Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Miçiqan
Miçiqan (ing. Michigan) - Amerika Birləşmiş Ştatlarında ştat. Mərkəzi Lensinq şəhəridir. ABŞ-nin Midwest bölgəsindəki əyalətlərində biridir. Michiqan adı, bölgənin ilk sakinləri olan doğma Amerika dillərindən Ojibwe, "böyük su" və ya "böyük göl" mənasını verən mişigama sözündən yaranmışdır Michigan ABŞ-də əhali sayına görə 8-ci ən böyük əyalətdir. Ştat həm də Böyük Gölləri ilə məşhurdur. Dünyadakı ən böyük şirin su sahili var. Qeydiyyata alınan su gəmilərinə görə ABŞ ştatları baxımından 3-cü yeri tutur.
Paqtıqan
Paqta (və yaPaqtıqan) - türk və altay xalq mədəniyyətində bir növ bərəkət mərasimi. Bu bayramın qoruyucu ruhu olan Baxtı Xan adına təşkil edilir. Qoça, Saya, Payna, Paqta dördlü bir mərasim silsiləsi meydana gətirirlər. Bundan başqa Şumer ənənəsindən yaxın şərq və orta Asiyaya yayılan və bu sıralamaya uyğun düşən Narduqan bayramı bilinir. == Etimologiya == (Bax/Bağ/Baq/Paq) kökündən törəmişdir. Güdən, gözləyən deməkdir. Baxmaq feli ilə eyni mənşəyə malikdir. Baxşi (şaman) sözü ilə də əlaqəli görünməkdədir. == Azərbaycan mədəniyyətində yeri == Azərbaycan xalq inancında Ay və Günəş sevgilidir. Onların sevgisi əbədidir, amma heç vaxt birləşə bilməzlər.
Pirağan
Byurakan, Pirağan — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonunda kənd olmuşdur. == Tarixi == Kəndin əvvəl adı Pirağan olub. Kənd İrəvan quberniyasının Eçmiədzin qəzasında kənd adı (133, 202). XIX əsrin sonlarından sonra adı çəkilmir. 1728-ci ilə aid mənbədə "Piraqan" kimidir [170,48]. Pir-Oğan dağının adındandır.
Pirtikan
Aşağı Pirtikan
Aşağı Pirtikan
Aşağı Pirtikan — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Talin rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 9 km şimalda, Mastara çayının yanında yerləşir. Kəndin digər adı Türk Pirtikarı (Pirtikan Türk) olmuşdur. Toponim qıpçaqların tikan etnonimi əsasında əmələ gəlmişdir. Toponimin əvvəlindəki «aşağı» sözü Azərbaycan toponimiyasında fərqləndirici əlamət bildirən söz kimi iştirak edir. Pir sözü isə dini məbəd mənasında işlənir. «Tikan tayfasının tikdiyi pirin yanındakı kənd» mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm.
Miçiqan (ştat)
Miçiqan (ing. Michigan) - Amerika Birləşmiş Ştatlarında ştat. Mərkəzi Lensinq şəhəridir. ABŞ-nin Midwest bölgəsindəki əyalətlərində biridir. Michiqan adı, bölgənin ilk sakinləri olan doğma Amerika dillərindən Ojibwe, "böyük su" və ya "böyük göl" mənasını verən mişigama sözündən yaranmışdır Michigan ABŞ-də əhali sayına görə 8-ci ən böyük əyalətdir. Ştat həm də Böyük Gölləri ilə məşhurdur. Dünyadakı ən böyük şirin su sahili var. Qeydiyyata alınan su gəmilərinə görə ABŞ ştatları baxımından 3-cü yeri tutur.
Miçiqan Universiteti
Miçiqan Universiteti (ing. University of Michigan) — ABŞ-nin ən nüfuzlu və tanınmış dövlət ali məktəblərindən biri; Miçiqan ştatının Enn Arbor şəhərində yerləşir. Dünyanın ən nüfuzlu elmi-tədqiqat mərkəzlərindən biridir. == Tarixi == Miçiqan Universiteti 1817-ci ildə Detroyt şəhərində Miçiqan ştatının qubernatoru və hakimləri tərəfindən yaradılıb. Universitetin banilərindən olmuş Con Monteyt təhsil ocağının ilk prezidenti kimi tarixə düşüb. 1837-ci ildə Miçiqan ştatının I qubernatoru Stivens Mason universitetin Enn Arbor şəhərinə köçürülməsinə nail olur. Burada universitetə 40 akrlıq (16 hektar) ərazi ayrılır. Enn Arbor şəhərində fəaliyyətə başlayan universitetdə ilk dərslər 1841-ci ildə keçirilir və burada çalışan iki professor yeddi tələbəyə dərs keçir. 1845-ci ildə Miçiqan Universitetini 11 məzun bitirir. 1871–1909-cu illərdə universitetə rəhbərlik etmiş Ceyms Encl xüsusi səy göstərərək stomatologiya, memarlıq, mühəndislik, idarəetmə və tibb fakültələrini yaradır.
Miçiqan gölü
Miçiqan gölü (ing. Lake Michigan) — ABŞ ərazisidə yerləşən Böyük göllər qrupuna daxil olan tək göldür. Yuxarı göldən cənubda yerləşir. Huron gölü və Makinak boğazı ilə birləşir. Huron və Miçiqan gölləri eyni hidroloji sistemə malik olsalar da, ayrı göllər hesab edilir. == Coğrafiyası == Miçiqan gölünün sahəsi — 57 750 km² (Böyük göllər qrupuna daxil göllərin sahəsinin ⅓ təşkil edir), uzunluğu 500 km, eni 190 km təşkil edir. Dəniz səviyəsindən hündürlüyü 177 m, ən dərin yeri 281 metrdir. İlin dörd ayı buzla örtülü olur. Adaları -Biver, Şimali Manitu, Cənubi Manitu. Gölün birbaşa Miçiqan, İndiana, İllinoys və Viskonsin ştatlarına çıxışı vardır.
Miçiqan salatı
Miçiqan salatı (ing. Michigan salad) — Miçiqanda, Detroytda və ətraf bölgələrdə restoranlarda məşhur olan salat növü. Qurudulmuş albalı, mavi pendir və salamura sousu ilə hazırlanır. Bəzi reseptlərdə mavi pendir əlavə edilməz, müxtəlif meyvələr əlavə olunar.
Pavel Pinigin
Pavel Pavloviç Pinigin - Yakutiya MSSR Çurapçin ulusu Dirinq kəndində anadan olmuşdur. SSRİ əməkdar idman ustası, Ukrayna SSR əməkdan məşqçisi. Sovetlər birliyini sərbəst güləş üzrə dünyada təmsil etmişdir. == Bioqrafiyası == Pavel Pinigin 1953-cü ildə Yakutiyada anadan olmuşdur. 1964-cü güləşlə məşğul olmağa başlamışdır. 1966-cı ildə isə Dmitriy Petroviç Korkinin baş məşqçiliyi ilə fəaliyyətini başlamışdır. 1972-ci ildə Tiflisdə keçirilən beynəlxalq yarışda ikinci yeri tutmuşdur. Elə həmin ildəcə Dünya üçüncüsü olur. 1973-cü ildə Dünya Universiyadasında ikinci yeri tutmaqla yanaşı, beynəlxalq turnirin (Medvedev adına turnir) qalibi olur. 1974-cü ildə SSRİ cempionatında gümüş medala sahiblənir.
Pavel Piniqin
Pavel Pavloviç Pinigin - Yakutiya MSSR Çurapçin ulusu Dirinq kəndində anadan olmuşdur. SSRİ əməkdar idman ustası, Ukrayna SSR əməkdan məşqçisi. Sovetlər birliyini sərbəst güləş üzrə dünyada təmsil etmişdir. == Bioqrafiyası == Pavel Pinigin 1953-cü ildə Yakutiyada anadan olmuşdur. 1964-cü güləşlə məşğul olmağa başlamışdır. 1966-cı ildə isə Dmitriy Petroviç Korkinin baş məşqçiliyi ilə fəaliyyətini başlamışdır. 1972-ci ildə Tiflisdə keçirilən beynəlxalq yarışda ikinci yeri tutmuşdur. Elə həmin ildəcə Dünya üçüncüsü olur. 1973-cü ildə Dünya Universiyadasında ikinci yeri tutmaqla yanaşı, beynəlxalq turnirin (Medvedev adına turnir) qalibi olur. 1974-cü ildə SSRİ cempionatında gümüş medala sahiblənir.
Pirican Cəbiyev
Pirican Ağahüseyn oğlu Cəbiyev (15 avqust 1928, Bakı – 17 mart 2000, Bakı) — Azərbaycanın ilk televiziya operatoru, əməkdar incəsənət xadimi (1991). == Ailəsi == Pirican Cəbiyev 1928-ci ildə Balaxanıda anadan olmuşdur. Babası Pirican Cəbiyev xırda neft sahibkarı, əmisi Həbib Cəbiyev xalq düşməni kimi repressiya qurbanları olmuşlar. Atası Ağahüseyn, qardaşı Həbib həbs edildikdən sonra uzun müddət evindən-eşiyindən didərgin düşmüş, gizli yaşamışdır. Qonşusu, o zaman Keşlə Rayon Milis Şöbəsinin rəisi Şirihüseyn Rəhimov Ağahüseynin həyat yoldaşı Mənsurə xanıma ərinin ehtiyatlı olmasını xəbərdarlıq etmişdi. Digər qonşusu isə Ağahüseynin evə gəldiyini görən kimi lazımi orqanlara məlumat verib, həbs olunmasına nail olmuşdu. 1947-ci ildə həbs edilən Ağahüseyn Cəbiyev uzaq Mordoviyaya sürgün edilmiş, orada vəfat etmişdir. Pirican Cəbiyevin Raya xanımla ailə həyatı qurmuşdur. Onun bir qız övladı- Nərgiz Cəbiyeva, üç qız nəvəsi- Fəridə , Nərminə, Təhminə Rzazadə vardır. == Fəaliyyəti == Kənd klubunda kinooperator işləyən Pirican Cəbiyev 1956-cı ildə Bakının Fioletov küçəsində yerləşən Respublika Radio Verilişləri Komitəsinə gəlir, orada xeyirxah insan, komitənin sədri mərhum Ənvər Əlibəyli ilə görüşür.
Yuxarı Pirtikan
Yuxarı Pirtikan — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talin rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 15 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim Azərbaycan toponimiyasında fərqləndirici əlamət bildirən «yuxarı» sözü ilə «dini məbəd» mənasında işlənən pir sözünün qıpçaqların tikan etnoniminə yanaşması əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 2.III.1940-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Tsaxkasar qoyulmuşdur.
İtırqan adası
İtırqan (çuk. Игынран, esk. Сиклюк) — Sakit okeana daxil olan Berinq dənizi ərazisində, Çukot yarımadası sahilində yerləşəir. Materikdən Senyavin boğazı ilə ayrılır. İnzibati cəhətdən Rusiya Feferasiyası Çukot Muxtar Dairəsinin Providenski rayonu ərazinə daxildir. == Yerləşməsi == Çukot yarımadasının cənub-şərq qutaracağı olan Çukotski burnundan şimalda, materikdən 1,5 km, Arakamçeçen adasından isə 3,8 km aralıda yerlir. Arakamçeçen adası ilə arasında yerləşən boğaz dekabr ayında donur. Boğazın buzdan azad olması iyun ayına təsadüf etsə də, buzun tam əriməsi iyul ayına təsadüf edir. Adanın sahəsi 55 km²-dir. Ada 13,5 km məsafədə uzanır.
Vorren (Miçiqan)
Vorren (ing. Warren) — ABŞ-nin Miçiqan ştatının Makom dairəsində yerləşən şəhər.
Herbert Pitman
Herbert Pitman (ing. Herbert John "Bert" Pitman; 20 noyabr 1877 – 7 dekabr 1961) — Titanik gəmisinin üçüncü ofiseri.
Miçiqan Ştat Universiteti
Miçiqan Ştat Universiteti (ing. Michigan State University) — Amerika Birləşmiş Ştatlarının Miçiqan ştatında yerləşən ali təhsil müəssisəsi. == Xarici əlaqələri == Universitetin BƏƏ-nin Dubay Əmirliyində filialı fəaliyyət göstərir.
Miçiqan Universitetinin İncəsənət Muzeyi
Miçiqan Universitetinin İncəsənət Muzeyi (ing. University of Michigan Museum of Art; qıs. UMMA) — Detroyt şəhərinin ətrafında yerləşən Miçiqan Universitetinin muzeyi. Ən böyük universitet sənət muzeylərindən biridir. 1909-cu ildə Amerika Vətəndaş Müharibəsi zamanı vəfat edən Universitet məzunlarına xatirə olaraq qurulmuşdur. Sənət kolleksiyası genişləndikcə tam hüquqlu bir muzey kompleksinə çevrildi. 2010-cu ildən etibarən Avropa, Amerika, Orta Şərq, Asiya və Afrika da daxil olmaqla təxminən 19.000 sənət əsərlərindən ibarət bir kolleksiyaya sahibdir. Sərgilər də burada keçirilir.
Böyük Tiqan qəbiristanı
Böyük Tiqan qəbiristanı (rus. Больше-Тиганский могильник) — Rusiya Federasiyasının Tatarıstan Respublikasında Alekseyev rayonunun Böyük Tiqan kəndi yaxınlığında yerləşən arxeoloji abidə. == Tarixi == 1974-cü ildə aşkar edilmiş Böyük Tiqan qəbiristanı Şərqi Avropada VIII əsrin sonu – IX əsrin birinci yarısına aid qədim macarlara məxsus ilk tədqiq olunmuş nekropoldur. Burada ölülər çoxsaylı dəfn avadanlığı – silahlar, bəzək əşyaları, qoşqu ləvazimatı və at sümükləri, gümüş dəfn maskaları ilə birlikdə dəfn olunmuşdur. Macarlara aid analoji IX-X əsrlər dəfn yerləri Dunayda da məlumdur. Bu, macarların IX əsrdə Uralyanı və Volqaboyundan qərb istiqamətində köçməsini təsdiq edir.
Pitin əjdahası (animasiya, 2016)
Pitin əjdahası (ing. Pete's Dragon) — 2016-cı ildə istehsal olunmuş ABŞ fentezi və macəra animasiya filmi. == Xarici keçidlər == movies.disney.com/petes-dragon-2016 — Pitin əjdahasının rəsmi saytı Pitin əjdahası — Internet Movie Database saytında.