Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Panu
Şanyü Panu Böyük Hun İmperiyasının son imperatorudur. Qardaşından sonra taxta keçsə də, II Huxanye ilə mübarizə aparmalı oldu. 2 il sonra II Huxanye ilə bacara bilməyən Panu hakimiyyəti iki yerə böldü Hun İmperiyası Şimal və Cənub fraksiyalarına bölündü. II Huxanye Çindən vassal asılılığı qəbul etdi.
Plaun
Plaun (lat. Lycopodium) — bitkilər aləminin plaunopsidlər sinfinin plaunçiçəklilər dəstəsinin plaunkimilər fəsiləsinə aid bitki cinsi.
Taun
Taun (lat. pestis), (XBT kodu A20.) — insan və heyvanlarda kəskin təbii ocaqlı, epidemik yayılmağa meyilli, taun çöpü (lat. Yersinia pestis) tərəfindən törədilən transmissiv infeksion xəstəlikdir. O, kəskin qızdırma, ağır ümumi intoksikasiya və limfatik düyünlərin, ağciyərin və başqa orqanların hemorragik-nekrotik iltihabı ilə təzahür edir. Endemik və pandemik yayılma imkanına görə taun "Beynəlxalq tibbi-sanitariya qaydalarının" şamil olduğu xüsusi təhlükəli karantin infeksiyaları qrupuna aid edilir. 1894-cü ildə fransız alimi A. Yersen və yapon alimi S. Kitazato xəstəliyin törədicisini kəşf etmişlər. Taun epidemiyaları dövri olaraq dünyanın bir çox ölkəsini əhatə edirdi. Birinci pandemiya VI əsrdə Şərqi Roma İmperiyasında baş vermiş və bir çox ölkəni əhatə etmişdi. Qara ölüm adlanan ikinci pandemiya XIV əsrdə, üçüncü pandemiya isə XIX əsrin sonunda olmuşdur (xəstəliyi dəniz gəmilərindəki siçovullar yaymış və dünyanın 100-dən artıq limanında epidemiya baş vermişdi). XIV əsrdən başlayaraq Rusiyada, o cümlədən bir neçə dəfə Moskvada, XIX əsrdə Zabaykalyedə, Zaqafqaziyada, Prikaspidə, XIX əsrin sonu – XX əsrin əvvəllərində Odessa və Qara dənizin başqa limanlarında, XX əsrdə isə Hindistanda taun geniş epidemiyası qeydə alınmışdır.
Paul
Paul — kişi adı.
Pan
Pan (yun. Πάν) — Yunan mifologiyasında meşə tanrısı. Hermesin oğlu. Qurşaqdan aşağısı keçi, yuxarısı isə insandır. Çənəsində keçi saqqalı, başında keçi buynuzları var. Çobanların havadarıdır, cinsi həzzi təmsil edir. Musiqini, mahnı oxumağı və rəqs etməyi çox sevən tanrıdır. Pan insanlara gizlincə yaxınlaşıb qorxutmağı sevərdi. "Panic" sözü Panın adından törənmişdir.
Aaron Paul
Aaron Pol (27 avqust 1979, Emmett[d], Aydaho) — amerikalı aktyor və prodüser. "Breaking Bad" serialında canlandırdığı Cessi Pinkman personajı ilə tanınır. Bu ifasına görə üç dəfə, 2010, 2012 və 2014-cü illərdə "Praymtaym Emmi" mükafatına layiq görülüb. Paul, karyerasına Soldakı son ev və Təhlükəli tapşırıq III kimi filmlərdə əsas rolların heç birində oynamadan əvvəlcə musiqi videoları və filmlərdə bəzi qonaq rolları ilə başlamışdır. 2007-ci ildə HBO istehsalı serial olan Great Love (Böyük məhəbbət) serialında Scott Quitmann rolunu oynamışdır. 2014-cü ildən bəri Todd Çavezin səsləndirdiyi Netflixin BoJack Horseman cizgi serialının icraçı prodüseridir. 2016-cı ildə Hugh Dancy ilə baş rolunu paylaşdığı "The Path" ("Yol") serialı hələ də yayımlanır. Black Mirror (Mövsüm 4, Epizod 1 USS Callister) serialında qonaq aktyor kimi Gamer691-i oynamışdır.
Ban Pain
Ban Pain (Norfolk dili Ban Pain) — Norfolk adasının ən iri şəhəri. Adanın əsas kommersiya mərkəzi, faktiki paytaxtı. Adanın bir kənarından digərinə yol şəhərdən keçir. == Əhalisi == Dəqiq əhali sayı məlum deyil. Müəyyən mənbələrə görə onun əhalisi 180 nəfərdir (2007-ci il) == İdarəetmə == Şəhərin bələdiyyəsi və dəqiq sərhədi yoxdur. Şəhərin ticarət-sənaye palatası sahibkarların şəhərin idarə edilməsində iştirakını təmin edir. Şəhərin emblemi və hansısa fərqlənmə nişanı yoxdur.
Daun sindromu
Daun sindromu (yaxud Trisomiya 21) —21-ci xromosom cütlüyünün trisomiyası (üçlük) sonucunda yaranan sindrom. Ümumiyyətlə fiziki inkişafdan geriyə qalma, yüngül və orta dərəcədə zəka əlilliyi və xarakterik üz xüsusiyyətləri ilə ortaya çıxır. Daun sindromlu bir yetkin gəncin orta intellekt əmsalı 50-dir, lakin bu göstərici fərqli də ola bilər. Sindroma səbəb olan 21-ci cütdəki əlavə xromosomun təsadüfən meydana gəldiyinə inanılır, çünki bu ehtimalı yüksəldəcək məlum olan ətraf mühit faktoru yoxdur. == Tarixi və diaqnozu == Bu sindrom 1866-cı ildən məlumdur. İngilis həkimi Lanqdan Daun xarakter xüsusiyyəti olan bu xəstəliyi bir qız uşağında müşahidə edib və onu "monqolizm" adlandırıb. Ancaq asiyalı alimlərin xəstəliyin "monqolizm" adlandırılmasına təpgisindən sonra bu xəstəlik onu kəşf edən alimin şərəfinə "Daun sindromu" adını alıb. Bu uşaqlar bir-birlərinə oxşayır, stereotipləri eyni olur. Yəni onlarda boy qısa olur, əqli inkişafdan geri qalır, kəlləsi kiçik və yumru olub üz nahiyyəsində yastılaşır. Yanaqlar üzün yastılaşmış fonunda bir qədər üzə çıxır.
Ezra Paund
Ezra Veston Lumis Paund (30 oktyabr 1885[…] – 1 noyabr 1972[…], Venesiya) — Amerikalı sürgün edilmiş şair, tənqidçi və ilk modernist hərəkatının böyük şəxsiyyətlərindən idi.
Keyp-Taun
Keyptaun (ing. Cape Town, afrik. Kaapstad, xosa. iKapa) — Cənubi Afrika Respublikasının əhali sayına görə ikinci şəhəri (Yohannesburqdan sonra) . CAR-ın qanunverici paytaxtı.
Kobern-Taun
Kobern-Taun (ing. Cockburn Town) — Törks və Kaykos adalarının paytaxtı, 3700 nəfər əhalisi vardır. 1681-ci ildə salınıb.
Kobərn Taun
Kobern-Taun (ing. Cockburn Town) — Törks və Kaykos adalarının paytaxtı, 3700 nəfər əhalisi vardır. 1681-ci ildə salınıb.
Kris Payn
Kris Payn(ing. Christopher Whitelaw Pine; d. 26 avqust 1980, Los-Anceles, ABŞ) — Amerikalı aktyor.
Kupers-Taun
Kupers-Taun (ing. Coopers Town) — Baham adalarında şəhər. Abako adalarına aid Böyuk Abako adasında yerləşir. Şəhər adanın ən şimal hissəsində yerləşir. 1870-ci illərin sonlarında Böyük Bahama adasından olan Albert Butlun ailəsinin üzvləri tərəfindən yaradılmışdır. Əvvəlcə Kupers-Taunda ananas yetişdirildi və dəniz süngərləri yığılırdı, lakin XX əsrin sonunda onlara tələbat praktiki olaraq yox olmuşdur. Buna səbəb şəhər ərazisində təbii limanın olmaması idi. 1992–2002 və 2007–2012-ci illərdə Baham adalarının baş naziri olmuş Hubert İnqrem uşaqlığını Kupers-Taun şəhərində keçirmişdir.
Maun Surəsi
107-ci surə Maun surəsi (ərəb. سورة الماعون‎ (oxunuşu: surətul-maun) - zəkat surəsi) - Quranın 107-ci surəsi. Məkkədə nazil olmuşdur, 7 ayədir.
Paul Haldan
Paul Haldan (12 aprel 1965) — Niderlandı təmsil edən stolüstü tennisçi. == Karyerası == Paul Haldan Niderlandı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu pillənin sahibi olub.
Paul Kahle
Paul Ernst Kahle (alm. Paul Ernst Kahle‎; 21 yanvar 1875[…] – 24 sentyabr 1964[…], Bonn) — Almaniya şərqşünası. == Həyatı == Paul Ernst Kahle 21 yanvar 1875-ci il tarixində Hohensteinda doğuldu. 1894–1898 illər arasında Marburq və Halledə teologiya və şərqşünaslıq elmlərinə yiyələndi. 1898-ci ildə "Textkritische und lexikalische Bemerkungen zum samaritanischem Pentateuchtargum" başlıqlı çalışması ilə fəlsəfə, 1902-ci ildə "de Der masoretische Text des Alten Testaments" adlı dissertasiyasıyla ilahiyyat doktoru oldu. Səkkiz ay qədər Rumıniyada keşiş olaraq çalışdıqdan sonra 1903-cü ildə Qahirəyə gedib beş il müddətiylə yenə keşişlik və oradakı Alman məktəbinin müdiri oldu. 1914-cü ildə Giessendə professor oldu; 1923-cü ildə Enno Littmanın yerinə Bonna təyin edildi. Siyasi basqılar üzündən 1938-ci ildə İngiltərəyə sığındı. II Dünya müharibəsi boyunca Londonda Chester Betty koleksiyasında və Oksfordda Bodleian Librarydə olan Ərəb dilində əlyazmaların kataloqlarını hazırladı. Savaşın ardından Bonnda buraxdığı evinə və kitabxanasına yeniden qovuşduğu kimi ona Alman hökuməti tərəfindən əməkli professor maaşı bağlandı.
Paul Landers
Xayko Paul Landers (9 dekabr 1964) — alman musiqiçisi, "Neue Deutsche Härte" Rammstein qrupunun ritmik gitaristidir. == Bioqrafiya == === Erkən həyatı === Paul Landers Almaniya — Şərqi Berlində 7 aylıq olaraq anadan olmuşdur. Anası Polşa doğumludur və atası isə Çexoslovakiyadandır.Ailənin tək uşağı olaraq böyümüşdür. Uşaqlığı 1 il Moskvada keçmişdir. Ailəsi onun skripka ve pianoda çalmağını öyrənməsini istəyir ,amma Paul bunları rədd edərək gitara çalmağı seçir.Anası və atası ayrıldıqdan sonra 16 yaşında evdən qaçır və Kristian Lorenz ilə birlikdə qalmağa başlayır. === Musiqi karyerası === 1983-cü ildə Landers Fleyk Lorenz və Alyoşa Rompe ilə birlikdə The East German punk qrupunu, Feeling Bi yaratdı, hansı ki daha sonra Kristof Şnayder də burada yer alacaqdı. 1986-cı ildə Landers Till Lindeman və Rixard Kruspe ilə First Arsch-ı yaratdı. O həmçinin daxil olduğu Die Firma and Die Magdalene Keibel Combo qruplarının 1 nömrəsi kimi çıxış edirdi. Lindemann, Kruspe, Şnayder və bass gitarist Oliver Ridel-in 1994-cü ildə "Berlin Senate Metro Beat" yarışmasına daxil olaraq qalib olması onlara professinalca yazılmış 4 demo musiqi parçasına sahib olma imkanı verdi. Landers və Fleyk tezliklə Rammstein adlanan qrupa qatılmağa qərar verdi .
Paul Lanqli
Paul Lanqli (9 fevral 1972) — Avstraliyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Paul Lanqli Avstraliyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 25-ci pillənin sahibi olub.
Paul Lazarsfeld
Paul Feliks Lazarsfeld (13 fevral 1901[…], Vyana – 30 avqust 1976[…], Nyu-York, Nyu-York ştatı) — sosiologiyada riyazi metodların inkişafına öz əhəmiyyətli töhfəsini vermiş Avstriya-amerika sosioloqu. == Həyatı == Lazarsfeld Vyanada Yəhudi ailəsində doğulmuşdur: anası Sofi Lazarsfeld terapist, psixologiyanı Alferd Adlerdən öyrənmişdir, atası Robert isə hüquqşünas idi. O ilk təhsilini Vyanada riyaziyyat üzrə almış, 1920-ci illərdə isə Otto Neurat və Rudolf Karnapdan fəlsəfə təhsili almışdı. 1926-cı ildə sosioloq Mariya Yahoda ilə evlənmişdir. Lazarsfeld bütün həyatı boyu üç dəfə evli olmuşdur: Mariya Yaqoda , Gerta Hersoq və Patrisiya Kendall – onların hər biri onun tələbələri , daha sonra isə əməkdaşları olmuş və hər üçü görkəmli ictimaiyyətşünas kimi məşhurluq qazanmışdırlar. == Təhsili və Peşə fəaliyyəti == Paul Vyana universitetində riyaziyyatçı və psixoloq təhsili almış , burada 1925-ci ildə tətbiqi riyaziyyat üzrə doktorluq dissertasiyası müdafiə etmişdir. Bundan sonra o, kollecdə dərs demiş , daha sonra isə 1929-cu ildə tətbiqi sosial tədqiqatlar institutunun əsasını qoymuş, burada empirik tədqiqatlar metodikası və texnikasının işlənib hazırlanması ilə məşğul olmuşdur. O, 1929-cu ildən 1933-cü ilə qədər Vyana universitetində tətbiqi sosiologiya fənnini tədris etmişdir. Bu zaman onun elmi tədqiqatlarının əsas predmetini müxtəlif məsələlərin və problemlərin həllində sosiologiyanın tətbiqi təşkil edir. Lazarsfeld 1940-cı ildən 1969-cu ildə təqaüdə çıxana qədər Kolumbiya universiteti ilə bağlı olmuşdur.
Roud Taun
Roud Taun (ing. Road Town) — Britaniya Virgin adalarının paytaxtı. Tortola adasında yerləşir. Əhalisi 9400 nəfər (2004). Adı dəniz termini olan «ing. the roads» yaranıb. Sahildən aralı gəminin yakorla dayanması belə adlanır. Dənizdən 67 akr ərazi qurudularaq, Bikxem-Bey (Wickham Bay), tutizm üçün istifadə edilir. Şəhərdəki ən qədim bina 1840-cı ildə tikilən Meyn strit (Main Street), kral həbsxanasıdır. Şəhər Karib dənizində yaxta kirayələmək mərkəzi sayılır.
Sancağabənzər plaun
Sancağabənzər plaun (lat. Lycopodium clavatum) — bitkilər aləminin plaunopsidlər sinfinin plaunçiçəklilər dəstəsinin plaunkimilər fəsiləsinin plaun cinsinə aid bitki növü.
Spaun (personaj)
Spaun (ing. Spawn) — ABŞ-nin Image Comics nəşriyyatı tərəfindən yaradılmış antiqəhrəman personaj. 1992-ci ildə Image Comics-in komiksçisi Todd Makfarleyn tərəfindən yaradılmışdır və eyniadlı komiksin ilk sayında debüt etmişdir. Spaun "Wizard" jurnalının "Bütün dövrlərin Top 200 komiks personajı" siyahısında 60-cı yerdə, "Empire" jurnalının "Ən böyük 50 komiks personajı" siyahısında 50-ci yerdə, 2011-ci ildə IGN-nın "Top 100 Komiks qəhrəmanı" siyahısında 36-cı yerdə göstərilmişdir. 1997-ci ildə personaj haqqında film çəkilmişdir, 1997–1999-cu ildə ona həsr edilmiş cizgi serialı efirə buraxılmışdır. Yaponiyada personajdan bəhs edən "Shadows of Spawn" manqası işıq üzü görmüşdür. == Bioqrafiya == Polkovnik Albert Fransis "El" Simmons CIA-nın gizli əməliyyatlarında iştirak edən ağıllı və bacarıqlı əsgərdir. El yaraşıqlı, xarizmatik və həyat yoldaşı Vanda ilə yaşayan xoşbəxt adamdır. Böyüklərinin gizli işlər çevirdiyini düşünən El CIA-nın pozulduğunu anlayır və ayrılmağa qərara verir. Rəisi Ceyson Uin ondan son bir tapşırığı yerinə yetirməyi xahiş edir, El bunu qəbul edir, amma son tapşırığında bunun tələ olduğunu anlayır və Uin tərəfindən öldürülür.
Stoun Taun
Stoun Taun — Zənzibarın mərkəzi. == Tarixi == Vaxtı ilə burada Afrikanın ən böyük qul bazarı olmuşdur. İndi onun yerində kilsə var. == Tarixi irsi == Stoun Taun UNESKO-nun mühafizə etdiyi qeyri-adi qapıları ilə məşhurdur. Onların forması hindistanlılardan götürülüb. Üzərində fillərdən müdafiə üçün nəzərdə tutulan kürəciklər var, qapının bəzəyi isə ev sahibinin ibadət etdiyi dini və maddi vəziyyətini əks etdirir. == Turizm == Stoun Taunda hər gün "ədviyyat turları" təşkil edilir. Vaxtı ilə bu ada dünyanın yarısını ədviyyatla təmin edirdi.
Səkkizayaq Paul
Səkkizayaq Paul — "öncəgörən" səkkizayaq (lat. Octopus vulgaris), İtaliyanın Toskana şəhərinin vətəndaşı, Qərb xurafatı. Səkkizayaq Paul Cənubi Afrikada keçirilən futbol üzrə dünya çempionatı zamanı matçların nəticələri ilə bağlı verdiyi proqnozlarla məşhurlaşmışdır. Səkkizayağın bütün proqnozları doğru çıxmışdır. O, Almaniya yığmasının 6 oyununun və İspaniyanın çempion olacağının "dəqiq" proqnozunu vermişdir. Bununla da dünya xəbərlərinin baş mövzusuna çevrilmişdir. Paulun necə seçim etdiyi də maraqlıdır. Ona içərisi yeməklə dolu olan iki qab verilir və hər qabın üzərində qarşılaşacaq yığmaların ölkələrinin bayraqları əks olunur. Paul hansı ölkənin bayrağı olan qabdan yemək yesə, demək o ölkə "qalib"dir. Almaniyanın Oberhauzen şəhərindəki "Sea Life" adlı okeanariumda saxlanılan bu dəniz heyvanı 2010-cu il oktyabrın 26-da keçinib.