Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ortit
Ortit — mineral, (Ce, Ca)2(Fe2+, Fe3+, Mg)Al2 [OïOHïSiO4ïSi2O7] == Haqqında == Ortit - monoklinik. Kristalları prizmatik, lövhəcikvari. Aqreqat dənəvər qeyri-düzgün ayrılmalar. Rəngi qonur, qara. Parıltısı qatranı. Sərtliyi 6-dək. Xüsusi çəkisi 3,2-4. Radioaktivdir. Qranitlərdə, qranitli peqmatitlərdə, bəzən qələvi peqmatitlərdə; hidrotermal, qreyzen və başqa yataqlarda məlumdur. Növ müxtəlifliyi: naqatelit, ittriumlu ortit Qurğuşun üsulu ilə mütləq yaşın təyinində istifadə edilir.
Ostin
Ostin (Texas)
Osetin dili
Osetin dili (öz adlanması İron əvzaq) — Hind-Avropa dillərinin hind-fars dilləri qrupunun şərqi-fars yarımqrupuna aiddir, alan və skiflərin dilləri ilə genetik bağlılığı saxlayır. Şimali Osetiyada və Cənubi Osetiyada yayılıb. Danışanların ümumi sayı 450—500 min nəfər qiymətləndirilir (Rusiyada 431–451 nəfər), onlardan Şimali Osetiyada 380–450 min nəfərdir. 2002-ci il siyahıyalınmasına görə Rusiyada osetin dilini istifadə edən 10388 rus, 1107 kabardin, 837 inquş və 3200 gürcü yaşayır. == Mənbə == Портал по документации и исследованию грамматики осетинского языка Arxivləşdirilib 2014-03-22 at the Wayback Machine Национальный корпус осетинского языка Клуб аланского языка (самоучитель, тексты, словарь, музыка) Иронский текст с параллельным переводом на дигорский Осетинский язык online (словари, учебные материалы, подборка ссылок) Абаев В. И. Краткий грамматический очерк осетинского языка Багаев Н. К. Современный осетинский язык Грамматика осетинского языка (под ред.
Osetin dəstəsi
Osetin dəstəsi (erm. Օսական ջոկատ; rus. Осетинские добровольцы) - Qarabağ müharibəsi zamanı ermənilər tərəfindən döyüşmüş əsasən etnik osetin və kabardinlərdən təşkil olunmuş hərbi dəstə. Osetin otryadı adı ilə tanınmış dəstəyə millətcə osetin olan mayor Mirzə Abayev rəhbərlik etmişdir. == Arxa plan == Osetin dəstəsinin Qarabağ müharibəsinə gəlişi 1992-ci ildə baş vermişdir. 30 osetin, 3 rusiya ermənisi, 1 kabardin, 1 rus və 1 nəfər tatardan ibarət, ümumilikdə 36 nəfərdən ibarət dəstə 1992-ci ildə Rusiyadan Qarabağa gəlmişdir. Dəstə üzvlərinin əksəriyyəti Qarabağ müharibəsindən əvvəl Gürcü-osetin münaqişəsində aktiv iştirak etmişdir. Dəstə, Ağdam, Cəbrayıl, Ağdərə və Füzuli rayonlarının işğal olunmasında fəal iştirak etmişdir. Dəstə üzvü olan Boris Əliyevin Ağdərə rayonun işğalında səhra komandiri olduğu və Azərbaycan ordusu tərəfindən öldürüldüyü məlumdur. Dəstənin tanınmış döyüşçülərindən Georgi Vəliyev (qranatamyotçu), Oleq Qusov (Tsxinvalidən xüsusi təyinatlı), Qulbeq İnalov (Tsxinvalidən xüsusi təyinatlı), Nurmaqomed Budaev, Aleksandr Zanqiev, Boris Əliyev və Zaurmaq Barayevi misal göstərmək olar.
Osetin piroqu
Osetin piroqu-(oset. чъиритæ; в — къеретæ) Xəmir və içlikdən ibarət piroqdur. == Haqqında == Diametri 30–40 sm, qalınlığı isə 2 sm olur. Bəzən üçbucaq formasında olur. Məşhur Osetin piroqunun tarixi 1 əsrə aiddir. Osetin mətbəxinin tarixinə Osetin xalqının tarixi də təsir etmişdir (məs: skif, sarmat, alanlar) ki, onun da tərkibində süd və ət məhsulları üstünlük təşkil edir. Əvvəllər Osetin piroqları mayasız xəmirlərdən hazırlanırdı. Adətən o nazik olurdu və onun hündür olması onu hazırlayanın bacarıqsız olmasını göstərirdi. == Çeşidləri == İçliyindən asılı olaraq Osetin piroqlarının müxtəlif adları olur. Əsas növləri: Davondjin (осет.
Çikaqo Outfit
Çikaqo Outfit (ing. Chicago Outfit) — Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən mafiya klanı. Klan 1910-cu ildə yaradılmışdır. Bu zamana qədər, klana 16 mafia donu rəhbərlik etmişdir. Onlardan bütün dünyada məşhur olan Al Kapone, Conni Torrio, Frenk Nitti və Pol Rikkanı misaı göstərmək olar. Hal-hazırda klana Con Di Fronzo rəhbərlik edir.
İşutin dərnəyi
İşutin dərnəyi — ziyalı qruplarının sui-qəsdi vasitəsilə kəndli inqilabı hazırlamağı qarşıya məqsəd qoymuş gizli inqilabi təşkilat; 1863-cü ilin sentyabrında N.A.İşutin yaratmışdı. Görkəmli nümayəndələri N.A.İşutin, P.D.Yermolov, D.V.Karakozov və başqaları idi. Dərnəyin üzvləri 1864-cü ilin dekabrında Y.Dombrovskinin həbsxanadan qaçırılmasında iştirak etmişdilər. İşutinçilər utopik sosializmi təbliğ edir, xalqa yaxınlaşmağa çalışırdılar (pulsuz məktəb və s.). Sonralar İşutin dərnəyində sui-qəsdçilik, terrorçuluq meylləri daha da güclənmişdi. 1865-1866-cı illərdə işutinçilər N.Q.Çernışevskini katorqadan qaçırmağa cəhd göstərmişdilər. Karakozovun çar II Aleksandra müvəffəqiyyətsiz sui-qəsdindən (4 aprel 1866) sonra təşkilatın üzvlərinin xeyli hissəsi cəzalandırıldı.
Otit
Otit (q.yun. οὖς, ὠτός) — qulaqda iltihablı proses kimi yayılan qulaq, burun, boğaz xəstəliyi. Patoloji prosesin lokalizasiyasından asılı olaraq (xarici, orta və ya daxili qulağın strukturlarında) aşağıdakılarla fərqlənir: xarici otit orta otit labirint (daxili qulağın iltihabı) Otit xəstəliyi hər yaşda, xüsusən də uşaqlarda baş verə bilən xəstəlikdir. Ən çox yayılan orta qulağın iltihab xəstəliyidir. 3 yaşa qədər uşaqların 80%-də ən azı bir dəfə otit xəstəliyi müşahidə olunub. == Xarici otit == Xarici otit — orta qulaq kanalının iltihabı — məhdud və ya diffuz ola bilər. Xarici qulağın məhdud iltihabı tez-tez furunkulyozla təmsil olunur. Xarici eşitmə kanalının diffuz iltihabı əsasən xroniki irinli otitdə, müxtəlif bakteriyaların dəriyə və dərialtı təbəqəyə nüfuz etməsi, həmçinin göbələk infeksiyası ilə müşahidə olunur. İltihabı proses hərdən qulaq pərdəsinə qədər yayılır. == Orta otit == Orta otit — orta qulağın iltihabıdır.
Ceyn Ostin
Ceyn Ostin(ing. Jane Austen; 16 dekabr 1775[…], Stiventon[d], Hempşir qraflığı[d][…] – 18 iyul 1817[…], Uinçester) — ingilis yazıçısı. == Həyatı == İngilis yazıçısı Ceyn 1783-cü ildə təhsilinə Oksfordda başlamış, Sauzamptonda davam etmiş, ən sonunda isə qızlar məktəbində oxumuşdur. Kənd keşişinin yeddinci uşağı olan Ceyn öz dövrünə uyğun gözəl təsvirlər və obrazlar yaratdığına görə romanları klassiklər sırasında yer almağı bacarmışdır. 1805-ci ildə atasının ölümündən sonra əvvəlcə Sauzamptona, 1809-cu ildə isə varlı qardaşının yanına köçür. Həmin ev günümüzdə ev muzeyi kimi fəaliyyət göstərək, turistlərin sıx ziyarət etdiyi məkanlardan sayılır.1789-cu ildən roman yazmağa başlayan Ceynin romanlarının baş qəhrəmanları qadınlardır, əsərlər hər zaman xoşbəxt evliliklə başa çatır. İlk olaraq "Eşq və yaşam" adlı kitabı nəşr edildi, daha sonra isə bu siyahını "Qürur və qərəz", "Mansfild parkı", "Emma" davam etdirdi. 1816-cı ilin əvvəlindən özünü pis hiss etməyə başlayan Ceyn, əvvəlcə öz xəstəliyini danır, çalışmağa, ənənəvi ailə fəaliyyətlərində iştirak etməyə davam edir. Lakin xəstəliyi get-gedə irəliləyir, xəstəliyinə çarə tapmayan ailəsi 1817-ci il iyulun 18-də Ceyni itirir. == Həyatı == Ceyn Ostinin həyatı haqqında sağ qalan məktublardan və ailə üzvlərinin yazdığı kiçik bioqrafik notlardan əlavə məlumat yoxdur.
Con Ostin
Con Ostin (ing. John Austin; 3 mart 1790[…] – 1 dekabr 1859) — ingilis hüquqşünası. Hüquqi pozitivizm prinsiplərinin nəzəri cəhətdən əsaslandırılması ilk dəfə Con Ostindən başlamışdır. Con Ostin Ceremi Bentamın utilitarizminin davamçısıdır. İngiltərə və ABŞ-nin hüquqi elmlərində Ostinin əsərlərinin təsiri altında analitik hüquqşünaslıq adı ilə tanınmış nümayəndəli məktəb formalaşmışdır. == Fəaliyyəti == Con Ostin 1832-ci ildə London Universitetində oxuduğu mühazirələrin bir hissəsini "Hüquqşünaslıq sahələrinin müəyyənləşdirilməsi" adı ilə kitab halında çap etdirmişdir. Bütövlükdə onun "Hüquqşünaslıq və ya pozitiv hüquq fəlsəfəsi üzrə mühazirələr"i 1863-cü ildə ölümündən sonra nəşr edilmişdir. Ostin təbii hüququ və dövlətdə fəaliyyətdə olan qanunlara qiymətləndirici yanaşmanı inkar etmirdi, ancaq bu problemləri hüquqşünaslıq hüdudlarından kənara çıxarmışdı. O, insanın cəmiyyətdə davranışını müəyyən edən qanunların aşağıdakı növlərini ayırırdı: ilahi qanunlar — Ostin bu termini daha üstün tutur və təbii hüquqdan daha dəqiq hesab edirdi. rəylərə əsaslanan pozitiv əxlaq qanunları — məsələn, vicdan qanunları dövlət hakimiyyətinin təyin etdiyi pozitiv qanunlar Göstərilən qanun növləri, müvafiq olaraq, etika və ya dentologiya, əxlaq elmi və hüquqşünaslıq kimi elmləri öyrənir.
Ostin (Texas)
Ostin (ing. Austin) — Texas ştatının cənub-mərkəzi hissəsində yerləşən Travis şəhəri dövlət paytaxtı və inzibati mərkəzi olan ABŞ-də bir şəhərdir. Şəhər 1839-cu ildə təsis edilib və müstəqil Texas qurucularından biri olan Stephen Austinin şərəfinə adlandırılıb. Ostin Texasda 4-cü ən böyük şəhərdir. ABŞ-də isə ən böyük 14-cü (2010-cu ildə 790.390 nəfər, 2017-ci ildə təxminən 950.715 nəfər) şəhərdir. Ostin ABŞ-nin ən böyük universitetlərindən birinə - Texas Universitetinə ev sahibliyi edir.
Ostin (İtaliya)
Austis (sardin. Aùstis) — Sardiniyanın Nuoro əyalətindəki kommuna və kiçik şəhər. Sahəsi 50,81 km²-dir. Kommunanın əhalisi 820 nəfər, əhalinin sıxlığı isə 16 nəfər/km²-dir. == Qonşu kommunalar == Austis kommunası aşağıdakı kommunalarla həmsərhəddir: Neoneli, Nughedu Santa Vittoria, Olzai, Ortueri, Sorgono, Teti və Tiana.
Ostin Tran
Ostin Çemberlen
Ostin Çemberlen (ing. Joseph Austen Chamberlain; 16 oktyabr 1863[…], Birminhem, Vorvikşir qraflığı – 16 mart 1937, London) — Böyük Britaniya dövlət xadimi. == Haqqında == Mühafizəkar C. Çemberlenin oğlu. 1892-ci ildən parlament üzvü idi. 1924–29-cu illərdə xarici işlər naziri olmuşdur. Böyük Britaniyanın Avropada rəhbər mövqe tutmasına səy göstərmiş, SSRİ və Fransaya qarşı mübarizə məqsədilə Almaniyanın yenidən militaristləşdirilməsinə tərəfdar çıxmışdır. Çemberlen SSRİ ilə diplomatik əlaqələri kəsməyin (1927, may) və ona qarşı yeni hərbi müdaxilə cəhdlərinin təşəbbüsçülərindən biri olmuşdur. Ömrünün son illərində Almaniyanın təcavüzkarlıq niyyətlərinin təhlükəli olduğunu göstərmişdir.
Osumi adaları
Osumi adaları (yap. 大隅諸島) — Yaponiyaya aid olan Sakit okeanda vulkanik adalar qrupu. Onlar Ryukyu adalarının (Nansei) bir hissəsidir. Kyuşu və Tokara adaları arasında yerləşir. Şərqi Çin dənizini Sakit Okeanla birləşdirən 28,2 km enində Osumi boğazı ilə Kyuşunun cənub sahilindəki Osumi yarımadasından ayrılır. Ən yüksək nöqtəsi Yakuşima adasında dəniz səviyyəsindən 1935 m hündürlükdə olan Miyanoura dağıdır. Adalar inzibati cəhətdən Kaqoşima prefekturasına daxildir. Ərazilərdə Subtropik okean iqlimi hakimdir.
Osumi boğazı
Osumi boğazı ja/大隅海峡 Ryukyu adalarının sonunda yerləşir. Ryukyu adasını Osumi adasından ayırır. Sakit okeanını Şərqi Çin dənizi ilə birləşdirir. Uzunluğu 35 km, eni isə 28–45 km arasında dəyişir. Dərinliyi 70–150 m arasında dəyişir. Dalğaların hündürlüyü 2–2,5 m təşkil edir. Axınlar əsasən şərqə istiqamətlənir. Ən güclü axınlar may-avqust, yanvar-fevral aylarında müşahidə edilir. Axınların sürəti 7,5–9 km/s təşkil edir.
Patti Ostin
Patti Ostin (ing. Patti Austin; 10 avqust 1950, Nyu-York, Nyu-York ştatı) — Qremmi mükafatlı ABŞ R&B və caz müğənnisi.
Sutat (Əhər)
Sutat (fars. سوتات‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 176 nəfər yaşayır (36 ailə).
Yoşinori Oşumi
Yoşinori Oşumi (yap. 大隅 良典, Ōsumi Yoshinori; 9 fevral 1945[…], Fukuoka, Fukuoka prefekturası, Yaponiya) — Yaponiyalı sitolog(Sitologiya-hüceyrələr haqqında elmdir) alim.Əsas işi autofagiyadır.Bu proses hüceyrə komponentlərinin məhv edilməsi və təkrarlanmasını özündə ehtiva eləyir.Oşumi Tokio Texnologiya İnistutunun İnnovativ Tədqiqatlar inistutunun professorudur.O.fundamental elmlər üzrə 2012-ci ildə Kioto mükafatını alıb,2016-cı ildə Fiziologiya və Tibb üzrə Nobel mükafatına ,2017-ci ildə isə autofagiya mexanizimləri üzərində apardığı işlərə görə Tibb elmində inkişafa(Breakthrough Prize in Life Sciences) görə mükafatına layiq görülmüşdür. 3 oktyabr 2016-cı ildə autofagiya mexanizmlərinin tədqiqatı işi ilə əlaqədar Fiziologiya və tibb üzrə Nobel mükafatı alıb. == Həyatı və iş fəaliyyəti == Oşumi 1945-cı ilin 9 fevralında Yaponiyanın Fukuoka şəhərində doğulub.O.1967-ci ildə bakalavr dərəcəsini,1974-cü ildə isə elmlər doktoru dərəcəsini almışdır.Hər ikisini də Tokio universitetində.1974-1977-ci illərdə isə ABŞ-nin Nyu-York şəhərində yerləşmiş Rokfeller universitetində postdoktorantura dərəcəsinə yiyələnmişdir. O,1977-ci ildə Tokio Universitetində elmi işçi vəzifisində çalışmışdır.1986-cı ildə mühazirəçi müəllim vəzifəsinə təyin olunmuşdur.1988-ci ildən isə dosent vəzifəsində çalışmışdır.1996-cı ildə isə o, Yaponiyanın Okozaki şəhərində yerləşmiş Əsas Biologiya İnistutunda professor vəzifəsində çalışmışdır.O,həm də 2004-2009-cu illərdə Hayama Prespektiv Araşdırmalar Universitetində çalışmışdır.2009-cu ildə isə o üç universitetdə fəxri professor vəzifəsinə layiq görülmüşdür.2014-cü ildə təqaüdə çıxmasından sonra o,Tokio Texnologiya İnstitutunun İnnovativ Tədqiqatlar İnstitutunda professor vəzifəsində çalışıb.Hal-hazırda o,adıçəkilən inistutda sitologiya üzrə öz elmi araşdırmalarına davam eləyir. Autografiya-hələ o, öz elmi karyerasına başlamazdan öncə bir çox elm adamına məlum idi.Bu termin 1963-cü ildə yaradılmışdır.1990-cı illərdə Oşumini bir neçə elm adamı birgə maya içərisində autografiyanın morfologiyasını və hüceyrələrin autografiya qabiliyyətinə sahib olması üçün əsas genləri müəyyən edən maya hüceyrələrində mutasiya skrinina keçirildi. 2016-cı ildə o, "autografiya mexanizmlərinin kəşfinə görə" Fiziologiya və Tibb üzrə Nobel mükafatını qazanmışdır.O,25-ci Yaponiyalı alim olduki,Nobel mükafatına layiq görülüb.Oşuminin həyat yoldaşı Mariko isə Teikyo universitetində professor vəzifəsində çalışır.Oşumi ilə birgə bir neçə elmi məqalənin müəllifidir.
Osuqi Sakae
Osuqi Sakae (大杉 栄, 17 yanvar 1885, Maruqame, Kaqava prefekturası – 16 sentyabr 1923, Tokio[d]) – Yaponiya anarxisti. Tayşo dövrünün ən tanınmış radikal anarxisti və solçu lideri olmuşdur. == Həyatı və fəaliyyəti == Osuqi Sakae 17 yanvar 1885-ci ildə Kaqava prefekturasının Maruqame şəhərində doğulmuşdur. O, orduda xidmət edən bir zabitin ilk uşağı idi. 14 yaşında Naqoya Hərbi Akademiyasına daxil olsa da, 1901-ci ildə əmrə itaətsizlik səbəbilə uzaqlaşdırılmışdır. Psixoloji müalicə aldıqdan sonra təhsilinə Tokioda davam etdirməyə başlamış və Hərbi Heyət Kollecində fransız dili təlimçisi olmuşdur. Bu dövrdə Kotoku Şusui və Sakay Toşihikonun solçu ideyaları ilə tanış olmuşdur. Onun diqqətini anarxizm yox, cəmiyyətin təbiət kimi daim dəyişdiyini iddia edən təkamülçü nəzəriyyələr cəlb etmişdi. Osuqi 1906-cı ilə qədər Yaponiya radikalizminin passiv iştirakçısı olmuşdur. 1906-cı ildə Tokio tramvaylarında gediş haqqının qaldırılması səbəbilə başlamış etiraz aksiyalarına qoşulmuş və həbs edilmişdir.
Gürcü-osetin münaqişəsi
Gürcü-osetin münaqişəsi - XX əsrdə gürcü və osetin xalqları arasında başlamış və çoxsaylı qurbanlara gətirib çıxaran münaqişədir. Münaqişə 1989-cu ildə alovlanıb və Cənubi Osetiya müharibəsi (1991-1992) ilə nəticələnib. 2008-ci ildə baş vermiş Rusiya-Gürcüstan müharibəsi (2008) səbəblərindən biri də gürcü-osetin münaqişəsi olmuşdur. == Tarixi münasibətlər == Gürcü-osetin münasibətləri qədim tarixə malikdir. Bu iki xalq arasında münasibətlər IX-XII əsrlərdə siyasi və hərbi səbəblərlə əlaqədar intensivləşmişdir. XI əsrdən etibarən Gürcüstan və Osetiyanın hakim dairələri arasında əlaqələri möhkəmləndirmək məqsədilə orta əsrlərdə tərəflərin qarşılıqlı dəstək və əməkdaşlığını təmin edən sülalə nigahları sürətləndi. Məsələn, I Georgi (1014-1027) Osetin şahzadəsi Aldayla evlənmişdi, onun qardaşı IV Baqrat (1027-1072) osetin çarının qızı Dorqolelinin bacısı ilə evləndir. XI əsrdə tərtib edilmiş gürcü yazılı mənbələri e.ə I minilliyin 2-ci yarısından başayaraq, xüsusilə yadelli işğalçılarla birgə mübarizədə ifadə olunan gürcü-osetin siyasi və hərbi əməkdaşlığı haqqında məlumat verir. XI əsr gürcü tarixçisinin verdiyi məlumata görə gürcülər müstəqilliyə e.ə III əsrdə eqris və osetinlərin köməyi ilə nail oldular. Osetinlər əsasən Şimali Qafqazda məskunlaşmışdılar.
Osetin-inquş münaqişəsi
Osetin-inquş münaqişəsi — 31 oktyabr — 4 noyabr 1992-ci il tarixlərində silahlı toqquşmalara səbəb olan Şimali Osetiyanın (Rusiya Federasiyası) Priqorodnı rayonu ərazisində osetin və inquş xalqlarının çox sayda qurbanlarına səbəb olan etno-siyasi qarşıdurma. Münaqişənin dərin siyasi və etnik kökləri vardır. Hər iki xalq həm osetinlər, həm də inquşlar bir — birlərini bu ərazilərə gəlmə hesab edir və Vladiqafqaz şəhərini və ətrafını öz doğma torpaqları sayırdılar. Çar Rusiyası tərəfindən bölgənin işğalına qədər hər iki xalq mehriban qonşuluq şəraitində yaşamışdır. Çar höküməti bölgəni ələ keçirdikdən sonra inquşlarla müqayisədə xristian dininə malik olan osetinlərə daha geniş hüquqlar tanımışdı. Nəticədə inquşlar malik olduqları torpaqların bir hissəsindən məhrum oldular. 1920-ci ildə Sovet hakimiyyəti qurulduqdan sonra vətəndaş müharibəsi zamanı onların tərəfini saxlayan inquşlara əvvəllər malik olduqları ərazilərin bir hissəsi geri qaytarıldı. Vladiqafqaz hər iki xalqın vahid şəhəri tanınmış və Şimali Osetiya və İnquş Muxtar Vilayətlərinin bütün inzibati orqanları burada yerləşdirilmişdi. Lakin 1928-ci il oktyabrın 13-də Vladiqafqaz şəhərinin Şimali Osetiya Muxtar Vilayətinin tərkibinə verilməsi qərarı inquşların narazılığına səbəb olmuşdur. 1944-cü ildə inquşların deportassiyasından sonra İnquş Muxtar Vilayətlərinin əraziləri bölüşdürülmüş və onun torpaqlarının bir hissəsi Şimali Osetiyaya çatmışdır.
Ceyk Ti Ostin
Jake Toranzo Austin (d. Jake Toranzo-Szymanski, 3 dekabr 1994, Nyu-York, Nyu-York ştatı), ABŞ-lı gənc aktyor. Veyverli Pleysli sehrbazlar adlı Disney Channel orijinal serialında Max Russo rolunu canlandıraraq şöhrət qazanmışdır. Bunun yanında Nickelodeonda yayımlanan "Go, Diego, Go!" 'da Diegonu səsləndirmişdir. == Həyatı == Nyu-Yorkda Giny Rodriquez Toranzo v' Joe Szymanskinin övladı olaraq Jake Toranzo-Szymanski adıyla dünyaya gəlmişdir. Onun Ava adında kiçik bir qardaşı var. Atası mənşə olaraq Polşalı, İngilis və İrlandalıdır. Anası isə Puerto Riko və Argentina kökənlidir.Jake T. Austin'in ailəsi 'CLARKSVILLE Inn' adlı tarixi bir restorana malikdir. WEST NYACK, New Yorkda yerləşən restoran, əslində bir otel olaraq 1840-ci ildə açılıb. Ayrıca onların Bogey və Beju adında iki itləri vardır.
Ostin Texas Universiteti
Ostin Texas Universiteti (ing. The University of Texas at Austin) — ABŞ-nin Texas ştatının Ostin şəhərində yerləşən ali təhsil müəssisəsi; ştatın böyük elmi-tədqiqat mərkəzlərindən biridir. == Tarixi == Texasda dövlət universitetinin yaranması haqqında ilk məlumat 1827-ci ilə təsadüf edir. Həmin dövrdə Texas Meksika dövlətinin tərkibində idi və burada ilk universitet yaradılması haqqında maddə Meksika dövlətinin konstitusiyasında qeyd olunmuşdu. Konstitusiyada incəsənət və elm sahələrini əhatə edən universitetin yaradılması göstərilsə də, həmin dövrdə Meksika hökuməti bu istiqamətdə heç bir tədbir görmür. 1836-cı ildə Texas müstəqillik əldə edir. Həmin dövrdə Texas Konqresi Respublika Konstitusiyasını qəbul edir. Konstitusiyanın ölkədə dövlət təhsilinin yaradılması haqqında maddəsinə əsasən Texasda iki universitet və iki kollec yaradılması haqqında məsələyə toxunulur. Nəhayət, 1839-cu ildə Texas Konqresi ali məktəb yaradılması üçün 50 liq (Latın Amerikasında qeyri-rəsmi ölçü vahidi) torpaq sahəsi, eləcə də yeni paytaxt Ostində 14 akr (160000 m²) ərazi ayırır. 1846-cı ildə Texas Amerika Birləşmiş Ştatlarının tərkibinə birləşdirilir.
Ostin və Elli
Ostin və Elli bir Disney Channel orjinal serialıdır. Serial 4 dekabr 2011 - də başladı. Ondan əvvəl serialın ön nümayişi 2 dekabrda oldu. == Hekayə == Serialda mahnı yazan Elli ilə rok oxuyan Ostinin hekayələrinin birləşməsiylə reallaşar. Elliin atası musiqi alətləri marketində işlətməkdədir. Ostin ilə Elli bu dükanda qarşılaşar. Elli mahnı yazarkən Ostin onun otağına girər. Ostinin beyninə bu mahnı qazıntınmışdır. Bu mahnının Ellinin mahnısı olduğunu bilmədən oğurlayar və bu mahnıya video çəkər. Bu şəkildə bir gecədə məşhur olan Ostinə Elli çox hirslidir.