Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pakt
Pakt (lat. pactum — saziş) — beynəlxalq müqavilə, böyük siyasi əhəmiyyətli saziş. Pakt təhlükəsizlik, hücum etməmək, qarşılıqlı yardım və s. bu kimi xarici siyasət məsələlərini tənzimləyir.
Prut
Prut (ukr. Прут, rum. Prut, mold. Prut) — Ukraynada, Moldovada və Rumıniyada çay, Dunay çayının sol qolu. Moldovanın Rumıniya ilə dövlət sərhəddi Prut çayından keçir. Çayın uzunluğu 989 km, hövzəsinin sahəsi isə 27.5 min km²-dir. Şərqi Karpat dağlarından başlanır. Yağış və qar suları ilə qidalanır. Yanvardan martadək (45-50 gün) donmuş olur (mülayim havada buz örtüyü əriyir). Əsas qolları Rakovets, Çuqur, Çeremoş, Jijiya, Baxluy çaylarıdır.
Paul
Paul — kişi adı.
Dəmir pakt
Müttəfiqlik və dostluq haqqında Almaniya-İtaliya müqaviləsi (imzalama tarixi — 22 may 1939-cu il, imzalanma yeri — Berlin; digər adı «Polad paktı»; müqavilənin digər adı Almaniya və İtaliya, Hitler və Mussolini arasında qırılmaz dostluğu göstərmək üçün idi) - Müqavilənin rəsmi sənədlərinə sözügedən dövlətlərin xarici işlər nazirləri imza atmışdır. Almaniyadan bu şəxs Yoaxim fon Ribbentrop, İtaliyadan isə Qaleaçço Çiano olmuşdur. Bu müqavilə həmçinin "Anti-Komintern Paktı"nın müddəalarını təsdiq edirdi. Pakta əsasən sözügedən iki dövlət öz aralarında öhdəlik qəbul edirdilər ki, əgər müttəfiqlərdən birinə hansısa üçüncü dövlət hərbi müdaxilə etsə onda digər müttəfiq dərhal ona yardım edəcək. Müqavilədə bu iki dövlət arasında iqtisadi və hərbi əlaqələrin genişləndirilməsi də nəzərdə tutulmuşdu. Bu müqavilə İkinci dünya müharibəsinin başlanması ərəfəsində Almaniya və İtaliya arasında əsas müttəfiqlik sənədi kimi nəzərdə tutulmuşdur.
Pakt (İzer)
Pakt (fr. Pact) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Boreper kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38290. Kommunanın 2006-cı il üçün əhalisi 763 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 371 ilə 540 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 50 km cənub-şərqdə, Qrenobldan 65 km qərbdə yerləşir.
Paul (film)
Paul — Simon Peq və Nik Frostun birgə ssenarisi əsasında Qreq Mottolanın rejissorluğunu üstləndiyi 2011 istehsalı fantastik-komediya filmi. Film iki fantastika həvəskarının yumorist, alkoqolu və siqareti çox xoşlayan bir yadplanetli ilə yaşadıqları sərgüzəştlərdən bəsh edir. Onlar yadplanetlinin casuslardan qaçmasına və planetinə qayıtmasına yardım edirlər.
Paul Blobel
Paul Blobel (alm. Paul Blobel‎; 13 avqust 1894, Potsdam, Brendenburq əyaləti[d], Prussiya, Almaniya imperiyası – 7 iyun 1951, Landsberq həbsxanası) — Alman nasist hərbi cinayətkarı, SS-Standartenführer və SD üzvü. Potsdam şəhərində anadan olmuşdur. Birinci dünya müharibəsində iştirak etmiş, müharibədən sonra memar kimi işləmişdir. 1924-cü ildən 1931-ci ilə qədər memar kimi işlədikdən sonra Nasional Sosialist Alman Fəhlə Partiyasına qatılmışdır. Blobel Kiyev və ətraf bölgələrdə 33.771 nəfər yəhudinin öldürülməsi ilə nəticələnən Babi Yar qətliamının əsas təşkilatçılarından biri kimi tanınır. Qətliamın əsas iştirakçılarndan olan Sonderkommando 4a birliyinin komandiri olmuşdur.
Paul Bonatz
Paul Bonatz (d. 6 dekabr 1877 – ö. 20 dekabr 1956) — Almaniya memarı, Nasist memarlığına böyük təsir göstərmişdir. Paul Bonatz 1896–1901 illəri arasında Münhen Texniki Universitetində memarlıq təhsili gördükdən sonra, Ştutqart Universitetində Prof. Teodor Fişerin assistenti kimi çalışmışdır (1902–1906), 1908-ci ildə isə onun yerinə keçdi. Türkiyədə işə gəldiyi 1943-cü ilə qədər müəllimliyə davam etdirdiyi kimi öz bürosunda da memarlıq fəaliyyətlərini davam etdirdi. Tübinqen Universiteti Kitabxanası (1910–1912), Hannover Şəhər Salonu (1910–1914), yarışma layihəsi olaraq hazırladığı Ştutqart Vağzalı (1914–1917), mühəndislik strukturlarının bir memarlıq mövzusu ola biləcəyini göstərdiyi Nekkar Su Anbarı və Elektrik Stansiyası (1926–1935), Ştutqartdaki Zepplin Oteli (1931–1933), İsveçrədə Bazel Gözəl Sənətlər Muzeyi (R. Krist ilə birlikdə; 1932–1936), müxtəlif şose körpüləri (1938–1941) bu dövr əsərlərinin başlıcalarıdır. Bonatz Türkiyəyə ilk dəfə 1916-cı ildə İstanbulda tikiləcək Türk-Alman Dostluq Evi layihə yarışması üçün gəlmişdi. 1942-ci ildə Türkiyəyə bir daha gələrək beynəlxalq Anıtkabir arxitektura layihə yarışmasında münsiflər heyətinə seçildi. Növbəti ilin əvvəllərində, Hitler dövrünün Alman memarlığını müxtəlif ölkələrdə tanıtmaq məqsədini daşıyan Alman Memarlıq Sərgisində işlərini Ankara və İstanbulda təqdim etmək üçün yenidən Türkiyəyə gəldi.
Paul Bostaph
Pol Stiven Bostaf (ing. Paul Steven Bostaph; d. 6 mart 1964, San-Fransisko, Kaliforniya) — amerikalı treş-metal zərbçisi. Bostafın zərb alətlərində ifaçılıq karyerası 1984-cü ildən başlayır və o, bu zamandan başlayaraq Forbidden (başlanğıcda Forbidden Evil olaraq tanınırdı), Slayer, Testament, Exodus və Systematic kimi qruplarla işləmişdir. Metal-Rules.com saytı Bostafı "əsl professional və treş-metal janrının günümüzdəki ən yaxşı zərbçilərindən biri" adlandırmışdır. Hal-hazırda o, yenidən Slayer qrupunda ifa edir.
Paul Braytner
Paul Braytner (alm. Paul Breitner, 5 sentyabr 1951[…], Münxen) — müdafiəçi və yarımmüdafiəçi mövqelərində çıxış etmiş keçmiş Alman futbolçusudur. Qərbi Almaniya millisinin formasını 48 dəfə geyinmiş Braytner, Almaniya millisinin tarixində ən mübariz oyunçulardan biri kimi qəbul edilir. Bir müddət Almaniya millisində Braytner — Bekkenbauer — Foqts müdafiə üçlüsü, Bayern Münhendə isə Rummenigge — Braytner yarımmüdafiə ikilisi çox məşhur idi. Braytner 1974 FİFA Dünya Kubokunu qazanan kazanan Qərbi Almaniya millisinin ayrılmaz bir parçası idi, hətta final matçında qol da vurmuşdu. Üstəlik 1982 FİFA Dünya Kubokunda fərqlənməklə iki fərqli Dünya Çempionatında qol vuran 4 futbolçudan biri oldu — digərləri isə Pele, Vava və Zinəddin Zidan idi. Bütün zamanların ən güclü alman futbolçularından biri olan Braytner 1994-cü ilə FİFA tərəfindən FİFA Dünya Kuboku Bütün Zamanların Komandasına seçildi. 2004-cü ildə FİFAnın mükafatlandırma mərasimində Pelenin tərtib etdiyi yaşayan ən güclü futbolçuların siyahısına — FİFA 100-ə əlavə edildi. Braytner karyerasını bitirdikdən sonra Almaniyada şərhçi, alim və köşə yazarı kimi çalışıb, eyni zamanda Bavariyanın idarəetmə şurasının məsləhətçisidir. Braytnerin futbol karyerası 1970-ci ildən 1983-cü ilə qədər davam etdi.
Paul Corc
Pol Corc (2 may 1990, Palmdeyl, Kaliforniya) — Amerikalı peşəkar basketbolçu. Hal hazırda Los-Anceles Klippers komandasında çıxış edir. O, 9 dəfə NBA All-Star komandasına 5 dəfə isə All-NBA və 2 dəfə NBA All-Defensive komandasına seçilib. PG13 ləqəbi ilə də tanınır. Corc əvvəlcə ali məktəbin Knight High School komandasında sonra isə Fresno State kollec komandasında çıxış edib. 2010 NBA seçmələrində İndiana Pacers tərəfindən 10-cu sıradan seçilib. 2013-cü ildə "'Ən çox inkişaf etmiş"' (Most Improved Player) seçilib. 2014-cü ildə ABŞ milli basketbol yığmasına çağırılıb və milli komanda ilə hazırlıq oyunlarının birində ayağını qırır. Zədə səbəbindən 2014–15 sezonun çoxunu buraxmalı olur, amma 2016-cı ildə yenidən All-Star komandasına seçildi. İndiana Peysers komandası üçün oynadığı 7 sezonda 7 dəfə (2011, 2012, 2013, 2014, 2015, 2016, 2017) pleyoffa 2 dəfə (2013, 2014) isə konferans finalına çıxdı.
Paul Cézanne
Pol Sezan (fr. Paul Cézanne) (tələffüz: pɔl sezan) (19 yanvar 1839[…], Eks-an-Provans[d] – 22 oktyabr 1906[…], Eks-an-Provans[d]) — fransız rəssamı, postimpressionizm cərəyanının yaradıcısı və görkəmli nümayəndəsi. Belə demək mümkündürsə, Pol Sezan impressionizm ilə kubizm arasında körpü rolu oynamışdır. O, öz əsərlərində dizayn, rəng, ton və kompozisiya ustalığı nümayiş etdirir. Pol Sezan 1839-cu il 19 yanvar Fransada yerləşən Eks-an-Provansda anadan olub. Onun soyadı Şimali İtalyanın Pyemont əyalətində yerləşən Çezena şəhərindən götürülmüşdür. Bunun əsasında bir sıra mütəxəssislər onun italyan əsilli olduğu fikrini irəli sürmüşlər. Rəssamın atası Lui-Ogüst Sezan şlyapa taciri olmuş, daha sonra isə bankirliklə məşğul omuşdur. Eksdə Burbon Kollecində sonradan yaxın dostu olacaq Emil Zolya ilə birlikdə eyni kollecdə təhsil almışdır. Emil Zolya ilə aralarında olan bu dostluq uzun müddət davam etmişdir.
Paul Daniels
Paul Daniels — Eduard Daniels və ya bilinən səhnə adı ilə: Paul Daniels, İngilis illuziyonist, tv aparıcısı. İngilis BBC kanalında 1979-1994 illəri arasında fasiləsiz yayımlanan sehrbazlıq verilişi The Paul Daniels Magic Show (Paul Danielsin Sehrli şousu) ilə tanınır. Şoularda ona kömək edən assistanı Debbi Makki ilə evlənmişdir. Xüsusilə boş qutulardan içki butulkaları çıxartmaqla və kiçik toplarla etdiyi illuziyalarla yaddaşlarda qalmışdır. Paul Daniels beyin xərçənginə bağlı komplikasiyalar nəticəsində 77 yaşında vəfat etmişdi.
Paul Drinhol
Paul Drinhol (16 yanvar 1990) — Birləşmiş Krallıqı təmsil edən stolüstü tennisçi. Paul Drinhol Birləşmiş Krallıqı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, Komanda turnirində isə 9-cu pillənin sahibi olub. Daha sonra Paul Drinhol Birləşmiş Krallıqı 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu pillənin sahibi olub.
Paul Ehrenfest
Paul Ehrenfest (18 yanvar 1880[…], Vyana – 25 sentyabr 1933[…], Amsterdam) - statistik mexanika sahəsinə ilə onun kvant mexanikası ilə əlaqələrinə, o cümlədən faza keçidi nəzəriyyəsi və Ehrenfest teoremi böyük töhfələr verən Avstriya-Hollandiyalı nəzəri fizik idi. O, 1912-ci ildə Praqaya səfəri zamanı Albert Eynşteynlə danışıq qurdu və tez-tez Eynşteyni qəbul etdiyi Leydendə professor oldu. Paul Ehrenfest Vyanada Moraviyanın Loštice şəhərindən (indiki Çexiyanın bir hissəsi) yəhudi valideynlərində anadan olub və böyüyüb. Valideynləri Zigmund Ehrenfest və Johanna Jellinek ərzaq mağazası işlədirdilər. Ailə həddindən artıq dindar olmasa da, Paul ibrani dilini və yəhudi xalqının tarixini öyrəndi. Sonralar o, həmişə yəhudi köklərini vurğulayırdı. Erenfest ibtidai sinifdə əla oxudu, lakin Akademisches Gymnasium -da yaxşı nəticə göstərmədi, ən yaxşı fənni riyaziyyat idi. Frans İosif Gimnaziyasına köçdükdən sonra göstəriciləri yaxşılaşdı. 1899-cu ildə buraxılış imtahanlarını verdi.
Paul Erliş
Paul Erliş (alman: [ˈpaʊ̯l ˈeːɐ̯lɪç] ( dinlə)) (14 mart 1854[…], Stşelin[d], Prussiya – 20 avqust 1915[…], Bad-Xomburq[d], Almaniya imperiyası) - alman hәkimi, immunoloq, bakterioloq, kimyaçı vә biokimyaçı. Kimyәvi terapiyanın banisi, Nobel mükafatı laureatı. Paul Erliş Rostok, Strasburq, Breslavl, Leypsiq və Frayburq universitetlərində oxumuşdur. 1877-ci ildәn Şarite Berlin Klinikasının hәkimi kimi işləməyə başlamışdır. 1887-ci ildən etibarən Berlin Universitetinin privatdosenti, 1890-cı ildәn ekstraordinar professor olmuşdur. 1896-cı ildәn Şteqlisdә zәrdabın öyrәnilmәsi institutunun direktoru olmuşdur. 1899-cu ildәn Frankfurt-Maynda, hazırda öz adını daşıyan, Eksperimental Terapiya İnstitutuna rәhbәrlik etmişdir. Əsas әsәrlәri biokimya, dәrman maddәlәrinin kimyası, eksperimental patologiya vә terapiya, habelә immunitet üzrәdir. 1901-ci ildәn bәdxassәli şiş problemi üzәrindә işlәmişdir. Qan leykositlәrinin müxtәlif formalarını tәsvir etmiş, qanyaranmada sümük iliyinin vә limfoid orqanların әhәmiyyәtini göstәrmişdir.
Paul Fleminq
Paul Fleminq (alm. Paul Fleming‎; 5 oktyabr 1609[…] – 2 aprel 1640[…], Hamburq, Müqəddəs Roma imperiyası[…]) — alman şairi. Martin Opitsin çoxsaylı şagirdləri və davamçıları arasında Fleminq öz orijinallığı və daha istedadlı olması ilə seçilir. Onun şeirləri sünilikdən uzaq səmimi bir dillə yazılmışdır. Bir çox müasirlərindən fərqli olaraq o, nikbin, həyatsevər bir şairdir. Vətənin başına gələn fəlakətlər onu düşündürsə də, kədərləndirsə də, narahat etsə də, bədbinləşdirmir, ümidsizləşdirmir. Fleminq pastor /protestant keşişi/ ailəsində anadan olmuş, Leypsiqdə latın məktəbində oxumuş, sonra tibb öyrənmişdir. Adam Oleari ilə birlikdə 1633-1639-cu illərdə Rusiyaya və İrana səyahət etmişdir. Paul Fleminq səfərdən qayıdandan bir qədər sonra 1640-cı ildə Hamburqda ölmüşdür. 1631-ci ildə latınca yazdığı aşiqanə şeirləri çap olunmuşdur.
Paul Haldan
Paul Haldan (12 aprel 1965) — Niderlandı təmsil edən stolüstü tennisçi. Paul Haldan Niderlandı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu pillənin sahibi olub.
Paul Kahle
Paul Ernst Kahle (alm. Paul Ernst Kahle‎; 21 yanvar 1875[…] – 24 sentyabr 1964[…], Bonn) — Almaniya şərqşünası. Paul Ernst Kahle 21 yanvar 1875-ci il tarixində Hohensteinda doğuldu. 1894–1898 illər arasında Marburq və Halledə teologiya və şərqşünaslıq elmlərinə yiyələndi. 1898-ci ildə "Textkritische und lexikalische Bemerkungen zum samaritanischem Pentateuchtargum" başlıqlı çalışması ilə fəlsəfə, 1902-ci ildə "de Der masoretische Text des Alten Testaments" adlı dissertasiyasıyla ilahiyyat doktoru oldu. Səkkiz ay qədər Rumıniyada keşiş olaraq çalışdıqdan sonra 1903-cü ildə Qahirəyə gedib beş il müddətiylə yenə keşişlik və oradakı Alman məktəbinin müdiri oldu. 1914-cü ildə Giessendə professor oldu; 1923-cü ildə Enno Littmanın yerinə Bonna təyin edildi. Siyasi basqılar üzündən 1938-ci ildə İngiltərəyə sığındı. II Dünya müharibəsi boyunca Londonda Chester Betty koleksiyasında və Oksfordda Bodleian Librarydə olan Ərəb dilində əlyazmaların kataloqlarını hazırladı. Savaşın ardından Bonnda buraxdığı evinə və kitabxanasına yeniden qovuşduğu kimi ona Alman hökuməti tərəfindən əməkli professor maaşı bağlandı.
Paul Landers
Xayko Paul Landers (9 dekabr 1964) — alman musiqiçisi, "Neue Deutsche Härte" Rammstein qrupunun ritmik gitaristidir. Paul Landers Almaniya — Şərqi Berlində 7 aylıq olaraq anadan olmuşdur. Anası Polşa doğumludur və atası isə Çexoslovakiyadandır.Ailənin tək uşağı olaraq böyümüşdür. Uşaqlığı 1 il Moskvada keçmişdir. Ailəsi onun skripka ve pianoda çalmağını öyrənməsini istəyir ,amma Paul bunları rədd edərək gitara çalmağı seçir.Anası və atası ayrıldıqdan sonra 16 yaşında evdən qaçır və Kristian Lorenz ilə birlikdə qalmağa başlayır. 1983-cü ildə Landers Fleyk Lorenz və Alyoşa Rompe ilə birlikdə The East German punk qrupunu, Feeling Bi yaratdı, hansı ki daha sonra Kristof Şnayder də burada yer alacaqdı. 1986-cı ildə Landers Till Lindeman və Rixard Kruspe ilə First Arsch-ı yaratdı. O həmçinin daxil olduğu Die Firma and Die Magdalene Keibel Combo qruplarının 1 nömrəsi kimi çıxış edirdi. Lindemann, Kruspe, Şnayder və bass gitarist Oliver Ridel-in 1994-cü ildə "Berlin Senate Metro Beat" yarışmasına daxil olaraq qalib olması onlara professinalca yazılmış 4 demo musiqi parçasına sahib olma imkanı verdi. Landers və Fleyk tezliklə Rammstein adlanan qrupa qatılmağa qərar verdi .
Paul Lanqli
Paul Lanqli (9 fevral 1972) — Avstraliyanı təmsil edən stolüstü tennisçi. Paul Lanqli Avstraliyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 25-ci pillənin sahibi olub.
Paul Lazarsfeld
Paul Feliks Lazarsfeld (13 fevral 1901[…], Vyana – 30 avqust 1976[…], Nyu-York, Nyu-York ştatı) — sosiologiyada riyazi metodların inkişafına öz əhəmiyyətli töhfəsini vermiş Avstriya-amerika sosioloqu. Lazarsfeld Vyanada Yəhudi ailəsində doğulmuşdur: anası Sofi Lazarsfeld terapist, psixologiyanı Alferd Adlerdən öyrənmişdir, atası Robert isə hüquqşünas idi. O ilk təhsilini Vyanada riyaziyyat üzrə almış, 1920-ci illərdə isə Otto Neurat və Rudolf Karnapdan fəlsəfə təhsili almışdı. 1926-cı ildə sosioloq Mariya Yahoda ilə evlənmişdir. Lazarsfeld bütün həyatı boyu üç dəfə evli olmuşdur: Mariya Yaqoda , Gerta Hersoq və Patrisiya Kendall – onların hər biri onun tələbələri , daha sonra isə əməkdaşları olmuş və hər üçü görkəmli ictimaiyyətşünas kimi məşhurluq qazanmışdırlar. Paul Vyana universitetində riyaziyyatçı və psixoloq təhsili almış , burada 1925-ci ildə tətbiqi riyaziyyat üzrə doktorluq dissertasiyası müdafiə etmişdir. Bundan sonra o, kollecdə dərs demiş , daha sonra isə 1929-cu ildə tətbiqi sosial tədqiqatlar institutunun əsasını qoymuş, burada empirik tədqiqatlar metodikası və texnikasının işlənib hazırlanması ilə məşğul olmuşdur. O, 1929-cu ildən 1933-cü ilə qədər Vyana universitetində tətbiqi sosiologiya fənnini tədris etmişdir. Bu zaman onun elmi tədqiqatlarının əsas predmetini müxtəlif məsələlərin və problemlərin həllində sosiologiyanın tətbiqi təşkil edir. Lazarsfeld 1940-cı ildən 1969-cu ildə təqaüdə çıxana qədər Kolumbiya universiteti ilə bağlı olmuşdur.
Paul Milqrom
Paul Robert Milqorm (ing. Paul Milgrom; 20 aprel 1948, Detroyt, Miçiqan) — Amerikalı iqtisadiyyat professoru. O, 2020-ci ildə İqtisadiyyat sahəsində auksion nəzəriyyəsinin təkmilləşdirilməsi və yeni auksion formatlarının ixtiralarına görə Robert Vilson ilə birlikdə Nobel mükafatına layiq görülmüşdür.
Paul Mutambuze
Paul Mutambuze (11 noyabr 1964) — Uqandanı təmsil edən stolüstü tennisçi. Paul Mutambuze Uqandanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
Paul Nadar
Paul Nadar (fr. Paul Tournachon) - fransız fotoqraf. Dönəminin tanınmış fotoqraflarından olmuş Paul Nadar təkcə Avropa şəhərlərində yox eyni zamanda Bakı, Buxara və Səmərqənd kimi şərq şəhərində gündəlik həyatı əks etdirən fotolar çəkmişdir.