Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Peşa
Peşa (it. Pescia) — İtaliyanın Toskana regionunun Pistoia əyalətində 19559 nəfər əhalisi olan şəhər (kommuna). Eyni adlı çayın sahilində, Lucca ilə Florensiya arasında yerləşir. Məşhur gül bazarı sayəsində onu güllər şəhəri adlandırırlar.
Beska körpüsü
Beska körpüsü (serb. Мост код Бешке /Most kod Beške)- Serbiyanın Beska şəhəri yaxınlığında yerləşən körpüdür. Dunay çayı üzərində tikilən körpü avtomobillər və piyadalar üçün nəzərdə tutulmuşdur. Körpü dəmir-betondan hazırlanıb. Beska körpüsü 1975-ci ildə inşa olunmuşdur. E75 Avropa marşrutu üzərində salınan ən uzun körpülərdən biridir. == Görünüşü == Əvvəlcə körpü memar Branko Zezeljin (serb. Branko Žeželj) layihəsi əsasında hazırlanmalı idi. Branko Zezelj həmçinin Belqrad Sərgi Kompleksinin Pavilyon №1 üzərində də işləyirdi. Zezelj həm də Belqradın mərkəzindəki, dəmiryol vağzalındakı Zezelj körpüsünün tikintisinə rəhbərlik edirdi.
Jan Peske
Jan Peske Meçeslav oğlu (fr. Jean Misceslas Peské, pol. Jan Mirosław Peszke; 27 iyul 1870, Qolta, Ananyevskiy, Xernonskaya quberniyası) — Peske təbiəti çəkən, rəssam Polşa əslli impresionistdir. == Həyatı == Ukraynada Polşa həkimi Yana Peskeviça və Antonettanın ailəsində anadan olmuşdur. Kievdə və Odessada təhsil almışdır. 1891-ci ildə atasından miras almış və Fransaya miqrasiya etmişdir. 1889-cu ildə Parisə köçmüş R. Jülyen Akademiyasında Jan Pol Loranın rəhbərliyi altında təhsil almışdır. 1891-ci ildən fr. La Revue Blanche jurnalının əməkdaşları sırasına daxil olmuşdur. == Yaradıcılığı == Rəssamın əsərləri Parisin, Ruananın, San — Tropenin və Fransanın müxtəlif şəhərlərində, həmçinin Cenevrədə və Varşavada saxlanılır.
Penka təpəsi
Penka təpəsi — Antarktidanın Cənubi Şetland adalarının Livinqston adasının sahillərindən cənub-şərqdə yerləşən, 217 m hündürlüklü təpədir. Təpə buzlaqlardan azaddır. Təpə ətli yarpağı olan və İspaniyada yetişən penkanın adını daşıyır. == Yerləşməsi == Penka təpəsi 62°36′04″ c. e. 61°07′23″ q. u. koordinatlarında yerləşmişdir. Təpə Start təpəsindən 2.77 km cənub-şərqdə, Dulo təpəsindən 2.28 km cənub-şərqdə, Battenberq təpəsindən 1.93 km cənub-şərqdə, Varadero təpəsindən 2.15 km şimal-qərbdə yerləşmişdir. Bolqarıstan xəritəsinə 2009-cu ildə daxil edilmişdir.
Peçka-Banya
Peçka-Banya (serb. Пећка Бања, alb. Banja e Pejës) — Metohiyanın qərbindəki İstok bələdiyyəsindəki qəsəbə. Əslində qismən tanınmış Kosovo Respublikasının hakimiyyəti tərəfindən idarə olunur. Balneoloji bir istirahət bölgəsidir. kurortdur. == Coğrafiya == === Yerləşməsi === Peçka-Banya qəsəbəsi İstok bələdiyyəsində, Qərbi Metohiyada yerləşir. Şimalda Velo icması, cənub-şərqdəki Dobruş icması və cənub-qərbdə isə Peç bələdiyyəsi ilə həmsərhəddir. Priştina şəhərindən 80 km və Peç şəhərindən 12 km məsafədə yerləşir. Yaxınlıqda Ağ Drin və Peçka-Bistritsa çayları var.
Peşna mağarası
Peşna (mak. Пешна) ― Makedoniyada mədəniyyət abidəsi elan edilmiş mağara. Mağara Makedonski-brod qəsəbəsindən 6 kilometr aralıda yerləşir. Speleoloqların fikrincə, Peşna Balkan yarımadasında ən böyük girişə malik mağaradır: Peşnanın girişinin hündürlüyü 40 metr, eni isə 56 metrdir. Mağaranın uzunluğu isə 124 metr (407 ft)-dir. Mağarada yarasalar yuva qurur və orada yaşayır. New York Times qəzetində mağaranın gözəlliyi "Üzüklərin hökmdarı" (ing. Lord of the Rings) filmindəki Helms Deep ilə müqayisə edilimişdir. Mağaranın şimal hissəsində, güclü yağışlar və qar əriməsindən sonra, yayda təmamilə quruyan su axını yaranır. Mağaranın girişində orta əsrlərə aid bir qala və dəyirmanın qalıqları var.
Çudo Peçka
"Çudo Peçka" — Bakıda mağazalar şəbəkəsi. "Çudo Peçka" ilk dəfə 6 iyun 2001-ci ildə Bakıda, Azərbaycan prospektində açılan mağaza ilə fəaliyyətə başlamışdır. Sonrakı illərdə sayı artaraq, şəhərin mərkəzində və qəsəbələrində 14 mağaza-kafesi olub. 2018-ci ilin yanvar ayında sonuncu filialı bağlanıb. == Mükafatları == 2003 – ABŞ-nin Nyu-York şəhərində keçirilən "Quality Summit"də "Çudo Peçka"ya "Yüksək Keyfiyyət və Biznes Prestiji" sahəsində Qızıl Mükafat verilib. 2004 – Fransanın paytaxı Parisdə "World Quality Commitment"in "Beynəlxalq Planlama üzrə Keyfiyyət Ulduzu" təqdim olunub. 2004 – Avstryanın paytaxtı Vyanada "XXI əsr Prestij və Keyfiyyət üzrə "Actualidad" mükafatı"nı alıb. 2005 – Almaniyanın Frankfurt şəhərində "Keyfiyyət və Texnologiya üzrə Brilliant Kateqoriya"sında "Arch of Europe" mükafatı verilib. 2005 – İngiltərədnin paytaxtı Londonda "Bəynəlxalq Keyfiyyət Tacı" ilə mükafatlandırılıb. 2005 – İsveçrənin Cenevrə şəhərində "Century International Diamond Quality Era Award"a layiq görülüb.
Co Peski
Cozef Frank Peski (9 fevral 1943, Nyuark, Nyu Cersi) — amerikalı aktyor və musiqiçidir. O, müxtəlif janrlarda sərt, dəyişkən personajları canlandırması və Raging Bull (1980), Bomba oğlanlar (film, 1990), Kazino (1995) və "İrlandiyalı (film, 2019)" filmlərində Robert De Niro və Martin Scorsese ilə əməkdaşlığı ilə tanınır. . O, həmçinin Bir Zamanlar Amerikada (1984), Moonwalker (1988), JFK filmlərində göründü.(1991), Bronx Tale (1993) və The Good Shepherd (2006). Pescinin komediya rollarına "Evdə tək)" (1990–1992), " My Cousin Vinny" (1992) və " Lethal Weapon " (1989–1998) franşizasının ilk iki hissəsi kimi filmlər daxildir. Pesci Qudfellas filmindəki qanqster personajı Tommy DeVito roluna görə Ən Yaxşı Köməkçi Aktyor nominasiyasında Akademiya Mükafatını qazandı və "Raging Bull" və "İrlandiyalı" filmlərində Coey LaMotta və Russell Bufalino obrazlarına görə eyni kateqoriyada daha iki nominasiya qazandı . 1999-cu ildə aktyorluqdan getdiyini elan etdi, lakin o vaxtdan sonra dörd filmdə daha rol almağa qayıtdı.
Oryol i Reşka
"Oryol i Reşka" (ukr. Орел і Решка) — 2011-ci ildən yayımlanan Ukrayna televiziya səyahət televiziya verilişidir. Veriliş ilk yayımlardan bəri Ukraynanın "İnter" telekanalında yayımlanıb. Sonradan təkrar yayımları "K1" (Ukrayna), "Pyatniça!" (Rusiya)," Yeddinci Kanal" (Qazaxıstan)," TTV "(Polşa)," Belarus 2 "(Belarus),"3+" (Estoniya) kanallarında yayımlanıb. == Təsviri == Hər həftəsonu iki aparıcı dünyanın müxtəlif şəhərlərinə göndərilir. Proqramın qaydalarına əsasən, onlardan biri şənbə və bazar günlərini 100 dollar ilə yaşamalıdır, ikincisi isə "qızıl" bank kartında saxlanılan limitsiz vəsait sərf edə bilər. Veriliş çərçivəsində aparıcılardan biri şəhərin əsas görməli yerləri ilə tanış olur, digəri, "Qızıl Bank Kartının" sahibi isə adətən otellərin adlarını təklif edir və ya digər xidmətlərin dəyərlərindən, qiymətlərindən bəhs edir.
Vera Poska-Qryuntal
Vera Poska-Qryuntal (est. Vera Poska-Grüntal) — Estoniyalı hüquq müdafiəçisi, hüquqşünas və jurnalist; eston feminizminin lideri. == Bioqrafiya == 25 mart 1898-ci ildə Reveldə vəkil ailəsində anadan olmuşdur. Ailədə doqquz uşaq var idi: altı qız və üç oğlan, Vera ikinci övladdır. Tallinn gimnaziyasını bitirmişdir. 1915-ci ildə Petroqradda, sonra Voronejdə hüquq təhsili almağa başlayır. 1917-ci ildə o, Estoniya Tələbələrinin Pıxyala Cəmiyyətinə (EÜS Põhjala) qoşulur. Evləndikdən sonra Kuressaareyə, 1920-ci ildə Tartuya köçür. Müharibə və inqilab nəticəsində kəsilən təhsilini Tartu Universitetində davam etdirir. Dörd uşaq anası olaraq 1925-ci ildə hüquq fakültəsini bitirib.
Aespa
Aespa (kor. 에스파) — SM Entertainment tərəfindən yaradılmış Cənubi Koreyalı qız qrupu. Qrup dörd üzvdən ibarətdir: Karina, Giselle, Winter və Ningning. == Ad == Qrupun adı Aespa, ingiliscə Avatar və Experience (Avatar X Experience) sözlərinin baş hərflərinin birləşməsi "ae" və "iki tərəf" mənasını daşıyan ingiliscə söz "aspect" sözünün birləşməsindən yaranmışdır, və bu "başqa bir mənliklə tanış olmaq və yeni dünya ilə tanış olmaq" mənasını verir. "MY" sözü avatar aespa-da "ən qiymətli dost" mənasında işlədilən sözdür. Aespa pərəstişkarları aespa-nın ən qiymətli varlıqlar olduqları üçün, rəsmi fan-klub adının "MY" olmasına qərar verilmişdir. == Tarixçə == === Çıxışdan öncə === NinqNinq stajyer qrupu SM Rookies-in bir hissəsi idi və 2017-ci ildə televiziya şousu 'Shining Star'-ın mahnısını səsləndirdi. 2019-cu ildə Karina Taemin tərəfindən çıxarılan "Want" mahnısının musiqi videosunda və canlı ifasında yer aldı. === 2020 – günümüz: Debüt və "Savage" === 26 Oktyabrda SM, Red Velvet-in 2014-cü ildəki debutundən sonra ilk dəfə yeni bir qız qrupu çıxaracağını açıqladı. Üzvlər 27 oktyabrdan bəri hər gün ayrıca olaraq açıqlandı və Aespa adının qrup adı olduğu açıqlandı.Şirkət, qrupun 17 noyabr 2020-ci ildə "Black Mamba" mahnısı ilə debut edəcəyini elan etdikdən dərhal sonra dörd üzvü olan bir teaser yayımlandı.
BelKA
BelKA (rus. БелКА Abreviatura Белорусский космический аппарат ) Belarus Milli Elmlər Akademiyası tərəfindən sifariş edilən uzaqdan idarə olunan Belorusiya kosmik aparatı Rusiyanın Raket və Kosmos Korporasiyası "Enerji" şirkəti tərəfindən "Victoria" universal kosmik platformasına əsaslanaraq yaradılmışdır. Başlanğıc 26 iyul 2006-cı ildə Baykonur da baş verib və raket daşıyıcısı Dnepr vasitəsinin qəzası səbəbindən uğursuzluqla nəticələnmişdir. İkinci Belarusiya Distant Məsafədən zondlama peyki (БелКА-2) 2012-ci ildə buraxılmışdır. Gələcəkdə, Birlik dövlətinin (Rusiya ve Belarusiya Birlik Dövləti) maraqları əsnasında istifadə üçün bir peyk qrupu qurulması planlaşdırılır. == BelKA Yaradılma tarixi == İlk Belarusiya peykinin layihəsi 2003-cü ildə qoyuldu. "BelKa" kosmis aparatı Belarusiya-Rusiya Distant Məsafədən zondlama qrupunun bir elementi kimi planlaşdırılrdı. Bura daxil olan məlumatlar Fövqəladə Hallar Nazirliyi , Təbii Sərvətlər və Ekologiya Nazirliyi, Nəqliyyat Nazirliyi və digər aidiyyəti orqanlar üçün zəruridir.
Freska
Freska —Təzə mala üzərində sulu boya ilə çəkilmiş şəkil, rəsm, naxış. Freska divar rəsmlərinin əsas texnikasıdır.
Kaska
Dəbilqə və ya kaska — başı yaranmış təhlükələrdən, əsasən yaralanma və zədələnmələrdən qoruyan baş geyimi. Dəbilqə, əsasən, zərbəyə davamlı materiallardan hazırlanır. Ondan müxtəlif sahələrdə (idmanda, işdə və s.) istifadə edirlər.
Kesha
Keşa (kimi üsullu Ke$ha; əsl adı: Kesha Rosi Seberti ing. Kesha Rose Sebert, 1 mart 1987, Los-Anceles, Kaliforniya) — ABŞ-lı müğənni və bəstəkar. 2005-ci ildə, on səkkiz yaşındaykən, Dr. Luke'un val və nəşriyyat şirkəti ilə saziş imzalamışdır. O zamandan bəri təsirli bir musiqiçi olmasına baxmayaraq, başqa sənətçilər üçün mahnı sözü yazdı (The Veronicas'ın "This Love" adlı mahnısının sözlərini yazmışdır) və arxa vokallarda yer aldı, 2008-ci ildə Britney Spearsın Circus albomunda olan "Lace and Leather "mahnısında arxa vokalda iştirak edən Kesha, yenə eyni il içində Katy Perrynin siyahı başı mahnısı" I Kissed a Girl "ün video klipində iştirak etmişdir. Kesha'nın atılımı isə 2009-cu ilin əvvəlində Flo Rida'nın təklisi "Right Round" mahnısı ilə birlikdə oldu. Amerikalı rap müğənnisi Flo Rida ilə 2009-cu ildə etdiyi "Right Round" adlı düet, Amerikada bir həftə içində 630.000 dəfə endirilərək, Amerikan musiqi tarixində bir həftə içində rəqəmsal olaraq ən çox endirilən mahnısı oldu.
Keşkü
Köşkü — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Keşkü Göygöl r-nunun Aşıqlı i.ə.v.-də kənd. Sarıyal dağının ətəyindədir. Əslinin Köşkü olması ehtimal edilir. Yaşayış məntəqəsi keçmişdə yaylaq köçlərinin dayanacaq yerində salınmışdır. Oykonim köçkü sözündən olub, "köç yeri, müvəqqəti dayanacaq" mənasındadır == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 476 nəfər əhali yaşayır.
Kəski
Kəski - materialların torna dəzgahında kəsmə ilə emalında tətbiq olunan alətdir. Kəski normal halda üzərində möhkəm və ya hərkətli bərkidilmiş kəsici lövhələr olan tutqacdan ibarətdir. Tutqacın en kəsiyi dördbucaqlı və dairəvi olur. Kəski ən geniş yayılmış metalkəsən alətdir. O metal qatını əsas tilinin köməyi ilə kəsir. Əsas til düz və ya fasonlu ola bilərlər. Veriş həmişə kəsmə hərəkətinə perpendikulyar aparılır. Kəaskilər torna, yonma dəzgahlarında tətbiq olunurlar. ==== Kəsici materialı ==== Kəsici material kimi dəyişiləbilən lövhələrdən istifadə edilir. Bu lövhələr üzərinə örtük çəkilmiş bər xəlitədən, keramikadan, almazdan və ya polikristal bornitriddən hazırlanır.
Lefka
Lefka (yun. Λεύκα; türk. Lefke) ― Kiprdə qəsəbə. Ərazi Şimali Kiprin de-fakto nəzarəti altındadır. 2011-ci ildə qəsəbənin 3009 nəfər sakini var idi. Qəsəbə 2016-cı ilə qədər Gözəlyurd ilçəsinin mərkəzi olmuş, daha sonra isə yeni yaradılan Lefka ilçəsinin mərkəzinə çevrilmişdir. Lefka sitrus meyvələri və mədənləri ilə məşhurdur. Qəsəbədə Avropa Lefka Universitetinin yerləşir. Kiprin Venesiya dövründə Lefkada İtalyan əsilli Katoliklər üstünlük təşkil etmiş, Osmanlı hakimiyyəti dövründə isə əraziyə türklər köçürülmüşdür. Asil Nadir və Nil Burak Lefkada anadan olmuşdurlar.
Maska
Maska — tanınmamaq və ya müdəfiyə məqsədi ilə üzə geyinilən əşya. Maska öz forması ilə çox vaxt üz cizgilərini təkrarlayır, gözlər üçün və nadir hallarda ağız və burun üçün dəliklərə malik olur. Qədim zamanlarda maskalar pis ruhlardan qorunmaq üçün istifadı edilirdilər. “Maska” sözü fransız dilində olan masque sözü vasitəsi ilə olan italyan sözü maschera və ya ispan sözü máscara sözlərindən törəmədir. Bu sözlər latın sözü olan mascus, masca (kabus) və ya ərəb sözü olan maskharah (təlxək) sözlərindən əmələ gəliblər. Maskalar müxtəli materiallardan düzəldirirlər: ağac, metal, gips, parça, dəri və s.
Meşkan
Meşkan — İranın Fars ostanının Neyriz şəhristanının Poştkuh bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,630 nəfər və 1,196 ailədən ibarət idi.
Meşkat
Meşkat — İranın İsfahan ostanının Kaşan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,960 nəfər və 1,299 ailədən ibarət idi.
Amerikanskaya Koşka
Amerikanskaya Koşka (rus. Американская Кошка) — Çukot Muxtar Dairəsinin cənubunda yerləşən burun. Sahillərini Anadır körfəzinin suları yuyur. Anadır çayının sağ sahili boyunca uzanan dilin sonucunu təşkil edir. Burunun sahilə sularında dərinlik 0,6 – 2 m arasında dəyişir. Əsasən çınqıl və qumdan təşkil olunmuşdur. Burun Markov kəndinin sakinləri tərəfindən adlandırılmışdır. Belə ki, 1865-ci ildə buradan transberinq telefon xəttini çəkərkən amerikalı işçilər işləmişdir. Kazaklar isə dil və ya dayazlığı "Koşka" olaraq adlandırırdılar. Burunda RF Müdafiə Nazirliyi tərəfindən naviqasiya işarəsi qoyulmuşdur.
Beski Turner
Besi Turner (17 sentyabr 1977) — Birləşmiş Ştatları təmsil edən bədii gimnast. == Karyerası == Besi Turner Birləşmiş Ştatları 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 9-cu pillənin sahibi olub.
Cesika Qədirova
Cesika Qədirova — Azərbaycan əsilli Böyük Britaniya gimnastı. İkiqat Avropa çempionu. Əkiz bacısı Ceniferlə birlikdə 2019 Yeniyetmələrin Dünya Çempionatında iştirak edib. == Həyatı == O, əkiz bacısı Ceniferlə İrlandiyanın Dublin şəhərində doğulub. Qədirova və bacısı gimnastikaya altı yaşında başlayıb.
Cesika Senfild
Cesika Senfild (doğum adı Nina Daniel Sklar; 12 sentyabr, 1971) ABŞ-lı yazıçı və xeyriyyəçi. O ərzaqların hazırlanması ilə bağlı iki bitik nəşr etdirib, Uşaq Arabası(Baby Buggy)nın və Nyu-Yorkdakı ehtiyaclı ailələrə yardım fondunun yaradıcısıdır. Gülüş oyunçusu Cerri Senfild ilə evlidir. == Keçmiş həyatı == Senfild Nyu-York ştatı, Oster Beydə doğulub,üç qızdan ortancılıdır, Vermmont ştatı, Börlingtonda orta təbəqədən bir ailədə böyüyüb. Anası əlli ildən çox bir şəhər toplum işçisi və Hant orta məktəbində məmur kimi çalışmış, atası isə bilgisayar proqram mühəndisi olmuşdur. Senfild, Vermont Universitetini bitirdikdən sonra Qızıl Bitiklər İnterteimen və Tommi Hilfigerdə ictimai əlaqələrdə işlədi.