Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Troq
Troq — çayların əmələ gətirdiyi xüsusi dərələr. Relyef formalarının yaranmasında buzlaqların rolu böyükdür. Uca dağlardakı buzlaqlar dərələrlə aşağı hərəkət edərkən çay dərələrindən fərqlənən təknəvari dərələr əmələ gətirir. Troq adlanan bu dərələrin yamacları dik, dibi hamar olur. Troq dərələrinin dibində, buzlaq dilinin qurtardığı yerdə toplanan qırıntı materiallarından ibarət təpə və tirələr (moren tirələri, təpələri) əmələ gəlir.
Botrop
Botrop (alm. Bottrop‎) — Almaniyada şəhər.
Otlaq
Otlaq – bitki örtüyü; heyvanların otarılması üçün istifadə edilən sahə. Otlaq təbii və süni (əkilmiş, səpilmiş) olur. Təbii otlaqlarda bitki örtüyü çoxillik çəmən-bozqır, yarımsəhra otlarından, efemerlərdən və yarımkol və kollardan ibarət olur. Süni Otlaqda isə bitki örtüyü çoxillik və birillik taxıl otlarının və paxlalı bitkilərin qarışıq səpini əsasında yaradılır. Azərbaycanda təbii biçənək və otlaqlar əsasən Qobustanda, Ceyrançöldə, Acınohurda, Şirvan, Mil, Qarabağ, Salyan düzlərində yerləşərək təbii otlaqların 67%-ni, dağlarda isə Böyük və Kiçik Qafqazda, Talışda orta dağlıq, subalp] və alp zonalarını əhatə edərək təbii otlaqların 33%-ni təşkil edir. == Otlaq dövriyyəsi == Otlaq ərazilərinin ardıcıl istifadə olunan sahələrə bölünməsi, ilbəil otarma mövsümlərinin, bəzən istirahətə qoyulma müddətinin və fitomeliorasiya dövrlərinin dəyişdirilməsi ilə ondan səmərəli istifadə sistemi. Üç-dörd və beşillik dövriyyə tətbiq oluna bilər. == Otlaq eroziyası == Otarma normasına riayət etmədən intensiv otarma nəticəsində torpağın dağılması. == Otlaq qrupları == Adətən bir formasiya daxilində bir-birinə yaxın (oxşar) otlaq tiplərini birləşdirir. == Otlaq resursları == Ev və vəhşi heyvanların otlaması məqsədilə istifadə olunan bitki örtüyü sahələri.
Otran
Otran (fr. Autrans) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Fonten-Verkor kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38021. Kommunanın 2012-ci il üçün əhalisi 1628 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 371 ilə 540 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 85 km cənub-şərqdə, Qrenobldan 15 km şimal-qərbdə yerləşir.
Otrar
Otrar (düzgün deyilişi Otarar), (Fərab, Turar, Tarban və ya Tutarbənd) Qazaxıstanın cənubunda Sır-dərya çayının sahilindəki Otrarın adı Monqol fəlakətiylə anılır. Bu şəhər Türk və İslam dünyasının ən böyük filosofu Fərabinin doğulduğu yerdi. Fərab əslində bölgənin adıydı və Otrar bu bölgənin mərkəziydi. Oğuzelinin ən önəmli şəhəriydi. Çingiz xan tərəfindən yerlə yeksan edilən Otrarın qalıntıları geniş bir meydana yayılıb. Ayrıca, 1405-ci ildə Çin səfərinə çıxan Əmir Teymur Otrarda ölmüşdür. Otrar vahəsi, arxeoloji qalıntıları, Orta çağ yerləşim yerləri və suvarma kanalları ile 200 km ² bir meydanı əhatə edir.
Piroq
Piroq Türk mətbəxiın ənənəvi ləzzətlərindəndir. Osmanlı dövründə məşhur olan piroq balkan ölkələrində də məşhurdur. Piroq təməl maddəsi kövrəkdir. İstəyə görə kövrəknın içinə pendir, qıyma, ispanaq ya da daha dəyişik tərəvəzlər qoyularaq hazırlanar. Türkiyə:Börek Yunanıstan: Burékki (μπουρέκι) ya da Píta (πίτα) Albaniya: Byrek ya da Boureg Bolqarıstan: Banisa (Çuşka Byurek. Ayrıca ağ pendirlə doldurulmuş bibər [Çuşka].) Bosniya və Herseqovina: içində nə tapıldığına əlaqəli olaraq adı fərqlidir: Burek- ət, kartof və soğan. Bundavera- balqabaqlı, Zeljanica- ispanaqlı, Krompiruša- kartoflu Sirnica- pendirli.
Toros
Toros (rus. торос, ing. ice hummock) — su hövzələrinin dəniz , çay, göl buz örtüyündə, buz sahələrinin bir-birinə, eləcə də sahilə təzyiqi sıxılması və onların kənarlarının qırılması nəti-cəsində əmələ gəlmiş və üst-üstə toplanmış buz parçaları.
Xoroq
Xoroq (tac. Хоруғ) — Tacikistanda şəhər, Dağ-Bədəxşan Muxtar Vilayətinin inzibati mərkəzi. == Coğrafiyası == Şəhər bölgənin cənub -qərb hissəsində yerləşir və Düşənbədən 525 km aralıda, qərbdən (Günt çayının Pənclərlə birləşdiyi yerdə) Əfqanıstanla həmsərhəddir . Xoroq, bütün marşrutların keçdiyi Pamirlərin turizm mərkəzidir. Xoroq dəniz səviyyəsindən 2200 metr yüksəklikdə yerləşir, postsovet məkanında ən yüksək şəhərlərdən və Tacikistanın ən yüksək şəhərlərindən biridir. Xoroq yarı quraq iqlim zonasının bir hissəsidir. İl ərzində az yağış yağır. Köppen iqlim təsnifatına görə, şəhərin iqlimi soyuq qışları olan mülayim enliklərin quru yarı quraq iqlimidir (BSk indeksi). İlin orta hava istiliyi 9.3 ° C, illik 276 mm yağıntı düşür. == İqtisadiyyatı == Xoroq ticarət, nəqliyyat və təhsil üçün vacib bir regional mərkəzdir.
Otris
Otris (yun. Όθρυς) — Yunanıstanda, Ftiotida və Maqnisiya periferik bölmələrinin sərhəddində yerləşən dağ silsiləsi. Uzunluğu təqribən 90 km, hündürlüyü dəniz səviyyəsindən 1,726 metrə qədərdir. Qədim coğrafiyada Orti, Orfis, Ofri dağı, Ofriya (q.yun. Ὄθρυς, lat. Othrys) adlandırılmışdır.
Oraq
Oraq — kənd təsərrüfatı aləti. Taxıl, qismən də ot biçinində istifadə edilir. Kiçik polad tiyədən və ağac sapdan ibarətdir. Dişsiz olması ilə çindən fərqlənir. Tiyənin arxa tərəfi ağac sapa geydirilir. Neolit dövründə yaranmışdır İlk dəfə Ön Asiyada tapılmışdır. Oraq gövdəsi ağac, sümük və gildən olurdu, sonralar isə tunc, dəmir və poladdan da hazırlanırdı. Arxeoloji qazıntılar zamanı Azərbaycanda tapılmış qədim oraqlarla XX əsrdə istifadə olunan oraqlar arasında oxşarlıq var. Oraq "urak" adı ilə bir sıra türkdilli xalqlar arasında da yayılmışdır. Həyətyanı təsərrüfatda işlədilir.
Otaq
Otaq — Evin və yaxud hər hansısa bir tikilinin daxilində yerləşən məkanlar. Otaqlar dincəlmək, işləmək, yatmaq və digər məqsədlər üçün istifadə edilməkdədir. Yaşayış binalarında yerləşən evlərdə adətən qonaq otağı, yataq otağı, uşaq otağı və hamam otağı olmaqla müxtəlif təyinatlı otaqlar olur.
Oton
Mark Salvi Oton (lat. Marcus Salvius Otho Caesar Augustus; 28 aprel 32 – 16 aprel 69) — 15 yanvar 69-cu ildən etibarən Roma İmperatoru. == Həyatı == Mənşə etibarilə etrusk idi. 58-ci ildə 66-cı ilədək Luzitaniya valisi vəzifəsini icra etmişdi. Nerona qarşı Qalbanın başladığı üsyanı dəstəkləmişdi. Lakin Qalba tərəfindən vəliəhd elan edilmədiyindən onun əleyhinə intriqalara qoşulmuşdu. Pretorian qvardiyasının köməyilə 69-cu ilin yanvarında Qalbanı devirmiş və özünü imperator elan etmişdi. Ona qarşı üsyan qaldırmış və Reyn, Qalliya və Britaniya orduları tərəfindən dəstəklənmiş Vitelliyə qarşı Bedriak döyüşündə məğlub olduqdan sonra özünü öldürmüşdür. Ölüm anında demişdir: Hamının bir nəfərə görə ölməyindənsə, bir nəfərin hamıya görə ölməsi daha yaxşıdır.
Otto
Otto — Almaniyada yayılmış ad.
Qroq
Qroq (ing. grog)-isti alkoqollu içkidir. Romu xatırladan bu içkidə su və şəkər tozu qarışığı da var. Bəzən isti çay kimi də istifadə edilir. == Etimologiyası == İçkinin adı Britaniyanın vitse-admiralı Edvard Vernona (Edward Vernon; 1684—1757)- «Олд Грог» (Old Grog) adından gəlir. O zamanlarda Britaniya Krallığının gəmi heyətinə hər gün 80% -lı rom verilirdi (təqribən 280 millilitr) buda onların öz davranışlarını aparmasında və içkili matroslar arasında davalara səbəb olurdu. Admiral Vernon matroslar arası alkoqulluğu azaltmaq üçün romu yalnız su qatılaraq verilməsini əmr etdi ki, bundan belə rom su və ya limon soku ilə qarışılaraq verilməyə başladı.Bu matrosların ağız dadına uyğun olmadı. Belə ki, bu qarışıqda romun faizi azalmışdı. Onu rom 3 suda və ya qroq adlandırmağa başladılar. == Haqqında == Bu içkinin müasir çeşidlərinə müxtəlif qarışıqlar da əlavə edirlər.
Tron
Taxt ya Tron(yun. θρόνος) — bərli-bəzəkli hökmdar oturacağı. Monarxiya, hökmdar və onun hakimiyyətinin rəmzi.
Ötüğ
Ötüğ - türk və altay xalq mədəniyyətində dua. Yaxarma, tanrıya yalvarma, diləmə, istəmə. Ən sadə olaraq, bir şeyin reallaşmasını və pis vəziyyətlərdən qorunmağı Tanrıdan istəməkdir. Ötümək (Ötüğmək, Ötükmək) "dua etmək" feli ilə də istifadə edilər. Söz, Öt/Öd kökündən törəmişdir. Zaman, zamanın keçişi və yaxarmaq mənalarını ehtiva edər. Ahəngli səs çıxarmaq mənası vardır. == Sax == Sax və ya Sah türk və yakut xalq inancında və sibir şamanizmində ayinlərdə və dualarda istifadə edilən bir sözdür. "Amin" mənasını verər. Sak və yaSag olaraq da deyilər.
Otöy
Otöy (fr. Auteuil Fransızca tələffüz: [otœj]) — Parisin 70 inzibati məhəlləsindən biri. 1860-cı ildə şəhərin 16-cı bələdiyyəsinin bir hissəsi olmuşdur. Otöy istixanalar bağı Bulon meşəsinin cənub kənarında yerləşən böyük bir istixana kompleksi içərisində yerləşən bir botanika bağıdır. Marsel Prust Otöydə dünyaya gəlir. "Azərbaycan Evi" Otöydə, Jeneral Delestren (Général Delestraint) küçəsində, № 31-də yerləşir.
Echinops atrox
Echinops atrox (lat. Echinops atrox) — mürəkkəbçiçəklilər fəsiləsinin toppuztikan cinsinə aid bitki növü.
Elinor Ostrom
Elinor Ostrom (ing. Elinor Ostrom; 7 avqust 1933[…], Los-Anceles, Kaliforniya – 12 iyun 2012[…], Bluminqton[d], İndiana) — amerikalı siyasətçi, alim və iqtisadçı. "Xüsusilə ictimai malların, iqtisadi baxımdan nəzarət edilməsi və istifadəsinin analizi" mövzusunda apardığı tədqiqatlarına görə 2009-cu ildə Oliver Uilyamson ilə birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. İqtisadiyyat üzrə Nobel mükafatını qazanan ilk qadın alimdir. == Həyatı == Elinor Ostrom ABŞ-nin İndiana ştatında yaşamışdır. Həm İndiana Universitetində, həm də Arizona Dövlət Universitetində eyni zamanda dərs demişdir. İndiana Universitetində "seçkin professor" fəxri adı daşımaqdadır. Tempidə yerləşən Arizona Dövlət Universitetində Araşdırma Professoru və Kooperativ Fərqlilik etüd Mərkəzinin qurucu direktoru vəzifəsini icra etmişdir. == Əsərləri == 1990: "Governing the Commons: The Evolution of Institutions for Collective Action". 1993: "Institutional Incentives and Sustainable Development: Infrastructure Policies in Perspective", Lari Şroder və Susan Uayni ilə birlikdə.
Kurnik piroq
Kurnik-Rus mətbəxinin piroq çeşidlərindən olun, piroqların şahı hesab edilir. == Haqqında == Əsasən, toyuq, xoruz, ördək, qoyun əti, mal əti, qoz və kartofdan hazırlanır.Onu əsasən bayramlarda, tədbirlərdə milli yemək kimi təqdim edirlər.Toy kurniklərini iri ölçüdə hazırlayırdılar. Əsasən toylarda iki kurnik hazırlayırlar ki, biri gəlin üçün, biri isə bəy üçün. Piroqu gəlin və bəyin başının üstündə fırlayırdılar. Tökülən dənli bitkilər cütlüklər üçün var-dövlət hesab edilir. == Hazırlanması == Kurniki çox vaxt toyuqdan hazırlayırlar. Digər dillərdə kurniki kazaki adlandırırlar.Onu hazırlayan zaman laylı xəmir, və şəkərli xəmirdən istifadə edirlər. Bəzən hazır içlikdən istifadə edərək blinçiklər hazırlayırlar. Onun içərisinə sıyıq da əlavə edirlər. Sıyıqların növləri isə yulaflı, qarabaşaqlı ola bilər.
Kərim Otarov
Kərim Otarov (qaraç.-balk. Отарланы Сарамурзаны жашы Керим; 15 may 1912, Tırnıauz – 13 oktyabr 1974, Nalçik) — Balkar şairi və tərcüməçisi. Kabardin-Balkar Respublikasının xalq şairi. == Bioqrafiya == 1912-ci ildə Qırxojan (indiki Kabardin-Balkar Respublikasının Elbrus rayonu Tırnıauz qəsəbəsi) kəndində kəndli ailəsində anadan olub. Pedaqoji məktəbi (1934), sonra Kabardin-Balkariya Universitetini (1963) bitirmişdir. 1938-1941-ci illərdə Kabardin-Balkar Muxtar Sovet Sosialist Respublikası Yazıçılar İttifaqına rəhbərlik edir. Böyük Vətən müharibəsində iştirak etmişdir. Müharibədə yaralandığı üçün ordudan tərxis edilir. Balkar xalqı ilə birlikdə Qırğızıstan SSR-ə deportasiya edilmiş və Frunze şəhərində (indiki Bişkek) qəsəbələrdən birində yaşamışdır. Kərim Otarov 1956-cı ildə Nalçikə qayıdır.
Limonlu piroq
Mark Stronq
Mark Stronq (ing. Mark Strong, doğulanda Marko Cüzeppe Salussolia, İslinqton, London, 5 avqust 1963) — İtalyan əsilli İngilis aktyoru, BAFTA TV (2004) və Toni (2016) mükafatları üçün namizəd göstərilib. "Şerlok Holms", "Kick-ass", "Yalanların cəmi", "Rock and Roll", "Stardust", "Robin Hood", "Casus, Get Out!", "İmitasiya oyunu", "Kinqsman: Məxfi xidmət" və "Kinqsman: Qızıl dairə" filmlərindəki rolları ilə məşhurdur. == Həyatı == Mark Stronq (doğulanda Marko Cüzeppe Salussolia) 5 avqust 1963-cü ildə Londonun İslinqton səmtində italyan-avstriyalı ailədə anadan olmuşdur. Anası oğlunun həmyaşıdları ilə ünsiyyətini asanlaşdırmaq üçün adını rəsmi olaraq dəyişdirmişdir. Əvvəlcə London Royal Holloway Universitetində, daha sonra Bristol Old Vic teatr məktəbində oxumuşdur. İlk rolunu məşhur aktrisa Helen Mirrenlə "Əsas şübhəli" serialında oynamışdır. Son diqqət çəkən rolları arasında "Şerlok Holms"da Lord Blakvud, "Yaşıl fanar"da Taal Sinestro, "Kick-ass"da Frank De Amiqo, "Robin Qud"da, Ser Qodfri, "Xəfiyyə rədd ol!"da Jim Prido, Merlin "Kinqsman: Məxfi xidmət"də, "İmitasiya oyunu"da Mİ-6 rəhbəri Stüart Mezisdi. Əksər filmlərdə Stronq praktik olaraq tanınmazdır, çünki hər rol üçün görünüşünü dəyişdirir: Stardust "Tristan və İzolda" da uzun saçlı, "Robin "Qud"da və "Kinqsman dilogiyası"nda keçəl, "Rok and Roll", "Şerlok Holms" filmlərində saçlıdır. "Warhammer 40,000: Space Marine" video oyununda Ultramarine Order Titusun kapitanı, "Eisenhorn"da İnkivizitor Qreqor Eisenorn, "Total War: Rome II"-də proloqun qəhrəmanı General Silanı səsləndirmişdir.
Qozlu piroq
== Lazım olan ərzaqlar == 100 q kərə yağı; 150 q şəkər tozu; 2 ədəd yumurta; 5 q qabartma tozu; 120 q buğda unu; 100 q qoz; 125 ml süd. == Hazırlanması == Yumurtanı şəkər tozu ilə çalın. Yağı əridib soyudun, çalınmış yumurtaya əlavə edin. Qozu xırda-xırda doğrayıb unla qarışdırın. 180 dərəcə qızdırılmış sobada 30-35 dəqiqə bişirin. Soyuduqdan sonra piroqu şəkər kirşanı və qozla bəzəyin.
Sintiya Rotrok
Sintiya Enn Kristin Rotrok (ing. Cynthia Ann Christine Rothrock, Delaver ştatı, Uilminqton şəhəri, ABŞ, 8 mart 1957) – Amerikalı aktrisa, prodüser və döyüş sənətləri ustasıdır. == Həyatı == Sintiya Rotrok 1957-ci ildə ABŞ-nin Delaver ştatında anadan olmuşdu. Pensilvaniyada (Skrepton şəhəri) yaşamışdı. 13 yaşında idmanla məşğul olmağa başladı. Onun böy ölçüsü cəmi 160 sm-dir. Buna baxmayaraq Sintiya 1981-1985-ci illər arası məğlub olmadan beş dəfə karate üzrə dünya çempionu olmuşdur. Bu illər ərzində çin və koreyanın döyüş sənətləri üzrə altı qara kəmərə sahib olmuşdur. Sintiya Rotrok müxtəlif silahlarla döyüşə bilir. Onun ən sevimli silahı qarmaqlı qılıncdır.