Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Polesye
Qərbi Polesye
Qərbi Polesye (pol. Polesie Zachodnie, belar. Заходняе Палессе, ukr. Західне Полісся) — Belarus, Ukrayna və Polşa ərazisinə aid olan etno-tarixi region. == Ərazisi == Regionun qərb hissəsi Polşa (Lyublinskoe Polesye) ərazisinə aiddir. Şimal hissəsi Belarusun Beresteyski-Pinskoe Polesye bölgəsinə, cənub hissəsi isə Ukraynaya (Volınskoe Polesye) aiddir. Geoloji baxımdan ərazinin düzənlik hissəsi kembriyə qədər dövrdə formalaşmış. Bu ərazidən şimalda daş kömür dövrünün çöküntüləri üstünlük təşkil edir. Mezozoyun və kaynazoyun süxurları azlıq təşkil edir. Ərazi daha çox bataqlaşmış və bataqlıq-meşəliklərdən ibarətdir.
Şərqi Polesye
Şərqi Polesye — Belarus Respublikasının tarixi-etnoqrafik regionu. Respublikanın cənub-şərq hissəsində yerləşir. Polesye düzənliyinin böyük hissəsini əhatə edir. Regiona Qomel, Minsk və Brest vilayətlərinin əraziləri daxildir. Region şərqdən Podnepr (Dneprin sağ sahili və Berezinenin aşağı axarları), şimaldan Mərkəzi Belarus (Pariçi-Lyuban-Starobin-Çudin xətti üzrə), qərbdən Qərbi Polesye ilə həmsərhəddir. Şimaldan region suayrcı xətlə Mərkəzi Belarusun meşəli düzənliklərində ayrılır. Belarus dilinin mozır dialektinə məxsusdur. Regionda etnik baxımdan polyanilər (şimalda) və poleşukilər (cənubda) məskunlaşmış. == Tarixi == Dəmir dövründə Şərqi Polesye miloqrad mədəniyyətinin (E.ə. III-VII) və zarubines mədəniyyətinin (E.ə.
Peter Poles
Peter Poles — Sloveniya yayımçı.
Qərbi poles dili
Qərbi poles mikrodili — Belarusun Brest vilayətində yaşayan insanların dialekti əsasında formalaşmış slavyan mikrodili. 1980—1990-ci illərdə bir qrup yerli filolıqlar tərəfindən kodlaşdırılmağa cəhd edilmişdir. Özündə belorus və ukrayna dillərinin xüsusiyyətlərini birləşdirir.
Qərbi poles mikrodili
Qərbi poles mikrodili — Belarusun Brest vilayətində yaşayan insanların dialekti əsasında formalaşmış slavyan mikrodili. 1980—1990-ci illərdə bir qrup yerli filolıqlar tərəfindən kodlaşdırılmağa cəhd edilmişdir. Özündə belorus və ukrayna dillərinin xüsusiyyətlərini birləşdirir.
Giləşə
Giləşə — Azərbaycan Respublikasının Astara rayonunun Siyaku kənd inzibati ərazi dairəsində kənd. Giləşə Astara rayonunun Siyaku inzibati ərazi vahidində kənd. Lənkəran ovalığındadır. Oykonimin Azərbaycan dilindəki küləş sözünun Talışca "saman, samanlıq" mənasını verən giləşə variantında olması ehtimal edilir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsi xırman olan sahədə, samanlıqda salındığı üçün belə adlandırılmışdır. Ərazidəki evlərin tikilməsində saman qarışdırılmış gil kərpiclərdən istifadə olunur. Başqa bir fikrə görə, oykonim Niləvişə adının təhrif forması olub, "nil meşəsi" mənasındadır. == Etimologiyası == Giləşə Küləş sözünün təhrif formasıdır. Coğrafi ad Azərbaycan dilindəki küləş sözü və kənd termininin birləşməsindən yaranmışdır.
Holesen
Holesen (rus. голоцен, ing. Holocene) — buzlaşmadan sonrakı epoxa. Dördüncü dövr /Antropogen/ geoloji inkişaf tarixinin hələ başa çatmamış axırıncı bölməsini təşkil edən müasir geoloji epoxa. Holosen ərzində müasir coğrafi zonalar yaranmış, quru və dənizlər müasir simasını almış, cavan terraslar formalaşmışdır.
MOBESE
MOBESE (Mobil Elektron Sistemlər İnteqrasiyası), Türkiyənin 81 vilayətində yaradılmış sistem ilə cinayət və cinayətkarlıqla mübarizə aparan təhlükəsizlik qüvvələrinin əlini gücləndirmək məqsədi ilə yaradılmış kameralı təhlükəsizlik sistemləridir. 2007-ci ildən bəri quraşdırılmış sistemlərin xərcləri Daxili İşlər Nazirliyinin büdcəsi və xüsusi vilayət idarələri tərəfindən qarşılanır. Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən 148 milyon 193 min TL xərclənmişdir. Tabeliyində olan təşkilatlar; Komanda İdarəetmə Mərkəzi Avtomobil Müşahidə Sistemi Səyyar Avtomobil Sorğu Sistemi Nəzarəti Təkmilləşdirmə və İdarəetmə Sistemi Zona Müşahidə Sistemi Nömrə Müəyyənləşdirmə Sistemi Mərkəzi Mobil Əməliyyatların İdarəedilməsi Polis Şöbələrinin Kompüter Şəbəkəsi. == İstanbul == 2012-ci ilin aprel ayına kimi sayı 4220 olan kameralar, daha 480 ədəd artırılaraq 4700-ə çatdırılacaqdır. Bundan əlavə, 25 məntəqəyə quraşdırılacaq nömrə müəyyənləşdirmə sistemi qısa bir müddət ərzində hərəkətdə olan nəqliyyat vasitələrinin oğurluq olub-olmadığı barədə məlumat verəcəkdir. Kamera sayının 10.000-ə çatdırılması hədəflənir. 1.206 məntəqə (4.212 kamera), 40 yerdə 160 HD kamera. === Vertolyotdan görüntü ötürmə sistemi === Helikopterlərdə yerləşdirilmiş kameralardan əldə olunan görüntülər MOBESE mərkəzində quraşdırılmış simsiz sistem və polis helikopterində quraşdırılmış qəbuledici vasitəsi ilə MOBESE mərkəzinə ötürülür. Bu layihə 40 km radiusda olan ərazidən vizual təsvirləri mərkəzə ötürür.
Poales
Qırtıcçiçəklilər (lat. Poales) — bitkilər aləminə aid bitki dəstəsi.
Poldəşt
Puldəşt (və ya Ərəblər) (fars. پلدشت‎) — İranın Qərbi Azərbaycan ostanının şəhərlərindəndir və Puldəşt şəhristanının inzibati mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 8,584 nəfər və 2,205 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar. Şəhərin əski adı Ərəblər olsa da sonradan 1938-ci ildə farslaşdırılaraq Puldəşt adı verilmişdir. Hazırkı rəsmi adı olan Puldəşt farsca "körpü" mənasını verən "pul", və "düz, düzənlik, çöl" mənalarını verən "dəşt" sözlərindən ibarətdir; adın mənası "körpü yanında yerləşən düzənlik" kimi açıqlana bilər. Puldəşt şəhərinin yerləşdiyi Puldəşt şəhristanı Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Babək, Kəngərli və Şərur rayonları ilə həmsərhəddir.
Polessk
Polessk (rus. Полесск) — Rusiya Federasiyasında yerləşən şəhər. Kalininqrad vilayətinə daxildir.
Povest
Povest — danışıq, təhkiyə deməkdir. Povest rus dilində danışıq, təhkiyə, nağıl etmək mənasında işlənən "povestvovanie" sözündəndir. == Haqqında == Povestə bəzən böyük hekayə deyilir. Çünki povestlə hekayə bir-birinə yaxın janrlardır. Hekayədən fərqli olaraq, povestdə bir yox, bir neçə əhvalatdan bəhs olunur və təsvir olunan surətlərin sayı da hekayədəki surətlərin sayından bir neçə dəfə çox olur. Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları”, Ə. Vəliyevin “Gülşən”, M. Hüseynin “Kin”, M. Cəlalın “Dağlar dilə gəldi” və s. əsərləri Azərbaycan ədəbiyyatında povest janrının gözəl nümunələri hesab olunur. Povestdə obrazların sayı hekayədə iştirak edənlərin sayından xeyli artıq, həyat hadisələrinin əhatə dairəsi geniş, surətlərin təsviri daha dolğun olur. Məsələn, Cəlil Məmmədquluzadənin "Poçt qutusu" hekayəsini "Danabaş kəndinin əhvalatları" əsəri ilə müqayisə etdikdə birincidə obrazların (Novruzəli, xan, poçt işçisi) sayının ikincidəki obrazlardan (Məhəmmədhəsən əmi, onun oğlu, Xudayar bəy, Zeynəb, onun oğlu Vəliqulu, qızları Fizzə və Ziba, Kərbəlayi Cəfər, Axund və s.) qat-qat az olduğu aydın görünür. Azərbaycan ədəbiyyatında ilk povest Mirzə Fətəli Axundovun "Aldanmış kəvakib" əsəri sayılır.
Qeleşe
Qeleşe (alb. qeleshe, plis, qylaf) -Baş geyimi. Albanların yaşadığı ərazilərdə geniş yayılmışdır və hal hazırda Albaniya xalq geyimlərinin tərkib hissəsidir. Baş geyiminin hündürlüyü və ölçusu bölgədən bölgəyə dəyişir . Əsasən Albaniya dağlılarının ənənəvi geyiminin bir hissəsini təşkil edir . Qeleşe Albaniyanın milli simvollarından biri kimi qəbul edilir. == Etimologiya == Baş geyimi Alban dilində qeleshja və plisi adlanır. Qeleşe adı alban dilində olan "lesh" (tərcümədə yun deməkdir) sözundəndir. Baş geyiminin digər adı "plis" adlanır. Plis qədim alban dilində olan p(i)litja sözundəndir və buda öz növbəsində Alman dilində olan filiz, Latın dilindəki pellis və Yunan dilində olan πῖλο ilə əlaqəlidir.
Qodəsə
Qodəsə — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Lənkəran rayonunun Günəhir kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Qodəsə kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.
Viləşə
Viləşə — Azərbaycan Respublikasının Astara rayonunun Siyaku kənd inzibati ərazi dairəsində kənd. == Etimologiyası == Vil talış dilində "gül", "çiçək" və hüşə (bişə) "meşə" deməkdir. Kəndin düzgün adı Viləbişə olmalıdır (Güllü meşə kəndi).
Polis
Polis (fr. Police, q.yun. ἡ πολιτεία — dövlət, şəhər) — ictimai asayişi qorumaq üzrə dövlət xidməti sistemi. Müxtəlif ölkələrdə müxtəlif spektrdə vəzifələr yerinə yetirir. Əsas vəzifəsi cinayətkarlıqla mübarizə və yol hərəkətinin təşkilidir. Onun üzərinə obyektlərin qorunması, müəyyən sahələrdə inzibati nəzarət, dövlət orqanlarının qərarlarının yerinə yetirilməsi qoyula bilər. Həmçinin müəyyən ölkələrdə yanğın söndürmə və qəzalardan xilasetmə xidməti də polisin tabeliyindədir. Polis sistemi bəzi ölkələrdə mərkəzləşmiş (Azərbaycan, Rusiya, Türkiyə və s.), və ya qeyri-mərkəzləşmiş (Almaniya, ABŞ və s.) ola bilər. Polis orqanları bir nazirlikdə, və ya bir neçə nazirlikdə (İtaliya — "beş polis ölkəsi").
Polye
Polşa
Polşa (pol. Polska; Polyakca tələffüz: [ˈpɔlska] ( dinlə)), tarixi mənbələrdə Lehistan və ya rəsmi adı ilə Polşa Respublikası (pol. Rzeczpospolita Polska; Polyakca tələffüz: [ʐɛtspɔˈspɔlita ˈpɔlska] ( dinlə)) — Mərkəzi Avropada dövlət. 312,696 kvadrat kilometr ərazini əhatə edən ölkə 16 inzibati bölgəyə bölünür və əsasən mülayim mövsümi iqlimə malikdir. Təxminən 38.5 milyon nəfər əhalisi olan Polşa, Avropa İttifaqının əhalisinə görə ən sıx 5-ci ölkəsidir. Polşanın paytaxtı və ən böyük şəhəri Varşavadır. Digər böyük şəhərlərə Krakov, Vrotslav, Poznan, Qdansk və Qdnya, Lodz, Şetsin aiddir. Polşa şimalda Baltik dənizi, Litva və Rusiyanın Kalininqrad vilayəti, şərqdə Belarusiya və Ukrayna, cənubda Slovakiya və Çexiya, qərbdən isə Almaniya ilə həmsərhəddir. Polşa torpaqlarında ilk insanların məskən salınmasının tarixi olduqca qədimdir. Antik dövrlərdə Mərkəzi Avropa düzənliyi bir çox mədəniyyət və xalqların məskunlaşma mərkəzi olmuşdur.
Porşe
Porsche AG — "Porsche" markası altında avtomobil istehsal edən Alman maşın istehsalat şirkəti. İstehsalat yeri və baş ofisi Almaniyanın Ştutqart şəhərində yerləşir. Şirkət 1947-ci ildə Ferdinand Porşenin oğlu Ferri Porşe tərəfindən qurulmuşdur. Qurulduğu ildən nəqliyyat vasitələri istehsalı ilə məşğuldur. Şirkət idman və yarış avtomobilləri da istehsal edir. Hazırda Boxster, Cayman, Cayenne 911, Panamera modellerini istehsal edir.
Solse
Solse (fr. Saulcet) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Sen-Pursen-sür-Syul kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03267. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 652 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 416 nəfər arasında (15–64 yaş) 302 nəfər İqtisadi fəal, 114 hərəkətsiz (fəaliyyət göstərici 72,6%, 1999-cu ildə bu 69,9%) idi. İşləyən 302 fəal 275 nəfərdən (149 kişi və 126 qadın), 27 nəfər işsiz (12 kişi və 15 qadın) idi. Fəal olmayan 114 nəfər arasında 21 nəfər şagird və ya tələbə, 63 nəfər təqaüdçü, 30 nəfər digər səbəblərə görə hərəkətsizdir.
Please Please Me (albom)
Please Please Me — Böyük Britaniyanın "The Beatles" rok qrupunun birinci studiya albomu.
Andorra polisi
Andorra Polis Korpusu (gürc. El Cos de Policia d’Andorra) — Andorra Knyazlığının milli polis qüvvəsi. 2007-ci ildə verilən məlumatlara əsasən, ölkənin təxminən 85 minlik əhalisinə xidmət göstərən 240 zabit var idi.
Azərbaycan polisi
Azərbaycan polisi — Daxili İşlər Nazirliyinin strukturuna daxil olan Azərbaycan Respublikası hüquq mühafizə orqanı. Azərbaycan Respublikasının "Polis haqqında" Qanununa əsasən, polis Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş, hüquq-mühafizə orqanıdır. "Polis haqqında" Qanunun 8-ci maddəsinə əsasən, qanunla səlahiyyət verilmiş şəxslərdən başqa, hər hansı şəxsin istənilən səbəbdən polisin qanuni fəaliyyətinə məhdudiyyət qoyması, təsir və müdaxilə etməsi yolverilməzdir və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada məsuliyyətə səbəb olur, 9-cu maddəyə əsasən isə, polis xidmətlərinin yaradılması, yenidən qurulması və ləğvi, polisin fəaliyyətinə rəhbərlik, polis orqanlarında vəzifəyə təyin və vəzifədən azad etmə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Azərbaycan Respublikasının polis orqanlarının xarici ölkələrin polis orqanları və beynəlxalq polis təşkilatları ilə əməkdaşlığı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, xarici ölkələrin polis orqanları ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanın bağladığı müqavilələr, habelə Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq polis təşkilatlarının nizamnamələri və əsasnamələri ilə tənzimlənir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan polisi haqqında demişdir: == Tarixi == === Polis orqanlarının yaradılması === 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının qərarı ilə Fətəli xan Xoyski tərəfindən Tiflisdə təşkil edilmiş birinci Azərbaycan Xalq Cümhuriyyəti Hökumətində F.x.Xoyskinin Nazirlər Şurasının sədri vəzifəsi ilə yanaşı, həm də daxili işlər naziri vəzifəsini icra edirdi. Həmin il Hökumət Gəncəyə köçdükdən sonra iyunun 17-də F.x.Xoyskinin burada təşkil etdiyi ikinci Hökumətdə daxili işlər naziri vəzifəsini Behbud xan Cavanşir tutdu. Noyabr-dekabr aylarında isə Behbud xan Cavanşirin sənaye və ticarət naziri vəzifəsinə təyin olunması ilə əlaqədar daxili işlər naziri vəzifəsini müvəqqəti olaraq general-mayor Məmməd Sadıq bəy Ağabəyov icra etmişdir. Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti fəaliyyətə başladıqdan sonra Parlamentin tapşırığı ilə 1918 il dekabrın 26-da F.x.Xoyskinin təşkil etdiyi üçüncü Hökumət kabinəsində daxili işlər naziri vəzifəsi Xəlil bəy Xasməmmədova həvalə olundu. 1919-cu ilin aprelin 14-də Nəsib bəy Yusifbəylinin dördüncü Hökumət kabinəsində o özü Hökumətin sədri vəzifəsi ilə yanaşı, həm də daxili işlər naziri vəzifəsini icra etdi. 1919-cu ilin dekabrında N.Yusifbəylinin yaratdığı beşinci Hökumət kabinəsində daxili işlər naziri vəzifəsini əvvəlcə Məmməd Həsən Hacınski, sonra isə Mustafa bəy Vəkilov tutmuşdur.
Ağotlaq (Poldəşt)
Ağotlaq (fars. اغ اتلوق‎) — İranın Qərbi Azərbaycan ostanının Poldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 344 nəfər yaşayır (72 ailə).