Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Oleski qəsri
Oleski qəsri (ukr. Олеський замок, pol. Zamek w Olesku) — XIV-XVII əsrlərə aid Lvov vilayətinin (Ukrayna) Olesko Busskoqo rayonu yaxınlığında memarlıq abidəsi. Podqoretsi və Zoloçev qəsrləri ilə birlikdə, o, "Lvov bölgəsinin qızıl nalı"nı təşkil edir. Həmçinin burada Reç Pospolita kralı - Yan III Sobieski anadan olub. Olesk qəsrinə yaxın ilk məskunlaşma yeri e.ə. 700-600-ci illərdə mövcud olmuşdur. X-XII əsrlərdə qədim rus qəsri qala altında qalmışdır. Oleski qəsri Qalisiyanın ən qədim binalarından biridir. O, Valaxiyadan Macarıstanıstana gedən Volın şəhəridə köhnə ticarət yollarının kəsişməsində tikilmişdir və bu ərazinin açarı kimi xidmət etmişdir.
Çeski Krumlov
Çeski Krumlov (çex. Český Krumlov; alm. Böhmisch Krummau‎) — Çexiyada şəhər.
Müqəddəs Vit kilsəsi (Çeski Krumlov)
Müqəddəs Vit kilsəsi (çex. Kostel svatého Víta) — qotik üslublu katolik prixod məbədidir və Çeske Budeyovitse yeparxiyasının Çeski Krumlov prixodunun tabeliyindədir. Kilsə Vltava çayının sahil burnunda, Çeski Krumlov şəhərinin tarixi mərkəzində yerləşir və Krumlov qəsri ilə yanaşı şəhərin iki memarlıq dominantlarından biri sayılır. Kilsə 1992-ci ildən "Çeski Krumlov şəhərinin tarixi mərkəzi" adı altında UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısının tərkibinə daxildir, həmçinin Çexiya Respublikasının (1995-ci ildən) Milli Mədəniyyət abidəsidir. Çeski Krumlovun roma-katolik prixodu 1317-ci ildən öncə, Krumlov panlığının varisi və nüfuzlu çex feodalı Rojmberkli I Pyotr (1347-ci ildə vəfat edib) tərəfindən yaradılmışdı. Prixod ilə bağlı ilk sənədli məlumatlar 1329-cu ilə aid edilir. 1309 və 1317-ci illər arasında Rojberkli Pyotr kiçik müqəddəs Vit prixod kostyolunun, onun yanında isə müqəddəs Vatslav kapellasının əsasını qoymuşdu. Krumlov prixodunun inkişafı və şəhər əhalisinin xeyli artması, Rojmberkli Pyotrun ilkin Vit kostyolunun yerində qotik üslubda yeni, daha geniş və möhtəşəm məbədin tikintisinə vadar etdi. Qotik kilsənin tikintisi 1340-cı ildə alman memarı Linhardın rəhbərliyi altında başlanılmış və yerli sənətkar Krumlovlu Stanek tərəfindən davam etdirilmişdi (əsas nefin qübbəsindəki yazı bunu təsdiqləyir). 1374-cü ildə Krumlov prixodu Doudleb dekanlığının mərkəzinə çevrilmiş, onun baş məbədi isə Müqəddəs Vit kilsəsi seçilmişdi.
Şuşa şəhəri və Şuşa qəzasının oçerki
Şuşa şəhəri və Şuşa qəzasının oçerki (rus. Очерк города Шуши и Шушинского уезда) — Topluda şəhərin yaranma tarixi, coğrafi mövqeyi, təbiəti, əhalisi, daxili və xarici ticarəti, məşhur Qarabağ atları haqqında ətraflı məlumatlar yer alıb. 1873-cü ildə K.Nikitin tərəfindən tərtib edilərək nəşr edilən “Şuşa şəhəri və Şuşa qəzasının oçerki” adlı əsər Şuşa şəhərinin tarixi ilə bağlı dəyərli mənbədir. Oçerk Gürcüstanın Milli Parlament Kitabxanası, həmçinin Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasında da saxlanılır. Oçerk Şuşa şəhərinin tarixən Azərbaycanın tarixi-mədəni və ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olduğunu sübut edən mənbələrdən biri hesab edilir. Cəmi 30 səhifəlik kitabçada Şuşa şəhərinin yaranma tarixi, şəhərin coğrafi mövqeyi, təbiəti, əhalisi, daxili və xarici ticarət əlaqələri barədə maraqlı məlumatlar yer alıb. Kitabça rum rəqəmi ilə qeyd olunmuş 2 hissədən və ayrı-ayrı başlıqlar formasında təqdim edilən bölmələrdən ibarətdir. İlk hissə “Tarixi oçerk” adlanır və orada Şuşanın tarixinə qısaca nəzər salınır. İkinci hissə əsasən Şuşanın coğrafiyası və iqtisadiyyatına həsr olunub. Bu hissədə Şuşa dağlarının mənşəyinə dair Frederik Dübua de Monperyönün fikirləri, onun forma və hündürlüyü, şəhərin ərazisi və onun ətrafı, iqlimi, şəhərin əhalisi, şəhər sakinlərinin məşğuliyyəti, su çatışmamazlığı kimi maraqlı məlumatlar verilir.
Öcəşmə
Öcəşmə - Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər fəsillərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. Bu oyunu əsas hallarda uşaqlar dəstələrə bölünərək oynayırlar. Bəzən bu oyun iki uşaq arasında da keçirilir. Hətta kiçik yaşlı uşaqlar bir-biriniə öcəşmək (sataşmaq) məqsədilə bu oyunun sözlərindən (öcəşmədən) istifadə edirlər. . Əvvəlcə dəstəbaşılar seçilir. Dəstəbaşı iki cür təyin olunur: ya onları oyunçular özləri seçirlər, ya da ümumin razılığı ilə (oyunda və uşaqlar arasında müəyyən keyfiyyətləri fərqlənənləri), çox hallarda isə (əgər oyunçular bir-birini tanımırlarsa) püşk yolu ilə seçirlər. Dəstələrə bölünərək oynanılan bu oyunu başlamaq üçün halay yolu ilə uşaqlar dəstələrə bölünürlər. Dəstələr bir-birindən bir neçə addım aralı dayanır. Dəstələrdən biri sanama üsulu ilə oyuna başlayır.
Cerki
Cerki (ing. jerky) - qaxac edilmiş, nazik kəsilmiş ət parçaları. Xüsusi qaydada bişirilir. Cersinin tək və ya iştahaçıcı kimi istifadə etmək olar. == Tarixi == Cersi sözü ch'arki terminindən irəli gəlir və mənası "saralmış ət" deməkdir. əsas məqsəd əti müəyyən müddət basdırma etməkdir. Avropada cersi Napaleonun dövründə məşhurlaşmağa başladı . Cersi ABŞ və Qərbi Avropada çox məşhurdur. 1996-cı ildə NASA-nın əsas yeməklərindən biri olur. O artıq çəki yaratmır və yüksək keyfiyyətə malikdir.
Cessi
Cessi (müğənni)
Kəski
Kəski - materialların torna dəzgahında kəsmə ilə emalında tətbiq olunan alətdir. Kəski normal halda üzərində möhkəm və ya hərkətli bərkidilmiş kəsici lövhələr olan tutqacdan ibarətdir. Tutqacın en kəsiyi dördbucaqlı və dairəvi olur. Kəski ən geniş yayılmış metalkəsən alətdir. O metal qatını əsas tilinin köməyi ilə kəsir. Əsas til düz və ya fasonlu ola bilərlər. Veriş həmişə kəsmə hərəkətinə perpendikulyar aparılır. Kəaskilər torna, yonma dəzgahlarında tətbiq olunurlar. ==== Kəsici materialı ==== Kəsici material kimi dəyişiləbilən lövhələrdən istifadə edilir. Bu lövhələr üzərinə örtük çəkilmiş bər xəlitədən, keramikadan, almazdan və ya polikristal bornitriddən hazırlanır.
Oçerk
Oçerk — epik növün həcm etibarilə hekayəyə yaxın janrıdır. Hekayədən fərqli olaraq, oçerk faktiki həyat materialı, sənədlilik əsasında yazılır. Bu o deməkdir ki, yazıçı qəhrəman adını, tərcümeyi-halının səciyyəvi faktlarını real həyatda necə varsa, o şəkildə də saxlayıb əks etdirir. Düzdür, hekayədə olduğu kimi, oçerkdə də müəllif tipikləşdirmə və ümumiləşdirmə aparır, bədii təsvir və ifadə vasitələrindən istifadə edir, amma yazıçı fantaziyasına, təxəyyülünə geniş yol verilmir. Oçerklə tanış olan oxucu söhbətin konkret olaraq kimdən, real həyatda yaşayıb fəalliyyət göstərən hansı insandan getdiyini dərhal başa düşür. Oçerkdə bədiilik elementləri də olur. Oçerk bədii publisistikaya yaxın janrdır. Azərbaycan ədəbiyyatında Mir Cəlal, Əvəz Sadıq, Nurəddin Babayev və başqaları oçerkin gözəl nümunələrini yaratmışlar.
Naxçıvan çöçəsi
Naxçıvan kökəsi və ya çöçəsi - Naxçıvan mətbəxi, bayram kökəsi. Naxçıvan mətbəxinin özünəməxsus yeməkləri də vardır. Naxçıvan mətbəxi öz zənginliyi, heyrətamiz dadı ilə qonşu xalqların mətbəxinə də təsir edib. Naxçıvan mətbəxində parça bozbaş, küftə- bozbaş, çölmək pitisi, bozartma, çığırtma, dolma, kabab, xaş, əriştə, umac və s. geniş rast gəlinir. Burada yeməklərin şahı plov hesab edilir. Plovun qarası isə növbənöv olur və qoyun, mal, toyuq ətindən, çərəzdən (qoz, fındıq, şabalıd), meyvə qurularından(ərik, gavalı, alça və s.), göyərtilərdən və sair istifadə etməklə hazırlanır. Naxçıvan mətbəxi xəmir xörəkləri ilə də məşhurdur: əriştə aşı, umac aşı, buğda unu və düyü unundan hazırlanmış halvalar, xəşil, quymaq və sair. Süd və süd məhsullarından hazırlanan südaşı, bulama, qatıqaşı, qatıqlama,dovğa, ayranaşı, qurutaşı və sairənin Naxçıvan mətbəxində xüsusi yeri var. Azərbaycanda kabablar geniş yayılıb.Naxçıvanda lülə kabab, tikə kabab, basdırma kabab, tava kabab, saciçi və sair kabab növləri bişirilir.
Noam Çomski
Avraam Noam Çomski (ing. Abraham Noam Chomsky; 7 dekabr 1928[…], İst Ouk Leyn[d], Pensilvaniya) — ABŞ linqvisti , filosofu, tarixçisi və politoloqu. Çomski "müasir dilçiliyin atası" kimi qəbul edilir və analitik fəlsəfənin ən böyük nümayəndələrindən hesab edilir. Yəhudi əsilli Rusiya köçkünü Uilyam Çomskinin oğludur. Çomski Massaçusets Texnologiya İnstitutunda dilçilik üzrə professordur. Öz adıyla adlandırdığı "Çomski iyerarxiyası"nın yaradıcısıdır. İdeoloji cəhətdən anarxizm və azad sosializm tərəfdarıdır, Çomski müasir kapitalizmin və ABŞ-nin xarici siyasətinin alovlu tənqidçisi kimi tanınır. Çomski Filadelfiyada fəhlə sinfindən olan Aşkenazi ailəsində anadan olmuşdur. Erkən yaşlarından Nyu-Yorkdakı alternativ kitab dükanlarından anarxizmlə maraqlanmışdır. Pensilvaniya Universitetində təhsil almış, Harvard Araşdırmaçılar Cəmiyyətindəki bakalavr üstü araşdırması zamanı inkişaf etdirdiyi transformasianal qrammatika nəzəriyyəsi barədə 1955-ci ildə doktorantura işini müdafiə etmişdir.
Vlado Goreski
Vlado Goreski (21 aprel 1958, Bitola) — Makedoniyalı rəssam. Lyublyana, Sloveniya Rəssamlıq Akademiyasını, va Skopye İncəsənət Tarixini bitirib,,,,.. Beynəlxalq Qrafik Triennalının bədii rəhbəri - Monastır.. 100-dən çox qrup sənət sərgisində iştirak edib və iyirmi solo sərginin müəllifidir:Sloveniya, Xorvatiya, Fransa, İngiltərə, İtaliya, Meksika, Polşa, Rusiya, Yaponiya... Bədii uğurlarına görə iyirmidən çox mükafat qazandı. Vlado Goreski, Drypoint I, Galerie Jan SENNY, 2019. Vlado Goreski, Nocturne, variationer, Galerie Van Gis, 2018. Vlado Goreski, Cathedral – 2. Vlado Goreski, Drypoint I, 2019.
Yanda Koçeska
Yanda Koçeska (17 Fevral 1937 – 15 Dekabr 2008) — Polşalı aktrisa. O, 1959-cu il ilə 2008-ci il arasında 21-dən çox film və televiziya şousunda rol oynamışdır.
İvan Çerski
İvan Çerski (3 (15) may 1845, Svolno[d], Vitebsk quberniyası[d], Rusiya imperiyası – 25 iyun (7 iyul) 1892, Yakutsk vilayəti[d], Rusiya imperiyası) — Əslən polyak olub paleontoloq , osteoloq , geoloq , coğrafiyaşünas və Sibirin rus tədqiqatçısıdır. Baykalın sahillərinin ilk geoloji xəritəsini tərtib edib. və "Yer səthu relyerfinin inkişaf təkamülü" ideyasını irəli sürmüşdür. Vitebsk vilayətinin Drissenski rayonunun Svolna mülkündə (indiki Vitebsk vilayətinin Verxnedvinski rayonu) anadan olub. Vilna gimnaziyasında oxuyarkən elmə böyük həvəs göstərmişdir. 1860-cı ildən Vilnadakı Hökumət (zadəganlar) İnstitutunda təhsilini davam etdirmişdir. 18 yaşında ikən 1863–1864-cü illər üsyanında iştirak etmişdir. O, əmlakı müsadirə olunmaqla və zadəgan titulundan məhrum edilməklə Sibirdə müddətsiz hərbi xidmətə məhkum edilib. 1869-cu ildə İ. D. Çerski səhhətinə görə tərk etmək hüququ olmadan ordudan uzaqlaşdırıldı. 1871-ci ildən İrkutskda İmperator Rus Coğrafiya Cəmiyyətinin Şərqi Sibir şöbəsində işləyib.
Çəki
Çəki — cismin dayağa və ya asqıya göstərdiyi təsir qüvvəsi. Ədədi qiymətcə cismin ağırlıq qüvvəsinə bərabərdir: P=mg (m — cismin kütləsi, g — sərbəstdüşmə təcilidir). Cismin çəkisi qütblərdə ən böyük, ekvatorda isə ən kiçikdir, qütblərdən ekvatora getdikcə və Yer səthindən uzaqlaşdıqca cismin çəkisi azalır. Cəki dayağa və ya asqıya təsir edən qüvvə olduğündan onu yaylı tərəzi (dinamometr) vasitəsilə ölçmək olar. Çəki N, kQ və s. qüvvə vahidləri ilə ölçülür. Cisim şaquli yuxarı yönəlmiş a təcili ilə hərəkət edərsə onun çəkisi artar və P=m(g+a) olar. Əlavə yüklənmə – cismin çəkisinin onun ağırlıq qüvvəsinə olan nisbətinə deyilir, n=P\mg=m(g+a)\mg=1+a\g. Məsələn, kosmik uçuşa start götürdükdə kosmanavtlar əlavə yüklənməyə məruz qalırlar. Cisim aşağı yönəlmiş a təcili ilə hərəkət etdikdə isə çəki P=m(g-a) düsturu ilə hesablanar və azalar.
Anne Veski
Anne Veski (est. Anne Veski 27 fevral 1956, Rapla) — Sovet və Estoniya müğənnisi, Estoniya SSR-nin əməkdar artisti (1984). == Bioqrafiyası == 27 fevral 1956-cı ildə Estoniyanın Rapla şəhərində İlmar-Tınis Vaarmann (est. Ilmar-Tõnis Vaarmann; 1927-2005) və Ellen Vaarmannın (est. Ellen Vaarmann; 1930-1988) ailəsində doğulur. Orada musiqi məktəbini bitirir. Sonra Tallinn Politexnik İnstitutuna daxil olur. Universiteti itirdikdən sonra fabrikdə çalışır və Filarmoniyada pop-studiyaya işə götürülü. Mobile ansamblı ilə birlikdə çalışır. İlk estrada kompozisiyası (1980) - "Gül bağının kraliçası".
Beski Turner
Besi Turner (17 sentyabr 1977) — Birləşmiş Ştatları təmsil edən bədii gimnast. == Karyerası == Besi Turner Birləşmiş Ştatları 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 9-cu pillənin sahibi olub.
Cessi (ad)
Cessi — ad.
Cessi (dəqiqləşdirmə)
Cessi (müğənni)
Cessi (müğənni)
Cessika Ho (ing. Jessica Ho; (doğum adı kor. 호현주),(ing. Ho Hyun-joo); 17 dekabr 1988, Nyu-York, Nyu-York ştatı), səhnə adı ilə Cessi (ing. Jessi) Cənubi Koreyada yaşayan Koreyalı-Amerikalı reper, müğənni və mahnı müəllifidir. Nyu Yorkda anadan olub və 15 yaşında Cənubi Koreyaya köçüb. == Karyera == === 2005–2014: Erkən karyera və Lucky J === Cessi 2005-ci ildə "Get Up" tək albomu ilə debüt etdi. 2006-cı ildə "Uptown" hip-hop qrupu onu orijinal vokalist Yun Mirae-ni əvəz edərək, ""Testimony albomunda təqdim etdi. 2009. Sərbəst buraxıldıqdan sonra musiqiyə ara verdi və ABŞ-yə qayıtmaq üçün Koreyanı tərk etdi.
Cessi (teleserial)
Cessi (ing. Jessie) — baş rolda Debbi Rayanın çəkildiyi Disney Channel orjinal serialıdır. Serialın mövzusu Texasdan Nyu-Yorka iş tapmaq məqsədilə köçən Jessienin təsadüfi şəkildə dayə kimi işləməsi ilə başlayar. Jessie, fərqli cəmiyyətlərdən gəlmiş dörd uşağa dayəlik edəcəkdir və dayəlik mövzusunda problemləri vardır. Lukun Cessidən xoşu gəlir, Zurinin xəyali dostları vardır, Emma telefona çox bağlıdır, Ravinin nəhəng bir kərtənkələsi və çox fərqli dünyagörüşü vardır.
Cessi Deminge
Cessi Deminge (7 yanvar 1998-ci ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Stad Malerbe Kann klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Fransalı futbolçudur. == Peşəkar karyerası == Deminge 2009-cu ildə Kann klubunun akademiyasına qəbul olmuşdur. Deminge 2017-ci ilin sentyabr ayında əsas komanda ilə məşqlərə başlamışdır. O, peşəkar karyerasında debütünü 5 noyabr 2017-ci ildə Liqa 1 görüşündə Olimpik Marsel klubuna qarşı etmiş və komandası 0-5 hesabı ilə məğlub olmuşdur. == Şəxsi həyatı == Deminge Kann şəhərində anadan olmuşdur. Valideynləri isə Norman vətəndaşlarıdır. O, keçmiş futbolçu olan Yoelin 11 övladından biridir.
Cessi Endrüs
Cessi Endrüs (ing. Jessie Andrews; 22 mart 1992, Mayami, Florida) — ABŞ pornoaktrisası, dizayneri, istehsalçısı, modeli, DJ-i, sahibkarı və fotoqrafı. Endrüs porno sənayesində əsasən 2010–2015-ci illərdə fəal olub.
Cessi Ceni
Cessi Ceni (16 iyul 1980, Fort Vort – 24 yanvar 2024, Mur[d], Oklahoma) — amerikalı pornoaktrisa və model. == Həyatı == Ceni hərbçi atanın övladı olaraq ABŞ-nin Orta Qərb ştatlarında müxtəlif hərbi bazalarda böyüyüb. Uşaqlığından rəqs kurslarına yazılıb və Kanzas ştatının Rose Hill şəhərində lisey təhsili zamanı məktəbində Çirlidinq seçilib. Ceni orta məktəbi Oklahoma ştatının Mur şəhərində bitirib. 17 yaşında bir huter qızı kimi ilk işinə girib, daha sonra isə, 19 yaşında Havay Tropikində yeni işə düzəlib. == Şəxsi həyatı == 2000-ci ildə Cenin bir oğul dünyaya gətirib. O, eyni zamanda porno ulduz olan Rik Patriklə 2007-ci ildə evlənib. Bu ildən sonra Ceni əri ilə Oklahoma şəhərində yaşamağa başlayıb. Ceni özünü biseksual kimi təsvir edib. 2004-cü ildə Ceni Hovard Stern Şouda uşaqlıq boynu xərçənginə görə histerektomiya keçirdiyini açıqlayıb.
Cessi Pinkman
Cessi Pinkman (ing. Jesse Pinkman) — "Breaking Bad" serialının əsas personajlarından biri. Aaron Pol tərəfindən canlandırılıb. Cessi keçmiş kimya müəllimi Volter Vayt (Brayan Krenston) ilə birlikdə kristal met hazırlayıb satır. Cessi teleserialın bütün seriyalarında görünən yeganə personajdır. Pol 2019-cu ildə buraxılan "El Kamino" spin-off filmində rolunu yenidən ifa etdi, həmçinin o 2022-ci ildə "Ən yaxşısı Sola zəng et" teleserialının final mövsümündə də rol aldı. Vins Qilliqan Cessini serialın ilk mövsümünün sonunda öldürməyi planlaşdırırdı, lakin Aaronun performansını və personajın tamaşaçılar tərəfindən sevildiyini gördükdən sonra fikrini dəyişdi. Tənqidçilər Cessinin dəyişməsindən xüsusilə təsirləndilər, o, xoşagəlməz bir narkotik satıcısından teleserialın sevilən qəhrəmanına çevrildi. Pol ifasına görə 2010, 2012 və 2014-cü illərdə "Praymtaym Emmi" mükafatına layiq görülüb. == Bioqrafiya == Cessi Brüs Pinkman Nyu-Meksiko ştatının Albukerke şəhərində orta təbəqəli bir ailədə anadan olub.
Co Peski
Cozef Frank Peski (9 fevral 1943, Nyuark, Nyu-Cersi) — amerikalı aktyor və musiqiçidir. O, müxtəlif janrlarda sərt, dəyişkən personajları canlandırması və Raging Bull (1980), Bomba oğlanlar (film, 1990), Kazino (1995) və "İrlandiyalı (film, 2019)" filmlərində Robert De Niro və Martin Scorsese ilə əməkdaşlığı ilə tanınır. . O, həmçinin Bir Zamanlar Amerikada (1984), Moonwalker (1988), JFK filmlərində göründü.(1991), Bronx Tale (1993) və The Good Shepherd (2006). Pescinin komediya rollarına "Evdə tək)" (1990–1992), " My Cousin Vinny" (1992) və " Lethal Weapon " (1989–1998) franşizasının ilk iki hissəsi kimi filmlər daxildir. Pesci Qudfellas filmindəki qanqster personajı Tommy DeVito roluna görə Ən Yaxşı Köməkçi Aktyor nominasiyasında Akademiya Mükafatını qazandı və "Raging Bull" və "İrlandiyalı" filmlərində Coey LaMotta və Russell Bufalino obrazlarına görə eyni kateqoriyada daha iki nominasiya qazandı . 1999-cu ildə aktyorluqdan getdiyini elan etdi, lakin o vaxtdan sonra dörd filmdə daha rol almağa qayıtdı.
İbrahim Həski
İbrahim Həski və ya İbrahim Paşa Həski Telli (kürd. Biroyê Heskê Têlî; II minillik – 25 iyul 1931, Çaldıran şəhristanı) — kürd hərbçisi, siyasətçisi və Ağrı Respublikasının prezidenti. Cəlali tayfasından idi. == Həyatı == İbrahim Həski Diyadində anadan olmuşdur. Atasının adı Həsk, anasının adı Tellidir. Cəlali tayfasının Həsəsori qolundan idi. Müxtəlif mənbələrdə onun adı "İbrahim Ağa", "İbrahim Paşa", "Həskizadə İbrahim", "Bırho", "Bro Həski Telli" və s. adlandırmışdır.