Darabaz (Zəngəzur)
Dərəbas — Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda
kənd.
== Tarixi ==
Rayon mərkəzindən 29 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində Dərəbaz
formasında qeyd edilmişdir. Kəndin adı 844-cü ildən çəkilir.
Toponim Azərbaycan dilində «iki dağ arasında çuxur» mənası bildirən dərə sözünə türk dillərində «dağın başı», «zirvə» mənasında işlənən bas sözünün birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 10.IX.1946-cı il fərmanı ilə adı dəyişdirilib Darbas (Darvaza)
qoyulmuşdur.
== Əhalisi ==
Ermənilər buraya 1828-29-cu illərdə Türkiyədən köçürüllərək yerləşdirilmişdir.
Ermənilərlə yanaşı kənddə 1831-ci ildə 164 nəfər, 1873 - cü ildə 515 nəfər, 1886-cı ildə 553
nəfər, 1897-ci ildə 730 nəfər, 1908-ci ildə 440 nəfər azərbaycanlı yaşamışdır.