Yanis Simze
Yanis Simze (latış. Jānis Cimze) — Latviya xor dirijoru, bəstəkar və pedaqoq, Latviya xor musiqisinin banisi.
O, 1814-cü il iyunun 21-də Livoniya əyalətinin Venden rayonunda yerləşən Simze malikanəsində, mülk müdirinin ailəsində anadan olub. İlk təhsilini 1830-cu ildə bitirdiyi Rauna məktəbində alıb. Rauna və Smiltenedə ev müəllimi kimi çalışır, 1833-cü ildən Volmardakı kilsə məktəbində dərs deyir. 1835-ci ilin payızında o, Vaysenfelsdəki müəllim seminariyasına oxumağa göndərilir, İsveçrə və Avstriyadakı xalq məktəblərinin təcrübəsini öyrənir, Valmierada bunların bənzəri olan seminariya qurmağa hazırlaşır. 1838-ci ildə seminariya kurslarını bitirmiş, F. A. Disterveqdən didaktika və riyaziyyat kurslarında əlavə təhsil almışdır.
Elə həmin illərdə o, skripka çalmağı ciddi şəkildə öyrənməyə başlayır, xalq musiqisi məsələləri ilə maraqlanır. Müəllim Lüdviq Erkdən alman folkloru və musiqisini öyrənmişdir.
1839-cu ildən Volmarda, 1853-cü ildən ölümünə qədər isə Valkada müəllimlər seminariyasına rəhbərlik etmişdir.