TAUN

is. [ ər. ]
1. Qusma və ishal şəklində təzahür edən çox yoluxucu ağır epidemik xəstəlik.
2. Qarğış məqamında işlənir. Səni taun tutsun!

Синонимы

  • TAUN TAUN (tib.) [Səkinə:] Xeyr, vəba və taun haramzadə kişilərin nadürüstlüyündəndir (M.F.Axundzadə); ÇUMA (təşbih kimi də işlənir) Ellər dedi: “Qazılsın
TAU-SAQQIZ
TAVA₁
OBASTAN VİKİ
Taun
Taun (lat. pestis), (XBT kodu A20.) — insan və heyvanlarda kəskin təbii ocaqlı, epidemik yayılmağa meyilli, taun çöpü (lat. Yersinia pestis) tərəfindən törədilən transmissiv infeksion xəstəlikdir. O, kəskin qızdırma, ağır ümumi intoksikasiya və limfatik düyünlərin, ağciyərin və başqa orqanların hemorragik-nekrotik iltihabı ilə təzahür edir. Endemik və pandemik yayılma imkanına görə taun "Beynəlxalq tibbi-sanitariya qaydalarının" şamil olduğu xüsusi təhlükəli karantin infeksiyaları qrupuna aid edilir. 1894-cü ildə fransız alimi A. Yersen və yapon alimi S. Kitazato xəstəliyin törədicisini kəşf etmişlər. Taun epidemiyaları dövri olaraq dünyanın bir çox ölkəsini əhatə edirdi. Birinci pandemiya VI əsrdə Şərqi Roma İmperiyasında baş vermiş və bir çox ölkəni əhatə etmişdi. Qara ölüm adlanan ikinci pandemiya XIV əsrdə, üçüncü pandemiya isə XIX əsrin sonunda olmuşdur (xəstəliyi dəniz gəmilərindəki siçovullar yaymış və dünyanın 100-dən artıq limanında epidemiya baş vermişdi). XIV əsrdən başlayaraq Rusiyada, o cümlədən bir neçə dəfə Moskvada, XIX əsrdə Zabaykalyedə, Zaqafqaziyada, Prikaspidə, XIX əsrin sonu – XX əsrin əvvəllərində Odessa və Qara dənizin başqa limanlarında, XX əsrdə isə Hindistanda taun geniş epidemiyası qeydə alınmışdır.
Keyp-Taun
Keyptaun (ing. Cape Town, afrik. Kaapstad, xosa. iKapa) — Cənubi Afrika Respublikasının əhali sayına görə ikinci şəhəri (Yohannesburqdan sonra) . CAR-ın qanunverici paytaxtı.
Kobern-Taun
Kobern-Taun (ing. Cockburn Town) — Törks və Kaykos adalarının paytaxtı, 3700 nəfər əhalisi vardır. 1681-ci ildə salınıb.
Kobərn Taun
Kobern-Taun (ing. Cockburn Town) — Törks və Kaykos adalarının paytaxtı, 3700 nəfər əhalisi vardır. 1681-ci ildə salınıb.
Kupers-Taun
Kupers-Taun (ing. Coopers Town) — Baham adalarında şəhər. Abako adalarına aid Böyuk Abako adasında yerləşir. Şəhər adanın ən şimal hissəsində yerləşir. 1870-ci illərin sonlarında Böyük Bahama adasından olan Albert Butlun ailəsinin üzvləri tərəfindən yaradılmışdır. Əvvəlcə Kupers-Taunda ananas yetişdirildi və dəniz süngərləri yığılırdı, lakin XX əsrin sonunda onlara tələbat praktiki olaraq yox olmuşdur. Buna səbəb şəhər ərazisində təbii limanın olmaması idi. 1992–2002 və 2007–2012-ci illərdə Baham adalarının baş naziri olmuş Hubert İnqrem uşaqlığını Kupers-Taun şəhərində keçirmişdir.
Roud Taun
Roud Taun (ing. Road Town) — Britaniya Virgin adalarının paytaxtı. Tortola adasında yerləşir. Əhalisi 9400 nəfər (2004). Adı dəniz termini olan «ing. the roads» yaranıb. Sahildən aralı gəminin yakorla dayanması belə adlanır. Dənizdən 67 akr ərazi qurudularaq, Bikxem-Bey (Wickham Bay), tutizm üçün istifadə edilir. Şəhərdəki ən qədim bina 1840-cı ildə tikilən Meyn strit (Main Street), kral həbsxanasıdır. Şəhər Karib dənizində yaxta kirayələmək mərkəzi sayılır.
Stoun Taun
Stoun Taun — Zənzibarın mərkəzi. Vaxtı ilə burada Afrikanın ən böyük qul bazarı olmuşdur. İndi onun yerində kilsə var. Stoun Taun UNESKO-nun mühafizə etdiyi qeyri-adi qapıları ilə məşhurdur. Onların forması hindistanlılardan götürülüb. Üzərində fillərdən müdafiə üçün nəzərdə tutulan kürəciklər var, qapının bəzəyi isə ev sahibinin ibadət etdiyi dini və maddi vəziyyətini əks etdirir. Stoun Taunda hər gün "ədviyyat turları" təşkil edilir. Vaxtı ilə bu ada dünyanın yarısını ədviyyatla təmin edirdi.
Taun (roman)
Taun (fr. La Peste) — Alber Kamünün 1947-ci ildə yayımlanmış romanı. Kamyu romanda Əlcəzairin Oran şəhərində baş verən taun epidemiyasını müxtəlif sətiraltı ifadələr ilə məna verərək anladıb. Kitabda edilən bənzətmələrin ən vacibi bütün Avropaya, sanki qara taun kimi yayılan faşistlərin Fransanı işğal etməsidir. Fransanın İkinci Dünya Müharibəsi əsnasında məruz qaldığı alman işğalı və Fransada işğala qarşı yaranan Müqavimət (Résistance) hərəkəti romanda vəbaya qarşı alınan tədbirlər ilə əlaqələndirilir. Kitabın sonuna qədər dastançının şəxsiyyəti naməlum qalır. İnsanların həyatla ölüm arasında qaldığı incə xətti taun adını verərək təsvir edən Kamyu dolayı yoldan ateizmi də müdafiə edir. Romanın başlıca xüsusiyyətlərindən biri də əhvalatın yaşandığı Oran şəhərini oxucuya şəhəri görmüş kimi əks etdirməsidir. Taun Əlcəzairin şəhərlərindən biri olan Oranda başlayan taun epidemiyasına qarşı insanın mübarizəsini əks etdirir. Əslində romanda taun dünyadakı pislikləri təmsil edir və bir növ onların simvoludur.
Taun həkimi
Taun həkimi (ing. Plague doctor) — taun xəstəliyindən əziyyət çəkən insanların müalicə edilməsi üçün fəaliyyət göstərən həkim. Taun həkimləri xüsusi ilə kənd və şəhərlərdə epidemiyaların yayılmağa başlamasından sonra müqavilə ilə müalicə üçün ərazilərə gətirilirdi. Bəzi taun həkimləri, daha çox gəlir əldə etmək məqsədi ilə insanlara saxta xüsusi müalicə üsulları təklif etməkləri ilə tanınmışdır. Bu həkimlər tibb təhsili almış peşəkar həkimlər deyildilər, əsasən bu işi sonradan öyrənib, əldə etdikləri təcrübələr əsasında insanlara yardım etməyə çalışırdılar. Taun həkimlərinin nadir hallarda olsa da, bəzi xəstələrə köməklik etdiyi məlumdur. Əsas məsələlərdən biri işini bilən həkimlərin çox az olması idi. Taun həkimləri xəstələri özləri tərəfindən hazırlanmış müqaviləyə uyğun formada müalicə etməyə üstünlük verirdilər. Bu müqavilə taun həkimi müqaviləsi adlanır və xidməti göstərən şəxs ilə şəhər və ya kənd şurası arasında imzalanırdı. Avropanın bir şəhərində eyni vaxtda iki və daha çox taun həkiminin işlədiyi hallar da mövcud idi.
Taun çöpü
Taun çöpü (lat. Yersinia pestis, 1967-ci ildən qabaq Pasteurella pestis) — enterobakteriyalar fəsiləsindən qrammənfi bakteriya, taunun törədicisidir. Fakultativ anaerobdur. 1894-cü ildə alim Aleksandr Yersen kəşf etmişdir, üç biovarı məlumdur. Patogenliyi iki faqositoz antigeni (F1 və VW) ilə bağlıdır. Bakteriya antifaqositoz seliyi əmələ gətirir. A kateqoriyalı, olduqca təhlükəli patogendir.
Taun həkimi müqaviləsi
Taun həkimi müqaviləsi (ing. Plague doctor contract) — Orta əsrlərdə taun həkimləri ilə xəstəliyin yayıldığı şəhər və ya kənd administrasiyasının rəhbərliyi arasında imzalanan müqavilə. Müqaviləyə əsasən həkimlərin epidemiyanın yayıldığı ərazilərdə hansı şərtlər və tələblər daxilində fəaliyyət göstərəcəkləri detallı şəkildə qeyd edilirdi. Bu tip müqavilələrin bəzi nümunələri Avropanın bir çox şəhər arxivlərində saxlanılmaqdadır. Taun həkimi kimi fəaliyyət göstərən insanların əksəriyyətinin tibb sahəsi üzrə təhsilləri yox idi. Bu insanlar çox zaman kənd və şəhərlərin düşmüş olduğu ağır vəziyyətlərdən istifadə edərək insanları sağalda biləcəklərinə inandırır və onlara xüsusi müalicə üsulları təklif edirdilər.
Taun həkiminin kostyumu
Taun həkiminin kostyumu (ing. Plague doctor costume) — Orta əsrlərdə taun həkimləri tərəfindən istifadə edilmiş kostyum. Geyim bütün üzü və bədəni örtəcək şəkildə hazırlanmışdır. Kostyumun burun hissəsinin uzun olmasının səbəbi şəxsin müxtəlif ətirli qoxuları rahat hiss etməsi üçün nəzərdə tutulmuşdu. Orta əsrlərdə hesab edilirdi ki, taun xəstəliyinin yayılmasının əsas yollarından biri də natəmiz qoxulardır.
Stayvesant Taun — Piter Kuper Villic
Stayvesant Taun — Piter Kuper Villic (ing. Stuyvesant Town—Peter Cooper Village) — Nyu-York şəhəri Manhetten borosunun cənub hissəsindəki İst Sayd rayonuna aid yaşayış sahəsi. Sahə Stayvesant Taun və Piter Kuper Villic adlı iki mikrorayondan ibarətdir. Birincinin şimal sərhədi 14-cü küçə, cənub sərhədi isə 20-ci küçədə bitir; ikincinin şimal və cənub sərhədi isə müvafiq olaraq həmənki 20-ci və 23-cü küçələrdir. Hər iki mikrorayon Birinci və S prospektləri hüdudlarında yerləşir. Mikrorayonlar 6-cı Manhetten İcma Şurasının səlahiyyətindədilər. Stayvesant Taun və Piter Kuper Villicdə Nyu-York metropoliteninin Birinci Avenü stansiyası yerləşir. 2012-ci ilin sentyabr ayına olan məlumata əsasən, ərazidə M9, M14A, M14D, M15, M23 və M34A avtobus marşrutları fəaliyyət göstərilər. Kenneth T. Jackson, Lisa Keller, Nancy Flood. The Encyclopedia of New York City (2).
Alopecurus tauntoniensis
Çəmən tülküquyruğu (lat. Alopecurus pratensis) — qırtıckimilər fəsiləsinin tülküquyruq cinsinə aid bitki növü. == Sinonim == Alopecurus alpestris Wahlenb. ex Steud. [Invalid] Alopecurus alpinus var. songaricus Schrenk ex Fisch. & C.A.Mey. Alopecurus alpinus var. ventricosus Kar. & Kir.
Bubon taunu
Bubon taunu — taunun insanlarda ən çox təsadüf edilən forması. Taun — daşıyıcıları siçanlarda parazitlik edən bitlər olan Yersinia pestis bakteriyası tərəfindən törədilən kəskin təbii bakterial mənşəli xəstəlikdir. Kəskin təhlükəli infeksiya hesab edilir. İnkubasiya dövrü 2-6, nadir hallarda isə 1-12 gün olur.
Syu Taunsend
Syu Taunsend (ing. Sue Townsend; d. 2 aprel 1946, Lester, İngiltərə – ö. 10 aprel 2014, Lester, İngiltərə) — Böyük Britaniya yazıçısı Syu Taunsend 1946-cı ildə Lesterdə doğulmuş, 15 yaşında orta məktəbdə təhsilini yarımçıq qoymuşdur. Syu Taunsend Şəkərli diabetə tutulmuş, görmə qabiliyyətini itirmişdir. Sonradan onun böyrəklərindən biri sıradan çıxmış və oğlunun böyrəyi S.Taunsendə transplantasiya olunmuşdur. 2012-ci ilin sonlarında isə S.Taunsend insult keçirmişdir. Syu Taunsend 10 aprel 2014-cü ildə 68 yaşında Lesterdəki evində vəfat etmişdir. 18 yaşında ailə quran Syu Taunsend 23 yaşında 3 övladı ilə dul qalmışdır. Yazıçını dünyaca məşhurlaşdıran "The Secret Diary of Adrian Mole aged 13 ¾" romanı 1982-ci ildə çap olunmuşdur.
Taunşip
Taunşip (ing. Civil township, Yeni İngiltərə ştatlarında — town) — ABŞ-də 3-cü dərəcəli inzibati-ərazi vahidlərindən biri. Taunşiplər, şəhər bələdiyyələri ilə yanaşı, qraflıqlərin, onlar isə öz növbəsində ştatların tərkibinə daxildir. Taunşiplər kiçik mülki bölgü vahidlərindən (minor civil divisions — MCD) biridir. Organization website for the National Association of Towns and Townships. Government Organization, U.S. Census Bureau, 2002 Census of Governments, Volume 1, Number 1, Government Organization, GC02(1)-1, U.S. Government Printing Office, Washington, DC, 2002.
Uilyam Taunsend Eyton
Vilyam Taunsend Eyton (ing. William Townsend Aiton, 2 fevral 1766 – 9 oktyabr 1849, Kensinqton, Midlseks[d]) — İngiltərə botaniki və bağban. Taylor, George. Aiton, William Townsend. // Dictionary of Scientific Biography 1. New York: Charles Scribner’s Sons. 1970, 89-90. ISBN 0-684-10114-9.
Vilyam Taunsend Eyton
Vilyam Taunsend Eyton (ing. William Townsend Aiton, 2 fevral 1766 – 9 oktyabr 1849, Kensinqton, Midlseks[d]) — İngiltərə botaniki və bağban. Taylor, George. Aiton, William Townsend. // Dictionary of Scientific Biography 1. New York: Charles Scribner’s Sons. 1970, 89-90. ISBN 0-684-10114-9.
İngilis taunu
İngilis təri (lat. sudor anglicus, ing. sweating sickness) — 1485 və 1551-ci illərdə Avropada (ilk əvvəl İngiltərədə Tüdorların hakimiyyəti zamanı) çoxlu sayda ölümlə müşahidə olunan yoluxucu xəstəlik. "İngilis təri" qeyri-ingilis mənşəlidir və İngiltərəyə Tüdorlar sülaləsi ilə birlikdə gəlmişdir. 1485-ci ilin avqustunda Bretanda yaşayan Henrix Tüdor Uelsdə məskunlaşdıqdan sonra Bosfort döyüşündə kral III Riçarda qalib gələrək Londona kral VII Henrix adı ilə daxil olmuşdur. Onun qoşunlarının əsas hissəsini təşkil edən fransız və bretonlu muzdluların dabanında xəstəlik var idi. İki həftə ərzində peyda olmuşdu. Londonda 1 ay ərzində (sentyabr-oktyabr) bir neçə min insan bu xəstəlikdən dünyasını dəyişmişdir. Sonra epidemiya sakitləşmişdi. Xalq bunu VII Henrix üçün pis əlamət hesab etmişdir.

Значение слова в других словарях