Parçı nekropolu

Parçı nekropoluŞərur rayonunda, Parçı yaşayış yeri yaxınlığında orta əsrələrə aid arxeoloji abidə.[1]

Buradakı torpaq qəbirlər hazırda tamamilə itmiş, qəbirüstü sinə daşları, başdaşıları isə saxlanılmamışdır. Yerli əhalinin məlumatına görə, müsəlman qəbirlərindən ibarət idi. Hazırda nekropolda üç otaqlı İmamzadə məqbərəsi saxlanılmışdır. Abidə Parçı yaşayış yeri ilə həmdövrdür.[1]

  1. 1 2 Naxçıvan Ensiklopediyası. II cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 218. ISBN 5-8066-1468-9.