Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
PEST analizi
PEST təhlili (siyasi, iqtisadi, sosial-mədəni və texnoloji) strateji idarəetmənin ətraf mühitə nəzarət komponentində istifadə olunan makro ekoloji amillərin çərçivəsini təsvir edir. Strateji təhlil apararkən və ya bazar araştırması apararkən xarici təhlilin bir hissəsidir və nəzərə alınması lazım olan müxtəlif makro ətraf mühit amilləri haqqında məlumat verir. Bazarın inkişafı və ya tənəzzülü, iş mövqeyi, potensial və fəaliyyət istiqamətlərini anlamaq üçün strateji bir vasitədir. PEST çərçivəsində qurulan variantlara aşağıdakılar daxildir: Hüquqi və ekoloji amillər özündə birləşdirən PESTEL və ya PESTLE . Bu amil Birləşmiş Krallıqda məşhurdur. SLEPT, hüquqi faktorlar STEPE, ekoloji faktorlar. STEEPLE və STEEPLED etik və demoqrafik (bəzən PESTLEE kimi göstərilir ) amillər. DESTEP, demoqrafik və ekoloji amilllər SPELIT, 2000-ci illərin ortalarından bəri ABŞ-da məşhur olan hüquqi və mədəniyyətlərarası amilləri. PMESII-PT, hərbi baxımdan siyasi, hərbi, iqtisadi, sosial, informasiya, infrastruktur, fiziki mühit və zaman aspektlərinə baxan ekoloji təhlil formasıdır. Həmçinin, sosial-mədəni, texnoloji, iqtisadi, ekoloji və tənzimləyici amilləri nəzərə alan, lakin siyasi amilləri özündə əks etdirməyən STEER də var.
Peşt (medye)
Peşt (mac. Pest) — Macarıstanın medyesi, Mərkəzi Macarıstanda yerləşir. Medyenin ərazisindən Dunay çayı keçir. İnzibati mərkəzi — Budapeşt. Peşt medyesi Nitra və Banska Bistritsa diyarları ilə (Slovakiya), həmçinin Noqrad, Xeveş, Yas-Nadkun-Solnok, Feyer, Komarom-Esterqom və Baç-Kişkun medyeləri ilə sərhəddir. == İnzibati-ərazi bölgüsü == === Yaraşlara bölünməsi === 2013-cü il iyulun 15-dən Macarıstanda medyenin köhnəlmiş ərazilərin əvəzinə yaraşlara bölünməsi qüvvəyə mindi. === Rayonlara bölünmə === Medyenin rayonlara bölünməsi (kistershegi) 2013-cü il iyulun 15-dən etibarən köhnəlmişdir. Bu cədvəldə verilən məlumat yalnız tarixi maraqlara malikdir.
Peşt medyesi
Peşt (mac. Pest) — Macarıstanın medyesi, Mərkəzi Macarıstanda yerləşir. Medyenin ərazisindən Dunay çayı keçir. İnzibati mərkəzi — Budapeşt. Peşt medyesi Nitra və Banska Bistritsa diyarları ilə (Slovakiya), həmçinin Noqrad, Xeveş, Yas-Nadkun-Solnok, Feyer, Komarom-Esterqom və Baç-Kişkun medyeləri ilə sərhəddir. == İnzibati-ərazi bölgüsü == === Yaraşlara bölünməsi === 2013-cü il iyulun 15-dən Macarıstanda medyenin köhnəlmiş ərazilərin əvəzinə yaraşlara bölünməsi qüvvəyə mindi. === Rayonlara bölünmə === Medyenin rayonlara bölünməsi (kistershegi) 2013-cü il iyulun 15-dən etibarən köhnəlmişdir. Bu cədvəldə verilən məlumat yalnız tarixi maraqlara malikdir.
Best
Best (Urmiya) — İranda kənd. Best Buy — ABŞ-də yerləşən beynəlxalq elektronik pərakəndə satış həyata keçirən şirkət. Best Of '98 (albom) — The Best (mahnı) — Şəxslər Corc Best — Şiamli İrlandiya futbolçusu. Pit Best — İngilis musiqiçi.
Bəst
Bəst — Orta Şərqdə tətil və sığınacaq anlayışı. Adətən bəst yeri kimi müqəddəs məqbərələr, pir yeri, məscid və yaxud camaat tərəfindən hörmətlə yanaşılan bir yer seçilirdi. Bəst məhkəməyə qədər insanların özbaşına olaraq cəzalandırılmasının qarşısını alırdı. Burada hətta quldurlar da sığınacaq tapırdı. Bəst həm də etiraz əlaməti kimi bazarların, emalatxanaların və karxanaların bağlanmasına da deyilirdi. == Bəst 19 əsrdə == Bəst 19 əsrdə. 19 əsrdə Orta Şərqdə bəst kimi xarici ölkələrin səfirliklərini, teleqraf və poçt stansiyalarını da istifadə edirdilər. 19 əsr görkəmli Orta Şərq siyasi xadimi Mirzə Tağı xan Əmir Kəbir bəsti ləğv etmək üçün müəyyən tədbirlərə əl atmışdı. Belə ki, onun 1848–1851 illərdə keçirdiyi islahat tədbirləri ruhanilərin narazılığına səbəb olmuşdu və onun ruhanilərlə ilk qarşıdurması, Təbrizdə, şeyx-ül-islam Əli xan Əfşarın bu şəhəri "on ikinci imamın şəhəri" elan etməsindən sonra baş vermişdi. Bu o demək idi ki Təbriz bütün vergilərdən azad olunur.
Mest
Mest (Farsca: مست) erkək fillərdə görülən ve həddindən artıq təcavüzkar davranışlar ilə birlikdə testosteron hormonunun yayılmasında artım görünən periodik dövrdür. Testosteron normalın 60 qatı qədər arta bilər. Ancaq bu hormon artmasının mest dövrünün tək səbəbi olduğu ya da yalnızca faktorlardan biri olduğu tam olarak müəyyən edilə bilmir. Ən itaətli fillərin belə mest dövründə insanlara və digər fillərə qarşı həddindən artıq təcavüzkar olması bu vəziyyətdən çıxana qədər ayrılmalarını və izolə edilmələrini tələb etdiyi üçün elmi araşdırma etmək çətinləşir. Dişi fillər mest dövrünü keçirmirlər.
POST
POST (ing. Power-On Self-Test) — qurğu işə düşdüyü zaman, qurğunun aparat təminatını yoxlaması əməliyyatı. Bu əməliyyat ana platanın BIOS-una daxil olan proqramlarla yerinə yetirilir. == Natamam yoxlama == POST əməliyyatının natamam (qısa) yoxlama ardıcılıllığı: Daimi yaddaş qurğusundan istifadə edərək BIOS proqramlarının yoxlaması. Əsas idarəedicilər, sistem şinləri və qoşulmuş qurğuların (qrafik adapter, diskdaxilediciləri və s.) inisializasiyası, həmçinin qurğular və onları təmin edən BIOS-a daxil olan proqramların icrası. Əməli yaddaş və birinci seqmentin (64 kilobayt) ölçüsünü təyini və yoxlanması. == Tam yoxlama == POST əməliyyatının tam yoxlama ardıcıllığı: Prosessorun bütün registrlərinin yoxlanması; Daimi yaddaş qurğusunun yoxlanması; Sistem taymeri və səsli siqnalizasiya (IBM PC üçün — i8255 və ya analoq İnteqral sxemi) portunun yoxlaması; Yaddaşa birbaşa keçid idarəedicilərinin testi; Əməli yaddaş regeneratorunun testi; BIOS-da rezident proqramlarının proyeksiyalanması üçün əməli yaddaş qurğusunun altsahəsinin testi; Rezident proqramlarının yüklənməsi; Standart qrafik adapterinin (VGA) testi; Əməli yaddaşın testi; Əsas daxiletmə qurğularının testi; CMOS testi; LPT/COM-un əsas portlarının testi; Elastik maqnit disklərinin testi; Sərt maqnit disklərinin (Sərt disk) testi; BIOS-un funksional alt sistemlərinin avtodiaqnostikası; İdarənin əməliyyat sisteminə ötürülməsi. Kompüter qoşulduğu zaman POST-un tam və ya natamam yoxlanması əməliy yatını baza sisteminə giriş-çıxış tənzimləmələrindən yəni, BIOS Setupdan quraşdırmaq olar. ---Fərdi kompüterlərin əksəriyyətində POST əməliyyatı müvəffəqiyyətlə başa çatdıqda sistem dinamiki bir qısa səs siqnalını çıxarır. Bundan başqa bu siqnallar və kodlar yoxlanma zamanı baş verən xətanı müvafiq ardıcıllıqdan ibarət siqnallarla istifadəçiyə çatdırır.
Pert
Pert (ing. Perth) — Qərbi Avstraliya ştatının paytaxtı. Memarlığında qədim Viktorian üslubunun qorunub saxlanıldığı mənzərəli şəhərdir. 1911-ci ildən əsasi qoyulmuş qədim ingilis üslubunda tikilmiş universitet fəaliyyət göstərir. == Tarixi == Şəhərin əsasını Kapitan Ceyms Stirlinq 12 iyun 1829-cu ildə qoyub.
Pesto
Pesto- əzilmiş reyhan və sarımsaq ilə duz, şam fıstığı, pendir və zeytun yağı qarışığından əldə edilən bir sousdur.Mənşəi İtaliyanın Liquriya regionunun mərkəzi olan Genuya şəhəridir
Peşa
Peşa (it. Pescia) — İtaliyanın Toskana regionunun Pistoia əyalətində 19559 nəfər əhalisi olan şəhər (kommuna). Eyni adlı çayın sahilində, Lucca ilə Florensiya arasında yerləşir. Məşhur gül bazarı sayəsində onu güllər şəhəri adlandırırlar.
Peşə
Peşə, iş, məşğuliyyət ya da sənət — insanın fiziki və mənəvi qüvvəsinin tətbiq sahəsi olub, xüsusi hazırlıq və iş təcrübəsi nəticəsində nəzəri biliklərə və təcrübi vərdişlərə yiyələnmiş insanın əmək fəaliyyətidir. Əməyin ilk bölgüsü müəyyən insan qruplarının və ya fərdin heyvandarlıqla və əkinçiliklə məşğul olması ilə başlandı. Qrupların və ya fərdlərin birinin heyvandarlıq, digərlərinin isə əkinçilik məhsullarına ehtiyacı yarandı. Beləliklə əmək məhsullarının mübadiləsi prosesi başlandı. Müxtəlif məhsulların mübadiləsi tədricən mürəkkəb xarakter aldıqca, yeni peşələrə, yəni tacirlərə ehtiyac yarandı. Bu peşə sahibləri əmək məhsullarının mübadiləsi ilə məşğul olmağa başladılar. Cəmiyyətin sonrakı inkişafı nəticəsində müxtəlif sənətlər və sənətkarlar, ovçular, dəmirçilər, daşyonanlar, xarratlar, dərzilər və sairə meydana cıxdı və bu da əmək bölgüsündə növbəti mühüm mərhələ oldu. == Peşə və ixtisaslar, onların seçimi == Hər hansı bir peşə (ixtisas) müəyyən qabiliyyət tələb edir, peşələrin (ixtisasların) hamısı üçün isə zəruri olan qabiliyyətlərin, məsələn, yaradıcılıq qabiliyyətinin olması vacibdir. Müəyyən peşəni və ya ixtisası öyrənmək və bu sahədə uğurla çalışmaq üçün insan peşənin şəxsiyyət qarşısında qoyduğu tələblərə uyğun olmalıdır və peşə (ixtisas) seçən şəxslərdən konkretlik, dəqiqlik, icra intizamı, səliqəlik tələb olunur. Bu keyfiyyətlər bəzən bir çox sahələrdə böyük əhəmiyyət kəsb etmir, lakin texnika ilə işləyən şəxslər üçün həyati əhəmiyyətə malikdir.
Rəşt
Rəşt (fars. رشت‎) — İranın Gilan ostanında yerləşən şəhər, Rəşt şəhristanının mərkəzi. 2011-ci ildə aparılmış əhalinin siyahıya alınmasının yekunlarına görə əhalisi 639.951 nəfərdir.
Test
Test (ing. test sözündən) — yoxlama, sınaq. == Haqqında == Test məhdud zaman kəsiyində, müəyyən olunmuş məkanda, bərabər şəraitdə, vahid texniki təlimat və metodik göstərişlər çərçivəsində, çətinlik dərəcəsi getdikcə artırılan, keyfiyyətli, effektiv yoxlama-ölçmə materialları ilə təchiz olunmuş test tapşırıqları toplusuna məxsus sualların uyğun şəkildə cavablandırılması, qiymətləndirilməsi, nəticə çıxarılması, son nəticələrin statistik emalı, müqayisəli analizi və elmi-statistik təhlili prosesidir. Test vasitəsilə pedaqoji, psixoloji, sosioloji, tibbi, fizioloji, texniki, intellektual, fiziki və s. baxımdan hər hansı şəxsiyyətin və ya bir qrup şəxsin, komandanın müəyyən istiqamətdə və ya hərtərəfli inkişafı keyfiyyətləri və xüsusiyyətləri özəl olaraq aşkar olunur. Test sualları birqiymətli şəkildə düzgün, səhv və ya buraxılmış şəklində cavablandırılır. Tapşırıqların test formasında verilməsi üçün müəyyən tələblərə riayət edilməlidir: texniki təlimatların və metodiki göstərişlərin sınaq iştirakçıları üçün eyni olması, test tapşırığının məzmun və formasına uyğun təlimatların adekvatlığı, məntiqi ifadə tərzinin aydın, anlaşıqlı və lakonik şəkildə olması, test elementlərinin düzgün formada yerləşdirilməsi, test tapşırıqlarının fasetliyi, cavabların yerləşdirilməsi üçün cavab kartlarının hazırlanması, qəbul edilmiş forma çərçivəsində qiymətləndirmənin bircinsliyi. Testologiya – test sistemləri nəzəriyyəsi və praktikası haqqında elmdir. Testoloq – test sistemləri nəzəriyyəsinə bələd olan, müəyyən praktiki təcrübə keçmiş, müvafiq sertifikasiyaya malik pedaqoji diplomlu mütəxəssisdir. Test Bankı – Müxtəlif müəlliflər tərəfindən hazırlanmış, müəyyən məqsədlər üçün istifadə olunmuş, aprobasiyadan keçmiş, spesifik özəlliklərlə zənginləşdirilmiş, nizamlı şəkildə sistemləşdirilmiş test tapşırıqları və testlər toplusudur.
Yəşt
Yəşt ("pərəstiş", "tərif") — "Avesta"nın dünyagörüşü və ədəbi-bədii cəhətdən fövqəladə dərəcədə qiymətli və maraqlı hissəsidir. Yaştlarda hindlilərin Vedalarında mövcud olan bənzərli materialla səsləşən çoxsaylı epik motivlər, mifoloji surət və süjetlər saxlanılmışdır. Bu süjetlərin bir qismi sonralar Firdovsi tərəfindən "Şahnamə" əsərində istifadə edilmişdir.
Vest
Vest (ing. West) — hal-hazırda Reemtsma və İmperial Brands şirkətlərinə məxsus və istehsal olunan Alman siqaret markası.
AKT (test)
AKT - Amerikada kolleclərə qəbul üçün nəzərdə tutulmuş test. Amerika Birləşmiş Ştatlarında AKT Korporasiyası tərəfindən yaradılmış, kolleclərə tələbə qəbulu üçün tərtib olunan standartlaşdırılmış uğurlu imtahan. Bu test ilk dəfə 1959-cu ildə Everet Franklin Linqvest tərəfindən Kollec İdarə Heyətinin Sxolastik Qabiliyyət Testinə (indi SQT Məntiq Testi kimi tanınır) qarşı rəqib olaraq tətbiq olunmuşdur. AKT tarixən 4 testdən ibarət olmuşdur: ingilis dili, riyaziyyat, oxu və təbiət elmləri düşüncə testi. 2005-ci ilin fevralında könüllü yazı testi AKT-yə əlavə olundu və həmin ilin martında eynilə SQT-də də dəyişiklər olundu. ABŞ-də bütün 4 illik kollec və universitetlər AKT-ni qəbul edir. Tarixən, SQT sahilboyu zonalardakı kolleclərdə, AKT isə Orta Qərb və Cənubda daha çox məşhurluq qazanmışdı. Hal-hazırda bəzi kolleclər insanların işə təyin olunması ilə bağlı olaraq AKT-ni tələb edirlər, buna baxmayaraq bir neçə məktəb AKT-ni qətiyyən qəbul etmir.
Alen Uest
Alen Vest (25 mart 1929 – 1 dekabr 1978) — ABŞ-nin ən məşhur həbsxanası olan Alkatraza məhkumluq çəkmiş cinayətkar. 1962-ci ilin iyun ayında həbsxanadan qaçmağa cəhd etmişdir.
Alen Vest
Alen Vest (25 mart 1929 – 1 dekabr 1978) — ABŞ-nin ən məşhur həbsxanası olan Alkatraza məhkumluq çəkmiş cinayətkar. 1962-ci ilin iyun ayında həbsxanadan qaçmağa cəhd etmişdir.
Best (Urmiya)
Best (fars. ‎‎‎بست‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 44 nəfər yaşayır (8 ailə).
Best Buy
Best Buy — ABŞ-də yerləşən beynəlxalq elektronik pərakəndə satış həyata keçirən şirkət. "Best Buy" mağazalarında kompüterlər, kompüter proqramları, video oyunlar, CD, DVD, mobil telefonlar, rəqəmsal foto və video kameralar, internet qoşulma məhsulları, soyuducu və məişət texnikası kimi müxtəlif məhsullar satılır. Elektron mallara əlavə olaraq, musiqi alətləri və albomlar da var. Bunlardan başqa şirkətin öz markaları Insignia, Dynex, Init, Geek Squad və Rocketfish məhsulları satılır. Bu brendlərin hamısı "Best Buy" şirkətinə aiddir. Amerika Birləşmiş Ştatlarından başqa, "Best Buy" şirkətinin Kanada, Çin, Meksika kimi dövlətlərdə, eləcə də Avropanın bir çox ölkələrində mağazaları var.
Corc Best
Corc Best (ing. George Best; 22 may, 1946, Belfast, Şimali İrlandiya — 25 noyabr 2005, London, İngiltərə) — bir çoxları tərəfindən futbol tarixinin ən böyük oyunçularından hesab edilən Şimali İrlandiya futbolçusu. Heyətində oynayarkən əfsanəyə çevrildiyi Mançester Yunayted klubundakı oyununa görə daha çox məşhurdur. Best sağ cinah yarımmüdafəçisi mövqeyində oynayırdı. O, yüksək start və məsafə sürətinə, hərəkətlərinin əla koordinasiyasına , ona bir neçə rəqibini dalbadal keçməyə imkan verən əla driblinqə, həmçinin hər iki ayağı ilə əla zərbəyə və yüksək qol duyumuna malik idi. 1968-ci ildə Best Mançester Yunayted ilə birlikdə UEFA Çempionlar Kubokunu qazandı və "Qızıl Top" mükafatına layiq görüldü.
Culfa (peşə)
Culfa — Əl hanasında pambıq parça toxuyan şəxs, toxucu. Culfa peşəsi qədimdən Azərbaycan ərazisində geniş yayılmış peşə olub. Culfa peşəsi ilə bağlı bir neçə atalar sözü mövcuddur: "Culfa kəfənsiz ölər; Culfa olmamış kələf oğurlar; Atıcı culfadan geri qalmaz, bir-birindən haqq almaz.".
Devid Uest
Devid Vest Milli Basketbol Assosasiyasına daxil olan Qolden Steyt Various komandasında oynayan peşəkar basketbolçudur. O, 1980-cı ilin avqust ayının 29-da anadan olub. O Xarvier Universitetinin basketbol komandasında oynayıb. Vest iki dəfə NBA all starı (2008-2009) və 2017-ci ildə NBA çempionu olub. == Orta məktəb və kollec illəri == O Hanver Manhet orta məktəbini və Virciniya ştatında Şimali Karolina və Harver Hərbi məktəbi bitirib. O ilk dəfə Hangreyvdə 1998-99-cu illərdə basketbol oynamağa başlayır. Harverde o çıxış edərək öz peşəkarlığın göstərir və Atlanta 10-na daxil olur. Vest bu zaman 11.7 xal və 9.2 rebonud qazanır. Sonralar o Lonq Aysland Universitetinde çıxış edir. Burada da kifayet qeder xal elde edir.
Devid Vest
Devid Vest Milli Basketbol Assosasiyasına daxil olan Qolden Steyt Various komandasında oynayan peşəkar basketbolçudur. O, 1980-cı ilin avqust ayının 29-da anadan olub. O Xarvier Universitetinin basketbol komandasında oynayıb. Vest iki dəfə NBA all starı (2008-2009) və 2017-ci ildə NBA çempionu olub. == Orta məktəb və kollec illəri == O Hanver Manhet orta məktəbini və Virciniya ştatında Şimali Karolina və Harver Hərbi məktəbi bitirib. O ilk dəfə Hangreyvdə 1998-99-cu illərdə basketbol oynamağa başlayır. Harverde o çıxış edərək öz peşəkarlığın göstərir və Atlanta 10-na daxil olur. Vest bu zaman 11.7 xal və 9.2 rebonud qazanır. Sonralar o Lonq Aysland Universitetinde çıxış edir. Burada da kifayet qeder xal elde edir.
Dəşt mahalı
Dəşt mahalı — Urmiya xanlığına bağlı məntəqələrdən biri. == Tarixi == Dəşt mahalının ərazisi əsasən dağlıq və təpəliklərdən ibarətdir. O, cənubdan Mərgəvər, şərqdən Urmiya gölü, şimaldan Bərrə, Rövzə mahalı, qərbdən Mirşeyxi və Zərinə çayları ilə həmsərhəddir. Mahalın dərələrindən və düzənliklərindən bir sıra çaylar, çeşmələr axır. XVIII və XIX əsrlərdə mahal bəyləri Bərdəsur kəndindəki qalada yaşayırdılar. Dəştin dağlarında bir neçə tayfa, o cümlədən Hərgi adlı kürd əşirəti yaşam sürürdü. Onlar qışda Amadi vadisinə köçürdülər.