Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Okan
Okan — ad. Okan Buruq — futbolçu, futbol məşqçisi. Okan Yeşilot — tarixçi. Okan xan — türk və altay mifologiyasında sülh ilahı.
Akane Sayto
Akane Sayto (d. 12 yanvar 1993) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Masayuki Okano
Masayuki Okano (d. 25 iyul 1972) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 25 oyun keçirib, 2 qol vurub.
Peter Ouane
Peter Ouane (4 aprel 1998, Kinşasa) — Liqa 2 təmsilçilərindən olan "Şatoru" klubunda müdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. Ouane Renn klubunun akademiyası vasitəsilə inkişaf etmişdir. 9 may 2018-ci ildə Ouane Loryan klubu ilə ilk peşəkar müqaviləsini imzalamışdır. Ouane peşəkar karyerasında debütünü 14 avqust 2018-ci ildə Valensiennes klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Liqa Kuboku görüşündə Loryan rəqibinə 1-0 hesabı ilə qalib gəlmişdir. Ouane Kinşasa şəhərində anadan olmuşdur. Valideynləri Konqo vətəndaşlarıdır. O, kiçik yaşlarında Fransaya köçmüşdür. Ouane Fransa millisinin müxtəlif yaş qruplarında çıxış etmiş və 2015 FİFA U-17 Dünya Çempionatında iştirak etmək üçün Fransa U-18 millisinə dəvət almışdır.
Skane (bölgə)
Skane — İsveçin ən cənubunda yerləşən inzibati ərazi vahidi.
Şuniçiro Okano
Şuniçiro Okano (d. 28 avqust 1931) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Rintaro Okabe
Rintaro Okabe (岡部 倫太郎, Okabe Rintaro) — 5pb. və Nitroplus tərəfindən yaradılmış "Science Adventure" franşizindən personaj. İlk dəfə 2009-cu ildə buraxılmış "Steins;Gate" vizual romanında təqdim olunmuşdur. Okabe Kurisu Makise ilə birlikdə "Steins;Gate" seriyasının əsas personajlarından biridir. O, özünü çılğın alim hesab edir və tez-tez Kyoma Hooin təxəllüsündən istifadə edir. Şiina Mayuri onu Okarin deyə çağırır. Okabe Akihabaradakı evində Gələcəyin Alətləri Laboratoriyasını qurmuşdur. O, özünü çılğın alim hesab edir və 001 nömrəli laboratoriya üzvü adlandırır. Bir gün təsadüfən etdiyi kəşfdən sonra zamanda səyahət təcrübələrinə başlayır və təcrübələrinə Kurisu da qatılır. Okabe təcrübələr zamanı öyrənir ki, dünya xətlərinin dəyişməsini müəyyən etmə qabiliyyətinə malikdir və bu qabiliyyəti "Ridinq Ştayner" adlandırır.
Kane & Lynch
Kane & Lynch: Dead Men — IO Interactive tərəfindən yaradılan və üçüncü-şəxs atıcı janrında olan oyun. Kane & Lynch 2: Dog Days — IO Interactive tərəfindən yaradılan, Eidos Interactive və Square Enix (distribyutor olaraq) tərəfindən isə nəşr edilən üçüncü-şəxs atıcı janrında olan video-oyundur.
Okan Buruk
Okan Buruk (19 oktyabr 1973, İstanbul) — türk peşəkar futbol meneceri və keçmiş oyunçu. O, hazırda Super Liqa təmsilçisi "Qalatasaray"-ın baş məşqçisidir. Keçmiş yarımmüdafiəçi kimi "Qalatasaray", "İnter Milan", "Beşiktaş" və "İstanbul Başakşehir" kimi klublarda çıxış edib.
Okan Buruq
Okan Buruk (19 oktyabr 1973, İstanbul) — türk peşəkar futbol meneceri və keçmiş oyunçu. O, hazırda Super Liqa təmsilçisi "Qalatasaray"-ın baş məşqçisidir. Keçmiş yarımmüdafiəçi kimi "Qalatasaray", "İnter Milan", "Beşiktaş" və "İstanbul Başakşehir" kimi klublarda çıxış edib.
Okan Yeşilot
Okan Yeşilot (1971, Giresun) — Tarixçidir. 1971, 9 iyulda anadan olan Okan Yeşilot, İbtidai məktəbi Gökcəalıda, orta məktəbi Samsun Ladıq Akpınar Müəllim Liseyində almışdır. Sonradan Mərmərə Universitetinə daxil olmuşdur. Hal-hazırda Mərmərə Universiteti, Tarix fakültəsində çalışır. Mərmərə Universiteti Atatürk Təhsil Fakültəsi Tarix müəllimliyi ixtisasından 1992-ci ildə məzun olmuşdur. 1999-cu ildə magistr təhsilini Mərmərə Universiteti Türkiyyat Araşdırmaları İnistitutunda "Hacı Zeynalabidin Tağıyevin həyatı və fəaliyyətləri" adlı tezis yazaraq bitirmişdir. Doktarantura pilləsini, İstanbul Universiteti Sosial Elmlər İnistitutu Ümumi Türk Tarixi bölümündə, "Həsən Məlik Zərdabinin həyatı və fəaliyyətləri" mövzusunda müdafiə etmişdir. 1997-1998-ci illərdə Beynəlxalq Türk-Kazak Əhmət Yasəvi Universitetinin Çimkənd bölümündə təhsil sahəsində çalışdı. Bundan əvvəl isə 1995-1996-cı illər müddətində Bakı Dövlət Universitetində tədqiqatçı kimi çalışmışdır. Xüsusən çarlıq dövrü Azərbaycan tarixi ilə məşğul olan Okan Yeşilot, həmçinin 1991-cii il və ondan sonrakı dövr Azərbaycan tarixi ilə də məşğul olmuşdur.
Okan xan
Okan Xan - türk və altay mifologiyasında sülh ilahı. Ukan Xan və ya Okon Xan olaraq da bilinər. Qan davalarına qarşı çıxan, oba və oymaqlar arasında dolanışıqsızlıqlarda, vasitəçilik edən tanrı. Tanrının kiçik oğludur və cəzalandırılınca yer üzünə göndərilmişdir. (Ok/Oğ/Og/Uğ/Ug) kökündən törəmişdir. Yaratmaq və sülh mənaları daşıyır. Türk Əfsanə Sözlüyü, Dəniz Qaraqurd, Türkiyə, 2011, (OTRS: CC BY-SA 3.0) (türk.) Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Okan Konuralp
Okan Konuralp (1973, Sakarya ili) — jurnalist və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Okan Konuralp 1973-cü ildə Sakarya ilinin Adapazarı ilçəsində anadan olub. ODTÜ Sosiologiya bölməsindən məzun olub. 1998-ci ildə Uğur Mumcu Araşdırmaçı Jurnalistlər Vəqfini bitirib. Müxtəlif media qurumlarında jurnalist olaraq çalışıb. 2004–2015-ci illərdə "Hürriyet" qəzetində silsilə məqalələri dərc olub. 2020–2023-cü illər arasında Radio və Televiziya Ali Şurası (RTÜK) üzvü vəzifəsində təmsil olunub. Siyasətə Cümhuriyyət Xalq Partiyasında qoşulub. 2015–2020-ci illərdə Cümhuriyyət Xalq Partiyası sədrinin Media üzrə Koordinatoru vəzifəsində çalışıb. 2023-cü ildə Ankaradan Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib.
Nukina Kane
Nukina Kayoku (貫名 海屋, 3 yanvar 1778[…], Ama əyaləti[d], Nankaydo[d] – 21 iyun 1863, Şimoqamo[d]) və ya əsl adı ilə Nukina Kane – Yaponiya rəssamı, xəttatı, konfusiçi alimi. Nanqa üslubunda rəsmlər çəkmişdir. Ava əyalətində (indiki Tokuşima prefekturası) samuray ailəsində doğulmuşdur. Gənc yaşlarında xəttatlıq və Kano üslubunun rəssamlığını öyrənməyə başlamışdır. Daha sonra Koya dağında buddizm və Edo şəhərində konfusiçilik dərsləri almışdır. Zen rahibi Hidaka Tetsuodan Çin ədəbi rəssamlığını öyrənmək üçün Naqasakiyə səyahət etmişdir. Daha sonra Kiotoya köçmüş, burada konfusiçilik məktəbi açmış, rəssamlıq və yazıçılıq ilə məşğul olmuşdur. Ömrünün axırlarında Kiotonun ən yaxşı xəttatı hesab olunurdu. Yamamoto Bayitsu və Nakabayaşi Çikuto kimi rəssamların daxil olduğu sənətçi qruplaşmasının üzvü olmuşdur. Kayoku mühafizəkar Çin ədəbi ənənələrini izləmiş, peyzaj rəsmləri üçün Çin rəssamlığından təsirlənmişdir.
Kane-de-Salar
Kane-de-Salar (fr. Canet-de-Salars, oks. Canet) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Pon-de-Salar kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12050. Kommuna təxminən Parisdən 520 km cənubda, Tuluza şəhərindən 130 km şimal-şərqdə, Rodezdən isə 20 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 410 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 230 nəfərin (15-64 yaş arasında) 165 nəfəri iqtisadi cəhətdən fəal, 65 nəfər hərəkətsizdir (fəaliyyət göstərici 71,7%, 1999-cu ildə 65.3%).
Kane & Lynch (dəqiqləşdirmə)
Kane & Lynch: Dead Men — IO Interactive tərəfindən yaradılan və üçüncü-şəxs atıcı janrında olan oyun. Kane & Lynch 2: Dog Days — IO Interactive tərəfindən yaradılan, Eidos Interactive və Square Enix (distribyutor olaraq) tərəfindən isə nəşr edilən üçüncü-şəxs atıcı janrında olan video-oyundur.
Kane & Lynch: Dead Men
Kane & Lynch: Dead Men (azərb. Keyn və Linç: Ölümə məhkumlar‎) — IO Interactive tərəfindən yaradılan və üçüncü-şəxs atıcı janrında olan oyun. Geympleydə iki nəfər, bir-birindən xasiyyətcə tamamilə fərqli qəhrəmanların birgə hərəkətləri ideyası dayanır. PC ilə yanaşı oyun həmçinin PlayStation 3, Xbox 360 və mobil telefonlar üçün buraxılıb. Videooyun sənayəsində ən keyfiyyətli və təsirli oyunlardan biri olmuş və yüksək rəy alaraq ikinci hissəsi yaradılmışdır. == Oyun prosesi == Bütün birnəfərli oyun iki əsas qəhrəmanın sıx əməkdaşlığı ilə gedir. Oyun boyu oyunçu Keyni, süni intellekt isə Linçi idarə edir. Kane & Lynch-də həmçinin kooperativ oyun imkanı da var ki, burada qəhrəmanların hər ikisini oyunçular idarə edir. Fərdi kompüterdə birgə oyun ən azı bir Xbox 360 kontrolleri olduqda mümkündür. Yaradıcıların əsas ideyası qəhrəmanların xasiyyətini oyundakı hərəkət tərzinə keçirməkdir.
Kane & Lynch 2: Dog Days
Kane & Lynch 2: Dog Days (azərb. Keyn və Linç: İt günləri‎) — IO Interactive tərəfindən yaradılan, Eidos Interactive və Square Enix (distribyutor olaraq) tərəfindən isə nəşr edilən üçüncü-şəxs atıcı janrında olan video-oyundur. 2007-ci ildə çıxan Kane & Lynch: Dead Men oyununun davamıdır. Oyun PlayStation 3, Xbox 360 və Microsoft Windows platformalarında buraxılıb. Baş qəhrəmanlar cinayətkarlar - Keyn və Linçdir. Hadisələr Şanxay şəhərində cərəyan edir. == Maraqlı faktlar == Birinci mərhələdə küçədə, kiçik kompüter video-oyun mağazası var. Orada Mini Ninjas və Hitman seriyasından olan oyunlarında üzlüklərini görmək olar. Hər iki oyun IO Interecative tərəfindən yaradılıb. Oyundakı nəzər həvəskar kamera çəkilişi stilində yaradılıb.
Kanev
Kanev — Çerkassk vilayətində (Ukrayna) şəhər. == Tarixi == Müasir Kanev Ukraynanın Çərkəz vilayətində şəhərdir; əvvəlki adı Xan ev-Xanev, yəni "Xan şəhəri" deməkdir. Dneprin sağ sahilində liman, Taqança dəmiryol stansiyasından 45 km aralıda yerləşir. Xanevin adı tarix mənbələrində XII əsrdən çəkilir. Karamzin "Rus dövlətinin tarixi" əsərində Batı xanın hakimiyyəti illərində bu yerləri səyahətə çıxan italyan dövlətinin elçisi səfir Covanni de Polo Kartiniyə istinad edərək Kiyev yaxınlığında olan Xanev şəhərində moğolların yaşadığını göstərir. Qızıl Orda hökmranlığı dövründə dövlət məmurları olan xan baskaklarının (hərbi hakimləri) idarəsi yerləşən məntəqəyə çevrildi. (1239) Lakin Xanevin türk məskəni olma tarixi bundan daha qədimdir. Xanev tarixən poloves (qıpçaq) yurdu olmuşdur. Tarixi məlumatlardan aydın olur ki, şəhərin əhalisi döyüşkən, hərb işini sevən türk, qara klobuk, berendey və başqa türk qəbilələri hərbi-keşikçi sənəti ilə məşhur idilər; bu şəhər əsasən onların toplanış məntəqəsi idi. Belə ki, Xanevdə hərbi qüvvələr saxlanılırdı, şəhərdə türklərin möhkəm cəbbəxana ehtiyatı olarmış; buradan poloves çöllərinin dərinliklərinə aparan yollar və etibarlı strateji əhəmiyyətə malik olan Kanev uzun tarix boyunca keşikçi məntəqəsi rolu oynamışdı.
Kanqe
Kanqe (kor. 강계시) — Koreya Xalq Demokratik Respublikasının (Şimali Koreya) şimalında yerləşən şəhər, Çaqando vilayətinin inzibati mərkəzi. Şəhər yerləşdiyi yerə görə tarixən strateji əhəmiyyətə malikdir. == Tarixi == Koreya müharibəsi zamanı, Pxenyan şəhərindən qovulduqdan sonra Kim İr Sen və hökuməti müvəqqəti olaraq Kanqe şəhərinə köçmüşdür. == Coğrafiyası == Şəhər, Çanca çayı daxil olmaqla dörd çayın birləşdiyi yerdə yerləşir. == İnzibati bölgüsü == Şəhər 34 məhəlləyə və 2 kəndə bölünmüşdür: == İqlim == Orta illik hava temperaturu — 7,3 °C Havanın nisbi rütubətliyi — 72,6% Orta külək sürəti — 0,5 m/s == Nəqliyyat == Kanqe şəhəri digər şəhərlərə quru yolu, dəmiryolu və hava yolu ilə bağlı olan bir nəqliyyat mərkəzidir. Şəhər Kanqe və Manpo dəmiryolu xəttlərinin qovşağında yerləşir. Bundan əlavə olaraq, avtomobil yolları şəhəri paytaxt Pxenyana və KXDR-ın digər şəhərlərinə birləşdirir. Şəhər, hərbi və mülki məqsədli hava limanının yaxınlığında yerləşir. == Mədəniyyət == Şəhərdə Kanqe Təhsil Universiteti, Kanqe Texnologiya Universiteti və Kanqe Tibb Universiteti yerləşir.
Kokand
Kokand (özb. Qo‘qon / Қўқон;fars. خوقند‎; Chagatai: خوقند; rus. Коканд) — Özbəkistanın Fərqanə vilayətində iqtisadi və mədəni mərkəzi olan şəhər. == Tarixi == === Buxara xanlığı === === Cığatay xanlığı === === Kokand xanlığı === == Coğrafiyası == Şəhər, paytaxt Daşkəndin 228 km. cənubi-şərqində yerləşir. == Əhalisi == Fərqanə vilayətində olan şəhərin 2001-ci ildə rəsmi əhalisi 197.450-dir. Burada Özbəklər üstünlük təşkil edirlər.
Morane
Morane (fr. Morane) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Atollun sahəsi 2 km²-dir. Daxilində laqun vardır. Manqareva atollundan 110 km məsafədə yerləşir. İnzibati baxımından Qambe kommunasına daxildir. 2007-ci il məlumatına görə adada yaşayış yoxdur.
Okaber
Okaber (tam adı: Orxan Mustafazadə; 18 iyun 1987, Marneuli) — Azərbaycanlı reper. Okaber müxtəlif dövrdə Qara Dərviş, Xpert və digər sənətkarlar ilə əməkdaşlıq edib. 1987-ci il iyun ayının 18-də Gürcüstanın Marneuli şəhərində anadan olub. 2005-ci ildən 2009-cu ilə qədər Odlar Yurdu Universitetində təhsil almışdır. 2005-ci ildən hip-hopa maraq göstərməyə başlamışdır. 2005-ci ildən 2011-ci ilə qədər R. O. C (Rap Out Clan) qrupunun tərkibində çıxış edib. 2011-ci ildə qrup dağıldığdan sonra, karyerasını solo işlərə başlayıb. 2012-ci ildə Qaraqan, RG, Əli Xəyyam və AiD ilə biryerdə "MadHouse Community"-nin ilk üzvlərindən birinə çevrilir. Hazırda müstəqil artist kimi fəaliyyət göstərir. Okaberin diskoqrafiyasına 8 studiya albomu daxildir.
Okapi
Okean
Okean (yun. Ωκεανός, qədim yunanlarda tanrının adı, köhn. azərb. aqyanus), köhnə mənbələrdə Mühit — Dünyanın bir hissəsini təşkil edən, materiklər arasında yerləşən, suyun sirkulyasiya sisteminə və digər spesifik xüsusiyyətlərə malik olan böyük su obyekti. Tərkibinə okean və dənizlərin daxil olduğu Dünya Okeanının səthinin sahəsi Yer səthinin 71 %-ə yaxın hissəsini (361,900,000 km2) təşkil edir. Okeanları okeanologiya elmi öyrənir. Okeanların dibinin relyefi mürəkkəb və müxtəlifdir. Okeanın dərinliyini əvvəllər lotla ölçürdülər. Sonralar isə exolotla ölçməyə başladılar. Ən müasir cihaz isə exoqrafdır.
Okeana
Okeana Malmann (23 yanvar 1982) — Alman musiqiçidir. 2012-ci ildə Avropa çempionatı üçün oxuduğu "Endless Summer" mahnısından sonra daha da məşhurlaşmışdır. "Cry Cry" "Pussycat on a Leash" "La La" "Endless Summer" "Put Your Gun Down" "Say Sorry" "Thank You" "Everybody" "MVP" (Feat. Crazy Hype) "Brace" (Feat.
Akanye
Akanye — vurğusuz hecalarda /a/ və /o/ saitləri arasında fərq qoyulmaması. Cənubi rus dili, mərkəzi rus dilinin bir hissəsi və bütün Belarus dialektləri üçün xarakterikdir. Bu, rus və belarus ədəbi dillərində normadır (belarus dilində akanye yazıda da əks olunur). Ukrain dilinin bəzi dialektlərində qeyri-ədəbi formada istifadə edilir (əsasən rus və belarus dillərinin yayıldığı ərazilərlə ilə həmsərhəd yerlərdə). Akanye sloven dilinin bəzi dialektlərində də mövcuddur.