Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Osmanlı
Osmanlı imperiyası və ya Osmanlı dövləti (osman. دولت عالیه عثمانیه, Devlet-i Aliyye-i Osmâniyye, türk. Osmanlı İmparatorluğu, Osmanlı Devleti ) — 1299-cu ildə oğuz türklərindən olan Osman bəyin qurduğu Osmanlı sülaləsinin hakimiyyəti altında Orta əsrlərdən Müasir dövrə qədər mövcud olmuş imperiya. Əsasının 1299-cu ildə müasir Türkiyənin Biləcik vilayətinin Söyüdlü şəhərində I Osman tərəfindən Osmanoğulları bəyliyi kimi qoyulduğu düşünülür. Osmanlının quruluş ili ümumi olaraq 1299-cu il qəbul edilsə də, akademik Xəlil İnalcık və digər bəzi akademiklər Osmanlı dövlətinin 1299-cu ildə Söğütdə yox, 1302-ci ildə Yalovada Bizans imperiyasına qarşı qazandığı Bafey döyüşündən sonra dövlət statusu aldığını müdafiə edir. Osmanlı dövləti tarixdə Bizans imperiyasının varlığına son qoyaraq onun paytaxtı Konstantinopolu tutmuş və öz paytaxtına çevirərək İstanbul adlandırmışdır. XVII əsrdə özünün ən qüdrətli dövrünü yaşayan dövlət üç qitəyə yayılmışdır. Dövlət ən geniş sərhədlərinə 1683-cü ildə — II Vyana mühasirəsinədək davam etmişdir. Bu zaman Osmanlı imperiyasının ərazisi cənub-şərqi Avropaya, Yaxın şərqə və Afrikanın şimalına qədər yayılmışdır. == Səciyyəvi xüsusiyyətləri == Osmanlı imperiyası Türk-İslam dövləti idi və özünü elə də tanıyırdı.
Məhəmməd Osmani
Məhamməd Ataul Gani Osmani (benq. মুহাম্মদ আতাউল গণি ওসমানী 1 sentyabr 1918 - 16 fevral 1984) Banqladeş Azadlıq müharibəsi ərəfəsində Banqladeş Silahlı qüvvələrinin komandiri. Osmaninin karyerası, 1939-da İngilis Hind Ordusunda xidmətə başlayaraq beş il xidmətinidavam etdirdi. II. Dünya müharibəsi ərəfəsində Burmada döyüşdü və 1967-ci ilə qədər Pakistan Ordusunda vəzifləndirildi. Osmani 1971-ci ildə qeyri-daimi hökumət tərəfindən Benqalcı silahlı müqavimətin başına gətirildi və Banqladeş Silahlı Qüvvələrinin qurucusu olaraq qəbul edilir. General Osmani 1972-ci ildə tərhis oldu. Osmani müstəqil Banqladeşdə siyasətə qoşuldu, Şeyx Mujibur Rahman hökumətində millətvəkili ve nazir olaraq xidmət etdi. BAKSALın qurulmasına qarşı çıxdıqdan sonra istefa etdi. Osman həmçinin Banqladeşin milli marşı olaran Kazi Nazrul İslamın "Chol Chol Chol" u tanıtmışdır. == Gənclik dövrü və ilk təhsili == Osmani 1 Sentyabr 1918'de, İngilis Hindistanın Assam Əyaləti, Sunamüanüda torpaq sahibi ailənin övladı olaraq dünyaya gözlərini açdı.Osmani 14-cü yüz illikdə yaşamış Şah Cəlaləddinin ,Şah Nizaməddinin soyundan gəlir.
Vyosa Osmani
Vyosa Osmani (alb. Vjosa Osmani-Sadriu 17 may 1982, Mitroviça[d]) — Kosovolu qadın siyasətçi, hüquqşünas, müəllim, Kosovo Demokratik Liqası sədrinin müavini, Kosovo parlamentinin spikeri, Kosovo Parlamentinin, habelə Dünya Bankı və Beynəlxalq Valyuta Fondu Parlament Şəbəkəsi Şurasının üzvü. == Bioqrafiyası == 17 may 1982-ci ildə Kosovska-Mitrovitsa şəhərində anadan olmuşdur. Priştina Universitetinin Hüquq fakültəsində oxuyur, bakalavr dərəcəsi alır. 2005-ci ildə ABŞ-nin Pensilvaniyadakı, Pittsburq Universitetindən Hüquq Magistrini alır və 2015-ci ildə Pittsburq Universitetində doktorluq dissertasiyasını müdafiə edərək, Hüquq Doktoru dərəcəsini alır. Priştina Universitetində və Kosovadakı Roçester Texnologiya İnstitutunda dərs demişdir. Pittsburq Universitetində qonaq olan professor olur. Kosovo Respublikası Prezidentinin aparat rəhbəri, xarici siyasət məsələləri üzrə müşaviri və hüquq məsləhətçisi vəzifələrində çalışmışdır. 2008-ci il Kosovo Respublikasının Konstitusiyasını hazırlayan komissiyada prezidentin nümayəndəsi idi. 2009-cu ilin dekabrında Kosovonun müstəqilliyinin qanuniliyinə dair məhkəmə prosesi zamanı BMT-nin Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsində hüquq qrupunun üzvü olmuşdur.
Vjosa Osmani
Vyosa Osmani (alb. Vjosa Osmani-Sadriu 17 may 1982, Mitroviça[d]) — Kosovolu qadın siyasətçi, hüquqşünas, müəllim, Kosovo Demokratik Liqası sədrinin müavini, Kosovo parlamentinin spikeri, Kosovo Parlamentinin, habelə Dünya Bankı və Beynəlxalq Valyuta Fondu Parlament Şəbəkəsi Şurasının üzvü. == Bioqrafiyası == 17 may 1982-ci ildə Kosovska-Mitrovitsa şəhərində anadan olmuşdur. Priştina Universitetinin Hüquq fakültəsində oxuyur, bakalavr dərəcəsi alır. 2005-ci ildə ABŞ-nin Pensilvaniyadakı, Pittsburq Universitetindən Hüquq Magistrini alır və 2015-ci ildə Pittsburq Universitetində doktorluq dissertasiyasını müdafiə edərək, Hüquq Doktoru dərəcəsini alır. Priştina Universitetində və Kosovadakı Roçester Texnologiya İnstitutunda dərs demişdir. Pittsburq Universitetində qonaq olan professor olur. Kosovo Respublikası Prezidentinin aparat rəhbəri, xarici siyasət məsələləri üzrə müşaviri və hüquq məsləhətçisi vəzifələrində çalışmışdır. 2008-ci il Kosovo Respublikasının Konstitusiyasını hazırlayan komissiyada prezidentin nümayəndəsi idi. 2009-cu ilin dekabrında Kosovonun müstəqilliyinin qanuniliyinə dair məhkəmə prosesi zamanı BMT-nin Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsində hüquq qrupunun üzvü olmuşdur.
Osman
Osman — Şərqdə daha çox işlədilən ərəb mənşəli kişi adı. Osman ibn Əffan — Üçüncü Raşidi xəlifə. Osman Batur — Şərqi Türkistanda fəaliyyət göstərmiş inqilabçı. Osman Durmuş — siyasətçi, həkim. Osman Yağmurdərəli — Türkiyənin məşhur aktyoru və rejissoru, siyasətçi. Osman Zəncani — çilingər və qələmdan ustası Osman ibn Səid Əmri — İmam Mehdinin xüsusi nümayəndəsi. Osman Nuri Topbaş — Osman Vəlizadə — Qafqaz müsəlmanlarının II Müftisi. I Osman — Osmanlı dövlətinin qurucusu və ilk hökmdarı. II Osman — 1618-1622-ci illərdə Osmanlı sultan I Əhmədin oğludur. III Osman — 1754-1757-ci illərdə Osmanlı sultanı.
Hormuzgan ostanı
Hörmüzgan ostanı - İranın cənubunda ostan. Mərkəzi Bəndər-Abbas şəhəridir. Ostanın ərazisi 71.193 km² - dir. 2006-cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 1.403.674 nəfər əhali yaşayır. Əhalisini əsasən farslar, ərəblər (10%), bəluclar, azərbaycanlılar, lurlar və s. millətlər təşkil edir. == Mövqeyi == Hörmüzgan ölkənin cənubunda, Fars körfəzi və Hind okeanının sahilində və Ərəbistan yarımadası ilə üzbəüz yerləşir. Sahil xəttinin uzunluğu 1000 km-ə (620 mil) çatır. İranla Omanı bir-birindən ayıran Hörmüz boğazı da bu vilayətin qarşısındadır. Vilayət şimaldan Fars və Kirman əyalətləri, şərqdən Sistan və Bəlucistan, cənubdan Fars körfəzi və Hind okeanı, qərbdən Buşəhr vilayəti ilə əhatə olunmuşdur.
Həmədan ostanı
Həmədan ostanı — İranın qərbində ostan. İnzibati mərkəzi Həmədan şəhəridir. == Coğrafiya == Həmədan ostanı (vilayəti) İranın şimal-qərb hissəsində, Tehran və Qum şəhərlərinə nisbi yaxınlıqda yerləşir. Ostanın ümumi sahəsi 19.547 km²-dir. Şimaldan Zəncan ostanı, şimal-şərqdən Qəzvin ostanı, şərqdən Mərkəzi ostanı, cənubdan Luristan ostanı, qərbdən isə Kirmanşah və Kürdüstan ostanları ilə həmsərhəddir. Həmədan ərazisi qarlı zirvələri olan dağlar ilə və münbit vadilərlə məşhurdur. Bölgənin ən hündür zirvəsi 3574 metr olan Əlvənd dağıdır. Həmədanın iqlimi soyuqdur. Dağ rayonlarında səkkiz ay qar olur, və bu yay aylarının sərin keçməsinə və təbiətin gözəl olmağına şərait yaradır. == Əhalisi == Həmədanda xüsusi mədəniyyəti və adət-ənənələri olan müxtəlif xalqalara məxsus əhali yaşayır.
Kirman ostanı
Kirman ostanı — İranın cənub-şərqində ostan. Mərkəzi Kirman şəhəridir . Ostanın ərazisi 181.814 km² - dir . 2006 - cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 2.652.413 nəfər əhali yaşayır . == Şəhristanları == Baft şəhristanı Bərdsir şəhristanı Bəm şəhristanı Ciruft şəhristanı Ravər şəhristanı Rəfsəncan şəhristanı Cənubi Rudbar şəhristanı Zərənd şəhristanı Sircan şəhristanı Şəhr Babək şəhristanı Ənbərabad şəhristanı Qala Gənc şəhristanı Kirman şəhristanı Kuhbənan şəhristanı Kəhnuc şəhristanı Mənucan şəhristanı == İstinadlar == == Xarici keçidlər == Encyclopædia Iranica :ḴĀLU a small Turkic tribe of Kermān province.
Kirmanşah ostanı
Kirmanşah ostanı — İranın qərbində ostan. Mərkəzi Kirmanşah şəhəridir. Ostanın ərazisi 24.741 km²-dir. 2006 - cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 1.879.385 nəfər əhali yaşayır . == Sunqur şəhristanı == Ostanın şimali-şərqində - Həmədan ostanı ilə sərhəd ərazidə xeyli sayda azərbaycanlı əhali yaşayır. 2006-cı il siyahıya almasına əsasən Sunqur şəhristanın əhalisi 95,904 nəfərdir. Sunqur şəhərində əhalinin əksəriyyəti azərbaycanlılardan ibarətdir. Onlar sunqur dialektində danışırlar . Bu dialektdə danışan əhali Kirmanşah və Kürdüstan ostanlarında yaşamaqdadır . Sənəndəc (Sənnə) şəhərinin şimalında iki türk kəndinin əhalisi bu dialektdə danışır .
Kürdüstan ostanı
Kürdüstan ostanı — İranın qərbində ostan. Mərkəzi Sənəndəc (və ya Sənnə) şəhəridir. == Ərazi == Ostanın ərazisi 29.151 km² — dir . Ostan şimaldan Qərbi Azərbaycan, şərqdən Zəncan, cənub-şərqdən Həmədan və cənubdan Kirmanşah ostanları ilə həmsərhəddir. == Əhali == 2006-cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 1.440.156 nəfər əhali yaşayır . Ostan əhalisinin çoxunu etnik kürdlər təşkil etməklə yanaşı, burada azərbaycan türkləri (əsasən Qürvə və Bicar şəhristanında), lurlar, assuriyalılar və farslar da yaşayırlar . == Azərbaycan-Kürdüstan sərhəddi == Hal hazırda Kürdüstan ostanının sınırlarında yerləşən Bicar və Qürvə bölgələri tarixən Azərbaycan sınırlarında yerləşiblər. Bu ərazi miladdan öncə Manna — Midiya dövləti, Sasanilər zamanı və… zamanlarda Azərbaycan sınırlarında yerləşibdir. Qacar sülasəsinin ikinci padişahi Fətəlişah zamanı (1176–1213 şəmsi, 1797–1834 miladi və 1212–1250 qəməri illərində) hələ Həmdan, Zəncan və indiki Kürdüstan əylətinə tabe olan Bicar, Gərus və Qürvə Azərbaycan sınırlarında yerləşirdilər. Əfzəl-əltarix də yazılan kimi Fətəli şah zamanı rəsm belə idi ki, şahzadələrin hər birisi bir vilayətin başçılığına təyin olurdular, ancaq o zaman şahzadə Dara hökumətsiz qalır, sədriəzəm Şəfi sədr belə qərara gəlir ki, Qəzvin, Gərüs, Həmədan və Fəlan buluki(?) ni Azərbaycandan ayırıb Zəncanla birlikdə Xəmsə vilayəti yaratsın ta şahzadə oraya hökumət edə bilsin.
Loristan ostanı
Luristan ostanı - İranda ostan, qərbi İranda yerləşir. Mərkəzi Xürrəmabad şəhəridir. == Ərazi == Ostanın ərazisi 28,392 km²-dir. == Əhali == 2006 - cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 1,716,527 nəfər əhali yaşayır. === Milli tərkib === Əhalisi əsasən lur xalqından ibarətdir. Ostanın şərqində bəxtiyarilər, mərkəzində və cənubunda lur dilinin əsas şimal ləhçəsinin müxtəlif dialektlərində danışan tayfalar, qərbində isə ləklər məskunlaşıbdır. Bu ostanda əsasən lurca (onun dialekti olan bəxtiyaricə və ləkcə daxil olmaqla) danışılır. Lurlar kürdlərdən daha çox farslara yaxındırlar .
Luristan ostanı
Luristan ostanı - İranda ostan, qərbi İranda yerləşir. Mərkəzi Xürrəmabad şəhəridir. == Ərazi == Ostanın ərazisi 28,392 km²-dir. == Əhali == 2006 - cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 1,716,527 nəfər əhali yaşayır. === Milli tərkib === Əhalisi əsasən lur xalqından ibarətdir. Ostanın şərqində bəxtiyarilər, mərkəzində və cənubunda lur dilinin əsas şimal ləhçəsinin müxtəlif dialektlərində danışan tayfalar, qərbində isə ləklər məskunlaşıbdır. Bu ostanda əsasən lurca (onun dialekti olan bəxtiyaricə və ləkcə daxil olmaqla) danışılır. Lurlar kürdlərdən daha çox farslara yaxındırlar .
Mazandaran ostanı
Mazandaran ostanı — İranın şimalında, Xəzər dənizinin cənub sahilində yerləşən ostan. Tarixən Təbəristan kimi tanınmışdır. Ostanın ərazisi 23.064 km²-dir. == İstinadlar == == Xarici keçidlər == a Lek tribe of Māzandarān.
Murad Osmann
Murad Yusupoviç Osmanov ( rus. Мурад Юсупович Османов; 15 may 1985, Kaspiysk, Dağıstan MSSR) — peşəkar olaraq Murad Osmann kimi tanınan, Moskvada yaşayan bir rus fotoqrafdır. Həyat yoldaşı Natalia Zakharova ilə onun "Follow Me To"seriyası var. == Həyatı == Osmann 1985-ci ildə Rusiyanın Dağıstan dağlarında anadan olub. 1990-cı ildə, beş yaşında olanda ailəsi Moskvaya köçdü. 2001-ci ildə London İmperial Kollecində mülki mühəndislik təhsili almaq üçün İngiltərəyə getdi. Osmann ən çox Məni izlə layihəsi ilə məşhurdur.O buna 2011-ci ildə Barselona şəhərində sevgilisi Nataliya Zakarova ilə başlayıb.Osmannın hazırda instagram hesabında 4 milyondan çox izləyicisi var. 2015-ci il 6 İyunda Osmann və Zakarova evləndilər.Onların iki toyu keçirildi biri Moskvada digəri isə Muradın doğulduğu Dağıstanda0 == Kitablar == 2015-ci ildə Skyhorse Nəşriyyatı Follow Me To: A Journey (a life)Around the World Through the Eyes of Two Ordinary Travelers by Murad Osmann and Nataly Zakharova kitabını nəşr etdi.
Mərkəzi Ostanı
Mərkəzi ostanı (fars. استان مرکزی‎) – İranin mərkəzində yerləşən ostan. İnzibati mərkəzi Ərak şəhəridir. == Ərazi == Mərkəzi ostan şimaldan Tehran və Qəzvin, cənubdan İsfahan və Luristan, qərbdən Həmədan və şərqdən Qum ostanları ilə sərhəddir. Ostanın ərazisi 29,406 km² – dir . == Əhali == 2006 – cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanın 1.351.257 nəfər əhalisi var . === Milli tərkib === == Şəhristanlar == Mərkəzi ostanı 10 şəhristana və 18 bəxşə bölünür .
Natella Osmanlı
Natella Osmanlı — Azərbaycan yazıçısı, PR texnoloqu, Baku TV telekanalının rus versiyasının baş redaktoru, blogger, yazıçı və jurnalistdir. İlk kitabı 2004-cü ildə nəşr edilmiş "Qadın baxışı ilə" (rus. Женским взглядом) toplusudur. 2014-cü ildə yazıçının həmmüəllifliyi ilə yazılmış "Lift" pyesi Tiflis və Bakıda səhnələşdirilmiş, daha əvvəl isə Kişinyovda keçirilən Gənclərin Teatr Forumunun gündəliyinə salınmışdı (2012). == Həyatı və fəaliyyəti == Natella Osmanlı 1982-ci ildə Bakıda doğulub. İlk kitabı 2004-cü ildə nəşr edilmiş "Qadın baxışı ilə" (rus. Женским взглядом) toplusudur. 2008-ci ildə yazıçının müəllifi olduğu "Lollipop" povesti rus dilində ən yaxşı nəşr əsərləri katoloquna daxil edilmiş və 2010-cu ildə Rusiya Federasiyasının Nəşr üzrə Federal Agentliyinin dəstəyi ilə "Sosial-İqtisadi və İntellektual Fondu" tərəfindən nəşr edilmişdir. 2010-cu ildə "Lollipop" trilogiyasından nəşr edilmiş ilk kitaba yazıçının "Arlekin", "Lollipop" və "Kukolniki tap" povestləri daxildir. 2011-ci ildə yazıçının "Mən zibiləm" povesti Azərbaycan Milli Kitab Mükafatının qısa siyahısına salınmışdı.
Natəvan Osmanlı
Natəvan Rahim qızı Osmanlı (Şabran) — AzTV-nin Həmkarlar İttifaqı Konfederasiyasının sədri; teleaparıcı, redaktor, jurnalist. == Həyatı == Orta məktəb təhsilini Dəvəçi şəhərində almışdır. İlkin ali təhsilini Təfəkkür universitetinin Jurnalistika fakültəsində almış, sonra həmin universitetin magistr pilləsinin məzunu olmuşdur. Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına ədəbiyyat institunun aspirantura pilləsini bitirib. Elmi-tədqiqat fəaliyyəti üzərində işləyir. İkinci ali təsilini Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsini bitirməklə almışdır. Ailəlidir.İki qız övladı var. == Peşə fəaliyyəti və karyera == Peşə fəaliyətinə hələ tələbələlik illərindən müxtəlif qəzetlərdə sosial-iqtisadi, mədəni mövzularda çıxış etməklə başlayan Natəvan Osmanlı, Lider TV-də "Əsgər Salamı", "Xeyli Xəbər", "Sabahın xeyir vətən" (2002-2006) proqlamlarında çalışıb, daha sonra fəliyyətini Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində "Səhər musiqi-informasiya" proqramları baş redaksiyasında "AzTV Səhər" proqramının uzun müddət (2006-2015) aparıcı kimi davam etdirib "1", "2". 2014-cü ildən paralel olaraq həmin proqramın baş redaktoru (2014-2017) vəzifəsində çalışıb. O, 2016-cı ildə Azərbaycan Dövlət Filarmoniyasında mətbuat katibinin rəhbəri seçilib və 2011-ci ilə kimi uğurla davam etdirib.
Ommani adası
Ommani adası — Frans-İosif Torpağına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Ada britaniyalı zabit və Arktika araşdırmaçısı, Erasmus Ommannin şərəfinə adlandırılmışdır. O, Con Franklinin itkin düşmüş ekspedisiyasının axtarılmasında iştirak etmişdir (1850). == Yerləşməsi == Arxipelaqın şimalında, Xarli adasından 10 km şimal-şərqdə, Cekson adasından isə 12 km şimal-qərbdə yerləşir. == Təsviri == Ada aypara foemasına malikdir. Uzunluğu 3 km, eni 1,2 km-dir. Ada buzdan tam azaddır. Cənub hissədə hündürlüyü 27 m olan zirvə vardır.
Osmanlı (Sabirabad)
Osmanlı (?–1954), Axmazkənd — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Axmazkənd Əli Bayramlı rayonunda kənd olub. 1954-cu ilə qədər Osmanlı adlanmışdır. Oykonim axmaz (gol, bataqlıq) və kənd sözlərindən düzəlib, kəndin yaxınlığındakı golun adından yaranmışdır.
Osmanlı (dəqiqləşdirmə)
Osmanlı — Türkiyənin keçmiş adı. Yaşayış məntəqələri Osmanlı İmperiyası — çoxmillətli və çoxdinli Türk dövləti. Osmanlı (Sabirabad) — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Digər Osmanlı dili — müasir türk dilindən əvvəl əsasən, indiki Türkiyə ərazisində işlədilən dil. Osmanlı türkləri — Osmanlı dövlətinin əsas əhalisi (1299—1923).
Osmanlı (soyad)
Osmanlı — Türkiyənin keçmiş adı; Osman adından yaranan soyad və təxəllüs. Natella Osmanlı — azərbaycanlı yazıçı, bloger, jurnalist Dəyanət Osmanlı — Erkin Osmanlı — Azərbaycan müğənnisi, bəstəkar-şairi, yazıçısı və aktyoru.
Osmanlı Arxivi
Osmanlı arxivi — Osmanlı imperiyasının ilk illərindən süqutuna qədər keçən müddətdə imperiyanın imzaladığı müqavilələr, yazılan dəftərlər və digər sənədlərin yer aldığı, baş nazirə tabe olan arxivdir. Arxiv, hazırda rəsmi olaraq Türkiyə baş nazirinin Osmanlı arxivi adlandırılır və Türkiyə Cümhuriyyəti Baş nazirinin Dövlət Arxivləri Baş İdarəsinə tabedir. Arxivin mühafizə edildiyi kompleks İstanbulun Kağıthane rayonunda yerləşir. Osmanlı imperiyasının 600 ildən uzun müddət hökm sürdüyü Balkanlardan Orta Şərqə, Krımdan Şimali Afrikaya uzanan torpaqlarda mövcud olan 40-dan artıq ölkənin tarixi ilə bağlı məlumatlar saxlaması cəhətdən mühüm informasiya mənbəyidir. Saxlanılan 95 milyon sənədin hamısı osmanlıca yazılmışdır. == Tarixi == === Osmanlı dönəmi === Arxiv, ilk dövrdə Yeddiqüllədə saxlanan arxivlər daha sonra Topqapı Sarayının içində və Sultanəhməd yaxınlığında yerləşən binalara köçmüş, sağlam olmayan şəkillərdə mühafizə edilmiştir. İmperiyanın ilk illərindən 14-cü əsr sonlarına qədər keçən müddətdə arxivlənən sənədlər yox deyiləcək qədər azdır. II Mehmedin səltənətinin başlanğıcı ilə XVI əsrin ortalarına qədər keçən iki yüz illik müddətdə isə bir neçə dəftər və təxminən yüzə qədər sənəd arxivlənmişdir. Osmanlı arxiv işinin nizama qoyulması ancaq Qanuni Sultan Süleyman dövründə baş vermişdir. I Süleymanın səltənəti və sonra hər bir müqavilə, dəftər və bütün sənədlər qorunmağa başlanmıştır.
Osmanlı Donanması
Osmanlı Donanması ya da köhnə adı ilə Donanma-yı Hümâyûn — Osmanlı dövlətinin dəniz qüvvələri. XIV əsrdə yaradılıb. Osmanlı dövləti 1323-cü ildə Qaramürsəli fəth edərək dənizə çatıb. Qaramürsəl bəyin rəhbərliyində ilk donanma yaradıldı və Kocaelidə baş verən döyüşlərdə dənizdən dəstək təmin edildi. 1327-ci ildə Qaramürsəldə ilk Osmanlı limanı quruldu və beləcə dəniz gücünün rəsmiləşdirilməsi işləri başladı. Osmanlı donanmasında iyerarxiya sistemə keçildi. İlk dərya bəyi (donanma komandiri), Qaramürsəl bəy oldu. 1337-ci ildə Kocaeli ələ keçirildi. Beləliklə 1353-cü ildə reallaşacaq olan Rumeliyə keçidin yolu açıldı. Bundan sonra donanmanın mərkəzi sırası ilə İzmit, Gelibolu və son olaraq da İstanbul oldu.
Osmanlı Dövləti
Osmanlı imperiyası və ya Osmanlı dövləti (osman. دولت عالیه عثمانیه, Devlet-i Aliyye-i Osmâniyye, türk. Osmanlı İmparatorluğu, Osmanlı Devleti ) — 1299-cu ildə oğuz türklərindən olan Osman bəyin qurduğu Osmanlı sülaləsinin hakimiyyəti altında Orta əsrlərdən Müasir dövrə qədər mövcud olmuş imperiya. Əsasının 1299-cu ildə müasir Türkiyənin Biləcik vilayətinin Söyüdlü şəhərində I Osman tərəfindən Osmanoğulları bəyliyi kimi qoyulduğu düşünülür. Osmanlının quruluş ili ümumi olaraq 1299-cu il qəbul edilsə də, akademik Xəlil İnalcık və digər bəzi akademiklər Osmanlı dövlətinin 1299-cu ildə Söğütdə yox, 1302-ci ildə Yalovada Bizans imperiyasına qarşı qazandığı Bafey döyüşündən sonra dövlət statusu aldığını müdafiə edir. Osmanlı dövləti tarixdə Bizans imperiyasının varlığına son qoyaraq onun paytaxtı Konstantinopolu tutmuş və öz paytaxtına çevirərək İstanbul adlandırmışdır. XVII əsrdə özünün ən qüdrətli dövrünü yaşayan dövlət üç qitəyə yayılmışdır. Dövlət ən geniş sərhədlərinə 1683-cü ildə — II Vyana mühasirəsinədək davam etmişdir. Bu zaman Osmanlı imperiyasının ərazisi cənub-şərqi Avropaya, Yaxın şərqə və Afrikanın şimalına qədər yayılmışdır. == Səciyyəvi xüsusiyyətləri == Osmanlı imperiyası Türk-İslam dövləti idi və özünü elə də tanıyırdı.
Osmanlı Macarıstanı
Osmanlı Macarıstanı və ya Osmanlı işğalı altında Macarıstan — 1541–1699-cu illərdə Osmanlı İmperiyası tərəfindən idarə olunan cənubi və mərkəzi orta əsr Macarıstan ərazisi Qədim Macarıstan krallığının cənub əyalətləri, "Böyük Macarıstan" və Cənubi Transdanubiya əraziləri tamamilə Osmanlı imperiyası tərəfindən zəbt olunmuşdu. == Macarıstanın Osmanlı imperiyasının tərkibinə qatılması == Macarıstan Krallığı Osmanlı tərəfindən zəbt edilmədən əvvəlki sərhədləri günümüzdəki Macarıstanı, Xorvatiyanı, Slovakiyanı, Banat və Transilvaniya ərazilərini əhatə edirdi. Osmanlı imperiyası ilə Habsburqlar arasında Macarıstan krallığının işğalı uğrunda mübarizə 4 dövrü əhatə edir: Birinci dövrə; Qanuni Sultan Süleymanın zəfərləri (1520–1566) İkinci dövrə; "Uzun hərb illəri" adı verilən müharibələr (1593–1606) Üçüncü dövrə; Osmanlı dövlətindəki daxili üsyanlar, inqilablar, səltənət dəyişiklikləri və şərqdə İran ilə aparılan müharibələrin da təsirli olduğu yarım əsrdən artıq davam edən sülh dövrü və Transilvaniya məsələsindən qaynaqlanan müharibələr (1658 −1664) Nəhayət dördüncü dövrə də; İkinci Vyana mühasirəsi ilə başlayan, Türk tarixşünalığında "Fəlakət illəri" adlandırılan, Habsburq dövrü macar tarixşünaslığında isə "Qurtuluş savaşları" adlandırılan və Karlovitsa sülhü ilə bitən müharibələr (1683–1699) daxildir. 20 iyun 1541-ci ildə Qanuni Sultan Süleyman tarixşünaslıqda "Budin yürüşü"a dlanan səfərini həyata keçirdi. Nəticədə Şərqi Macarıstan və Transilvaniyada Osmanlıdan asılı bir dövlət olan "Transilvaniya şəhzadəliyi" yaradıldı. Beləliklə Macarıstanın mərkəz və cənub bölgələri birbaşa Osmanlı torpaqlarına qatıldı və illik vergi ödəmək qarşılığında Ferdinandın qərbdəki hakimiyyəti tanındı. Mərkəzi Budin olan yeni əyalətin ilk bəylərbəyi isə Ramazanoğlu Uzun Süleyman Paşa olmuşdur. == İnzibati quruluş == Osmanlılar tərəfindən 1541-ci ildə yaradılan Budin əyaləti və 1552-ci ildə yaradılan Timeşvar əyaləti uzun illər boyunca mövcud olmuşdur. Avstriya hersoqluğu ilə Osmanlı imperiyası arasında 4 iyul 1593-ci ildə başlayan, 11 Noyabr 1606 tarixində Zitvatorok Müqaviləsi ilə sona çatan "Uzun hərbi münaqişələr" dövrünün sonunda; "Yanıq" (1594), "Papa" (1594), "Ziqetvar" (1595), "Əyri" (1596), "Kanija" (1600) bəylərbəylikləri yaradıldı. Lakin 1687-ci ildə Əyri və 1690-cı ildə isə Kanija əyalətləri ləğv edildi.