Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Leonid Qovorov
Leonid Aleksandroviç Qovorov (22 fevral 1897[…] – 19 mart 1955[…], Moskva) — sovet hərb xadimi, Sovet İttifaqı Marşalı, Sovet İttifaqı Qəhrəmanı. == Həyatı == === Erkən həyatı === Leonid Qovorov 22 fevral 1897-ci ildə Rusiya imperiyasının Vyatka quberniyasında kəndli ailəsində anadan olub. Atası— Aleksandr Qriqoryeviç Qovorov gəmiçi olub. Anası—Mariya Aleksandrovna Qovorov (Panfilova) isə evdar qadın olub. Leonid Qovorovların dörd oğlundan ən böyüyü idi. Leonid Qovorov 1916-cı ildə Petroqrad Politexnik İnstitutunun gəmiqayırma şöbəsinə daxil olur. 1916-cı ilin dekabr ayında hərbi xidmətə çağırılır. 1917-ci ilin iyun ayında Leonidə leytenant rütbəsi verilir və o, Tomsk qarnizonunun kiçik zabit heyətində batareya komandiri olur. 1918-ci ilin mart ayında Leonid ordudan tərxis olunur və valideynlərinin yanına qayıdır. == Mükafatları == Qızıl Ulduz medalı (27.01.1945) "Lenin" ordeni (1941; 1942; 27.01.1945; 21.02.1945; 1947) "Qələbə" ordeni (31.05.1945) Qırmızı Bayraq ordeni I dərəcəli Suvorov ordeni (1943; 1944) Kutuzov ordeni (15.01.1944) Fəxri Legion ordeni (Fransa) == İstinadlar == == Ədəbiyyat == Glantz, David M. The Battle for Leningrad 1941–1944.
Nikita Povarov
Nikita Aleksandroviç Povarov (rus. Никита Александрович Поваров; 6 aprel 1999-cu ildə anadan olub) — Rusiya Peşəkar Futbol Liqası təmsilçilərindən olan Leninqrad klubunda hücumçu kimi çıxış edən Rusiyalı peşəkar futbolçudur. == Karyerası == Povarov öz peşəkar karyerasında debütünü 18 iyul 2018-ci ildə Leninqrad klubu ilə Rusiya Peşəkar Futbol Liqasında Kazanka Moskva klubuna qarşı oyunda etmişdir.
Povorotnı adası
Povorotnı adası — Şimal Torpağı adaları qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Yerləşməsi == Kara dənizində, Komsomoles adası ilə Pioner adası arasında yerləşir. Komsomoles adasında yerləşən Otkrıtı burnundan 8,3 km, Pioner adasında yerləşən Xolmistı burnundan isə 5,5 km aralıda qərarlaşır. Adadan 5 km qərbdə Yunıy boğazı yerləşir. Şimalında Kovalevski körfəzi yerləşir. == Təsviri == Şimal-qərbdən cənub-şərqə uzanır. Uzunluğu 1,5 km, eni 350 m təşkil edir. Maksimal hündürlük 21 metrdir. Qərb sahilləri 5 m hündürlüyə sahibdir.
Povorotnı burnu
Povorotnı burnu — Rusiya, Primorsk diyarı, Böyük Pyotr körfəzi sahilində yerləşən burun. Bu hissədən Primorsk vilayətinin şərq sahili boyunca soyuq Primorsk cərəyanı keçir. Povorotnı burnu Keyp Kod yarımadasına bənzəyir. Bircəı onlar arsında fərq suyunun temperaturunun fərqli olmasıdır. Burunda № 110 artilleriya batareyası yerləşir. 1941-ci ilin iyulunda yengəc ovlayan "Tunqus" gəmisi sovet sualtı minasına toxunur və nəticədə 22 nəfər ekipaj üzvü həlak olur. 14 iyun 1973-cü ildə burun yaxınlığında K-56 atom sualtı qayığı ilə "Akademik Berq" gəmisi toqquşmuşdur. Nəticədə 27 nəfər həlak olmuşdur.. Burada ilboyu fəaliyyət göstərən mayak vardır. Mayaka xidmət edən personal mayak yaxınlığındakı qəsəbədə yaşayır.