Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Oşel
Oşel — Tatarıstanın Tetüş rayonuna aid olan bu qədim yaşayış məntəqəsinin adı rus dilinə adaptasiya nəticəsində taninmaz dərəcədə dəyişmişdir. Belə dəyişmələr Aş çayının adında (indi Oş) və bu çayın üzərindəki Aş adlı üç kəndin adında (İndi Oşa) və Əşnək (indi Oşnyak) Kama çayının sağ qolu və Əştərə (Ştir) Tatarıstanın Arski rayonunda kənd adlarında özünü göstərir. Deməli, qədim tayfa adı olan Aş, sonradan rus sayağı dəyişmə nəticəsində Oş şəklinə çevrilmişdir. Çox şübhəsiz, Aş (As) tayfa adı və ya həmin tayfaya məxsus ölkə adını bildirən bu söz Aşlı (Oşel) ərazisində yaşayan Bulqar qəbiləsinin adı ilə bağlıdır. Tərkibində aş komponentli adlara Tatarıstanın hüdudlarından kənarda da rast gəlinir. Başqırdıstanın Belokatay rayonunda Aşit və Aşinski adında iki başqırd kəndi vardır. Mari Muxtar vilayətində Aşinski qəsəbəsi və Malaya Oşla çayı, eləcə də, Mokşa çayının qolu Oşla, Çını çayının (Oka höfzəsində) qollarından biri Aşlı çayı adları, Çelyabinsk vilayətində Aşinski şəhəri, Zabaykalyedə Onon çayının sol qolu Aşinqa, Xocənd vilayətində Aşit qəsəbəsi, Başqırdıstanda 1781-ci ilə qədər adı Aşkadar olan (indi Sterli Tamaq) şəhər adları Aş (As)larla əlaqədardır. Eşnek adında İrəvan-Talin qəzasında nahiyyə olması sənədlərdə rast gəlinir. Ehtimal etmək olar ki, Krımda Eşkene (indi Serovo), Aştaraq (Ermənistanda) adlarının da tərkibində Aş (As) hissəsi iştirak etmişdir. Türk toponimlərinin böyük bir qismi ruscaya uyğunlaşdırılmışdır ki, bu da yer adlarının mənşəyi və tarixi etimoloji şərhini, işlənməsini, həmçinin linqvistik araşdırmanın aparılması işini çətinləşdirir.
Nosel
Nosel (Averon)
Opel
Opel — alman avtomobil şirkəti. 21 yanvar 1862-də Adam Opel tərəfindən qurulub. İlk zamanlarında tikiş maşını və velosiped istehsal edən bir firma olaraq xidmət etməkdə idi. Avtomobil istehsalına isə 1899-cu ildən başlamışdır.
Oser
Oser (fr. Auxerre) – Fransada şəhər. Fransa Liqa 1-də çıxış edən AJ Oser şəhərdə yerləşir.
Otel
Mehmanxana, hotel və ya qonaq evi (fr. hôtel) — Başqa yerdən gələn turistlərin və qonaqların müvəqqəti yaşaması üçün xüsusi təhcizatlı otaqları olan obyekt. Mehmanxanalar müxtəlif meyarlara görə təsnifləşdirilir: 1. Komfort səviyyə; 2. Nömrə fondunun tutumu; 3. Mehmanxanaların funksional təyinatı; 4. Mehmanxananın yerləşdiyi yer; 5. Mehmanxananın işləmə müddəti; 6. Qonaqların yeməklə təminatı; 7. Qonaqların qalma müddəti; 8.
Sel
Sel — dağ ağacların yatağında intensiv yağışın, buz və mövsimi qar ərimələrinin nəticəsində gözlənilmədən yaranan palçıqlı və daşlı-palçıqlı axına deyilir. Sel hadisələrinin yaranmasına əsas səbəb ərazinin fiziki-coğrafi şəraiti, o cümlədən, oroqrafik-geomorfoloji quruluşu — iqlim, torpaq, bitki örtüyü və hidrometeororloji proseslər təşkil edir. (Dağ çaylarının qısa müddətli bəzən bir neçə saat ərzində) (dağıdıcı qüvvəyə malik palçıqlı-daşlı daşqını enişi). İntensiv leysan yağışları, buzlaqların və mövsümi qar örtüyünün sürətlə əriməsi qırıntı materiallarını yamaclardan çayın yatağına (məcrasına) doldurur. Böyük kütləsi və sürəti olan çox böyük dağıdıcı qüvvəyə malikdir. Azərbaycan Respublikası ən fəal axınları sahəsidir. S.-lər çayların yatağını və sahillərini yuyur, qarşısındakı maneələri, yaşayış məntəqələrini, körpüləri və s. dağıdır. İnsan tələfatına səbəb olur. Belə fəlakətli S. hadisələri Azərbaycanın Şin (1510), Kiş (1901, 1982), Kürmük (1921) və s.
Forrester Osey
La Roşel
La Roşel — Qərbi Fransada, Atlantik okeanının Biskay körfəzində yerləşən liman şəhəri. Şaranta departementinin paytaxtı.
Necdət Özəl
Necdət Özəl (türk. Necdet Özel10 oktyabr 1950, Ankara) — Türkiyə Silahlı Qüvvələrinin generalı. Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahının 28-ci rəisi. O, həmçinin Türkiyə Quru Qoşunları komandanı olub. General Necdət Özəl bu vəzifədə NATO təcrübəsinə sahib olmayan ikinci şəxsdir. Necdət Özəl 1950-ci ildə Ankarada anadan olub. 1969-cu ildə Türkiyə Quru Qoşunları Hərbi Məktəbini, 1970-ci ildə Hərbi Piyada Məktəbini bitirib. 1975-ci ildə London İqtisadiyyat Məktəbində Beynəlxalq Diplomatiya ixtisası üzrə təhsil alıb. Özəl 1978-ci ilə qədər Türkiyə Quru Qoşunları Komandanlığının (TQQK) müxtəlif vahidlərində taqım komandiri və bölük komandiri vəzifələrində çalışıb. 1980-ci ildə Ordu Kollecini qərərgah zabiti olaraq bitirdikdən sonra müvafiq olaraq Kiprdəki Türk Sülh Qüvvələri Baş Qərargahında Əməliyyat Planı bölməsində Şöbə müdiri və daha sonra Türkiyə Quru Qoşunları Baş Qarargahında baş katib, Türkiyə Quru Qoşunları Hərbi Məktəbində qərargah rəisi və 17-ci Piyada Alayının Komandiri olaraq xidmət etmişdir.
Nosel (Averon)
Nosel (fr. Naucelle, oks. Naucèla) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Nosel kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12169. Kommuna təxminən Parisdən 520 km cənubda, Tuluza şəhərindən 100 km şimal-şərqdə, Rodezdən isə 25 km cənub-qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 2017 nəfər təşkil edirdi. 2007-ci ildə 1060 əmək qabiliyyətli insan (15-64 yaş) arasında 724 nəfər iqtisadi fəal, 336 fəaliyyətsiz (fəaliyyət göstərici 68.3%, 1999-cu ildə 66.8%) idi.
Nosel (kanton)
Nosel (fr. Naucelle) — Fransada kanton , region — Cənub-Pireneylər, departament — Averon. Rodez dairəsinə daxildir. Kantonun INSEE kodu — 1222. Nosel kantonuna cəmi 8 kommuna daxildir, onlardan ən əsası Nosel kommunasıdır. 2006-cı ildə əhalinin sayı 4 758 nəfər təşkil edirdi.
Opel Combo
Opel Combo (ing. Opel Combo) — General Motors şirkəti tərəfindən 2001-ci ildən istehsal olunan alman avtomobili. Üçqapılı yük və beşqapılı sərnişin variantları mövcuddur. Avtomobil 1,4 l (60 a.g.) və 1.6 l (87 a.g.) həcmində benzinlə işləyən, eləcə də 1,3 l (60 a.g.), 1,7 l (75 a.g.) və 1,7 l turbudizel (100 a.g.) həcmində dizellə işləyən mühərriklərlə təchiz oluna bilir. Standart komplektə sükanın elektrik gücləndiricisi, 4 təhlükəsizlik yastığı, antibloklama sistemi və kondisioner daxildir.
Orel-Verlak
Orel-Verlak (fr. Aurelle-Verlac, oks. Aurèla e Verlac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Sen-Jenye-d’Olt kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12014. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 150 km şimal-şərqdə, Rodezdən isə 29 km qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 173 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 109 nəfər (15-64 yaş arasında) 85 nəfər iqtisadi fəal, 24 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 78.0%, 1999-cu ildə 66.9%).
Orel Manqala
Orel Manqala (18 mart 1998-ci ildə anadan olub) — Ştutqart klubundan icarə əsasında 2.Bundesliqa təmsilçilərindən olan Hamburq klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Belçika futbolçusudur. Manqala Anderlext akademiyası vasitəsilə inkişaf etmişdir. 9 iyun 2017-ci ildə Manqala €1.8 milyon qarşılığında Bundesliqa təmsilçilərindən olan Ştutqart klubu ilə müqavilə imzalamışdır. Manqala öz peşəkar karyerasında debütünü 19 avqust 2017-ci ildə Herta klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Bundesliqa görüşündə Ştutqart rəqibinə 0-2 hesabı ilə məğlub olmuşdur. 8 avqust 2018-ci ildə Manqala 2.Bundesliqa təmsilçilərindən olan Hamburq klubuna satın alma şərtilə mövsüm sonuna qədər icarəyə verilmişdir. 2015-ci ildə Manqala Belçikanın gənclərdən ibarət milli komandası ilə Bolqarıstanda keçirilən Avropa Gənclər Çempionatında iştirak etmişdir. Turnirdə Manqala Çexiya, Sloveniya, Almaniya və Fransa milli komandalarına qarşı oyunlarda meydana çıxmışdır. Həmin ildə Manqala Belçikanın gənclərdən ibarət milli komandası ilə Çilidə keçirilən Dünya Gənclər Çempionatında iştirak etmişdir.
Oser (rayon)
Oser (fr. Auxerre) — Fransanın Burqundiya regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Yonna. Suprefektura — Oser. Rayon əhalisi 2006-cı ildə 181 731 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 52 nəf / km². Rayon ərazisi — 3515 km².
Oser FK
"Oser" Futbol Klubu (fr. Association de la Jeunesse Auxerroise, Fransızca tələffüz: [asɔsjasjɔ̃ də la ʒœnɛs osɛʁ], Oser FA və sadəcə Oser olaraq da bilinir) — Fransaın Oser şəhərini təmsil edən, Liqa 2-də oynayan və 1905-ci ildə qurulmuş olan peşəkar futbol klubu. Ev stadionu Yonna çayının sahilində yerləşən və tutumu 24,493 nəfər olan "Abbe-Deşam" stadionudur. Klub, 1996-cı ildə Fransa çempionu olmuşdur.
Oser faciəsi
Fransa-Azərbaycan futbol qarşılaşması və ya Azərbaycan KİV-də tanınan adı ilə Oser faciəsi – 6 sentyabr 1995-ci ildə Avropa çempionatının seçmə mərhələsinin 1-ci qrupu çərçivəsində baş tutmuş və Fransanın 10:0-lıq qələbəsi ilə nəticələnən qarşılaşma. Oyun Azərbaycan futbol tarixinə Azərbaycan millisinin ən böyükhesablı məğlubiyyəti kimi düşmüşdür. 18 noyabr 2023-cü ildə Fransanın Cəbəllüttariqə 14:0 hesabı ilə qalib gəldiyi oyuna qədər Fransa millisinin ən böyükhesablı qələbəsi olmuşdur. Oyun Futbol üzrə 1996-cı il Avropa çempionatının seçmə mərhələsinin 1-ci qrupu üzrə keçirilirdi. Bu, Fransa və Azərbaycanın qrupda keçirəcəyi 8-ci oyun olacaqdı. Azərbaycan millisi turnirə qatılmaq şansını artıq itirdiyi halda, Fransa hələ də turnirə vəsiqə uğrunda mübarizə aparırdı. Oyundan öncə Fransanın ən böyükhesablı qələbəsi 8:0 idi və bu komandalar üzərində əldə edilmişdi: Lüksemburq (20 aprel 1913), Lüksemburq (17 dekabr 1953) və İslandiya (2 iyun 1957). Azərbaycan isə bu oyuna qədər ən böyükhesablı məğlubiyyətini 19 aprel 1994-cü ildə yoldaşlıq oyununda Maltadan (0:5) almışdı. Oyundan sonra Fransa millisi xallarının sayını 14-ə çatdırmış və Polşanı qabaqlayaraq 2-ci sıraya yerləşmişdir. Azərbaycan millisi 0 xalda qalaraq ardıcıl 8 məğlubiyyətlə sonuncu yerdə qalmışdır.
Özəl sektor
Özəl sektor — iqtisadiyyatın fərdlərin və ya şirkətlərin mənfəət əldə etmək üçün sahib olduğu və idarə etdiyi hissəsi. Bu, istehsal, maliyyə, pərakəndə satış və xidmətlər də daxil olmaqla, geniş sənaye sahələrini əhatə edir. Dövlətin sahib olduğu və idarə etdiyi dövlət sektorundan fərqli olaraq, özəl sektor bazar qüvvələri və rəqabət tərəfindən idarə olunur. Özəl sektor iş yerlərinin yaradılmasında, sərvətin formalaşmasında və innovasiyaların idarə edilməsində mühüm rol oynayır. Bununla belə, bu, həm də iqtisadi tənəzzüllər, bazar dəyişkənliyi və tənzimləyici dəyişikliklər kimi çətinliklərə məruz qalır. Özəl sektorun uğuru çox vaxt iqtisadiyyatın sağlamlığının və sabitliyinin əsas göstəricisi kimi qəbul edilir. ABŞ kimi azad sahibkarlığın bərqərar olduğu ölkələrdə özəl sektor daha genişdir və dövlət firmalara daha az məhdudiyyətlər qoyur. ÇXR kimi daha çox hökumət səlahiyyətinə malik ölkələrdə dövlət sektoru iqtisadiyyatın böyük hissəsini təşkil edir. Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən 2013-cü ildə aparılan bir araşdırmada müəyyən edilmişdir ki, inkişaf etməkdə olan ölkələrdə iş yerlərinin 90 faizi özəl sektordadır.
Badamdar (otel)
Bakı "Kempinski Hotel-Badamdar" kompleksi — Bakı şəhərində yerləşən otel, mənzillər və ofis binaları, alış-veriş və əyləncə mərkəzi. == Ümumi məlumat == Ekoloji cəhətdən təmiz təbiəti olan 2,5 hektar ərazidə inşa edilmiş otel kompleksinin ümumi sahəsi 84 min kvadratmetrdir. "Gilan-İnşaat" MMC tərəfindən aparılmış tikinti işləri 2008-ci ilin sentyabrında başlanmış, 2011-ci ilin mayında sona çatdırılmışdır. Kompleksə otel, mənzillər və ofis binaları, alış-veriş və əyləncə mərkəzi daxildir. Həmin binalarda istirahət otaqları, mənzillər, konfrans zalı, toplantı otaqları, yerli və xarici mətbəx nümunələri təqdim edən üç restoran, şadlıq mərasimlərinin keçirilməsi üçün 750 nəfərlik ziyafət zalı, SPA mərkəzi, tennis kortu, basketbol, buz-sürüşmə meydançaları, boulinq zalı, açıq və qapalı üzgüçülük hovuzları, örtülü avtomobil dayanacağı, mağazalar, amfiteatr və aquapark yerləşir. == Otel == Kompleksin birinci mərhələsi – otel binasında ən yüksək standartlara cavab verən 283 nömrədə müştərilərin rahatlığı və istirahəti üçün hər cür şərait yaradılmışdır. Hoteldəki iki restoran və üç bar qonaqlara yerli və xarici mətbəxin nümunələrini təqdim edir. Hotelin Azərbaycanda bənzəri olmayan 3,5 min kvadratmetr sahəni əhatə edən SPA mərkəzi, 24 masaj otağı, üzgüçülük hovuzu, gözəllik salonları, sauna, hamam və s. müştərilərin sağlamlığının və rahatlığının yüksək səviyyədə təşkilinə imkan yaradır. Kompleks Kempinski otellər şəbəkəsinə daxildir.
Oşen (dairə)
Oşen dairəsi (ing. Ocean County) — ABŞ-nin Nyu-Cersi ştatının dairəsi.
Otel otağı
Filmdə qırmızı terrordan tutmuş, bugünkü günə qədər Azərbaycan ziyalılarının başlarına gətirilən müsibətlərdən, zaman dəyişdikcə cəmiyyətdə gedən ictimai-siyasi proseslərin burulğanında, xaosunda ziyalılarımızın fiziki və mənəvi təzyiqlərə məruz qalmalarından danışılır, insanların satqınlığı, onların vəziyyətdən, şəraitdən asılı olaraq cilddən-cildə girməsindən söhbət açılır. Əsərin baş qəhrəmanı-alim və ali məktəb müəllimi Kərim Əsgəroğlu(Fəxrəddin Manafov) Ankaraya elmi konfransa gəlir. Eyni zamanda o, Türkiyədə ali məktəblərdən birində dərs demək niyyətini həyata keçirmək üçün İstanbula gedir. Filmdə bu zahiri süjet xəttinin fonunda 90-cı illərdə və daha əvvəlki zamanlarda-30-cu və 40-cı illərdə Azərbaycanda cərəyan etmiş ictimai və siyasi hadisələr, habelə torpaqlarımızın erməni işğalçıları tərəfindən zəbt olunmasından sonra ortaya çıxan problemlər, Qarabağ faciəsi, Bakıdakı siyasi burulğanlar və bütün bu ağır şəraitlərdə ziyalıların taleyi, Türkiyədəki qardaşlarına böyük ümidləri və bəzi hallarda bu ümidlərin doğrulmaması səbəbiylə keçirdikləri sarsıntılar əks olunmuşdur. Filmin baş qəhrəmanı çətin dövrlərdə, ağır vəziyyətlərdə, mürəkkəb şəraitdə öz ziyalı ləyaqətini, mənliyini, təmizliyini qoruyub saxlayan və bunun acısını yaşayan bir insandır. İçində daima daşıdığı Qarabağ dərdi, Şuşa həsrəti və Xocalı faciəsinin acı xatirələri Kərimin, sözün hərfi və məcazi mənasında, ürək ağrılarının əsas səbəbidir. Bu nisgillərə ailə qayğıları, İstanbulda işləyəcəyi haqqında ona verilən vədlərin yalan çıxması və irili-xırdalı başqa mənfi emosiyalar da əlavə olunaraq Kərimin ömrünü qısaldır. Əsərdə hər mühitə uyğunlaşan, karyerası naminə hər cür satqınlığı, namərdliyi, dönüklüyü özünə rəva bilən, sovet dövründə türkçülüyü ifşa edən, bu gün isə "alovlu türkçü"yə", "millətçi"yə çevrilən Çopur Cabbar(Muxtar Maniyev) kimi tam mənfi, həyatda həmişə yaxşı yaşamağın üsulunu tapmış Sədiyar(Rasim Balayev) kimi nə mənfi, nə də müsbət personajlar da var. Faciəvi sonluğuna baxmayaraq "Otel Otağı" həqiqi, mənəvi dəyərləri, qardaş Türkiyə xalqıyla mehriban münasibətləri, ziyalı ləyaqətini tərənnüm edən bir filmdir. Film yazıçı Anarın eyniadlı povesti əsasında ekranlaşdırılmışdır.
Özəl mülk
Xüsusi mülkiyyət, həmçinin şəxsi mülkiyyət və ya özəl mülkiyyət — hüquqi və fiziki şəxsin malik olduğu, nəzarət etdiyi, istifadə etdiyi, gəlir götürdüyü və sərəncan verdiyi torpaq, kapital və digər mülkiyyət. Həm daşınan, həm daşınmaz, həm də əqli mülkiyyət özəl mülkiyyət ola bilər. Onun dövlət mülkiyyətindən fərqi dövlətə, icmaya deyil, məhz konkret sahibə malik olmasıdır.
Özəl mülkiyyət
Xüsusi mülkiyyət, həmçinin şəxsi mülkiyyət və ya özəl mülkiyyət — hüquqi və fiziki şəxsin malik olduğu, nəzarət etdiyi, istifadə etdiyi, gəlir götürdüyü və sərəncan verdiyi torpaq, kapital və digər mülkiyyət. Həm daşınan, həm daşınmaz, həm də əqli mülkiyyət özəl mülkiyyət ola bilər. Onun dövlət mülkiyyətindən fərqi dövlətə, icmaya deyil, məhz konkret sahibə malik olmasıdır.
Özəl mülkiyət
Xüsusi mülkiyyət, həmçinin şəxsi mülkiyyət və ya özəl mülkiyyət — hüquqi və fiziki şəxsin malik olduğu, nəzarət etdiyi, istifadə etdiyi, gəlir götürdüyü və sərəncan verdiyi torpaq, kapital və digər mülkiyyət. Həm daşınan, həm daşınmaz, həm də əqli mülkiyyət özəl mülkiyyət ola bilər. Onun dövlət mülkiyyətindən fərqi dövlətə, icmaya deyil, məhz konkret sahibə malik olmasıdır.
Özəl şəbəkə
Özəl şəbəkə və ya şəxsi şəbəkə — internet şəbəkəsində IP-ünvanların şəxsi ünvan məkanından istifadə edən kompüter şəbəkəsi. Bu ünvanlar adətən yaşayış, ofis və müəssisə mühitlərində yerli şəbəkələr (LAN) üçün istifadə olunur. Həm IPv4, həm də IPv6 spesifikasiyası şəxsi IP-ünvan diapazonlarını müəyyən edir. Özəl şəbəkə ünvanları heç bir xüsusi təşkilata verilmir. Hər kəs bu ünvanlardan regional və ya lokal internet reyestrlərinin təsdiqi olmadan istifadə edə bilər. Özəl IP-ünvan boşluqları əvvəlcə IPv4 ünvan tükənməsini gecikdirməyə kömək etmək üçün müəyyən edilmişdir. Özəl IP-ünvanından gələn və ya ona ünvanlanan IP paketləri ictimai internet vasitəsilə yönləndirilə bilməz. İnternet Mühəndisliyi üzrə Xüsusi Komissiya (IETF) İnternet Nömrələrinin Verilməsi Mərkəzinə (IANA) şəxsi şəbəkələr üçün aşağıdakı IPv4 ünvan diapazonlarını ehtiyatda saxlamağı tapşırmışdır: Praktikada bu diapazonları daha kiçik subnetlərə bölmək adi haldır.