Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dominat
Dominat (lat. dominātus hökumranlıq) — Qədim Romada tetrarxiya dövründə prinsipatın yerini tutmuş idarəetmə forması olub, dəfələrlə konsul olmuş Qay Avreli Valeri Diokletianın hakimiyyəti zamanından (284–305) tətbiqini tapmışdır. Dominat sözü adətən Qədim Roma tarixinin sonrakı antik dövrünə, IV–VI əsrlərə aid olub, imperatora müraciət forması — lat. dominus et deus olub, mənası "ağa (hökmdar) və allah" deməkdir. Dominat dövründə senat dekorativ funksiya malik olmuş, bütün hakimiyyət "avqust" ("müqəddəsin") və ya "dominusun" ("hökmdarın") əlində cəmləşmişdir. Yerdə qalanlar isə onun qulu sayılırdı.
Tivat
Tivat (mont. Тиват/Tivat) - Monteneqroda şəhər. Vrmaç yarımadasında yerləşir. Əhalisi 9.467 nəfərdir. Adriatik dənizinin sahilində yerləşir.
Aminat Abdulmanapova
Aminat Abdulmanapova (15 may 1946, Dahadayev rayonu, Dağıstan MSSR) — Sovet və dargin şairi, yazıçı, tərcüməçi, jurnalist və publisist. 1991-ci ildən SSRİ Yazıçılar Birliyinin üzvü olur. 2000-ci ildən Rusiya Jurnalistlər Birliyinin və Şimali Qafqaz Yazıçılar Klubunun üzvüdür. Aminat Abdulmanapova Dağıstan Respublikasının əməkdar mədəniyyət işçisidir. 1985-ci ildə Moskvada gənc yazıçıların 8-ci Ümumittifaq toplantısının iştirakçısı olmuşdur. "Böyüyürük" kitabına görə beynəlxalq "Xeyriyyəçi", A. S. Qriboyedov və Rəsul Qəmzətov mükafatları laureatı olur. Dağıstan Respublikası Prezidentinin qrant mükafatçısıdır. Dağıstan Respublikası Prezidentinin və Mahaçqala Bələdiyyə Başçısının şəxsi saatı ilə təltif edilmişdir. Dağıstan Respublikası Başçısının və Dağıstan Respublikası Hökumətinin fəxri fərmanları, Rusiya və Dağıstan Yazıçılar Birliyi İdarə Heyətinin Fəxri Fərmanı, habelə Gürcüstanın Fəxri fərmanı ilə təltif edilmişdir. Atası Hacıyev Abdulmanap kəndin partiya təşkilatçısı olur.
Aminat Şayan
Aminat Şayan (29 oktyabr 1993) — Maldiv adalarını təmsil edən üzgüçü. Aminat Şayan Maldiv adalarını 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Aminat Şayan birinci dəfə İslam Həmrəyliyi Oyunlarına 2017-ci ildə qatıldı. O, Bakıda baş tutan IV İslam Həmrəyliyi Oyunlarında qadınlar 50 m kəpənək stildə, yarımfinalda iştirak etdi. 34.30 saniyəlik nəticəsi ilə 10-cu yeri tutdu və finala vəsiqə qazana bilmədi. Aminat Şayan birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. O, Londonda baş tutan XXX Yay Olimpiya Oyunlarında qadınlar 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 32.23 saniyəlik nəticəsi ilə 64-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi. Aminat Şayan Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 100 m sərbəst stildə, təsnifat mərhələsində də iştirak etdi. Burada isə 1:05.71 saniyəlik nəticəsi ilə 46-cı yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Böyük Oriyat
Böyük Oriyat — Neftçala rayonunun eyniadlı inzibati ərazi vahidində mövcud olmuş kənd. Düzənlikdədir. 1933-cü ildə Böyük Oryad variantında qeydə alınmışdır. Keçmışdə Kurun sağ sahilində Köhnə Oriyat, sol sahilində isə Yeni Oriyat adlı iki kənd olmuşdur. Köhnə Oriyat sonralar Böyük Oriyat adı ilə əvəz olunmuşdur. Etnotoponimdir. Monqolların uryat tayfasının adındandır. Keçmiş Şəki və Quba xanlığında da Oriyat adlı yaşayış məntəqələri olmuşdur.. İbrahim Nurlu (d.
Erno Oşvat
Erno Oşvat (mac. Osvát Ernő; 7 aprel 1877 – 28 oktyabr 1929, Budapeşt) — Macarıstan yazıçısı, redaktoru. İlk əsəri 1897-ci ildə Esti Újság adlı macar qəzetində nəşr olundu. 1902-ci ildə Magyar Géniusz qəzetinin redaktoru oldu və onu bir milliyyətçi nəşrdən müasir macar ədəbiyyatının beşiyinə çevirdi. Daha sonra 20-ci əsrin əvvəllərində ən mühüm Macarıstan ədəbi jurnalının Nyuqat jurnalının təsisçi redaktoru oldu. 1929-cu ildə intihar etdi.
Midat Səlimov
Midat Səlimov (krımtat. Midat Selimov; 13 dekabr 1918, Qaşıq-Jermay[d], Feodosiya qəzası[d] – 2001, Moskva) — Sovet və rus infeksiyanisti. Tibb elmləri doktoru (1963), Professor (1967). Quduzluq əlihinə peyvəndinin yaradıcısı. İkinci Dünya müharibəsinin işyirakçısı, Sovet İttifaqı Kommunist Partiyası üzvü. Rusiya Federasiyasının əməkdar elm xadimi. 13 dekabr 1918-ci ildə Qaşıq-Jermay kəndində anadan olub. Feodosiyada məktəbdə oxumuşdur. Krım Tibb İnstitutunu bitirib (1940). Məzun olduqdan sonra Nijneqorsk rayon xəstəxanasına rəhbərlik etmişdir.
Mirat (jurnal)
"Mirat" jurnalı (az-əbcəd. مرات‎) — 1910-cu il iyun-iyul aylarında Bakıda çıxmış Azərbaycan satira jurnalı. "Molla Nəsrəddin" ədəbi məktəbinin təsiri ilə yaradılan bir neçə satirik jurnal nəşr olunurdu ki, onlardan biri də "Mirat" idi. "Mirat" gülgü məcmuəsi olub 1910-cu ilin iyun ayının 19-dan etibarən Bakıda nəşr olunmağa başlamışdır. Jurnalın redaktoru Əliabbas Tağızadə idi. M.B.Məmmədzadənin "Azərbaycan türk mətbuatı" kitabında "Mirat"ın yalnız bir sayının işıq üzü gördüyü qeyd olunsa da, əslində bu satirik jurnalın 5 nömrəsi işıq üzü görmüşdü. Aşağıdakı iki misranı öz fəaliyyət prinsipi kimi seçən "Mirat" həyatda baş verənlərə laqeyd qalmayacağını, doğrunu yazacağını, müşahidə olunan nöqsanları kəskin tənqid etməyi oxucalara vəd edirdi. Bu misralarda jurnalın həqiqətəndən yazacağından, tənqid olunacaq adamların jurnal səhifələrində öz surətlərini güzgüdə gördükləri kimi görəcəyindən xəbər verirdi. Jurnalın bütün nömrələrində epiqraf olaraq aşağıdakı iki misra şeir verilirdi: Əslində isə jurnalın müəllifləri həyat həqiqətlərinə sadiq qalmırdılar. Bəha Səid kimi mürtəce fikirli yazıçılar bu jurnaldan istifadə edib, Azərbaycan xalqına, Azərbaycan yazıçılarına böhtanlar yağdırırdılar.
Nikole Oliva
Miçat qətliamı
Miçat qətliamı (vyet. Thảm sát Mỹ Trạch) — Birinci Hind-Çin müharibəsində Fransa ordusunun vyetnamlı mülki şəxslərə qarşı törətdiyi müharibə cinayəti. Fransa qoşunları 29 noyabr 1947-ci ildə səhər saat 5-dən səhər saat 8-ə qədər Vyetnamın Kuanqbin vilayətinin Lethyui rayonunun Mithyui kommunasının Miçat kəndində qətliam törətmişdilər. Fransa ordusu burada 326 evi yandırmış və kənd sakinlərinin yarıdan çoxunu qətlə yetirmişdir. Fransa qoşunları bir çox qadını öldürməzdən əvvəl onları zorlamışdılar. Fransa ordusu Miçatda 300-dən çox mülki sakini, o cümlədən 170 qadın və 157 uşağı qətlə yetirmişdir. Qətliam yeri Miçat Dəmiryol Stansiyasının yanında, Şimal-Cənub Dəmiryolunda yerləşən Miçat körpüsünün ətəyində idi. Fransa əsgərləri qurbanları körpünün ətəyinə məcburən apararaq onları sıraya düzmüş, sonra pulemyot atəşi ilə öldürmüşdür. Miçat sakinləri hər il 29 noyabr tarixində "Nifrət tarixi" kimi yas tuturlar. 27 dekabr 2001-ci ildə Vyetnam Mədəniyyət Nazirliyi memorial saytın yerləşdiyi memorial parkı Vyetnamın Milli Tarixi Reliktlərindən biri kimi təsnif etmişdir.
Oliva donanma müharibəsi
Oliva donanma müharibəsi — Polşa-İsveç müharibəsi zamanı 28 noyabr 1627-ci ildə Oliva kəndinin yaxınlığında Qdansk limanının şimalında baş vermişdi. Bu Polşa kral donanmasının ən böyük dəniz döyüşü idi və kiçik İsveç donanmasının məğlubiyyəti ilə nəticələndi.
Omiya Ardiya FK
Omiya Ardiya (大宮アルディージャ, Ōmiya Arudīja) — Yaponiyanın Saytama şəhərinin Omiya rayonunu təmsil edən və futbol üzrə Yaponiya çempionatında çıxış edən peşəkar futbol klubu. Saytama şəhərini çempionatda təmsil edən digər futbol klubu "Urava Red Daymonds" klubudur. Klub Yaponiya çempionatına ilk dəfə 2004-cü ildə aşağı divizyonda 2-ci yeri tutduqdan sonra yüksəlmiş və 2014-cü ilə qədər aşağı divizyona düşməmişdir. 2014-cü ildə aşağı divizyona düşmüş, lakin 2015-ci ildə birinci yeri tutaraq yenə elitaya qayıtmışdır. Klub ev oyunlarını NAK-5 Omiya stadionunda (Nack5スタジアム大宮, Nakku-faibu Sutajiamu Ōmiya) keçirir. Bu stadion Omiya Park Futbol Stadionu kimi də tanınır. Tutumu 15.500 nəfərdir. Klub əslində 1964-cü ildə keçmiş Urava şəhərində qurulmuşdu. 1969-cu ildə NTT Kanto Futbol Klubu adı ilə tanınmağa başlamışdır. 1987-ci ildə ilk dəfə Yaponiya ikinci divizyonuna yüksəlmişdir.
Miva Yonetsu
Miva Yonetsu (d. 4 dekabr 1979) — keçmiş Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Qo Oiva
Qo Oiva (d. 23 iyun 1972) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Tivat Beynəlxalq Hava Limanı
Tivat Beynəlxalq Hava Limanı (serb. Аеродром Тиват) — Tivat şəhərindən 4 km aralıda yerləşən beynəlxalq hava limanı. Monteneqronun iki beynəlxalq hava limanından biri. Tivat hava limanı İkinci Dünya müharibəsindən sonra hərbi və mülki paraşutçuların hazırlanması məqsədi ilə inşa edilmişdir. 1 may 1957-ci ildə Tivat hava limanı rəsmən açılır. Artıq 15 iyun 1957-ci ildə Belqrad-Tivat—Belqrad reysləri təşkil edilir. 1968-ci ildən etibarən isə bütün Belqrad, Zaqreb və Skopye reysləri DC-3 və İl-14 təyyarələri ilə həyata keçirilir. 1968 - 1971-ci illərdə hava limanında yeni 2500 m × 45 m olan eniş-uçuş zolağı inşa edilir. Modernləşdirilmiş «Tivat» hava limanı rəsmən 25 sentyabr 1971-ci ildə açılır. Hava limanının xarakterinə görə uçuşların 80 %-dən çoxu yay turizm mövsümündə baş tuturdu.