Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Plato
Plato — dəniz səviyyəsindən xeyli hündürdə yerləşən, səthi hamar və və ya dalğalı, ətrafındakı düzənliklərdən dik yamaclarda ayrılmış yüksəklikdir. Məs: Xəzər dənizi ilə Aral gölü arasında yerləşən Üst-Yurt platosu. Plato həm üfüqi yatmış süxur laylarından, həm də çox kəsilib parçalanmış relyefin lava ilə örtülməsindən əmələ gəlmişdir.
Pluto
Pluton (134340 Pluto; simvolı: , və ya ) — Günəş ətrafında dövr edən ən kiçik cırtdan planetlərdən biri. Kəşf edildiyi 1930-cu ildən 2006-cı ilədək planet kimi qəbul edilən Pluton, hal-hazırda Koyper qurşağında Eridadan sonra ikinci böyük obyekt hesab edilir. 1930-cu ildən 2006-cı ilədək Pluton Günəş sistemində doqquzuncu planet kimi qəbul edilirdi. Ancaq XX əsrin sonları və XXI əsrin əvvəllərində Günəş sistemində plutonsayağı xeyli səma cismi kəşf edildi. Onlardan Erida kütlə baxımından Plutondan 27% böyükdür. 24 avqust 2006-cı ildə Beynəlxalq Astronomiya İttifaqı özünün XXVI assambleyasında ilk dəfə olaraq "planet" anlayışına tərif verdi. Pluton bu tərifdə deyilən əsaslara uymadığından o planet kateqoriyasından kənarda qaldı. NASA 19 yanvar 2006-cı ildə Plutonun kəşfi üçün "New Horizons" adlı qurğunu kosmosa göndərdi. Həmin qurğu 9 il sonra yəni, 14 iyul 2015-ci ildə Plutona 12000 km yaxınlaşaraq planetin fotosunu çəkib. Xatırladaq ki, Plutonun fotosu dünyadan 5 milyard km uzaqda çəkilib.
Plоçe
Plоçe (xorv. Ploče) — Xorvatiyanın Adriatik dənizi sahilində yerləşən bir şəhərdir. Bölgə əhəmiyyətli bir limandır. Dуbrоvniçkо-Neretvаnskаya vilayətində yerləşir. Əhalisi (2011-ci il siyahıyaalma məlumatlarına görə) 10,135 nəfərdir.
Polyo
Polyö (fr. Pollieu) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqritisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Logo
Loqo (en. Logo) – çox zaman uşaqlara proqramlaşdırmanı öyrətmək üçün istifadə olunan, ilkin olaraq 1968-ci ildə Massaçusets Texnologiya İnstitutunda (ABŞ) Seymur Papert (Seymour Papert) tərəfindən işlənib hazırlanmış proqramlaşdırma dili. LOQO-da xüsusi komandalar icraçısı – Bağa nəzərdə tutulub. Canlı tısbağa qum üzərində hərəkət edərkən iz qoyduğu kimi, Bağa da yerini dəyişən zaman iz qoya bilər; onun bu bacarığından ekranda fiqurlar çəkmək üçün istifadə olunur. Bağanın davaranışını müşahidə etməklə verilən hər bir komandanın mənasını asanca görmək olar. Bununla da təkcə proqramlaşdırma dilinin vasitələrini deyil, həm də alqoritmləşdirməni asanca öyrənmək olar. Bağa "obyekt-fikir" əlaqəsini təmin edir ki (əvvəlcə döşəmədə sürünən mexaniki tısbağa, sonra isə kompüterin ekranında onun şərti görüntüsündən istifadə olunurdu), bu da LOGO dilinə gözəllik və cazibədarlıq verir. Bağa çox mühüm keyfiyyətə malikdir: onun "istiqaməti" var ki, bu da özünü onunla eyniləşdirməyə və proqramın işinin əsas məntiqini asanca başa düşməyə imkan verir. İlkin komandalar çox sadədir: onlar Bağanın neçə addım və məhz hansı istiqamətə (irəli, sağa, sola, geri) yerini dəyişməyi göstərir. Bağaya "hərəkət etməyi", yaxud "düşünməyi" öyrətmək, öz hərəkət və fikirlərini anlamağa vadar edir, buna görə də proqramlaşdırmanı öyrənmə prosesi daha səmərəli olur.
Loqo
Loqo (en. Logo) – çox zaman uşaqlara proqramlaşdırmanı öyrətmək üçün istifadə olunan, ilkin olaraq 1968-ci ildə Massaçusets Texnologiya İnstitutunda (ABŞ) Seymur Papert (Seymour Papert) tərəfindən işlənib hazırlanmış proqramlaşdırma dili. LOQO-da xüsusi komandalar icraçısı – Bağa nəzərdə tutulub. Canlı tısbağa qum üzərində hərəkət edərkən iz qoyduğu kimi, Bağa da yerini dəyişən zaman iz qoya bilər; onun bu bacarığından ekranda fiqurlar çəkmək üçün istifadə olunur. Bağanın davaranışını müşahidə etməklə verilən hər bir komandanın mənasını asanca görmək olar. Bununla da təkcə proqramlaşdırma dilinin vasitələrini deyil, həm də alqoritmləşdirməni asanca öyrənmək olar. Bağa "obyekt-fikir" əlaqəsini təmin edir ki (əvvəlcə döşəmədə sürünən mexaniki tısbağa, sonra isə kompüterin ekranında onun şərti görüntüsündən istifadə olunurdu), bu da LOGO dilinə gözəllik və cazibədarlıq verir. Bağa çox mühüm keyfiyyətə malikdir: onun "istiqaməti" var ki, bu da özünü onunla eyniləşdirməyə və proqramın işinin əsas məntiqini asanca başa düşməyə imkan verir. İlkin komandalar çox sadədir: onlar Bağanın neçə addım və məhz hansı istiqamətə (irəli, sağa, sola, geri) yerini dəyişməyi göstərir. Bağaya "hərəkət etməyi", yaxud "düşünməyi" öyrətmək, öz hərəkət və fikirlərini anlamağa vadar edir, buna görə də proqramlaşdırmanı öyrənmə prosesi daha səmərəli olur.
POWO
Onlayn Dünya Bitkiləri (ing. Plants of the World Online) — Royal Botanika Bağları, Kyu tərəfindən yayılan onlayn məlumat bazası. 2020-ci ilə qədər elmə məlum olan bütün toxumlu bitkilər haqqında məlumat toplamaq məqsədilə 2017-ci ildə yaradılıb. İlkin dövrlərdə diqqət əsasən tropik Afrika florası, xüsusilə Zambiya, tropik Qərbi Afrika florası və tropik Şərqi Afrika florasına yönəlmişdir.
Plov
Plov və ya aş — düyü əsasında xörək. Azərbaycanda plovun 200 növü var və plov Azərbaycan və Özbək mətbəxinin şahı sayılır. Özbək plovu kök, soğan və digər məhsulların qarışığı ilə hazırlanır. Özbək plovundan fərqli olaraq Azərbaycanda plovlar qarışıq olmur (çəkmə plovlar istisna olmaqla). Azərbaycan plovu — ayrıca zəfəranla (və ya sarıköklə) dəmlənmiş düyü və plovun yanında verilən xuruşdan ibarətdir.Xuruş əsasən quş və ya qoyun ətindən hazırlanır. Üzərinə albuxara, şabalıd, kişmiş, ərik qurusu əlavə edilir. Plovun qarasına mütləq turş meyvələrdən qatılır, fisincan plov bişiriləndə isə plovun qarasına abqora, sirkə, nar ya sumaq suyu tökülür. Əlavə olaraq bir çox plovların yanında turşu xiyar, badımcan, sarımsaq da verilir. 1850-ci ildə Azərbaycanda plov yemiş İ. Berezni yazır ki: "Hörmətli adamlar plova vacib əlavə kimi, badam, mixək, darçınla doldurulmuş badımcan və turşuya qoyulmuş sarımsaq verirlər". Plovun üstündən ya bir qab ayran içilir, ya bir fincan iskəncəbi.
Polo
Polo — top ilə komanda şəklində oynanılan atüstü idman növü. Oyunçular topu meydançada xüsusi polo taxtası vasitəsi ilə hərəkət etdirirlər. Müasir polo oyununa bənzər qədim çövkən oyunu Şərqdə, o cümlədən də Azərbaycanda çox məşhur idi. XIX əsrdə Hindistandan İngiltərəyə gətirilən bu oyun getdikcə inkişaf etdirilmiş, yeni qaydalar əsasında Amerika və Avropa ölkələrində yayılmağa başlamışdır. Məhz ingilislərin təşəbbüsü ilə çövkən oyunu polo adı altında ilk dəfə 1900-cü ildə Parisdə keçirilən II Olimpiya Oyunlarının proqramına daxil edilmiş, beləliklə, Qərb sivilizasiyasında bu ad təsbit edilmişdir. Parisdə üç ölkənin 5 polo komandası iştirak etmişdir. Növbəti dəfə polo oyunu Olimpiya oyunlarının proqramına 1908-ci ildə Londonda, 1920-ci Antverpendə, 1924-cü Parisdə və 1936-cı ildə Berlində keçirilən Olimpiya oyunlarında oynanılmışdır. 2013-cü ildə Bakıda ilk dəfə olaraq polo üzrə dünya kuboku yarışları keçirildi. Binə atçılıq mərkəzində keçirilən yarışda Azərbaycanla yanaşı ABŞ, Argentina, Böyük Britaniya və digər ölkələrdən olan 8 komanda çempionluq uğrunda mübarizə aparırdı. Polonun adı italyan səyyah Marko Polonun adı ilə bağlıdı.
Euseius plazo
Euseius plazo (lat. Euseius plazo) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Google Photo
Google Şəkillər - Google tərəfindən şəkil, video paylaşmaq və saxlamaq üçün yaradılan xidmətidir. 2015-ci ildə rəsmi olaraq bəyan edildi və Google+dan ayrıldı. == Xidmət == Google Şəkillər Google tərəfindən hazırlanan şəkil, video paylaşma və saxlama xidmətidir. Yeni Google Şəkillər limitsiz şəkil, video saxlamaq qabiliyyətinə və Android, iOS üçün program və brauzer xidmətlərinə malikdir. İstifadəçilər bulud xidmətinə şəkillərini yükləye və servisə bağlı bütün cihazlarda bu şəkillərə baxa bilərlər. Google Şəkillər analizlər və qruplar halınde görüntüləri rədaktə edir. Programın axtarış pəncərəsindən, istifadəçilər üçün əsas kateqotiyada axtarışlar göstərilmişdir. O kateqoriyalar bunlardır: İnsanlar, Yerlər və Əşyalar. Servis İnsanlar kateqoriyasında bir-birinə bənzəyən üzləri analiz edir və qruplaşdırır. Server Rəhbər kateqoriyasında coğrafi etiketləmə məlumatlarından istifadə edir, amma eyni zamanda vacib yerlər üçün analiz edərək köhnə şəkillərdə yerləri tapa bilər.
Kloto zülalı
Kloto zülalı — β-qlukuronidaza (К.Ф.3.2.1.31 ) bir sıra reseptorlarla qarşılıqlı təsirdə olan, orqanizmin insulunə qarşı həssaslığını tənzim edən transmembran zülaldır. == Kəşf tarixi == Kloto geni ilk dəfə 1997-ci ildə yapon alimləri tərəfindən kəşf edilmiş və yunan mifologiyasında ömrün ipini əyirən mələyin şərəfinə Kloto adlandırılmışdır. Yaşlandıqca orqanizmdə Klotonun miqdarı azalır. Təcrübə heyvanlarında Klotonun miqdarı yüksəldikcə ömrün uzunluğu artır, əksinə nokaut siçanlarda zülalın olmaması qocalmanı sürətləndirir. Aparılan tədqiqatlar göstərir ki, siçan və insanların Klotho zülalında 1014 amin turşusu var. İnsanla siçanın Klotho geni 86% oxşardır. İnsanda bu gen 13-cü xromosomda yerləşir: 5 eqzonu, 4 intronu var. Klotho proteini I tip transmembran zülallara aid edilir. Quruluşuna görə Klotho zülalının N və C terminalı (ucları) var. C terminalı transmembrana bitişikdir.
Paolo Covio
Paolo Ciovyo (it. Paulo Jovio; 19 aprel 1483 – 11 dekabr 1552) — italyan həkim, tarixçi, bioqraf və yepiskop. == Erkən həyatı == Ciovyonun gəncliyi haqqında çox az məlumat var. O, Komoda doğma sakin idi. Ailəsi Komo gölünün Isola Komaçina adasından idi. Notarius olan atası 1500-cü illərdə vəfat etmişdir. Böyük qardaşı Françeskonun təsiri altında humanizm və tarix təhsili aldı. Ədəbiyyatla maraqlansa da Paduaya tibbi öyrənmək üçün göndərildi. 1511-ci ildə məzun oldu. == Karyerası == Ciovyo Komoda həkim olaraq fəaliyyət göstərdi, lakin bu şəhərdə vəba xəstəliyi yayıldığı zaman Romaya köçdü, 1513-cü ildə orada məskunlaşdı.
Paolo Gentiloni
Paolo Gentiloni Silveri (it. Paolo Gentiloni Silveri; d. 22 noyabr 1954, Roma) — italyan siyasətçisi və dövlət xadimi. İtaliyanın baş naziri (12 dekabr 2016-cı ildən). == Həyatı və siyasi fəaliyyəti == Paolo Gentiloni 22 noyabr 1954-cü ildə İtaliyanın paytaxtı Roma şəhərində anadan olmuşdur. Roma Sapienza Universitetinin siyasət fakültəsində ali təhsil almış və oranı jurnalist kimi bitirmişdir. 11 dekabr 2016-cı ildə İtaliya prezidenti Sergio Mattarella Matteo Renzinin istefasından sonra Paolo Gentiloniyə yeni hökumət formalaşdırmağı tapşırdı. 12 dekabr 2016-cı ildə Gentiloni baş nazir vəzifəsinin icrasına başladı. 10 yanvar 2017-ci ildə Fransua Olland ilə danışıqlardan sonra Parisdən qayıdarkən özünü pis hiss edən baş nazir Paolo Gentiloni Gemelli adlı Romadakı hospitala yerləşdirildi. Cərrahiyyə əməliyyatı zamanı tac damarları bərpa edildi.
Paolo Maldini
Paolo Maldini (26 iyun 1968[…], Milan) — keçmiş İtaliya futbolçusu və İtaliya milli futbol komandasının müdafiəçisi. 26 iyun 1968-ci ildə İtaliyanın Milan şəhərində anadan olmuşdur. Hal-hazırda üç nömrəli forması Milanda müzeydədir. == Klub Karyera == 26 iyun 1968-ci ildə İtaliyanın Milan şəhərində anadan olmuşdur. Uşaqlıqdan futbola maraq göstərən Maldini Milan seçmələrinə girib qazanmışdı.Profesyanaı futbol karyerasına 1984-cü ildə Milanda başlayıb. Bütün futbol karyeri boyunca Mİlanda oynayıb. Milanda başladı,Milanda parladı və Milanda bitirdi. İtaliyada ən yaxşı müdafiəçi olmuşdur. 3 nömrəli müdafiəçi dəfələrlə Milana Çempionluq verib. Beləki o, Milanda iki dəfə EUROPAPOKAL DER LANDESMEİSTER SİEGER ,üç dəfə Çempionlar liqi ,yeddi dəfə İtalyan liqi ,bir dəfə ITALİENİSCHER POKALSİEGER , beş dəfə ITALİENİSCHER SUPERPOKALSİEGER, bir dəfə Fifa, bir dəfə COPPA ITALİA, dörd dəfə UEFA medallarını qazanıb.
Paolo Neqro
== Bioqrafiyası == Neqro "A" Seriyasında 1990-cı il oktyabrın 28-də, 18 yaşı olarkən debüt edib. O, "Boloniya"da çıxış edirdi. "Rossoblu" ilə yanaşı, Paolo "Breşiya"da da təcrübə yığıb. Oradan isə 1993-cü ildə Romanı fəth etməyə gedib. Müdafiəçini "Latsio" gözaltı etmişdi. Neqro uzun illər paytaxtlılara sadiq qaldı. Bu illər ona "skudetto"nu, eləcə də həm daxili, həm də xarici arenada bir neçə kubok qazandırdı. Paolonun aktivində həmçinin İtaliya yığmasında 8 oyun var. O, "Skuadra Azzura"da debüt matçını 1994-cü il noyabrın 16-ca Xorvatiya millisi ilə keçirib. 2005/06-cı illər mövsümündə Neqro "Latsio"dan daha az tanınan "Syena"ya üz tutdu.
Paolo Nutini
Paolo Nutini (d. 9 yanvar 1987, Peysli) Şotlandiya doğumlu müğənni. Atası İtaliya, Toskana əsilli olmasına baxmayaraq, anası əslən Böyük Britaniyadandır. Nutininin çıxış albomu These Streets, 2006-cı ilin iyul ayında İngiltərədə çıxmışdır. Albomda Last Request, Jenny Don't Be Hasty və New Shoes kimi mahnılar yer almışdır.
Paolo Pulici
Paolo Pulici (it. Paolo Pulici; 27 aprel 1950) — Keçmiş italiyalı futbolçu. Mövqeyi hücumçu olub. Karyersını bitirdikdən sonra məşqçi kimi çalışıb. == Klub karyerası == 1966-cı ildə Paolo "Lenyaano" klubunda debut edərək burada bir mövsüm keçirir. Bu komandada meydana çıxdığı yeganə oyununda "Torino" klubunun diqqətini cəlb edir. Futbolçu 1967-ci ildə "Torino" klubuna dəvət edilir. Növbəti 15 mövsümü "Torino"da keçirərək klubun hücum xəttinin əsas oyunçusu çevrilir. Futbolçu "Torino"nun heyətində İtaliya çempionatda ortalama oyun başına 0.4 qol vurmaqla komandanın əsas bombardirlərdən biri olub. "Torino"da oynayarkən İtaliya Çempionluğu və İtaliya Kubokunu qazanıb.
Plato departamenti
Plato departamenti — Beninin 12 departamentindən biri. == Ərazisi == Plato departamentinin ərazisi 3 264 km2-dır. Plato departamentinə 5 şəhər daxilidir. == Əhalisi == 2013-cü ilə olan məlumatlara əsasən Plato departamentinin əhalisi 624 146 nəfərdir.
Plato ştatı
Plato ştatı (ing. Plateau State) — Nigeriyanın Şimal-mərkəzi geosiyasi zonasında ştat. == Adı == Ştatın adı onun ərazisində yerləşən Cos dağlıq platosundan (yayladan) gəlir.
Plomb (stomatologiya)
Plomb — çürük nəticəsində zərər görmüş olan dişə normal funksiyalarını görünüşünü qazandırma üsuluyla edilən bir diş müalicəsidir. Diş plomb edilərkən, əvvəl çürümüş diş toxumasını diş üzərindən uzaqlaşdırır. Sonra diş çürüyü ilə təsirlənmiş sahəsi tənzimlənər və boşluq plomb vasitəsilə doldurularaq tamamlanır. Bakteriyaların təkrar girə bilmə ehtimalı olan boşluqları plomb ilə bağlayaraq çürüyün irəliləməsini də maneə törədilməyə çalışılır. == Plombun növləri == Plomb üçün istifadə edilən vəsaitlər aşağıdakılardır: Qızıl Farfor Kompozit Qatran (diş rəngində plomb) Amalqama (civə, gümüş, mis, qalay və bəzən sink xəlitəsdə). == Dişin növlərinin xüsusiyətləri == Amalgam (gümüş) plomblar, aşınmağa qarşı müqavimətlidir və nisbətən daha ucuz bir plomb növüdür. Bununla birlikdə, tünd rənglərindən ötəri, farfor və ya digər kompozit bərpalara görə daha fərq edilər xüsusiyyətdədir və ümumiyyətlə ön dişlər kimi görünər bölgələr üçün uyğun deyil. Kompozit qatran - diş ilə eyni rəngdədir və bu səbəblə təbii görünüş istəndiyində istifadə edilər. Vəsaitlər qarışdırılar və doğrudan boşluğun içinə yerləşdirilərək burada sərtləşməyə buraxılar. Kompozit, zamanla qırılıb aşına biləcəyindən ötəri böyük plomblar üçün ideal bir vəsait olmağa bilər..
Plora pavilyonu
Flora pavilyonu (fr. Pavillon de Flore) — Parisdə yerləşən Luvr sarayının bir hissəsi olmaqla Kral körpüsünün yanında yerləşir. 1607-1610-cu illərdə kral IV Henrixin sifarişi ilə inşa edilmiş pavilyon Tüliri və Luvr sarayları arasında keçid kimi nəzərdə tutulmaqla Tüliri sarayının şimalında, Luvr sarayının Böyük qalereyasının isə şərqində yerləşir.1864-1868-ci illərdə pavilyon Hektor Lefuel tərəfində III Napoleon stilində tamamilə yenidən qurulmuşdur. Luvr sarayının fasadındakı ən məşhur heykəl hesab edilən Jan-Batist Karponun “Floranın triumfu” heykəli pavilyonun cənub fasadının mərkəzi frontonuna həmin dövrdə əlavə edilmişdir. 1871-ci ildə Tüliri sarayı Paris Kommunası tərəfindən yandırılmış, bundan sonra 1874-1879-cu illərdə Lefuel tərəfindən pavilyona cənub pavilyonuna bənzər şimal pavilyonu əlavə edilmişdir. Hazırda Flora pavilyonu Luvr muzeyinin tərkibinə daxildir. == Yerləşməsi == Flora pavilyonu Luvr sarayına bitişik, Parisin Mərkəzində, Sena çayının sağ sahilində (fr. Rive Droite) yerləşir. Pavilyon, Leopold Sedar Senqor körpüsü və Karruzel körpüsü arasında yerləşən və Fransua Mitteran səddinə (əvvəllər Luvr səddi adlandırılmış, 26 oktyabr 2003-cü ildə adı dəyişdirilmişdir) birləşən Kral körpüsünün düz yanındadır. == Tarixi == === IV Henrix və böyük dizayn === Flora pavilyonu IV Henrix dövründə hazırlanmış və Luvr sarayı ilə Tüliri sarayını inşa ediləcək iki böyük qanad vasitəsiylə birləşdirməyi nəzərdə tutan geniş planın tərkibinə daxil idi.
Pluto (okeanida)
Pluto (yun. Πλουτώ) — yunan mifologiyasında mifik personaj, okeanida, titanlar Okean və Tefidanın qızı.
Pluto (personaj)
Pluto (ing. Pluto, ing. Pluto the Pup) — 1930-cu ildə "Walt Disney Animation Studios" şirkəti tərəfindən yaradılan cizgi filmi personajıdır.
Poopo gölü
Poopo gölü (isp. Lago Poopó) — Duzlu göl olaraq Boliviya ərazisində Oruro şəhərindən 130 km cənubda yerləşir. Göl dəniz səviyyəsindəm 3686 m hündürlükdə yerləşir. Göl dayazlığı ilə fərqlənir (3 metrdə az). Bu səbəbdən quraq mövsümlərdə yağıntının miqdarı gölün səviyəsinə öz təsirini göstərir. Gölün səthinin sahəsi 1100 – 2500 km² arasında dəyişir. Bu baxımdan Cənubi Amerika ərazisində ən iri duzlu göllərdən biridir. Ortalama sahəsi 1340 km² təşkil edir. Göl ən böyük səviyyəyə 1940-cı illərdə catmışdır. 1962-ci ilə qədər gölə Titikaka gölündən gələn Desaquadero çayı axırdı.