HER-PER

(Meğri)
hövsələ
HER-HEŞ
HERAĞAŞ
OBASTAN VİKİ
PeR
PeR — 2007-ci ildə qurulmuş Latış musiqi qrupu. PeR Latviyanı 2013 Avroviziya Mahnı Müsabiqəsində "Here We Go" mahnısı ilə təmsil edib.
Her Loss
Her Loss — Dreyk və 21 Savage tərəfindən birlikdə hazırlanmış studiya albomu. 4 noyabr 2022-ci ildə OVO Sound və Republic Records tərəfindən buraxılıb. == Trek siyahısı == 01. Rich Flex 02. Major Distribution 03. On BS4 04. BackOutsideBoyz (performed by Drake) 05. Privileged Rappers 06. Spin Bout U 07. Hours in Silence 08.
Planet Her
Planet Her — ABŞ repçi və müğənnisi Doja Cat-ın üçüncü studiya albomu. 25 iyun 2021-ci ildə Kemosabe Records və RCA Records tərəfindən buraxılıb.
Per Forsskol
Per Forsskol (isv. Pehr Forsskål, 11 yanvar 1732[…], Helsinki – 11 iyul 1763) — İsveç təbiətçisi – ilk növbədə botaniki və antropoloqu, səyyahı. Karl Linney 1764-cü ildə öz şagirdinin şərəfinə ərəb ot bitki cinsinə Forsskaolea adını vermişdir. Forsskolun şərəfinə həmçinin çoxlu növlər də adlandırılmışdır. Bunları International Plant Names Index (IPNI) verilənlər bazasında tapmaq olar. Philippe Provençal.
Per Günt
Per Günt - norveç dramaturqu Henrik İbsen və norveç bəstəkarı Edvard Qriqin məşhur dram əsəri. İbsen bu əsəri 1867-ci ildə tamamlamış və 24 fevral 1876-cı ildə səhnəyə qoymuşdur. Bu əsərə böyük uğur gətirən səbəblərdən biri tanınmış norveç bəstəkarı Edvard Qriqin əsərə bəstələdiyi musiqi olmuşdur. İbsen Per Günt dramını İtaliyada qələmə almışdır. Əsər ilk dəfə 1867-ci ilin 14 noyabr tarixində Kopenhagendə nəşr edilir. Əsərin tezliklə böyük uğur əldə etməsinə digər səbəb kimi İbsenin bundan bir az öncə qələmə aldığı Brənd dramını göstərirlər. İbsenin sonrakı əsərlərindən fərqli olaraq Per Günt nəzm formasında yazılmışdır. Buna səbəb əsərin tamaşa üçün deyil, sadəcə bir yazılı ədəbiyyat nümunəsi kimi təqdim edilməsi idi. Əsərdə səhnələrin bir-birini sürətlə əvəzləməsi (əsərin bir pərdəsində isə hadisələrin tamamilə qaranlıqda cərəyan etməsi) əsərin səhnəyə qoyuluşunu mürəkkəbləşdirir. Bu əsəri İbsenin digər dram əsərlərindən fərqləndirən ən mühüm cəhətlərdən biri də Per Güntun realistik faciədən çox mistik-fantastik xarakter daşımasıdır.
Per Lagerkvist
Per Laqerkvist (isv. Pär Lagerkvist; 23 may 1891[…] – 11 iyul 1974[…]) — isveçli yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1951). Per Fabian Laqerkvist İsveç romançısı, şair və dramaturqdur. Sadə ailənin övladı idi. Atası əvvəlcə fermer, sonra isə dəmiryol fəhləsi olmuşdu. Ailədəki yeddi uşağın içərisində Per erkən yaşlarından ağlı və fərasəti ilə fərqlənirdi. Orta təhsilini bitirdikdən sonra iki il Upsala universitetində incəsənət və ədəbiyyatı öyrənmişdi. 21 yaşında ilk yazılarını – bir neçə şeir və "İnsanlar" povestini dərc etdirmişdi. 1913-cü ildə Parisdə olması Laqerkvistin ədəbiyyat və sənətə baxışlarında inqilab yaratmışdı. O, fovizm və kubizm cərəyanları ilə ciddi maraqlanmışdı.
Per Mertezaker
Per Mertezaker (alm. Per Mertesacker‎; d. 29 sentyabr 1984, Hannover, AFR) — alman futbolçusu. Londonun Arsenalfutbol klubunun kapitanı və müdafiəçisi. 198 santimetr boya malik Mertezaker həm də Almaniya milli futbol komandasının oyunçusudur. Per Mertezaker öz futbol karyerasına "Pattensen" klubu ilə başlamış, 1995-ci ildə, 11 yaşında "Hannover 96" klubuna keçmişdir. Bundesliqada ilk matçını 2003-cü ilin noyabrında 19 yaşında "Köln" klubuna qarşı oynamışdır. Bu zaman o, müdafiəçi və yarımmüdafiəçi mövqelərində oynamışdır. Mertzaker peşəkar müqaviləni imzalamaqla, dörd ay ərzində Bundesliqa üçün növbəti çağırışı gözləmək məcburiyyətində qaldı. Baş məşqçi Edvard Linenenin yanında "Hannover" klubunun əsas oyunçusu kimi mərkəz mövqeyini möhkəmləndirdi.
Per Noel
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz ) — Yeni il bayramının əsas nağıl personajı.
Per Hekkerup
Per Hækkerup (25 dekabr 1915 – 13 mart 1979, Danimarka) — 25 dekabr 1915-ci ildə adan olmuş və 13 mart 1979-cu il tarixində vəfat etmişdir. O, 1962–1966-cı illərdə Danimarkanın Xarici İşlər Naziri vəzifəsində çalışmış və Danimarka Sosial Demokrat partiyasına üzv siyasətçi idi. O, danimarkalı siyasətçi və Sosial Demokrat jurnalının redaktoru Hans Kristian Hækkerupun oğlu idi. Hækkerup İkinci Dünya Müharibəsinin bitməsindən 1979-cu ildə ölümünə qədər ölkəsində siyasətdə fəal iştirak edib. O, 1946–1952-ci illərdə Danimarka Sosial Demokratlar Partiyasının gənclər təşkilatının sədri, 1946–1951-ci illərdə isə Sosialist Gənclərin Beynəlxalq İttifaqının baş katibi vezifələrini tutub. Hækkerup beynəlxalq siyasi arenada daha çox Norveç naziri Yens Evensen ilə əldə etdiyi razılaşma ilə tanınır. Bu razılaşma Norveçə Şimal dənizində neftlə zəngin Ekofisk neft yatağını verir. Şəhər əfsanəsinə görə Hækkerup müqaviləni imzalayanda sərxoş imiş. Lakin Danimarka tarixçiləri bu gün razılaşmanın çox ədalətli olduğuna və Hækkerupun sərxoş olmadığı mövzusunda həmfikirdirlər. O, Grethe Hækkerup ilə ailə həyatı qurmuşdu .
Per Hækkerup

Per-Egil Rüqq
Per-Egil Rüqq (norv. Per-Egil Rygg; 5 fevral 1959, Bergen – 31 oktyabr 2016) (norv.) — Norveç Hərbi Hava Qüvvələrinin keçmiş rəhbəri; Norveç ordusunun zabiti. Per-Egil Rüqq 5 fevral 1959-cu ildə Norveçin Bergen şəhərində anadan olmuşdur. 31 oktyabr 2016-cı ildə vəfat etmişdir.
Per-Laşez məzarlığı
Per-Laşez qəbiristanlığı (fr. Cimetière du Père-Lachaise) – Parisdəki ən böyük (43,93 hektar) və ən məşhur qəbiristanlıqdır. Edmond About Onore de Balzak Anri Barbüs Jak-Lui David Jorj Bize Frederik Şopen Yılmaz Güney Ahmet Kaya Siyavuş Əmirli. "Maraq və qorxu yaradan qəbiristanlıqlar" (az.). lacin.info. 09-03-2015. 2015-04-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-19.
Per-Laşez qəbiristanlığı

Per Fredrik Avesli
PelleK və ya əsl adı ilə Per Fredrik Avesli (21 dekabr 1986, Sanneford) – norveçli rok və metal ifaçısı, aktyor. PelleK YouTube-da ən çox izlənən Norveç müğənnisidir. 21 dekabr 1986-cı ildə Norveçin sahil şəhəri olan Sannefordda anadan olmuş və burada böyümüşdür. Kiçik yaşlarda Norveç kanallarında uşaqlar üçün nəzərdə tutulmuş verilişlərə çəkilmişdir. Məktəbi bitirdikdən sonra intensiv şəkildə musiqi ilə məşğul olmağa başlamış, işlərini YouTube vasitəsilə paylaşmağa qərar vermişdir. 2013-cü ilin sentyabrında ABŞ və Avropa turnesinə çıxmış, 11 ölkədə 16 konsert vermişdir. PelleK 4 orijinal albom və 16 kover albomu buraxmışdır. 2014-cü ilin noyabrında YouTube-da ən çox izlənən norveçli müğənni olmuşdur. 2014-cü ilin sentyabrında ən sürətlə böyüyən 500 kanaldan biri olmuşdur. 4 aprel 2015-ci ildə PelleK Square Enix şirkətinin video oyunları üçün mahnılar ifa edəcəyini açıqlamışdır.
Per Laşez qəbiristanlığı
Per-Laşez qəbiristanlığı (fr. Cimetière du Père-Lachaise) – Parisdəki ən böyük (43,93 hektar) və ən məşhur qəbiristanlıqdır. Edmond About Onore de Balzak Anri Barbüs Jak-Lui David Jorj Bize Frederik Şopen Yılmaz Güney Ahmet Kaya Siyavuş Əmirli. "Maraq və qorxu yaradan qəbiristanlıqlar" (az.). lacin.info. 09-03-2015. 2015-04-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-19.
She and Her Cat
She and Her Cat və ya Yaponiyada tanınan adı ilə Kanojo to Kanojo no Neko (彼女と彼女の猫, azərb. O və onun pişiyi‎) – Makoto Şinkay tərəfindən çəkilmiş və 1999-cu ildə buraxılmış tək seriyalıq anime OVA-sı. Their standing points (azərb. Onların ayaqda durma nöqtələri‎) altbaşlığı ilə buraxılmışdır. 5 dəqiqəlik OVA bir pişik ilə onun qadın sahibi münasibət haqqındadır və hekayə pişiyin baxış bucağından nəql olunur. Şinkay animeni sevgi bəslədiyi birinin çətin situasiyanın öhdəsindən gəlməsinə kömək etmək üçün yaratmışdır və onun balaca mənzildə yaşamaı hekayəni məüyyən etmişdir. Şinkay anime üçün öz çəkdiyi çizimlərdən istifadə etmiş, 3D görüntüləri Adobe After Effects proqramı ilə yerinə yetirmişdir. Şinkay pişiyi də səsləndirmiş və sadəcə 3 şəxslə əməkdaşlıq etmişdir. Əsəri tamamladıqdan sonra Şinkay animeni CD-R formatında və elektron poçt yolu ilə buraxmış və anime tədbirlərində 5000 nüsxə satmışdır. Şinkayın bu işi yaxşı qiymətləndirilmişdir.
5 Centimeters Per Second
Saniyədə 5 santimetr (秒速5センチメートル, 5 Centimeters Per Second) – 2007-ci ildə çəkilmiş tam metrajlı anime. Animenin rejissoru Makoto Şinkaydir. == Məzmun == Film baş qəhrəman Takaki Tononun heyatının 10 ildən çox müddətini əhatə edir və 1990-cı illərin ortalarından başlayan üç hekayədən ibarətdir. Tam olaraq anime 3 hissədən ibarətdir — (Sevgi, zaman və məsafə haqda üç hekayə): Çiçəklənən sakura — Okasho (桜花抄) Kosmonavt — Cosmonaut (コスモナウト) Saniyədə 5 santimetr — Byosoku 5 Senchimetoru (秒速5センチメートル). Mənzərələr və adi səhnələrin çoxu Yaponiyada olan real yerlərin əsasında çəkilmişdir. === Birinci hekayə: Çiçəklənən sakura === İbtidai məktəbi bitirdikdən sonra Takaki Kono və onun yaxın rəfiqəsi Akari Şinoharaayrılmalı olurlar. Akarini Toçiqi prefekturasında yerləşən məktəbə göndərirlər, Takaki isə təhsilini Tokiodaki orta məktəbdə davam etdirir. Onlar biri birinə məktub yazır və yenidən hisslərini paylaşa bilməkdən sevinc hissləri keçirirlər. Lakin bir vaxt sonra Takakinin ailəsi Kaqoşima prefekturasına köçməli olurlar. Buna görə o, Akarilə görüşmək istəyir.
Per Daniel Amadeus Atterbum
Per Daniel Amadeus Atterbum (19 yanvar 1790[…] – 21 iyul 1855[…], Stokholm[d] və ya Uppsala[d]) İsveç romantik şairi və İsveç Akademiyasının üzvü idi. Atterbom bir kənd papazının oğlu idi və 19 yanvar 1790-cı ildə Osterqotland əyalətində anadan olmuşdur. 1805–1815-ci illərdə Uppsala universitetində oxumuş və 1828-ci ildə orada fəlsəfə professoru olmuşdur. Atterbom, Lorenzo Hammarsköldün tənqidi əsəri ilə başlayan , İsveç ədəbiyyatında inqilab edəcək romantik hərəkatın ilk böyük şairi idi. 1807-ci ildə Upsalada üzvlərinə VF Palmblad , Anders Abraham Grafström , Samuel Hedborn (1849-cu ildə vəfat edib) və bəzi digər gənclərin daxil olduğu Aurora Liqası adlı bədii cəmiyyət qurdu. Bu cəmiyyət öz nəsillərində böyük əhəmiyyət kəsb edir. Onların ilk qəzeti, Polyfem cox irəli gedə bilmədi və tezliklə tərk edildi, lakin 1810-cu ildə Atterbom tərəfindən redaktə edilən və üç il davam edən klassik İsveç ədəbiyyatında yer tapan Fosforos jurnalı çap olunmağa başladı. Jurnal bütünlüklə şeir və estetik-polemik oçerklərdən ibarət idi. Təkcə Atterbom deyil, Hammerskijld, Dahlgren, Palmblad və başqalarının ilk əsərləri üçün vasitə oldu. Daha sonra isə Poetisk Kalenderi (1812–1822) və yeni tənqidi qəzet olan Svensk Litteraturtidning (1815–1824) çap olundu.
Can't Let Her Get Away
Can't Let Her Get Away — Maykl Ceksonun mahnısı.
China In Her Eyes (Modern Talking)
China In Her Eyes (azərb. Çin onun gözlərindədir‎) - Modern Talking qrupu tərəfindən ifa edilən sinqldır.