Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Paçinko
Paçinko (yap. パチンコ) — Yaponiyada yaradılmış, kiçik metal şarlarla oynadılan, pinbol və oyun avtomatının qarışığı olan oyun avtomatı. Şarları avtomata atıb, sonra o şarlar qapılardan keçib ya avtomat tərəfindan sovrulur, ya da oyunçuya daha çox şar olaraq geri dönür. Bir-birinə və metala çarpan yüksək sürətli şarlar böyük desibelli mexanik səslər çıxardır. Yaponiyada qumar qadağan olduğundan, qazanan pul deyil, jeton ya da kiçik hədiyyələr alır; bunlar paçinko salonu xaricində pula çevrilə bilinir. == Qaydalar == === Siqaret çəkmək === Yaponiya ictimaiyətində Paçinko salonlarında siqaretin qadağan olunması haqqında müzakirələr aparılsa da, hal-hazırda salonlarda siqaret çəkməyə icazə verilir.
Pezinok
Pеzinоk (slovak. Pezinok, alm. Bösing‎, mac. Bazin) — Slovakiyanın cənub-qərbində şəhər. Kiçik Karpat dağ massivinin yamacında yerləşir. Şəhər və onun ətrafındakı kəndlər (Modra və Svetı Yur) öz yüksək səviyyəli şərabı və üzümlük sahələri ilə məşhurdur. Əhali sayı 21 min nəfərə yaxındır. === Coğrafiyası və iqlimi === Pezinok Bratislavadan 22 km şimal-şərqdə yerləşir. == Əhali == === Əhalinin etnik müxtəlifliyi === Slovaklar - 96,51 % Çexlər - 1,21 % Macarlar - 0,52 % Almanlar - 0,10 % Ukraynalılar - 0,08 % Rusinlər - 0.07 % Qaraçılar - 0,04 % a iní === Əhalinin konfessional müxtəlifliyi === Roma-katolikləri - 64,83 % Ateistlər - 21,02 % Yevangelik kilsəsi v.d. - 8,22 % Yunan-katolikləri - 0,38 % Pravoslavlar - 0,23 % a iní == Partnyor şəhərlər == Polşa Andrychów Sloveniya Izola Çexiya Mlada Boleslav Macarıstan Mosonmagyaróvár Avstriya Neusiedl am See == Qalereya == == İstinadlar == == Xarici keçidlər == Oficiálna stránka www.apsida.sk - profil Kostola sv.
Poçinok
Poçinok — Rusiya Federasiyasında yerləşən şəhər. Smolensk vilayətinə daxildir.
Kazinok kağızağacı
Kazinok kağızağacı (lat. Broussonetia kazinoki) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin kağızağac cinsinə aid bitki növü. == Təbii yayılması == Təbiətdə növün arealı Şərqi Çin, Yaponiya, Tayvan və Koreyanı əhatə edir. == Botaniki təsviri == Hündürlüyü 5 m-dək olan, nazik, çılpaq zoğludur. Yarpaqları uzunsov-yumurtavari və ya yumurtavari, uzunluğu 5-20 sm, uzun, ucu biz, bünövrəsi yumru və ya yarımürəkvari, çox vaxt iki-üç pərli, üstü soyulan, alt tərəfi nazik tükcüklü, sonradan çılpaq olur, saplağının uzunluğu 1-2 mm-dir. Erkəkcik sırğaların uzunluğu 1,5 sm-dir. Dişicik başcıqların diametri 1 sm-dir. Çiçəkləri ikievlidir. Erkəkcik çiçəkləri sırğalara yığılmış, çiçək yanlığı dörd bölümlü və dörd erkəkciklidir. Dişicik çiçəkləri şarşəkilli başcıqlardadır, çiçək yanlığı üç-beş dişli və sapvari sütuncuqludur.
Pasifik yupikləri
Supiklər, Alyutiklər və ya Pasifik yupikləri (öz dilində olan adı: Sugpiaq tək Sugpiak iki Sugpiat cəm və ya Alutiiq tək Alutiik iki Alutiit cəm; İngiliscə Alutiiq, Sugpiaq, Pacific Yupik) — Amerika Birləşmiş Ştatlarında, Alyaska ştatının cənub cəhətində yaşayan Yupik qolundan bir Eskimos xalqıdır. Yupik xalqları içində ən cənubda yaşayan xalqdır. Mədəni olaraq Yupiklərə deyil Aleutlara yaxındır. Ona görə digər adları olan Alyutik adı Aleutların adından gəlir == Təsnifatı == Eskimos-Aleut xalqları Aleut xalqı Eskimoslar Sirenik eskimosları¹ Yupik xalqları Sirenik yupikləri¹ Əsl Yupik xalqları Sibir yupikləri Naukan yupikləri Alyaska yupikləri Unaliq-Pastuliq yupikləri : Norton Sound bölgəsində Əsl Alyaska yupikləri : Yukon və Kuskokvim bölgələrində Egegik yupikləri : Bristol Bay bölgəsində Çupiklər : Hooper Bay və Chevak bölgələrində Nunivak çupikləri : Nunivak adasında Supiklər İnuit xalqları İnyupiklər və ya Alyaska inuitləri İnuitlər və ya Kanada inuitləri Qərbi Kanada inuitləri Şərqi Kanada inuitləri Qrenlandiya inuitləri == Adlandırma == Özlərini suk ('insan') və -piaq ('gerçək') sözlərinin birləşməsindən əmələ gəlmiş "Supiklər", dillərini isə Sugcestun və ya Sugt'stun, Sugtestun ('insana bənzər, insan kimi') adlandırırlar. Alyaska'yı Aleut adalarından kəşfə başlayan rus kaşif, kürk kürk taciri və məskunlaşmaçılar tərəfindən Aleut (rus. Алеут) adı verilen yerlilər, o zamanın Rusçasında bugünkü Aleutları ve Kodiak adasındaki yupik eskimoslarını (ing. Alutiiq) əhatə edirdi. Rusçadaki Aleut adının, Rusiyanın şimalında yaşayan Çukçaların dilindən olan "daimi sahil sakini" sözündən yarandığı ehtimal olunur. 1784-ci ildə Kodiak adasında olan Three Saints koyuna (supikcə Sun'alleq) yerləşən rus kürk tacirləri (промышленник), Supiklərlə qarşılaşan ilk Avropalılardır. Supiklər, mədəni olaraq Aleutlara ən çox bənzəyən eskimoslardır.
Al Paçino
Alfredo Ceyms "Al" Paçino (ing. Alfredo James "Al" Pacino; 25 aprel 1940[…], Manhetten, Nyu-York ştatı) — italyan əsilli ABŞ aktyoru, rejissoru, ssenaristi və prodüseri. O, həm də teatr aktyoru kimi tanınır. "Qadın ətri" filmində oynadığı rola görə "Oskar" mükafatına layiq görülüb. == Həyatı == Al Paçino 25 aprel 1940-сı ildə ABŞ-nin Nyu-York şəhərində anadan olub. Ona məşhurluğu Frensis Ford Koppolanın üç hissədən ibarət "Xaç atası" filmində oynadığı rol gətirib. İlk dəfə 1969-cu ildə "Mən, Natali" filmində qısa epizodik rol oynayıb. 1967—1969-cu illərdə Nyu-York polisi (N.Y.P.D) teleserialına çəkilib. Sonralar isə "Nidl Parkda təşviş" (1971) filmində gənc narkoman rolunu oynayıb. Məhz bu roluna görə Frensis Ford Kopollanın diqqətini özünə çəkib və 1972-ci ildə "Xaç atası" filmində Maykl Korleonenin rolunu canlandırıb.
Puşino-na-Nare
Puşino-na-Nare — Rusiyada, Moskva vilayətinin Serpuxov şəhərində yerləşən malikanə, memarlıq abidəsi. == Tarixi == Bu malikanənin tarixi XVIII əsrin sonu XIX əsrə aiddir. Oktyabr inqilabından sonra burada lazaret yerləşib. 13 oktyabr 1975-ci ildən memarlıq abidəsi kimi qeydiyyatdadır. Son zamanlaradək qəza vəziyyətində olub. 2014-cü ilin martında bərpa üçün özəl investor olan "ASG" şirkətinə verilib. Müqaviləyə əsasən, bərpa işləri başa çatdıqda investor obyekti güzəştli şərtlərlə (1 kv. m üçün 1 rubl) 49 il müddətinə icarəyə götürə bilər.
Pasifik (Formula-1 komandası)
Pasifik ( ing. Pacific Racing) Britaniyanın avtomobil yarış komandası idi. 1994-1995-ci illərdə Formula 1 yarışlarında iştirak etmişdir. == Tarixi == 1974-cü ildə keçmiş mexanik və yarışçı Keith Wiggins tərəfindən Avropa Formula- Ford çempionatında iştirak etmək üçün yaradılmışdır. Komandaya Amerikanın tanınmış siqaret markası Marlboro sponsorluq edirdi. Yarışçı isə Harald Huysman idi. İlk sezon uğurlu oldu. Huysman iki titul: Avropa və Benilüks çempionluğu qazandı. Növbəti sezonda, Huysmanın məsləhəti ilə komandanın Formula 3-də iştirakı üçün Bertrand Gachot dəvət olunur. Qrup həmçinin Reynard Motorsports avtomobillərini istifadə etməyə başladı.
Tranquility Base Hotel & Casino
Tranquility Base Hotel & Casino — İngilis rok qrupu Arctic Monkeys-in 11 may 2018-ci ildə Domino şirkəti tərəfindən buraxılan altıncı studiya albomu. Qrupun solisti Aleks Törner tərəfindən 2016-cı ildə Los-Ancelesdə yerləşən evində Steinway Vertegrand pianosunda yazılmışdır. Albom Los-Anceles, Paris və London kimi şəhərlərdə, Arctic Monkeys-in tez-tez əməkdaşı olan Ceyms Ford, Tom Rouli, Loren Hamfri, Ceyms Rayton, Zak Daues, Tayler Parkford və Kem Eyveri kimi musiqiçilərin köməyi nəticəsində ərsəyə gəlib. Törner karton kağızdan istifadə edərək albomun üz qabığını özü dizayn edib. Albomun adı 1969-cu ildə Apollo 11-in Aya eniş yeri olan Tranquility Base-dən gəlir. Tranquility Base Hotel & Casino qrupun gitara ilə dolu olan əvvəlki işindən xeyli fərqlidir və beynəlxalq səviyyədə uğur qazanan AM (2013) ilə müqayisədə daha zəifdir. Psixodelik pop, launj pop, speys pop və qlem-rok, eləcə də caz elementlərini təcəssüm etdirən zəngin səsə malikdir. Həmçinin albomda 1960-cı illərin soul, proqressiv rok, fank, fransız pop və film saundtreklərinin təsirini görmək olur. İnstrumental olaraq orqanlar, pianolar və dolceola daxil olmaqla, vintaj sintezatorları və klaviaturaları özündə birləşdirir. Qrup tərəfindən adətən istifadə olunan elektrik və akustik gitaralara, eləcə də fırlanan timpani və vibrafonlar da daxil olmaqla müxtəlif zərb alətlərinə əlavə olaraq, bariton və dövrəli polad gitaralar qrup tərəfindən çoxsaylı treklərdə təqdim olunur.
Tranquility Base Hotel & Casino (mahnı)
"Tranquility Base Hotel & Casino" ingilis indi-rok qrupu Arctic Monkeys mahnısı. 23 iyul 2018-ci ildə eyni adlı altıncı studiya albomundan ikinci sinql və musiqi videosu ilə bərabər buraxıldı. 16 oktyabr 2018-ci ildə sinqlin 7 düymlük vinil versiyasının əvvəllər buraxılmamış B tərəfi "Anyways" ilə birlikdə 30 noyabr 2018-ci ildə buraxılacağı elan edildi. == Mahnı klipi == Mahnı klipi 23 iyul 2018-ci ildə qrupun rəsmi YouTube Vevo hesabı vasitəsilə yayımlandı. Klipin rejissorluğunu Ben Çappel və Aron Braun etdi, onlar Stenli Kubrikin istehsal etdiyi filmlərdən ilham aldılar və qrupun "Four Out of Five" mahnısı üçün də bir yerdə klip istehsal etdilər. Mahnının adını daşıyan oteld və qumarxanada yaşayan Törner, mərtəbələri gəzir və istirahət obyektlərində uzanır. O, həm də telefonlara cavab verən və zəngləri yönləndirən otelin rezident konsyerji "Mark" rolunu oynayır. Video Nevada ştatının Reno şəhərindəki Peppermill Reno-da çəkilib. Videoda görünən moped Honda Elite 80-dir. == Mahnı siyahısı == Bütün mahnılar Aleks Törner tərəfindən bəstlənmişdir.