Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Parus
Arıquşu (lat. Parus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin arıquşları fəsiləsinə aid heyvan cinsi.
Parus (dəqiqləşdirmə)
Parus — arıquşu cinsinin latınca adı.
Parus ater
Qaraca arıquş (lat. Periparus ater) — Arıquşları fəsiləsinin Periparus cinsinə aid quş növü. == Xarakterik morfoloji əlamətləri == Bel tərəfi zeytuni-boz, qanadları və quyruğu qonur-boz, başı və döşünün yuxarısı qara, yanaqları ağ, qarnı və bədəninin yanları oxraya çalan ağımtıldır. Dişi fərd erkəkdən azca kiçikdir . == Kateqoriyası və statusu == Çoxsaylıdır. == Yayılması == Avropa, Asiya və Şimal-qərbi Afrikada yayılıb. Azərbaycanda isə dağ və dağ-meşə qurşaqlarında, bağ və parklarda yayılıb. == Növdaxili müxtəlifliyi == Politipik növdür. Dünyada 20-dən çox, Azərbaycanda isə 2 yarımnövü (P. a. michayloüskii, Boqd., 1879; P.a.
Parus caeruleus
Adi göy arıquşu (lat. Cyanistes caeruleus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin arıquşları fəsiləsinin göy arıquşu cinsinə aid heyvan növü. == Xarakterik morfoloji əlamətləri == Papağı, qanadları və quyruğu mavi rəngdə, beli yaşıl, alnı və yanaqları ağ, döşü və qarın hissəsi ağdır. Dişi fərdlər erkəklərdən bir qədər kiçikdir. == Kateqoriyası və statusu == Çoxsaylıdır. == Yayılması == Avropa və Asiyada yayılıb. Azərbaycanda isə Kür-Araz ovalığında, dağ–meşə qurşağında, ağac və kolluqlarda, bağlarda yayılıb. == Növdaxili müxtəlifliyi == Politipik növdür. Dünyada 15, Azərbaycanda isə 2 yarımnövü (P. с. caeruleus, Linn, 1758; P.c.
Parus cristatus
Adi kəkilli arıquşu (lat. Lophophanes cristatus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin arıquşları fəsiləsinin kəkilli arıquşu cinsinə aid heyvan növü. == Xarakterik morfoloji əlamətləri == Başında qar lələklərdən ibarət ucu sivri və ağ haşiyəli kəkili var. Dimdiyindən göz və qulaq lələklərinə qədər nazik qar zolaq uzanır. Erkək dişiyə nisbətən azca iridir . == Kateqoriyası və statusu == Qismən çoxsaylıdır. == Yayılması == Avropa və Asiyada yayılıb. Azərbaycanda isə Kiçik və Böyük Qafqaz dağlarının dağətəyi hissəsində və Talışda yayılıb. == Növdaxili müxtəlifliyi == Dünyada 5, Azərbaycanda isə 1 yarımnövü (P.с. cristatus Linn, 1758) yaşayır.
Parus hyrcanus
Hirkan arıquşusu (lat. Poecile hyrcanus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin arıquşları fəsiləsinin poecile cinsinə aid heyvan növü. == Qısa təsviri == Bu quşlar nisbətən iri (bədəninin uzunluğu 140, qanadları 72–76 mm). Başı və çinədanı tünd qəhvəyi rəngdədir və buna görə digər arıquşulardan seçilir. Sakit nəğməsi böyük arıquşunun nəğməsini xatırladır. Çağırışları isə "si-si-tyürrrr…" şəklindədir.
Parus major
İri arıquşu (lat. Parus major) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin arıquşları fəsiləsinin arıquşu cinsinə aid heyvan növü.
Larus
Qağayı (lat. Larus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinə aid heyvan cinsi. Onlar həm dəniz kənarlarında həmdə göllərdə yayılmışlar. Bir çox növləri sinantrop həyat sürərək insanla birgə yaşayışdan fayda əldə edir. Bir qayda olaraq bu cinsə daxil olan növlərdə ya boz ya da qara rəngli ləkələr müşahidə edilir. İri və orta ölçülərə malik olurlar. Qağayılar üçün növlər arası çütləşmə xarakterikdir.
Padus
Meşəgilası (lat. Prunus subg. Padus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü.
Paris
Paris (fr. Paris, tələf. Paği) — Fransanın paytaxtı və ən çox əhalisi olan şəhəri, 1 yanvar 2023-cü il rəsmi hesablamada 105 km2-dan çox bir ərazidə 2,102,650 sakinin yaşadığı şəhər, bu da onu Avropa İttifaqının 4-cü ən çox əhalisi olan şəhəri edir, beləki 2022-ci ildə dünyanın ən sıx məskunlaşmış 30-cu şəhəridir. == Coğrafiyası == Şəhər Paris hövzəsinin mərkəzində, təxminən dəniz səviyyəsindən 65 m hündürlükdə yerləşmişdir. Parisin yaşayış məhəllələri 36 km-lik dairəvi yolla əhatələnmişdir. Parisin ərazisinə həmçinin şəhərdən qərbdə yerləşən Bulon və şərqdə yerləşən Vensen meşələri də aiddirlər. Şəhərin sahəsi 87 кm², adı çəkilən meşə zolaqları ilə birlikdə 105 кm²-dir. İndiki sərhədlər 1860-cı ildə qurulub. Şəhər sərhədi əsasən Periferik dairəvi yol boyunca uzanır, onun xaricində şərqə və qərbə doğru şəhərin bir hissəsi olan Bois de Vincennes və Boulogne var. Fransız xəritələrində uzun müddət Paris meridianı 0 meridian kimi göstərilmişdir.
Parux
Fərrux — Azərbaycan Respublikasının Xocalı rayonunun Pirlər kənd inzibati ərazi dairəsində kənd. Kənd Əsgərandan 16 km, Xankəndidən 32 km aralı yerləşir. == Tarixi == Kənddə 1932-ci ildə kolxoz təşkil olunub. 1958-ci ildə kəndə elektrik xətti çəkilib. 1988-ci ildə Qarabağ hadisələri başlayandan Fərrux kəndində yuva qurmuş əsasən İrəvandan, Livandan, Suriyadan gəlmiş erməni silahlıları, muzdluları Ağdamın Cinli, Əlimədədli və digər yaxın kəndləri atəşə tutur, dinc insanları qətlə yetirir və yaralayırdılar. Münaqişənin ilk illərində dəfələrlə ermənilər Fərruxdan Cinli kəndinə hücum edib. Münaqişə dövründə kənd və yaxınlıqdakı Fərrux yüksəkliyi xüsusi strateji əhəmiyyətə malik bir yer idi. 31 yanvar 1992-ci ildə Azərbaycan ordusunun birlikləri olan Şirin Mirzəyevin batalyonu və Ağdamın yerli OMON qüvvələri Fərrux kəndini erməni quldurlarından azad edilməsi əməliyyatında iştirak etdi.1993-cü ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Fərrux kəndinin əhalisinin sayı 42 nəfər təşkil edirdi. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Fərrux kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir.
Pyrus
Armud (lat. Pyrus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Armud ağ çiçəkli bir ağacın yumşaq, sulu və şirin meyvəsidir. Armud sarı-yaşıl arası rənglərdə, lifli, həzmi asan və mineral baxımından olduqca zəngin bir meyvədir. Vətəni Çindir. Hündürlüyü 30 m-ədək, yarpağı tökülən ağac və ya koldur; budaqları bəzən tikanlı olur. Kökü milşəkillidir; torpağın dərinliklərinə gedir. Gövdəsi və budaqları boz və ya qəhvəyi qabıqla örtülüdür. Zoğları çılpaq, bəzən tükcüklüdür. Yarpaqları sadə, bəzi hallarda dilimli, yaxud lələkvarı yarılmış olur.
Yarus
Yarus – biosenoz və aqrosenozda həm assimlyasiya edən (yarpaq və budaqları), həm də adsorbsiya edən və ehtiyat toplayan (kökləri, kökümsovu, kök yumrusu, soğanağı) hissələrinin yerləşdiyi qat (mərtəbə). Əsas qat (mərtəbə) əsas yarus, alt qatlar isə ikinci, üçüncü yarus adlanır. Yaruslarda çətirlər və biohorizontlar ayrıla bilər. Ot örtüyü, kol və ağac yarusları ayrılır. Yarus termini meşəçilikdə daha çox işlənir. == Yarusluq == Biosenoz və aqrosenozun müxtəlif örtmə dərəcəsi və hündürlüyü olan, assimlyasiyada, həmçinin maddələrin və enerjinin toplanmasında müxtəlif dərəcədə iştirak edən qatlara, yaruslara, çətirlərə, biohorizontlara və s. ayrılması.
Panthera pardus pardus
Afrika bəbiri (lat. Panthera pardus pardus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin bəbir növünə aid heyvan yarımnövü.
Aruş
Aruş — Azərbaycan Respublikasının Xocavənd rayonunun inzibati ərazi vahidində kənd. Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən 1993-ci ildə işğal edilmişdir. == Tarixi == Burovar silsiləsinin ətəyində yerləşir. Oykonimin Ərus variantı da mövcuddur. Mənbələrin verdiyi məlumata görə, həmin kənd Mirimli, Tapırlı, Məlikli və Aruslu adlanan dörd məhəllədən ibarətdir. XIX əsrin II yarısına aid mənbələrdə də Lənkəran qəzasında mənşəcə qıpçaqlardan olan ərus tayfasının yaşadığı göstərilir. Arus sözü qədim türklərdə "uzun, hündür adam deməkdir.Arus sözü "Kitabi-Dədə Qorqud" abidəsindəki Qazan xanın dayısı Qoca Aruzun adı ilə bağlıdır.Yardımlı ərazisindəki Məlikli, Arus, Ərsilə kimi yaşayış məntəqələri, o cümlədən Bolqarçay və Quludaş boyunca yayılmış bir çox yer adları (Burlaqxatun təpəsi, Qazanköşk zirvəsi, Qaracadağ, Tülün, Deman və s.) möhtəşəm "Kitabi-Dədə Qorqud" dastanlarında cərəyan edən hadisələrin bu bölgədən yan keçmədiyini bir daha təsdiq edir. Azərbaycan ərazisində Məlik adıyla əlaqədar 10-dan şox yaşayış məntəqəsi mövcuddur. Məsələn, Məlikballı (Məlikbabalı)- Ucar r.), Məlikcanlı- Xocavənd r.), Məlikçobanlı (Ağsu r.), Məlikəhmədli (Qubadlı r.), Məlikkənd (Göyçay r.), Məlikqasımlı (perimbel tayfasının bir qolu kimi qeyd olunur-Cəlilabad r.), Məliklər (Dəvəçi r.), Məlikli (Qəbələ, Zəngilan, Zərdab) və s. Q.Qeybullayev Yardımlı rayonundakı Arus oykoniminin Orus (Urus) etnonimi ilə bağlı olduğunu qeyd edir.
Parus (biznes mərkəzi)
Yelkən biznes mərkəzi — Ukraynanın Kiyev şəhərində yerləşən 33 mərtəbəli "A" sinifli ofis mərkəzi. Göydələn, Ukraynada 2010-cu ilə qədər ən yüksək ofis binası hesab edilirdi. Hal-hazırda "Klovskiy" və "Qulliver" dən sonra Kiyevdə yerləşən üçüncü ən hündür binadır. Tikinti 2004-cü ildə başladı, rəsmi açılış isə 4 aprel 2007-ci ildə baş tutdu. == Adlandırılması == 2003-cü ildə göydələn, "Elsburq Plaza" adı ilə irəli sürüldü. Lakin sonradan binanın yelkənlə oxşarlığına görə binaya "Yelkən" adı verilir. == Tarixi == 2002-ci ildə ortaya çıxan ilk layihələrə neoklassik üslubda bir göydələnin əsası üçün təmin edilmişdir. Qalıq memarlıq məsələsi binanın içərisində daha müasir bir üsluba sahib idi. Tikinti 2004-cü ildə başlamış və ən yeni tikinti materialları və texnologiyalarının köməyi ilə həyata keçirilmişdir. 13 fevral 2006-cı ildə binanın dəmir-beton çərçivəsi tamamilə hazır idi.
Arrondissement (Paris)
Arondisman (fr. arrondissements; [aʀɔ̃dismɑ̃]) — Paris bələdiyyə inzibati ərazi bölgü vahidi. Paris şəhəri 20 bələdiyyəyə dairəsinə bölünür. Arondismanın nömrəsi iki son poçt indeksi ilə göstərilir. Nömrələnmə spiral boyu saat əqrəbi istiqamətində, mərkəzdən Sena çayının sağ sahili istiqamətində aparılmışdır. (а) 1-4 dairələr üçün ümumi statistika: əhali 102 300 nəf; əhali sıxlığı 18 301 nəf./km².
HEC Paris
HEC Paris ( École des hautes études commerciales de Paris ), Jouy-en-Josas, Paris və Doha da kampusları olan biznes sahəsində ixtisaslaşmış Avropa mərkəzli bir universitetdir. 1881-ci ildə qurulan məktəb. HEC, Financial Times tərəfindən 2019-cu ildə Avropa Biznes Məktəbləri arasında 1-ci yerdə qərarlaşmışdır . Məktəbin proqramları AMBA, EQUIS və AACSB beynəlxalq akkreditasiya qurumlarının hər üçü tərəfindən akkreditə olunmuşdur . Məktəbin məzunları arasında Fransua Olland kimi adlar vardır.
Henri Parks
Ser Henri Parks (27 may 1815, Vorvikşir qraflığı – 27 aprel 1896, Sidney) — Avstraliya dövlət xadimi, Yeni Cənubi Uelsin Baş naziri (1872-1891, fasilə ilə 1876 ve 1883-1887), Avstraliya dövlətçiliyinin bani atası, jurnalist, yazıçı və şair. Sağlığında The Timesonu Avstraliyanın "əsas siyasi xadimi" adlandırılmışdır. Tədqiqatçılar Parksın xarakterini paradoksal adlandırırlar. Ona parlamentdəki işlərlə, o cümlədən iqtisadi məsələlərlə əlaqədar işlər verilmişdi (məsələn, ölkədə sərbəst ticarət zonası qurdu və ticarət faydaları barədə müqavilələr bağlamışdı), eyni zamanda onunla əlaqəsi olmayan məsələlərdə uğursuz olmuşdu (üçün Məsələn, dəfələrlə iflas etdi). Özü məktəbin yalnız bir neçə sinifini bitirməsinə baxmayaraq təhsili universal, sərbəst və dünyəvi hala gətirdi. Ömrünün çox hissəsini Avropadan yeni immiqrantlar cəlb etmək və məhkumların Avstraliyaya sürgün edilməsinə son qoymaq üçün mübarizə aparmaqla yanaşı, Çin mühacirətini məhdudlaşdırdı. Onun fikirləri liberalizm və radikalizm arasındakı sərhəddə dayanır.
Kuzinellus parvus
Kuzinellus parvus (lat. Kuzinellus parvus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin kuzinellus cinsinə aid heyvan növü.
Larus cachinnans
Xəzər qağayısı (lat. Larus cachinnans) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin qağayı cinsinə aid heyvan növü. Xəzər və Qara dəniz gövzəsi ərazilərdə, həmçinin Qazaxıstan, Macarıstan, Belarus və Polşa ərazilərində müşahidə edilirlər. Yaxın keçmişə qədər Gümüşü qağayının bir yarımnövü olaraq hesab edilirdi. == Təsviri == İri parlaq rəngli quşun elədə böyük olmayan başı vardır. Nisbətən uzun və ensiz dimdiyə və uzun ayaqlara sahibdir. Ümumi ölçüləri baxımından Gümüşü və Aralıqdənizi qağayısından fərqlənmirlər. Ancaq yüngül və şux bədənləri, armudvari başı və və uzun boyunları ilə digər növlərdən seçilirlər. 54–66 csm uzunluğa malik olurlar. Qanadları arasında məsafə 130–158 sm, çəkisi 700–1200 q-dır.Digər iri qağayı növlərində olduğu kimi ömürlərinin dördüncü ilində yuva qururlar.
Larus dominicanus
Dominikan qağayısı (lat. Larus dominicanus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin qağayı cinsinə aid heyvan növü. == Görünüşü == Bədəninin uzunluğu 58 sm, qanadları arasında məsafə 125 sm. Başının ətrafları, boynu, aşağı hissəsi, həm də quyruğu ağ, qanadlarınln üzəri və bel hissəsi qara olur. Ayaqları sarıdan zeytuni-yaşıl rəngə qədər dəyişir. == Yayılması == Cənubi Amerikanın cənub sahillərindən tutmuş, Cənubi Afrika sahillərinə, Yeni Zelandiya və Subantarktik qurşada yerləşən adalarda yayılmışdır. Bu yeganə qağayı növüdüe ki, Antarktik yarımadasında yuva qoyur. Yuvanı əsasən balıqqulağı, sümük və otlardan hazırlanmış yuvalarda yumurta qoyurlar. 4 ay qırt yatırlar. 2–3 olmaqla yumurta qoyurlar.
Larus melanocephalus
Ichthyaetus melanocephalus (lat. Ichthyaetus melanocephalus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin ichthyaetus cinsinə aid heyvan növü. == Statusu == Nadirdir. == Kateqoriyası == (EN). Təhlükə altındadır. == Genefond əhəmiyyəti == Azərbaycanda cinsin 8 növün-dən biridir. == Qısa təsviri == Başı və boynunun yuxarı hissəsi parlaq qara, qanadlarının ucu ağdır. Dimdiyi iri və qırmızıdır, amma qara zolağı var. == Yayılması == Avropa və Asiyada yayılıb, qışlamaq üçün Aralıq dənizinə qədər miqrasiya edir. Azərbaycanda Bakı arxipelaqında nəsil verir.
Microtus parvus
Microtus socialis (lat. Microtus socialis) — gəmiricilər dəstəsinin boz tarlasiçanı cinsinə aid məməli heyvan növü. == Sinonimləri == Microtus syriacus Microtus astrachanensis Microtus parvus == Mənbə == Wilson, D. E., and Reeder, D. M. (eds). Mammal Species of the World. 3rd edition. Johns Hopkins University Press. 2005. ISBN 0-801-88221-4.
Padus avium
Adi meşəgilası (lat. Prunus padus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Ümumi yayılması == Rusiya, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Çin, Koreya, Yaponiya və Monqolustanda təbii arealları vardır. == Azərbaycanda yayılması == Orta və yuxarı dağ qurşaqlarında (Laçın, Ağdərə, Naxçıvan MR) nadir hallarda rast gəlinir. == Statusu == Azərbaycanda nadir və nəsli kəsilmək təhlükəsində olan bitki növüdür. CR A2abc;C1. == Bitdiyi yer == Aşağı və orta dağ qurşaqlarında quru bozqırlaşmış daşlıqayalı yamaclarda yayılmışdır. == Təbii ehtiyatı == Azərbaycanda dar bir arealı vardır. == Bioloji xüsusiyyətləri == Adi meşə gilası təbiətdə hündürlüyü 6–7 m-ə qədər olan ağacdır. Bitkinin qabığı qaramtıl boz rəngdə olur.