Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Optika
Optika (q.yun. ὀπτική "görünənlər haqında elm") — işığın yaranma mexanizmini, təbiətini, onun yayılma və maddə ilə qarşılıqlı təsir qanunlarını öyrənən fizika bölməsi. İşıq dedikdə dalğa uzunluğu 0,01÷105 nm aralığında yerləşən elektromaqnit dalğaları başa düşülür. Dalğa uzunluqları 400÷760 nm intervalında yerləşən elektromaqnit dalğaları gözə görmə təsiri göstərir və bu səbəbdən görünən işıq adlanır. Optikanı şərti olaraq aşağıdakı bölmələrə ayırmaq olar: Həndəsi optika Dalğa optikası Molekulyar optika Kvant optikası Bir çox hallarda optikanın həndəsi optikadan başqa qalan bölmələrini birlikdə fiziki optika adlandırırlar. Optika elmi astronomiya, müxtəlif mühəndislik sahələri, fotoqrafiya və tibb (oftalmologiya və xüsusən də fizioloji optika adlanan optometriya) daxil olmaqla bir çox fənlərlə əlaqəli şəkildə öyrənilir. Optikanın praktiki tətbiqləri müxtəlif texnologiyalarda və gündəlik əşyalarda, o cümlədən güzgülər, linzalar, teleskoplar, mikroskoplar, lazerlər və lifli optikada mövcuddur. Klassik optika iki əsas budağa ayrılır: həndəsi optika və dalğa optikası. Həndəsi optikada işığa şüa kimi, dalğa optikasında isə elektromaqnit dalğası kimi baxılır. Şüa dedikdə işıq enerjisinin yayılma istiqamətini müəyyən edən xətt başa düşülür.
Orissa
Orissa — Hindistanın şərqində yerləşən ştatdır. Ərazisi 155 707 kvadrat kilometr, əhalisi 40 milyona yaxındır. Mərkəzi və ən böyük şəhəri Bhubenaşvardır. bundan başqa mühüm şəhərləri Anqul, Bhadrak, və Bolangirdir. Ştatda 2008-ci ildə hinduistlərlə xristianlar arasında dini zəmində toqquşmalar baş vermişdi. Nəticədə 50 000-dən çox xristian ştatı tərk edib.
Pliska
Pliska — Bolqarıstanda şəhər. Şəhər 681-864 cü illərdə I Bolqar Dövlətinin paytaxtı olmuşdur.
Priska
Priska (lat. Prisca; d.-?, ö-315-ci il) — Roma imperatoru Diokletianın həyat yoldaşı. Roma imperatorlarının həyat yoldaşları arasında xristian olduğu dəqiq təsdiqini tapmış ilk xanımdır. Priskanın həyatı haqqında bizə çox az məlumat gəlib çatmışdır və bu məlumatların əsas mənbəyi Laktansinin “Təqibçilərin ölümləri haqqında” əsəridir. Diokletianın Roma imperatoru olmasına baxmayaraq Priska nə avqusta titulu, nə də digər titullar almamışdı. Onun adı heç vaxt sikkələrin üzərində yazılmamışdı. Ola bilsin ki, Priskanın xristian olması Diokletiana məlum idi və buna görə də, ona heç bir titul verilməmişdi. Diokletian yüksək təbəqələrə mənsub olmadığından və Priska Diokletiana ərə gedərkən onun hələ imperator olmadığını nəzərə alaraq güman etmək olar ki, Priska da yüksək təbəqələrə mənsub olmamışdır. Onların qızı Qaleriya Valeriya 293-cü ildə ərə getdiyindən, güman etmək olar ki Priska Diokletiana 280-ci ildən əvvəl ərə getmişdir. Kiçik Asiyada yerləşən Nikomediyada Diokletian Priska üçün bir saray tikdirmişdi və 303-cü ildəDiokletianın göstərişi ilə bu şəhərdə xristianların təqibi başlayanda Priska öz qızı Qaleriya Valeriya ilə xristianlıqdan üz döndərərək bütlərin xeyrinə qurban gətirməli olmuşdu.
Sosiska
Sosis (fr. Saucisse) — tərkibində ət və müxtəlif ədviyyatların olduğu, bəzən çiy, bəzən də bişirilərək yeyilən məmulat. Tərkibində ədviyyat olduğu üçün ilk olaraq Orta Şərq və Çində hazırlandığı düşünülür. Ət mədəniyyəti yayılan hər bölgədə buna bənzər yeməklər görmək mümkündür. e.ə 500-cü illərin Çin və Yunan mənbələrində sosiska haqqında qeydlər mövcuddur. İlk sosisi 13 noyabr 1805-ci ildə Frankfurtdan Vyanaya köçmüş alman qəssab İohan Laner kəşf etmişdir. Sosisi kimlərin ixtira etdiyi barədə Frankfurt və Vyana şəhərləri arasında mübahisə olmuşdur. Frankfurtda sosis orta əsrlərdən hazırlanırdı. Vyana sosislərində çağdaş resept olan mal əti və donuz ətinin qarışığı işlənir. Sosis Alman mətbəxinin əsas tərkib hissələrindəndir.
Olisia
Poruq (lat. Stachys) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi. Bu cinsin Yer kürəsinin mülayim iqlim qurşaqlarında və subtropik vilayətlərdə bitən 300 növə yaxın, Azərbaycanda isə 23 növ birillik və çoxillik bitkiləri məlumdur. Onlardan təxminən 15 növündən, o cümlədən aşağıdakı növdən yaşıllaşdırmada istifadə edilir: Yunlu poruq (S. lanata) azyarpaqlı gövdələri 60 sm hündürlüyə çatan kökümsovlu, çoxillik bitkidir. Gülləri yalançı çiçək köbəsindən ibarət sünbülşəkilli çiçək qrupunda yığılmışdır. İkidodaqlı çiçək tacı çəhrayı ya da çahrayımtıl-bənövşəyi rənglidir. Bu bitkinin vətəni Rusiyanın cənub rayonları, Zaqafqaziya Türkiyənin qərb vilayətləri və İranın şimalıdır. Yunlu poruq 1782-ci ildən gülçülükdə geniş istifadə olunur. Poruğu toxumlarla və kolun bölünməsi ilə çoxaltmaq olar. Bordürlərdə vaxtaşırı yararsız çiçəkləri kəsilərsə çox gözəl görünür.
Opoka
Opoka — gilli maddənin, orqanizmlərin skelet hissələrinin (diatomea, radiolyariya və silisiumlu süngərlərin spikulaları), mineral dənələrinin (kvars, çöl şpatları, qlaukonit) qarışığı olan, amorf silisium oksidi — opaldan (92–98%-dək) təşkil olunmuş mikroməsaməli süxurlar. Bəzi müəlliflər opokalar diatomit, sponqolit və trepellərin dəyişilmə məhsulu, digərləri isə onları dəniz kimyəvi əmələgəlmələri hesab edirlər. Opokalar təbaşir və alt dördüncü dövr çöküntülərində geniş yayılmışdır. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Pikşa
Pikşa (lat. Melanogrammus aeglefinus) — treskakimilər dəstəsinin treskalar fəsiləsinə aid balıq növü.
Spika
Spika və ya Başaq (α Vir / α Qız / ) - Qız bürcünün α ulduzu. Tipik "Qoşa Ulduzdur". Qırmızı rəngi ilə seçilir. Parlaqlığına görə 16-cı olub, Günəşdən təqribən 2100 dəfə parlaqdır. Bu parlaqlıq özlüyündə yanıldıcıdır, çünki Spika bir-birinə çox yaxın yerləşən iki ulduzdan ibarət sistemdir. Bu da onları ayrı-ayrılıqda incələməyə imkan vermir. Bizdən təqribən 260 işıq ili (80 Parsek) uzaqda yerləşir. Qız bürcü və gecə səmada 16 parlaq ulduzun ən parlaq ulduzu olan Spika (/ spaɪkə /), eyni zamanda Alpha Virginis (α Virginis, qısaldılmış Alpha Vir, α Vir) olaraq ifadə edilmişdir. Parallaks analizi, Günəşdən 250 ± 10 işıq ili uzaqlıqda olduğunu göstərir. Bu spektroskopik bir ikili və dönən elipsoidal dəyişkəndir; iki ana ulduzu bir-birinə çox yaxın olan bir sistemdir, qlobal olmaqdan çox yumurta şəklindədir və yalnız spektral analiz nəticəsində ayrıla bilər.
Vışka
"Vışka" (rus. Вышка) — həftəlik ictimai-siyasi qəzet. 1927-ci ilin mayında "Bakinski raboçi" qəzetində verilmiş məqalədə sübut edilirdi ki, yeni çap orqanının yaradılmasına ehtiyac var. 1928-ci ilin 4 yanvarından 8 fevralınadək bir sıra vacib məsələlər barədə müzakirələr, məsləhətləşmələr aparıldı. Gələcək nəşrin istiqaməti, məqsədi, tirajı, formatı, dövrülüyü müəyyən edildi. Bu məsələlər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyətinin 11 və 16 saylı tarixi protokollarında əks olundu. Nəşr olunacaq qəzetə bina ayrıldı. 1928-ci il mart ayının 1-də Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Bakı komitəsi fəhlələri kütləvi "Vışka" qəzetini nəşr etməyə başladı. Qəzetin birinci nömrəsi 15 min, ikinci nömrəsi 20 min, 3-cü nömrəsi isə 25 min tirajla çap olundu. İlk sayında qəzetin redaksiyasının yerləşdiyi ünvan belə qeyd olunurdu: Azərbaycan prospekti 7.
Aberrasiya (optika)
Aberrasiya (latınca. aberrateo-meyletmə, kənara çıxma) — optik sistemdə alınan təsvirlərin təhrif olunması. Üç növ aberrasiya müşahidə olunur: Sferik Xromatik Astiqmatizm == Linza və güzgülərdə aberrasiyalar == Real optik sistemlərdə nöqtəvi işıq mənbəyinin xəyalı yalnız dəqiq seçilməyən dairə və ya asimmetrik formalı ləkə şəklində olur. Buna səbəb optik sistemdə aberrasiya adlanan xətaların baş verməsidir. Müasir astrofizikada müşahidə zamanı fotoqrafik lövhələrlə yanaşı yük əlaqəli cihazlar (YƏC) da istifadə edilir. Belə qəbuledicilərdə xəyalın ölçüsü 10–12 mkm olarsa, onda optik sistem aberrasiyalardan azad mükəmməl sistem hesab olunar. Bu da fotoemulsiyanın zərrəciyinin və ya YƏC qəbuledicilərində bir elementin-pikselin xətti ölçüləri ilə müəyyən olunur.
Adaptiv optika
Adaptiv optika — idarəolunan optik elementlərdən istifadə etməklə qeyri-bircins mühitdə işığın yayılması nəticəsində yaranan qeyri-müntəzəm təhriflərin aradan qaldırılması üsullarını öyrənən optika bölməsi. Adaptiv korreksiyanın məqsədi optik cihazların ayırdetmə qabiliyyətini yüksəltmək, qəbuledicidə şüalanmanın konsentrasiyasını artırmaq, işıq dəstəsini hədəfə maksimal dərəcədə iti fokuslamaq və ya şüalanmanın intensivliyinin verilən paylanmasını almaqdır. Adaptiv optika yerüstü astronomik teleskoplarda, optik rabitə sistemlərində, lazer texnologiyasında, oftalmologiyada, mikroskopiyada və s. istifadə olunur ki, bu da müvafiq olaraq atmosfer təhriflərini, optik sistemlərin aberasiyalarını kompensasiya etməyə imkan verir. == Tarix == Adaptiv optika ideyası ilk dəfə 1953-cü ildə Hores U. Bebkok tərəfindən irəli sürülmüşdür və Paul Andersonun Tau Zero (1970) romanında olduğu kimi elmi fantastikada da nəzərdən keçirilmişdir. Lakin 1990-cı ildə kompüter texnologiyası həmin texnikanı praktik hala gətirənə qədər ümumi istifadəyə daxil olmamışdır. Adaptiv optika ilə bağlı ilkin inkişaf işlərinin bəziləri Soyuq Müharibə zamanı ABŞ ordusu tərəfindən həyata keçirilmiş və Sovet peyklərinin izlənməsində istifadə üçün nəzərdə tutulmuşdu. Mikroelektromexaniki sistemlər (MEMS) deformasiya olunan güzgülər və maqnit konseptli deformasiya olunan güzgülər, onların çox yönlülüyü, vuruşu, texnologiyanın yetkinliyi və yüksək rezolyusiyaya malik dalğa cəbhəsinin korreksiyası nəzərə alınmaqla, adaptiv optika üçün dalğa cəbhəsi formalaşdırma proqramlarında hazırda ən geniş istifadə olunan texnologiyadır. == Maili korreksiya == Ən sadə adaptiv sistemdə mailliyini dəyişmək mümkün olan bir müstəvi güzgü yerləşir ki, onun köməyilə burulğanlı atmosferin müşahidəsi zamanı təsvirin titrəməsini aradan qaldırmaq olur. Daha mürəkkəb sistemlərdə yüksək tərtibli aberrasiyaları kompensə etməyə imkan verən böyük sayda sərbəstlik dərəcələri olan korrektorlardan istifadə olunur.
Aktiv optika
Aktiv optika — 1980-ci ildən teleskop-reflektorların yaradılması üçün istifadə edilən texnologiya; külək, temperatur, mexaniki gərginlik kimi xarici təsirlərdən qaynaqlanan deformasiyaları aradan qaldırmaq üçün teleskop güzgüsünün formasını dəyişməyə imkan verir. Aktiv optikadan istifadə etmədən 8 metrlik və daha böyük teleskopları yaratmaq qeyri-mümkün olardı. Bu texnologiyadan bir çox teleskoplarda, o cümlədən Şimal Optik Teleskopu, Yeni Texnologiya Teleskopu, Telescopio Nazionale Galileo və Keck teleskoplarında, həmçinin 1990-cı illərin ortalarından bəri inşa edilmiş böyük teleskoplarda istifadə olunur. Aktiv optika və adaptiv optika texnologiyaları qarışdırılmamalıdır: sonuncu daha qısa zaman intervalında tətbiq edilir və atmosfer təsirlərini korreksiya etməyə imkan verir. == Astronomiyada == Müasir teleskopların əksəriyyəti əsas elementi çox böyük bir güzgü olan reflektorlardır. Tarixən ilkin güzgülər külək və güzgünün öz çəkisi kimi onu deformasiya etməyə məcbur edən qüvvələrin təsirinə baxmayaraq düzgün səth şəklini saxlamaq üçün kifayət qədər qalın idi. Bu, Palomar Rəsədxanasının Heyl teleskopu kimi onların maksimal diametrini 5 və ya 6 metr (200 və ya 230 düym) ilə məhdudlaşdırırdı. 1980-ci illərdən bəri qurulan yeni nəsil teleskoplar köhnələrin əvəzinə nazik, daha yüngül çəkili güzgülərdən istifadə edir. Onlar özlərini düzgün formada saxlamaq üçün çox nazikdirlər, buna görə də güzgünün arxa tərəfinə bir sıra aktuatorlar bərkidilir. Ötürücülər güzgü gövdəsinə dəyişən qüvvələr tətbiq edərək qaytarıcı səthin vəziyyətini dəyişdirərək yenidən düzgün formada saxlayırlar.
Carex spissa
Carex spissa (lat. Carex spissa) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin topalaqkimilər fəsiləsinin cil cinsinə aid bitki növü.
Elektro-optika
Elektro-optika — elektrik sahəsinin təsirilə materialın optik xüsusiyyətlərinin dəyişməsini öyrənən elm və texnika sahəsi. İşığın müxtəlif xüsusi materiallarla yayılması və qarşılıqlı təsiri ilə işləyən komponentləri, cihazları (məsələn, lazerlər, LED-lər, dalğaötürənlər və s.) və sistemləri əhatə edən elektrik mühəndisliyi, elektronika mühəndisliyi, materialşünaslıq və materiallar fizikasının bir hissəsidir. Bu mahiyyət etibarilə bu gün insanlar arasında fotonika kimi təsvir olunanla eynidir. Yalnız "elektro-optik effekt" ilə əlaqəli deyil. Beləliklə, materialların elektromaqnit (optik) və elektrik (elektron) vəziyyətləri arasındakı qarşılıqlı əlaqəyə aiddir. == Elektro-optik cihazlar == Elektro-optik effekt dedikdə, optik aktiv materialın işıqla qarşılıqlı təsiri nəticəsində öz optik xüsusiyyətlərini dəyişməsi başa düşülür. Bu dəyişiklik, adətən, sadəcə mühitin sındırma əmsalında yox, həm də ikiqat şüasınmada da baş verir. Kerr elementində ikiqat şüasınmada baş verən dəyişiklik optik elektrik sahəsinin kvadratı ilə mütənasibdir və material, adətən, mayedir. Pokkels elementində isə ikiqat şüasınmadakı dəyişiklik elektrik sahəsindən xətti asılı olur və material, adətən, kristaldır. Kristal olmayan bərk elektro-optik materiallar aşağı istehsal xərcləri səbəbindən böyük maraq doğurur.
Fiber optika
Fiziki optika
Fiziki optika və ya dalğa optikası — həndəsi optikanının çərçivəsinə daxil olmayan optik hadisələri öyrənən optikanın bölmələrindən biridir. Bu hadisələrə difraksiya, işığın interferensiyası, polyarlaşma effekti və s. bu kimi hadisələr daxildir. == Fiziki optika aproksimasiyası == İşığın yayılmasının dalğa xarakteri hələ 17-ci əsrin 2- ci yarısında X. Hüygens tərəfindən müəyyən edilmişdir. İşığın interferensiyasını, difraksiyasını və polyarizasiyasını yalnız müşahidə etmək yox, həm də izah etməyə imkan verən (həndəsi optika bu hadisələri izah edə bilmir) təcrübələr aparan T.Yunq, O. Fre nel və D. Araqonun tədqiqatlarında Dalğa optikası əhəmiyyətli dərəcədə inkişaf etdirilmiş dir. Dalğa optikası müxtəlif mühitlərdə işığın yayılmasını, iki mühiti ayıran sərhəddə işığın əks etməsini (qayıtmasını) və sınmasını, işığın maddədə dispersiyasını, səpilməsini və başqa hadisələri öyrənir. Elektromaqnit sahəsini təsvir edən işıq dalğaları klassik elektrodinamikanın ümumi tənlikləri ilə ifadə olunur. Bu tənliklər dielektik və maqnit nüfuzluğu kəmiyyətlərini mad - dənin molekul yar quruluşu və xassələri ilə əlaqələndirən kvant mexanikasının tənlikləri ilə tamamlanır. Belə yaxınlaşma Dalğa optikası hadisələrini müxtəlif mühitlərdə öyrənməyə imkan verir. İşıq dalğalarının hərəkət edən mühitlərdə və həmçinin güclü qravitasiya sahələrindəki xüsusiyyətləri xüsusi və ümumi nisbilik nəzəriyyəsi ilə izah edilir.
Hana Poniska
Hana Poniska (slovak. Hana Ponická; 15 iyul 1922 – 21 avqust 2007, Banska Bistritsa) – Slovak yazıçı, publisist, tərcüməçi, ictimai xadim, dissident. == Bioqrafiyası == Hana Poniska 1922-ci ildə anadan olub. 1944 Slovakiya milli qiyamında iştirak edir. 1948-1950-ci illərdə əri, şair Stefan Jari ilə birlikdə Romada yaşayır. Vətənə qayıtdıqdan sonra "Smena na nedeľu" jurnalının ədəbi redaktoru vəzifəsində çalışır. 1956-1977-ci illərdə Yazıçılar Birliyinin üzvü olur. 1968-ci ildə Varşava Paktı birliklərinin Çexoslovakiyaya hücumuna etiraz etdiyi üçün işindən qovulur. Daha sonra 1972-ci ildə Smena qəzetinin redaksiyasından çıxarılır. 1977-ci ildə Hana Poniska Çexoslovakiya Yazıçılar Birliyinin qurultayında müasir mədəniyyət siyasətini tənqid edəcək çıxına icazə verilimir, ancaq məruzəsi protokola daxil edilir.
Jurinea spissa
Jurinea spissa (lat. Jurinea spissa) — mürəkkəbçiçəklilər fəsiləsinin jurinea cinsinə aid bitki növü.
Optika mühəndisliyi
Optika mühəndisliyi və ya optotexnika — işığın yaranması, ötürülməsi, manipulyasiyası, aşkarlanması və istifadəsi ilə əlaqəli fiziki hadisələri və texnologiyaları əhatə edən mühəndislik sahəsi. Optika mühəndisləri müxtəlif problemləri çözmək və işığı məqsədli şəkildə yönləndirən cihazları layihələndirmək və yaratmaq üçün optika elmini tətbiq edirlər. Onlar linzalar, mikroskoplar, teleskoplar, lazerlər, detektorlar, lifli optik rabitə və optik disk sistemləri (məsələn, CD, DVD) kimi işığın xassələrinə əsaslanan optik cihazları layihələndirir və idarə edirlər. Optika mühəndisləri lazerli spekl-interferometr kimi cihazlarla mikrorəqsləri, refraktometrik cihazlarla maddələrin xassələrini və s. ölçmək üçün optik üsullardan istifadə edirlər. Nanoölçmə və nanopozisiya maşınları optika mühəndisləri tərəfindən layihələndirilmiş cihazlardır. Bu maşınlar nanometr dəqiqliyinə malikdir və buna görə də bu miqyaslı məhsulların istehsalında istifadə olunurlar. Driggers, Ronald G. (ed.) (2003). Encyclopedia of Optical Engineering. New York: Marcel Dekker.
Viktor Onisko
Viktor Onisko (ukr. Віктор Онисько ; 17 dekabr 1982, Kiyev – 30 dekabr 2022) — ukraynalı film redaktoru və Rusiya-Ukrayna müharibəsində iştirak edən Ukrayna Silahlı Qüvvələrinin hərbçisi. Viktor Onisko Ukraynanın məşhur kino redaktoru olub. O, təkcə Ukraynada deyil, həm də Avropa və ABŞ-da tanınan 20-dən çox Ukrayna filmi və serialı üzərində işləyib. Bunlara "Sevastopol uğrunda döyüş" (2015), "Leninin süqutu" (2017), "U311 Çerkassı" (2019), "Soyuqqanlılıq" (2019) və "Yüksələn şahin” (2019) daxildir. "Leninin süqutu" İvan Frankonun tarixi romanı əsasında çəkilib. Martın 4-də Onisko hərbi komissarlığa gəlib. O, müharibədə "Tarantino" kod adını daşıyırdı. O, Xerson, Donetsk və Luqansk vilayətləri ərazisində hərbi əməliyyatlarda iştirak edib. O, 30 dekabr 2022-ci ildə döyüş tapşırığını yerinə yetirərkən həlak olub.
Pika
Pika xəstəliyi — mərkəzi sinir sisteminin nadir, bir qayda olaraq xroniki və getdikcə şiddətlənən xəstəliyidir. Xəstəlik baş beyin qabığının əsasən alın və gicgah payının dağılması və atrofiyası ilə xarakterizə olunur. Pika dünyada aşkar edilmiş on nadir xəstəlikdən biridir. Bu xəstəliyə tutulan insanlarda kağız, sabun, torpaq, təbaşir, gil, süngər kimi maddələrə meyl yaranır. Alimlər bu xəstəliyin mineral çatışmazlığından irəli gəldiyini yəqinləşdiriblər. Bu nadir xəstəlik, insanda yeyilməsi mümkün olmayan maddələri yemək istəyi oyadır. Bu xəstəlik əsasən hamilə qadınlar və kiçik yaşlı uşaqlarda müşahidə edilir. Yeyilməsi mümkün olmayan maddələrlə qidalanmaq - qanda hansısa maddələrin çatışmazlığından əmələ gəlir. Belə xəstələr ambulator müayinədən keçərək, qan analizi verməli və dəqiq müayinə olunmalıdırlar. Bundan sonra müalicəyə başlamaq olar.
Kiska adası
Kiska adası ((ing. Kiska, aleut. Qisxa) — Aleut adaları qrupuna, Siçovul adalarına daxil olan ada. Təxminən 35 km uzunluğa və 2,5 ilə 10 km enində malikdir. Adanın sahəsi 277,7 km²-dir. Adanın ən yüksək nöqtəsi Kiska vulkanıdır (1229,4 m). Vulkanda son püskürmə 1964-cü ildə müşahidə edilmişdir. Daimi əhali yoxdur. == Tarix == Ada 25 oktyabr 1741-ci ildə Georg Steller tərəfindən açılmışdır. 1758-ci ilin avqustunda "St.
Kruqlaya Şişka
Kruqlaya Şişka — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Kalinino rayonunda kənd.
Leonid Osıka
Leonid Mixayloviç Osıka (ukr. Леоні́д Михайлович Осика; 8 mart 1940, Kiyev – 16 sentyabr 2001, Kiyev) — ukraynalı kinorejissor və ssenari müəllifi. «Ukrayna poetik kinosu» dövrünün nümayəndələrindəndir. Ukrayna SSR əməkdar incəsənət xadimi (1988). Ukrayna xalq artisti (1998). == Həyatı == Leonid Osıka Kiyevdə anadan olmuşdur. 8-ci sinifi bitirdikdən sonra Odessa Teatr Rəssamlıq Məktəbində qrimçi rəssam-portret rəssamı bölməsində təhsil almışdır. Odessa məktəbini bitirdikdən sonra (1959) Leonid Osıka Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutuna (ÜDKİ) daxil olmaq istəyirdi, lakin müsabiqədən keçə bilməmişdi. Bundan sonra o, Kiyevə qayıdır və Karpenko-Karıy adına Kiyev Milli Teatr, Kino, Televiziya İnstitutunda qrim üzrə müəllim kimi işləməyə başlayır. Bir il sonra ÜDKİ-nin rejissoru Sergey Gerasimovdan məktub gəlir.