Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sintiya Rotrok
Sintiya Enn Kristin Rotrok (ing. Cynthia Ann Christine Rothrock, Delaver ştatı, Uilminqton şəhəri, ABŞ, 8 mart 1957) – Amerikalı aktrisa, prodüser və döyüş sənətləri ustasıdır. Sintiya Rotrok 1957-ci ildə ABŞ-nin Delaver ştatında anadan olmuşdu. Pensilvaniyada (Skrepton şəhəri) yaşamışdı. 13 yaşında idmanla məşğul olmağa başladı. Onun böy ölçüsü cəmi 160 sm-dir. Buna baxmayaraq Sintiya 1981-1985-ci illər arası məğlub olmadan beş dəfə karate üzrə dünya çempionu olmuşdur. Bu illər ərzində çin və koreyanın döyüş sənətləri üzrə altı qara kəmərə sahib olmuşdur. Sintiya Rotrok müxtəlif silahlarla döyüşə bilir. Onun ən sevimli silahı qarmaqlı qılıncdır.
Orok dili
Orok dili (ulta, uylta) — Altay dil ailəsinin tunqus-mancur xəttinin amuryanı (nani) yarımqrupuna aid olan orokların dili. Rusiya Federasiyasının Saxalin vilayətinin Poronay və Noqlik rayonlarında yayılıb. 2002-ci il Ümumrusiya əhalinin siyahıya alınmasının nəticəsinə görə Rusiyada 346 orok yaşayır, onların cəmi 64-ü doğma dilini bilir. Oroklar həmçinin Yaponiyanın Xokkaydo adasında yaşayır, ancaq onların sayı məlum deyil. Orok dilinin iki dialekti var: şimali (şərqi saxalin) və cənubi (poronay). Yaponiyada yaşayan orokların dili cənub dialektinə aiddir. Kiril qrafikalı əlifbalı dillər siyahısı Новикова К. А., Сем Л. И. Орокский язык, М. 1997 Петрова Т. И. Язык ороков (ульта), Л. 1967 Озолинь Л. В. Структурные типы атрибутивных конструкций в орокском языке. Дисс. канд.филол.наук. Новосибирск, 2007.
Atrek
Atrek və ya Ətrak (ərəb اترک -türklər‎; farsça -Seləha, Suləha) — İranda və Türkmənistanda çay. == Adının etimoloqiyası == Ərəb saitsiz əlifbasına görə türkləri bildirən söz bəzən t[ə]rak bəzən isə [ə]trak kimi tələffüz olunurdu. Misal üçün Terek çayını və tərəkəmələri göstərmək olar. Ətrak çayı Ərəb Xilafəti dövründə bir müddət şərqdə türklərin ölkəsi ilə sərhəd hesab olunurdu. == Coğrafiyası == Uzunluğu — 669 km, hövzəsinin dağ hissəsinin sahəsi — 27 300 km², orta su məsrəfi Qızıl-Ətrakda — 9,2 m³/s. 19 əsrin sonundan suyu Xəzər dənizinə ancaq daşqın vaxtı çatır, başqa vaxt münbit oazislərin suvarılmasına sərf olunur. Vaxtı ilə əsas qolu, sağda, Sumbar çayı idi, o da suvarma üçün istifadə olunur və ancaq daşqın vaxtı Ətraka çatır. Güclü dayazlaşmasına görə, nərə balıqlarının kürütökməsi 20 əsrin ortalarından tamamilə kəsilmişdir. Beləliklə Ətrak Xəzər dənizinə tökülən yeganə çaydır ki nərəkimilərin reproduksiyası tamamilə kəsilmişdir. == Gidroqrafiyası == İran ərazisində Ətrak çayı, Nişapur dağları ilə Kopetdağı ayıraraq dar dağ vadisindən axır.
Botrop
Botrop (alm. Bottrop‎) — Almaniyada şəhər.
Otran
Otran (fr. Autrans) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Fonten-Verkor kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38021. Kommunanın 2012-ci il üçün əhalisi 1628 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 371 ilə 540 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 85 km cənub-şərqdə, Qrenobldan 15 km şimal-qərbdə yerləşir.
Otrar
Otrar (düzgün deyilişi Otarar), (Fərab, Turar, Tarban və ya Tutarbənd) Qazaxıstanın cənubunda Sır-dərya çayının sahilindəki Otrarın adı Monqol fəlakətiylə anılır. Bu şəhər Türk və İslam dünyasının ən böyük filosofu Fərabinin doğulduğu yerdi. Fərab əslində bölgənin adıydı və Otrar bu bölgənin mərkəziydi. Oğuzelinin ən önəmli şəhəriydi. Çingiz xan tərəfindən yerlə yeksan edilən Otrarın qalıntıları geniş bir meydana yayılıb. Ayrıca, 1405-ci ildə Çin səfərinə çıxan Əmir Teymur Otrarda ölmüşdür. Otrar vahəsi, arxeoloji qalıntıları, Orta çağ yerləşim yerləri və suvarma kanalları ile 200 km ² bir meydanı əhatə edir.
Torjok
Torjok — Rusiya Federasiyasında yerləşən şəhər. Tver vilayətinə daxildir.
Toros
Toros (rus. торос, ing. ice hummock) — su hövzələrinin dəniz , çay, göl buz örtüyündə, buz sahələrinin bir-birinə, eləcə də sahilə təzyiqi sıxılması və onların kənarlarının qırılması nəti-cəsində əmələ gəlmiş və üst-üstə toplanmış buz parçaları.
Örtük
Örtük — geologiyada böyük sahə tutan və kifayət qədər qalınlığı olan hər hansı törəməni ifadə etmək üçün işlədilən termin.
Ətrak
Atrek və ya Ətrak (ərəb اترک -türklər‎; farsça -Seləha, Suləha) — İranda və Türkmənistanda çay. Ərəb saitsiz əlifbasına görə türkləri bildirən söz bəzən t[ə]rak bəzən isə [ə]trak kimi tələffüz olunurdu. Misal üçün Terek çayını və tərəkəmələri göstərmək olar. Ətrak çayı Ərəb Xilafəti dövründə bir müddət şərqdə türklərin ölkəsi ilə sərhəd hesab olunurdu. Uzunluğu — 669 km, hövzəsinin dağ hissəsinin sahəsi — 27 300 km², orta su məsrəfi Qızıl-Ətrakda — 9,2 m³/s. 19 əsrin sonundan suyu Xəzər dənizinə ancaq daşqın vaxtı çatır, başqa vaxt münbit oazislərin suvarılmasına sərf olunur. Vaxtı ilə əsas qolu, sağda, Sumbar çayı idi, o da suvarma üçün istifadə olunur və ancaq daşqın vaxtı Ətraka çatır. Güclü dayazlaşmasına görə, nərə balıqlarının kürütökməsi 20 əsrin ortalarından tamamilə kəsilmişdir. Beləliklə Ətrak Xəzər dənizinə tökülən yeganə çaydır ki nərəkimilərin reproduksiyası tamamilə kəsilmişdir. İran ərazisində Ətrak çayı, Nişapur dağları ilə Kopetdağı ayıraraq dar dağ vadisindən axır.
Otris
Otris (yun. Όθρυς) — Yunanıstanda, Ftiotida və Maqnisiya periferik bölmələrinin sərhəddində yerləşən dağ silsiləsi. Uzunluğu təqribən 90 km, hündürlüyü dəniz səviyyəsindən 1,726 metrə qədərdir. Qədim coğrafiyada Orti, Orfis, Ofri dağı, Ofriya (q.yun. Ὄθρυς, lat. Othrys) adlandırılmışdır.
Orsk
Orsk (rus. Орск, qaz.
Oton
Mark Salvi Oton (lat. Marcus Salvius Otho Caesar Augustus; 28 aprel 32 – 16 aprel 69) — 15 yanvar 69-cu ildən etibarən Roma İmperatoru. Mənşə etibarilə etrusk idi. 58-ci ildə 66-cı ilədək Luzitaniya valisi vəzifəsini icra etmişdi. Nerona qarşı Qalbanın başladığı üsyanı dəstəkləmişdi. Lakin Qalba tərəfindən vəliəhd elan edilmədiyindən onun əleyhinə intriqalara qoşulmuşdu. Pretorian qvardiyasının köməyilə 69-cu ilin yanvarında Qalbanı devirmiş və özünü imperator elan etmişdi. Ona qarşı üsyan qaldırmış və Reyn, Qalliya və Britaniya orduları tərəfindən dəstəklənmiş Vitelliyə qarşı Bedriak döyüşündə məğlub olduqdan sonra özünü öldürmüşdür. Ölüm anında demişdir: Hamının bir nəfərə görə ölməyindənsə, bir nəfərin hamıya görə ölməsi daha yaxşıdır.
Otto
Otto — Almaniyada yayılmış ad.
Örək
Otöy
Otöy (fr. Auteuil Fransızca tələffüz: [otœj]) — Parisin 70 inzibati məhəlləsindən biri. 1860-cı ildə şəhərin 16-cı bələdiyyəsinin bir hissəsi olmuşdur. Otöy istixanalar bağı Bulon meşəsinin cənub kənarında yerləşən böyük bir istixana kompleksi içərisində yerləşən bir botanika bağıdır. Marsel Prust Otöydə dünyaya gəlir. "Azərbaycan Evi" Otöydə, Jeneral Delestren (Général Delestraint) küçəsində, № 31-də yerləşir.
Echinops atrox
Echinops atrox (lat. Echinops atrox) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin toppuztikan cinsinə aid bitki növü.
Elinor Ostrom
Elinor Ostrom (ing. Elinor Ostrom; 7 avqust 1933[…], Los-Anceles, Kaliforniya – 12 iyun 2012[…], Bluminqton[d], İndiana) — amerikalı siyasətçi, alim və iqtisadçı. "Xüsusilə ictimai malların, iqtisadi baxımdan nəzarət edilməsi və istifadəsinin analizi" mövzusunda apardığı tədqiqatlarına görə 2009-cu ildə Oliver Uilyamson ilə birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. İqtisadiyyat üzrə Nobel mükafatını qazanan ilk qadın alimdir. == Həyatı == Elinor Ostrom ABŞ-nin İndiana ştatında yaşamışdır. Həm İndiana Universitetində, həm də Arizona Dövlət Universitetində eyni zamanda dərs demişdir. İndiana Universitetində "seçkin professor" fəxri adı daşımaqdadır. Tempidə yerləşən Arizona Dövlət Universitetində Araşdırma Professoru və Kooperativ Fərqlilik etüd Mərkəzinin qurucu direktoru vəzifəsini icra etmişdir. == Əsərləri == 1990: "Governing the Commons: The Evolution of Institutions for Collective Action". 1993: "Institutional Incentives and Sustainable Development: Infrastructure Policies in Perspective", Lari Şroder və Susan Uayni ilə birlikdə.
Kotrak xan
Kotrak xan (bolq. Котраг, tatar. Көдрә - qıvırcıq, qıvrım çuvaş Katra Pattar) -Kubrat xanın oğlu, İdil Bulqar dövlətinin qurucusu.
Kərim Otarov
Kərim Otarov (qaraç.-balk. Отарланы Сарамурзаны жашы Керим; 15 may 1912, Tırnıauz – 13 oktyabr 1974, Nalçik) — Balkar şairi və tərcüməçisi. Kabardin-Balkar Respublikasının xalq şairi. == Bioqrafiya == 1912-ci ildə Qırxojan (indiki Kabardin-Balkar Respublikasının Elbrus rayonu Tırnıauz qəsəbəsi) kəndində kəndli ailəsində anadan olub. Pedaqoji məktəbi (1934), sonra Kabardin-Balkariya Universitetini (1963) bitirmişdir. 1938-1941-ci illərdə Kabardin-Balkar Muxtar Sovet Sosialist Respublikası Yazıçılar İttifaqına rəhbərlik edir. Böyük Vətən müharibəsində iştirak etmişdir. Müharibədə yaralandığı üçün ordudan tərxis edilir. Balkar xalqı ilə birlikdə Qırğızıstan SSR-ə deportasiya edilmiş və Frunze şəhərində (indiki Bişkek) qəsəbələrdən birində yaşamışdır. Kərim Otarov 1956-cı ildə Nalçikə qayıdır.
Mişel Larok
Mişel Larok (fr. Michèle Laroque; doğ. 15 iyun 1960, Nitsa) — Fransa aktrisası. Mişel Larok 15 iyun 1960-cı ildə Fransanın Nitsa şəhərində anadan olub. Valideynləri Fransa musiqiçisi Klod Larok və Rumıniya rəqqasəsi Doina Trandabur (rum. Doina Trandabur) idilər. O, 1988-ci ildə aktrisa fəaliyyətinə başlayıb. Mişel Larok bir çox film və seriallarda çəkilib. Mişel Larok "Sezar" mükafatına layiq görülüb. Movies starring Michèle Laroque with more than a million of entries in France.
Narok Muzeyi
Narok Muzeyi — Keniyanın Narok regionunda yerləşən muzeydir. Muzeyin eksponatları Masailərin mədəni irsin, eləcə də digər Maa-danışıq mədəniyyətləri, o cümlədən Samburu, Nyemps və Ndorobo xalqlarının mədəniyyətini özündə əks etdirir.
Okros qalası
Okros qalası (gürc. ოქროს ციხე) — Adigen bələdiyyəsində, Samtsxe-Cavaxeti bölgəsinin cənubundakı Şoqa kəndinin şimalında orta əsrə aid qala. Tarixi Kvabliani vadisində, əlçatmaz qayalıqda yerləşir. Qala XVI əsrin Gürcüstan-Osmanlı qarşılaşmalarında görkəmli olaraq tanınır və adının türkcəsi Altunkala kimi bilinir. 2007-ci ildə Okros qalası Gürcüstanın Milli Əhəmiyyətli Daşınmaz Mədəniyyət abidələri siyahısına yerləşdirilmişdir. Okros qalası XIII əsrin sonlarında və ya XIV əsrin əvvəllərində inşa edilmişdir. Mesxeti prinsliyinin Cakeli sülaləsinin sahib olduğu əsas istehkamlardan biri olmuşdur. Kvabliani vadisindəki hakim mövqeyinə görə qala 1578-ci ildə Lələ Mustafa Paşanın Qafqaza yürüşü zamanı Osmanlı ordusunun hücum etdiyi Samtskinin mühafizəsində mühüm rol oynamışdır. Bura Şahzadə Dedisimedinin Osmanlı komandiri ilə sülh müqaviləsini müzakirə etməzdən əvvəl özünü möhkəmləndirdiyi yer idi. Vilayətin son Osmanlı fəthindən sonra qala Altunkala adı ilə tanınmış və rayonun mərkəzi olmuşdur.
Oleofobik örtük
Oleofobik örtük (lat. oleum — yağ və yun. φόβος — qorxu) portativ qurğularda tez-tez istifadə edilən xüsusi bir örtük növüdür. Oleofobik Örtük sayəsində örtülən səth barmaq izi, maye izi və çirk tutmama xüsusiyyətinə malik olur. Bu şəkildə istifadə edilən səthin davamlı olaraq təmiz qalması da təmin olunur. Ümumi olaraq ağıllı telefonlarda görsək də daha bir çox sahədə də oleofobik örtük texnologiyasının istifadə edildiyini söyləmək lazımdır. Kompüterlər, maşınlar və bir çox alətdə istifadə olunan oleofobik örtük ağıllı telefonlarda isə bəzi modellərdə diqqət çəkir. Bu örtük növü ilə tam təmin etmək istənilən səthin üzərində çirk tutulmamasıdır. Adətən ağıllı telefonlarda ekranda barmaq izi qalmaması üçün üstünlük verilən örtmə materialı, su keçirməyən IP68 sertifikatına malik olan ağıllı telefonlarda isə həm ekranda barmaq izi qalmaması, həm də ekranların maye ilə təmas etməsi halında mayelərin ekranda iz qoymamasını təmin etmək üçün üstünlük verilən material kimi istifadə edilir. Bundan başqa, oleofobik örtük yalnız örtən səthin çirk tutmamasını təmin etməklə da vəzifəli deyil.
Otriv (Alye)
Otriv (fr. Hauterive) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Eskyurol kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03126. 2008-ci ildə əhalinin sayı 1076 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 687 nəfərin (15-64 yaş arasında) 489 nəfəri iqtisadi cəhətdən fəal, 198 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 71.2%, 1999-cu ildə 70.2%). Fəal olan 489 nəfərdən 445 nəfər (233 kişi və 212 qadın), 44 nəfəri işsizdir (15 kişi və 29 qadın). 198 hərəkətsiz 46 nəfər arasında şagird və ya tələbə, 92 nəfər təqaüdçü, 60 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.