Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Okan
Okan — ad. Okan Buruq — futbolçu, futbol məşqçisi. Okan Yeşilot — tarixçi. Okan xan — türk və altay mifologiyasında sülh ilahı.
Akane Sayto
Akane Sayto (d. 12 yanvar 1993) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Masayuki Okano
Masayuki Okano (d. 25 iyul 1972) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 25 oyun keçirib, 2 qol vurub.
Peter Ouane
Peter Ouane (4 aprel 1998, Kinşasa) — Liqa 2 təmsilçilərindən olan "Şatoru" klubunda müdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == === Loryan === Ouane Renn klubunun akademiyası vasitəsilə inkişaf etmişdir. 9 may 2018-ci ildə Ouane Loryan klubu ilə ilk peşəkar müqaviləsini imzalamışdır. Ouane peşəkar karyerasında debütünü 14 avqust 2018-ci ildə Valensiennes klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Liqa Kuboku görüşündə Loryan rəqibinə 1-0 hesabı ilə qalib gəlmişdir. == Milli karyerası == Ouane Kinşasa şəhərində anadan olmuşdur. Valideynləri Konqo vətəndaşlarıdır. O, kiçik yaşlarında Fransaya köçmüşdür. Ouane Fransa millisinin müxtəlif yaş qruplarında çıxış etmiş və 2015 FİFA U-17 Dünya Çempionatında iştirak etmək üçün Fransa U-18 millisinə dəvət almışdır.
Skane (bölgə)
Skane — İsveçin ən cənubunda yerləşən inzibati ərazi vahidi.
Şuniçiro Okano
Şuniçiro Okano (d. 28 avqust 1931) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Rintaro Okabe
Rintaro Okabe (岡部 倫太郎, Okabe Rintaro) — 5pb. və Nitroplus tərəfindən yaradılmış "Science Adventure" franşizindən personaj. İlk dəfə 2009-cu ildə buraxılmış "Steins;Gate" vizual romanında təqdim olunmuşdur. Okabe Kurisu Makise ilə birlikdə "Steins;Gate" seriyasının əsas personajlarından biridir. O, özünü çılğın alim hesab edir və tez-tez Kyoma Hooin təxəllüsündən istifadə edir. Şiina Mayuri onu Okarin deyə çağırır. Okabe Akihabaradakı evində Gələcəyin Alətləri Laboratoriyasını qurmuşdur. O, özünü çılğın alim hesab edir və 001 nömrəli laboratoriya üzvü adlandırır. Bir gün təsadüfən etdiyi kəşfdən sonra zamanda səyahət təcrübələrinə başlayır və təcrübələrinə Kurisu da qatılır. Okabe təcrübələr zamanı öyrənir ki, dünya xətlərinin dəyişməsini müəyyən etmə qabiliyyətinə malikdir və bu qabiliyyəti "Ridinq Ştayner" adlandırır.
Kane & Lynch
Kane & Lynch: Dead Men — IO Interactive tərəfindən yaradılan və üçüncü-şəxs atıcı janrında olan oyun. Kane & Lynch 2: Dog Days — IO Interactive tərəfindən yaradılan, Eidos Interactive və Square Enix (distribyutor olaraq) tərəfindən isə nəşr edilən üçüncü-şəxs atıcı janrında olan video-oyundur.
Okan Buruk
Okan Buruk (19 oktyabr 1973, İstanbul) — türk peşəkar futbol meneceri və keçmiş oyunçu. O, hazırda Super Liqa təmsilçisi "Qalatasaray"-ın baş məşqçisidir. Keçmiş yarımmüdafiəçi kimi "Qalatasaray", "İnter Milan", "Beşiktaş" və "İstanbul Başakşehir" kimi klublarda çıxış edib.
Okan Buruq
Okan Buruk (19 oktyabr 1973, İstanbul) — türk peşəkar futbol meneceri və keçmiş oyunçu. O, hazırda Super Liqa təmsilçisi "Qalatasaray"-ın baş məşqçisidir. Keçmiş yarımmüdafiəçi kimi "Qalatasaray", "İnter Milan", "Beşiktaş" və "İstanbul Başakşehir" kimi klublarda çıxış edib.
Okan Yeşilot
Okan Yeşilot (1971, Giresun) — Tarixçidir. == Həyatı == 1971, 9 iyulda anadan olan Okan Yeşilot, İbtidai məktəbi Gökcəalıda, orta məktəbi Samsun Ladıq Akpınar Müəllim Liseyində almışdır. Sonradan Mərmərə Universitetinə daxil olmuşdur. Hal-hazırda Mərmərə Universiteti, Tarix fakültəsində çalışır. == Təhsili == Mərmərə Universiteti Atatürk Təhsil Fakültəsi Tarix müəllimliyi ixtisasından 1992-ci ildə məzun olmuşdur. 1999-cu ildə magistr təhsilini Mərmərə Universiteti Türkiyyat Araşdırmaları İnistitutunda "Hacı Zeynalabidin Tağıyevin həyatı və fəaliyyətləri" adlı tezis yazaraq bitirmişdir. Doktarantura pilləsini, İstanbul Universiteti Sosial Elmlər İnistitutu Ümumi Türk Tarixi bölümündə, "Həsən Məlik Zərdabinin həyatı və fəaliyyətləri" mövzusunda müdafiə etmişdir. == Okan Yeşilot və Azərbaycan == 1997-1998-ci illərdə Beynəlxalq Türk-Kazak Əhmət Yasəvi Universitetinin Çimkənd bölümündə təhsil sahəsində çalışdı. Bundan əvvəl isə 1995-1996-cı illər müddətində Bakı Dövlət Universitetində tədqiqatçı kimi çalışmışdır. Xüsusən çarlıq dövrü Azərbaycan tarixi ilə məşğul olan Okan Yeşilot, həmçinin 1991-cii il və ondan sonrakı dövr Azərbaycan tarixi ilə də məşğul olmuşdur.
Okan xan
Okan Xan - türk və altay mifologiyasında sülh ilahı. Ukan Xan və ya Okon Xan olaraq da bilinər. Qan davalarına qarşı çıxan, oba və oymaqlar arasında dolanışıqsızlıqlarda, vasitəçilik edən tanrı. Tanrının kiçik oğludur və cəzalandırılınca yer üzünə göndərilmişdir. == Etimologiya == (Ok/Oğ/Og/Uğ/Ug) kökündən törəmişdir. Yaratmaq və sülh mənaları daşıyır. == Mənbə == Türk Əfsanə Sözlüyü, Dəniz Qaraqurd, Türkiyə, 2011, (OTRS: CC BY-SA 3.0) (türk.) Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Kane-de-Salar
Kane-de-Salar (fr. Canet-de-Salars, oks. Canet) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Pon-de-Salar kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12050. Kommuna təxminən Parisdən 520 km cənubda, Tuluza şəhərindən 130 km şimal-şərqdə, Rodezdən isə 20 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 410 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 230 nəfərin (15-64 yaş arasında) 165 nəfəri iqtisadi cəhətdən fəal, 65 nəfər hərəkətsizdir (fəaliyyət göstərici 71,7%, 1999-cu ildə 65.3%).
Kane & Lynch (dəqiqləşdirmə)
Kane & Lynch: Dead Men — IO Interactive tərəfindən yaradılan və üçüncü-şəxs atıcı janrında olan oyun. Kane & Lynch 2: Dog Days — IO Interactive tərəfindən yaradılan, Eidos Interactive və Square Enix (distribyutor olaraq) tərəfindən isə nəşr edilən üçüncü-şəxs atıcı janrında olan video-oyundur.
Kane & Lynch: Dead Men
Kane & Lynch: Dead Men (azərb. Keyn və Linç: Ölümə məhkumlar‎) — IO Interactive tərəfindən yaradılan və üçüncü-şəxs atıcı janrında olan oyun. Geympleydə iki nəfər, bir-birindən xasiyyətcə tamamilə fərqli qəhrəmanların birgə hərəkətləri ideyası dayanır. PC ilə yanaşı oyun həmçinin PlayStation 3, Xbox 360 və mobil telefonlar üçün buraxılıb. Videooyun sənayəsində ən keyfiyyətli və təsirli oyunlardan biri olmuş və yüksək rəy alaraq ikinci hissəsi yaradılmışdır. == Oyun prosesi == Bütün birnəfərli oyun iki əsas qəhrəmanın sıx əməkdaşlığı ilə gedir. Oyun boyu oyunçu Keyni, süni intellekt isə Linçi idarə edir. Kane & Lynch-də həmçinin kooperativ oyun imkanı da var ki, burada qəhrəmanların hər ikisini oyunçular idarə edir. Fərdi kompüterdə birgə oyun ən azı bir Xbox 360 kontrolleri olduqda mümkündür. Yaradıcıların əsas ideyası qəhrəmanların xasiyyətini oyundakı hərəkət tərzinə keçirməkdir.
Kane & Lynch 2: Dog Days
Kane & Lynch 2: Dog Days (azərb. Keyn və Linç: İt günləri‎) — IO Interactive tərəfindən yaradılan, Eidos Interactive və Square Enix (distribyutor olaraq) tərəfindən isə nəşr edilən üçüncü-şəxs atıcı janrında olan video-oyundur. 2007-ci ildə çıxan Kane & Lynch: Dead Men oyununun davamıdır. Oyun PlayStation 3, Xbox 360 və Microsoft Windows platformalarında buraxılıb. Baş qəhrəmanlar cinayətkarlar - Keyn və Linçdir. Hadisələr Şanxay şəhərində cərəyan edir. == Maraqlı faktlar == Birinci mərhələdə küçədə, kiçik kompüter video-oyun mağazası var. Orada Mini Ninjas və Hitman seriyasından olan oyunlarında üzlüklərini görmək olar. Hər iki oyun IO Interecative tərəfindən yaradılıb. Oyundakı nəzər həvəskar kamera çəkilişi stilində yaradılıb.
Kanev
Kanev — Çerkassk vilayətində (Ukrayna) şəhər. == Tarixi == Müasir Kanev Ukraynanın Çərkəz vilayətində şəhərdir; əvvəlki adı Xan ev-Xanev, yəni "Xan şəhəri" deməkdir. Dneprin sağ sahilində liman, Taqança dəmiryol stansiyasından 45 km aralıda yerləşir. Xanevin adı tarix mənbələrində XII əsrdən çəkilir. Karamzin "Rus dövlətinin tarixi" əsərində Batı xanın hakimiyyəti illərində bu yerləri səyahətə çıxan italyan dövlətinin elçisi səfir Covanni de Polo Kartiniyə istinad edərək Kiyev yaxınlığında olan Xanev şəhərində moğolların yaşadığını göstərir. Qızıl Orda hökmranlığı dövründə dövlət məmurları olan xan baskaklarının (hərbi hakimləri) idarəsi yerləşən məntəqəyə çevrildi. (1239) Lakin Xanevin türk məskəni olma tarixi bundan daha qədimdir. Xanev tarixən poloves (qıpçaq) yurdu olmuşdur. Tarixi məlumatlardan aydın olur ki, şəhərin əhalisi döyüşkən, hərb işini sevən türk, qara klobuk, berendey və başqa türk qəbilələri hərbi-keşikçi sənəti ilə məşhur idilər; bu şəhər əsasən onların toplanış məntəqəsi idi. Belə ki, Xanevdə hərbi qüvvələr saxlanılırdı, şəhərdə türklərin möhkəm cəbbəxana ehtiyatı olarmış; buradan poloves çöllərinin dərinliklərinə aparan yollar və etibarlı strateji əhəmiyyətə malik olan Kanev uzun tarix boyunca keşikçi məntəqəsi rolu oynamışdı.
Kanqe
Kanqe (kor. 강계시) — Koreya Xalq Demokratik Respublikasının (Şimali Koreya) şimalında yerləşən şəhər, Çaqando vilayətinin inzibati mərkəzi. Şəhər yerləşdiyi yerə görə tarixən strateji əhəmiyyətə malikdir. == Tarixi == Koreya müharibəsi zamanı, Pxenyan şəhərindən qovulduqdan sonra Kim İr Sen və hökuməti müvəqqəti olaraq Kanqe şəhərinə köçmüşdür. == Coğrafiyası == Şəhər, Çanca çayı daxil olmaqla dörd çayın birləşdiyi yerdə yerləşir. == İnzibati bölgüsü == Şəhər 34 məhəlləyə və 2 kəndə bölünmüşdür: == İqlim == Orta illik hava temperaturu — 7,3 °C Havanın nisbi rütubətliyi — 72,6% Orta külək sürəti — 0,5 m/s == Nəqliyyat == Kanqe şəhəri digər şəhərlərə quru yolu, dəmiryolu və hava yolu ilə bağlı olan bir nəqliyyat mərkəzidir. Şəhər Kanqe və Manpo dəmiryolu xəttlərinin qovşağında yerləşir. Bundan əlavə olaraq, avtomobil yolları şəhəri paytaxt Pxenyana və KXDR-ın digər şəhərlərinə birləşdirir. Şəhər, hərbi və mülki məqsədli hava limanının yaxınlığında yerləşir. == Mədəniyyət == Şəhərdə Kanqe Təhsil Universiteti, Kanqe Texnologiya Universiteti və Kanqe Tibb Universiteti yerləşir.
Kokand
Kokand (özb. Qo‘qon / Қўқон;fars. خوقند‎; Chagatai: خوقند; rus. Коканд) — Özbəkistanın Fərqanə vilayətində iqtisadi və mədəni mərkəzi olan şəhər. == Tarixi == === Buxara xanlığı === === Cığatay xanlığı === === Kokand xanlığı === == Coğrafiyası == Şəhər, paytaxt Daşkəndin 228 km. cənubi-şərqində yerləşir. == Əhalisi == Fərqanə vilayətində olan şəhərin 2001-ci ildə rəsmi əhalisi 197.450-dir. Burada Özbəklər üstünlük təşkil edirlər.
Morane
Morane (fr. Morane) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). == Coğrafiya == Atollun sahəsi 2 km²-dir. Daxilində laqun vardır. Manqareva atollundan 110 km məsafədə yerləşir. == İnzibati bölgüsü == İnzibati baxımından Qambe kommunasına daxildir. == Əhali == 2007-ci il məlumatına görə adada yaşayış yoxdur.
Okaber
Okaber (tam adı: Orxan Mustafazadə; d. 18 iyun 1987, Marneuli, Gürcüstan SSR, SSRİ) — Azərbaycanlı reper.Okaber müxtəlif dövrdə Qara Dərviş, Xpert və digər sənətkarlar ilə əməkdaşlıq edib. == Həyatı == === Erkən illəri === 1987-ci il iyun ayının 18-də Gürcüstanın Marneuli şəhərində anadan olub. 2005-ci ildən 2009-cu ilə qədər Odlar Yurdu Universitetində təhsil almışdır. === Yaradıcılığı === 2005-ci ildən hip-hopa maraq göstərməyə başlamışdır. 2005-ci ildən 2011-ci ilə qədər R. O. C (Rap Out Clan) qrupunun tərkibində çıxış edib. 2011-ci ildə qrup dağıldığdan sonra, karyerasını solo işlərə başlayıb. 2012-ci ildə Qaraqan, RG, Əli Xəyyam və AiD ilə biryerdə "MadHouse Community"-nin ilk üzvlərindən birinə çevrilir. Hazırda müstəqil artist kimi fəaliyyət göstərir. === Şəxsi həyatı === == Diskoqrafiya == Okaberin diskoqrafiyasına 8 studiya albomu daxildir.
Okapi
Okean
Okean (yun. Ωκεανός, qədim yunanlarda tanrının adı, köhn. azərb. aqyanus), köhnə mənbələrdə Mühit — Dünyanın bir hissəsini təşkil edən, materiklər arasında yerləşən, suyun sirkulyasiya sisteminə və digər spesifik xüsusiyyətlərə malik olan böyük su obyekti. Tərkibinə okean və dənizlərin daxil olduğu Dünya Okeanının səthinin sahəsi Yer səthinin 71 %-ə yaxın hissəsini (361,900,000 km2) təşkil edir. Okeanları okeanologiya elmi öyrənir. Okeanların dibinin relyefi mürəkkəb və müxtəlifdir. Okeanın dərinliyini əvvəllər lotla ölçürdülər. Sonralar isə exolotla ölçməyə başladılar. Ən müasir cihaz isə exoqrafdır.
Okeana
Okeana Malmann (23 yanvar 1982) — Alman musiqiçidir. 2012-ci ildə Avropa çempionatı üçün oxuduğu "Endless Summer" mahnısından sonra daha da məşhurlaşmışdır. == Sinqlları == "Cry Cry" "Pussycat on a Leash" "La La" "Endless Summer" "Put Your Gun Down" "Say Sorry" "Thank You" "Everybody" "MVP" (Feat. Crazy Hype) "Brace" (Feat.
Oktan
Oktan (C8H18) — Alkanlar sinfindən doymuş karbohidrogen. == Xassələri == Spesifik iyə malik rəngsiz mayedir, oktan ədədi 17 – 19 -dur. == Alınması == Izooktanla və digər izomerlərlə birgə neftin, birbaşa qovmadan alınan benzinin (10%-ə qədər), həmçinin az miqdarda CO və H2-dən alınan sintetik benzinin tərkibində olur. Sənayedə oktanı rektifikasiya yolu ilə ayırırlar, sonra “molekulyar ələk”lərin köməyi ilə moçevina (karbamid) ilə təmizləyirlər. == Tətbiqi == Hidrogen iştirakında alümomolibden və ya alümoxrom katalizatorları üzərindən buraxıldıqda (500oC-də və 1-2 Mn/m2 və ya 10-20 kqs/sm2 təzyiq altında) oktan aromatik karbohidrogenlərin (o-ksilol və etilbenzol) qarışığına çevrilir. Bu dehidrotsiklləşmə reaksiyası – katalitik riforminq proseslərində əsas reaksiyalardan biridir. == Izomerləri == Oktanın 18 struktur izomeri var: oktan (n-oktan) 2-metilheptan 3-metilheptan (+ optik izomerləşmə) 4- metilheptan 3-etilheksan 2,2-dimetilheksan 2,3-dimetilheksan (+ optiki izomerləşmə) 2,4-dimetilheksan (+optiki izomerləşmə) 2,5-dimetilheksan 3,3- dimetilheksan 3,4- dimetilheksan (+optiki izomerləşmə (iki hiral mərkəz)) 2-metil-3-etilpentan 3- metil-3-etilpentan 2,2,3-trimetilpentan (+optiki izomerləşmə) 2,2,4-trimetilpentan (həmçinin izooktan kimi məlumdur) 2,3,3-trimetilpentan 2,3,4- trimetilpentan 2,2,3,3-tetrametilbutan == İstinad == http://www.cdc.gov/niosh/npg/npgd0470.html == Mənbə == Корольченко А. Я.,Корольченко Д.А. Пожаровзрывоопасность веществ и материалов и средства их тушения. Справочник: в 2-х ч. - 2-е изд., перераб. и доп.- М.: Асс.
Öksən
Öskən (əvvəlki adı: Oskən) — Azərbaycan Respublikasının Tovuz rayonunun Qəribli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Qəribli kənd inzibati ərazi dairəsi tərkibindəki Oskən kəndi Öskən kəndi adlandırılmışdır. == Toponimikası == Yerli əhalinin məlumatına görə, oykonim "geniş yer" mənasındadır. Tədqiqatçılar isə kəndin adını türk dillərindəki öski sözü ilə bağlayaraq "yüksəklikdə yerləşən kənd" mənasında izah edirlər. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Zəyəmçayın sahilində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Aşağı Kokan