OTAQ
OTELÇİ
OBASTAN VİKİ
Otel
Mehmanxana, hotel və ya qonaq evi (fr. hôtel) — Başqa yerdən gələn turistlərin və qonaqların müvəqqəti yaşaması üçün xüsusi təhcizatlı otaqları olan obyekt. Mehmanxanalar müxtəlif meyarlara görə təsnifləşdirilir: 1. Komfort səviyyə; 2. Nömrə fondunun tutumu; 3. Mehmanxanaların funksional təyinatı; 4. Mehmanxananın yerləşdiyi yer; 5. Mehmanxananın işləmə müddəti; 6. Qonaqların yeməklə təminatı; 7. Qonaqların qalma müddəti; 8.
Badamdar (otel)
Bakı "Kempinski Hotel-Badamdar" kompleksi — Bakı şəhərində yerləşən otel, mənzillər və ofis binaları, alış-veriş və əyləncə mərkəzi. == Ümumi məlumat == Ekoloji cəhətdən təmiz təbiəti olan 2,5 hektar ərazidə inşa edilmiş otel kompleksinin ümumi sahəsi 84 min kvadratmetrdir. "Gilan-İnşaat" MMC tərəfindən aparılmış tikinti işləri 2008-ci ilin sentyabrında başlanmış, 2011-ci ilin mayında sona çatdırılmışdır. Kompleksə otel, mənzillər və ofis binaları, alış-veriş və əyləncə mərkəzi daxildir. Həmin binalarda istirahət otaqları, mənzillər, konfrans zalı, toplantı otaqları, yerli və xarici mətbəx nümunələri təqdim edən üç restoran, şadlıq mərasimlərinin keçirilməsi üçün 750 nəfərlik ziyafət zalı, SPA mərkəzi, tennis kortu, basketbol, buz-sürüşmə meydançaları, boulinq zalı, açıq və qapalı üzgüçülük hovuzları, örtülü avtomobil dayanacağı, mağazalar, amfiteatr və aquapark yerləşir. == Otel == Kompleksin birinci mərhələsi – otel binasında ən yüksək standartlara cavab verən 283 nömrədə müştərilərin rahatlığı və istirahəti üçün hər cür şərait yaradılmışdır. Hoteldəki iki restoran və üç bar qonaqlara yerli və xarici mətbəxin nümunələrini təqdim edir. Hotelin Azərbaycanda bənzəri olmayan 3,5 min kvadratmetr sahəni əhatə edən SPA mərkəzi, 24 masaj otağı, üzgüçülük hovuzu, gözəllik salonları, sauna, hamam və s. müştərilərin sağlamlığının və rahatlığının yüksək səviyyədə təşkilinə imkan yaradır. Kompleks Kempinski otellər şəbəkəsinə daxildir.
Otel otağı
Filmdə qırmızı terrordan tutmuş, bugünkü günə qədər Azərbaycan ziyalılarının başlarına gətirilən müsibətlərdən, zaman dəyişdikcə cəmiyyətdə gedən ictimai-siyasi proseslərin burulğanında, xaosunda ziyalılarımızın fiziki və mənəvi təzyiqlərə məruz qalmalarından danışılır, insanların satqınlığı, onların vəziyyətdən, şəraitdən asılı olaraq cilddən-cildə girməsindən söhbət açılır. Əsərin baş qəhrəmanı-alim və ali məktəb müəllimi Kərim Əsgəroğlu(Fəxrəddin Manafov) Ankaraya elmi konfransa gəlir. Eyni zamanda o, Türkiyədə ali məktəblərdən birində dərs demək niyyətini həyata keçirmək üçün İstanbula gedir. Filmdə bu zahiri süjet xəttinin fonunda 90-cı illərdə və daha əvvəlki zamanlarda-30-cu və 40-cı illərdə Azərbaycanda cərəyan etmiş ictimai və siyasi hadisələr, habelə torpaqlarımızın erməni işğalçıları tərəfindən zəbt olunmasından sonra ortaya çıxan problemlər, Qarabağ faciəsi, Bakıdakı siyasi burulğanlar və bütün bu ağır şəraitlərdə ziyalıların taleyi, Türkiyədəki qardaşlarına böyük ümidləri və bəzi hallarda bu ümidlərin doğrulmaması səbəbiylə keçirdikləri sarsıntılar əks olunmuşdur. Filmin baş qəhrəmanı çətin dövrlərdə, ağır vəziyyətlərdə, mürəkkəb şəraitdə öz ziyalı ləyaqətini, mənliyini, təmizliyini qoruyub saxlayan və bunun acısını yaşayan bir insandır. İçində daima daşıdığı Qarabağ dərdi, Şuşa həsrəti və Xocalı faciəsinin acı xatirələri Kərimin, sözün hərfi və məcazi mənasında, ürək ağrılarının əsas səbəbidir. Bu nisgillərə ailə qayğıları, İstanbulda işləyəcəyi haqqında ona verilən vədlərin yalan çıxması və irili-xırdalı başqa mənfi emosiyalar da əlavə olunaraq Kərimin ömrünü qısaldır. Əsərdə hər mühitə uyğunlaşan, karyerası naminə hər cür satqınlığı, namərdliyi, dönüklüyü özünə rəva bilən, sovet dövründə türkçülüyü ifşa edən, bu gün isə "alovlu türkçü"yə", "millətçi"yə çevrilən Çopur Cabbar(Muxtar Maniyev) kimi tam mənfi, həyatda həmişə yaxşı yaşamağın üsulunu tapmış Sədiyar(Rasim Balayev) kimi nə mənfi, nə də müsbət personajlar da var. Faciəvi sonluğuna baxmayaraq "Otel Otağı" həqiqi, mənəvi dəyərləri, qardaş Türkiyə xalqıyla mehriban münasibətləri, ziyalı ləyaqətini tərənnüm edən bir filmdir. Film yazıçı Anarın eyniadlı povesti əsasında ekranlaşdırılmışdır.
Otel otağı (film, 1998)

Palas-Otel (Rostov-na-Donu)
Palas-Otel — Rostov vilayəti Rostov-na-Donu şəhəri ərazisində yerləşən tarixi arxitektur bina. Bina Rostov-na-Donu şəhəri Budyonnovski küçəsi ev 43/53 ünvanında yerləşir. Bina 1880-ci illərində inşa edilmişdir. Binanın hazır ki, vəziyyəti idealdır. İnşası zamanı üç mərtəbədən ibarət olsa da hazırfa beş mərtbəlidir. Ampir stilinə,sahibdir. Üç mərtənədən ibarət ilan bina 1880-ci illərdə Kuşnaryovun tütün fabriki kimi inşa edilmişdir. Bina Budyannovdki küçəsi ilə Kazan küçələrinin qoğuşduğu əraziyə yaxın yerləşir. 1914-cü ildə «Y. S. Kuşnaryov cəmiyyəti» Aslanidinin tütün fabriki ilə birlikdə Asmilovun tütün fabrikinə birləşdirilir. 1914—1915-ci illərdə bina ampir stilində yenidən bərpa edilmişdir.
Qrand-Otel (Rostov-na-Donu)
Qrand-Otel — Rostov vilayəti Rostov-na-Donu şəhəri ərazisində yerləşən bina. Otel kimi istifadə edilən bina. 1911-ci ildə bina yanmışdır. Qrand oteli tarixən Kuznesovun mehmanxası kimi tanınırdı. Bina XIX əsrin ikinci yarısında inşa edilmişdir. Bina Bolşaya Sadovaya küçəsi və Taqanroq prospektinin kəsişməsində yerləşir. Binanın ilk sahibi Levtunovski olmuşdur. Qırmızı kərpiçdən inşa edilmiş üç mərtəbəli bina. Qrand-Otel uzun zaman Aleksandra və Aleksandr Petrovların gəlirli binasında yerləşir. Şəhərin əsas otellərindən biri olmuşdur.
Abşeron (otel)
"JW Marriott Absheron" — Azərbaycan Respublikasının paytaxtı olan Bakı şəhərində beşulduzlu otel. “JW Marriott”a məxsusdur. Köhnə “Abşeron” mehmanxanasının yerində tikilən yeni “JW Marriott Absheron” oteli dünya şöhrətli “Marriott International” şirkətinin Azərbaycan Respublikasındakı ilk otelidir. Bakıda beynəlxalq səviyyəli bu cür otellərin tikilməsi Azərbaycanda turizmin inkişafının istər yerli, istərsə də xarici şirkətlər üçün yaradılan əlverişli investisiya mühitinin bariz göstəricisidir. Otel öz tarixi “Abşeron” adını da saxlamışdır. Çünki 1980-ci illərdə burada “Abşeron” otelinin tikilməsi o dövr üçün böyük hadisə idi. Oteldə otaqların layihələndirilməsi və tərtibatı zamanı Azərbaycanın təbiəti, memarlıq abidələri, eləcə də Xəzər dənizinin elementləri öz əksini tapmışdır. Oteldə yüksək kateqoriyalı “Executive studio”, “Executive Deluxe”, “Executive Premier” və “President luxe” də daxil olmaqla ümumilikdə 243 geniş otaq vardır. Oteldə Şərq mətbəxinin təamlarının təklif edildiyi “Fireworks Oriental Kitchen”, İtaliya mətbəxinin nümunələri olan “OroNero Bar&Ristorante” restoranları, “Razzmatazz Cocktail&Lounge” barı və “Zest Lifestyle” kafesi vardır. Burada, həmçinin Azadlıq meydanı tərəfdən xüsusi girişi olan restoranlar, bar və kafe fəaliyyət göstərir.
Bulvar (otel)
"Baku Marriott Hotel Boulevard" — Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində yerləşən beşulduzlu otel. Azərbaycanın ən böyük otelidir. == Ərazisi == Otel Bakı buxtasında, Ağ Şəhərdə yerləşir. == Fəaliyyəti == Bu otel "Absheron Hotel Group"a daxil olan dördüncü oteldir. Otel həm də "Marriott" brendinin xüsusi portfeli sayılan məxsusi otel və kurortların cəmləndiyi "Autograph Collection"un rəsmi üzvüdür. == İnşası == Otel müasir üslubda inşa olunmuşdur. Burada kafe, mağaza, biznes mərkəzi, kitabxana da var. "Bulvar Hotel"də müxtəlif beynəlxalq, regional və yerli əhəmiyyətli tədbirlər keçirmək üçün şərait yaradılıb. Kompleksdə 5 iclas otağı var. Bu otaqlarda müxtəlif görüşlər, təlimlər, təqdimatlar təşkil etmək mümkündür.
Butik otel
Butik otel (kiçik mehmanxana) - otaq sayısı 10 ilə 100 arasında olan kiçik mehmanxanalar üçün Şimali Amerika və Birləşmiş Krallıqda işlədilən termindir. Xüsusilə, son illərdə, olduqca məşhur olan, bir çox insan tərəfindən seçilən və hər keçən gün sayları artan, butik otellər, həm 5 ulduzlu otellərdən, həm istirahət yerlerindən, pansion və həm də motellərdən, fərqli bir anlayışa malikdir. Butik otellərdə, otaq sayısı azdır, 5 ulduzlu otellərdə, ya da istirahət yerlərindəki kimi, yüzlərlə otağı olmur. Belə otellər kiçik olmalarına baxmayaraq hər bir şəraitə malik olurlar və keyfiyyətli xidmət göstərirlər. Bu otellər, qonaqlarına lüks və bənzərsiz, unikal bir yaşayış mühiti təqdim etməyi hədəfləyən, müəssisələrdir. Butik otelləri, digər böyük otellərdən fərqli edən, ünsürlər: lüks və fərdi yaşayış, xidmət və xüsusi fəaliyyət imkanı təmin etmələridir. Buna görə, butik otellər: struktur xüsusiyyəti, memarlıq layihələndirilməsi, mebel, dekorasiya, bəzək və istifadə materialları ilə xarakterizə olunan, orijinallığı ərz edən, müəssisə və xidmət cəhətdən üstün standart və yüksək keyfiyyətdə, təcrübəli, mövzusunda təhsilli işçi heyəti və ya təlim keçmiş kadr ilə, şəxsə xüsusi xidmət verilən müəssisələrdir. == Tarixi == Butik qonaqlama sektorunun, ortaya çıxışı, yaranması və sürətlə artmasının səbəbləri, bir-birini dəstəkləyən xüsusiyyətdə, iki fərqli fikirlə, açıqlanmaqdadır. Bunlardan ilki, zəncir otellərin yayılması, yerləşmənin sistematik olaraq, standartlaşdırılması, müştərilərin daha xüsusi, orijinal və yaradıcı xarakterə sahib olmasını, yerləşmə xidmətlərinə yönəlməsini təmin etmişdir. Digər fikir isə, cəmiyyətlərin sosial, ictimai və mədəni inkişafına, əsaslanır.
İnturist otel
Sheraton Baku Intourist — Azərbaycan Respublikasının paytaxtı olan Bakı şəhərində otel. Beşulduzlu bu otel "Absheron Hotel Group"a aiddir. Yeni otel vaxtilə Bakıda mövcud olmuş "İnturist" mehmanxanasının arxitektura üslubunda inşa edilmişdir. Həmin mehmanxana nəinki Azərbaycanda, eləcə də keçmiş SSRİ-də çox məşhur idi. 1934-cü ildə istifadəyə verilən keçmiş "İnturist" mehmanxanası fəaliyyət göstərdiyi 70 il ərazində Bakının ən sevilən məkanı olmuşdur. Hətta 1950–1960-cı illərdə Bakının ən məşhur hoteli "İnturist" idi. Sonra "Yeni İnturist" tikildi, bunun adı oldu "Köhnə İnturist". Sonra isə həmin mehmanxana sökülmüşdür və yerində başqa bir bina tikilmişdir. 2015-ci ildə tikintisi başa çatmış yeni otel isə köhnə "İnturist" barədə xatirələri yaşatmaqla bərabər, nadir memarlıq quruluşu ilə diqqəti cəlb edir. Yeni otel təxminən əvvəlki "İnturist"in yerinə çox yaxın bir yerdə tikilmişdir.
Abşeron Otel Qrup
"Absheron Hotel Group" — Paşa Holdinqə məxsus otellər qrupu.
Dünyanın ən böyük otellərinin siyahısı
Bu, 1000 və ya daha artıq nömrəsi olan otellərin siyahısıdır.
Hilton Otellər Şəbəkəsi
Hilton Hotels & Resorts daha çox istifadə olunan adıyla Hilton Hotels (ing. Hilton Hotels & Resorts)Hilton Worldwide şirkəti tərkibində iştirak edən Dünya tərəfindən məşhur Turizm şirkəti. Dünya səviyyəsində 3897 otel 642.000 otaq və 91 ölkədə fəaliyyət göstərən beynəlxalq şirkətdir Dünyada turizm sektorunun ən böyük şirkəti olaraq bilinir. == Tarixi == 1919-cu ildə Konrad Hilton tərəfindənHilton Worldwide şirkəti kurulmuştur.Şirkət ABŞ-nin o zaman içində olduğu iqtisadi böhrandanda faydalanaraq çox sürətli bir şəkildə böyümüşdür. Şirkət 1946-cı ildə artıq Amerikada bir çox Otelə sahib idi. Bu otellər bir dam altında toplanaraq Hilton Hotels Corporation America (HHC) qururlar.1967-ci ildə isə artıq Dünyada bir çox hotelə sahib olan Hilton Hotels Co. America, London mərkəzli olaraq dünyadakı digər otellərin bağlı olacağı Hilton İnternationali (HI) qurur daha sonra Hilton International TWAyə arxasından da Ladbroke Groupa satılır. Bu satış hadisəsindən sonra belə bir razılaşma olmuşdur. ABŞ torpaqları içində Hilton markası HHC tərəfindən istifadə ediləcək ABŞ xaricindəki bütün ölkələrdə isə ad haqqı Hiltona aid olması mövzusunda razılaşdırılır müəyyən bir müddət sonra HHC təkrar dünyaya açılmağa qərar verər, təbii ki , Hilton adını işlənilməməsindən ötəri yeni bir marka yaratmaq ehtiyacı hiss edər. Bunun üçün şirkətin qurucu başçısı olan Konrad Hiltonun adından istifadə etməklə 1982-ci ildə Conrad Hotels qurular 1985-ci ildə Conrad Hotels ilk hotelini Avstraliyada Conrad Jupiters, Gold Coast adında otelləri fəaliyyətə başlayar.
Kabildə otelə hücum (2018)
Kabildə otelə hücum — Kabildəki Qitələrarası Otel Kabilə edilən silahlı hücum. Hücum 4 və ya 5 silahlı qrup tərəfindən törədilib. Hücum oteldə 12 saatlıq döyüşə səbəb olub. == Arxa plan == Kabil NATO tərəfindən dəstəklənən Əfqan hökuməti tərəfindən tutulur, ancaq həm Taliban, həm də İslam Dövləti əvvəlki aylarda paytaxta canlı bomba ilə hücum etmişdilər. == Hücum == 20 yanvar, 2018-ci ildə çox sayda xəbər mənbəyi bildirmişdir ki, yerli vaxtla saat 21:00-dək yüngül silah və raket ilə silahlanmış bir sıra silahlılar Kabildəki Qitələrarası otelə atəş açaraq girov götürmüşdülər. Hesabatlardan bəziləri otelin qonaqlarının çarşafları bir-birinə bağlayaraq, binanın yuxarı mərtəbələrindən çıxaraq, silahlı adamlardan qaçmağa çalışdığını irəli sürdülər. Əfqan xüsusi qüvvələri hücumçuları neytrallaşdırmaq cəhdi ilə otelin damına vertolyot endirdi. Daha sonra məlumat verildi ki, Əfqanıstan Silahlı Qüvvələrindən olan Norveçli xüsusi qüvvələrdən ibarət olan Marinejegerkommandoen əsgərləri hücuma cavab verdilər və oteldə silahlı adamlarla atışma aparıblar. Bu 2011-ci ildən bəri bu otelə ikinci hücumdur. Əfqan rəsmiləri, hücumun 21 yanvarın səhər saatlarından etibarən başa çatdığını, 4 hücumçunun və ən az 18 adamın öldüyünü deyirlər.
Koryo oteli
Koryo oteli Şimali Koreyada ikinci ən böyük fəaliyyət göstərən oteldir, ən böyüyü Yanggakdo otelidir. Ryugyong oteli hər ikisindən daha böyükdür, lakin hələ fəaliyyət göstərmir. Koryonun əkiz qülləli binası 143 metr (469 fut) hündürlükdədir və 43 mərtəbəlidir. 1985-ci ildə Kim İr Senin rəhbərliyi altında inşa edilmiş, "KXDR-in şöhrətini və gücünü nümayiş etdirmək" üçün nəzərdə tutulmuşdu. Şimali Koreya oteli beş ulduzla mükafatlandırıb . Bildirilir ki, 2015-ci il iyunun 11-də naməlum şəraitə görə otelin bir hissəsi alovlanıb, nəticədə iki bina arasındakı körpü ciddi zədələnib . == Adı == "Koryo" ingiliscə "Korea" adının alındığı qədim krallığın adıdır. Şimali Koreyanın Air Koryo aviaşirkətinin adında da istifadə olunur. 1946-cı ildən sonra bir müddət Şimali Koreyanın Demokratik Partiyasının lideri Ço Mansik köhnə Koryo otelində ev dustaqlığında saxlanıldı. == Yerləşmə mövqeyi == Otel Pxenyan şəhərinin mərkəzində, Chung-gayok rayonunda Pxenyan stansiyasının yaxınlığında yerləşir.
Otello
Otello (ing. The Tragedy of Othello, the Moor of Venice) — Vilyam Şekspirin yazdığı faciələrdən biri və eyni zamanda oyunun baş qəhrəmanının adıdır. Covanni Bokkaççonun şagirdi Cinthio tərəfindən yazılan "Un Capitano Moro" adlı qısa hekayəyə əsaslanaraq yazılan əsər təxminən 1603-cü ildə qələmə alınmışdır. Oyun dörd ana xarakter ətrafında dönür: Otello — Venesiya ordusunda müsəlman general, onun sevimli həyat yoldaşı Desdemona, sadiq leytenantı Cassio və etibar etdiyi vəfasız giziri İago. Müxtəlif və günümüzdə hələ də aktuallığını qoruyan mövzulara — irqçilik, eşq, qısqanclıq, xəyanət və s. toxunması sayəsində günümüzə qədər sevilən və oxunan bir əsər olaraq qalmış və peşəkar, həmçinin, qeyri-peşəkar bir çox aktyor tərəfindən səhnələndirilmişdir. Eyni zamanda bir çox film, opera və ədəbi mövzuya adaptasiya edilmişdir. Otello — Venesiya ordusunda general, baş qəhrəman Desdemona — Otellonun həyat yoldaşı Iago — Otellonun praporşiki Cassio — Otellonun leytenantı Emilia — Iagonun həyat yoldaşı və Desdemonanın qulluqçusu Bianca — Cassionun sevgilisi Brabantio — Venesiyalı senator və Desdemonanın atası Roderigo — saf venesiyalı, Desdemonaya aşiq Venesiya baş naziri Gratiano — Brabantionun qardaşı Lodovico — Brabantionun qohumu Montano — Otellonun Kirpdəki Venesiya əsilli sələfi Clown — xidmətçi Senatorlar Dənizçilər Zabitlər, cənablar, carçılar, elçilər, musiqiçilər və başqaları Hadisə Venesiya və Kiprdə baş verir.
Otello (Rossini)
Otello (it. Otello ossia Il moro di Venezia) — Coakkino Rossininin 3 pərdəli Şekspirin eyniadlə pyesi əsasında Françesko Berio di Salsonun yazdığı librettoya bəstələdiyi opera. Faciə janrda olan bu operanın ilk premyerası 4 dekabr, 1816-cı ildə Romada, "Del Fonda" səhnəsində oyananılmışdır. 1816-cı ilədək 24 yaşlı Rossini 3 opera: Sevilya bərbəri, Qəzet (La gazzetta) və Otellonu yazmış olur. Neapollu impresario Domeniko Barbaya Rossinini Neapola dəvət edərək ona sifariş verir. Bu dövrdə Rossini iki teatra: San Karlo və Del Fondoya rəhbərlik etməli olur. Domeniko Barbaya Rossinini burada bəstəkar markiz Berio di Salsa ilə tanış edir. Şekspir pərəstişkarı olan Berio onun Otello pyesinə libretto yazmağa qərar verir. Əsərin süjet xəttindən tam fərqlənən librettoya o, ikinci "Venesiyalı mavr" adını verir. Müasiri Rossini tərəddüd etmədən işə başlayır.
Otello (Vaşinqton)
Otello (ing. Othello) — ABŞ-nin Vaşinqton ştatının Adams qraflığında şəhər. 2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına əsasən yaşayış məntəqəsinin əhalisi 7 364 nəfər olmuşdur. Adams qraflığının ən böyük şəhəridir. 1884-cü ildə iki qardaş olan Ben və Sem Haçinson adlı iki qardaş Krab su axınının kənarında ev tikdilər. Onlardan bir az sonra Tom MakManamon da buraya gəldi. 1901-ci ildə ilk mülk sahibləri meydana gəldi. 1904-cü ildə ilk poçt məntəqəsi quruldu. Ritsvil 49°49′34″ şm. e.
Otello (dəqiqləşdirmə)
Otello
Otello (film, 1955)
"Otello" (rus. Отелло) — rejissor Sergey Yutkeviçin 1955-ci ildə çəkidiyi film. Dezdemona Venesiya taciri olan atası Brabansiodan gizli şəkildə Venesiya generalı mavr Otello ilə nikah bağlayır. Miçman Yaqo Otelloya nifrət edir. Elə buna görə də Yaqo Otellonu inandırmağa çalışır ki, Dezdemona ona xəyanət edir. Namusunun əldən getməsi ilə heç cür barışa bilməyən Otello öz arvadı Dezdemonanı boğub öldürür. Lakin tezliklə hər şey bəlli olur. Otello heç nəyin üstündə sevimli arvadı Dezdemonanı öldürdüyü üçün özünü bağışlamır və xəncərlə intihar edir. Film Vilyam Şekspirin "Otello" faciəsi əsasında çəkilmişdir. Filmdə olan səhnələrdən birində gəminin arxa hissəsində Rusiyanın üçrəngli bayrağını görmək mümkündür.
Otello (opera)
Otello (it. Otello) — İtalyan bəstəkar Cüzeppe Verdinin, Arriqo Boytonun librettosuna bəstələdiyi 4 aktlı opera əsəri. Opera ilk dəfə 5 fevral 1887-ci ildə Milanda, La Skala səhnəsindədə F. Tamano (Otello) və V. Morelyanın (Yaqo) iştirakı ilə oynanılmışdır. Kipr əhli tufanda itkin düşmüş canişinin yerinə yeni xələfin gəlməsini səbirsizliklə gözləyirlər. Yeni canişin Otello türk donamasının məhv olma xəbərini verir. Gizir Yaqo Otellonun arvadı Dezdamonaya vurulmuş zadəgan Rodriqo ilə sövdələşirlər. Kassionun rütbəsinin artırılması Yaqonun paxıllığını daha da artırmış olur. Yaqo Kassionu içirdib zabit Montano ilə davaya təhrik edir. Otello Kassionun rütbəsini əlindən alır. Bu zaman Dezdamona gəlir və onlar it.
Otello Qaggi
Otello Qaggi — İtalyan anarxo-sindikalist, mühacir. 1896-cı il 6 mayda Arezzo şəhərində anadan olan Otello aktivist həyatına 1911-ci ildə Liviyanın işğalına qarşı çıxaraq başlamışdı. 1915-ci ildə 35-ci piyada diviziyasında əsgərliyə göndərilmiş, lakin fərarilik etdiyi üçün həbs olunmuşdu. 1917-ci ildə ordudan qovulmuşdu. 1921-ci ildə mədəndə işləyən fəhlə Aqostino Lonqinin ölümündən sonra başlayan anarxistlərin Kastelnuovo dei Sabioni üsyanında siyasi qətl törətməklə təqsirli bilinərək 30 il həbs cəzası və 165 italyan lirəsi cərimə almışdı. 6 iyun 1921-ci ildə həbsdən qaçmış, bir müddət San Marinoda gizlənmişdi. Ordan da qaçaraq gəmi ilə Odessaya gəlmişdi. Oradan da qızı Lilin ilə Bakıya gəlmişdi. Gəldikdən bir neçə ay sonra, 1922-ci ilin noyabrında Bakıda həbs edilmişdi, dekabr ayında Qafqazdakı SR təşkilatları ilə əlaqədə təqsirli bilinmişdir. 3 il həbs olunmuş və Çelyabinsk həbsxanasına göndərilmişdi.
Otello Qaqqi

Otello qəsri
Otello qəsri (yun. Πύργος του Oθέλλου, türk. Othello Kalesi) və ya Otello qülləsi ― Kiprin Famaqusta şəhərində yerləşən qəsr. 14-cü əsrdə Kipr kralları tərəfindən inşa edilmiş və daha sonra venesiyalılar tərəfindən dəyişdirilmişdir. Qəsrin müasir adı Şekspirin "Otello " pyesi ilə bağlıdır. Otello qəsri XIV əsrdə limanı ehtimal olunan düşmən hücumlarından qorumaq üçün Kipr kralları tərəfindən inşa edilmişdir. Bura həm də Famaqustanın əsas girişi olaraq istifadə edilmişdir. Qəsr əvvəllər "keçilməz qala" adlanırdı, çünki ətrafındakı çox dərin xəndəklər səbəbiylə buraya hücum etmək mümkün deyildi. Kipr Venesiya Respublikasına satıldıqdan sonra qəsrin kvadrat qüllələri daha müasir topçulara uyğun olması üçün dairəvi bürclərlə dəyişdirildi. Bu dəyişikliklərdən sonra qəsrin əsas girişinin üstündə Müqəddəs Mark Aslanı relyefi həkk olundu.
Otello sindromu
Otello sindromu – (Patoloji qısqanclıq) şəxsin aşiq olduğu insanı xəstəlik dərəcəsində qısqanması Otello sindromu yaşayan insanlar özünü və sevdiyini yoracaq bir şəkildə sahiblənərək baş verəcək bədbəxtliklərdən qoruma altına alır. Bu qısqanclıq, yaşanan pis bir hadisə nəticəsində adamın sevdiyi şəxsi sədaqətsizliklə günahlandırması ilə ortaya çıxır. Bu sindromun təməlində özgüvən əskikliyi durduğu iddia edilir. Əgər birinin keçmişində tərkedilmə hadisəsi varsa, bu insanlarda Otello sindromu daha çox görülür. Patoloji qısqanclıq kişilərə nisbətən, qadınlarda daha çox görülür və hər iki cinsdə fərqli şəkildə büruzə verilir. Qadınlar patoloji qısqanmanı daha emosional şəkildə və içəqapalı olaraq yaşayır. Kişilərdə isə qısqanclıq daha çox hərəkətlərində şiddət və cinayət olaraq üzə çıxır. Məhz bu səbəblə kişilərdə daha çox olduğuna dair bir fikir yaranır. Bu sindroma tutulan insanlar olmayan şeyləri olmuş kimi düşünürlər. Həyat yoldaşını və ya sevgililərini davamlı olaraq izləyib, hər hərəkətlərini araşdırırlar.
Pekin otellərinin siyahısı
Bu siyahıya Çinin Pekin şəhərində yerləşən otellər daxildir. Beijing Hotel China World Hotel, Beijing Diaoyutai State Guesthouse Fairmont Beijing Grand Hyatt Beijing Jingxi Hotel Lusongyuan Hotel Minzu Hotel Morgan Plaza Otellərin siyahısı – Ölkə tərəfindən indeksləşdirilmiş Otellərin siyahısı – Vikipediyada otel siyahı məqalələrinin indeksi Vikianbarda Pekin hotellərinin siyahısı ilə əlaqəli mediafayllar var. Vikianbarda Pekin hotellərinin siyahısı ilə əlaqəli mediafayllar var.
Ritz oteli (Paris)
“Ritç” (fr. Hôtel Ritz) — Parisin möhtəşəm otellərdən biri. Otel Ritç ilk dəfə 1898-ci ildə İsveçrə əsilli otelçi işadamı Sezar Ritç tərəfindən Vandom meydanının №15 ünvanında açılmışdır. Bu uğurlu başlanğıcdan sonra Sezar Ritç London və digər şəhərlərdə silsilə otellərini açmağa nail olur. XVIII əsirdə Arduen Mansar tərəfindən əsası qoyulmuş aristokratik iqamətgah üslubunda inşa edilmiş otel binasının müəllifi memarı Şarl Myui olmuşdur. O dövürdə “Ritç” yeganə otel idi ki, onun hər bir nömrəsi vanna otağı ilə təmin edilmişdir. Otel mətbəxinə cavabdeh isə əfsanəvi aşpaz Ogüst Eskofe olmuşdur.
Ritç oteli (Paris)

Ruanda oteli (film, 2004)
Ruanda oteli (ing. Hotel Rwanda) — Ruanda soyqırımı mövzusunda olan dram filmidir. 2004-cü ildə yayıma çıxan filin rejissoru Teri Corc'dur. Kanada, Böyük Britaniya, İtaliya və CAR firmaların birgə istehsalı olan bu filmin baş rolunu Don Çidl oynayır. Filmin rejissoru olan Teri Corc, A. Kitman Ho ilə birlikdə həmçinin filmin prodüserlərindəndir. Ruanda'nın paytaxtı Kiqali'dəki bəzi çəkimlər xaricində filmin böyük bir hissəsi CAR'da çəkilmişdir. Film Ruanda'da 1994-cü ildə Hutu və Tutsi etnik qrupları arasında çıxan və böyük bir sayda (təqribən 800.000) Tutsinin həyatının itirməsiylə başa çatan şiddət hadisələrini və qətliamı mövzuya alır və filmin ssenarisi Ruanda soyqırımı'ndaki həqiqi hadisələrə əsaslanmaqdadır. Baş qəhrəman Kiqali'dəki Hôtel des Mille Collines'in müdürü olan Hutu əsilli Pol Rusesabacina'dır.
“İnturist” oteli
Sheraton Baku Intourist — Azərbaycan Respublikasının paytaxtı olan Bakı şəhərində otel. Beşulduzlu bu otel "Absheron Hotel Group"a aiddir. Yeni otel vaxtilə Bakıda mövcud olmuş "İnturist" mehmanxanasının arxitektura üslubunda inşa edilmişdir. Həmin mehmanxana nəinki Azərbaycanda, eləcə də keçmiş SSRİ-də çox məşhur idi. 1934-cü ildə istifadəyə verilən keçmiş "İnturist" mehmanxanası fəaliyyət göstərdiyi 70 il ərazində Bakının ən sevilən məkanı olmuşdur. Hətta 1950–1960-cı illərdə Bakının ən məşhur hoteli "İnturist" idi. Sonra "Yeni İnturist" tikildi, bunun adı oldu "Köhnə İnturist". Sonra isə həmin mehmanxana sökülmüşdür və yerində başqa bir bina tikilmişdir. 2015-ci ildə tikintisi başa çatmış yeni otel isə köhnə "İnturist" barədə xatirələri yaşatmaqla bərabər, nadir memarlıq quruluşu ilə diqqəti cəlb edir. Yeni otel təxminən əvvəlki "İnturist"in yerinə çox yaxın bir yerdə tikilmişdir.

Значение слова в других словарях