Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İblis oturub
Oturan iblis (rus. Демон (сидящий)) əsəri 1980-ci ildə rus rəssamı Mixail Vrubel tərəfindən çəkilib. İblis - ruhun güclüyünün, daxili mübarizəsinin, şübhələrin rəmzidir. Misilsiz rəng çalarlarının əhatəsində əllərini faciəli surətdə çarpazlayaraq oturmuş İblis kədərli, iri gözlərini uzaq sonsuzluqlara yönəltmişdir. Şəklin fonu qürubun al şüalarına bürünən dağlıq məkandır. Kompozisiya iblis fiqurunun sanki çərçivənin üst və alt taxtaları arasına sığışdırılmış utancını əks etdirir. Şəkil Vrubelin fərdi üslubunda büllur effekti ilə çəkilmişdir ki, bu da onu daha çox vitraja, yaxud pannoya bənzədir.
Mütrüb
Mütrüb — bu söz məna və mahiyyətcə əyləndirən, könülaçan kimi yozulur. Ərəb dilində "çalğıçı, sazəndə, rəqs edə-edə mahnı oxuyan, qız paltarında toylarda oynayan oğlan" mənaları var. Xalq deyimlərində həmin sözün mütrib, mütrüf, mütrüp tələffüzləri də var. Mütrüb sözü lap qədim dövrlərdə Azərbaycan ərazisindəki dini məbədlərdə lüt, əksər hallarda yarımçılpaq görkəmdə rəqs edənlərin adları ilə bağlıdır. Eyni zamanda lal oyunu (pantomima) ifaçısının adı ilə də əlaqəlidir. Eramızın XXI əsrlərindən başlayaraq, təxminən beş yüz il sözü rəqs edə-edə oxuyan şərqiçilərə, həmçinin çalğıçılara, aşıqlara, nəqqallara (nağıl danışan ifaçılara) da mütrüb deyilib. XIX əsrdən etibarən toylarda, el şənliklərində, qapalı əyləncə mərasimlərində incə, zərif bədənlərinə qadın paltarı geyinib rəqqaslıq edən oğlanlar mütrüb adı ilə çağırılıblar. Rəqqas mütrüb uzun saç buraxır, dırnaqlarına xına yaxır, gümüşdən belbağı, sinəbənd taxır, boynundan həmayil asır, dikdaban ayaqqabı geyinirdi. Barmaqlarına taxdığı mis halqalarla musiqinin ritmini tutan mütrüb tamaşaçılara işvə, naz atır, danışmadan erotik ruhlu qaş-göz oynadırdı.
Oktrua
Oktrua (lat. auctor, frans. octroi — mükafat, təminat) — XIII əsrdə Fransada ortaya çıxan idxal rüsumlarıdır, istehlak malları idxal edərkən şəhər zastavalarından tutulurdu. XIX əsrin sonlarında və XX əsrin əvvəllərində ləğv edildi. XVI–XVIII əsrlərdə inhisar ticarət şirkətlərinin imtiyazları da Oktrua adlanırdı.
Otran
Otran (fr. Autrans) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Fonten-Verkor kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38021. Kommunanın 2012-ci il üçün əhalisi 1628 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 371 ilə 540 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 85 km cənub-şərqdə, Qrenobldan 15 km şimal-qərbdə yerləşir.
Otrar
Otrar (düzgün deyilişi Otarar), (Fərab, Turar, Tarban və ya Tutarbənd) Qazaxıstanın cənubunda Sır-dərya çayının sahilindəki Otrarın adı Monqol fəlakətiylə anılır. Bu şəhər Türk və İslam dünyasının ən böyük filosofu Fərabinin doğulduğu yerdi. Fərab əslində bölgənin adıydı və Otrar bu bölgənin mərkəziydi. Oğuzelinin ən önəmli şəhəriydi. Çingiz xan tərəfindən yerlə yeksan edilən Otrarın qalıntıları geniş bir meydana yayılıb. Ayrıca, 1405-ci ildə Çin səfərinə çıxan Əmir Teymur Otrarda ölmüşdür. Otrar vahəsi, arxeoloji qalıntıları, Orta çağ yerləşim yerləri və suvarma kanalları ile 200 km ² bir meydanı əhatə edir.
Oturum
Oturum və ya Suya oturma dərəcəsi – hərbi və mülkü gəmiqayırmada gəminin və ya qayığın suya oturma (dalma) dərəcəsi. Gəmilərin hərkətlərinin nizamlamasında mühüm rol oynayır. == Növləri == Oturumun aşağıdakı növləri vardır: Layihə (hesablama) oturumu Midelşpanqoutuya görə layihə oturumu Gəminin burun tərəfi ilə ilə oturum Gəminin dal tərəfi ilə oturum Orta oturum Dərəcəsinə görə: Gəminin ən dərin bölmədə suya oturumu (ds) gəminin yay yük xəttinə müvafiq suya oturma dərəcəsidir. Gəminin ən az istismar olunan suya oturma dərəcəsi (dl) gözlənilən ən az yüklənmə və onunla əlaqədar maye ehtiyatlarına, o cümlədən, zədəyə qarşı davamlılıq və/yaxud suya batma üçün zəruri ola bilən bu tip ballasta müvafiq olan gəminin istismar olunan suya oturma dərəcəsidir. Gəminin bölmədə qismən suya oturma dərəcəsi (dp) gəminin az istismar olunan suya oturma dərəcəsi, üstəgəl gəminin az istismar olunan suya oturma dərəcəsi ilə ən dərin bölmənin suya oturma dərəcəsi arasındakı fərqin 60%-dir.
Oxtrup
Oxtrup (alm. Ochtrup‎) — Almaniyanın Şimali Reyn-Vestfaliya torpağının Münster inzibati dairəsində şəhər. Sahəsi 105.54 km2, əhalisi 20135 nəfərdir (2007).
Qürub
Qürub və ya Günbatımı — Yerin öz ətrafında fırlanmasının nəticəsi olaraq Günəşin üfüqün aşağısında qeyb olmasıdır.
Torul
Torul — Qara dəniz regionunda Gümüşxanə ilinə bağlı ilçə və ilçə mərkəzi.
Torun
Torun (alm. Thorn‎, kaşub Toruń, lat. Thorunium) — Vistula çayı üzərində, Şimali Polşada qədimi şəhərdir.Əhalisi 2009-cu ilin iyun ayında 205,934 nəfər idi.
Örtük
Örtük — geologiyada böyük sahə tutan və kifayət qədər qalınlığı olan hər hansı törəməni ifadə etmək üçün işlədilən termin.
Otris
Otris (yun. Όθρυς) — Yunanıstanda, Ftiotida və Maqnisiya periferik bölmələrinin sərhəddində yerləşən dağ silsiləsi. Uzunluğu təqribən 90 km, hündürlüyü dəniz səviyyəsindən 1,726 metrə qədərdir. Qədim coğrafiyada Orti, Orfis, Ofri dağı, Ofriya (q.yun. Ὄθρυς, lat. Othrys) adlandırılmışdır.
Oruc
Oruc – Allaha xatir və onun müqəddəs dərgahında savaba nail olmaq üçün müəyyən müddət daxilində yemək və içməkdən imtina etmə. == Etimologiya == "Oruc" sözü "namaz" sözü kimi fars dilindən alınmış روجك rôcik sözünün Türk dilində söylənişidir. Quranda صوم savm və صيام sıyam olaraq göstərilib. == İslam dini == Ramazan ayının orucu hər bir həddi-büluğa çatmış, müsafir və xəstə olmayan müsəlmana vacibdir. Ramazan ayının orucunu tutan müsəlman aşağıdakılara riayət etməlidir: Sübh azanından şam azanına qədər yeyib-içməkdən, cinsi əlaqədən, və buna bənzər işlərdən (onanizm) çəkinməlidir. Başını tam olaraq suya salmamalıdır. Müsafir, yaxud xəstə olan, oruc tuta bilməyən kəslər 1 fəqiri yeməklə doyuzdurmalı, yaxud 1 fəqirə 1 müdd təam (750 q yeməli şeylər, buğda, arpa, düyü, xurma və s.) verməli, Ramazan ayı qurtardıqdan sonra isə münasib günlərdə orucun qəzasını tutmalıdır. Ramazan ayının orucunu tutan kəs bilərəkdək orucunu pozsa, ay qurtarandan sonra boynuna orucun bir gün qəzası ilə bərabər onun kəffarəsi də gəlir. Kəffarə ya bir qul azad etmək, ya 60 gün oruc tutmaq, belə ki onun 30 günü ardıcıl olmalıdır, ya 60 fəqiri doyuzdurmaq, yaxud onların hər birinə 1 müdd təam verməkdən ibarətdir. === Müstəhəb oruc === Müstəhəb oruc tutulduqda isə əgər, məsələn, bir mömin qardaşın səni yeməyə dəvət edirsə, orucunu aça bilərsən və bu halda orucun savabı da sənə yazılır.
Orue
Orue (fr. Aurouër) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. İzyor (Alye) kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03011. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 375 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 231 yaşda olan (15-64 yaş arasında) 180 nəfər iqtisadi fəal, 51 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici - 77.9%, 1999-cu ildə 73.8%). Fəal 180 nəfərdən 173 nəfəri (93 kişi və 80 qadın), 7 nəfəri işsizdir (1 kişi və 6 qadın). Aktiv olmayan 16 nəfər arasında şagird və ya tələbə, 21 nəfər - təqaüdçü, 14 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Otsu
Otsu (yap. 大津市) — Yaponiyanın Honşu adasında olan Kansai regionunda yerləşən Şiqa prefekturasının paytaxtı.
Otuz
Otuz — say sistemində ədədlərdən biridir. İyirmi doqquzdan sonra, otuz birdən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === === Say sistemində === Otuz ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də cüt ədəddir. Belə ki, 1, 2, 3, 5, 6, 10, 15 və 30 ədədlərinə qalıqsız bölünür.
True
True — L'Arc~en~Ciel qrupunun albomu. Bu qrupun barabançı sakura ilə yazdığı son albomu olub. Albom Oricon çartının birinci yerinə çatıb və satılan nüsxələrin sayı bir millionu ötdüyünə görə RIAJ (Recording Industry Association of Japan) tərəfindən sertifikatlaşdırılıb.
Trük
Tryuk — xüsusi effektli hərəkət və ya texniki fənd. Adətən bu çox təhlükəli və hazırlıqsız insan üçün mümkünsüz hesab olunur. Xüsusi hazırlıq və qabiliyyət nəticəsində tryuk uğurlu ola bilər. Hər hansı bir tryukün uğurlu icrası onu həyata keçirən şəxsin peşəkarlığından asılıdır. Tryuk fərqli incəsənət sahələrində istifadə olunur. Əsasən sirkdə (fokus, akrobatik tryuklar) və kinematoqrafiyada tryuk daha populyardı. Əksər tryuklar mütəxəssislər tərəfindən xüsusi adlarla adlandırılır. Tryuk və foksu bəzən kunstştyuk adlandırırlar . == Kinoda tryuk == Kino çəkilişlərində tryukları həyata keçirənləri adətən kaskadyor adlandırırlar. Müxtəlif ölkələrdə kaskadyorların xüsusi təşkilatıları və assosiaları fəaliyyət göstərir.
Ötüğ
Ötüğ - türk və altay xalq mədəniyyətində dua. Yaxarma, tanrıya yalvarma, diləmə, istəmə. Ən sadə olaraq, bir şeyin reallaşmasını və pis vəziyyətlərdən qorunmağı Tanrıdan istəməkdir. Ötümək (Ötüğmək, Ötükmək) "dua etmək" feli ilə də istifadə edilər. Söz, Öt/Öd kökündən törəmişdir. Zaman, zamanın keçişi və yaxarmaq mənalarını ehtiva edər. Ahəngli səs çıxarmaq mənası vardır. == Sax == Sax və ya Sah türk və yakut xalq inancında və sibir şamanizmində ayinlərdə və dualarda istifadə edilən bir sözdür. "Amin" mənasını verər. Sak və yaSag olaraq da deyilər.
Otus
Meşə bayquşcuğu (lat. Otus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinə aid heyvan cinsi.
Allüvial örtük
Allüvial örtük (və ya allüvial yelpik) — 1) iri çayların daşqın zamanı basdığı sahələrdə yaranmış lilli yumşaq çöküntülər təbəqəsi. 2) leysan yağışlar zamanı dağ çaylarının gətirmə konusu səthində çökdürdüyü daha kobud çöküntülər qatı.
Etrus ayısı
Etrus ayısı (lat. Ursus etruscus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin ayı cinsinə aid heyvan növü. Bu canlılar yarım milyon il əvvəl yaşamışlar. Qonur ayı və ya Himalay ayısının əcdadı sayılır. Bu canlılar tam araşdırılmamışdır. Alimlərin əlində yalnız kəllə və bədənin sümükləri vardır. Onların yayılma arealı mübahisə pridmetidir.
Hans Onrud
Hans Onrud (norv. Hans Aanrud; 3 sentyabr 1863 – 11 yanvar 1953, Oslo) — Norveç nasiri, dramaturqu, teatrşünas və ədəbiyyatşünası. == Həyatı == Hans Onrud 3 sentyabr 1863-cü ildə Norveçdə, kəndli ailəsində anadan olmuşdur. O, məktəbi bitirdikdən sonra hüquq fakültəsini oxumağa qərar vermiş, lakin universitetdə filologiya ilə maraqlanmışdır. Onrud 1890-cı ildən bir neçə qəzetdə ədəbiyyat və teatr tənqidçisi kimi işləmişdir. O, müəllim kimi də çalışmışdır. Onrud 1899–1900-cü illərdə Bergendə yerləşən "Den Nationale Scene"nin direktoru olmuşdur. Bergendə gələcək həyat yoldaşı Vilhelmina Skoldager ilə tanış olan Onrudun iki qızı olmuşdur. Onlar 1929-cu ilə qədər "Byrud" fermasında yaşayıblar. Onrud 1953-cü ildə, 89 yaşında vəfat etmişdir.
Oleofobik örtük
Oleofobik örtük (lat. oleum — yağ və yun. φόβος — qorxu) portativ qurğularda tez-tez istifadə edilən xüsusi bir örtük növüdür. Oleofobik Örtük sayəsində örtülən səth barmaq izi, maye izi və çirk tutmama xüsusiyyətinə malik olur. Bu şəkildə istifadə edilən səthin davamlı olaraq təmiz qalması da təmin olunur. Ümumi olaraq ağıllı telefonlarda görsək də daha bir çox sahədə də oleofobik örtük texnologiyasının istifadə edildiyini söyləmək lazımdır. Kompüterlər, maşınlar və bir çox alətdə istifadə olunan oleofobik örtük ağıllı telefonlarda isə bəzi modellərdə diqqət çəkir. Bu örtük növü ilə tam təmin etmək istənilən səthin üzərində çirk tutulmamasıdır. Adətən ağıllı telefonlarda ekranda barmaq izi qalmaması üçün üstünlük verilən örtmə materialı, su keçirməyən IP68 sertifikatına malik olan ağıllı telefonlarda isə həm ekranda barmaq izi qalmaması, həm də ekranların maye ilə təmas etməsi halında mayelərin ekranda iz qoymamasını təmin etmək üçün üstünlük verilən material kimi istifadə edilir. Bundan başqa, oleofobik örtük yalnız örtən səthin çirk tutmamasını təmin etməklə da vəzifəli deyil.
Ottuk Taş
Ottuk Taş — abidə; Uluğ-kem çayının yanında Ottuk-taş adlanan dağın ətrafında Oşurkov tərəfindən tapılıb. Daşın uzunluğu 87 sm-dir. İlk dəfə V. V. Radlov tərəfindən nəşr edilib.