Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aleksandr Sokolov
Aleksandr Alekseyeviç Sokolov (rus. Александр Алексеевич Соколов; 1840, Rusiya imperiyası – 31 iyul (13 avqust) 1913, Rusiya imperiyası) — Rusiya jurnalisti, dramaturq və romançı. == Həyatı == Sankt-Peterburq Teatr Məktəbində oxumuş və aktyor kimi fəaliyyət göstərmişdir. 1854-cü ildə "Rus xalqının fədakarlığı" dramını nəşr etdi və 1850-ci illərin sonlarından etibarən teatr haqqında məqalələr və qısa hekayələr dərc etməyə ("Mənim kim olduğumu soruşma" və "Teatr nihilisti" təxəllüsləri altında) başladı. 1867-ci ildə o, "Teatr bataqlığı" (dörd dəfə nəşr olundu və alman dilinə tərcümə edildi) romanını nəşr etdi, ardınca da "Şəfqət bacısı", "Qansız qətl", "Ozeryalı ata Aleksey", "Ataman Styopka Razinin çay ayağında olan sərbəst adamı", "Böyük Pyotrun xaç oğulluğu", "Çar Baba", "Fərəhləndirici kənd", "Ağ general" (fransız dilinə tərcümə edilmişdir) və s., cəmi 50-dən çox idi. Romanlarla yanaşı, 760 qısa hekayə və povest, 9 dram, 5 komediya və 17 kiçik dramatik əsər və "Nekrylov" təxəllüsü ilə 500-ə qədər nağıl yazmışdır. 1868-ci ildə demək olar ki, abunəçisi olmayan "Peterburqski listok" qəzetinə rəhbərlik etdi və tirajını 10 min nüsxəyə qədər artırdı. 1880-ci illərdə "Peterburqskaya qazeta"da" işə düzəldi, burada hər gün müxtəlif təxəllüslər altında yumoristik qeydlər və şeirlər yerləşdirirdi. Həmçinin, "Suflyor" adlı qəzeti nəşr və redaktə edirdi. 31 iyul (13 avqust) 1913-cü ildə krupoz pnevmoniyası zamanı ağ ciyər şişindən vəfat etdi.
Boris Sokolov
Boris Sergeyeviç Sokolov 27 mart (9 aprel) 1914, Tver quberniyası – 2 sentyabr 2013, Moskva) – Sovet və Rusiya geoloqu və paleontoloqu, Rusiya Elmlər Akademiyasının akademiki, Sosialist Əməyi Qəhrəmanı (1984). == Tərcümeyi-halı == Boris Sergeyeviç Sokolov 9 aprel 1914-cü ildə Tver quberniyasında kənd feldşeri Sergey Borisoviç Sokolovun ailəsində anadan olmuşdur. O uşaqlıq illərini Vışnevolotsk rayonunun Beryozka kəndində keçirmişdir. Məktəbi bitirdikdən sonra Leninqradda elektik montyoru işləmişdir. B. Sokolov 1937-ci ildə Leninqrad Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. 1936-cı ildən Mərkəzi Asiyada geoloji ekspedisiyalarda iştirak etmişdir. 1937–1941-ci illərdə o, Leninqrad Dövlət Universitetində paleontologiya kafedrasının assisenti olmuşdur. Müharibədən əvvəl Boris Sergeyeviç Sokolov Çinin Sinszyan əyalətində geoloji ekspedisiyasına rəhbərlik etmişdir. O, 1941–1943-cü illərdə SSRİ-nin Neft Komissarlığının geoloji qrupunun rəhbəri kimi Çində Tyan-Şan bölgəsində Turfan və Cunqar ərazilərində aparılan geoloji tədqiqatlarda iştirak etmişdir. Tədqiqatçı 1943–1958-ci illərdə SSRİ Neft Komissarlığında böyük geoloq, böyük elmi işçi, laboratoriya müdiri olmuşdur.
Kokolos bələdiyyəsi
Astara bələdiyyələri — Astara rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Sergey Sokolov
Sergey Sokolov (hərbçi) — hərbçi. Sergey Sokolov (futbolçu) — Azərbaycan və Rusiya futbolçusu.
Sergey Sokolov (hərbçi)
Sergey Leonidoviç Sokolov (1 iyul 1911, Evpatoriya, Tavriya quberniyası[d] – 31 avqust 2012, Moskva) — Sovet hərbi sərkərdəsi, Sovet İttifaqı Marşalı (1978), Sovet İttifaqı Qəhrəmanı (1980). SSRİ Müdafiə Naziri (1984–1987). Böyük Vətən müharibəsinin iştirakçısı. 1992–2012-ci illərdə Rusiya Federasiyasının Müdafiə Nazirliyi yanında məsləhətçi. == Həyatı == === Uşaqlıq və gənclik illəri === Sergey Leonidoviç Sokolov 18 iyun (1 iyul) 1911-ci ildə Pusiya imperiyasının Tavrida quberniyasının Yevpatoriya şəhərində (indiki KrımRespublikası) qulluqçu ailəsində anadan olmuşdur. 1917-ci il Oktyabr inqilabından sonra ailəsi ilə birlikdə Vyatski quberniyasının Kotelniç şəhərinə köşmüş və gələcək marşalın uşaqlıq illəri bu şəhərdə keçmişdir. 1927-ci ildə O, 9 illik məktəbi bitirmişdir. Əmək fəaliyyətinə istehlak cəmiyyətində qab-qacaq qablaşdırıcısı kimi başlamış, sonra məsul komsomol işinə keçirilmişdir. S.Sokolov 1932-ci ildə Qızıl Ordu sıralarına daxil olmuşdur. Komsomol göstərişi ilə Qorki şəhərində yerləşən zirehli tank məktəbinə daxil olmaq hüququ qazanmışdır.
Sergey Sokolov (futbolçu, Azərbaycan)
Sergey Sokolov (12 mart 1977, Stavropol) — müdafiə mövqeyində çıxış etmiş Azərbaycan futbolçusu. == Həyatı == Sergey Sokolov Azərbaycan yığmasına Şahin Diniyev tərəfindən dəvət olunub. O, Avro 2008-in seçmə mərhələsində çıxış etdiyi 4 oyunda qələbə qazanıb. Sokolovda Belçika ilə oyundan əvvəl dopinq aşkar olunmuşdur. 2007-ci ilin yanvarında onun betametazon testnin nəticəsi müsbət çıxıb. Sokolov bundan sonra 18 ay futboldan uzaqlaşdırılıb.
Il Popolo d'Italia
Il Popolo d'Italia (İtaliya xalqı) — Benito Mussolini tərəfindən 15 noyabr 1914-cü ildə təsis edilən qəzet. Qəzet Benito Mussolini İtaliya Sosialist Partiyasından ayrılandan sonra çap olunmağa başlayıb. Birinci dünya müharibəsindən sonra bu qəzet İtaliyada faşizm ideologiyasını təbliğ edən əsas mətbuat orqanı olmuşdu. Qəzet 24 iyul 1943-cü ilə kimi çap olunub. Qəzet həmçinin militarizm və irredentizm ideyalarını da təbliğ edirdi. 1936-cı ildən 1943-cü ilə kimi qəzetin baş redaktoru Corc Pini olmuşdu. 1998-ci ildə Yeni Milli Ordenin başçısı Cuzeppe Martorana qəzeti yenidən bərpa edərək çap etdirməyə başlamışdı. Hal-hazırda "Il Popolo d'Italia" Milan şəhərində çap olunur.