Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Böyük Pliniy
Böyük Plini (lat. Plinius Maior); əsl adı Qay Plini Sekund (lat. Gaius Plinius Secundus; ən tezi 23 və ən geci 24[…] – 79[…], Stabie[d], İtaliya[d], Roma imperiyası[…]) — Qədim Roma yazıçısı və filosofu. == Təbiət tarixi == Bir çox yüzilliklər ərzində "Təbiət tarixi" (lat. Naturalis Historia) əsəri avropalıların maddi aləm haqqında aldıqları biliklərin ən mühüm mənbəyi olmuşdur. Əsər 36 kitabdan ibarətdir. Burada Plini kainatın Roma və yunan filosoflarının təssəvvür etdiyi formadakı təsvirini verirdi. Kainatı özünün gördüyü kimi təsvir edirdi. Onun birinci kitabına astronomik və fiziki müşahidələrə dair məlumatlar var idi. Növbəti 4 kitab isə coğrafiyaya aid idi.
Pilenay
Pilenay qalası — Litvada orta əsrə aid bir qala. Litva tarixində qala qəhrəmanlıqla müdafiə olunması ilə məşhurdur. Knyaz Marqirisin başçılıq etdiyi tarixi müdafiə, 1336-cı il fevralın 25-də qala Tevton ordeni tərəfindən mühasirəyə alındıqda baş vermişdir. Qalaya yürüş Qrand Master Ditrix fon Altenburq tərəfindən əmr edildi. Onun məqsədi birbaşa Prussiya ilə sərhəddə yerləşən Jemaytiyanın mühüm qalasını dağıtmaq olur. Pilenay və ətrafnın sakinləri özlərini daha böyük bir düşməndən qorumağın mümkün olmayacağını başa düşdükdə, düşmənin heç bir dəyər əldə etməməsi üçün bütün əmlaklarını məhv edərək kütləvi intihar etmək, həmçinin qalanı yandırmaq qərarına gəldilər. Tevton ordeni tabe olmaqdan və qul olmaqdansa ölməyi üstün tutdular. Əvvəlcə sakinlər əmlaklarını yandırdılar, qalaya atəş vurdular. Sonra kişilər, qadınlar və uşaqlar intihar etdilər. Livoniyalı salnamələrə görə əvvəlcə yaşlı keşiş yüzdən çox qala müdafiəçisi - kişilər, qadınlar, uşaqları bir balta doğradı.
Pilinq
Pilinq və ya aşındırma (ingiliscə peel — "təmizləmək", "qabığı çıxarmaq") – kosmetologiyada dərinin keratinləşdirilmiş yuxarı təbəqəsinin çıxarılması, aşındırılması. Pilinq dərinin təmizlənməsi üsullarından biri kimi qədim Misirdə ortaya çıxdı. Orta əsrlərdə şərab kimyəvi qabıq kimi, tartar turşusu isə aktiv maddə kimi istifadə olunurdu. Asiyada peeling orta əsrlərdə də tətbiq olunmağa başladı və burada bu prosedurun yerli təcrübəsi yüz ildən çoxdur. Dəriyə təsir üsuluna və dərinliyinə görə pilinqlər təsnif edilir. Təsir yolu ilə: kimyəvi (üzvi turşular ən çox istifadə olunur) fiziki (lazer, radio dalğası, ultrasəs) bioloji (enzimatik) Təsir dərinliyi: səthi — epidermisin dənəvər və stratum corneum daxilində median — epidermisə təsir edir və dermisin papilyar (papilyar) təbəqəsinə çatır. dərin — dermisin retikulyar (mesh) təbəqəsinə təsir göstərir İstənilən növ pilinq buynuz təbəqəni incələşdirir, kiçik komedonları çıxarır, dərinin daha dərin təbəqələrinə daxil olmağı asanlaşdırır, məsamələri genişləndirir və dərini yumşaldır, bu da tez-tez pilinqi sonrakı prosedurlar üçün hazırlıq prosesi edir. Pilinq həm də bazal təbəqədə hüceyrə bölünməsini gücləndirir və dəri hamar və parlaq olur, daha gənc və sağlam görünüş əldə edir. Mexanik aşındırma üçün əzilmiş badam qabıqları, şəkər və ya duz kristalları, pemza və aşındırıcı materiallar (lif qabı) olan skrablardan istifadə olunur. Bu cür skrablar ümumiyyətlə mövcuddur, pərakəndə satışda satılır və evdə istifadə edilə bilər.
Pinin
Pinyin (pīnyīn) — çin yazısının ən çox istifadə olunan latın transkripsiyası sistemi. 1958-ci ildə qəbul edilmişdir, 1979-cu ildən isə bütün dünyada Çin yer və şəxs adlarının rəsmi latın transkripsiyası kimi istifadə olunur. Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən bəyənilmişdir. Pinyində V hərfindən başqa bütün latın hərfləri, hətta Ü hərfi belə işlədilir.
Həsən Pirniya
Həsən Pirniya (fars. حسن پیرنیا‎ , D.1872 – Ö.08/11/1935) – İranın baş naziri, Müşirüddövlə, tarixçi, siyasətçi. Həsən Pirniya 1872-ci ildə Nayində anadan olmuşdur. Rusiyada hüquq təhsili aldıqdan sonra İrana qayıdan Həsən Pirniya, 1902-ci ildə Rusiyada diplomat kimi fəaliyyət göstərməyə başladı. Daha sonra İranda müxtəlif yüksək vəzifələrdə çalışan Hasan Pirniya 4 dəfə İranın baş naziri təyin edilmişdir. Həsən Pirniya, İranın qədim tarixi, 3 ciliddə Ghani, Cyrus, Iran and the Rise of Reza Shah: From Qajar Collapse to Pahlavi Power (I. B. Tauris: London, 2000). ISBN 1-86064-629-8 Jane Lewisohn, Flowers of Persian Song and Music: Davud Pirniā and the Genesis of the Golhā Programs, Journal of Persianate Studies, Vol. 1, No. 1, pp.
Lişniy adası
Lişniy adası — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə yerləşir. Laptevlər dənizini ərazisində, Şimal Torpağı Arxipelaqının şərq hissəsində, Axmatov körfəzinin şimal-şərqində yerləşir. Bolşevik adasından 2 km aralıda yerləşir. Bolşevik adasından Nenametnıy boğazı ilə ayrılır. Lişniy adasından cənubda Vstreçnıye adaları yerləşir. Lişniy adasının qrupa daxil ən yaxın adası arasında məsafə 400 metrdir. Ada ərazisi kiçik təpəciklərdən ibarətdir. Cənubdan şimala doğru uzanır. Uzunluğu 6 km, eni 3,5 km təşkil edir.
Maksim Mirnıy
Maksim Nikolayeviç Mirnıy (belar. Максім Мікалаевіч Мірны; doğulub 6 iyul 1977-ci ildə, Minsk, SSRİ) — Belarusiyalı peşəkar tennisçi, əməkdar idman ustası. Keçmişdə dünyadakı ilk raketkası (cütlükdə); qarışıq cütlərdə 2012 Olimpiya çempionu; cütlüklərdə Böyük Dəbilqə turnirlərinin 10 qat qalibi; cütlüklərdə ATP Final Turnirinin ikiqat qalibi (2006, 2011); 53 ATP turnirinin qalibi (onlardan biri təkdir). 29 Noyabr 2018-ci ildə idman karyerasının başa çatdığını elan etmişdir . Maksim - Nikolay və Tatyana Mirnıyın iki oğlundan böyüyü idi; qardaşının adı Peterdir. Maksimin ailsə idmançı ailəsi idi: atası 1960-cı illərdə voleybolda SSRİ çempionatının elit divizionunda oynayıb, anası isə keçmiş üzgüçü olub, 1971-ci ildə 200 metr kəpənəkdə (butterfly) BSSR rekordunu müəyyənləşdirmişdir. Maksim 2004-cü ildə model Ksenia Rubçeniya ilə evləndi. Onların dörd övladı var: qızları Melaniya (2004) və Petra (2007), oğulları Demid (2009) və Trofim (2014). Maksim yeddi yaşından tennislə məşğuldur; uşaqlıqdan onun məşqiçisi zaman-zaman Amerikanın müxtəlif mütəxəssisləri tərəfindən köməklik olunan atası idi. Oyun karyerasından əlavə olaraq Mksimin bir sıra qeyri-idman layihələri var: Bradentonda, yerli tennis mərkəzindən aralıda Maksim öz pizza məkanını işlədir.
Milliy stadionu
Milliy stadionu (özb. Milliy Stadioni) — Özbəkistanın paytaxtı Daşkənd şəhərində yerləşən çoxməqsədli stadion. Əsasən futbol yarışları üçün istifadə olunur və "Bunyodkor" futbol klubunun ev stadionudur. Bu stadion tikilməzdən qabaq "Bunyodkor" 1986-cı ildə tikilmiş MHSK stadionunda oyunlarını keçirmişdir. 2008-ci ildə MHSK stadionu yeni stadion tikmək üçün sökülmüşdür. 2008 və 2009-cu ilin payızında stadion tamamilə sökülmüşdür. Yeni stadionun tikintisi isə 2012-ci ilin avqustunda başa çatmışdır. Yeni stadion klubun 2009-2012-ci illər aralığında oynadığı JAR stadionunun yerində tamamlanmışdır. Stadionun tamaşaçı tutumu 34.000 nəfərdir. Stadion Almaniyanın GMP memarlıq və dizayn şirkəti tərəfindən dizayn edilmişdir.
Nauyoyi Vilniya
Nauyoyi Vilniya (pol. Nowa Wilejka) - şəhər Vilniya çayının sahilləri boyunca Litvanın paytaxtı Vilnusun şərq qonşuluğunda yerləşir. Şəhərin seniyuniya statusu var. 2011-ci ildəki siyahı almaya görə bələdiyyədə qeydiyyatda olan 31, 933 nəfər var. Şəhərin tarixi 19-cu əsrə qədər uzansa da, tarixi əhəmiyyətliliyi özünü Birinci Dünya müharibəsi ərəfəsində və müharibə dövründə özünü göstərib. Şəhər keçmişdən bəri dəryaz və mismar istehsalında ixtisaslaşıb. Belə ki, Birinci Dünya müharibəsindən əvvəl 3 milyondan çox dəryaz istehsal edilib. O dövrdə şəhər Dünyadakı ən böyük dəryaz və mismar istehsal edən fabrikə sahib idi.. 1941-ci ildəki İyun deportasiyası zamanı 30 000-dən çox köçkün Nauyoyi Vilniya dəmiryolu stansiyasından keçmişdi. 1911-ci ildə Müqəddəs Kasimir kilsəsi tikilib.
Nijniy Lomov
Nijniy Lomov — Rusiya Federasiyasında yerləşən şəhər Penza vilayətinə daxildir.
Nijniy Taqil
Nijniy Taqil — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Nijnıy (ada)
Nijnıy adası — Xəzər dənizinin şimal-qərbində Volqa deltasında olan ada. Ada inzibati cəhətdən Rusiyanın Həştərxan vilayətinin Kamızyak rayonuna daxildir. Qışda sahil suları donu.
Nijnıy adası
Nijnıy adası — Xəzər dənizinin şimal-qərbində Volqa deltasında olan ada. Ada inzibati cəhətdən Rusiyanın Həştərxan vilayətinin Kamızyak rayonuna daxildir. Qışda sahil suları donu.
Rıbnıy yarımadası
Rıbnıy yarımadası — Taymır yarımadasının şimal-qərbində yerləşir. Materikin əsas hissəsindən Xutuqa Fiordu vastəsi ilə ayrılır. Kara dənizinin Pyasin və Minina körfəzləri onun sahillərini yuyur. Yarımada Tundra bitkiləri ilə örtülüdür. Şimalda Pessovıy adasından Sterleqov boğazı vastəsi ilə ayrılır. Sahilləri çox parçalıdır və fiordlar 15 km daxilə keçir. Yarımadada bir sıra çay və göllər vardır. Onlardan ən irisi Vısokoye gölü Taymırın ən irisidir. Yarımadada daimi yaşayış məntəqəsi olanasada burada balıqçı düşərgələrinə rast gəlmək olar. Yarımada bütünlüklə 1993-ci ildə təşkil olunan Böyük Arktik qoruğunun ərazisinə daxildir.
Vışniy Voloçyok
Vışniy Voloçyok — Rusiya Federasiyasında yerləşən şəhər. Tver vilayətinə daxildir.
Zaedyus pichiy
Cırtdan zirehli (lat. Zaedyus pichiy) — məməlilər sinfinə, zirehlilər fəsiləsinə daxil olan növ. Zaedyus cinsinin yeganə nümayəndəsidir. Bədənin uzunluğu 26 ilə 33 sm arasındadır. Bunun 10–14 sm quyruğudur. Təxminən 12 sm hündürlüyə malikdir. Qulaqları 13 mm-dir. Çəkiləri 900 qramdır. Tünd qəhvəyi zirehə və yaxşı inkişaf etmiş pənçələrə malikdir. Təhdid edildikdə zirehli balaca qabığına sıxılır.
Çəmənlikdə piknik
Çəmənlikdə səhər yeməyi və ya Çəmənlikdə piknik (fr. Le Déjeuner sur l'herbe) — Fransız impressionist rəssamı Eduard Manenin 1862-1863-cü illərdə yağlı boya ilə işlədiyi əsər. Tablo hal-hazırda Paris şəhərində Orse muzeyində saxlanılır. Tabloda çılpaq qadınla iki qara geyimli kişi təsvir edilmişdir. Arxa fonda digər bir qadın suyun içərisində təsvir edilib. Eduard Mane Çəmənlikdə səhər yeməyi əsərini 1863-cü ildə tamamlayıb sərgilənmək üçün Paris Salonuna təqdim etdi. Salonda rəsm əsərlərinin qiymətləndirilməsi ilə məşğul olan komitə bu tablo ilə yanaşı, daha 3000 tablonu salonda nümayiş etdirməkdən imtina etdi. İmtinanın əsas səbəbi kimi əsərlərin lazımi keyfiyyətdə olmaması göstərildi. 1863-cü ildə imperator III Napoleonun əmri ilə məşhur muzey və salonlarda sərgilənməkdən imtina edilən tablolar Rədd edilənlər salonu adlı mərkəzdə toplandı. Çəmənlikdə səhər yeməyi tablosu da bu salonda sərgilənməyə başladı.
Ablakim İlmiy
Ablakim İlmiy — (1887 – 1947, Mecidiya[d], Konstantsa) — krım tatar yazıçı, jurnalist, pedaqoq, ictimai xadim. Ablakim İlmiy 1887-ci ildə Tavrida quberniyasının Simferopol uyezdinin Duvankoy volostinin Eski-El kəndində anadan olub. İbtidai təhsilini kənd məktəbində aldıqdan sonra Baxçasarayda orta təhsilini davam etdirib. İstanbulda təhsil aldığı dövrdə krım tatar tələbələrinin gizli "Tələbə cəmiyyəti" təşkilatına üzv olub. Burada o Krım tatar milli hərəkatının fəalları Cəfər Seyidəhməd Krımər, Noman Çələbi Cihan, Həbibulla Odabaş ilə tanış olur. Ablakim İlmiyin "Xanların çəhrayı gül bağı və ya Krımın tarixi" kitabının tərcüməsi onu tanıdan əsas əsərlərdən biri olur. Bu əsər 1811-ci ildə Gəraylar nəslindən olan Həlim Gəray tərəfindən Krım xanlığının tarixi haqqında yazılıb. 1909-cu ildə Ablakim İlmiy öz şərhləri ilə bu əsərin tərcüməsini İstanbulda çap etdirdi. 1914-cü ildə Ablakim İlmiy Krıma geri dönür. Tavdair mədrəsəsinin rektoru kimi fəaliyyət göstərir.
Böyük Plini
Böyük Plini (lat. Plinius Maior); əsl adı Qay Plini Sekund (lat. Gaius Plinius Secundus; ən tezi 23 və ən geci 24[…] – 79[…], Stabie[d], İtaliya[d], Roma imperiyası[…]) — Qədim Roma yazıçısı və filosofu. == Təbiət tarixi == Bir çox yüzilliklər ərzində "Təbiət tarixi" (lat. Naturalis Historia) əsəri avropalıların maddi aləm haqqında aldıqları biliklərin ən mühüm mənbəyi olmuşdur. Əsər 36 kitabdan ibarətdir. Burada Plini kainatın Roma və yunan filosoflarının təssəvvür etdiyi formadakı təsvirini verirdi. Kainatı özünün gördüyü kimi təsvir edirdi. Onun birinci kitabına astronomik və fiziki müşahidələrə dair məlumatlar var idi. Növbəti 4 kitab isə coğrafiyaya aid idi.
Kiçik Plini
Kiçik Plini və ya tam adı ilə Qay Plini Sesili Sekund (lat. Gaius Plinius Caecilius Secundus; təq. 61, Komo – ən tezi 113 və ən geci 114, Vifiniya) —Qədim Roma dövlət xadimi, yazıçısı və hüquqşünası. O, b.e. 100-cü ildə konsul-suffekt vəzifəsini tutmuşdur. Kiçik Plini Böyük Plini tərəfindən övladlığa götürülmüşdür.. Romada Kvintiliandan ritorika öyrənmişdir. O, Domisianın hakimiyyəti dövründə, 81-ci ildə Suriyada hərbi tribun olmuş, burada Yevfrat və Daldidalı Artemidorla görüşmüşdür. B.e. 88-ci ildə Romaya qayıtmış, "cursus honorum" uğrunda çalışmış və 100-cü ildə, Trayanın hakimiyyətində konsulluq aldı.
Plini (filosof)
Böyük Plini (lat. Plinius Maior); əsl adı Qay Plini Sekund (lat. Gaius Plinius Secundus; ən tezi 23 və ən geci 24[…] – 79[…], Stabie[d], İtaliya[d], Roma imperiyası[…]) — Qədim Roma yazıçısı və filosofu. Bir çox yüzilliklər ərzində "Təbiət tarixi" (lat. Naturalis Historia) əsəri avropalıların maddi aləm haqqında aldıqları biliklərin ən mühüm mənbəyi olmuşdur. Əsər 36 kitabdan ibarətdir. Burada Plini kainatın Roma və yunan filosoflarının təssəvvür etdiyi formadakı təsvirini verirdi. Kainatı özünün gördüyü kimi təsvir edirdi. Onun birinci kitabına astronomik və fiziki müşahidələrə dair məlumatlar var idi. Növbəti 4 kitab isə coğrafiyaya aid idi.
Pilvi Oyamaa
Pilvi Oyamaa (1951-dən əvvəl Puppart, 1951-1962-ci illərdə Uuk, est. Pilvi Ojamaa; 21 dekabr 1930, Tallin) — Sovet və eston rəssamı, qravüraçısı, pedaqoq. O, orijinal dizaynlı keyfiyyətli şüşə qablar istehsalı ilə tanınan Tarbeklaasdakı zavodun eston şüşə rəssamı olub. Zavodun məhsullarına bütün Sovet İttifaqında böyük tələbat var idi və onun hüdudlarından kənara da tədarük edilirdi. Pilvi Oyamaa (Puppart) 21 dekabr 1930-cu ildə Tallində anadan olub. İlk təhsilini doğma şəhərində alıb. 1956-cı ildə Estoniya SSR Dövlət İncəsənət İnstitutunun Maks Roosma sinfini fərqlənmə diplomu ilə bitirib. 1956-1958-ci illərdə Leninqrad Bədii Şüşə Zavodunda qravüraçı işləyib. Qeyd edək ki, Leninqrad bədii şüşə zavodunun Estoniya bölməsi bədii laboratoriyasında eston rəssamlarının yaradıcılığı əhəmiyyətli olub. Pilvi Oyamaa Leyda Yürgen, Helle Pıldla yanaşı bölmənin aparıcı dizayner-rəssamlarından olub.
Pinin həyatı (film)
Pinin həyatı 2012-ci ildə ABŞ-da çəkilmiş olan macəra-dram filmidir. Yann Martel tərəfindən 2001-ci ildə yazılmış olan eyniadlı romanın ekranlaşdırılmasıdır. Rejissoru Enq Li olan və David Magee tərəfindən süjet xəttinin ekanlaşdırılması təmin edilən filmdə baş rolları Suraj Sharma, İrfan Khan, Gérard Depardieu, Tabu və Adil Hussain canlandırılmışdırlar. Filmin süjet xətti 16 yaşlı Piscine Molitor "Pi" Patel adlı oğlanın Richard Parker adlı bir Benqal pələngi ilə Sakit Okeanda xilasedici salda sağ qalmağa çalışmasından bəhs edir. Film 11 nominasiya üzrə Akademiya Mükafatına namizəd olmuşdur. Ölkələrini tərk edərkən zooparkdakı heyvanlarını da özləri ilə apararkən Pi və ailəsi gəmidə olarkən gəmi yolda fırtınaya düşərək batır. Gəminin sağ qalan heyəti isə, kaftar, sınıq ayaqlı zebra, oranqutan, Riçard Parker adlı üç yüz kiloluq Benqal pələngi və Pi adlı 16 yaşlı hindistanlı oğlandan ibarətdir. Pi heç bir xilas yolu olmayan bu okeanda zəif qayıqda yanındakı heyvanlarla bərabər sağ qalmaq üçün mübarizə aparır, iti zəkası və zoologiya məlumatları sayəsində qida zəncirinin qurbanına çevrilmir. Pi 227 gün xilasedici qayıqda dənizdə sağ qalmaq üçün mübarizə aparır. Mübarizəsinin axırında isə xilas olur.
Metaseiulus pini
Metaseiulus pini (lat. Metaseiulus pini) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin metaseiulus cinsinə aid heyvan növü.
Dalniy adası (Kara dənizi)
Dalniy adası (rus. Дальний) — Yeni Torpaq arxipelaqına daxil olan kiçik adalardan biri. Ada Kara dənizində yerləşən Oqa körfəzinin girəcəyində yerləşir. Şimal-şərqdən cənub-qərbə istiqamətlənir. Səthi hamardır. Sahilləri isə sıldırımlıdır. Burada göl və çay yoxdur. Bitki örtüyündən məhrumdur. Səbəb isə onun Şimal Qütb dairəsi daxilində yerləşməsidir. İqlimi olduqca sərtdir.