Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mark Poluşin
Mark Petroviç Poluşin (rus. Марк Петрович Полушин; 28 dekabr 2002-ci ildə anadan olub) — Rusiya Peşəkar Futbol Liqası təmsilçilərindən olan Volqar Həştərxan klubunda hücumçu kimi çıxış edən Rusiyalı professional futbolçudur. == Karyerası == Poluşin öz peşəkar karyerasında debütünü 26 avqust 2018-ci ildə Volqar Həştərxan klubu ilə Rusiya Peşəkar Futbol Liqasında Urojay Krasnodar klubuna qarşı oyunda etmişdir.
Monluson
Monlüson, bəzən Monluson (fr. Montluçon; fransızca tələffüzü: Monlüson) — Fransanın Overn regionunda yerləşən Alye departamentinin ən iri şəhəri. Şəhər Monlüson dairəsinin suprefekturasıdır və 12 kantondan ibarətdir. == Coğrafiyası == Monlüson Fransanın mərkəzində, Alye departamentinin şimal-qərbində yerləşir. Şer çayının yuxarı axınının əyilməsində, Berriy kanalının sonundakı bir təpədə yerləşir. == Tarixi == Burbon hersoqluğunun bir hissəsi olan Molyuson, 1171-ci ildə ingilislər tərəfindən tutuldu, sonra 1181-ci ildə II Filip Avqust tərəfindən tutulmuşdur. XIV əsrdə II Lyudovik Böyük Konde qala və rampartı yenidən qurdu. 1529-cu ildə Monlüson və Burqundiyanın digər şəhərləri Fransa tacına keçdi və IV Henri istehkamlarını modernləşdirdi. 1791-ci ildə şəhər inzibati mərkəzə çevrildi, daha sonra Barry Kanalı və dəmir yolu, sənaye mərkəzi sayəsində. Şəhərin əhalisi 5.000 nəfərdən (1830) 50.000-ə (1950) qədər artdı.
Poliqon
Poliqon və ya çoxbucaqlı (ing. Polygon) — sonlu sayda ardıcıl sınıq xəttlərdən ibarət qapalı fiqur. Poliqonlardan kompüter qrafikasında üçölçülü görünüşlü şəkillər yaratmaq üçün istifadə olunur. Adətən üçbucaqlı formasında olan poliqonlar obyektin səthinin modelləşdirilməsində, təpələrin seçilməsində və obyektlərin renderləndirilməsində istifadə edilir. Poliqon hesabı hər kadrda render edilən poliqonların sayına deyilir. Poliqonlardan istifadə beşinci nəsil videooyun konsolları ilə daha çox istifadə edilmişdir. Poliqonlar hər növbəti nəsildə daha mürəkkəb olur. == Ədəbiyyat == Vu, Mason; Neyder, Ceki; Devis, Tom; Şreyner, Deyv. Uizli, Eddison (redaktor ). OpenGL Programming Guide (ingilis) (Third edition).
Poluxov
Poluxov — soyad. Elxan Poluxov — Azərbaycan Respublikası dövlət xadimi və diplomatı, fövqəladə və səlahiyyətli səfir. Nazim Poluxov (d. 1960) — Azərbaycan inşaatçısı. Polux Poluxov (1932—2008) — həkim, Gürcüstan SSR əməkdar həkimi. Ramiz Poluxov (d. 1967) — Azərbaycanlı uşaq cərrahı, tibb elmləri doktoru.
Pluton
Pluton (134340 Pluto; simvolı: , və ya ) — Günəş ətrafında dövr edən ən kiçik cırtdan planetlərdən biri. Kəşf edildiyi 1930-cu ildən 2006-cı ilədək planet kimi qəbul edilən Pluton, hal-hazırda Koyper qurşağında Eridadan sonra ikinci böyük obyekt hesab edilir. 1930-cu ildən 2006-cı ilədək Pluton Günəş sistemində doqquzuncu planet kimi qəbul edilirdi. Ancaq XX əsrin sonları və XXI əsrin əvvəllərində Günəş sistemində plutonsayağı xeyli səma cismi kəşf edildi. Onlardan Erida kütlə baxımından Plutondan 27% böyükdür. 24 avqust 2006-cı ildə Beynəlxalq Astronomiya İttifaqı özünün XXVI assambleyasında ilk dəfə olaraq "planet" anlayışına tərif verdi. Pluton bu tərifdə deyilən əsaslara uymadığından o planet kateqoriyasından kənarda qaldı. NASA 19 yanvar 2006-cı ildə Plutonun kəşfi üçün "New Horizons" adlı qurğunu kosmosa göndərdi. Həmin qurğu 9 il sonra yəni, 14 iyul 2015-ci ildə Plutona 12000 km yaxınlaşaraq planetin fotosunu çəkib. Xatırladaq ki, Plutonun fotosu dünyadan 5 milyard km uzaqda çəkilib.
Elxan Poluxov
Elxan Polux oğlu Poluxov (Sadaxlı) — Azərbaycan Respublikası dövlət xadimi və diplomatı, fövqəladə və səlahiyyətli səfir. Azərbaycan Respublikasının Misirdəki Fövqəladə və Səlahiyyətli Səfiri. == Həyatı == Elxan Polux oğlu Poluxov Gürcüstan SSR-in Marneuli rayonunun Sadaxlı kəndində ziyalı ailəsində dünyaya gəlib. == Fəaliyyəti == === Xarici İşlər Nazirliyində === 2009-cu ildə Elxan Poluxov Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarov tərəfindən XİN Mətbuat Xidmətinin Rəhbəri təyin edildikdən sonra, həm diplomatik sahədə, həm də mətbuatda geniş tanınmağa başlamışdır.
Magalie Poisson
Magalie Poisson (9 mart 1982) — Fransanı təmsil edən bədii gimnast. == Karyerası == Magalie Poisson Fransanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 9-cu pillənin sahibi olub.
Monluson (rayon)
Monlüson (fr. Montluçon) — Fransanın Overn regionun rayonlarından biri. Departamenti — Alye. Suprefektura — Monlüson. Rayon əhalisi 2006-cı ildə 116 702 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 50 nəf / km². Rayon ərazisi — 2328 km².
Nazim Poluxov
Nazim Şamil oğlu Poluxov (22 mart 1960, Sadaxlı, Marneuli rayonu) — Azərbaycan inşaatçısı, texnika üzrə fəlsəfə doktoru (2006). == Həyatı == Nazim Poluxov 1960-cı il martın 22-də Gürcüstanın Marneuli rayonunun Sadaxlı kəndində anadan olmuşdur. 1977-ci ildə kənd orta məktəbini, 1982-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun inşaat fakültəsini bitirmişdir. 1982–1994-cü illərdə "Bakıdövlətlayihə" İnstitutda müxtəlif mühəndis vəzifələrində işləmişdir. 1994-cü ildən başlayaraq müxtəlif özəl şirkətlərdə mühəndis vəzifələrində işləmişdir. Azərbaycanda tikilən yüzlərlə yüksəkmərtəbəli yaşayış binalarının və ictimai təyinatlı binaların konstruktiv layihələrinin müəllifidir. Bakı şəhərində C. Cabbarlı küçəsində ilk dəfə ən dərin — 5 mərtəbəli yeraltı avtomobil dayanacağı olan 18 mərtəbəli inzibati binanın konstruktiv layihəsinin müəllifidir. 2006-cı ildə "Dəmir-beton yatıq qabıqların kontur konstruksiyaların sərtliyindən asılı olaraq zəlzələyə davamlılığının tədqiqi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib texnika elmləri namizədi alimlik dərəcəsi alımışdır. Onlarla elmi məqalələrin müəllifidir. 2008-ci ildən "Bakı Dövlət Layihə Institutu"nun baş konstruktorudur.
Polux Poluxov
Polux Məhəmməd oğlu Poluxov (1932, Sadaxlı, Marneuli rayonu – 2008, Sadaxlı, Kvemo-Kartli) — həkim, Gürcüstan SSR əməkdar həkimi (1984). == Həyatı == Polux Poluxov 1932-ci ildə Borçalı rayonunun Sadaxlı kəndində doğulmuşdur. Kənd orta məktəbini bitirmişdir. 1951-1957-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsində ali təhsil almışdır. Sadaxlı kənd xəstəxanasında həkim (1957-1961), baş həkim (1961-2002) və həkim (2002-2008) işləmişdir. Sadaxlı kəndinin ilk azərbaycanlı ali təhsilli həkimi idi. Ona el arasında "qoca həkim" də deyirdilər. 51 il ərzində həkimin şəfalı əlləri minlərlə insanı həyata qaytarmış, ölümün-xəstəliyin əlindən qurtarmışdır. Polux Poluxov xidmətlərinə görə, Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara cəmiyyətinin diplomunu və 1982-ci ildə SSRİ səhiyyə əlaçısı adını almışdır. 1984-cü ildə Gürcüstan SSR əməkdar həkimi fəxri adına layiq görülmüşdür.
Polygon (jurnal)
Polygon — Azərbaycanda nəşr olunan ingilis dilli ilk hərbi texnoloji jurnal. == Haqqında == Azərbaycanda 2019-cu ilin aprel ayından nəşrə başlayan ingilis dilində hərbi texnologiya jurnalıdır. Jurnal Gürcüstan, Ukrayna, Türkiyə, Mərkəzi Asiya və Pakistanda yayımlanır. Qeyd olunan regionlarda müxbir postları var. “SR Consulting və Media” MMC-nin təsis etdiyi POLYGON jurnalı Ədliyyə Nazirliyində 2019-cu ilin yanvar ayında dövlət qeydiyyatına alınıb. Jurnal iki ayda bir dəfə olmaqla 1500 ədəd tirajla nəşr olunur. POLYGON jurnalının həftədə iki dəfə ingilis dilində region xəbərlərindən ibarət daycesti elektron formatda dünyanın müxtəlif ölkələrindən 7000-ə yaxın yerli və xarici abunəçiyə çatdırılır. Azərbaycanda nəşr olunan ingilis dilli ilk hərbi texnoloji "Polygon" jurnalı. Jurnalın ilk beynəlxalq təqdimatı aprelin 30-da İstanbulda İDEF-2019 müdafiə sənayesi sərgisində keçirilib. Jurnalın baş redaktoru Zaur Babaşovdur.
Polygon (sayt)
Polygon — xəbərlər, gözdən keçirmələr və videolar paylaşan videooyunlar üzrə ixtisaslaşmış ABŞ saytı. 2012-ci ildə "Vox Media" şirkətinin üçüncü mülkiyyəti olaraq fəaliyyətə başlayan "Polygon" oyunlar haqda yox, oyunları hazırlayanlar haqda məqalələr paylaşaraq rəqiblərindən fərqlənməyə çalışırdı. Onlar həmçinin içərisində video məzmunu olan lonqrid jurnalabənzər bədii məqalələr hazırlayırdılar və oyun yeniləndikcə rəylərini dəyişdirirdilər. Saytın istehsal prosesi 10 ay davam etmişdir və onun 16 nəfərli işçi heyətində "Joystiq", "Kotaku" və "The Escapist" saytlarının baş redaktorlarını da ehtiva edirdi. Saytın dizaynı HTML5 adaptiv standartlarla hazırlanmışdı və çəhrayı rəng çertyojuna malik idi. Saytın reklamları müəyyən məzmunlu qurumların birbaşa sponsorluqlarına əsaslanırdı. "Vox Media" şirkəti saytın hazırlanması barədə bir sənədli film seriyası istehsal etmişdir. == Tarix == Videooyun mədəniyyəti üzrə ixtisaslaşmış "Polygon" bloqu 24 oktyabr 2012-ci ildə "Vox Media" şirkətinin üçüncü mülkiyyəti olaraq fəaliyyətə başlamışdır. Saytı texnologiya üzrə ixtisaslaşmış və 2011-ci ildə "SB Nation" idman bloqunun bir genişləməsi olaraq fəaliyyətə başlamış "The Verge" bloqunun əsasında yaradılmışdır. 2011-ci ilin əvvəllərində "Vox Media" şirkətinin baş icraçı direktoru Cim Bankoff videooyunlar üzrə ixtisaslaşmış bir sayt qurmaq barədə danışmq üçün "Joystiq" videooyun bloqunun baş redaktoru Kristofer Qrant ilə əlaqə qurmuşdur.
Ramiz Poluxov
Ramiz Şamil oğlu Poluxov (1 may 1967, Sadaxlı, Marneuli rayonu) — Azərbaycanlı uşaq cərrahı, tibb elmləri doktoru (2018), professor (2019), Rusiya Uşaq cərrahları assosiasiyasının üzvü(2003), Azərbaycan Uşaq cərrahları assosiasiyasının sədr müavini (2008), Rusiya Cərrahlar Cəmiyyətinin və Rusiya Endoskopik Cərrahlar cəmiyyətinin üzvü (2009), Rusiya Pediatrlar İttifaqının üzvü (2010). == Həyatı == Poluxov Ramiz Şamil oğlu, 1 may 1967-ci ildə Gürcüstan Respublikasının Marneuli rayonunun Sadaxlı kəndində anadan olmuşdur. 1974-1984-cü illərdə Sadaxlı kənd 2 saylı orta məktəbində təhsil almışdır.1984-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) Pediatriya fakültəsinə daxil olmuş və 1992-ci ildə N.Nərimanov adına təqaüdlə bitirmişdir. 1992-1994-cü illərdə ATU-nun Uşaq cərrahlığı kafedrasında klinik ordinatura keçmiş, 1994-1998-ci illərdə Uşaq cərrahlığı kafedrasında baş laborant, 1998-2007-ci illərdə assistent, 2007-2017-ci illərdə dosent vəzifələrində çalışmışdır. 2019-cu ildən isə professor vəzifəsində çalışır. Eyni zamanda 2000-2013-cü illərdə Uşaq cərrahlığı kafedranın tədris hissə müdiri, 2013-2017-ci illərdə ATU-nun Tədris Cərrahiyyə klinikasının Uşaq cərrahiyyəsi şöbəsinin müdiri olmuş, 2017-ci ildən indiyədək ATU-nun Uşaq cərrahlığı kafedrasının müdiri vəzifəsində çalışır. 2018-ci ilin iyun ayından ATU-nun Tədris Cərrahiyyə klinikasının baş həkimidir. 2003 və 2009-cu illərdə Uşaqlarda laparoskopik cərrahiyyə, 2011-ci ildə Uşaq koloproktologiyası və endoskopik cərrahiyyə, 2012-ci ildə Uşaqlarda Torakoskopik və Robort cərrahiyyəsi, 2015-ci ildə Uşaq urologiyası və andrologiyası, 2019-cu ildə Səhiyyənin Təşkili və İdarəetmə üzrə ixtisaslaşma kursları keçmişdir. 2003-cü ildən Rusiya Uşaq cərrahları assosiasiyasının, 2009-cu ildən Rusiya Cərrahlar Cəmiyyətinin və Rusiya Endoskopik Cərrahlar cəmiyyətinin, 2010-cu ildən Rusiya Pediatrlar İttifaqının üzvü, 2008-ci ildən Azərbaycan Uşaq cərrahları assosiasiyasının sədr müavinidir. == Elmi fəaliyyəti == 1999-cu ildə professor Ç.B.Quliyevin rəhbərliyi altında «Uşaqlarda qara ciyər exinokokkozunun cərrahi müalicəsinin yaxşılaşdırma yolları» mövzusunda namizədlik dissertasiyası müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsini almışdır.
Vladimir Poluxin
Vladimir Poluxin (rus. Владимир Фёдорович Полухин; 2 iyun 1886 – 20 sentyabr 1918, Krasnovodsk) — dövlət xadimi, 26 Bakı komissarından biri. == Həyatı == 1917-ci ildə yaranan Bakı kommunasında hərbi-dəniz işləri üzrə komissar. Vladimir Poluxin 1918-ci ildə ingilislər tərəfindən güllələnib.
Antoni Polemon
Mark Antoni Polemon (yun. Μάρκος Ἀντώνιος Πολέμων, lat. Marcus Antonius Polemon), həmçinin Smirnalı Polemon və ya Laodikeyalı Polemon (təq. 90, Laodikeya – təq. 144, Roma) — Qədim Roma sofisti, Aristid müəllimi. Polemon Laodikiyada anadan olmuşdur, Anadolu yunanlarından idi. O, təkəbbürlü və hazırcavab bir insan kimi xarakterizə olunmuşdur. Polemon imperatorlar Trayan və Adrianın himayəsi altında idi, Antonin Piy ilə yaxşı münasibəti vardı. Polemon şiddətli podaqraya dözə bilməyib intihar etmişdir. Polemonun təsviri Afinada tapılan portret büstü hesab olunur.
Polygon Magic
Polygon Magic, Inc. (ポリゴンマジック株式会社, Porigon Majikku Kabushiki-Gaisha) — Yaponiya videooyun istehsalçısı. Şirkət Yaponiyanın ən böyük studiyalarından biri olmuşdur. Şirkət müxtəlif platformalar, o cümlədən arkada, "Nintendo Wii", "Nintendo DS", "Nintendo 3DS", "Facebook" və s. üçün oyunlar hazırlamışdır. Studiya daha çox "Incredible Crisis" və "Galerians" seriyaları ilə tanınır. Şirkət Yaponiya mobil sosial oyun sahəsində ən yaxşı istehsalçı və yayımçı olmuşdur.
Duqlas Mouson
Duqlas Mouson (ing. Sir Douglas Mawson; 5 may 1882 – 14 oktyabr 1958[…]) — avstraliyalı geoloq, Antarktida araşdırmaçısı, üç Antarktika ekspedisiyasının iştirakçısı. == Təhsil == Duqlas Mouson 5 may 1882-ci ildə Bredford şəhərində bir ingilis ailəsində anadan olmuşdur. 1884-cü ildə onun hələ iki yaşı olarkən ailəsi Avstraliyaya köçmüşdür. 16 yaşında ikən Sidney Universitetinə daxil olmuşdur. 1901-ci ildə universiteti dağ mühəndisi olaraq bitirmişdir. 1904-cü ildə o kursu bitirərək bakalavr dərəcəsi alır. Adeleidaya mineralogiya üzrə məruzələr demək məqsədi ilə dəvət edilir. 1920–1954-cü illər ərzində geologiya kafedrasının aparıcı üzvü olmuşdur. == Ekspedisiya == Mouson ilk dəfə 1903-cü ildə altı ay müddətində Yeni Hebrid adalarının geologiyasını araşdırmışdır.
Mouson-Pik
Mouson-Pik — Herd adasında Biq-Ben vulkanın massivində yerləşən vulkan. Vulkanın hündürlüyü 2750 m, digər məlumata görə isə 2745 m təşkil edir. Bu zirvə inzibati baxımdan Avstraliya ərazisində ən hündür nöqtədir. Üstəlik Mouson-Pik Avstraliya ərazisində fəaliyyətdə olan iki vulkandan biridir. 1910-cu ildən bəri 8 püskürmə qeydə alınmışdır. Son püskürmə 10 avqust 2005-ci ilə təsadüf edir. Vulkan 1948-ci ildə Duqlas Mousonun şərəfinə adlandırılmışdır. O, öz ekspedisiyası zamanı 1929-ci ildə adada olmuşdur.
Mouson dənizi
Mouson dənizi — Cənub okeanının akvatoriyasında, Antarktidanın şərqində, Vize burnu və Poynsett burnu arasında yerləşir. Sahəsi 333,000 km², sahil xəttdinin uzunluğu 800 km, maksimal dərinliyi 1000 m təşkil edir. Suları il boyu hərəkət edən buzlar və Aysberqlərlə zəngindir. Burada Selkton şelf buzlağı yerləşir. Dənizin öyrənilməsində Sovet Antartik ekspedisiyasının böyük rolu olmuşdur. 1962-ci ildə ekspedisiya Cənub okeanının bu hissəsinin müstəqil bir dəniz olmasını isbat etmişdir. Dəniz Avstraliya antarktik ekspedisiya rəhbəri Duqlas Mousonun şərəfinə adlandırılmışdır. Seklton şelf buzlağı gəmilər, üçün təhlükəlidir. Sahilində Vaqner vahəsində 1956–1958-ci illərdə "Oazis" elmi-tədqiqat stansiyası fəaliyyət göstərirdi. Hal-hazırda burada Avstraliyaya məxsus "Keysi" stansiyası fəaliyyət göstərir.
Mouson sahili
Mouson sahili (ing. Mawson Coast) — Şərqi Antarktidanın Mak-Robertson Torpağı ərazisində yerləşən sahil ərazisi. Mouson sahili materik buzlağının kənar hissəsini təşkil edir. Buzlaq sahildən materikin daxilinə doğru artır. Sahildə buzlağın qalınlığı 50 metr, daxildə isə 1000-1500 metrdir. Bəzi yerlərdə təbii suxurlar səthə çıxır. Mouson sahili ilk dəfə Britaniya-Avstraliya-Yeni Zellandiya antarktik ekspedisiyası zamanı kəşf edilmişdir. 1930-cu ildə sahil ərazisi Avstraliya ekspedisiyasının rəhbəri Duqlas Mousonun şərəfinə adlandırılmışdır. 1954-cü ildən bölgədə Mouson qütb stansiyası fəaliyyət göstərir.
Mouson yarımadası
Mouson yarımadası - Şərqi Antarktidanın Slavı körfəzi ilə Hacıyeva buxtası sahillərində yerləşir. V Qeorq torpağının şərq hissəsində mövqe tutur. Eni 50 km, sahəsi 600 m təşkil edir. Qutaracağında Voronina burnu yerləşir. Yarımadanı Amerikan "Highjump" ekspedisiyası tərəfindən kəşf edilir. Avstraliyalı ekspedisiya rəhbəri Duqlas Mousonun şərəfinə adlandırılıb. Ərazini SSRİ və Avstraliya ekspedisiyaları tərəfindən araşdırılmışdır. Sahəsi 1,386 km² təşkil edir.
Pluton (dəqiqləşdirmə)
Pluton — Günəş ətrafında dövr edən ən böyük cırtdan planetlərdən biri. Həmçinin bu mənaları da ifadə edə bilər: Pluton (mifologiya) — Roma mifologiyasında yeraltı dünyanın tanrısı. Plutos — Qədim yunan mifologiyasında var-dövlət tanrısı. Plutonium — Aktinoidlər qrupundan olan radioaktiv kimyəvi element. Pluton cırtdan planetinin şərəfinə adlandırılmışdır.
Pluton (mifologiya)
Pluton – Roma mifologiyasında yeraltı dünyanın tanrısı. Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Seylor Pluton
Seylor Pluton (セーラープルート, Sērā Purūto) — Naoko Takeuçi tərəfindən yaradılmış "Seylor Mun" manqasından personaj. Əsl adı Setsuna Meyo (冥王 せつな, Meiō Setsuna) olan Seylor Pluton Günəş sistemini qorumaq üçün yaradılmış Seylor döyüşçüləri komandasının üzvüdür. Seylor Pluton digərlərindən fərqli olaraq əsas vəzifəsi Məkan-zaman darvazasının keşiyində durmaq, bu darvazadan icazəsiz keçmək istəyənləri dayandırmaqdır. Buna görə də Məkan-zaman darvazasını heç vaxt tərk etmir. Gücləri məkan, zaman, yeraltı dünya və qaranlıq ilə əlaqələndirilir. == Profil == Seylor Pluton "Seylor Mun R" seriyasının axırlarına qədər görünməmişdir. O, zaman darvazalarında keşik çəkən qoruyucudur. Seylor Pluton ilk dəfə Luna-P vasitəsilə Çibiusa ilə əlaqə saxlayarkən görünmüşdür. Seylor Pluton Çibiusaya Balaca Leydi kimi müraciət edir. Çibiusa Seylor Plutonu "Puu" (ingilis versiyasında "Plu") kimi çağırır.
Polygon (veb-sayt)
Polygon — xəbərlər, gözdən keçirmələr və videolar paylaşan videooyunlar üzrə ixtisaslaşmış ABŞ saytı. 2012-ci ildə "Vox Media" şirkətinin üçüncü mülkiyyəti olaraq fəaliyyətə başlayan "Polygon" oyunlar haqda yox, oyunları hazırlayanlar haqda məqalələr paylaşaraq rəqiblərindən fərqlənməyə çalışırdı. Onlar həmçinin içərisində video məzmunu olan lonqrid jurnalabənzər bədii məqalələr hazırlayırdılar və oyun yeniləndikcə rəylərini dəyişdirirdilər. Saytın istehsal prosesi 10 ay davam etmişdir və onun 16 nəfərli işçi heyətində "Joystiq", "Kotaku" və "The Escapist" saytlarının baş redaktorlarını da ehtiva edirdi. Saytın dizaynı HTML5 adaptiv standartlarla hazırlanmışdı və çəhrayı rəng çertyojuna malik idi. Saytın reklamları müəyyən məzmunlu qurumların birbaşa sponsorluqlarına əsaslanırdı. "Vox Media" şirkəti saytın hazırlanması barədə bir sənədli film seriyası istehsal etmişdir. == Tarix == Videooyun mədəniyyəti üzrə ixtisaslaşmış "Polygon" bloqu 24 oktyabr 2012-ci ildə "Vox Media" şirkətinin üçüncü mülkiyyəti olaraq fəaliyyətə başlamışdır. Saytı texnologiya üzrə ixtisaslaşmış və 2011-ci ildə "SB Nation" idman bloqunun bir genişləməsi olaraq fəaliyyətə başlamış "The Verge" bloqunun əsasında yaradılmışdır. 2011-ci ilin əvvəllərində "Vox Media" şirkətinin baş icraçı direktoru Cim Bankoff videooyunlar üzrə ixtisaslaşmış bir sayt qurmaq barədə danışmq üçün "Joystiq" videooyun bloqunun baş redaktoru Kristofer Qrant ilə əlaqə qurmuşdur.