Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Paraoa
Paraoa (fr. Paraoa) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Taiti atolundan 930 km cənub-şərqdə yerləşir. == Coğrafiya == Adanın sahəsi 4 km²-dir. Daxilində laqun vardır. == İnzibati bölgüsü == İnzibati baxımından Hao kommunasına daxildir. == Tarixi == Ada 1767-ci ildə ingilis Samuel Vallis tərəfindən kəşf edilir. O, adanı Qloster olaraq adlandırır. == Əhali == 2007-ci il məlumatına görə adada yaşayış yoxdur.
Parağa
Parağa — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd. == Toponimikası == Eyniadlı bələdiyyənin mərkəzidir. Rayonun mərkəzindən 48 km şimal-qərbdə, Ordubad-Tivi avtomobil şose yolunun kənarında, Gilançayının sol sahilində, Zəngəzur Silsiləsinin ətəyindədir.Orta məktəbi, kulubu, kitabxanası, rabitə şöbəsi var. == Əhalisi == Əhalisi 344 nəfərdir. Əhalisi bağçılıq, meyvəçilik və heyvandarlıqla məşğuldur.
Yarasa
Yarasa (lat. Microchiroptera) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinə aid heyvan yarımdəstəsi.
Araşa
Araşa, Barreyru - d i - Araşa (Araxa, Barreiro de Araxa) – Braziliyada, Minas-Jerays ştatında niobium-nadir torpaq elementləri yatağı. Niobiumun ehtiyatına görə dünyada ən iri yataqdır. 1954-cü ildə kəşf edilmişdir. 1960-cı ildən açıq üsulla istismar olunur. Nb2O5-in ehtiyatı 17 mln. ton (filizdəki orta miqdarı 2,5%), nadir torpaq filizlərinin ehtiyatı isə təqribən 500 mln. tondur (nadir torpaq elementləri oksidlərinin filizdəki miqdarı 2,8%). Yataq Minas-Jerays nadir metal əyalətində yerləşir və karbonatitlər massivinin zənginləşmiş laterit aşınma qabığı ilə əlaqədardır. Yan süxurlarını kembriyəqədərki kvarsitlər və muskovitli şistlər təşkil edir. Aşınma qabığının qalınlığı 100–200 m, bəzən daha çoxdur.
Parsa
Parsa (farsca : پارسا pārsā) verilmiş ad və ya soyad kimi istifadə olunan, fars mənşəli, mənası "mömin, dindar" mənasını daşıyan sözdür.
"Parasat" ordeni
"Parasat" ordeni" (qaz. Парасат ордені) — 1 aprel 1993-cü il tarixli "Qazaxıstan Respublikasının Dövlət Mükafatları haqqında" 2069-XII saylı Qanunla təsis edilmiş Qazaxıstan Respublikasının Sərəncamı. Qazaxıstan hökumətinin əmridir. 1993-cü ildə qurulmuşdur. Sərəncam görkəmli elm, mədəniyyət, ədəbiyyat və incəsənət xadimlərinə, habelə dövlət və ictimai xadimlərə, insan haqları müdafiəçilərinə və Qazaxıstanın mənəvi və ya intellektual potensialında əməyi olan digər şəxslərə verilir. "Parasat" ordeni elm və mədəniyyət işçiləri, ədəbiyyat və incəsənət işçiləri, dövlət və ictimai xadimlər, habelə Cümhuriyyətin mənəvi və intellektual potensialının inkişafında və çoxalmasında böyük şəxsi xidmətləri olan vətəndaşlara və ya insan hüquqlarını və sosial maraqlarını qorumaq üçün fəal iş üçün verilir. Ordenin dərəcəsi yoxdur. == Haqqında == Orden nişanı tək parça basaraq qızıldan hazırlanmış gümüşdən hazırlanır. İşarəsi səkkiz guşəli bir ulduzdur, uçları üç dihedral şüa ilə meydana gəlir, ortası xarici olanlardan bir az daha böyükdür; ulduzun ucları arasında kiçik bir işıq. Həndəsi bir naxış şəklində mərkəzi medalyon: mərkəzdə iki dihedral şüanın uzandığı düzbucaqlı bir romb var; rombun guşələrindən üçbucaqlı dihedral fiqurlar.
Amsar Palasa
Amsar Palasa — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Amsar Palsa kəndi 1962 ilində qurulmuşdur və Dağ Amsarın yaylağı kimi işlədilmiş ve əhalinin gedərək ora axişmasi nəticəsində Amsar palsa kəndi yaranmışdır. Amsarpalsa kəndinin üst tərəfindən Ağ çay keçir və kəndin dörd bir tərəfi alma bağları ile əhatə olunur.[mənbə göstərin] == Əhalisi == Kəndin əhalisi 500 nəfər təşkil edir. Burada azərbaycanlıların yanı sıra 1993 ildə Özbəkistandan köç etmiş Axısqa türkləri də yaşayır. 500 nəfərin çoxunluğunu Axısqa türkləri təşkil etməktədir.
Parana çayı
Parana çayı(isp. Río Paraná, port. Rio Paraná) — Cənubi Amerikada çay. Braziliya, Paraqvay və Argentina ərazilərindən axır.
Parana ştatı
Parana (port. Paraná) — Braziliyanın cənubunda yerləşən ştat. Şimaldan Matu-Qrosu-du-Sul və San-Paulu ştatları ilə sərhədə malikdir. Cənubdan Santa-Katarina ştatı və Argentina, qərbdən isə Paraqvay ilə sərhədi mövcuddur. Şərqini Atlantik okeanın suları yuyur. İnzibati mərkəzi Kuritibadır. Parana ştatı (Santa-Katarina və Riu-Qrandi-du-Sul) ərazisi Braziliyanın Cənub tropikindən cənubda yerləşən ştatlarındandır. == Coğrafiya == Ştat ərazisi əsasən platodan ibarətdir ki, burada da hündürlük 200-1000 metr arasında dəyişir. Platonun kənarları getdikcə alcalır. Bu ərazilərin böyük qismi kamposla örtülüdür.
Parasat ordeni
"Parasat" ordeni" (qaz. Парасат ордені) — 1 aprel 1993-cü il tarixli "Qazaxıstan Respublikasının Dövlət Mükafatları haqqında" 2069-XII saylı Qanunla təsis edilmiş Qazaxıstan Respublikasının Sərəncamı. Qazaxıstan hökumətinin əmridir. 1993-cü ildə qurulmuşdur. Sərəncam görkəmli elm, mədəniyyət, ədəbiyyat və incəsənət xadimlərinə, habelə dövlət və ictimai xadimlərə, insan haqları müdafiəçilərinə və Qazaxıstanın mənəvi və ya intellektual potensialında əməyi olan digər şəxslərə verilir. "Parasat" ordeni elm və mədəniyyət işçiləri, ədəbiyyat və incəsənət işçiləri, dövlət və ictimai xadimlər, habelə Cümhuriyyətin mənəvi və intellektual potensialının inkişafında və çoxalmasında böyük şəxsi xidmətləri olan vətəndaşlara və ya insan hüquqlarını və sosial maraqlarını qorumaq üçün fəal iş üçün verilir. Ordenin dərəcəsi yoxdur. == Haqqında == Orden nişanı tək parça basaraq qızıldan hazırlanmış gümüşdən hazırlanır. İşarəsi səkkiz guşəli bir ulduzdur, uçları üç dihedral şüa ilə meydana gəlir, ortası xarici olanlardan bir az daha böyükdür; ulduzun ucları arasında kiçik bir işıq. Həndəsi bir naxış şəklində mərkəzi medalyon: mərkəzdə iki dihedral şüanın uzandığı düzbucaqlı bir romb var; rombun guşələrindən üçbucaqlı dihedral fiqurlar.
Parağa rayonu
Parağa rayonu — Azərbaycan Sovet Sosialist Respublikası Naxçıvan Muxtar Sovet Sosialist Respublikasında 1925–1933-cu illərdə mövcud olmuş inzibati vahid. İnzibati mərkəzi Parağa kəndi olmuşdur. Qıvraq rayonuna 15 kənd daxil idi == Tarixi == 1925 ci ildə yaradılan Parağa rayonuna aşağıdakı qəsəbə və kəndlər daxil edilib: Parağa, 1933-cü ildə isə Azərbaycanda yeni rayonlaşma aparıldı. Həmin vaxt Parağa kəndi yeni yaradılan və mərkəzi Naxçıvan şəhəri olan Naxçıvan rayonuna daxil edildi.
Yarasa(heyvan)
Yarasalar (lat. Chiroptera) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinə aid heyvan dəstəsi. Çiyin hissəsindən bazuya, oradan ikinci barmağa, daha sonra beşinci barmağa, bədənin yanları ilə arxa ətraflara və quyruğun ucuna qədər incə uçma pərdəsi uzanır. Yarasalar alaqaranlıq və gecə heyvanlarıdır. Bəzi bölgələrdə Gecəquşu adlandırılan bu heyvan çox yaxşı eşidir və dərisi vasitəsilə belə hiss edir. Yarasanın exolokasiya qabiliyyəti yaxşı inkişaf edib. Onlar getdiyi yerə müxtəlif səs dalğaları buraxır. Bu heyvan balalarına öz südünü verir. Əgər qanadları olmasaydı onları siçana oxşatmaq olardı. Azərbaycan faunasında 3 fəsilə ilə təmsil olunmuşdurlar: nalburunlar (lat.
Yarasa (dəqiqləşdirmə)
Yarasa
Yarasa (heyvan)
Yarasalar (lat. Chiroptera) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinə aid heyvan dəstəsi. Çiyin hissəsindən bazuya, oradan ikinci barmağa, daha sonra beşinci barmağa, bədənin yanları ilə arxa ətraflara və quyruğun ucuna qədər incə uçma pərdəsi uzanır. Yarasalar alaqaranlıq və gecə heyvanlarıdır. Bəzi bölgələrdə Gecəquşu adlandırılan bu heyvan çox yaxşı eşidir və dərisi vasitəsilə belə hiss edir. Yarasanın exolokasiya qabiliyyəti yaxşı inkişaf edib. Onlar getdiyi yerə müxtəlif səs dalğaları buraxır. Bu heyvan balalarına öz südünü verir. Əgər qanadları olmasaydı onları siçana oxşatmaq olardı. Azərbaycan faunasında 3 fəsilə ilə təmsil olunmuşdurlar: nalburunlar (lat.
Yarasa (operetta)
Yarasa (alm. Die Fledermaus‎) — avstriyalı bəstəkar, İohann Ştrausun 1872-ci ldə yazmış olduğu operettası. Alman dilindəki librettonun müəllifləri Haffner Karl və Jene Rixarddırlar. Operettanın premyerası 5 aprel, 1874 cü ildə Vyana, "An der Vin" teatrında olmuşdur. == Yazılma tarixi == 1872 ci ildə Vyana teatrı "An der Vin" Anri Malyak və Ludovik Halevinin "Yeni il gecəsi" fransız komediyasını tamaşaya qoymağa hazırlaşir. Son anda teatr direktoru, Maks Ştayner bu fikrindən daşınır. Yulius Roderix Benediksin "Həbs cəzası" vodevili əsasında Haffner Karl və Jene Rixard tərəfindən yazmılmış senari qaralamanı libretto kimi İohann Ştrausa təqdim edərək, yeni "Yarasa" operettasını yazmağı təklif edir. Şən, zarafatla dolu, bayram ovqatlı librettonu Ştraus çox bəyəndiyindən, oprettonu 6 həhtə ərzində bitirir. İlk zamanlar "Yarasa" populyarlıq qazanmasa da Vyana teatrının repertuarından düşmür. 3 ils sonra "Qaraçı" adı altında yenilənmiş versiyası Parisdə gurultulu uğur qazanır.
Yarasa (roman)
Yarasa (norv. Flaggermusmannen) Norveçli yazıçı Yu Nesbönun Harri Hole haqqında romanlar seriyasının ilk əsəridir. Başqa bir adı " Yarasanın uçuşu" adlanır. == Məzmunu == Norveç kral polis idarəsi zorlanmış, sonradan isə öldürülmüş keçmiş Norveç aktrisası İnqer Holterin təhqiqat işində Norveçi təmsil etmək üçün Harri Holeni Avstraliyaya ezam edir. Harri Avstraliyaya çatanda ilk tanış olduğu şəxs, Avstraliya aborigeni olan, Sidney polis idarəsindən ölüm işinin təhqiqatı tapşırılan və onun nominal tərəfdaşı olacaq Endryu Kensinqton olur. Holterin cəsədinin sahildə qayaya çırpılıb dağılmış şəkildə tapıldığını və bütün izlərin və sübutların yuyulduğunu Harriyə xəbər verirlər. İlk olaraq onun heyranı olan Evans Uaytdan şüpələnildi. Evans 1970-ci ildə boşanmış anası ilə Avstraliyaya imiqrant olaraq gəlib, indi isə Nimbin şəhərində narkotik alveri ilə məşğul olur. Harri Evans ilə tanış olan kimi onun cinayətdə əlinin olduğuna əmin olur. Harri və Endryu əvvəllər İnqer Holterin barmen işlədiyi paba baş çəkirlər.
Yarasa qızılquş
Yarasa qızılquş (lat. Falco rufigularis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Uzunqanad yarasa
Uzunqanad yarasa (lat. Miniopterus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin uzunqanad yarasalar fəsiləsinə aid heyvan cinsi.
Fərruxru Parsa
Fərruxru Parsa (22 Mart 1922 – 8 May 1980) – 1968-1977-ci illərdə İranda nazir olub. == Həyatı == Lakin 1968-77-ci illərdə nazir olmuş Fərruxru Parsaini 1979-cu ildə İnqilab Məhkəməsinin qərarı ilə edam ediblər. == Həmçinçinin bax == İran == Xarici keçidlər == A photograph of Farrokhroo Pārsā in conversation with Amir-Abbās Hoveydā. An old photograph of the young family of Farrokh-Din Pārsā and Fakhr-e Āfāgh Pārsā.
Riu-Qrandi (Parana)
Riu-Qrandi — Braziliyanın cənubundan axan çay. Öz başlangıçını Mantikeyradan Atlantik okeanın sahilinə yaxın ərazidən Minas-Jerays ştatından götürü. Uzunluğu 1230 km-dir. Çay Braziliya öndağlığından axır. Yuxarı axarda astanalar müşahidə edilir. Paranaiba çayı ilə birləşərək Parana çayını əmələ gətirir. Əsasən yağış suları ilə qidalanır. Elektrik enerjisi istehsalında istifadə edilir. İki SES 1,2 kVt enerji verir.
Yarasa (film, 1995)
"Yarasa" — Azərbaycan kinosunu beynəlxalq səviyyəyə yüksəltmiş və ümumdünya kinofestivallarında ilk Qran-Pri qazanmış müstəqil Azərbaycanda çəkilmiş ilk bədii film. Filmin sloqanı: süjet – kinoda ölüm, mövzu – kinodan ölüm, ideya – kinonun ölümü. == Məzmun == Filmin süjetini iki sözlə belə ifadə etmək olar: kinoda ölüm. Mövzuya gəldikdə isə o belədir: kinodan ölüm. Filmin ideyası: kinonun ölümü Filmin mövzusu təsadüfən yaranmayıb. Bu, rejissorun indiyə kimi kino haqqında, mədəniyyət haqqında olan düşüncələrənin nəticəsidir. Bu, rejissorun kinoya olan məhəbbəti və nifrətidir. Hər bir adamın daxilində bu iki məfhum, bu hisslər ayrılmazdır. Bəs nəyə görə nifrət? Çünki kino insanı real həyatdan ayırır.
Yarasa (hərbi birləşmə)
"Yarasa" — Azərbaycanın Xarici Kəşfiyyat Xidmətinin (XKX) xüsusi təyinatlı dəstəsi. == Yaradılması == Azərbaycan Prezidenti İlham Əliyev 14.12.2015-ci il tarixli Sərəncamına əsasən Azərbaycanda xüsusi xidmət orqanlarının fəaliyyətinin səmərəliliyini artırmaq məqsədi ilə Xarici Kəşfiyyat Xidməti yaradılmışdır. Xarici Kəşfiyyat Xidmətinə tabe olan ən gizli xüsusi bölmə "Yarasa" Xüsusi Təyinatlı Dəstəsidir. == Tarixi == "Yarasa" Xüsusi Təyinatlı Dəstəsi Azərbaycan Ordusunun elit və ən gizli xüsusi bölməsi hesab olunur. Komandirlərin adları belə gizli saxlanılır."Yarasa" Xüsusi Təyinatlı Dəstəsinin hərbi qulluqçuları 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Qubadlı şəhərinin azadlığı uğrunda gedən döyüşlərdə savaşmışdır.Bölmənin əsas fəaliyyəti Ermənistan Ordusunun arxa cəbhəsində olmuşdur.10.12.2020-ci ildə baş tutan Zəfər Paradı zamanı "Yarasa" Xüsusi Təyinatlı Dəstəsinin mövcudluğu barədə birinci dəfə ictimaiyyətə məlumat verilmişdir.
Adi uzunqanad yarasa
Adi uzunqanad yarasa (lat. Miniopterus schreibersii) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin uzunqanad yarasalar fəsiləsinin uzunqanad yarasa cinsinə aid heyvan növü. Latın adı avstriya zooloqu Karl Anton Fon Şraybersin şərəfinə adlandırılıb. == Yayılması == Onlara Avropa və Asiyanın cənubu, Afrika və Avstraliyada rast gəlmək olar. Şri-Lanka, Yava, Sumatra Kalimantan, Sulavesi, Yeni Qvineya, Fillippin adaları, Solomon adaları, Şimali Koreya, Rusiya və Yaponiya kimi ərazilərdə də rast gəlmək olar. Cənubi Qafqazın şərq hissəsində yayılmış Miniopterus schreibersii pallidus növünə aiddir. Bu növ Azərbaycanın əsasən, Kiçik Qafqazın dağları ərazisi boyunca rast gəlinir. Onların 7 məntəqədə populyasiyası aşkarlanmışdır. == Yaşayış yeri və həyat tərzi == Dünyada 2200 metr yüksəkliyə malik ərazilərdə rast gəlmək olar. Azərbaycanda aşkarlanan populyasiya əsasən 1000–1600 hündürlükdə yerləşən ərazilərdə yayılmışdır.
Prasa-du-Komersiu
Bazar meydanı (port. Praça do Comércio) — Lissabonda meydan, Portuqaliya. 1755-ci ildə zəlzələ nəticəsində dağılmış olan Ribeyra Sarayının yerində olduğu üçün Saray Meydanı olaraq da bilinir. Zəlzələdən sonra ərazi tamamilə yenidən quruldu. == Tarixi == Taxo çayının sahillərində bir şəhər yaşayış yerinin meydana gəlməsi, şəhər divarlarının xaricində, çayın yaxınlığında yeni bir kral iqamətgahı (Ribeyra Sarayı) inşa edən Kral I Manuelin fəaliyyəti ilə əlaqələndirilir. Portuqaliya, Avropanın digər bölgələri ilə Afrika, Asiya və Amerikadakı koloniyalar arasında ticarəti tənzimləyən bir liman, bir gəmiqayırma zavodu, Hindistan Evi və digər inzibati binaların tikintisi ilə əlaqədar olaraq ərazi daha da inkişaf etdirilmişdir. Meydana Ticarət adı verildi, bu da Lissabon iqtisadiyyatında yeni funksiyalarını təyin etdi. Meydandakı simmetrik binalar gömrük və liman işlərini tənzimləyən hökumət büroları ilə doldu. Əsas cazibə meydanın mərkəzində 1775-ci ildə açılışı olmuş Kral I Xose heykəlidir. Lissabon Kralına həsr olunmuş yeganə bürünc abidə, dövrünün Portuqaliyalı heykəltəraşı Joakim Maşadu de Kaştru tərəfindən dizayn edilmişdir.
Parsa, Qazipur(Ghazipur)
Baraba
Baraba (tatar. Бараба, Baraba, Sibirtatarca: Бараба, Baraba) ― Rusiyanın Novosibirsk vilayətinə bağlı Baraba rayonunun mərkəzi olan şəhərdir. Şəhər, Baraba Çöllərindənda yer almaqdadır. sahəsi 69.48 km² olan şəhərin əhalisi 2010 ilə görə 30,394'dür.
Barana
Noyemberyan, Barana — Ermənistanda şəhər, Noyemberyan rayonunun mərkəzi. Ayrum dəmiryolu stansiyasından 20 kilometr aralıdadır.Barana — Yelizavetpol (Gəncə) quberniyasının Qazax-Şəmşəddin qəzasında, indi Barana (Noemberyan) rayonunda kənd və Barana rayonunun mərkəzi. Qaraqoyunlu Dərəsinin şimalını əhatə edən Barana mahalının adı Baranlı sülaləsi ilə bağlıdır.Baranlı sülaləsi Qaraqoyunlular dövlətinin baniləri Qara Mansurun oğlu Bayram Xoca, Qara Yusif (Qaraqoyunlular) və Sultanqulu bəy Baranlı (Qütbşahlılar dövlətinin banisi) kimi nümayəndələri ilə tanınır. == Toponimi == Rayonun Barana adı tarixi mənbələrdə kənd və mahal adı kimi qeyd olunur. V. V. Radlovun fikrincə "barana" türk sözüdür və rus dilindəki "baran" sözü də qədim türklərin dilindən keçmişdir. Barana isə qoyunlu yer anlamındadır. Azərbaycan tarixçiləri isə bu toponimi Ağqoyunlu və Qaraqoyunlu tayfaları ilə bağlayır. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4. I.1938-ci il fərmanı ilə yaşayış məntəqəsinin adı dəyişdirilib Böyük Oktyabr Sosialist inqilabının şərəfinə Noyemberyan qoyulmuşdur. == Tarixi == 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Sürməli nahiyəsində Barani kəndi qeyd olunur İncəsu çayının adı ilə əlaqədar olaraq İncəsu da adlanmışdır.
Larisa
Larisa — Qadın adı. Larisa Xələfova — Aktrisa. Larisa Məmmədova — 20 yanvar şəhidi. Larisa Dolina — SSRİ və Rusiya estrada müğənnisi.Yaşayış məntəqələriLarisa (şəhər) — Yunanıstanda şəhər.
Marağa
Marağa — İranın Şərqi Azərbaycan ostanında şəhər. Təbrizdən 130 kilometr cənub-şərqdə yerləşir. Marağa bağ-bağatı, meyvəsi, xüsusilə üzüm, doşab və kişmişi ilə məş­hurdur. Şəhər, meyvəsindən əlavə, taxılı və gözəl mərməri ilə də böyük şöhrət qazanmışdır.Həmçinin Marağa öz qədim Marağa rəsədxanası və bütün Azərbaycanda tanınan Marağa sabunuyla məşhurdur. == Etimologiyası == Bir çox mütəxəssis indiki Marağanı qədim tarixi qaynaqlarda adı çəkilmiş, Atropatenada yerləşən Vera şəhəriylə, habelə Fraata, Prasana, Fraaspa, Fraspa, Əfrahrud (rud farsca çay deməkdir) kimi toponimlərlə əlaqələndirir. Bəzi qaynaqlara görə, "Marağa" sözünün mənası "otlaq yeri" deməkdir. Marağa şəhərinin adını ərəb dilində "otlamaq" mənasındakı "mərəğə" sözüylə əlaqələndirib, bu adın "otlaq, at bəslənən yer" demək olduğunu qeyd edirlər. Lakin çox güman ki indiki Marağa toponimi ilə bağlı olan qədim toponimlərin (Fraata, Fraaspa, və s.) Azərbaycan ərazisinə ərəb xilafətinin axınlarının başlamasından xeyli əvvəl mövcud olduqları nəzərə alındıqda, bunun gerçək olması ehtimalı az olur. == Tarixi == Strabonun yazdığına görə, Atropatena hökmdarlarının yay iqamətgahı olan Qazaka və qış iqamətgahı olan Vera adlı iki paytaxt şəhərləri olmuşdur. Strabon qeyd edir ki, Araz çayından Vera şəhərinə məsafə 2400 stad (1 stad 184 metrə bərabərdir) olmuşdur.
Nataşa
Nataşa — ad. Nataşa Rostova — Lev Tolstoyun "Hərb və Sülh" romanının əsas qəhrəmanlarından Nataşa Vegşeider — Avstriyalı bədii gimnastdır. Nataşa Lionn — ABŞ aktrisası, komediyaçısı, rejissoru Nataşa Starr — Polşa pornoaktrisası. Nataşa Yarovenko — İspaniyada yaşayan Ukrayna aktrisası. Nataşa Bedinqfild — ingiltərəli müğənni ve bəstəkar. Nataşa Osmokroviç — xorvatiyalı voleybolçu. Nataşa Bassett — avstraliyalı aktrisa, ssenarist və rejissor. Nataşa Krsmanoviç — Serbiya voleybolçusu. Nataşa Kandiç — Serbiyalı ictimai xadim, insan hüquqları müdafiəçisi. Nataşa Ninkoviç Nataşa Stankoviç — Hindistan serbi, aktrisa, model, rəqqas.
Panama
Panama Respublikası (isp. República de Panamá [re̞ˈpuβ̞lika ð̞e̞ panaˈma]) — Mərkəzi Amerikada ölkə. Qərbdə Kosta-Rika, şərqdə Kolumbiya ilə sərhəddir. 2012-ci ildə "New York Times" qəzetinin " dünyanın görməli yerləri" siyahısında Panama birinci yerdədir. == Əsas məlumatlar == Panama 9 əyalət, 3 muxtar əyalət və 2 komark (isp.comarca indígena)dan ibarətdir. Dövlət quruluşu - Demokratik Respublika. Dövlət və hakimiyyət başçısı - Prezident. Nazirlər kabinetini Prezident seçir, Prezident və vitse-Prezident ümumxalq səsverməsi ilə 5 ildən bir seçilir. Qanunverici orqan- birpalatalı Milli Assambleya(Asamblea Nacional)71 deputat, 5 illik müddətə seçilirlər. Panama Valyutası - balboa, 1903-dən, Panama Kolumbiyadan ayrılandan.
Qarasu
Qarasu (Hacıqabul) — Hacıqabul rayonunda kənd. Qarasu (Kürdəmir) — Kürdəmir rayonunda kənd. Qarasu — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında qışlaq. Qarasu — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Barana (Noemberyan) rayonu ərazisində yaşayış məntəqəsi - qışlaq. Qarasu — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Barana (Noemberyan) rayonunda bulaq. Qarasu — Xəzər dənizində, Baki arxipelaqinda ada. Uzunluğu təqr.