Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Apollon
Apollon (yun. Ἀπόλλων; lat. Apollo mənası işıq; şüa) yunan mifologiyasında ikinci nəsil tanrısı, Zevsin və Letonun oğlu, Artemidanın əkiz tayı — qardaşı. 12 Olimp tanrısından biridir. İşıq, kəhanət, şeir və musiqi tanrısı, oxçuların hamisidir. O həm də həkimliyin tanrısıdır. Həkimliyi insanlara o öyrətmişdir. Yoluxucu xəstəlikləri o göndərir və o sağaldır. Simvolları dəfnə, yay, lira, delfin və qarğadır. Apollon biseksualdır.
Nuklon
Nuklon (lat. nucleus — nüvə) - atom nüvəsini təşkil edən proton və neytronun ümumi adıdır. Nuklonlar barion qrupuna daxil olub, məlum olan barionların ən yüngülüdür.
Pokemon
Pokémon (yap. ポケットモンスター, ing. Pokémon - Pocket Monster, azərb. Cib bədheybəti‎) — 1996-cı ildə Satoşi Taciri tərəfindən yaradılan medifranşizadır. Pokémonun ticarət markası "Nintendo" studiyasına məxsusdur. Pokémon haqqında ilk ideya 1989-cu ildə yaranmış və 1996-cı ildə ilk olaraq videooyun kimi istehsal edilmişdir. Pokémondan videooyunda, manqada və kart oyunlarında istifadə edilmişdir. Hal-hazırda 807 növ Pokémon növü və 18 tipi vardır. Pokémonun 20 mövsüm cizgi filmi, manqası, 700-dən çox seriyası olan anime və 45-dan çox videooyunu vardır.
Pollok
Pollok — Qlazqo şəhərinin rayonu.
Proklos
Próklus Diadóxus (/ˈprɒkləs laɪˈsiəs/ ; ən tezi 7 fevral 412 və ən geci 8 fevral 412, Konstantinopol – 17 aprel 485, Afina, Axeya) — antik dövrün neoplatonçu filosofu, Platon Akademiyasının rəhbəri (skolarxı), neoplatonizm məktəbinin sonuncu ən tanınmış nümayəndəsi. Onun öyrənciləri yazırdılar ki, o çoxlu tanınmış müəllimlərdən dərs almış, müdriklik məqamına çatmış, çoxlu ibadətlər etmiş, ailə qurmamış və abid həyatı sürmüşdür. == Əsərləri == "İlahiyyatın ilk əsasları" (yun. Στοιχείωσις θεολογική), "Platon ilahiyyatı" (yun. Περὶ τῆς κατὰ Πλάτωνα θεολογίας), "Fizikanın başlanğıcı" (yun. Στοιχείωσις φυσική) kimi kitabların, eləcə də Platonun "Timeus", "Parmenides", "Alkibiades", "Kratilus" əsərlərinə edilən şərhlərin müəllifi olmuşdur. Ancaq onun əsərlərinin çoxu bizim zamanımıza qədər gəlib çatmışdır. == Fəlsəfəsi == Digər neoplatoçular kimi Proklus da dünyanı Vahidin (tanrının) emanasiyası kimi təsəvvür edirdi. O, emanasiyanı triadik (üç mərhələli) inkişafda görürdü. Ancaq, bu inkişaf əslində tənəzzül demək idi, çünki o əks istiqamətdə inkişaf edirdi: kamildən naqisə, işıqdan qaranlığa olan kimi.
Siklon
Siklon (q.yun. κυκλῶν - "fırlanan") — mərkəzində alçaq atmosfer təzyiqi olub, kənarlarına doğru getdikcə təzyiqin artması müşahidə edilən atmosferin qapalı təzyiq sahəsinə deyilir. == Ümumi məlumat == Siklon zamanı alçaq, yaxud minimum təzyiq mərkəzdə olur. Yerin öz oxu ətrafında fırlanması nəticəsində siklonlar şimal yarımkürəsində saat əqrəbinin əksi istiqamətində, cənub yarımkürəsində isə saat əqrəbi istiqamətində hərəkət edir. Siklon zamanı hava soyuyur, göy üzü buludlu olur, yağış yağır. Mülayim qurşaqda siklonun diametri 2000–3000 km-ə çatır.Siklonlar 2 tipə-tropikdən kənar və tropik siklonlara bölünür.Tropikdənkənar siklonlar əsasən şimal və cənub yarımkürələrin mülayim qurşaqlarının qərb axını zonasında əmələ gəlirlər.Siklonların inkişaf tsikli 4-7 gün davam edir və sonra yox olur.Yerdə hər il orta hesabla 15000-ə qədər siklon yaranır.Siklonların hərəkət sürəti 30–40 km/saat və ya 700–900 km/sutka təşkil edir.Tropikdəkənar siklonlar tək-tək deyil adətən dalbadal hərəkət edir.Siklonda atmosfer təzyiqi alçaq olduğundan hava asanlıqla yuxarı qalxır,bulud əmələ gətirir,yayıldığı ərazilərdə küləkli,rütubətli və yağmurlu hava müşahidə edilir. Tropik sahələrin siklonları kiçik ölçüdə olsalar da,çox böyük dağıdıcı qüvvəyə malik olur və onlar okeanlarda ilin yay aylarında tropik hava kütləsinin ekvatordan ən çox uzaqlara irəlilədiyi zamanlarda baş verir.Tropik siklonlar əsasən 5-20° şm.və cən.enlikləri arasında yaranaraq şimal yarıkürəsində şimal-qərb,cənub yarımkürəsində isə cənub-qərb istiqmətində hərəkət edirlər.Tropik siklonların diametri cəmi 100–300 km olur.Barik qradiyentin xeyli böyük olması ilə əlaqədar küləyin sürəti 70–75 m/saniyəyə çatır ki,bu da siklonun keçdiyi ərazilərdə dəhşətli dağıntılara səbəb olur.Tropik siklonlar göy guruldaması,ildırım çaxması və gur leysan yağışların yağması ilə fərqlənir.Maraqlıdır ki,tropik siklonun mərkəzi hissəsində diametri 20–50 km-ə çatan küləksiz buludsuz hava yaranır ki,həmin sahəyə "fırtına gözü" deyilir. Tropik siklon suda güclü dalğalanma,quruda böyük dağıntı əmələ gətirir. Tayfun və tornado da tropik siklondur.Tropik siklonlar ildə 70-80 dəfə müşahidə edilir. Tropik siklonlar Filippin adaları və Cənubi Çin dənizində, Benqal körfəzində, Ərəbistan dənizində, Karib dənizində, Böyük Antil adalarında, Hind okeanında - Maskaren adalarında, Sakit okeanda - Yeni Hibrid və Samoa adalarında müşahidə edilir.
Bolon
Bolon (fr. Beaulon) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Şevan kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03019. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1612 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 985 yaşda olan (15–64 yaş arasında) 697 nəfər iqtisadi cəhətdən, 288 hərəkətsiz (fəaliyyət göstərici 70,8%, 1999-cu ildə 65,5%) idi. Fəal olan 697 nəfərdən 653 nəfər (369 kişi və 284 qadın), 44 nəfəri işsiz (15 kişi və 29 qadın) idi. 288 hərəkətsiz 48 nəfər arasında şagird və ya şagird, 122 nəfər təqaüdçü, 118 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Holon
Holon - İsrailin mərkəz dairəsində yerləşən şəhər. 1936-cı ildə qurulmuşdur.
Polop
Polop (isp. Polop) — İspaniyada yerləşən şəhər və bələdiyyə. Bələdiyyə Marina-Baxa ərazisinin 22.58 km² hissəsini əhatə edir. 2010-cu ilin siyahıya alınmasına görə əhali 4,994 nəfərə çatmışdır. Polop şəhəri inzibati mərkəzdən 53 km məsafə uzaqlıqda yerləşir.
Poqon
Poqon (rus. погон) — xüsusi geyim formalarında çiyin üstdə daşınan hərbi rütbənin yerləşdiyi geyim elementi və ayrı — ayrı nazirliklərə, idarə və təşkilatlara mənsub olma fərqlənmə nişanları. Hərbi və ya başqa rəsmi paltarda çiyinə tikilən və ya yapışdırılan fərqlənmə nişanı. Hal-hazırda dünyanın bütün ordularında istifadə edilir. == Yaranma tarixi == İlk dövrlərdə poqonlar çiyində asılan qılınc və patron qutusunun kəmərinin sürüşüb düşməsinin qarşısını almaq üçün istifadə edilirdi.
Solon
Solon (yun. Σόλων; təq. e.ə. 630, Qədim Afina, Attika – təq. e.ə. 560, Kipr, Akrotiri və Dekeliya) — Afinalı şair, siyası xadim və mütəfəkkiri. Yunanıstanın yeddi müdriyindən biri. == Həyatı == E.ə. 640 – E.ə. 560-ci illərdə yaşadığı təxmin edilir.
Adi apollon
Adi apollon (lat. Parnassius apollo) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin yelkənqanadlılar fəsiləsinin parnassius cinsinə aid heyvan növü. == Qısa təsviri == Qanadları açıq halda 70–94 mm-dir. Bədəninin üzəri qara, yanlardan isə iki cərgə qırmızı ləkə keçir. Qanadları ağ, bəzən isə krem rəngində olub, zirvədə şəffafdır. Onların xarici kənarı boyu ağ ləkəli, enli boz zolaq keçir. Üst qanadlar üzərində 5 qara ləkə, alt qanadlar üzərində isə qara haşiyəli 5 qırmızı ləkə vardır. Qırmızı və qara ləkələrin yeri çox dəyişkəndir. Alt qanadlar dairəvidir. Yenicə pupdan çıxmış kəpənəklərdə qanadlar əvvəlcə sarımtıl olur.
Apollon-11
Apollon 11 — Apollon proqramı çərçivəsində insanın Ay səthinə enməsinin həyata keçirildiyi ilk uğurlu missiya. Bu uçuş Apollon layihəsi üzrə təşkil olunmuş beşinci kosmik uçuş olmaqla, əvvəlki 4 sınaq uçuşunun uğurlu yekunu idi. 1969-cu il iyulun 16-da Saturn V raketi vasitəsilə Keyp Kennedi kosmodromundan qalxan Apollon 11-in heyəti komandir Neyl Alden Armstronq, idarə modulunun pilotu Maykl Kollins və ay modulunun pilotu Edvin Yucin Oldrindən ibarət idi. İyulun 20-də "İql" (Eagle) adlı Ay moduluna keçən Armstronq və Oldrin iyulun 21-də səhərin erkən saatlarında Aya ayaq basdılar, ekipajın üçüncü üzvü Maykl Kollins Ay orbitində dövr edən İdarəetmə modulunda qaldı. Ayın səthinə ilk addım atan Neyl Armstronq həmin an demişdi: "Bu, insan üçün kiçik bir addım, bəşəriyyət üçün isə böyük bir sıçrayışdır".
Apollon (mifologiya)
Apollon (yun. Ἀπόλλων; lat. Apollo mənası işıq; şüa) yunan mifologiyasında ikinci nəsil tanrısı, Zevsin və Letonun oğlu, Artemidanın əkiz tayı — qardaşı. 12 Olimp tanrısından biridir. İşıq, kəhanət, şeir və musiqi tanrısı, oxçuların hamisidir. O həm də həkimliyin tanrısıdır. Həkimliyi insanlara o öyrətmişdir. Yoluxucu xəstəlikləri o göndərir və o sağaldır. Simvolları dəfnə, yay, lira, delfin və qarğadır. Apollon biseksualdır.
Apollon (yelkənciklər)
Apollon 1
Apollon-1 NASA-nın Apollon proqramlarından birincisidir. Apollon-1 insanın ilk dəfə aya uçması cəhdidir. Bu layihənin hazırlanmasına 1967-ci ildə başlanılıb, amma həmin il yanvar ayının 27-də Apollon-1-in ilk sınağı zamanı raket alışıb yanıb və bunun nəticəsində üç kosmonavt həlak olub. Bu hadisədən sonra NASA Apollon raketini daha da təkmilləşdirib.
Apollon 11
Apollon 11 — Apollon proqramı çərçivəsində insanın Ay səthinə enməsinin həyata keçirildiyi ilk uğurlu missiya. Bu uçuş Apollon layihəsi üzrə təşkil olunmuş beşinci kosmik uçuş olmaqla, əvvəlki 4 sınaq uçuşunun uğurlu yekunu idi. 1969-cu il iyulun 16-da Saturn V raketi vasitəsilə Keyp Kennedi kosmodromundan qalxan Apollon 11-in heyəti komandir Neyl Alden Armstronq, idarə modulunun pilotu Maykl Kollins və ay modulunun pilotu Edvin Yucin Oldrindən ibarət idi. İyulun 20-də "İql" (Eagle) adlı Ay moduluna keçən Armstronq və Oldrin iyulun 21-də səhərin erkən saatlarında Aya ayaq basdılar, ekipajın üçüncü üzvü Maykl Kollins Ay orbitində dövr edən İdarəetmə modulunda qaldı. Ayın səthinə ilk addım atan Neyl Armstronq həmin an demişdi: "Bu, insan üçün kiçik bir addım, bəşəriyyət üçün isə böyük bir sıçrayışdır".
Apollon 13
Apollo 13 - Apollon seriyasından 7-ci pilotlu kosmik gəmidir. Aya uçan pilotlu kosmik gəmilərdən yalnız bunda ciddi qəza olmuşdur. Aya eniş mümkün olmasa da, yüzlərlə NASA işçisinin səyləri nəticəsində gəmi Ay ətrafında dövrə vurduqdan sonra, astronavtlar salamat Yerə qayıda bilmişlər.
Apollon 15
Apollon 15, Apollon proqramının dördüncü Ay səthinə eniş proqramıdır. 26 iyul 1971-ci il tarixli bu səyahətin heyəti David Scott, Alfred Worden və James Irwin adlı astronavtlardan ibarət idi. Falcon adlı Apollon ay modulu ilə ay səthinə enən komanda ilk dəfə Ay avtomobilindən istifadə etmişdir.
Apollon 16
Apollon 16, ABŞ tərəfindən reallaşdırılmış olan Apollon Kosmik Proqramı missiyalarından birinin adıdır. 16 aprel 1972-ci ildə reallaşan bu səyahətin heyəti John Young, Thomas Mattingly və Charles Duke adlı astronavtlardan ibarət idi. Orion adlı Apollon ay modulu ilə birlikdə komanda Ay səthinə çıxmışdır.
Apollon 17
Apollon 17, 7 dekabr 1972-ci ildə Aya getmiş Amerikalı kosmik heyət. Bu, aya enən sonuncu pilotlu uçuş olmuşdur. Apollon 17 Eugene Cernan, Ronald Evans və Dr. Harrison Schmittdən ibarət idi. Schmitt bir geoloq idi. Challenger adlı modulla Dr. Schmitt və Cernan Ay səthinə enmiş və 22 saatlıq bir tədqiqat aparmışdırlar.
Apollon 4
Apollon-4 — NASA-nın Apollon proqramlarından biridir. Apollon-4 Apollon proqramının kosmonavtsız layihələrindəndir. NASA 1967-ci il noyabrın 9-da Apollon 4-ü Kennedi Kosmos Mərkəzindən (Florida, ABŞ) Saturn raketilə kosmosa göndərdi.
Apollon 5
Apollon-5 NASA-nın Apollon proqramlarından biridir. Apollon-5 Apollon proqramının kosmonavtsız layihələrindəndir. NASA 1968-ci ildə Apollon-5-i Kennedi Kosmos Mərkəzindən (Florida, ABŞ) Saturn raketilə kosmosa göndərdi.
Apollon 6
Apollon-6 NASA-nın Apollon proqramlarından biridir. Apollon-6 Apollon proqramının kosmonavtsız son layihəsidir. NASA 1968-ci il aprelin 4-də Apollon 6-nı Kennedi Kosmos Mərkəzindən (Florida, ABŞ) Saturn V raketilə kosmosa göndərdi.
Apollon 8
Apollon 8 — Amerika Birləşmiş Ştatlarının 1961-ci ildə başlatdığı Apollon Proqramının 8-ci layihəsi idi. Apollon 8 əvvəlki proqramlarda olduğu kimi uçuş Saturn 5 roketi vasitəsi ilə həyata keçirilmişdi. Heyət 3 nəfərdən: Komandir Frank Borman, komanda modulu pilotu Ceyms Lovel və Ay modulu pilotu Uilyam Andersdən ibarət olmuşdu. Uçuş 21 dekabr, 1968-ci ildə həyata keçirilmişdi. Apollon 8 27 dekabr, 1968-ci ildə Sakit Okeannın şimalına dəniz enişi etmişdi. == Maraqlı faktlar == Apollon 8 proqramı həm də kosmik gəminin uçuş trayektoriyasının 8 rəqəminə oxşaması ilə üst-üstə düşür. Apollon 8 Ayın Yerdən görünməyən tərəfinə baş tutmuş ilk kosmik səyahət idi. Apollon 8-in heyəti Yerin uzaqdan ilk dəfə olaraq tam şəklini çəkə bilmişdilər.