Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
EISA
EISA (Extended Industry Standard Architecture - genişləndirilmiş sənaye standartı arxitekturası) – IBM-uyumlu kompüterlər üçün şin; 1988-ci ildə hesablama texnikası istehsalı sahəsində 9 aparıcı şirkət (“Doqquzlar qrupu”): AST Research, Compaq, Epson, Hewlett-Packard, NEC, Olivetti, Tandy, Wyse və Zenith şirkəti tərəfindən IBM şirkətinin MCA (Micro Channel Architecture) şininə cavab olaraq işlənib hazırlanıb. EISA şini ISA (Industry Standard Architecture) şininin imkanlarını 32 mərtəbəyədək genişləndirir və şinə birdən artıq CPU qoşmağa imkan verir. ISA ilə müqayisədə ünvan fəzası 4 Gb-dək artırılıb. EISA şini ISA şininin üstçoxluğu olduğundan ona, MCA-dan fərqli olaraq, ISA-nın 8- və 16-mərtəbəli versiyaları ilə işləmək üçün nəzərdə tutulmuş əski lövhələr qoşmaq olar. MCA şini EISA şinindən daha mükəmməl olmasına baxmayaraq, bir çox istehsalçılar EISA-nı qəbul etdilər, çünki MCA şini qapalıdır və onun bütün hüquqları IBM şirkətinə məxsus idi. Sonda IBM özü də EISA şinindən istifadə edən bir neçə maşın istehsal etdi. EISA baha olduğundan fərdi kompüterlərdə geniş yayıla bilmədi, ancaq serverlərdə geniş tətbiq olundu. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 257 s.
LiSA
Lisa (fransız musiqiçi)
Mişa
Mişa — ad. Mişa Büluri — Almaniya azərbaycanlılarından olan sənətçi, rəssam və şair. Mişa Blek — yəhudi-ingilis dizayner və arxitektor. Mişa Kross — Polşa pornoaktrisası. Mişa Kollins — Amerikalı aktyor.
Nisa
4-cü surə ən-Nisa (Qadınlar) surəsi (Mədinədə nazil olmuşdur, 176 ayədir) Surədə iman və ədalətə dəvət, keçmiş ümmətlərdən ibrət götürülməsi, Allah düşmənləri ilə dostluq rabitələrinin qırılması, yetimlərin himayəsi, izdivac və irs hökmləri, ilahi rəhbərə itaətin zəruriliyi, Allah yolunda hicrət və cihad barədə danışılır. Surənin ilk 35 ayəsində ailə məsələləri bəyan olunduğuna görə surə "Nisa", yəni "qadınlar" adlandırılmışdır. Surənin 58-ci ayəsinin Məkkədə nazil olması haqqında da iddialar yer alır.
Paşa
Paşa — Osmanlı Dövləti zamanında yüksək mülki məmurlara və polkovnikdən yüksək rütbədə olan əsgərlərə verilən ad. Bununla bərabər Osmanlı himayəsində Misir baş rəhbərlərinə də paşa titulu verilmişdir. Sözün qədim Türkcə kişi övladı mənasını verən beşə sözündən gəldiyi və ya baş ağa sözlərinin birləşməsindən yarandığı düşünülməkdədir. Bunun yanında baş ad gövdəsinə -A addan ad düzəldən quruluşum əlavə gətirilərək ən üstdə, başda olan mənasında uydurulan bir söz olduğu da düşünülür. İsgəndər Qəmə da sözün "beşə" sözündən gəldiyinə "Od" romanındakı bu sözlərlə işarə etmişdi: "Çələbi Faruk, Loğman Beş ilanın atası demək. Üç ildir ki, bunu heç bilməmişdim. Halbuki "Paşa" də anlamalıydım" Günümüzdə "Ləqəb və titulların aradan götürülməsi" haqqındakı qanun ilə qadağa olmasına baxmayaraq (26 noyabr 1934) bir çox sahədə general rütbəli zabitlər üçün geniş işlədilməkdədir. [1] Həmçinin paşa Türk mənşəli bir kəlmə olmasına baxmayaraq xarici söz birləşmələrinin tərkibində istifadə edilmişdir.
Peşa
Peşa (it. Pescia) — İtaliyanın Toskana regionunun Pistoia əyalətində 19559 nəfər əhalisi olan şəhər (kommuna). Eyni adlı çayın sahilində, Lucca ilə Florensiya arasında yerləşir. Məşhur gül bazarı sayəsində onu güllər şəhəri adlandırırlar.
Pika
Pika xəstəliyi — mərkəzi sinir sisteminin nadir, bir qayda olaraq xroniki və getdikcə şiddətlənən xəstəliyidir. Xəstəlik baş beyin qabığının əsasən alın və gicgah payının dağılması və atrofiyası ilə xarakterizə olunur. Pika dünyada aşkar edilmiş on nadir xəstəlikdən biridir. Bu xəstəliyə tutulan insanlarda kağız, sabun, torpaq, təbaşir, gil, süngər kimi maddələrə meyl yaranır. Alimlər bu xəstəliyin mineral çatışmazlığından irəli gəldiyini yəqinləşdiriblər. Bu nadir xəstəlik, insanda yeyilməsi mümkün olmayan maddələri yemək istəyi oyadır. Bu xəstəlik əsasən hamilə qadınlar və kiçik yaşlı uşaqlarda müşahidə edilir. Yeyilməsi mümkün olmayan maddələrlə qidalanmaq - qanda hansısa maddələrin çatışmazlığından əmələ gəlir. Belə xəstələr ambulator müayinədən keçərək, qan analizi verməli və dəqiq müayinə olunmalıdırlar. Bundan sonra müalicəyə başlamaq olar.
Pikşa
Pikşa (lat. Melanogrammus aeglefinus) — treskakimilər dəstəsinin treskalar fəsiləsinə aid balıq növü.
Pita
Pita — Orta Şərq, Aralıq və Balkan mətbəxlərində məşhur olan girdə bir çörək növüdür.
Pitsa
Pizza (it. pizza) — İtalyan mənşəli xəmir yeməyidir. Üzərinə bir çox ərzaq məhsulu qoyula bilər. Pendir, sosis, pomidor, kolbasa, bibər, zeytun, qarğıdalı kimi əsas ərzaqlarla yanaşı, bir çox fərqli məmulatların qoyulduğu pizzalar da var. Xüsusilə, ana vətəni olan İtaliyada və Amerika Birləşmiş Ştatlarında bir çox pizza növü yaradılmışdır. Dünyanın bir çox yerində pizza evə çatdırma xidməti vasitəsilə gətirildiyi üçün istehlak səviyyəsi olduqca yüksəkdir. Ola bilər ki, əsl pizza Qədim Yunanıstanda meydana gəlmişdir. Rasional yunanlar xəmiri şirə ilə yoğururmuşlar, bu xörək onlar üçün azuqə mənasını ifadə edirmiş. Əldə olunan yeməyi onların allahları sayılan Elladaya göndərirmişlər. Yunanların vaxtıilə hazırladığı bu pizza "plakuntos" adlandırılırmış.
Piza
Piza (it. Pisa) — İtaliyanın Toskana əyalətində yerləşən şəhər. Pyatsa dei Mirakolidə məşhur Piza qülləsi və içərisində yerləşən Piza Kafedralı bu şəhərdə yerləşir.
Pişi
Pişi və ya baursaq – Mərkəzi Asiya, Monqolustan, Orta Şərq, türk mətbəxində qızartma xəmir yeməyi. Qırğız, qazax, türk kimi müxtəlif növləri var. Pişinin hazırlanmasında un, su, duz və mayadan istifadə olunur. Lakin şəkər, bal, mürəbbə, yağdan da istifadə oluna bilər. Bütün ərzaqlarla hazırlanan xəmir mayalanmaya buraxılır və kündələr hazırlanır. Kündələr qızğın yayda qızardıldıqdan sonra servis edilir. Qars vilayətində saçaqlı pendirlə birlikdə süfrəyə verilir. Dünyada ən böyük pişi 20 aprel 2014-cü ildə Rusiyanın Ufa şəhərində hazırlanmışdır. Pişinin hazırlanmasında 1006 yumurtadan, 25 kiloqram şəkərdən, 70 kiloqram undan, 50 kiloqram baldan istifadə olunmuşdur, çəkisi isə 179 kiloqram idi.
Pusa
Nerpa (lat. Pusa) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinə aid heyvan cinsi.
Şisa
Şisa (シーサー) – Ryukyu mədəniyyətində şirə oxşar dekorativ heykəlciklər. Ənənəvi Okinava evlərinin damlarında və girişlərində qoyulur. Müasir Okinava mədəniyyətinin talismanı hesab olunduğu üçün turistlər kiçik versiyalarını suvenir kimi alırlar. Şisanın mənşəyi qədim Çində hazırlanan şir heykəlləri ilə bağlıdır. Şirlər cəsarət və güc simvolu hesab olunduğu üçün hökmdarların gücünü simvolizə edirdi. Ryukyu adalarında şirlər yaşamasa da, Çinlə ticarət əlaqələri sayəsində əhali şir heykəlləri ilə tanış olmuş və şirləri şəri qovan mifik varlıqlar hesab etmişdir. Bu səbəbdən şisalar tam olaraq şirə oxşamırlar, hətta Yaponiyadakı şinto məbədlərində qoyulan şir-it heykəllərinə oxşayırlar. Okinavanın şimalında və Yaeyama adalarında "şisa" əvəzinə "şişi" sözündən istifadə olunur. Qədim yapon dilində "şişi" sözü şir demək idi. Lakin Çin dilində də "şitsi" sözü şiri bildirdiyi üçün bu sözün Çinin təsiri ilə yarandığı və daha sonra "şisa" sözünə təkamül etdiyi düşünülür.
İsa
İsa (ən tezi e.ə. 6 və ən geci e.ə. 4, Beytləhm, Roma imperiyası – 7 aprel 30 və ya 3 aprel 33) — İsa Məsih, Nazaretli İsa və bir çox başqa adlarla tanınan, birinci əsrdə yaşamış yəhudi təbliğçi və dini lider. O, dünyanın ən geniş yayılmış dini olan Xristianlığın əsas simasıdır. Əksər xristianlar İsanın Tanrının Oğlu və Əhdi-Ətiqə əsasən zühur etməsi gözlənilən peyğəmbər Məsih olduğuna inanırlar. Antik dövrlə məşğul olan bütün müasir elm adamları İsanın tarixən mövcud olması ilə razılaşır. İsanın həyatı haqqında məlumatlar İncillərdə, xüsusən də Əhdi-Cədiddəki dörd kanonik İncildə öz əksini tapır. Akademik araşdırmalar İncillərin tarixi etibarlılığına və onların İsanı tarixi bir şəxsiyyət olaraq nə dərəcədə düzgün əks etdirməsinə dair müxtəlif fikirlər ortaya qoyub. Səkkiz günlük ikən sünnət edilən və yetkinlik yaşına çatanda Vəftizçi Yəhya tərəfindən vəftiz olunan İsa 40 gün, 40 gecə səhrada oruc tutduqdan sonra öz xidmətinə başladı. Səyyah müəllim olduğu üçün onu adətən “ravvin” adlandırırdılar.
Fuad Paşa
Fuad Paşa (türk. Keçecizade Mehmet Emin Fuat Paşa; 1814-1868) — XIX əsrin ikinci yarısında Türkiyənin dövlət xadimlərindən biri. Mirzə Fətəli Axundovun yeni əlifba layihəsi Türkiyədə müzakirə ediləndə, 1863-cü ildə o, əvvəlcə bu islahatı bəyənmiş, baş nazir olduqdan sonra isə M.F. Axundova kömək etməkdən boyun qaçırmışdır.
Fəxrul Nisa
Fəxrul Nisa (1091, Bağdad - 1179 Bexda) — Kürd əslli hədis alimi, atasının adı Ahmət bin əl-Fərəc bin Ömər əl- Dinavəri'dir. Əbi Xəttab əl-Batırvani, Əbi Abdullah əl-Hüseyn bin Əhməd əl-Neabi və Talha bin Məhəmməd əl-Zeynəbi kimi bir çox alimdən dərs aldı.
Hacı Paşa
Hacı Mehmed Paşa — padşah Orxan Qazi səltənətində təxminən 1348-1349 müddətində sədrəzəmlik edən Osmanlı dövlət adamıdır. Haqqında çox da bilgi yoxdur. 1348 tarixində sədrəzəmliyə gətirilmiş, 11 il bu vəzifədə qalaraq 1359 tarixində yerinə Sinanüddin Fakih Yusif Paşa gətirilmişdir.
Hızır Paşa
Hızır Paşa — Misir və Budin bəylərbəyi, Osmanlı vəziri == Həyatı == == Mənbə == Sicill-i Osmani VI, səh.
Həmzə Paşa
Həmzə Paşa (ö. 1699) — IV Mehmed səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. == Həyatı == Doğum tarixi haqqında məlumat yoxdur. Əndərunda təlim-tərbiyə edildikdən sonra Sultan Mehmedin anası Validə Turhan Sultanın kəndxudası olaraq illərlə sarayda xidmət etdi. Bu vəzifədə ikən paşa ünvanı aldı. Ancaq 1683-cü ildə Validə Turhan Sultanın vəfatının ardından orduya dəvət edildi və 1684-cü ilin yanvarında Misir bəylərbəyi oldu. 1687-ci ilin martında vəzifədən alındı və bir il sonra Şam, 1698-ci ildə isə Tərabülüs əş-Şam bəylərbəyi təyin edildi. Ancaq son vəzifə yerinə çatdıqdan qısa müddət sonra vəfat etdi. İdarəçilikdə bacarığının olmadığı, Numan bəy (ö. 1717) adlı oğlunun olduğu məlumdur.
Həsən paşa
Həsən paşa (v. 1770, Ukrayna) — 1759-cu ildə atasının yerinə paşa olmuş, sonra elə həmin il paşalıqdan kənarlaşdırılıb yerinə İbrahim paşa gətirilmişdir. Lakin xalqın 1761-ci ildə üsyan etməsindən sonra yenidən paşalığa qaytarılmışdır. Rus-Osmanlı müharibəsi dövründə Ukraynaya göndərilmiş, Xotin qalasını müdafiə etmişdir.
Kisa hədisi
Ali-Əba və ya Kisa hədisi (ərəb. حديث الكساء‎) — Məhəmməd peyğəmbərin üstündə əbası olduğu halda əbanın altına Fatiməni, Əlini, Həsəni və Hüseyni alması və Əhzab surəsinin 33-cü ayəsini oxuması barəsindədir. == Sünni mənbələrində == Müsəlman, Sünnilərin ən mötəbər hesab etdikləri Səhihi-Müslim kitabında Peyğəmbərin zövcəsi Ayişədən nəql olunur: "Bir gün Peyğəmbər kürəyində əba ilə evdən çıxdı. Onu görən Həsən yanına getdi, Peyğəmbər ona əbasının altına girməsini söylədi. Sonra Hüseyn gəldi, Peyğəmbər onu da əbasının altına aldı. Daha sonra Fatimə gəldi, Peyğəmbər onu da əbasının altına aldı. Daha sonra Əli gəldi, Peyğəmbər onu da əbasının altına aldı. Sonra peyğəmbər "Ey əhli-beyt!
Ksavye Bişa
Mari Fransua Ksavye Bişa (fr. Marie François Xavier Bichat; 14.11.1771, Tuarett – 22.7.1802, Paris) — fransız həkimi, anatomu, fizioloqu; patoloji anatomiya və histologiyanın banilərindən biri. == Fəaliyyəti == Tibb elmini Lionda və Parisdə öyrənmişdir. 1800-cü il dən Parisin “Hotel-Dieu” xəstəxanasında işləmişdir. İnsan bədəninin toxu maları haqqında ümumi anatomiya adlanan təlimi yaratmış və buna görə də fizioloji təbabətin banisi sayılır. Toxumaları həyatın əsas struktur və fizioloji vahidləri – bütün həyati (o cümlədən xəstələnmə) proseslərin daşıyıcıları hesab edirdi. Tibb elminə “toxuma” və “sistem” terminlərini daxil etmişdir. Dərkedilməz və canlını cansızdan fərqləndirən “həyat gücü”nün mövcudluğunu qəbul etmişdir.
Lajoş Poşa
Lajoş Poşa (mac. Pósa Lajos; 9 aprel 1850 – 9 iyul 1914, Budapeşt) — Macarıstan şairi və yazıçısı. O, uşaq ədəbi jurnalının yaradıcısı və redaktoru olmuşdur.
LiSA (müğənni)
Risa Oribe (織部 里沙, Oribe Risa, d. 24 iyun 1987) və ya səhnə adı ilə LiSA (Live Is Smile Always ifadəsinin qısaltması) — Aniplex şirkəti üçün fəaliyyət göstərən Yaponiya pop müğənnisi və söz yazıçısı. Yaponiyanın Gifu prefekturasının Seki şəhərində anadan olmuşdur. Erkən yaşlarda musiqiçi olmağa qərar vermiş və musiqi karyerasına Chucky adlı indi qrupunda başlamışdır. Musiqi qrupunun 2008-ci ildə fəaliyyətini dayandırmasından sonra LiSA solo karyerasını davam etdirmək üçün Tokio şəhərinə köçmüşdür. 2010-cu ildə əsas debütünü etmişdir: uydurma Girls Dead Monster qrupunun iki vokalistindən biri kimi "Angel Beats!" anime serialı üçün mahnılar ifa etmişdir. 2011-ci ilin aprelində "Letters to U" adlı mini-albomunu buraxaraq solo debütünü etmişdir. LiSA 2010-cu ilin avqustunda Animelo Summer Live festivalında, 2012-ci ildə isə Anime Expo tədbirində çıxış etmişdir. Anime Festival Asia tədbirinin daimi qonağıdır. LiSA-nın mahnıları "Sword Art Online", "Fate/Zero" və "Demon Slayer" kimi bir çox anime seriallarında səsləndirilmişdir.
РИА Новости
RİA Novosti — Rusiyanın dövlət informasiya agentliyi. 2013-cü ildə ləğv olunaraq onun bazasında “Rossiya Seqodnya” (Rusiya bu gün) beynəlxalq informasiya agentliyi yaradılır. İnformasiya agentliyinin əsas fəaliyyət istiqamətinin Rusiya Federasiyasının dövlət siyasətini və ictimai həyatını xaricdə işıqlandırmaqdır. Dünyanın ən böyük media holdinqlərindən biri sayılır, mərkəzi qərargahı Moskva şəhərində yerləşir.
ПМА "В-1" və ПМА "В-2" aşqarları