QÜRUB

is. [ ər. ] Batma, üfüqün altına keçib görünməz hala gəlmə. Günəşin qürubu. Qürub vaxtı.
– Günəş qürubunun qırmızı buludları günbatan tərəfi … bürümüşdü. C.Məmmədquluzadə.
Uçan durna, sönən qürub nağılları andırır. Ə.Cəmil.

// Günbatan vaxt.
Müşavirə qürubdan bir-iki saat keçənə qədər davam etdi. Çəmənzəminli.

□ Qürub etmək1) batmaq.
Bu vaxt gün qürub etdi. M.F.Axundzadə.
Gün qürub etməyə edirdi şitab; Kainata enirdi bir zülmət. C.Cabbarlı.
Bir axşam günəş qürub edirkən yenə meşədən o səs yüksəldi. Ə.Məmmədxanlı;

2) məc. yox olmaq, zail olmaq.
Qurtardı nisfi-şamdə, saqi, şərabımız; Etdi qürub, heyf, bizim afitabımız. S.Ə.Şirvani.

// Günbatan tərəf, qərb.
Günəş ətəklərini yavaş-yavaş qüruba doğru çəkməyə başlamışdı. A.Şaiq.
Məxmər kimi yumşaq alaqaranlıq içində əlindəki kətmənə dirsəklənərək, üzü qüruba dayanıb gülümsəyən o gənc qadının çöhrəsində bir bahar təranəsi duyulurdu. İ.Əfəndiyev.

Синонимы

  • QÜRUB batma — günbatan

Антонимы

  • QÜRUB QÜRUB – MƏŞRİQ Onlar hadisə yerinə çatanda gün qüruba əyilmişdi (T.Kazımov); Gün məşriqdən doğur
QÜRRƏLİ
QÜRUR
OBASTAN VİKİ
Qürub
Qürub və ya Günbatımı — Yerin öz ətrafında fırlanmasının nəticəsi olaraq Günəşin üfüqün aşağısında qeyb olmasıdır.
Qürub çağı kənd (rəsm əsəri)
Qürub çağı kənd — 1884-cü ildə Vinsent van Qoq tərəfindən yağlı boya ilə çəkilmiş rəsm əsəri. Hal hazırda Amsterdamdakı Reyksmüzyem muzeyində nümayiş olunur.
Sübh adasında qürub (film, 1987)
Film Kür-Araz qovşağında, Neftçala bölgəsində yaşayan sahibsiz at sürüləri haqqında söhbət açır.

Значение слова в других словарях