Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kamal Bani Hani
Kamal Bani Hani (ərəb. كمال الدين بني هاني‎; d. 5 dekabr 1958, İrbid, İordaniya) — İordaniyanın Haşimi Universitetinin prezidenti. Mədə-bağırsaq cərrahıdır. == Həyatı == Kamal Bani Hani 5 dekabr 1958-ci ildə İordaniyanın İrbid şəhərində anadan olmuşdur. O, 1984-cü ildə İraqın Bağdad Tibb Universitetinin Kollecini, 1992-ci ildə Birləşmiş Krallıqda Qlazqo Kral Kollecini bitirmişdir. 2002-ci ildə Lids Universitetində doktorluq dərəcəsini almışdır. 2008-ci ilin sentyabrından 2010-cu ilin oktyabrına qədər İordaniya Elm və Texnologiya Universitetinin Tibb fakültəsinin dekanı olmuşdur. 2011-ci ildən İordaniyanın Haşimi Universitetinin prezidentidir.
Kani
Məhəmməd Kabuli və ya təxəllüsü ilə Kani (1898, Mərivan, Kürdüstan ostanı – 1965) — kürd şairi. Qacar dövlətində, Mərivan ətrafındakı Rişen kəndində anadan olmuşdur. O, doğulduqdan az sonra valideynlərini itirmişdir. Poeziyasının böyük hissəsini məzlum insanlara həsr etmişdir. Onun poeziyasının əsas mövzuları azadlıq, kürd mübarizəsi, qadın hüquqları, təbiət və sevgidir.
Mani
Mani – “Şur” ladında qurulan zərbi muğamlardan biridir. Xalq – peşəkar musiqiçilər bu muğamı “Osmanı” da adlandırırlar. Marşvari ritm (4/2 ölçüsündə) bu muğamın sonuna qədər davam edir. Mani zərbi muğamı bir qayda olaraq təsniflə tamamlanır. Bu zərbi muğamda cəmi bir təsnif oxunur.
Nani
Luiş Nani (17 noyabr 1986, Praya) — (Port. Luís Carlos Almeida da Cunha) Portuqaliyalı futbolçu. Valensiya klubunda oynayır.
Pali
Pali dili — Hind-Avropa dilləri ailəsinin Hind-İran dilləri dil budağına daxil olan dil.
Pand
Pand- Albaniyanın Artak əyalətində monostır adı. == Toponimikası == Pand həm də Murovdağın ətəyində dağ adıdır. Dağ Pand kilsəsinin adı ilə adlanmışdır. əsrə aid mənbəyə görə albanların xristian dini katolikosu Pandalion tikmişdir.("Albaniya tarixi", II kitab, 50-ci fəsil). Başqa adı Pandalion. Cənubi qafqazda Azərbaycanda Öküzdağ (Tovuz rayonu Qarabağlılar k.); Öküzdağ 6 Tovuz rayonu Qəribli k. : Öküzdağlı (Tovuz rayonu Dondarlı k.); Öküzdağ (Gədəbəy rayonu Qoşabulaq k.); Öküzölən (əsli Oğuz olan), Laçın rayonu ikinci Tığıq k., Öküz təpəsi (Gədəbəy rayonu Dəyə-Qarabulaq k.); Öküzcədərəsi (Cəbrayıl rayonu Qaraçanlı k.): Öküzdağları (Daşkəsən rayonunda Alunitdağ); Öküz yalı (Tovuz rayonu Qarabağlılar k.); Öküzyatan yaylaq (Gədəbəy rayonu Çaldaş k.), Öküzyatantəpə (Gədəbəy rayonu Çay-Rəsulluk.); Öküzgüneyi (Kəlbəcər rayonu) Qaraxançallı k.) ; Öküzöləndərə Zəngilan rayonu Çöpədərə k.)% Öküzölən dərə (Kəlbəcər rayonu İstibulaq k.) və s. Zaqatala rayonun Çökəkoba kəndi ərazisində Ucuzdərə və Ucuztəpə oronimləri də vardır. Ermənistanda : Öküzbulaq (İrəvan əyalətinin Qırxbulaq nahiyəsində); Ökuzbulaq (İrəvan quberniyasının Aleksandropol qəzasında); Öküzlü (İrəvan quberniyasının sürməli qəzasında) və s. Gürcüstanda: Qara.küzlü, Öküztəpəsi, Öküzdağ, Öküzlü və b..
Panu
Şanyü Panu Böyük Hun İmperiyasının son imperatorudur. Qardaşından sonra taxta keçsə də, II Huxanye ilə mübarizə aparmalı oldu. 2 il sonra II Huxanye ilə bacara bilməyən Panu hakimiyyəti iki yerə böldü Hun İmperiyası Şimal və Cənub fraksiyalarına bölündü. II Huxanye Çindən vassal asılılığı qəbul etdi.
Papı
Papı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Horovlu kənd Sovetindən Papı kəndi Çərəkən kənd Sovetinin tərkibinə verilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 21 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kəndin keçmiş adı Dursunlu olmuşdur. Oykonim İranın Luristan əyalətində yaşayan lur tayfasının papı qolunun adı ilə bağlıdır. Yerli əhalinin məlumatına görə, əslində papılar ilə kəndin sakinləri arasında etnik əlaqə yoxdur. Yerli əhali keçmiş Qərar Dursun (indiki Qərar) kəndindən köçmüş azərbaycanlı ailələrdən ibarətdir. XIX əsrin əvvəllərinədək kəndin ərazisi İran papılarının qışlağı olmuş va Papı yeri adlanmışdı. Azərbaycanın şimalı Rusiyaya birləşdirildikdən (1928-ci il) sonra kəndin ərazisi Qərar Dursun kəndinin qışlağı olmuşdur.
Patı
Metamfetamin və ya Azərbaycan dilində tanınan adı ilə patı — narkotik və hallüsinasiya xüsusiyyəti olan sintetik maddə. Bir çox narkotik maddə kimi 6–24 saat davam edən güclü eyforiya, asılılıq yaratma qabiliyyətinə malikdir. Tərkibi cəhətdən amfetaminə yaxın psixoaktiv maddədir. IUPAC adı (S)-N-metil-1-fenil-propan-2-amin olan metamfetamin, ümumi adı Desoxyn® olaraq 5/10 mg həblər halında ABŞ bazarında var. Ancaq maddə qaçaq istehsal ilə tanınmışdır. Efedrin ya da Psevdoefedrin molekulunu hidrogenizə edərək asanlıqla əldə edilə bilindiyi üçün hər yerdə istehsal etmək mümküdür. "Meth lab" adlanan bu yerlər, istehsal əsnasında xaric olan fosfata görə qırmızı rəngə boyanır və pişik sidiyi qoxusu verir. == Tarixçəsi == 1887-ci ildə amfetaminin sintezlənməsindən qısa müddət sonra, metafemtamini ilk dəfə 1893-cü ildə kimyagər Naqai Naqayoşi efedrin maddəsindən sintezlədi. "Metamfetamin" termini bu yeni qarışığın kimyəvi quruluşundan törəmişdi: Methyl alpha-methylphenylethylamine. Kristallaşdırılmış metafemtamini 1919-cu ildə əczaçı Akira Oqata efedrinin redoks üsuluyla qırmızı fosfor və yod istifadə etməklə sintezlədi.
Poni
Poni (ing. Pony) — xırda atlar. Boyu adətən 80–140 sm olur. Britaniya, İslandiya, Korsika, Siciliya, Qotland, Hokkaydo adalarında yetişdirilmişdir. Bir çox cinsi və tipi məlumdur. Kiçik kəndli təsərrüfatında, şaxtalarda, dağ yollarında, şəhərlər arasında yük daşımaqda istifadə edilir. Parklarda və bağlarda əyləncəli gəzinti məqsədilə uşaq arabalarına qoşulur. Geniş yayılmışdır. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Budiansky, Stephen. The Nature of Horses.
Vani
Vani (gürc. ვანი) — Gürcüstanın İmereti diyarında, Sulori çayının sahilində (Rioni çayının qolu), Kutaisi şəhərinin 41 km cənub-qərbində yerləşən şəhər. 2014-cü ilin siyahıalmasına görə şəhərin əhalisi 3744 nəfərdir. Vani şəhəri 40 kənddən ibarət Vani bələdiyyəsinin (sahəsi 557 km2, əhalisi 24.512 (2014)) mərkəzidir. == Tarixi == 1947-ci ildə Vani şəhəri ətrafında aparılan arxeoloji qazıntı işləri zamanı (N. Xoştariya və O. Lortkifanidze) qədim Kolxida şəhərinə aid yaşayış məntəqəsi ilə bağlı artifaktlar tapılmışdır. Bu şəhərin adı məlum olmasa da, tarixi 4 dövrə ayrılır. E.ə. VII–VIII əsrlərdə Vani şəhərinin mədəni mərkəz olduğu fərz edilir. Vanin e.ə VII–VI əsrlərdəki tarixi qədim mədni qatlarla, taxta məmulatlarla, qurbangahlarla, qəbiristanlıqlarla təmsil olunur. Vaninin Kolxida şəhərinin siyasi mərkəzi olduğu güman olunur.
Xanı
Xanı (lat. Perca) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xanıkimilər dəstəsinin xanılar fəsiləsinə aid heyvan cinsi.
Ani
Ani (erm: Անի, yun: Ανίον, lat: Abnicum) — Türkiyə Cümhuriyyətinin Şərqində, Anadolunun qədim mədəniyyət mərkəzlərindən biri, şəhərlər şəhəri, yalnız şəhər, min bir kilsəli şəhər kimi tanınmış qədim erməni şəhəri. Bu möhtəşəm şəhərin dövrümüzə yalnız xarabalıqları çatmışdır. 961–1045 ilərdə Erməni Ani çarlığının paytaxtı olub. 1064-cü ildə şəhər səlcuqlu türklərinin əlinə keçib. 1072-ci ildən şəhər Şəddadilərin hakimiyyəti altında olub. 1236-cı ildə şəhər monqollar tərəfindən işğal edilib. 1319-cu ildə zəlzələ zamanı şəhərin xeyli hissəsi dağılıb və tədricən şəhər xarabalığa çevrilib.1878-ci ildə Rusiya ərazini işğal etsə də 1914–1918-ci illərdə türklər ərazini yenidən geri qaytarıblar. Şəhərin adını indi Ermənistan Respublikasında bir rayona veriblər. Akademik Nikolay Marr 1892-ci ildən başlayaraq kiçik fasilələrlə 14 il bu ərazidə arxeoloji qazıntılar aparıb. == Tarixi == Şəhərlə bağlı əfsanədə qeyd edilir ki, bir zaman Ani şəhərində Urum baba adlı bir qoca yaşayırmış.
Pan
Pan (yun. Πάν) — Yunan mifologiyasında meşə tanrısı. Hermesin oğlu. Qurşaqdan aşağısı keçi, yuxarısı isə insandır. Çənəsində keçi saqqalı, başında keçi buynuzları var. Çobanların havadarıdır, cinsi həzzi təmsil edir. Musiqini, mahnı oxumağı və rəqs etməyi çox sevən tanrıdır. Pan insanlara gizlincə yaxınlaşıb qorxutmağı sevərdi. "Panic" sözü Panın adından törənmişdir.
Alın payı
Alın payı – (lat. lobulus frontalis) çəpgənin ön şöbəsini işğal edərək dal tərəfdə – mərkəzi şırım vasitəsilə təpə payından və bayır tərəfdə – bayır şırım vasitəsilə gicgah payından ayrılır. Yarımkürənin içəri səthində alın payı ilə təpə payı arasındakı hüdudu mərkəzi şırımın içəri ucundan aşağı doğru çəkilmiş xəyali xətt təşkil edir. Alın payının dal hissəsində mərkəzi şırıma paralel olaraq mərkəzönü şırım – lat. sulcus paracentralis gedir. Mərkəzönü şırımdan iki digər şırım – yuxarı və aşağı alın şırımları – lat. sulci frontalis superior et inferior başlayaraq boylama istiqamətdə öə doğru gedir. Bu şırımlar vasitəsilə alın payı aşağıdakı qırışlara bölünür. Mərkəzönü qırışıq – lat. gyrus precentralis (gyrus centralis anterior – BNA) mərkəzi şırımla mərkəzönü şırım arasında yerləşir.
Andrey Panin
Andrey Panin — Rusiyanın tanınmış teatr və kino aktyoru. == Haqqında == Andrey Vladimiroviç Panin 28 may 1962-ci ildə Rusiyanın Novosibirsk şəhərində anadan olub. == Filmoqrafiya == Morfi (film, 2008) / rus.
Azərbaycan nanı
Ağ Şanı
Ağ Şanı — üzüm növü. Abşeronun yerli sortudur. Azərbaycan Respublikasının əksər üzümçülük rayonlarında, Dərbənddə, Həştərxan və Volqoqrad vilayətlərində becərilir. Kolları güclü böyüyəndir. Çardaqda, alleyada, sərilən formada (qumlu torpaqlarda) yaxşı məhsul verir. Bu onu göstərir ki, dayağı şpalerdən ibarət olan üzümlüklərdə kordon və kombinələşmiş formalar tətbiq edilməlidir. Çiçəkləri funksional dişi tiplidir. Qara Şanı onun ən yaxşı tozlayıcısıdır. Mərdəkanda, Bilgəh və Fatmayıda Ağ Şanı Qara Şanı ilə qarışıq əkilir. Siyezen ve Zarat bolgelerinde, en yaxshi mehsul veren "Fransa süfre üzüm sortu"dur.
Ban Pain
Ban Pain (Norfolk dili Ban Pain) — Norfolk adasının ən iri şəhəri. Adanın əsas kommersiya mərkəzi, faktiki paytaxtı. Adanın bir kənarından digərinə yol şəhərdən keçir. == Əhalisi == Dəqiq əhali sayı məlum deyil. Müəyyən mənbələrə görə onun əhalisi 180 nəfərdir (2007-ci il) == İdarəetmə == Şəhərin bələdiyyəsi və dəqiq sərhədi yoxdur. Şəhərin ticarət-sənaye palatası sahibkarların şəhərin idarə edilməsində iştirakını təmin edir. Şəhərin emblemi və hansısa fərqlənmə nişanı yoxdur.
Bani (Urmiya)
Bani (fars. باني‎‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 34 nəfər yaşayır (62 ailə).
Bar Pali
Bar Pali (ivr. ‏בר פאלי‏‎; doğum adı: Varvara Aleksandrovna Paley, rus. Варвара Александровна Палей; 29 aprel 1982, Nijniy Taqil, RSFSR, SSRİ) — İsrail-Amerikalı aktrisa və model. == Həyatı == Pali 29 aprel 1982-ci ildə SSRİ-nin tərkibinə daxil olan Rusiya SSR-in Nijni Tagil şəhərində Olqa (qızlıq soyadı Drob) və Aleksander Paleyin ailəsində anadan olmuşdur. Uşaqlıqdan musiqiyə havəsi olan Pali 4 yaşından pianoda ifa edirdi. Doqquz yaşında ailəsi İsrailə köçdü və o, İsrailin Təl-Əviv şəhərində böyüdü. Babaları II Dünya Müharibəsi illərində Qızıl Orduda xidmət etmişdir. Məktəb illərində aktrisalığa olan marağının nəticəsində Təl-Əvivdə yerləşən Alef İncəsənət Məktəbinə yazıldı və burada Vilyam Şekspir və Bertolt Brextin Atiqona kimi əsərlərinin taşamasında iştirak etdi. == Karyerası == === Model === Pali modellik karyerasına 17 yaşında başlamışdır. O, Maxim, Rolling Stone və GQ kimi jurnalların üz qapığında yer almışdır.
Barbarossa planı
Barbarossa əməliyyatı (alm. Unternehmen Barbarossa) — İkinci dünya müharibəsində Almaniyanın SSRİ-yə qarşı həyata keçirdiyi ildırımsürətli müharibə (alm. Blitzkrieg) planı. Əməliyyatın adı Müqəddəs Roma imperiyasının imperatoru I Fridrix Barbarossanın adından götürülmüşdür. Plan 1940-cı il iyulun 21-də general Fridrix Paulusun rəhbərliyi altında hazırlanmağa başlanmış və həmin il 18 dekabrda Vermaxtın ali baş komandanı Adolf Hitlerin 21 nömrəli direktivi ilə təsdiq edilmişdir. Plana görə 3 ay ərzində SSRİ-nin Avropa hissəsini tutmaq planlaşdırılırdı. Əməliyyat 1941-ci il 22 iyun tarixində 4,5 milyon nəfərlik alman ordusunun hücumu ilə 2 900 km-lik SSRİ sərhədi boyunca icra edilməyə başlamış, bu hadisə tarixə ən böyük hücum əməliyyatı kimi daxil olmuşdur. Əməliyyata həmçinin 60 000 texnika və 750 000 at cəlb olunmuşdu. == Barbarossa planı == Barbarossa planına uyğun olaraq 22 iyun 1941-ci ildə SSRİ-yə hucum üçün Almaniya və onun müttəfiqlərinin 190 diviziyası(o cümlədən 19 tank və 14 mühərrikli diviziya)cəmləşdirilmişdi. Onları dörd hava donanması, eləcə də Rumıniya və Finlandiya aviasiyası dəstəkləyirdi.
Cani Atanasov
Jani Atanasov (31 oktyabr 1999, Strumitsa[d]) — Şimali Makedoniyalı futbolçu, hazırda Splitdən olan Hajduk klubunda yarımmüdafiəçi kimi çıxış edir.
Canı-Qabaxlı
Qabaxlı (Keşişkənd) — Dərələyəz mahalında, Alagöz çayının (erm.: e. Եղեգիս գետի, l. Yeğeqis qeti) sol sahilində kənd. Qabaxlı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində kənd. Qabaxlı (Axta) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında indi Axta (Razdan) rayonunda kənd. Qabaxlı körpüsü — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonunda körpü. Qabaxlı çayı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda çay. Qabaxlı selavı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) rayonunda selav.
Dani Doberson
Dani Doberson (16 yanvar 1925 – 16 mart 1979, Marsel) — Fransa müğənnisi və aktyoru. 1956 Avroviziya Mahnı Müsabiqəsində Fransanı "Il est là" mahnısı ilə təmsil etmişdir.