Bu adın digər istifadə formaları üçün bax:
Yaycı.
Yaycı — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd.[1]
Kəndin adı "Yəyci" variantında da qeydə alınmışdır. Oykonim mənşəcə oğuz tayfalarından olan qədim türkdilli yaycı tayfasının adı ilə bağlıdır. Bu tayfa hələ qədimdən Naxçıvan, Cənubi Azərbaycan, Şərqi Anadolu və indiki Ermənistan ərazisində yaşamışdır.[2]
Yaycı kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır:
İnventar №
|
Abidənin adı
|
Tarixi
|
Yerləşdiyi ünvan
|
Növü
|
Əhəmiyyət dərəcəsi
|
5315
|
Ağaməmməd məscidi[3]
|
XIX əsr
|
Yaycı kəndi
|
Memarlıq
|
Yerli
|
5316
|
Pirəli məscidi[4]
|
XIX əsr
|
Yaycı kəndi
|
Memarlıq
|
Yerli
|
Əhalisi 6343 nəfərdir.[5]
- Nağı Nağıyev — yazıçı, dramaturq;
- Həsən Abdullayev — Azərbaycan fiziki, Azərbaycan Dövlət mükafatı laureatı, Azərbaycan EA-nın həqiqi üzvü, SSRİ EA-nın müxbir üzvü, 1970–1983-cü illərdə Azərbaycan EA-nın prezidenti, AEA Fizika İnstitutunun direktoru (1956–1993);
- Məhərrəm Məmmədyarov — kimyaçı alim, kimya elmləri doktoru, AMEA həqiqi üzvü (2001), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1980), AMEA Mikrobiologiya İnstitutunun direktoru (1994–2002);
- İbrahim Süleymanov — Naxçıvan MSSR Torpaq Komissarı;
- Məmməd Məmmədov — ADU-nun (indiki BDU) prorektoru (1982-1989), fizika fakültəsinin professoru;
- İsmayıl Məmmədov — Naxçıvan MSSR Kommunal Təsərrüfat naziri (1974), Azərbaycanın Milli Qəhrəmanı İbrahim Məmmədovun atası;
- Hacı Hacıyev — baytarlıq üzrə alim, elmlər doktoru, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) elmi işlər üzrə prorektoru (1978), Azərbaycan EA müxbir üzvu;
- Məmməd Əsgərov — Dövlət xadimi, Azərbaycan KP MK-nın üzvü(1960–1983), Azərbaycan SSR kənd təsərrüfatı naziri (1977-1985), Sosialist Əməyi Qəhrəmanı (1973);
- Hüseyn Abdullayev — iş adamı, bəstəkar, MM üzvü (2005–2007);
- Kərim Yaycılı — mühacir şair
|
---|
Şəhərlər | | |
---|
Kəndlər | |
---|