Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Skoliya quadripunktata
Scolia quadripunctata (lat. Scolia quadripunctata) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pərdəqanadlılar dəstəsinin scoliidae fəsiləsinin scolia cinsinə aid heyvan növü. Bədəni 9–10 mm uzunluqda olub, qara rəngli və tüklüdür. 4 ədəd, nadir hallarda 2 ədəd sarı nöqtəsi olur. S.quadripunctata F. səhər saatlarında, 20–21°C temperaturda, Campsoscolia interrupta F. isə səhər vaxtı 27–28°C temperaturda uçmağa başlayır. Skolilərin maksimal fəallığı 28–40°C temperaturlarda qeydə alınır.Abşeron yarımadasının yaşıllıqlarından, o cümlədən bəzək bitkiləri əkilən sahələrdən yığılan materiallara və müşahidələrə əsasən, Abşeronda rast gəldiyimiz zarqanadlılar dəstəsinin scolidae fəsiləsindən olan bu parazit, sahibin sayının aşağı düşməsində demək olar ki, parazitlər içərisində perspektivli parazitlərdən biri hesab olunmuşdur. Ona görə də bu növün bioekoloji xüsusiyyətləri bir qədər geniş öyrənilmişdir. Dekorativ ağac və kol bitkilərinin kök hissəsində torpaqdan yığılan böcək sürfələrindən çıxan və entomoloji torba ilə yığılan materiallara əsasən, parazitlərin təbiətdə uçuşu iyun- iyul aylarında baş verir və 30–35 gün çəkir. Laboratoriya şəraitində lövhəbığların 0,5 litrlik şüşə qabda yerləşdirilən 5 ədəd sürfəsi yanına buraxılan parazitlər cütləşməyə və 5–6 saatdan sonra isə yumurta qoymağa başlayırlar. Müşahidələrə əsasən, dişi fərdlər, sahib sürfələrinin qidalandığı hissəyə toplanırlar və şüşə qabda olan torpaqdan istifadə edərək, bığcıqları vasitəsilə sürfələrin torpağın hansı hissəsində olduğunu hiss edir və həmin yerə girərək iynəsi vasitəsilə sahibi sancıb paralic vəziyyətinə salırlar.
Kolıma boğazı
Kolıma boğazı (rus. Колымский пролив) — materiki Dedveji adalarından (Krestovıy adası) ayırır. Şimal Buzlu okeanına daxil olan Şərqi Sibir dənizinin cənubunda yerləşir. Boğazın dərinliyi 5–6 m, şərq hissədə isə 10 m təşkil edir. Boğaz inzibati cəhətdən Rusiya Federasiyası Yakutiya Respublikası ərazisinin Kolıma ulusuna daxildir.
Kolıma körfəzi
Kolıma körfəzi — Şərqi Sibir dənizinin şərqində yerləşən körfəz. Krestovıy buru ilə Kolıma çayı deltası arasında yerləşir. Öz adınıda buradan almışdır. Materik daxilinə 45 km məsafədə daxil olur. Eni ən enli yerdə 106 km-dir. Dərinliyi 4–6 metr arasında yerləşir. Sahillərində tundra bitkiləri yayılmışdır. Cənub hissədən ona Kolıma çayı tökülür. Bu hissədə delta əmələ gəlir. Kolıma çayı burada qollara ayrılaraq körfəzə tökülür:Kamenka, QUMSP, Suxarıy, Stolbik, Tabışevskiй, Ştormovıy.
Kolıma çayı
Kolıma (saxa Халыма) — Saxa və Maqadan vilayəti (Rusiya) ərazisindən axan çay. Çayın uzunluğu 2129 km təşkil edir. Bu məsafənin 1400 km Maqadan vilayətinin yerdə qalanı isə Yakutiya ərazisindən keçir. Çay hövzəsinin ümumi sahəsi 643.000 km² təşkil edir. == Coğrafiyası == Kolıma Ayan-Yoryax və Kulu çaylarının birləşməsindən əmələ gəlir. Başlanğıcını Oxotsk-Kolımsk ön dağlığından götürür. Çay sonda Şərqi Sibir dənizinə daxil olam Kolıma körfəzinə tökülür. Deltada çay üç iri qollara bölünür: Kamennaya Kolıma, Poxodskaya Kolıma və Çukoçya. Deltasının eni 110 km, sahəsi isə 3,000 km² təşkil edir. == Hidrologiya == Çayın qidalanması qarışıqdır.
Luis Kolina
Luis Kolina Alvares (isp. Luis Colina Álvarez; 12 avqust 1888, Madrid – 22 iyul 1956, Valensiya) — İspaniya futbol hakimi, məşqçisi və funksioneri. 1924 Yay Olimpiya Oyunlarının iştirakçısı olmuşdur. Futbol üzrə İspaniya milli komandasının məşqçisi (1924). == Həyatı == Luis Kolina 12 avqust 1888-ci ildə İspaniyanın Madrid şəhərində anadan olmuşdur. 1919/20 mövsümündə "Real Madrid"in direktoru olmuşdur. 21 dekabr 1924-cü ildə Xose Rosiç və Xulian Olave ilə birlikdə Avstriya ilə evdə yoldaşlıq oyununda (2:1) İspaniya millisinə rəhbərlik etmişdir. O, beynəlxalq futbol hakimi olmuşdur. 1924–1926-cı illərdə İspaniya məhkəmə sisteminin prezidenti olmuşdur. 1924-cü ildə Parisdə keçirilən Yay Olimpiya Oyunlarının futbol turnirində çalışmışdır.
Aşağı Kolıma ulusu
Aşağı Kolıma ulusu (saxa Аллараа Халыма улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi şəhər tipli Çerski qəsəbəsidir. == Coğrafiyası == Ulus Saxanın şimal-şərqində, Kolıma ovalığında, Kolımanın sağ sahilində yerləşir. Şimaldan Şərqi Sibir dənizinin suları ilə yuyulur. Böyük çaylar Kolıma, Alazeya, Bolşaya Çukoçya, Malaya Kuropatoçya. Çoxlu sayda göllərə sahibdir. Onlardan ən böyükləri: Nerpiçye, Çukoçye, Bolşoye Morskoe, İlirqıtkin. Ulus cənubdan Orta Kolıma, qərbdən Allayıaxa ulusu, şərqdən isə Çukotka Muxtar Dairəsi ilə sərhədlənir. Aşağı Kolıma ulusu Saxanın mərkəzindən ən uzaq rayondur. Aşağı Kolıma ulusu sərhəd zonasıdır.
Kolusa qraflığı (Kaliforniya)
Koluza — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən qraflıq. Qraflığın əhalisi 2010-cu il hesablamasına görə 21,419 nəfər olmuşdur. Mərkəzi Koluza şəhəridir.
Orta Kolıma ulusu
Orta Kolıma ulusu (saxa Орто Халыма улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Srednekolımsk şəhəridir. Ulus mərkəzi respublikanın paytaxtı Yakutskdan quru yolu ilə 2664 km, su yolu ilə 3940 km, hava yolu ilə 1485 km məsafədə yerləşir: Ulusun sahəsi 125,2 min km²-dir. Cənubdan Yuxarı Kolıma ulusu, qərbdən Abıy ulusu, şimal-qərbdən Allayıaxa ulusu, şimaldan Aşağı Kolıma ulusu, şərqdən Çukotka Muxtar Dairəsi ilə və cənub-şərqdən Maqadan vilayəti ilə həmsərhəddir. Ulus ərazisində düz relyef üstünlük təşkil edir. Ulusun əhəmiyyətli bir hissəsi Kolıma ovalığını əhatə edir. Qərbdə Alazey yaylası, şərqdə Yukaqir yaylası geniş ərazini tutur. Kolıma və Alazey çayları ulus ərazisindən axır. Çoxlu gölləri vardır. Yanvar ayının orta temperaturu −38 ° C, iyul +12 ° C-dir.
Yuxarı Kolıma ulusu
Yuxarı Kolıma ulusu (saxa Амма улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi şəhər tipli Zıryanka qəsəbəsidir. Rayon 30 aprel 1954-cü ildə qurulmuşdur. Bölgənin yazılı tarixi 1647-ci ildə başlayır. 1643-cü ildə Semyon Dejnev, Dmitri Zıryan və Mixail Staduxinin birləşmiş dəstələri Alazeydən Kolımaya gəlir. 1647-ci ildə Kolımaya axan Yasaçnaya çayının sahilində ilk Yuxarı Kolıma qış daxması tikilir, sonradan kazak həbsxanası və qalası, daha sonra bir kəndə çevrilir. Dekembrist Mixail Aleksandroviç Nazimov 1826-cı ildə bura gətirilmişdir. 1868-ci ildən etibarən Verxnekolımsk kəndi yerli əhalinin xristianlaşma mərkəzinə çevrilir. XX əsrin 30-cu illərində Zıryanka çayındakı kömür yataqlarının kommersiya işlənməsinin başlanğıcı ilə Yuxarı Kolıma bölgəsi tarixində yeni bir səhifə açılır. Zıryansk kömür hövzəsinin inkişaf tarixi 1936-cı ildə başlayır.
Kolıma körfəzi (Allayıaxa ulusu)
Kolıma körfəzi — Şərqi Sibir dənizinin cənub-qərb sahillərində yerləşən körfəz. İndigirka çayı mənsəbindən şərqdə yerləşir. Materik daxilinə 21 km məsafədə daxil olur. Eni ən enli yerdə 9 km-dir. Sahillərində tundra bitkiləri yayılmışdır. Əsasən hamardır. Körfəzə İndigirka çayının bir qolu olan Kolıma çayı tökülür. Körfəzdə öz adını buradan almışdır. Körfəzdə Teryuttyax və Emkerındinski adaları yerləşir. Çıxacaqda isə Kolesovski və Kolesovskaya Otmel adaları vardır Körfəzin yerləşdiyi ərazinin bir qismi bataqlaşmışdır.