Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Moira Orfey
Moira Orfey (d. 21 dekabr 1931 – 15 noyabr 2015, Breşiya, Lombardiya) — məşhur İtaliya sirk sənətçisi, aktrisa və televiziya aparıcısı. Moira İtalya sirkinin kraliçası hesab olunur. == Bioqrafiyası == "Sirk Orfey" sirk şirkətinə sahib olan Rikardo Orfey və Violetta Aqata ailəsində anadan olmuşdur. İtaliyada sirkin simvolu olmuş və beynəlxalq bir şöhrət qazanmışdır. Moira Orfey Sirki 1960-cı ildə qurulmuşdur. O dövrün fotoşəkillərində, onu müxtəlif sirk rollarında görmək olur: çapar xanım, hava gimnasti, akrobat, fil və göyərçin məşqçisi. Sənətçinin təəccüblü görünüşü, onun ekssentrik və hətta coşğun şəxsiyyətinin əks olunması kimi idi. Dino De Laurentis ona adını dəyişdirməsini təklif etmişdir. O vaxtdan bəri həmişə qədim yunan taleyinin ilahələrini xatırladan yeni adıyla zahirən uyğunlaşmağa çalışmışdır: ağır makiyaj, qalın göz layneri, parlaq dodaq boyası, dodağının üstündə kəskin bir xətt, saçından hörülmüş çalma.
Orfey (opera)
"Orfey" (it. Orfeo, bəzən it. L’Orfeo, favola in musica) — Klaudio Monteverdinin 1607-ci ildə kiçik Alessandro Striconun librettosu əsasında yazdığı opera. Bu opera Kristof Villibald Qlyukun "Orfey və Evridika" ilə birlikdə qədim yunan mifi Orfeyə aid ən mühüm musiqi əsərlərindən biri sayılır. Dünyanın bir çox teatrlarında bu gün də müntəzəm olaraq göstərilən erkən operalar sırasına daxildir. Operanın premyerası 24 fevral 1607-ci ildə İtaliyanın Mantue şəhərində olmuşdur. Opera Mantuan sarayında hər il keçirilən ənənəvi karnavalda göstərilmək üçün yazılmışdır. XVII əsrin əvvəllərində musiqili teatrda ənənəvi intermediya, yəni pyesin əsas pərdələri arasında musiqi nömrələr, tədricən tam musiqi dramına çevirildi, hansı ki sonradan "opera" adını aldı. Monteverdinin "Orfeyi" eksperiment dövrünə son qoydu və yeni janrın ilk mükəmməl əsəri oldu. Premyeradan sonra opera Mantuedə yenidən oynanıldı və çox güman ki, bir neçə il ərzində İtaliyanın digər şəhərlərində də bu baş verdi.
Milsami Orhey FK
Milsami Orhey FK — Orhey şəhərini təmsil edən Moldova futbol klubudur. Klub hal-hazırda Moldova Milli Liqasında mübarizə aparır və Liqanın top komandalarından biridir. Son mövsümün qalibidir. Bu klubun adı Vitorul Orhey FK kimi də bilinir. Onlar ilk dəfə 2015-ci ildə Liqanın qalibi olublar. Onlar bu ünvanı Kişinyov və Tiraspol şəhərinin klublarından alıblar. == Tarixi == 2005 – Viitorul Step-Soçi kimi adlandırılmışdır. 2008 – Viitorul Orhey kimi adlandırılmışdır. 2010 – Milsami Orhey kimi adlandırılmışdır. 2011 – Milsami-Ursidos Orhey kimi adlandırılmışdır.
Alfey
Alfey — Qədim yunan mifologiyasına görə çay allahı.
Arxey
Arxey — 4000-2500 milyon il əvvəlləri əhatə edən, Yer tarixinin 4 eonundan biri. Arxey dövründə Yer qabığı qitələrin yaranmasına imkan verəcək qədər soyudu və həyat inkişaf etdi. == Etmologiyası və istifadəsi == Arxey sözü qədim yunan dilində Αρχή (Arkhē ) - "başlanğıc, mənşə" mənasını verir. İlk dəfə 1872-ci ildə "ən erkən geoloji çağ" mənasında istifadə edilimişdir. Katerxey eonunun öyrənilməsindən əvvəl Arxey eonunun 4,540-2,500 milyon il əvvəl Yerin yaranması ilə başlamış ilk geoloji çağ olduğu düşünülürdü. Eonun başlanğıcı Beynəlxalq Stratiqrafiya Komissiyası tərəfindən 4 milyard il əvvəl olaraq qəbul edilmişdir. == Geologiya == Arxeyin başlağıcında Yerin istilik axını bu günkü ilə müqayisədə üç dəfə və Arxeydən Proterozoya keçiddə (2,500 milyon il əvvəl) isə iki dəfə çox idi. Əlavə istilik planetar akkresiyadan, metal nüvənin meydana gəlməsindən və radioaktiv elementlərin çürüməsiylə yaranan istiliklə meydana gəldi. Əsas mineral qalıqlarının Katerxeydən olduğu bilinsə də, Yer səthində meydana gələn ən qədim qaya birləşmələri Arxeyə aiddir. Arxey qayaları Qrenlandiyada, Sibirdə, Kanada qalxanında, Montana və Vayominqdə, Baltik qalxanında, Bolqarıstandakı Rodop Massifində, Şotlandiya, Hindistan, Braziliya, Qərbi Avstraliya və Cənubi Afrikada rast gəlinir.
Körfəz
Körfəz — okeanın və ya dənizin quruya çox daxil olmuş, lakin okeanla sərbəst əlaqəsi olan hissəsidir. Sakit okeanda – Alyaska, Kaliforniya, Atlantik okeanında — Qvineya, Meksika, Müqəddəs Lavrenti, Biskay, Fin, Riqa, Botnik, Fandi, Hind okeanında – Benqal, Böyük Avstraliya, Iran, Ədən, Oman, Şimal Buzlu okeanında – Hudzon, Ob. Dənizlərdən fərqli olaraq, suyunun xassələrinə, axınlarına və orada yaşayan canlılara görə okeanlardan az fərqlənir. Bəzi dənizləri səhvən körfəz, bəzi körfəzləri isə dəniz adlandırmışlar. Əslində Meksika körfəzi dəniz, Qırmızı dəniz isə körfəz adlandırılmalıdır. Çünki Meksika körfəzinin suyunun fiziki-kimyəvi xüsusiyyətləri və üzvi aləmi onu dəniz adlandırmağa imkan verir.
Morfem
Morfem (yun. morphe - forma) — sözün leksik və ya qrammatik mənası olan hissəsi (kök, şəkilçi, yaxud önşəkilçi). Termin elmə Boduen de Kurtene tərəfindən daxil edilmişdir. Dilin mənalı hissələri, yəni kök, leksik və qrammatik şəkilçilər ayrı-ayrılıqda morfem adlanır. Sözün quruluşunu öyrənmək üçün onu tərkib hissələrinə ayırırlar. Sözün ayrılıqda işlənə bilən və leksik mənaya malik olan hissəs kök adlanır. Sözün kökü ∏ işarəsi ilə göstərilir. Sözün ayrılıqda işlənə bilməyən və leksik mənası olmayan hissəsi isə şəkilçi adlanır.
Oiley
Oiley, Eley (q.yun. Οἰλεύς və ya Ὀϊλεύς) — qədim yunan mifologiyasında Lokrida padşahı. Hesiod, Stesixor və Likofron əsərlərində onun adı İley kimi qeyd olunur.Leodak və Narikalı Aqrianomun övladı idi; və ya onun valdeyinləri Apollon və Ureya idilər və ya Qodedokun oğlu idi. Arqonavtlar yürüşündə iştirak etmişdir və orada o, Stimfal quşlarının mis lələyi ilə çiynindən yaralanmışdır. Onun həyat yoldaşının adı Eriopa (digər adı Alkimaxa) idi. Bundan başqa, o, Eant (Kiçik Ayaks) və Medontun atasıdır.
Orden
Оrden — bir çox ölkələrdə xüsusi xidmətlərə görə rəsmi surətdə verilən fərqlənmə nişanı. Tarixən bir sıra monarxiyalarda bu ifadə altında xüsusi təbəqə başa düşülürdü və monarxın fərmanı və xüsusi nişanı təqdim etməsi ilə bu təbəqəyə məxsusluq vurğulanırdı.Mükafatları öyrənən elm faleristika adlanır. "Falera" Qədim Roma mükafatlarının adıdır. «Orden» sözü alm. Orden‎ və ya lat. ordo götürülərək "sıra", "qayda" deməkdir. Dövlət orden və medallarından başqa müxtəlif nazirliklərin, dövlət strukturlarının və ictimai təçkilatların da orden və medalları da vardır. Orden nümunələri == Həmçinin bax == Azərbaycan Respublikasının ordenləri == Ədəbiyyat == Алексушин Г.В., Партикулярная Россия. Samara: Издательство СЮИ МЮ РФ, 2001. Шепелев Л. Е. Титулы, мундиры, ордена.
Pifey
Pifey (yunanca Πυθέας. təq. e.ə. 359 – təq. e.ə. 289) — qədim yunan taciri, səyyahı və coğrafiyaşünası. Əslən Massaliya (müasir Marsel şəhəri) koloniyasından idi. == Pifeyin səyahətinin əhəmiyyəti == Pifey 60 dərəcə şimal enliyindən yuxarı qalxmış və adı bizə məlum olan yeganə qədim səyyahdır. Pifey öz səyahətini “Okean haqqında” kitabında təsvir etmişdir. Bu kitab dövrümüzədək gəlib çatmasa da, Strabon, Ptolomey, Siciliyalı Diodor, Böyük Plini, Tasit və başqa qədim müəlliflər ona istinad etmişlər.
Vorey
Vorey (fr. Vaureilles, oks. Vaurelhas) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Monbazan kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12290. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 115 km şimal-şərqdə, Rodezdən isə 32 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 499 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 280 nəfər (15-64 yaş arasında) 199 nəfər iqtisadi cəhətdən, 81 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 71,1%, 1999-cu ildə bu 72.4%).
Ördək
Ördəklər (lat. Anatidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinə aid heyvan fəsiləsi. Ev quşları siyahısına daxildir. Fəsiləyə daxil olan 40-50 cinsə aid 150-yə yaxın növ məlumdur. Ördək su quşudur. Onlar suyun altında xeyli yem tapa bilirlər. == Yarımfəsilələri == Əsl ördəklər (Anatinae) Ağac ördəkləri (Dendrocygninae) Çil-çil ördəklər (Stictonettinae) Ala ördəklər (Tadorninae) ? Ağbel ördəklər, ?
Örkən
Örkən — ağır şeyləri bağlamaq, bənd etmək, at, qatır, eşşək və s. ev heyvanlarını çullamaq, palanlamaq üçün istifadə edilən çox enli, lakin nazik kəndir. Örkən toxumaq üçün yer hanası qurulur, yun, pambıq və ipək iplərdən istifadə edilir. Onun üstünə müxtəlif naxışlar salınır. Örkənin eni 5–8 sm-ə qədər, uzunluğu isə toxucunun istəyindən asılı olaraq toxunur. "Örkən nə qədər uzun olsa, yenə də doğanaqdan keçəcək" — atalar sözü məhz buradan alınmışdır.
Örnek
Örnek (krım tatar dilində "naxış" deməkdir) — krım-tatar milli ornamenti, krım tatarları xalqının mədəniyyətinin ən qədim nailiyyətlərindən biridir. Ornament birləşdirilmiş kiçik elementlərdən ibarətdir, elementlər əsasən bitki və həndəsi fiqurları formasındadılar və simmetrik və asimmetrik quruluşa malikdilər. Əsas simovllar çəhrayı, yaşıl, sarı və mavi çalarlarda olan çiçəklər və ağacların təsvirindən ibarətdilər.Ornament milli geyimlər, ayaqqabılar, papaqların bəzək elementi kimi istifadə olunur, bundan başqa zərgərlik zinətləri, keramika və metal qabları, ağac məhsulları, məişət texnikası, mebel işləmələri və xalçaların bəzədilməsində istifadə olunur. 2018-ci ilin fevral ayında Ukraynanın Qeyri-Maddi Mədəni İrs Elementlərinin Milli Siyahısına daxil edildi.
Örpək
Örpək — qadın baş geyim növü. Zərif lif və tellərdən toxunan örpəklər materialına və ölçüsünə görə müxtəlif olmuşdur. Toxuculuq dəzgahlarında hazırlanan örpəklər yaş fərqinə və zümrə mənsubiyyətinə görə müxtəlif çeşid və rənglərdə hazırlanırdı. Azərbaycanda qədimdən istehsal olunan örpək son orta əsrlərdə xarici ölkələrə də ixrac edilirdi. Keçmişdə daş-qaşla bəzədilmiş və xalis qızıl, gümüş tellərdən toxunmuş örpəklər də yayılmışdı. Qadın örpəkləri arasında başlıca yer tutan kəlağayılar istehsal mərkəzlərinə görə (Gəncə, Basqal, Şəki, Şamaxı və s.) bir-birindən seçilirdi. == Tarixçəsi == Örpəklər hər zaman qadın baş geyimləri içərisində xüsusi yer tutmuşdur. Əvvəllər örpəyi kustar üsulla toxuyurdular. Fabrikdə hazırlanmış satınalma örpəklər isə XIX əsrin sonlarına doğru dəbə minmişdir. Zərif lif və ipək tellərdən toxunmuş örpəklər materiallarına və ölçülərinə görə müxtəlif olduqları kimi, rənglərinə, üzərindəki naxışların harmonik səciyyəsinə görə də bir-birindən seçilirdi.
Öryət
Öryət — Azərbaycan Respublikasının Şəki rayonunun Çeşməli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəki rayonunun Şəki şəhər inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Oryat kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Toponimikası == Kəndin adı XIII əsrdə məskunlaşmış monqol əsilli oyrat tayfasıyla bağlıdır. == Tarixi == === Tarixi abidələri === Kənddə 18 əsrə aid tarixi abidələr və qoruq var == Əhalisi == Kəndin əhalisi 4000 nəfərdən çoxdur.
Ala ördək
Ala ördək (lat. Tadorna) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Amblyseius forfex
Amblyseius forfex (lat. Amblyseius forfex) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius forfex Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Arföy (Alye)
Arfyoy (fr. Arfeuilles) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Lapalis kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03006. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 685 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 404 nəfər (15–64 yaş) arasında 258 nəfər iqtisadi cəhətdən, 146 hərəkətsiz (fəaliyyət göstərici 63,9%, 1999-cu ildə 66,5%) idi. Fəal olan 258 nəfərdən 226 nəfəri (138 kişi və 88 qadın), 32 nəfəri işsiz (15 kişi və 17 qadın) idi. Aktiv olmayan 146 nəfər arasında 23 nəfər şagird və ya tələbə, 71 nəfər təqaüdçü, 52 nəfər digər səbəblərə görə hərəkətsizdir.
Ağac ördəyi
Ağac ördəyi (lat. Dendrocygna) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi. Ağac ördəkləri tropik və subtropik qurşaqlarda yayılmışdır. Xallı ördəklər Yeni Qvineya, Sulavesi, Mundinao, Kiçik Zond adaları, Bismark arxipelaqında yaşayır. Burada səyyah ördəkləri də görmək olar. Onlar Şimali Avstraliya, Filippin, Yava və Kalimantan adalarında, Kiçik Zond və Molukk adalarında, Yeni Qvineya və Yeni Britaniyada məskunlaşıblar. Çəhrayıayaq ördəyin vətəni Cənubi və Şərqi Avstraliyadır.
Ağqanad ördək
Ağqanad ördək (lat. Asarcornis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Bizquyruq ördək
Bizquyruq ördək (lat. Anas acuta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin çay ördəyi cinsinə aid heyvan növü.
Boz ördək
Boz ördək (lat. Mareca strepera) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin mareka cinsinə aid heyvan növü.
Buxta (körfəz)
Buxta (alm. Bucht‎) — dəniz, körfəz, göl, su anbarı kimi coğrafi obyektlərdə, külək və dalğalardan ada, sahil və ya qayalıqlarla qorunan su sahəsinə deyilir. Alman dilində buxta (alm. Bucht‎) sözü geniş mənada işlənir. Bəzən körfəz (Hudzon körfəzi — alm. Hudson-Bucht‎), bəzən isə dəniz (Baffin dənizi — alm. Baffin-Bucht‎) anlamını verir. Bir qayda olaraq gəmilərin dura bilməsi üçün münasib olan kiçik körfəz anlamışda işlədilir. == Buxtalar == Bakı buxtası Balaklav buxtası — Avropanın ən dərin buxtası. Timbuktu buxtası Avacin buxtası — dünyanın sahəsinə görə ikinci ən böyük buxtası, buraya istənilən gəmi yan ala bilər.
Dalğıc (ördək)
Dalğıc (lat. Netta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.