Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
PeR
PeR — 2007-ci ildə qurulmuş Latış musiqi qrupu. PeR Latviyanı 2013 Avroviziya Mahnı Müsabiqəsində "Here We Go" mahnısı ilə təmsil edib.
Pər
Pər — fırlanan bir milin üzərində yerləşdirilmiş, müvafiq bir aerodinamika ya da hidrodinamik quruluş verilmiş qəddarələrdən formalaşmış; itələmə gücü təmin edən alətdir. Pərlər təyyarə və gəmilərdə istifadə edilir. == Təyyarə pəri == Pərli təyyarələrdə pər, mühərrikdən ötürülən fırlanmanı itələmə gücünə çevirən sistemdir. İki və ya daha artıq qəddarədən meydana gəlir. Pər qəddarələri itələmə qüvvəsinə görə təxmini olaraq irəliyə və çevrilməsinə görə də çevrilmə (rotasiya) istiqamətində hərəkət etdiyi üçün kənardakı bir müşahidəçiyə görə heliks olaraq da tanınan burğu hərəkətini də edir. Pərin yarıçapı səbəbiylə qəddarə ucunun fırlanma müddətində qət etdiyi məsafə göbəyə görə daha çox olacağından, qəddarə ucunun bucaq sürəti, abağa yaxın bölmələrdəki bucaq sürəti ilə eyni olmasına baxmayaraq vahid zamanda qət etdiyi məsafə (sürəti) daha çoxdur.
Per Forsskol
Per Forsskol (isv. Pehr Forsskål, 11 yanvar 1732[…], Helsinki – 11 iyul 1763) — İsveç təbiətçisi – ilk növbədə botaniki və antropoloqu, səyyahı. == Forsskolun şərəfinə adlandırılıb == Karl Linney 1764-cü ildə öz şagirdinin şərəfinə ərəb ot bitki cinsinə Forsskaolea adını vermişdir. Forsskolun şərəfinə həmçinin çoxlu növlər də adlandırılmışdır. Bunları International Plant Names Index (IPNI) verilənlər bazasında tapmaq olar. == İstinadlar == == Xarici keçidlər == Philippe Provençal.
Per Günt
Per Günt - norveç dramaturqu Henrik İbsen və norveç bəstəkarı Edvard Qriqin məşhur dram əsəri. İbsen bu əsəri 1867-ci ildə tamamlamış və 24 fevral 1876-cı ildə səhnəyə qoymuşdur. Bu əsərə böyük uğur gətirən səbəblərdən biri tanınmış norveç bəstəkarı Edvard Qriqin əsərə bəstələdiyi musiqi olmuşdur. İbsen Per Günt dramını İtaliyada qələmə almışdır. Əsər ilk dəfə 1867-ci ilin 14 noyabr tarixində Kopenhagendə nəşr edilir. Əsərin tezliklə böyük uğur əldə etməsinə digər səbəb kimi İbsenin bundan bir az öncə qələmə aldığı Brənd dramını göstərirlər. İbsenin sonrakı əsərlərindən fərqli olaraq Per Günt nəzm formasında yazılmışdır. Buna səbəb əsərin tamaşa üçün deyil, sadəcə bir yazılı ədəbiyyat nümunəsi kimi təqdim edilməsi idi. Əsərdə səhnələrin bir-birini sürətlə əvəzləməsi (əsərin bir pərdəsində isə hadisələrin tamamilə qaranlıqda cərəyan etməsi) əsərin səhnəyə qoyuluşunu mürəkkəbləşdirir. Bu əsəri İbsenin digər dram əsərlərindən fərqləndirən ən mühüm cəhətlərdən biri də Per Güntun realistik faciədən çox mistik-fantastik xarakter daşımasıdır.
Per Lagerkvist
Per Laqerkvist (isv. Pär Lagerkvist; 23 may 1891[…] – 11 iyul 1974[…]) — isveçli yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1951). == Həyatı == Per Fabian Laqerkvist İsveç romançısı, şair və dramaturqdur. Sadə ailənin övladı idi. Atası əvvəlcə fermer, sonra isə dəmiryol fəhləsi olmuşdu. Ailədəki yeddi uşağın içərisində Per erkən yaşlarından ağlı və fərasəti ilə fərqlənirdi. Orta təhsilini bitirdikdən sonra iki il Upsala universitetində incəsənət və ədəbiyyatı öyrənmişdi. 21 yaşında ilk yazılarını – bir neçə şeir və "İnsanlar" povestini dərc etdirmişdi. 1913-cü ildə Parisdə olması Laqerkvistin ədəbiyyat və sənətə baxışlarında inqilab yaratmışdı. O, fovizm və kubizm cərəyanları ilə ciddi maraqlanmışdı.
Per Mertezaker
Per Mertezaker (alm. Per Mertesacker‎; d. 29 sentyabr 1984, Hannover, AFR) — alman futbolçusu. Londonun Arsenalfutbol klubunun kapitanı və müdafiəçisi. 198 santimetr boya malik Mertezaker həm də Almaniya milli futbol komandasının oyunçusudur. == Karyera == === Klub === Per Mertezaker öz futbol karyerasına "Pattensen" klubu ilə başlamış, 1995-ci ildə, 11 yaşında "Hannover 96" klubuna keçmişdir. Bundesliqada ilk matçını 2003-cü ilin noyabrında 19 yaşında "Köln" klubuna qarşı oynamışdır. Bu zaman o, müdafiəçi və yarımmüdafiəçi mövqelərində oynamışdır. Mertzaker peşəkar müqaviləni imzalamaqla, dörd ay ərzində Bundesliqa üçün növbəti çağırışı gözləmək məcburiyyətində qaldı. Baş məşqçi Edvard Linenenin yanında "Hannover" klubunun əsas oyunçusu kimi mərkəz mövqeyini möhkəmləndirdi.
Per Noel
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz) — Santa-Klausa bənzər Slavyan mifologiyası personajı.
Per Hekkerup
Per Hækkerup (25 dekabr 1915 – 13 mart 1979, Danimarka) — 25 dekabr 1915-ci ildə adan olmuş və 13 mart 1979-cu il tarixində vəfat etmişdir. O, 1962–1966-cı illərdə Danimarkanın Xarici İşlər Naziri vəzifəsində çalışmış və Danimarka Sosial Demokrat partiyasına üzv siyasətçi idi. O, danimarkalı siyasətçi və Sosial Demokrat jurnalının redaktoru Hans Kristian Hækkerupun oğlu idi. Hækkerup İkinci Dünya Müharibəsinin bitməsindən 1979-cu ildə ölümünə qədər ölkəsində siyasətdə fəal iştirak edib. O, 1946–1952-ci illərdə Danimarka Sosial Demokratlar Partiyasının gənclər təşkilatının sədri, 1946–1951-ci illərdə isə Sosialist Gənclərin Beynəlxalq İttifaqının baş katibi vezifələrini tutub. Hækkerup beynəlxalq siyasi arenada daha çox Norveç naziri Yens Evensen ilə əldə etdiyi razılaşma ilə tanınır. Bu razılaşma Norveçə Şimal dənizində neftlə zəngin Ekofisk neft yatağını verir. Şəhər əfsanəsinə görə Hækkerup müqaviləni imzalayanda sərxoş imiş. Lakin Danimarka tarixçiləri bu gün razılaşmanın çox ədalətli olduğuna və Hækkerupun sərxoş olmadığı mövzusunda həmfikirdirlər. O, Grethe Hækkerup ilə ailə həyatı qurmuşdu .
Per Hækkerup

Per-Egil Rüqq
Per-Egil Rüqq (norv. Per-Egil Rygg; 5 fevral 1959, Bergen – 31 oktyabr 2016) (norv.) — Norveç Hərbi Hava Qüvvələrinin keçmiş rəhbəri; Norveç ordusunun zabiti. == Həyatı == Per-Egil Rüqq 5 fevral 1959-cu ildə Norveçin Bergen şəhərində anadan olmuşdur. 31 oktyabr 2016-cı ildə vəfat etmişdir.
Per-Laşez məzarlığı
Per-Laşez qəbiristanlığı (fr. Cimetière du Père-Lachaise) – Parisdəki ən böyük (43,93 hektar) və ən məşhur qəbiristanlıqdır. == Per-Laşez qəbiristanlığında dəfn olunan məşhurlar == Edmond About Onore de Balzak Anri Barbüs Jak-Lui David Jorj Bize Frederik Şopen Yılmaz Güney Ahmet Kaya == İstinadlar == == Xarici keçidlər == Siyavuş Əmirli. "Maraq və qorxu yaradan qəbiristanlıqlar" (az.). lacin.info. 09-03-2015. 2015-04-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-19.
Per-Laşez qəbiristanlığı

Per Fredrik Avesli
PelleK və ya əsl adı ilə Per Fredrik Avesli (21 dekabr 1986, Sanneford) – norveçli rok və metal ifaçısı, aktyor. PelleK YouTube-da ən çox izlənən Norveç müğənnisidir. == Həyatı və karyerası == 21 dekabr 1986-cı ildə Norveçin sahil şəhəri olan Sannefordda anadan olmuş və burada böyümüşdür. Kiçik yaşlarda Norveç kanallarında uşaqlar üçün nəzərdə tutulmuş verilişlərə çəkilmişdir. Məktəbi bitirdikdən sonra intensiv şəkildə musiqi ilə məşğul olmağa başlamış, işlərini YouTube vasitəsilə paylaşmağa qərar vermişdir. 2013-cü ilin sentyabrında ABŞ və Avropa turnesinə çıxmış, 11 ölkədə 16 konsert vermişdir. PelleK 4 orijinal albom və 16 kover albomu buraxmışdır. 2014-cü ilin noyabrında YouTube-da ən çox izlənən norveçli müğənni olmuşdur. 2014-cü ilin sentyabrında ən sürətlə böyüyən 500 kanaldan biri olmuşdur. 4 aprel 2015-ci ildə PelleK Square Enix şirkətinin video oyunları üçün mahnılar ifa edəcəyini açıqlamışdır.
Per Laşez qəbiristanlığı
Per-Laşez qəbiristanlığı (fr. Cimetière du Père-Lachaise) – Parisdəki ən böyük (43,93 hektar) və ən məşhur qəbiristanlıqdır. == Per-Laşez qəbiristanlığında dəfn olunan məşhurlar == Edmond About Onore de Balzak Anri Barbüs Jak-Lui David Jorj Bize Frederik Şopen Yılmaz Güney Ahmet Kaya == İstinadlar == == Xarici keçidlər == Siyavuş Əmirli. "Maraq və qorxu yaradan qəbiristanlıqlar" (az.). lacin.info. 09-03-2015. 2015-04-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-19.
Ker
Ker - türk və altay mifologiyalarında pis varlıq. Gər (Gir, Kir) olaraq da deyilir. O varlığın pis bir xüsusiyyətə sahib olduğunu göstərir. Tek ayaqlı, tək gözlü, tək qollu keçəl varlıqlardır. Şumerlerde Qur adlı bir yer altı canavarı bulunur ki, yer altında yaşayan varlıqların Ker sözcüyü ilə təyin olunması bununla əlaqəli ola bilər. Yeraltında yaşadığına inanılan "Ötker" adlı pis varlıqlar da bunların bir növüdür. O biri aləmə aid canlılar daim tək gözlüdür. Ker sözünün kor mənasını verdiyini qarşıya qoyan görüşlər də mövcuddur. Bu sifətlə xatırlanan beş əhəmiyyətli varlıq tapılar. Ker Yutpa: Yeraltı əjdahası Ker Abra: Yeraltı ilanı Ker Arat: Yeraltı balığı Ker Doydu: Yeraltı balığı Ker Köylek: Yeraltı cadugəri == Etimologiya == (Ker/Gər/Gir) kökündən törəmişdir.
PCR
Polimeraz zəncir reaksiyası (PZR) (ing. polymerase chain reaction, PCR) Patoloji mikroorqanizmlərin ( virus, bakteriya, göbələk, parazit) təyin edilməsində geniş istifadə olunan mikrobioloji müayinə metodudur. Mikrobiologiya laboratoriyalarında geniş istifadə edilir. — biokimya və molekulyar biologiya sahələrində DNTnin, E.coli və ya maya kimi hərhansı bir canlı orqanizm istifadə edilmədən sadəcə ferment vasitəsilə külli miqdarda çoxaldılması üçün istifadə edilən metoddur. PZR çağdaş genetik mühəndisliyinin əsas metodlarından biri sayılır və molekulyar genetikanın inkişafında böyük rol oynamışdır. Kari Mullis tərəfindən 1983-cü ildə icad edilən metod, ona Nobel mükafatını qazandırıb. == Əsas prinsip == Metod DNT-nin müəyyən region və ya regionlarının süni şəraitdə (orqanizmdən kənarda)(in vitro) DNT polimeraz fermenti vasitəsilə müəyyən nahiyəni seçərək təkrar təkrar kopyalanması prinsipinə əsaslanır. Adətən PZR metodu ilə 10 kb (kilo əsas cütü) böyüklüyə qədər DNT çoxaltmaq mümkündür, ancaq bəzi metodlar 40 kb uzunluqda hissənin çoxaldılmasına belə imkan verir. == PZR-in tətbiqi == Ən sadə PZR metodunun tətbiqi üçün aşağıdaki komponentlər lazımdır: İçində çoxaldılmaq istənilən regionu saxlayan DNT. Regionun sonlarına tamamlayıcı olan iki növ praymer. İstiliyə davamlı DNT polimeraz fermenti.
PEN
PEN (ing. PEN İnternational) - ingilis yazıçısı Katerina Ami Davson Skot və Con Qolsuorsi tərəfindən 5 oktyabr 1921-ci ildə yaradılan və bütün dünya yazıçılarını birləşdirən təşkilat. Mərkəzi London şəhərindədir. == Adı == Təşkilatın adı olan PEN ingiliscə "playwrights" (Drammaturqlar), "essayists" (Oçerk yazıçıları) və "novelists" (Roman yazıçıları) sözlərinin abreviaturasından əmələ gəlib. PEN həm də ingiliscə qələm deməkdir. == Tarixi == PEN Birinci dünya müharibəsindən sonra İngiltərədə bir neçə dost yazıçının görüşdüyü kiçik təşkilat idi. Amma daha sonra böyüdü. Mərkəzi London şəhərində yerləşən təşkilatın əsas məqsədi siyasətdən uzaq olub ifadə və fikir azadlığının təmin olunması və yazıçıların haqqlarının qorunmasıdır. 1926-cı ildə PEN-ə cəmi 25 ölkə üzv idi. Hal-hazırda isə bu say 104-dür və 144 ofisi mövcuddur.
PXR
Polşa Xalq Respublikası (pol. Polska Rzeczpospolita Ludowa) — Qərbi Avropada yerləşən monolit slavyan dövlətidir. Ərazisi 312.679 km², əhalisi 38 milyondur. Sərhədləri: quzeydə - Baltik dəniz və Kalininqrad şəhəri (Königsberg) , qərbdə - katolik Litva (2.8 milyon) və ortodoks Belarus (9.5 milyon), güney-doğuda - ortodoks Ukraina (42 milyon), güney-batıda - katolik Çexiya (10 milyon) və katolik Slovakiya (5.4 milyon), quzey-batıda - katolik Almaniya (82 milyon). "Pole" slav dillərində "çəmən", "polyane" - "çəmən insanları" anlamına gəlir. Polşa 2004-cü ildən bəri Avropa Birliyinə daxil olsa da avronu qəbul etmir, öz milli valyutaları olan zloty-nı istifadə etməyə davam edirlər. Qorxurlar ki, avronun qəbulu iqtisadiyyatlarını bir az da çökdürə bilər. Milli azlıqlar (tatarlar, yəhudilər, almanlar və slav azlıqları) çox cuzi saydadır və çoxdan assimilə olublar. Deyilənə görə, ərəb və alman dillərindən fərqli olaraq, polyak dilində "anlaşılmayan dialektlər" yoxdur, yalnız əsas dildən çox cuzi fərqlənən ağızlar ("qovor") var. Bunun səbəbini Avropa xalqlarının tarixboyu bir birilə daim savaş içində olmaları, polyaklarınsa ən çox almanlar və ruslarla savaşmalarında görürlər.
PZR
Polimeraz zəncir reaksiyası (PZR) (ing. polymerase chain reaction, PCR) Patoloji mikroorqanizmlərin ( virus, bakteriya, göbələk, parazit) təyin edilməsində geniş istifadə olunan mikrobioloji müayinə metodudur. Mikrobiologiya laboratoriyalarında geniş istifadə edilir. — biokimya və molekulyar biologiya sahələrində DNTnin, E.coli və ya maya kimi hərhansı bir canlı orqanizm istifadə edilmədən sadəcə ferment vasitəsilə külli miqdarda çoxaldılması üçün istifadə edilən metoddur. PZR çağdaş genetik mühəndisliyinin əsas metodlarından biri sayılır və molekulyar genetikanın inkişafında böyük rol oynamışdır. Kari Mullis tərəfindən 1983-cü ildə icad edilən metod, ona Nobel mükafatını qazandırıb. == Əsas prinsip == Metod DNT-nin müəyyən region və ya regionlarının süni şəraitdə (orqanizmdən kənarda)(in vitro) DNT polimeraz fermenti vasitəsilə müəyyən nahiyəni seçərək təkrar təkrar kopyalanması prinsipinə əsaslanır. Adətən PZR metodu ilə 10 kb (kilo əsas cütü) böyüklüyə qədər DNT çoxaltmaq mümkündür, ancaq bəzi metodlar 40 kb uzunluqda hissənin çoxaldılmasına belə imkan verir. == PZR-in tətbiqi == Ən sadə PZR metodunun tətbiqi üçün aşağıdaki komponentlər lazımdır: İçində çoxaldılmaq istənilən regionu saxlayan DNT. Regionun sonlarına tamamlayıcı olan iki növ praymer. İstiliyə davamlı DNT polimeraz fermenti.
Perl
Perl — yuxarı səviyyəli, dinamik proqramlaşdırma dilidir. Perl 1987-ci ildə Lari Vall tərəfindən Unix script dili kimi yaradılmışdır. Perl 6 özündə C, Shell Script, AWK, Sed kimi müxtəlif dillərin xüsusiyyətlərini cəmləşdirir. Perl Vebdə CGİ proqramlaşdırma dili kimi istifadə olunur. Bundan başqa Perl qrafik proqramlaşdırma, sistem proqramlaşdırma, şəbəkə proqramlaşdırmasında, bioinformatikada və digər sahələrdə istifadə olunur. == Sintaksisi == "Salam Dunya" proqramı aşağıdakı kimi yazıla bilər: n ilə yeni sətrə keçmək təmin olunur.
Perm
Perm — Rusiya Federasiyasında yerləşən şəhər Perm diyarına daxildir == Tarixi == Hazırda Perm (əski Bürüxan) Kama çayı üzərində iri sənaye şəhəridir. Kama çayına tatarlar "Ak İdil" deyirdilər. Rus salnamələrində Kama adına 1220-ci ildə rast gəlinir. Ruslar Kamaya (bu çay Volqanın əsas qoludur) yiyələnməkdə çətinlik çəkirdi. Noqaylar, kalmıklar, başqırdlar rusların aramsız hücumlarına mətanətlə sinə gərirdilər. Lakin ruslar irəlilədikcə hərb qalaları tikir və bu hərbi məskənlər "ostorojki",eləcə də "qorodki" (bu qədim rus sözləri "hasarlanmış, yonulmuş tirlərdən çəkilmiş qala" mənasını ifadə edirdi) adlanırdı və rusların dayaq məntəqələrinə çevrilirdi. Tatarların ulu əcdadları hələ qədimdən Bürüxan, indiki Perm vilayətinin sakinləri olmuşlar. Bəzi mülahizələrə görə Bürüxan şəhərinin adı bürü~börü "qurd"+xan=Bürüxan şəxs adından yaranmışdır. O da qeyd olunmalıdır ki, Bürüxan Sibir xalqlarında həm də "tapınma büt, sənəm, ilahi, pir" adıdır. Bu heykəllər müqəddəs ruhların obrazları idi.
Pers
Pers bir neçə mənada işlənilə bilər: qədim yunan mifologiyası və ədəbiyyatında (q.yun. Πέρσης): Pers (titan) — qədim yunan mifologiyasında kiçik titan, Kriya və Evribiyanın oğlu. Pers (Heliosun oğlu) — qədim Yunan mifologiyasında Tavrida padşahı, Helios və Perseidanın oğlu. Pers (Perseyin oğlu) — qədim yunan mifologiyasında Əhəmənin atası, Əhəmənilərin əcdadı, Persey və Andromedanın oğlu, farsların bir çox dillərdə yayılmış "pers" adı məhz bu qəhramanla bağlıdır. Pers — "İşlər və günlər" əsərində adı çəkilən Hesiodun qardaşı. Sen-Jon Pers (1887—1975) — Fransa şairi.
Pers.
Xristian Henrix Person (nid. Christiaan Hendrik Persoon, 1761—1836) — Niderland botaniki və mikoloqu. == Əsərləri == Neuer versuch einer systematische Eintheilung der Schwämme. In: Römers Neues Magazin für der Botanik 1794, 1 p. 109 (alm.) Observationes mycologicae (lat.) (Leypsiq, 1796—1799, 2 cilddə) Tentamen dispositionis methodicae fungorum in classes, ordines, generae et familias (lat.) (Leypsiq, 1797) Commentatio de fungis clavaeformibus (lat.) (Leypsiq, 1797) Icones et discriptiones Fungorum minus cognitorum (lat.) (Leypsiq, 1798—1800, 2 buraxılış) Commentarius, Schaefferi fungorum Bavariae indigenorum icones pictas, differentiis specificis etc. illustrans (lat.) (Erlangen, 1800) Icones pictae rariorum Fungorum (lat.) (Paris, 1803—1808,4 buraxılış) Traité sur les Champignons comestibles (fr.) (Paris, 1819) Mycologia Europaea seu completa omnium fungorum in variis Europaeae regionibus detectorum enumeratio, methodo naturali disposita, descriptione succincta, synonymia selecta et observationibus criticis additis (lat.) (Erlangen, 1822—1828, 3 cilddə) Sinopsis plantarum seu Enchiridium botanicum (lat.) (Paris, 1805—1807, 2 cilddə), Species Plantarum seu Enchiridium botanicum (lat.) (Sankt-Peterburq, 1817—1821, 5 cilddə).
Pert
Pert (ing. Perth) — Qərbi Avstraliya ştatının paytaxtı. Memarlığında qədim Viktorian üslubunun qorunub saxlanıldığı mənzərəli şəhərdir. 1911-ci ildən əsasi qoyulmuş qədim ingilis üslubunda tikilmiş universitet fəaliyyət göstərir. == Tarixi == Şəhərin əsasını Kapitan Ceyms Stirlinq 12 iyun 1829-cu ildə qoyub.
Peç
Peç bu mənaları ifadə edə bilər: Peç (Macarıstan) — Macarıstanda şəhər. Peç (Kosovo) — Kosovoda şəhər.
Şarantonne (Изер)
Şarantonne (fr. Charantonnay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. La-Verpiyer kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38081. Kommunanın 2012-ci il üçün əhalisi 1870 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 337 ilə 472 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 33 km cənub-şərqdə, Qrenobldan 65 km şimal-qərbdə yerləşir.
Мир ПК
"PC World" — ABŞ aylıq kompüter texnologiyası jurnalı. Jurnal 1983-cü ildən 2013-cü ilə qədər "International Data Group" tərəfindən nəşr olunmuşdur. 2013-cü ilin avqust ayından başlayaraq jurnalın çap versiyası dayandırılmış və onun redaksiya heyəti tamamilə onlayn formata keçmişdir. Jurnalın məqalələri fərdi kompüterlər, serverlər və iş stansiyaları üçün aparat və proqram təminatının işlənib hazırlanması, onların həm istehlakçı şəraitində, həm də müəssisələrdə tətbiqi məsələlərinin geniş spektrini əhatə edirdi. Publikasiyanın məzmunu müxtəlif ixtisaslara malik olan oxuculara yönəlmişdir == Tarixi == Jurnal 1982-ci ilin noyabrında "COMDEX"də elan edilmiş və ilk növbədə "Personal Computer World" adlandırılmışdır. Jurnal "VNU" və "Ziff Davis Publishing" daxil olmaqla naşirlər tərəfindən bir neçə dəfə yenidən satılmışdır. 1999-cu ilin fevralında jurnal rekord tirajla 1 milyon nüsxə ilə nəşr olunmuşdur. Bu, o zaman belə rəqəmlərə nail olan ilk və yeganə kompüterlə bağlı jurnal idi. 2013-cü ildə jurnalın sahibi "International Data Group" şirkəti "PC World" jurnalının 30 il davam etmiş nəşriyyatının dayandırıldığını elan etmişdir. 2013-cü ilin avqust nömrəsi "PC World" jurnalının çap olunan sonuncu nömrəsi idi.
Spişskа Nоvа Vеs
Spişskа Nоvа Vеs (slovak. Spišská Nová Ves, alm. Zipser Neudorf‎, mac. Igló) — Slovakiyanın şərqində şəhər. Koşitse bölgəsində yerləşir. Əhalisi 39 min nəfərdir. === Əhali === === Etnik tərkib === == Siyasət == 1989-cu ildən şəhər icra başçıları: 1989 – 1990 – Ján Borovský 1990 – 1994 – Rastislav Jacák 1994 – 2002 – Karol Mitrík 2002 – 2006 – Anna Fedorová 2006 – 2014 – Ján Volný, PhD. == Qardaşlaşmış şəhərlər == Almaniya Alsfeld (alm. Alsfeld‎) Çexiya Havliçkuv-Brod (çex. Havlíčkův Brod) Polşa Groets (pol. Grójec) Fransa Eql (fr.
ИХР-388 aşqarı
ПМА "В-1" və ПМА "В-2" aşqarları
Pa-dе-Kale (departament)
Pa-dе-Kale (fr. Pas-de-Calais) — Fransanın şimal-qərbində yerləşən, O-de-Frans regionun departamentlərindən biri. Sıra nömrəsi — 62. İnzibati mərkəzi — Arras. Əhalisi - 1.472.589 nəfər (departamentlər arasında 7-ci yer, 2014-cü ilin məlumatları). == Coğrafiyası == Nor departamenti O-de-Frans regiounun bir hissəsidir, Nor və Somma departamentləri ilə sərhəddir. Şimaldan Şimal dənizinin suları, qərbdən Pa-de-Kale boğazı tərəfindən yuyulur. Ərazisi — 6671 km². Departamentin əsas şəhərləri Kale, Bulon-sür-Mer, Arras, Lans, Lyeven və Sent-Omer. == Tarixi == Birinci Dünya müharibəsi dövründə Pa-dе-Kale də çox qanlı döyüşlər olmuşdur.