Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pirinsko Pivo
Pirinsko Pivo — dünyanın qabaqcıl pivə istehsalçılarından biri Carlsberg Group-a məxsus bolqar pivə markası. Ticarət markası və Blaqoyevqrad şəhərində yerləşən eyni adlı pivə zavodu Pirin dağ sisteminin adını daşıyır. == Tarixi == Blaqoyevqrad pivə zavodu 1967-ci ildə qurulmuş və 1971-ci ildə Pirinsko adlı öz pivəsini istehsal etməyə başlamışdır. 2002-ci ildə Danimarka pivə nəhəngi Carlsberg pivə zavodunu əldə etdi. Yeni sahibi Blaqoyevqrad pivə istehsalını modernləşdirdi və genişləndirdi, bu layihəyə 60 milyon leva investisiya etdi.
Pavo
Tovuz quşu (lat. Pavo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinə aid heyvan cinsi. Monotipik növdür, yəni yarımnövlərə ayrılmır. İnsanlar tərəfindən əhliləşdirilib. 2 növü var: Adi tovuz quşu (Pavo cristatus) və Yava tovuz quşu (Pavo muticus). Asiyada, xüsusən Şri-Lanka və Sumatra adalarında yayılmışdır. Normal inkişaf etmiş fərdin bədəninin uzunluğu 1,00-1,25 m, quyruğu 40-45 sm-ə qədərdir. "Gözcük"lərlə bəzənmiş lələklərlə örtülü quyruqüstlüyü (quyruqdan fərqlidir) 120-130 sm-ə çatır. Dekorativ quş kimi saxlanılır. == Qısa təsviri == Bədəninin uzunluğu 100—125 sm, quyruğunun uzunluğu 40—50 sm-ə, kütləsi 4—4,25 kq-a çatır.
Pivə
Pivə - taxıl (buğda, arpa və ya çovdar) və şərbətçiotu olan qarışığın qıcqırdılmasından alınan dünyanın ən çox içilən spirtli içkisidir. Qıcqırma prosesinin idarə olunması üçün mayadan (elmi adı Saccharomyces cerevisiae) istifadə edilir. Bundan əlavə qarışığa zövqə görə meyvələr, otlar və ədviyyat da əlavə edilir. Almaniya və Avstriyada normal pivə sortunun tərkibində olan alkoqolun həddi 4,5-6 % arasındadır. Pivə həm sərinləşdirici, həm də alkoqollu içkidir. Bu içkinin digərlərindən fərqi istifadə olunan məhlulun tərkibindəki şəkərin miqdarının yüksək olub, proses zamanı heç bir distillə, yəni saflaşdırma mərhələsindən istifadə edilməməsindədir. Şərabın istehsalında şəkər kimi bitkillərdən alınma və heyvan mənbələrindən əldə edilmiş (bal) şəkərlərdən istifadə edildiyi halda, pivə üçün ilkin mənbə nişasta götürülür. == Tarixi haqqında == Pivə hələ qədim Misirdən, Babilistandan, Çindən məlum olan içkidir. Fərziyyələrə görə insanlar Misirdə buğda və arpanı ilk zamanlarda yalnız pivə bişirmək üçün əkib becəriblər, çörək bişirmək isə sonralar yaranıb. Qazıntılar zamanı Misirdə ən qədim pivə bişirmək resepti tapılmışdır.
Vivo
Vivo Communication Technology Co. Ltd. — Çin texnologiya şirkəti. Dünyanın ən böyük smartfon istehsalçılarından biridir. == Tarixi == Vivo 2009-cu ildə Çində yaradılıb.Şirkət 2012-ci ildə "Vivo X1" smartfonunu təqdim edir. 2014-cü ildən başlayaraq xarici bazarlara inteqrasiya edən Vivo, Hindistan və Cənub-Şərqi Asiya ölkələrində fəaliyyətə başlayır. 2017-ci ildə Vivo FIFA-nın Rəsmi Sponsoru olur. Forbes nəşrinin məlumatına görə şirkət, bu razılaşma üçun ildə 60 milyon avroya qədər reklam üçün pul ödəyəcək. == Fəaliyyəti == 2017-ci ilin birinci rübünün nəticələrinə görə Vivo 600,2 milyon smartfon satır. Bu da şirkətin qlobal smartfon istehsalçıları sıralamasında 5-ci yeri tutmasına səbəb olur.Şirkət 2017-ci ilin ikinci rübünün sonundada bazardakı mövqeyini qoruyur.Forbes- nəşrinin qeyd etdiyi kimi "Vivo"nun Avropa və ABŞ "smartfon bazarı"nda praktiki olaraq heç bir iştirakı yoxdur, lakin Çin ağıllı telefon bazarı o qədər genişdir ki, "Vivo"nun burada ilk üçlükdə olması, onu dünyanın aparıcı istehsalçılarından birinə çevirir.Vivo hazırda 4 fabrikə sahibdir, bunlardan 2-si Çindədir.
Azərbaycanda pivə
Azərbaycanda pivə populyar alkoqollu içkilərdən biridir. Pivəni Azərbaycanda "narıncı qızıl" da adlandırırlar. Carlsberg Azərbaycan ölkədəki ən böyük pivə istehsalçısıdır. 2014-cü ilin məlumatına əsasən Azərbaycan pivə istehlakına görə müsəlman ölkələri arasında dördüncü yerdədir. 2020-ci ildə Azərbaycanda 54,7 milyon litr pivə istehsal olunub və Azərbaycandakı arpa ehtiyatlarının cəmi 0,96 %-i (13.203 ton) pivə istehsalına sərf olunub. == Tarixi == === 1868–1960 === Azərbaycanda pivə istehsalının əsası XX əsrdə Yelenendorfda yaşayan almanlar tərəfindən qoyulub. Yelenendorfdakı alman icmasına mənsub olan Forer qardaşları 1868-ci ildə pivə zavodu tikdiriblər. Zavodun illik pivə istehsal əvvəlcə cəmi 12 min litr idi. Vaxt keçdikcə Azərbaycanda pivəyə olan təlabat artmış və 1911-ci ildə zavodda 21.900 vedrə pivə istehsal olunmuşdur. Bu zavod gücünə görə XX əsrin əvvəllərində Zığda yerləşən Bakı pivə zavodundan sonra ikinci yeri tuturdu.
En Vivo
En Vivo – Amerikalı pop qrupu Ha*Ashın 2-cü canlı albomudur. 6 dekabr 2017-ci ildə Sony Music Latin tərəfindən nəşr olundu. = Albomdakı mahhnılar = == CD1 == == CD2 == == DVD == == Mənbə == En Vivo - Genius.
Il Divo
Il Divo - pop və digər janrları ilə opera və klassik musiqi birləşdirən bir musiqi qrupu, qrup kişi müğənnilər vokal kvartet ibarətdir clásico.1 beynəlxalq krossover kimi tanınan stili: Swiss Urs Büler, İspan Karlos Marin, Amerika Devid Miller və fransız Sebastyen İzambar. == Tarix == Saymon Il Divo qrupu üçün 2001-ci ildən 2003-cü ilin dekabrına kimi dünyada gənc müğənnilər arasında seçimlər keçirdi. İki ildən sonra, son olaraq amerikalı tenor David Millerlə müqavilə bağlandıqdan sonra seçimlər dayandırıldı və beləliklə, dörd kişi müğənnidən ibarət Il Divo qrupu yaranmışdır. Qrup ispan, italyan, ingilis, fransız və latın dillərində mahnılar oxuyur. ABŞ, Avstraliya və Avropada altı aylıq turlarını tamamladıqdan sonra 2006-ci Barbra Streyzandın Şimali Amerika turunda baş tutan iyirmi konsertin hamısında onun xüsusi qonaqları kimi çıxış etdilər. 20 dekabr 2011-ci ildə Paraqvayda baş tutmuş konsertdə 33 min 900 tamaşaçı vardı, bu nəticə onların ən böyük tamaşaçı yığını olan konserti idi.
Pavo Nurmi
Paavo Yohannes Nurmi— Finlandiyalı yaxın və uzun məsafəyə qaçış üzrə atlet. O, XX əsrin əvvəllərində qaçış yarışlarında üstünlüyü öz əlində saxladığına görə "Uçan Fin" ləqəbini ilə tanınırdı. Nurmi 1,500 metr və 20 km arasında məsafələrə qaçış üzrə 22 rəsmi dünya rekordunu müəyyənləşdirib və Olimpiya Oyunlarında on iki dəfə iştirakı ərzində doqquz qızıl və üç gümüş medal qazanıb. 14 illik karyerası boyu o, ölkələrin kross yarışlarında və 10,000 metrlik məsafələrdə məğlubiyyətsiz oyunlar seriyasını qoruyub saxladı. Fəhlə ailəsində anadan olmuş Nurmi 12 yaşında ailəsini təmin etmək üçün məktəbi tərk etdi. O, 1912-ci ildə Hannes Kolehmaynenin Olimpiya uğurlarından ilhamlanaraq, özüdə ciddi olaraq qaçış idmanı ilə məşğul olmağa başladı. Nurmi hərbi xidməti zamanı bu idman növündə daha da inkişaf etməyə başladı və ilk dəfə 1920-ci il Yay Olimpiya Oyunlarında debüt etdi. 5000 metr məsafəyə qaçış yarışlarında gümüş medal qazandıqdan sonra, o 10000 metr məsafəyə və kross yarışlarında qızıl medal qazandı. 1923-cü ildə Nurmi eyni vaxtda 5000 və 10000 metr məsafələrə qaçış yarışlarında dünya rekorduna sahib olan və hələki yeganə idmançıdır. Nurmi 1924-cü il Yay Olimpiya Oyunlarında iki saatdan az müddətdə müxtəlif məsafələrə qaçış yarışlarında qızıl medallar qazandı.
Pavo cristatus
Adi tovuz quşu (lat. Pavo cristatus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin tovuz quşu cinsinə aid heyvan növü. Monotipik növdür, yəni yarımnövlərə ayrılmır. İnsanlar tərəfindən əhliləşdirilib. Hindistanın milli rəmzlərindən biri hesab olunur. == Ümumi xarakteristikası == Bədəninin uzunluğu 100–125 sm, quyruğunun uzunluğu 40–50 sm-ə, kütləsi 4–4,25 kq-a çatır. Baş, boyun və döşün bir hissəsi göy, bədənin aşağı hissəsi qara rəngdədir. Dişiləri bir qədər kiçik olur və onlarda quyruqüstlüyündəki lələklər olmur.
Pavo muticus
Yava tovuz quşu (lat. Pavo muticus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin tovuz quşu cinsinə aid heyvan növü.
Pino-nuar
Pino-nuar (ing. Pinot noir) — şərab istehsalı üçün istifadə edilən üzüm növlərindən biri. Əsasən Fransada yetişdirilir. Bu üzümdən hazırlanan şəraba qara albalı və moruq da əlavə edilə bilər.
Pito Borusu
Pito Borusu — cari maye (suspenziya) və ya qazın tam təzyiqini ölçmək üçün cihaz. Onun ixtiraçısı, fransız mühəndis-hidravlik Henri Pito (Henry Pito) adı ilə adlandırılmışdır (1732). L - formali bir boru şəklindədir. p ∂ ≈ ξ ρ V o 2 2 , {\displaystyle p_{\partial }\approx \xi {\frac {\rho V_{o}^{2}}{2}},} Harda ki, ρ {\displaystyle \rho } – hərəkət edən (qələn) mühitin sıxlığı; V o {\displaystyle V_{o}} – axın sürəti; ξ {\displaystyle \xi } – əmsal. Təzyiq altında olan (pnevmometrik və ya tam təzyiq borusu) Pito borusu xüsusi cihaz və qurğulara qoşulur. Diferensial manometrlərlə komplektdə qaz gəlirlərdə və ventilyasiya sistemlərində nisbi sürətin və həcm sərfinin müəyyən edilməsində tətbiq olunur.
Pivə qiyamı
Pivə qiyamı və ya Hitler-Lüdendorf qiyamı (alm. Hitler-Ludendorff-Putsch‎) — Münhendə 1923-cü il 9 noyabr tarixində Hitlerin rəhbərliyi altındakı nasional-sosialistlərin, "Kampfund" təşkilatı və general Lüdendorfun birgə səyi ilə təşkil edilmiş hakimiyyəti ələ keçirmək uğrunda uğursuz qiyam (putç). == Tarixi fon == 1920-ci illərin əvvəllərində NSDAP Bavariyada güclü təşkilatlardan birinə çevrilirdi. Partiyanın silahlı dəstələrinə Ernst Rem rəhbərlik edirdi. Partiyanın liderlərindən olan Hitler isə Bavariyada nəzərəçarpan və əhəmiyyətli şəxsə çevrildi. 1923-cü ildə Rur ərazisinin Fransa tərəfindən işğal edilməsi Almaniyada yeni gərginlik yaratdı. Əvvəlcə xalqı mübarizəyə səsləyərək ölkədə iqtisadi böhrana səbəb olan sosial-demokrat hökuməti, sonradan Fransanın tələblərini qəbul etməklə həm sağ təmayüllü qüvvələr, həm də kommunistlər tərəfindən tənqidlərə məruz qaldı. Bu şəraitdə nasistlər Bavariyada hakimiyyətdə olan sağ konservativ-separatçılarla ittifaqa girərək Berlindəki sosial-demokrat hökumətinə qarşı birlikdə çıxış etməyə qərar verdilər. Bavariya sağlarının rəhbəri və Bavariya torpağının diktator səlahiyyətlərinə malik olan komissarı fon Karr rəsmi Berlinin bəzi tələblərinə əməl etməkdən, xüsusilə də nasist dəstələrini buraxmaq və "Xalqın nəzarətçiləri" qəzetini (alm. Völkischen Beobachters) bağlamaqdan imtina etdi.
Xırdalan (pivə)
Xırdalan — Azərbaycanın məşhur pivə brendi. Xırdalan pivəsinin 2 növü vardır: Xırdalan klassik və Xırdalan Draft. == Tarixi == Xırdalan brendinin tarixi 2000-ci ilin əvvəlindən başlayır. Brend "Baltika-Bakı" zavodunun yerləşdiyi Xırdalan şəhərinin adının şərəfinə adlandırılıb. Bu gün "Xırdalan" ticarət nöqtələrinin 94%-də təqdim olunur və Azərbaycan Respublikasında liderlik etməyə davam edir. == Hazırlanması == Xırdalan ənənəvi reseptlə istehsal olunur - tərkibinə yalnız klassik inqrediyentlər: maya, mayaotu və su daxildir. "Baltika-Bakı" zavodunda quraşdırılmış müasir avadanlıq, pivəbişirənlərin ustalığı, o cümlədən ən yaxşı xammaldan istifadə Xırdalan pivəsini əlverişli qiymətə dəyişilməz yüksək keyfiyyət və əla dadla təmin edir. Xırdalan pivəsi Azərbaycan istehlakçılarının üstünlük verdiyi dadların nəzərə alınması ilə işlənib hazırlanmışdır. "Xırdalan Klassik" - Azərbaycanın ən populyar pivə brendidir, yalnız sudan, mayadan və mayaotundan istifadə etməklə pivəbişirmənin təmizliyi barədə gizli qanuna uyğun olaraq ənənəvi reseptlə bişirilmiş klassik açıq pivədir. Onun hazırlanması zamanı pivəyə nəcib acılığı verən acı mayaotu növlərindən istifadə olunur.
Yaponiyada pivə
Yaponiyada pivə (日本のビール, Nihon no biiru) ən populyar içkilərdən biridir və 2002-ci ilin məlumatına əsasən sakedən 5 dəfə çox istehlak edilir. Yaponiyada pivə istehsalı ilə məşğul olan əsas şirkətlər Asahi, Kirin, Sapporo və Suntory şirkətləridir. Bu şirkətlər yüngül pivələr istehsal etməyə üstünlük versələr də, bütün mümkün bazarlarda olmaq üçün xüsusi dadlar malik, mövsümi pivələr də istehsal edirlər. == Tarixi == Yaponiyada düyüdən fərqli bitkilərdən spirtli içkilərin alınma tarixi qədim olsa da, arpadan alınan spirtli içkilər ilk dəfə Qərb dünyası tərəfindən tanıdılıb. Yaponiyada ilk pivə zavodu 1870-ci ildə amerikalı Vilyam Koplend tərəfindən qurulmuşdur.Yaponiyada pivə istehlakının inkişafı hərbi tarixlə sıx əlaqəlidir. XX əsrin birinci yarısında məcburi hərbi xidmət zamanı şəhərətrafından olan bir çox oğlan pivə ilə tanış olmuşdurlar. İkinci dünya müharibəsindən sonra Yaponiyada başlayan işğal dövrü zamanı ABŞ əsgərləri pivəni daha da populyarlaşdırmışdılar. 1960-cı illərdən etibarən isə pivə Yaponiyada dayanmadan populyarlaşan içki olmuşdur. Pivə ABŞ-də aşağı sinif içkisi hesab olunsa da, Yaponiyada orta sinif içkisi kimi tanınır. == Mədəniyyətdə == Yaponiyada pivə şənlik və təmtəraqlılıq içkisi hesab olunur.
İn vivo
İn vivo — ölü bir orqanizmdən, canlı orqanizmin və ya bir orqanizmin tamamının varlığını göstərmək üçün istifadə edilən söz. Biologiyada, in vitro təcrübələri orqan, hüceyrə, protein və ya biomolekullar üzərində tətbiq edilir, lakin tərsinə in vivo tədqiqatı bütün bir orqanizmin üzərində aparılır.
Yeremi Pino
Yeremi Pino (20 oktyabr 2002, Las-Palmas-de-Qran-Kanariya) — İspaniya La Liqasında çıxış edən Vilyarrealın və İspaniya milli komandasının futbolçusu. == Klub karyerası == === Vilyarreal === "Vilyarreal"ın heyətində ilk matçına 22 oktyabr 2020-ci ildə keçirilən "Vilyarreal" – "Sivasspor" matçının 79-cu dəqiqəsində çıxıb. Matç "Vilyarreal"ın 5–3 hesablı qələbəsi ilə başa çatıb. "Vilyarreal"ın heyətində ilk qolunu 29 oktyabr 2020-ci ildə keçirilən "Qarabağ" – "Vilyarreal" matçında vurub.Matçın 74-cü dəqiqəsində meydana çıxan Pino 80-ci dəqiqədə fərqlənməyi bacarıb. Matç "Vilyarreal"ın 1–3 hesablı qələbəsi ilə başa çatıb.
İvo Andriç
İvo Andriç (serb. Иво Андрић/Ivo Andrić; 10 oktyabr 1892 – 13 mart 1975[…], Belqrad, Serbiya Sosialist Respublikası[d], Yuqoslaviya SFR)) — hazırkı Bosniya və Herseqovina ərazisində doğulmuş Yuqoslaviya yazıçısı, diplomat, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1961). == Həyatı == İvo Andriç keçmiş Yuqoslaviyada, Bosniyanın Travnik şəhəri yaxınlığındakı Dolac kəndində doğulmuşdu. 2 yaşında atasını itirdiyindən anasının valideynlərinin himayəsində böyümüşdü. Uşaqlıq illərini keçirdiyi Vışeqrad şəhərində qatı katolik təlim-tərbiyəsi almışdı. Yazmağa başlayandan sonra İvan adını İvoya dəyişmişdi. Yazıçının milli mənsubiyyəti də müəyyən dərəcədə şübhəlidir. O, əslində xorvat ailəsində doğulmuşdu, lakin sonrada özünü serb kimi qələmə vermişdi. Bu gün iki xalq — xorvatlar və serblər İvo Andriçi öz sənətkarı sayırlar. Çoxmillətli Bosniyada yaşaması ona fərqli insanları və mədəniyyətləri yaxından müşahidə etmək və öyrənmək imkanı yaratmışdı.
İvo Daneu
İvo Daneu (sloven. Ivo Daneu; 6 oktyabr 1937, Maribor) — Sloveniya basketbolçusu və məşqçi. Maribor və Olimpiya Lyublyana klublarında çıxış etmişdir. Olimpiya ilə birlikdə 1957, 1959, 1961, 1962, 1966 və 1970-ci illərdə 6 dəfə ölkə çempionu olmuşdur. İvo 1956–1970-ci illərdə Yuqoslaviyanın milli basketbol komandasının üzvü olmuş və onun heyətində 209 oyun keçiritmişdir. Milli komanda ilə birlikdə 1970 Dünya Çempionatının qalibi olmuşdur və növbəti sıralanan yarışlarda gümüş medalı qazanmışdırI 1968 Yay Olimpiya Oyunları, 1963 və 1967 dünya çempionatları (sonuncu yarışın ən dəyərli oyunçusu seçilmişdir) və 1961, 1965 və 1969 Avropa çempionatları. 1967-ci ildə Yuqoslaviya, 1969-cu ildə isə Sloveniyada ilinin idmançısı adına layiq görülmşüdür. 1970–1971-ci illərdə "Olympiya" nın baş məşqçisi olmuşdur. 1991-ci ildə FIBA ən böyük ​​50 oyunçusundan biri seçildi və 2007-ci ildə FİBA ​​şərəf zalına daxil edildi.
İvo Perilli
İvo Perilli (it. Ivo Perili, 10 aprel 1902 - 24 noyabr 1994, Roma, İtaliya) - İtaliya ssenaristidir. 1933-1977 illər arasında 54 filmin ssenarisini yazmışdır.
İvo Lapenna
İvo Lapenna (5 noyabr 1909, Split – 15 dekabr 1987, Kopenhagen) — Yuqoslaviya hüquq professoru. Esperanto təbliğatçısı, 1964-1974-cü illərdə Dünya Esperanto Assosiasiyasının prezidenti vəzifəsində çalışmışdır. Esperantoda natiq, bir neçə kitabın müəllifi və UNESCO-nun Esperanto dilini tanıdığı 1954-cü il Montevideo Qətnaməsinin həmmüəllifi kimi tanınır. == Bioqrafiya == Lapenna Xorvatiyanın Split şəhərində (sonralar Avstriya-Macarıstan) anadan olub. 1933-cü ildə Zaqrebdə fəlsəfə doktoru, 1947-ci ildə Zaqreb Universitetində, sonra isə Londonda professor olur. 1949-cu ildə Yuqoslaviyanı tərk edərək Parisdə, 1951-ci ildən Böyük Britaniyada yaşayıb. 1962-ci ildə Böyük Britaniya vətəndaşı olur. İvo Lapenna 1987-ci ildə dəfn olunduğu Kopenhagendə vəfat edir. İvo Lapenna üç dəfə evlənir. Birinci həyat yoldaşı Emilija Lapenna, ikincisi Luba Lapenna, üçüncüsü Birthe Lapennadır (1986-cı ildən).
İvo Qrbiç
İvo Qrbiç (18 yanvar 1996, Split) — İspaniya La Liqasında çıxış edən Atletiko Madridin və Xorvatiya millisinin qapıçısı. == Klub karyerası == === Atletiko Madrid === 20 avqust 2020-ci ildə Qrbiç Atletiko Madrid ilə əlavə bonuslar və növbəti transferin faizi daxil olmaqla 3,5 milyon avro dəyərində dörd illik müqavilə imzaladı. Bununla da o ilk dəfə legioner futbolçu oldun. O, dekabrın 16-da İspaniya Kubokunda Cardassar ilə matçda debüt edib. Matç Atletiko Madridin 3–0 hesablı qələbəsi ilə başa çatıb. ==== Lill (icarə) ==== "Atletiko" ilə La Liqada 2020-21 mövsümündə çempion olduqdan sonra oyun təcrübəsi qazanmaq üçün Liqa-1'də 2020-21 mövsümünün çempionu olan "Lill"ə icarəyə verildi. "Lill"də ilk matçına 21 avqust 2021-ci ildə keçirilən "Lill"-"Sent-Etyen" matçında çıxıb. Matç 1-1 hesablı bərabərliklə başa çatıb. O , Çempionlar Liqasında debütünü sentyabrın 14-də VfL Wolfsburg ilə matçda edib. Matç qolsuz heç-heçə ilə başa çatıb.
Karl Qustaf Pilo
Karl Qustaf Pilo (isv. Carl Gustaf Pilo; 5 mart 1711[…], Runtuna[d] – 2 mart 1793[…], Stokholm) — İsveç portret rəssamı. == Erkən həyatı == Karl Qustaf Pilo 1711-ci ildə rəssam Olaf Pilo (Pijhlow) və Beata Yonsdotter Salstedtin ailəsində, İsveçin Södermanland, Nyköping yaxınlığındakı Runtun kilsəsinə yaxın olan Gekşeter fermasında anadan olmuşdur. Karyerası haqqında ilk məlumatlar həyatında müasir olan iki mənbə arasındakı fikir ayrılıqlarına görə bir çox uyğunsuzluğu ehtiva edir. Ehtimal ki, Drottninqholm və Stokholm sarayında dekorativ rəssam kimi bir gənc rəssam kimi həyatını qazanan atasından ilk təlimini almışdır, baxmayaraq ki, digər mənbələr Stokholmda Krisman adlı bir rəssamdan təhsil aldığını göstərir. Pilonun təhsili 1723-cü ildə Stokholmda başlanmışdır. Pilonun karyerası sənət rəssamı kimi başladı. 1731-ci ildə tələbə oldu. Alman tarixçi-coğrafiyaşünası Anton Fridrix Byuşiqə (1754) görə, Pilo Almaniyadan Vyanaya 1734–36 köçüb; lakin bu məlumat, Pilonun Skandinaviyadan heç vaxt ayrılmadığını iddia edən Tur Uennberq (1794) ilə ziddiyyət təşkil edir. Belə ki, bu məlumata Pilo, əksinə 1735-ci ildə yeni yaradılan İsveç Rəsm Akademiyasında təhsil alıb.
London pivə seli
London pivə seli (ing. London Beer Flood) — 17 oktyabr 1814-cü ildə İngiltərənin London şəhərinin Sent-Eqidi prixodunda baş vermiş tragikomik faciə. Totenhem-Kort-Roadda yerləşən "Meux and Company" pivə zavodunda bir pivə sisternin partlaması nəticəsində 610 m³ pivə ətrafa yayılmış və digər pivə sisternlərinə də domino effekti ilə təsir göstərərək, partlamasına səbəb olmuşdu. Nəticədə isə 1470 m³-dan çox pivə küçələrə dağılmış və ağlasığmaz dağıntılar meydana gətirmişdi. Pivə dalğası iki evi dağıtmışdır. "Tavistock Arms" barının divarını çökməsi nəticəsində Elanor Kuper adlı gənc işçi dağıntılar altında qalmışdır.Bir neçə dəqiqə ərzində Corc Strit və Nyu-Striti alkaqol basmış, nəticədə bu zaman çay içən ana və qızı ölmüşdürlər. == Tarixi == Pivə zavodu Sent-Eqidinin kasıblar yaşayan məhəlləsinin mənzillərinin arasında yerləşirdi. Burada ailələrin hamısı zirzəmi evlərdə yaşayırdılar. Faciə nəticəsində azı səkkiz kişi boğulmuş və ya aldığı yaralardan ölmüşdür. Pivə zavodu əvvəlcə məhkəməyə verilsə də, sonda hadisənin məsuliyyəti heç kimin üzərinə qoyulmamışdır.
Sapporo Pivə Muzeyi
Sapporo Pivə Muzeyi (サッポロビール博物館, Sapporo Biru Hakubutsukan) – Yaponiyanın Hokkaydo prefekturasının Sapporo şəhərində yerləşən muzey. Yaponiyada pivəyə həsr olunmuş yeganə muzey olmaqla yanaşı, "Sapporo Breweries" pivə şirkətinin tarixini işıqlandırır. == Tarixi == Muzeyin yerləşdiyi bina 1890-cı ildə tikilmiş və 1905–65-ci illərdə pivə zavodu kimi istifadə olunmuşdur. 1987-ci ildə binada pivə muzeyi açılmışdır. == Xüsusiyyətlər == Muzey Yaponiyanın pivənin tarixinə və pivə istehsalına həsr olunmuşdur. Ziyarətçilər müxtəlif pivə nümunələrinin dadlarına baxa bilərlər. Muzeyin yaxınlığında Sapporo Pivə Bağı yerləşir. Bu struktura pivə zalları və restoranlar daxildir.