Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Padia
Düyü (lat. Oryza) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinə aid bitki cinsi. Qabıqlı halda çəltik deyilir. Çəltiyin qabığı alınanda düyü əmələ gəlir. Düyü dayaz sularda bitən bir bitkidir. Dünyanın, demək olar ki, hər yerində istehlak olunur. su 13 %, nişasta 7 %, yağ 2,2%, karbohidrat 73 %, minerallar 1,2 %. Düyünün illərə görə istehsalı min. ton.
Palıd
Palıd (lat. Quercus) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin fıstıqkimilər fəsiləsinə aid bitki cinsi. Palıdın təbii yayılma sahəsi Şimal Yarımkürəsinin mülayim iqlimli əraziləridir. Yayılma ərazisinin cənub sərhədlərini tropik hündür dağlar təşkil edir. Dünya florasının tərkibində fıstıq fəsiləsinin 9 cinsi, 900-ə qədər növü yayılmışdır. Bunların əksəriyyəti ağac, nadir hallarda kol olub, yer kürəsinin bütün ərazilərində yayılmışdır. Palıd qiymətli dərman, aşı, boyaq, texniki, yem və bəzək bitkisidir. Azərbaycanda isə 12 növünə rast gəlinir. Onun 3 növü mədəni hala keçirilərək yaşıllaşdırma məqsədilə geniş istifadə edilir. Respublikamızın ərazisində palıd növləri uzunömürlü olub, hündürlükləri 12–40 m-ə çatır.
Pavia
Paviya (it. Pavia) — İtaliyanın Lombardiya regionunda şəhər.
Talia
Ariadna Thalía Sodi Miranda (26 avqust 1971, Mexiko) — Latın Grammy mükafatlı Meksikalı latın pop müğənnisi, bəstəkar və aktrisadır. Mezzo-soprano səsə sahib latın musiqisinin ən güclü vokallarından biri olaraq qəbul edilir.
Paolia
Qəhvə ağacı (lat. Coffea) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinə aid bitki cinsi.
Pali
Pali dili — Hind-Avropa dilləri ailəsinin Hind-İran dilləri dil budağına daxil olan dil.
Dəyişkən palıd
Dəyişkən palıd (lat. Quercus variabilis) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü.
Gövdəçiçəkli palıd
== Təbii yayılması: == Avropada və Qafqazda yayılmışdır. == Botaniki təsviri: == 40 m hündürlüyündə, yarpağı tökülən ağacdır. Gövdəsi düz qalxan, silindrvari, tünd boz rəngli, diametri 3 m-ə qədərdir. Şaxələnmiş çətirlidir. Güclü inkişaf etmiş kök sisteminə malikdir. Yarpaqları uzunsov-yumurtavari, uzunluğu 6-12 sm, bünövrəsi ürəkşəkilli, dərin çıxıntılı, alt tərəfi tüklü, 5-7, bəzən 1-3 hissəli, enli, ucu küt dişlidir. Yarpaq saplağının uzunluğu 1sm-ə qədərdir. Aprelin axırı, mayın əvvəlində çiçəkləyir. Meyvələri gövdələrdə 1-3 ədəd bir yerə yığılmış, 2 dəfə yarpaqlardan kiçikdir, sentyabrın axırı-oktyabrın əvvəllərində yetişir. Qozası dairəvi və ya uzunsov-dairəvi olub, 1,5-2,5 sm uzunluqdadır.
Kalia Antoniu
Kalia Antoniu (d. 6 aprel 2000) — Kiprli üzgüçü. Kalia Antoniu Kipri 2017-ci ildə XXXXIV Avropa Gənclər Üzgüçülük Çempionatında təmsil etdi. == Karyerası == === Avropa Çempionatı === Kalia Antoniu birinci dəfə Avropa Çempionatına 2017-ci ildə qatıldı. O, İsraildə baş tutan XXXXIV Avropa Gənclər Üzgüçülük Çempionatında qadınlar 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 58.13 saniyəlik nəticəsi ilə 34-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi. === Dünya Çempionatı === Kalia Antoniu birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 50 m arxası üstə stildə, təsnifat mərhələsində iştirak etdi. 30.59 saniyəlik nəticəsi ilə 63 üzgüçü arasında 46-cı oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Kövrək palıd
Kövrәk palıd
Medicago polia
Paliç gölü
Paliç gölü — Serbiyada göl. Subotiça şəhərindən 8 km aralıda yerləşir. Gölün ərazisi 4 km², ən dərin yeri 3,5 m-dir. Dəniz səviyyəsindən 101 m yüksəklikdə yerləşir. Göldə 19 balıq növü var.
Palma (kommuna)
Palma (fr. Palmas, oks. Palmàs) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Lessak kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12177. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 145 km şimal-şərqdə, Rodezdən isə 22 km qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 287 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 174 nəfər (15-64 yaş arasında) arasında 140 nəfər iqtisadi fəal, 34 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 80,5%, 1999-cu ildə 76,8%) olmuşdur.
Palma Adaları
Palma adaları — Dubay şəhərində tikilmiş adalar. Birləşmiş Ərəb Əmirliklərindəki Dubay əmirliyinin dəniz sahilinə yaxın süni ada. Nakheel developer şirkəti tərəfindən yaradılıb. Palma adalarından biridir. 25°06′28″ şm. e. 55°08′15″ ş. u. 25°00′14″ şm. e.
Palma cocos
Kokos palması və ya Hind qozu ağacı (lat. Cocos nucifera) — palmalar fəsiləsindən bitki növü. Gövdəsinin hündürlüyü 20–25 m, diametri 50-60 sm-dir, yarpağı lələkvarı olub uzunluğu 3-6,5 metrdir. Bircinsiyyətli çiçəkləri süpürgə çiçək qrupunda yerləşir. Kokos qozu adlanan meyvəsi çəyirdəkdir: çəkisi 1,5-2,5 kq olur. Yetişmiş meyvəsində kokos südü və yağı var. Hind qozu 7-13 yaşında meyvə verir, 60 ilə qədər məhsul yığmaq olur. 90-100 il yaşayır. Kokos palması qədim zamanlardan hər iki yarımkürənin tropik ölkələrində, əsasən Filippində, Malay arxipelaqı adalarında, Malakka yarımadasında, Hindistanda və Şri-Lankada becərilir. Dəniz və okean sahillərində bitən bitkidir.
Palma kakadusu
Probosciger aterrimus (lat. Probosciger aterrimus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin tutuquşukimilər dəstəsinin kakadular fəsiləsinin probosciger cinsinə aid heyvan növü.
Palıd cücüsü
Palıd diserkası
Palıd diserkası (lat. Hemidicera fritillum) — Sərtqanadlılar dəstəsinə, Qızıl böcəklər fəsiləsinə aid növ.Təbii şəraitdə nəslinin kəsilməsi ehtimalı vardır. Böcəyin bədəninin uzunluğu 15 – 21 mm-dir rəngi parlaq bürüncüdür. Qanadüstlükləri yaşıl parıltıya malikdir, üzəri boylama nöqtəli – şırımlıdır. Bədəninin alt tərəfi ağ tükcüklərlə örtülüdür, pəncələri uzundur. İran, Türkmənistan, Azərbaycan (Talış, Samux). 1927-ci ildə V.Nazarova tərəfindən Lənkəranda 8 fərd, 1936-cı ildə A.V.Boqaçev tərəfindən Lənkəranda 3 fərd, 1940-cı ildə E.Hauser tərəfindən Samuxda 1 fərd qeydə alınmışdır. Son illərdə rast gəlinməmişdir. Azərbaycanda Hirkan tipli meşələr və Talış dağlarının orta dağlıq zonası, rütubətli palıd meşələri. Ekologiyası ətraflı öyrənilməmişdir.
Palıd fəvvarəsi
Palıd fəvvarəsi (rus. Фонтан Дубок) «Peterhof» saray-park kompleksində yerləşən bir neçə zarafat fəvvarəsindən biridir. Fəvvarə bir metal ağac, beş lalə və iki skamyadan ibarətdir. Ağaca metal palıd yarpaqları birləşdirilmişdi. Ağacın içiboş budaqlarından və lalələrin içərisindən təzyiqlə su ətrafa sıçrayır.
Palıd parabüzəni
Palıd parabüzəni lat. Pullus auritus Thumb.-Mənənələrlə və həm də zərurət olduqda koksidilərlə qidalanır. Mənənələrlə və həm də zərurət olduqda koksidilərlə qidalanır. Oval formada olub, azca yastılaşmışdır. Qara rəngli olmaqla, nöqtəlidir, ağ tükcüklərlə örtülüb. Köndələn, enliləşmişdir, sarıdır, qabaq hissə sıx tüklərlə örtülüb və önə meyillidirlər. Bığcığı sarıdır və 10 buğumdan ibarət olub, toppuzvaridir. Qidalandıqları yerlərdə ağacların qabığı və xəzəllərin altında qışlayırlar. Qərbi Avropada və Şərqi Asiyada, Qafqazda yayılıb. Azərbaycanda azsaylıdır, yalnız parklarda – Abşeronda (Biləcəri parkında) və Naxçıvan ərazisində yabanı kollar üzərində müşahidə olunub.
Pavia Universiteti
Pavia Universiteti (it. Università degli Studi di Pavia — UNIPV) — İtaliya Respublikasının Pavia şəhərində yerləşən ali təhsil müəssisəsi. 1361-ci ildə yaradılmış Pavia Universiteti İtaliyanın və ümumiyyətlə Avropanın ən qədim universitetlərindən biridir. Koimbra qrupunun üzvüdür.
Pulcuqlu palıd
Qumral palıd
Qafqazda və Rusiyada (Krım) təbii arealı vardır. Şərqi Böyük Qafqazda – Quba, Qusar, Dəvəçi, İsmayıllı, Qəbələ, Goranboy, Xankəndi, Lənkəran, Lerik rayonlarının meşələrində dəniz səviyyəsindən 500–1000 m yüksəklikdə yayılmışdır. Azərbaycanın nadir bitkisidir.DD. Orta dağ qurşağında meşələrdə rast gəlinir. Təbii arealı çox geniş deyildir. Təbiətdə hündürlüyü 30 m, diametri 60 sm-ə çatan uzunömürlü ağacdır. Qumral palıdı gürcü palıdından fərqləndirən əsas əlamətlərdən başlıcası onun yarpaqlarının alt tərəfində damarların ol-masıdır. Gürcü palıdının yarpaqları isə çılpaq olur. Qumral palıdın yar-paqlarında yan damarlar 5-7 ədəd, gürcü palıdında isə yan damarları bir qədər artıq olur. Qumral palıdın yarpaqları nazik, uzunsov və ensiz, tərs ovalvarı olduğu halda, gürcü palıdının yarpaqları isə tərs oval və ya uzunsov oval, üstdən parıldayan tünd-yaşıl rəngli olmaqla möhkəm dərivarıdır. Bitkinin zoğları boz sıx keçə tüklüdür və sonralar tədricən çıl¬paq-laşır.
Qırmızı palıd
Şimali Amerika, İspaniya, Türkiyədə-Ağ, Mərmərə və Egey dənizləri ətrafı ərazilərdə rast gəlinir. Bu palıd növü budaqlarında fırlar əmələ gətirən mənənələrin (Coecus ilicus) sahib bitkisidir və növün adı bununla əlaqədar adlandırılıb. 1683-cü ildən mədəni şəraitdə becərilir. Hamar, boz qabıqlı, yığcam, sıx, dik gövdəli həmişəyaşıl koldur. Yarpaqların uzunluğu 1,5-3,5 sm və eni 0,6-2 sm, oval, ellipsvari və ya uzunsov-yumurtavari, ucu biz və ya ucu yumru, bünövrəsi yumru və ya ürəkvari, kənarları dalğalı, hər tərəfdən 4-6 cüt bizvari dişli, cod, dərili, üstü çılpaq, parlaq, tünd yaşıl, alt tərəfi daha açıq, çılpaq və ya damarcıqların künclərində zəif tükcüklüdür. Saplaqları möhkəm və çox qısadır. Budaqları çoxsaylı, boz, hamar, yaşlandıqda çatlayan qabıqla örtülmüşdür. Zoğları sarımtıl-boz, çılpaqdır. Tumurcuqları 3-4 mm uzun-luğunda, çılpaq və ya tüklüdür. Qozaların uzunluğu 1,5-2,5 sm, yumurtavari və ya uzunsov-yumurtavari, ucu biz, açıq qonur, tünd zolaqlı, tək və ya cüt, möhkəm, çoxiynəli kasacıqlı olub, ümumi saplaqda yerləşir.