Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Parçı
Xanlıqlar (Parçı) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. == Toponimikası == Şərur rayonunun Eyniadlı i.ə.v. də kənd . Düzənlikdədir. Yaşayış məntəqəsi vaxtilə Naxçıvan xanlarına məxsus Xanlıq adlanan mülk yerinin ərazisində salındığı üçün belə adlanır.
Qayçı
Qayçı — müxtəlif materialları kəsmək üçün alət və ya maşın. E.ə. III əsrdən məlumdur. İlk qayçılar qövsəoxşar, yaylı metal lövhə ilə birləşdirilmiş 2 bıçaqdan ibarət olmuşdur. Qayçının əsas işlək hissəsi materialı kəsən bir cüt (yaxud bir neçə cüt) bıçaqdır. Əl qayçısı ilə parça, kağız və b. materiallar kəsilir. Məişətdə və tibdə işlədilən, həmçinin çilingər, dərzi və s. qayçıları da olur. Müxtəlif materialları kəsmək üçün stasionar və gəzdirilə bilən (diskli və düzxətli bıçaqları olan) quruluşlar tətbiq edilir.
Yaycı
Yaycı (Culfa) — Azərbaycannın Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. Yaycı (Gorus) — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Gorus rayonunda kənd. Yaycı (Vedi) — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi rayonunda kənd. Yaycı (Dərəçiçək) — Yaycı (Qırxbulaq) — Yaycı stansiyası — Culfa rayonunda dəmiryolu stansiyası. Yaycı — Culfa rayonu ərazisində çay. Araz çayının sol qoludur.
Aşağı Yaycı
Aşağı Yaycı — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. == Toponimikası və tarixi == Arpaçayın sol sahilində, Dərələyəz silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsini 1928-ci ildə keçmiş Yəyci (indiki Yuxarı Yəyci) kəndindən çıxmış bir qrup ailə salmışdır. Oykonimin birinci komponenti yaşayış məntəqəsinin coğrafi mövqeyi ilə bağlıdır, ikinci komponenti isə türk mənşəli yaycı tayfasının adını əks eldirir. 29 mart 2005-ci ildə Gümüşlü və Şahbulaq kəndləri Aşağı Yaycı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Gümüşlü kəndi mərkəz olmaqla, Gümüşlü kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Coğrafiyası və iqlimi == Rayon mərkəzindən 10 km şimal-şərqdə, Arpaçayın sol sahilində, Dərələyəz silsiləsinin ətəyindədir. == Əhalisi == Əhalisi 1599 nəfərdir.
Parçi (Xoy)
Parçi (fars. پارچي‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Parçı imamzadəsi
Parçı imamzadəsi — Şərur rayonunun Parçı kəndində (hazırda Xanlıqlar kəndinə birləşdirilmişdir), orta əsrlərə aid ziyarətgah. Bu imamzadə keçən əsrin əvvəllərində Xanlıqlar kəndi ilə birləşdirilən Parçı kəndində yerləşir. Elə kəndin adı ilə "Parçı imamzadəsi" adlanır. Yerli əhali tərəfindən böyük hörmətlə ziyarət edilən dini abidə kəndin şimal hissəsində yerləşir. Günbəzi böyük olan bu imamzadənin mərkəzi salonunda bir qəbir vardır. Son dövrlərdə aparılan təmir işləri zamanı qəbrin üstü götürül­müş, başdaşı və sinədaşı qoyulmuşdur. Lakin üzərində heç bir kitabə yoxdur. 1925-1928-ci illərdə Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyətinin Naxçıvan şöbəsi tərəfindən aparılan araşdırmalar zamanı Parçı kəndindəki bu abidə də qeydə alınmışdır. Belə ki, 1928-ci ilə aid 40 nömrəli protokolda göstərilmişdir ki, Xanlıqlar kəndinə bitişik Parçı kəndində üstündə böyük günbəzi və geniş həyəti olan bir pir vardır ki, camaat onu "Şahzadə İbrahim ibn Musa" ziyarətgahı adlandırır. Həmin cəmiyyətin üzvlərindən olan Məhəmməd Rasizadə bu haqda nəşr etdirdiyi məqaləsində göstərmişdir ki, qəbrin kitabəsində "İbrahim ibn Musa" yazıl­mışdır.
Parçı nekropolu
Parçı nekropolu — Şərur rayonunda, Parçı yaşayış yeri yaxınlığında orta əsrələrə aid arxeoloji abidə. == Haqqında == Buradakı torpaq qəbirlər hazırda tamamilə itmiş, qəbirüstü sinə daşları, başdaşıları isə saxlanılmamışdır. Yerli əhalinin məlumatına görə, müsəlman qəbirlərindən ibarət idi. Hazırda nekropolda üç otaqlı İmamzadə məqbərəsi saxlanılmışdır. Abidə Parçı yaşayış yeri ilə həmdövrdür.
Parçı nektopolu
Parçı nekropolu — Şərur rayonunda, Parçı yaşayış yeri yaxınlığında orta əsrələrə aid arxeoloji abidə. == Haqqında == Buradakı torpaq qəbirlər hazırda tamamilə itmiş, qəbirüstü sinə daşları, başdaşıları isə saxlanılmamışdır. Yerli əhalinin məlumatına görə, müsəlman qəbirlərindən ibarət idi. Hazırda nekropolda üç otaqlı İmamzadə məqbərəsi saxlanılmışdır. Abidə Parçı yaşayış yeri ilə həmdövrdür.
Yaycı (Culfa)
Yaycı — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. == Toponimikası == Kəndin adı "Yəyci" variantında da qeydə alınmışdır. Oykonim mənşəcə oğuz tayfalarından olan qədim türkdilli yaycı tayfasının adı ilə bağlıdır. Bu tayfa hələ qədimdən Naxçıvan, Cənubi Azərbaycan, Şərqi Anadolu və indiki Ermənistan ərazisində yaşamışdır. == Tarixi == === Tarixi abidələri === Yaycı kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: == Əhalisi == Əhalisi 6343 nəfərdir.
Yaycı (Dərəçiçək)
Yayıcı (Zovaber) — İrəvan xanlığının Dərəçiçək mahalında, sonralar İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Sevan rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 16 km məsafədə, Zəngi çayının yanında, Göyçə gölünün sahilində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim oğuz tayfalarından olan yayıcı etnonimi əsasında əmələ gələn etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 25.l.1978-ci il fərmanı ilə adı dəyişdirilib Zovaber (Dzovaber) qoyulmuşdur. == Toponimi == 1978-ci ildə kənd ermənicə Tsovabert adlandırılmışdır. XVII əsrə aid erməni mənbəyinə görə adı Yaycılar idi == Əhalisi == XIX əsrin 70-ci illərində kəndin əhalisi qovulmuş və xaricdən gəlmə ermənilər yerləşdirilmişdir. 1886-cı ilə aid məlumata görə kəndin əhalisi ermənilər idi.
Yaycı (Gorus)
Yaycı — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Gorus rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 21 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim yaycı türk tayfasının adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 3.VII.1968-ci il fərmanı ilə adı dəyişdirilib Harjis qoyulmuşdur.
Yaycı (Vedi)
Yaycı — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi rayonunda kənd adı == Əhalisi == Kənddə 1897-ci ildə 180 nəfər, 1914-cü ildə 157 nəfər azərbaycanlı yaşamışdır. 1916-cı ildən etibarən kəndin azərbaycanlı əhalisi zorla ermənilər tərəfindən qovulmuşdur. 1930-cu illərə kimi kənd xaraba qalmış, heç kim yaşamamışdır. 1930-cu ildən başlayaraq kəndə kürdlər yerləşdirilmişdir. == Toponimi == Toponim yaycı türk etnonimi əsasında düzəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Yaycı (Çaldıran)
Yaycı (fars. يايچي‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 46 nəfər yaşayır (10 ailə).
Yaycı (İğdır)
Yaycı — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. İqdır şəhərindən 5 km uzaqlıqdadır. İqlimi kontinentaldır. == Əhalisi == Kənd əhalisi azərbaycan türklərindən ibarətdir. == Təsərrüfat == Kənd iqtisadiyyatının əsasını əkinçilik və heyvandarlıq yəşkil edir. Ən çox yetişdirilən bitki qarğıdalıdır. == İnfrastruktur == Kənddə ibtidai məktəb, İçməli su şəbəkəsi vardır. Ancaq kanalizasiya isə yoxdur. Sağlamlıq ocağına sahibdir. Kəndə gedən yol asfaltlaşdırılmışdır.
Yaycı düzənliyi
Yaycı düzənliyi — Qaradərə çayının gətirmə konusundan ibarət olub, şimaldan cənuba doğru 10–12 km uzanır. Düzənliyin ən enli yeri 5 km olmaqla, dəniz səviyyəsindən 720–960 m hündürlükdə yerləşir. Yaycı düzü Kərimqulu Dizə kəndindən şimal-qərb istiqamətinə dönərək, Qapıqabağı düzənliyinə qovuşur. Bu düzənlik əsasən allüvial-prollüvial çöküntülər ilə örtülmüşdür. Ərazinin 1000 hektara yaxın torpaq sahəsi suvarılaraq, əkinçilikdə istifadə olunur. Burada da suvarma suyu təminatı zəifdir. Gilan çaydan çəkilən Yaycı arxı suvarma dövrü yeganə etibarlı su mənbəyi rolunu oynayır.
Yaycı kanalı
Yaycı kanalı — Naxçıvan Muxtar Respublikasının Ordubad və Culfa rayonlarında tarixi abidə. Öz başlanğıcını Ordubad rayonunun Sabirkənd yaxınlığında Gilançaydan götürür. Kanal dağların ətəyi ilə Culfa rayonunun Yaycı kəndinə doğru axır. Kanal hazırda istifadə edilməkdədir. Sabirkəndin içərisində kanalın fəaliyyətini təmin etmək üçün hündürlüyü bəzi yerlərdə 3-4 metrə çatan dəstək divarları inşa edilmişdir. Divarlar yonulmamış qaya parçalarından hörülərək palçıqla bərkidilmişdir. Divarlar təmir edilmədiyindən hazırda dağılmış vəziyyət dədir. Sabirkənddən keçən hissədə torpaq yumşaq olduğu üçün kanalın içərisinə və divarlarına daş döşənmişdir. Döşəmənin qalıqları yalnız bəzi qismlərdə salamat qalmışdır. Hazırda kanalın içərisinə beton salınmışdır.
Yaycı nekropolu
Yaycı nekropolu — orta tunc dövrünə aid olub, Şərur rayonunun Aşağı Yaycı kəndindən cənubda yerləşən abidə. Nekropol 1976-cı ildə Arpaçay su anbarı tikilərkən təsadüfən aşkar olunmuşdur. Tikinti zamanı bir neçə qəbir abidəsi dağıdılmış, zəngin maddi-mədəniyyət nümunələri aşkar olunmuşdur. Qəbirlər daş qutulardan ibarət olub müxtəlif istiqamətlərə yönəlmişdir. Onların divarları iri sal daşlarla qurulmuş, üzəri bir neçə daş pilitə ilə örtülmüşdür. Bəzi daş qutular kromlexlə əhatə olunmuşdur. Qəbirlərin üzərində yer səviyyəsindən 0,5-1 m hündürlükdə olan kurqanlar saxlanmışdır.2011-ci ildə Yaycı nekropolunda kəşfiyyat qazıntıları aparılmışdır. Bu qazıntılar zamanı E.Məmmədov tərəfindən üzəri daş kurqanla örtülmüş bir torpaq qəbir açılmışdır. Qəbirdə skelet qalıqları tapılmamışdır. Ancaq 5 ədəd küpə, 1 ədəd şamdan və 1 ədəd kasadan ibarət qablar aşkar olunmuşdur.
Yaycı qalası
Yaycı qalası — Şərur rayonunun Aşağı Yaycı kəndində, Avpaçayın sol sahilində arxeologi abidə. Аrpаçаyın sоl sаhilində, hündür dаğ zirvəsində dаşdаn inşа еdilmiş qаlа strаtеji cəhətdən əlvеrişli mövqеdədir. Qаlаnın bir hissəsi təbii qаyаlаrlа əhаtələnmişdir. Qаlаdа аpаrdığımız tədqiqаtlаr nəticəsində burаdаn хеyli miqdаrdа şirli və şirsiz sахsı məmulаtı, dəmir əşyаlаrın hissələri аşkаr еdilmişdir. Dəmir əşyаlаr ох və nizə tipli Оrtа əsr silаhlаrı ilə təmsil оlunmuşdur. Yаycı qаlаsını burаdаn аşkаr еdilmiş mаddi mаtеriаllаr əsаsındа IХ-ХIII əsrlərə аid еtmək оlаr.
Yaycı çayı
Yaycıçay — Naxçıvan Muxtar Respublikasının Şərur rayonu ərazisində çay. == Haqqında == Şərqi Arpaçayın sol qoludur. Mənsəbindən 23 km. məsafədə ona tökülür. Uzunluğu 7 km, hövzəsinin sahəsi 5 km²-dir. Yağış və qrunt suları ilə qidalanır.
Yayçı (Əcəbşir)
Yayçı (fars. يايچي‎) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,114 nəfər yaşayır (264 ailə).
Yayçı (Ərdəbil)
Yayçı (fars. يايچي‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 261 nəfər yaşayır (51 ailə).
Yuxarı Yaycı
Yuxarı Yaycı — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. == Toponimikası == Şərur rayonunun Yaycı i.ə.v. də kənd . Dərələyəz silsiləsinin ətəyində yerləşir.Keçmiş adı Yaycı olmuşdur. XX əsrin 20 - ci illərində ondan əmələ gəlmiş digər kənd Aşağı Yaycı, Keçmişkənd isə Yuxarı Yaycı adlandırılmışdır. Oykonimin birinci komponenti kəndin yerləşdiyi coğrafi mövqeyi, ikinci komponenti isə qəd. türk mənşəli yaycı tayfasının adını əks etdirir.
Alın payı
Alın payı – (lat. lobulus frontalis) çəpgənin ön şöbəsini işğal edərək dal tərəfdə – mərkəzi şırım vasitəsilə təpə payından və bayır tərəfdə – bayır şırım vasitəsilə gicgah payından ayrılır. Yarımkürənin içəri səthində alın payı ilə təpə payı arasındakı hüdudu mərkəzi şırımın içəri ucundan aşağı doğru çəkilmiş xəyali xətt təşkil edir. Alın payının dal hissəsində mərkəzi şırıma paralel olaraq mərkəzönü şırım – lat. sulcus paracentralis gedir. Mərkəzönü şırımdan iki digər şırım – yuxarı və aşağı alın şırımları – lat. sulci frontalis superior et inferior başlayaraq boylama istiqamətdə öə doğru gedir. Bu şırımlar vasitəsilə alın payı aşağıdakı qırışlara bölünür. Mərkəzönü qırışıq – lat. gyrus precentralis (gyrus centralis anterior – BNA) mərkəzi şırımla mərkəzönü şırım arasında yerləşir.
Ayçi prefekturası
Ayçi prefekturası — Yaponiyanın Çubu regionunda, Honşu adalarının mərkəzi hissəsində prefektura. Ərazisi 5 164 kvadrat kilometr, əhalisi 7 415 000 nəfərdir. Mərkəzi Naqoya şəhəridir.
Daşma payı
Daşma payı (Bleed) – çapda vərəqin kəsiləcəyi yerin kənarından kənara çıxan çapdır. Başqa sözlə, daşma payı kəsiləcək sahədir.