) 1998: Chaos technique (TV) 1998: Kastinq: Archi-iyrənc 1998: Köhnə hasar 1999: Le Boiteux: Baby blues (TV) 1999: Ölmək kədərlidir 1999: Venera gözəllik salonu (Vénus beauté (institut)) 2000: Əxlaqsız (film, 2000) (Le libertin) 2001: Tanrı böyükdür, mən - balaca (film, 2001) (Dieu est grand, je suis toute petite) 2001: Ameli (Le fabuleux destin d’Amélie Poulain) 2002: Çirkli yaraşıq (film, 2002) (Dirty Pretty Things) 2002: Sevir...sevmir?
Sent-Opr
Sent-Opr (fr. Saint-Aupre) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Vuaron kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38362. Kommunanın 1999-cu il üçün əhalisi 872 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 70 km cənub-şərqdə, Qrenobldan 29 km şimal-qərbdə yerləşir.
Odri Azulay
Odri Azulay (fr. Audrey Azoulay; 4 avqust 1972[…]) — Mərakeş əsilli fransız siyasətçi və dövlət xadimi, 15 noyabr 2017-ci ildən YUNESKO-nun baş direktoru. Fransanın mədəniyyət və kommunikasiya naziri (2016–2017). O, 4 avqust 1972-ci ildə Parisin ətrafı La Celle-Saint-Cloud[fr]-də Mərakeş əsilli yəhudi ailəsində anadan olub. Onun əcdadları Essaouira şəhərində yaşayırdılar. Audrey Azoulay, Mərakeş kralı II Həsənin müşaviri Andre Azulanın qızıdır (uşaqlıqda Odri məktəb tətillərini Mərakeşin kral sarayında keçirirdi). Paris-Dauphine Universitetində elmlər magistri və Lancaster Universitetində MBA dərəcəsi almışdır. Parisdəki Siyasi Araşdırmalar İnstitutunu və Milli İdarəçilik Məktəbini bitirmişdir. 2000-ci ildə Milli İdarəçilik Məktəbini bitirdikdən sonra İl-de-Frans regionunun Hesablama Palatasında çalışıb və Dövlət Xidmətlərinin Qiymətinə və Səmərəliliyinə Nəzarət Komitəsinin üzvü olub. 2006-cı ildə Milli Kino və Animasiya Mərkəzinə[fr] köçdü və orada audiovizual şöbəyə rəhbərlik etdi.
Pretty. Odd.
Pretty. Odd. — ABŞ pop-rok musiqi qrupu Panic at the Disco(en)-nun ikinci studiya albomu. 25 mart 2008-ci ildə Decaydance və Fueled by Ramen tərəfindən buraxılıb.
Odri Bitoni
Audrey Bitoni (16 avqust 1986, Pasadena, Kaliforniya) — italyan əsilli amerikalı çılpaq model və pornoqrafik film aktrisası. 2008-ci ildə AVN mükafatlarında ən yaxşı gənc ulduz nominasiyasına namizəd olub.
Sakunosuke Oda
Sakunosuke Oda (織田 作之助, Oda Sakunosuke, 26 oktyabr 1913, Osaka – 10 yanvar 1947, Tokio[d]) – Yaponiya romançısı. Osaka şəhərini və İkinci Dünya müharibəsindən sonrakı Yaponiyanı təsvir edən əsərlər yazmışdır. Osamu Dazainin dostu olmuşdur. == İlk illəri == Sakunosuke Oda 1913-cü ildə Yaponiyanın Osaka şəhərində doğulmuşdur. Ailəsi balıq alveri ilə məşğul olurdu. Kiotoda yerləşən Üçüncü liseydə təhsil alsa da, məzun ola bilməmişdir. == Yaradıcılığı == Oda 1937-ci ildə Kiotoya köçmüş, Stendal və İhara Saykakudan təsirlənərək nostalji romanları yazmağa başlamışdır. Osaka şəhərinin gündəlik həyatını və insanlarını əks etdirən əsərlər ortaya çıxarmışdır. 1939-cu ildə yazdığı "Zakuşu" hekayəsinə görə Akutaqava mükafatına namizəd göstərilmişdir. 1940-cı ildə yazdığı və uğur qazanmış "Cütlüyün yaxşı uğuru" (Meoto zenzay) əsərinin adı Osakada yerləşən bir şirniyyatdan dükkanından gəlir.
2009 год
Azərbaycan Respublikasında "Uşaq ili". 1 aprel - Xorvatiya və Albaniyanın NATO-ya qəbul edilməsi. 21 iyun — Danimarkanın keçmiş müstəmləkəsi Qrenlandiyanın öz müstəqilliyini elan etməsi. A-Team adlı rep-qrupu yaradılmışdır. 18 fevral - "Bakı İslam mədəniyyətinin paytaxtı – 2009" tədbirlərinin təntənəli açılışı . 18 mart - Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər haqqında əlavə və dəyişikliklər edilməsinə dair referendum keçirilməsi. 18-24 mart - Bakıda "Muğam aləmi" Beynəlxalq musiqi festivalının keçirilməsi. 30 aprel — Azərbaycan Dövlət Neft Akademiyasında terror hadisəsi 4 may - Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"nın və "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncamın imzalanması. 9 sentyabr — Azərbaycan və Tuvalu dövlətləri arasında diplomatik əlaqələrin qurulması haqqında Birgə Kommünike imzalanması. 6 dekabr — Bakı şəhərində Azərbaycan Vikipediyası istifadəçilərinin ilk görüşünün keçirilməsi.
2011 год
Azərbaycan Respublikasında "Turizm ili". 1 yanvar Estoniya avro pul vahidinə keçir, Avro Bölgəsinin 17-ci üzvü olur. Macarıstan Avropa Birliyi Şurasının sədri oldu. 3 yanvar Arnold Şvartsenegger Kaliforniya ştatın qubernator yerini buraxıb. 4 aprel — Cartoon Network (Türkiyə) Loqosunu dəyişmişdir. 11 fevral – Misirdə uzun sürən etirazlardan sonra ölkə prezidenti Hüsnü Mübarək istefa verir. 11 mart – Yaponiyada 8.9 bal gücündə dağıdıcı zəlzələ baş verir. Zəlzələ nəticəsində sunami fəlakəti yaşanır, Fukusima atom stansiyasında qəza baş verir. 15 sentyabr — Moskvada Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondunun dəstəyilə hazırlanmış Müslüm Maqomayevin abidəsinin təntənəli açılış mərasimi olmuşdur 24 oktyabr — Azərbaycan Respublikası ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. 31 oktyabr — Dünya əhalisinin sayı 7 milyard olmuşdur.
Мир ПК
"PC World" — ABŞ aylıq kompüter texnologiyası jurnalı. Jurnal 1983-cü ildən 2013-cü ilə qədər "International Data Group" tərəfindən nəşr olunmuşdur. 2013-cü ilin avqust ayından başlayaraq jurnalın çap versiyası dayandırılmış və onun redaksiya heyəti tamamilə onlayn formata keçmişdir. Jurnalın məqalələri fərdi kompüterlər, serverlər və iş stansiyaları üçün aparat və proqram təminatının işlənib hazırlanması, onların həm istehlakçı şəraitində, həm də müəssisələrdə tətbiqi məsələlərinin geniş spektrini əhatə edirdi. Publikasiyanın məzmunu müxtəlif ixtisaslara malik olan oxuculara yönəlmişdir Jurnal 1982-ci ilin noyabrında "COMDEX"də elan edilmiş və ilk növbədə "Personal Computer World" adlandırılmışdır. Jurnal "VNU" və "Ziff Davis Publishing" daxil olmaqla naşirlər tərəfindən bir neçə dəfə yenidən satılmışdır. 1999-cu ilin fevralında jurnal rekord tirajla 1 milyon nüsxə ilə nəşr olunmuşdur. Bu, o zaman belə rəqəmlərə nail olan ilk və yeganə kompüterlə bağlı jurnal idi. 2013-cü ildə jurnalın sahibi "International Data Group" şirkəti "PC World" jurnalının 30 il davam etmiş nəşriyyatının dayandırıldığını elan etmişdir. 2013-cü ilin avqust nömrəsi "PC World" jurnalının çap olunan sonuncu nömrəsi idi.
ИХР-388 aşqarı
Bonave-le-О
Vonave-le-О (fr. Vaulnaveys-le-Haut) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Viziy kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38529. Kommunanın 2010-cu il üçün əhalisi 3442 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 338 ilə 1 714 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 500 km cənub-şərqdə, Liondan 105 km cənub-şərqdə, Qrenobldan 11 km şimal-qərbdə yerləşir.
Sen-Marten-lez-О
Sen-Marten-lez-О (fr. Saint-Martin-les-Eaux, oks. Sant Martin deis Aigas) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Şimali Manosk kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04190. 2008-ci ildə əhalinin sayı 99 nəfər təşkil edirdi. 2007-ci ildə 72 yaşda (15-64 yaş arasında) 54 nəfər iqtisadi cəhətdən fəal, 18 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 75.0%, 1999-cu ildə 80.0%). Fəal olan 54 nəfərdən 48 nəfəri (27 kişi və 21 qadın), 6 nəfər işsiz (2 kişi və 4 qadın) idi.
Vonave-le-О
Vonave-le-О (fr. Vaulnaveys-le-Haut) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Viziy kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38529. Kommunanın 2010-cu il üçün əhalisi 3442 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 338 ilə 1 714 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 500 km cənub-şərqdə, Liondan 105 km cənub-şərqdə, Qrenobldan 11 km şimal-qərbdə yerləşir.
ОТ-54
OT-54 — Sovet orta tipli tankı. 1955-1959 illər arasında kiçik bir sıra istehsalı oldu. Огнемётные танки OT-54, TO-55 и ОБ. 483 Arxivləşdirilib 2009-01-06 at the Wayback Machine на сайте КП «ХКБМ им. А. А. Морозова».