Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
OPEK
Neft İxrac Edən Ölkələr Birliyi və ya qısaca OPEC (ing. The Organization of the Petroleum Exporting Countries) — neft ixrac edən ölkələr tərəfindən neftin qiymətinin tənzimlənməsi məqsədi ilə yaradılan təşkilat. Bu təşkilatın üzvləri iqtisadiyyatı əsasən neftdən asılı olan dövlətlərdir. == Haqqında == OPEC daim fəaliyyətdə olan qeyri-hökumət təşkilatı kimi 1960-cı il sentyabr ayının 10-14-də Bağdadda keçirilən konfransda yaradılıb. Əvvəlcə İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı və Venesuela (Venesuela təşkilatın yaranması təşəbbüsünə ilk dəfə 1949-cu ildə cəhd göstərib) təşkilata daxil olub. Bu 5 ölkəyə sonradan Qətər, (1961), İndoneziya (1962), Liviya (1962), Birləşmiş Ərəb Əmirlikləri (1967), Əlcəzair (1969), Nigeriya (1971), Ekvador (1973-1992), Qabon (1975-1994), Anqola (2007) qoşulub. Ekvador 1993-cü ildə ya təşkilatın üzvlük haqqını ödəyə bilmədiyindən, ya da təşkilatın qərara aldığı miqdardan daha çox neft istehsal etmək istədiyindən təşkilatdan çıxıb. 2007-ci ildə isə İndoneziya təşkilatı tərk edib. Təşkilatın qərargahı 1965-ci ildən Vyanada yerləşir. Hazırda OPEC-in 12 üzvü var.
Aptek
Aptek (Yunanca: apotheke(anbar) ) - reseptlə dərman hazırlayan, hazır dərman və digər tibbi mallar saxlanan və satılan tibbi müəssisə. == Etimologiya == XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə dəvaxana (دواخانا) adlandırılmışdır. == Həmçinin bax == Farmakologiya Əczaçılıq == Keçidlər == Vikianbarda Aptek ilə əlaqəli mediafayllar var.
Köpək
İt — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinin canavar cinsinə aid heyvan növü. == Xüsusiyyətləri == Başı az çox uzun, üst çənədə üç, alt çənədə dörd kəsici dişi olur. Ön ayaqları beş, arxa ayaqları dörd barmaqlıdır. Dırnaqları pişik kimi çəkilə bilmə xüsusiyyətindən məhrumdur. == Haqqında == Gündüz və gecə fəaldır. Qoxu hiss etmə və eşitmə duyğuları itidir. Görmə mexanizmi, sarı və mavi rəngləri daha yaxşı qəbul edə bilən quruluşdadır. Ağıllı olduğundan asan tərbiyə edilə bilər. Sahibinə bağlılığı ilə tanınır. Barmaqları üstündə qaça bilir və yaxşı üzür.
Opoka
Opoka — gilli maddənin, orqanizmlərin skelet hissələrinin (diatomea, radiolyariya və silisiumlu süngərlərin spikulaları), mineral dənələrinin (kvars, çöl şpatları, qlaukonit) qarışığı olan, amorf silisium oksidi — opaldan (92–98%-dək) təşkil olunmuş mikroməsaməli süxurlar. Bəzi müəlliflər opokalar diatomit, sponqolit və trepellərin dəyişilmə məhsulu, digərləri isə onları dəniz kimyəvi əmələgəlmələri hesab edirlər. Opokalar təbaşir və alt dördüncü dövr çöküntülərində geniş yayılmışdır. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Oponi
Oponi (q.yun. Οπώνη) — Afrika buynuzunda qədim Somali şəhəri. Şəhər əsasən qədim misirlilər, romalılar, yunanlar, bizanslılar, farslar və hindistanlılarla ticarət etməsiylə tanınır. Arxeoloji tapıntılara əsasən, tarixi liman şəhərinin müasir Somalinin şimal-şərqində yerləşən Hafun şəhəri olduğunu əsaslanmışdır. Güman edilir ki, bu liman şəhəri Qədim Misirin Punt torpağı adlandırdığı ərazidir. Puntlular qədim misirlilərlə Qədim padşahlıq, Orta padşahlıq və Yeni padşahlıq dövrlərində ticarət edirdilər. == Tarixi == Oponidəki qəbilərdə tapılan dulusçuluq nümunələri e.ə. XVI–XI əsrlərdə çiçəklənən Yunanıstanın Mikena krallığı dövrünə təsadüf edir. Şəhərin əsas fəallığı e.ə. I əsrə və III–V əsrlərə təsadüf edir.
Spork
Spork ("çəngəl-qaşıq") — çəngəl və qaşıq elementlərini özündə birləşdirən mətbəx ləvazimatı. 1870-ci ildə ABŞ-də ixtira edilib. Yemək hazırlanarkən istifadə edilir. Metaldan, plastikdən və taxtadan hazırlanır. İngilis sözü olan sporkdan əmələ gəlmişdir — spoon (qaşıq) və fork (çəngəl).
Öpsən
Öpsən (mahnı) — Aygün Kazımovanın mahnısı
Ördək
Ördəklər (lat. Anatidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinə aid heyvan fəsiləsi. Ev quşları siyahısına daxildir. Fəsiləyə daxil olan 40-50 cinsə aid 150-yə yaxın növ məlumdur. Ördək su quşudur. Onlar suyun altında xeyli yem tapa bilirlər. == Yarımfəsilələri == Əsl ördəklər (Anatinae) Ağac ördəkləri (Dendrocygninae) Çil-çil ördəklər (Stictonettinae) Ala ördəklər (Tadorninae) ? Ağbel ördəklər, ?
Örnek
Örnek (krım tatar dilində "naxış" deməkdir) — krım-tatar milli ornamenti, krım tatarları xalqının mədəniyyətinin ən qədim nailiyyətlərindən biridir. Ornament birləşdirilmiş kiçik elementlərdən ibarətdir, elementlər əsasən bitki və həndəsi fiqurları formasındadılar və simmetrik və asimmetrik quruluşa malikdilər. Əsas simovllar çəhrayı, yaşıl, sarı və mavi çalarlarda olan çiçəklər və ağacların təsvirindən ibarətdilər. Ornament milli geyimlər, ayaqqabılar, papaqların bəzək elementi kimi istifadə olunur, bundan başqa zərgərlik zinətləri, keramika və metal qabları, ağac məhsulları, məişət texnikası, mebel işləmələri və xalçaların bəzədilməsində istifadə olunur. 2018-ci ilin fevral ayında Ukraynanın Qeyri-Maddi Mədəni İrs Elementlərinin Milli Siyahısına daxil edildi.
Örpək
Örpək — qadın baş geyim növü. Zərif lif və tellərdən toxunan örpəklər materialına və ölçüsünə görə müxtəlif olmuşdur. Toxuculuq dəzgahlarında hazırlanan örpəklər yaş fərqinə və zümrə mənsubiyyətinə görə müxtəlif çeşid və rənglərdə hazırlanırdı. Azərbaycanda qədimdən istehsal olunan örpək son orta əsrlərdə xarici ölkələrə də ixrac edilirdi. Keçmişdə daş-qaşla bəzədilmiş və xalis qızıl, gümüş tellərdən toxunmuş örpəklər də yayılmışdı. Qadın örpəkləri arasında başlıca yer tutan kəlağayılar istehsal mərkəzlərinə görə (Gəncə, Basqal, Şəki, Şamaxı və s.) bir-birindən seçilirdi. == Tarixçəsi == Örpəklər hər zaman qadın baş geyimləri içərisində xüsusi yer tutmuşdur. Əvvəllər örpəyi kustar üsulla toxuyurdular. Fabrikdə hazırlanmış satınalma örpəklər isə XIX əsrin sonlarına doğru dəbə minmişdir. Zərif lif və ipək tellərdən toxunmuş örpəklər materiallarına və ölçülərinə görə müxtəlif olduqları kimi, rənglərinə, üzərindəki naxışların harmonik səciyyəsinə görə də bir-birindən seçilirdi.
Özbək
Özbəklər — Türk xalqlarından biri. Özbək dili — Özbəkistannın dövlət dili, türk dillərinə aiddir. Şəxslər Özbək xan — Qızıl Orda dövlətinin doqquzuncu xanıdır. Atabəy Özbək — Azərbaycan Atabəyləri dövlətinin son hökmdarı (1210-1225). Yaşayış məntəqələri Özbək (Marağa) — Özbəkistan — Asiyada dövlət.
Opodo
Opodo İspan onlayn səyahət agentliyidir. Uçuşlar (müntəzəm, çarter və aşağı qiymətli), otellər, kruizlər, avtomobil icarəsi, paketlər və səyahət sığortası üçün sövdələşmələr təqdim edir. Bu, British Airways, Air France, Alitalia, Iberia, KLM, Lufthansa, Aer Lingus, Austrian Airlines və Finnair daxil olmaqla, Avropa aviaşirkətlərinin konsorsiumu tərəfindən təsis edilmiş ümumavropa müəssisəsidir. 2011-ci ilə qədər Amadeus Opodo-nun 99,4%-nə sahib idi. Bundan sonra şirkəti eDreams ODIGEO şirkəti aldı. Opodo mərkəzi ofisi Madriddə olan on dörd Avropa ölkəsində fəaliyyət göstərir. O, Almaniya, Böyük Britaniya, Fransa, İspaniya, Portuqaliya, İtaliya, Avstriya, Belçika, Polşa və İsveçrədə Opodo brendli saytları, eləcə də İsveç, Norveç, Danimarka və Finlandiyada Travellink brendli saytları idarə edir. O, həmçinin bir sıra digər Fransız səyahət saytlarını da idarə edir.
Optik
Optika (q.yun. ὀπτική "görünənlər haqında elm") — işığın yaranma mexanizmini, təbiətini, onun yayılma və maddə ilə qarşılıqlı təsir qanunlarını öyrənən fizika bölməsi. İşıq dedikdə dalğa uzunluğu 0,01÷105 nm aralığında yerləşən elektromaqnit dalğaları başa düşülür. Dalğa uzunluqları 400÷760 nm intervalında yerləşən elektromaqnit dalğaları gözə görmə təsiri göstərir və bu səbəbdən görünən işıq adlanır. Optikanı şərti olaraq aşağıdakı bölmələrə ayırmaq olar: Həndəsi optika Dalğa optikası Molekulyar optika Kvant optikası Bir çox hallarda optikanın həndəsi optikadan başqa qalan bölmələrini birlikdə fiziki optika adlandırırlar. Optika elmi astronomiya, müxtəlif mühəndislik sahələri, fotoqrafiya və tibb (oftalmologiya və xüsusən də fizioloji optika adlanan optometriya) daxil olmaqla bir çox fənlərlə əlaqəli şəkildə öyrənilir. Optikanın praktiki tətbiqləri müxtəlif texnologiyalarda və gündəlik əşyalarda, o cümlədən güzgülər, linzalar, teleskoplar, mikroskoplar, lazerlər və lifli optikada mövcuddur. == Klassik optika == Klassik optika iki əsas budağa ayrılır: həndəsi optika və dalğa optikası. Həndəsi optikada işığa şüa kimi, dalğa optikasında isə elektromaqnit dalğası kimi baxılır. Şüa dedikdə işıq enerjisinin yayılma istiqamətini müəyyən edən xətt başa düşülür.
OPEC
Neft İxrac Edən Ölkələr Birliyi və ya qısaca OPEC (ing. The Organization of the Petroleum Exporting Countries) — neft ixrac edən ölkələr tərəfindən neftin qiymətinin tənzimlənməsi məqsədi ilə yaradılan təşkilat. Bu təşkilatın üzvləri iqtisadiyyatı əsasən neftdən asılı olan dövlətlərdir. == Haqqında == OPEC daim fəaliyyətdə olan qeyri-hökumət təşkilatı kimi 1960-cı il sentyabr ayının 10-14-də Bağdadda keçirilən konfransda yaradılıb. Əvvəlcə İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı və Venesuela (Venesuela təşkilatın yaranması təşəbbüsünə ilk dəfə 1949-cu ildə cəhd göstərib) təşkilata daxil olub. Bu 5 ölkəyə sonradan Qətər, (1961), İndoneziya (1962), Liviya (1962), Birləşmiş Ərəb Əmirlikləri (1967), Əlcəzair (1969), Nigeriya (1971), Ekvador (1973-1992), Qabon (1975-1994), Anqola (2007) qoşulub. Ekvador 1993-cü ildə ya təşkilatın üzvlük haqqını ödəyə bilmədiyindən, ya da təşkilatın qərara aldığı miqdardan daha çox neft istehsal etmək istədiyindən təşkilatdan çıxıb. 2007-ci ildə isə İndoneziya təşkilatı tərk edib. Təşkilatın qərargahı 1965-ci ildən Vyanada yerləşir. Hazırda OPEC-in 12 üzvü var.
Opel
Opel — alman avtomobil şirkəti. 21 yanvar 1862-də Adam Opel tərəfindən qurulub. İlk zamanlarında tikiş maşını və velosiped istehsal edən bir firma olaraq xidmət etməkdə idi. Avtomobil istehsalına isə 1899-cu ildən başlamışdır.
Örək
İpək
İpək — tut yarpaqları ilə bəslənən barama qurdlarının əmələ gətirdiyi çox incə və parlaq saplar və bu saplardan toxunan qiymətli parça. == İpək parça == Ənənəvi parça istehsalının ən qiymətli xammal növü ipək olmuşdur. İpək parça istehsalı uzun texnoloji proses olmaqla barama açılmasından başlayır, sonra əyirilir, qaynadılıb təmizlənir, rənglənir və nəhayət ipək sap alınması ilə başa çatır. İpək və ipək məmulatından təkcə parça kimi deyil, eləcə də rabitədə, tibbdə və musiqi alətlərinin hazırlanmasında da geniş istifadə olunur. XIX əsrə qədər ipəkçilik və xam ipək istehsalı Azərbaycan iqtisadiyyatında əsas yerlərdən birini tutub. Azərbaycanda ipəyin meydana çıxması və əhalinin təsərrüfat məişətində möhkəm yer tutması ölkənin orta əsr toxuculuğunda ciddi irəliləyişə səbəb olmuşdur. == İpəyin istehsalı == İpək istehsalı tut ipəkqurdu kəpənəyi toxumunun əldə edilməsindən başlayır. Daha sonra ipəkqurdu bəslənilərək barama əldə edilir. Qızğın buxar və ya qazanda qaynadılmış su vasitəsilə baramanın içindəki pupun boğulması ipək istehsalının zəruri ünsürüdür. Pupun boğulması prosesi başa çatdıqdan sonra "mancanaq" adlanan dəzgahda baramaaçma prosesi başlayır.
Polk
Alay və ya polk — bir polkovnikin əmri altında üç ya da dörd tabordan ibarət olan hərbi birlik. Bir həbri birlik olaraq çox köhnə tarixə malikdir. 16 əsrin ortalarında Fransız süvari birliklərinə də alay deyilirdi. Daha sonrakı əsrlərdə alayların öz bayraq, forma və gerbləri inkişaf etdirilmiş və müəyyən alaylar müəyyən bir şəxsiyyət, hərbi karier əldə etmişlər. 20 əsrin əvvəllərinə qədər Avropa və ABŞ ordularında alaylar 10 bölükdən ibarət idi. Napoleon isə alay təşkilatında yeni tənzimləmələrə getmiş və əmri altındaki alayları, biri qərargahda, digər ikisi də ərazidə olmaq üzrə üç tabor şəklində təşkilatlandırmışdır. 20 əsrin başlanğıcında Birləşmiş Ştatlar ordusu da bu yeniliyi mənimsəmişdir. Alayların bu quruluşu Birinci dünya müharibəsi, İkinci dünya müharibəsi və Koreya müharibəsi ərəfəsində dəyişməmişdir. Azərbaycan Silahlı Qüvvələrində və digər dövlətlərdə həbri birləşmələrdən başqa,hüquq mühafizə orqanlarının şəxsi heyətinin birləşmələridə Alay adlandırılır.məs:Çevik Polis Alayı və s.
APOEL FK
APOEL FK — Kiprin futbol klubu. 1926-cı ildə yaradılıb. Ölkədə ən uğurlu klublardan biridir. == Tarixi == APOEL 1926-cı ildə şəhərin yunan sakinlərinin oynadığı futbol komandası yaratmaq istəyən bir qrup gənc tərəfindən yaradılıb. Sonra qırx nəfərlik bir qrup Nikosiyadan olan yunanların oynayacağı bir futbol klubu yaratmaq üçün qənnadı salonunda görüşdü. Klubun ilk prezidenti Giorgos Pulias idi. == Avropa kuboklarında iştirak == 30 dəfə Avropa kuboklarında iştirak edib. 2011/12 mövsümündə Çempionlar Liqasında 1/4 finala irəliləyib.
Ala ördək
Ala ördək (lat. Tadorna) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Aptek dağçətiri
Aptek dağçətiri (lat. Peucedanum officinale) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin dağçətiri cinsinə aid bitki növü.
Aptek gücotu
Aptek gücotu (lat. Agrimonia eupatoria) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gücotu cinsinə aid bitki növü. == Botaniki xüsusiyətləri == Hündürlüyü 50-125 sm, gövdəsi hündür, düz, sərt qabarıq və qısa qıvrım tüklərlə örtülü olan çoxillik ot bitkisidir. Yarpaqlar saplaqdadır; tək lələkvari yarpaqların yarpaqcıqları elliptik və ya uzunsovdur, mişarvari kəsilmişdir, onlar arasında yerləşən kiçik yarpaqcıqlar yumurtaşəkillidir; bütün yarpaqcıqlar üst tərəfdən yaşıl, alt tərəfdən isə oturaq və ya saplaqlı vəziciyi olan boz-keçə tüklüdür. Çiçəkləri yuxarı hissəsi sıx, aşağı hissəsi isə boş, uzun sünbülşəkilli salxımdadır. Ləçəkləri sarı rəngdə olub, uzunluğu 4–5 mm-dir. May-iyun ayalrında çiçəkləyir, iyun-iyul aylarında meyvə verir. == Azərbaycanda yayılması == Azərbaycanın bütün rayonlarında, əsasən meşəli rayonlarda, orta dağ qurşağına qədər yayılmışdır. == Yaşayış mühiti == Kəsilmiş meşələrdə, meşə kənarında, kolluqlarda, sahildə, çəmənlərdə rast gəlinir. == Təsərrüfat əhəmiyyəti == Yarpaqlarında aşı maddəsi vardır.
Aptek hili
Aptek kücotu
Aptek gücotu (lat. Agrimonia eupatoria) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gücotu cinsinə aid bitki növü. == Botaniki xüsusiyətləri == Hündürlüyü 50-125 sm, gövdəsi hündür, düz, sərt qabarıq və qısa qıvrım tüklərlə örtülü olan çoxillik ot bitkisidir. Yarpaqlar saplaqdadır; tək lələkvari yarpaqların yarpaqcıqları elliptik və ya uzunsovdur, mişarvari kəsilmişdir, onlar arasında yerləşən kiçik yarpaqcıqlar yumurtaşəkillidir; bütün yarpaqcıqlar üst tərəfdən yaşıl, alt tərəfdən isə oturaq və ya saplaqlı vəziciyi olan boz-keçə tüklüdür. Çiçəkləri yuxarı hissəsi sıx, aşağı hissəsi isə boş, uzun sünbülşəkilli salxımdadır. Ləçəkləri sarı rəngdə olub, uzunluğu 4–5 mm-dir. May-iyun ayalrında çiçəkləyir, iyun-iyul aylarında meyvə verir. == Azərbaycanda yayılması == Azərbaycanın bütün rayonlarında, əsasən meşəli rayonlarda, orta dağ qurşağına qədər yayılmışdır. == Yaşayış mühiti == Kəsilmiş meşələrdə, meşə kənarında, kolluqlarda, sahildə, çəmənlərdə rast gəlinir. == Təsərrüfat əhəmiyyəti == Yarpaqlarında aşı maddəsi vardır.
Aptek poliporusu
Laricifomes officinalis (lat. Laricifomes officinalis) — fungi aləminin basidiomycota şöbəsinin agaricomycetes sinfinin polyporales dəstəsinin fomitopsidaceae fəsiləsinin laricifomes cinsinə aid göbələk növü.