Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Helix pomatia
Üzüm ilbizi (lat. Helix pomatia) — heyvanlar aləminin molyusklar tipinin i̇lbizlər sinfinin stylommatophora dəstəsinin helicidae fəsiləsinin helix cinsinə aid heyvan növü. == Təsviri == Tənək ilbizi ağciyərlilər yarımsinfinin saplaqgözlülər dəstəsinə daxildir. Təbiətdə geniş yayılmışdır. Ona üzüm bağlarında, kolluqlarda, otlaqlarda və digər yerlərdə rast gəlinir. === Quruluşu === Tənək ilbizlərində bədən spiralvari burulmuş bütöv çanaq içərisində yerləşir. Spiral sağtərəf istiqamətində bir neçə dövrə vurur. Onun zirvəsi distal tərəfdə, əks tərəfində isə çanağın ağzı yerləşir. Çanaq sarımtıl-qonur rəngdədir, üzərində uzununa zolaqlar olur, assimetrikdir. Çanağın içərisində ilbizin bədəni yerləşir.
Bonate Sopra
Bonate Sopra (it. Bonate Sopra) — İtaliyada, Lombardiya regionunun Berqamo vilayətində yerləşən kommuna. Əhalisi 7537 nəfərdir (2008), əhalinin sıxlığı 1269 nəfər / km²-dir. Sahəsi 6 km² ərazini əhatə edir. Poçt kodu — 24040. Telefon kodu — 035. Kommunanın hamisi Theotokos Dormition hesab olunur.
Bonate Sotto
Bonate-Sotto (it. Bonate Sotto), İtaliyada, Lombardiya bölgəsində, Berqamonun inzibati mərkəzinə tabe olan bir kommunadır. Əhalisi 6010 nəfər, əhali sıxlığı 903 nəfər / km²-dir. Sahəsi 6 km² ərazini əhatə edir. Poçt kodu — 24040. Telefon kodu — 035. Müqəddəs Sebastyan kommunanın hamisi sayılır. Kommuna bayramı hər il 20 yanvarda qeyd olunur. Qonşu kommunalar: Dalmine, Madone, Filago, Bonate Sopra, Treviolo.
Ibrahima Konaté
İbrahima Konate — Premyer Liqa klubu "Liverpul FK"da müdafiəçi kimi çıxış edən fransız peşəkar futbolçudur. Sochaux ilə başlayan Konate 2017-ci ildə Leypsiqə, 2021-ci ildə isə Liverpula keçdi.
Massimo Donati
Massimo Donati (it. Massimo Donati; 26 mart 1981, Cedellano, Udine, Friuli Venezia Giulia) — İtaliyalı keçmiş futbolçu, hal-hazırda məşqçi işləyir. Mövqeyi Yarımmüdafiəçi olub. O hal hazırda, İtaliya D seriyasında "Leqnaqo Salus" klubunun baş məşqçisidir. == Karyera == Massimo "Atalanta" klubunun yetirməsidir. 3 il Berqamo klubunda oynadıqdan sonra gənc yarımmüdafiəçi 15 milyon avroya "Milan"a transfer edilir. O zaman Donati İtaliyanın ən perspektivli gənc futbolçularından biri sayılırdı. Massimo 2001-ci ildə "Milan"a qatılır. Futbolçu Milan klubundakı ilk mövsumundə yaxşı təsir bağışlamır. Gənc Massimonun ehtiyat oyunçular skamyasında oturub oyun praktikasından əziyyət çəkməməsi üçün Milan rəhbərliyi futbolçunu icarəyə göndərməyə qərar verir.
Pontia matricaria
Tanacetum parthenium (lat. Tanacetum parthenium) — mürəkkəbçiçəklilər fəsiləsinin dağtərxunu cinsinə aid biki növü. == Sinonimləri == Chamaemelum parthenium (L.) E.H.L.Krause Chrysanthemum parthenium (L.) Pers. [Illegitimate] Chrysanthemum parthenium (L.) Bernh. Chrysanthemum praealtum Vent. Dendranthema parthenium (L.) Des Moul. Leucanthemum odoratum Dulac Leucanthemum parthenium (L.) Gren. & Godr. Matricaria latifolia Gilib. [Invalid] Matricaria parthenium L. Parthenium matricaria Gueldenst.
Pontik palıdı
Quercus pontica (lat. Quercus pontica) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü. == Təbii yayılması: == Cənubi Аvrоpаdа yаyılmışdır. == Botaniki təsviri: == 10 m hündürlüyündə yаrpаğını tökən аğаcdır. Gövdəsi düz qаlxаn, diаmеtri 40 sm, qаbığı bоz və yа tünd qəhvəyi, hаmаrdır. Budаqlаnmаsı sеyrək, lаkin çоx möhkəmdir. Yаrpаqlаrı müxtəlif fоrmаlı оlub, sаrımtıl-yаşıl rəngdə, dаirəvi fоrmаdа, uzunluğu 10-20 sm, еni 4-15 sm, kənаrı xırdа dişlidir. Çiçəkləri 5-20 sm uzunluğundа sırğаlаrа tоplаnmışdır. Mеyvəsi kоnusvаri qоzаdır, 2-5 ədədi bir yеrdə yеrləşir. Аbşеrоndа çоx аz hаldа mеyvə vеrir, tоxumlа, pöhrələrlə аsаnlıqlа çоxаlır.
Pontiy Pilat
Ponti Pilat (lat. Pontius Pilatus) — Yəhudi əyalətinin V prefekti, Suvarilər rəisi. İosiv Flaviy və Taçit onu prokurator adlandırsalar da 1961 ci ildə aşkar edilmiş, Pilatın yaşıdı olan Kesari yazısında göstərilir ki, 6-41 ci illərdə o, prefekt vəzifəsini daşımışdır. Əhdi-Cədidə görə sinedrionun (dini şuranın) başçısı Kaiafanın təkidinə baxmayaraq, Ponti Pilat məhkəmədə İsaya ölüm hökmü verməkdən üç dəfə çəkinmişdir. Pilatın həyat yoldaşı Klavdiya Prokula İsanın yuxusunda ona əzab verdiyini söyləyərək onu öldürməməyi ərindən israrla xahiş edir.Buna görə də bəzi xristian təriqətlərində onun adı - Klavdiya Prokula əziz tutulur. “Onlar bağırırdılar: Onu çarmıxa! Çarmıxa! O, üçüncü dəfə onlara dedi: O nə bəd iş görmüşdür? mən Onu öldürmək üçün heç bir səbəb görmürəm ki, Onu cəzalandırım, buraxacağam. Lakin onlar gurultu ilə bağırırdılar ki, o, çarmıxa çəkilsin; və rahibin çığırtıları da onlara qatışmışdır.
Tiefinq Konate
Tiefinq Konate — Mali Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2017-ci ildən)
Fernando Ponte
Fernando Ponte (d. 18 iyul 1992) — Braziliyalı üzgüçü. Fernando Ponte Braziliyanı 2019-cu ildə XVIII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Fernando Ponte birinci dəfə Dünya Çempionatına 2019-cu ildə qatıldı. O, Kvanjuda baş tutan XVIII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 5 km məsafəyə açıq hovuz üzgüçülüyü yarışlarında iştirak etdi. 53:43.6 saniyəlik nəticə ilə 25-ci yeri tutdu və yarışı başa vurdu.
Karlo Ponte
Karlo Ponte (it. Carlo Ponte; 3 may 1890, Genuya – bilinmir) — italyan Yunan-Roma güləşçisi, Avropa çempionatının mükafatçısı. 1890-cı ildə Genuyada anadan olmuşdur. 1924-cü ildə Paris Olimpiya Oyunlarında iştirak etmişdir, amma uğursuz nəticə almışdır. 1925-ci ildə Avropa çempionatının gümüş mükafatçısı oldu.
Karlo Ponti
Karlo Ponti (it. Carlo Ponto) — İtaliya kinoprodüseri. == Həyatı == Karlo Ponti 1912-ci ildə Lombardiya vilayətinin Macent şəhərində anadan olmuşdur.Milan Universitetində Hüquq fakültəsini bitirmişdir.İlk film prodüseri kimi 1940-cı ildən karyerasına başlamışdır. 140-dan çox filmlərin prodüseri olmuşdur.Ən çox Federiko Fellini ilə filmlərdə çalışmışdır. == Şəxsi həyatı == 1946-cı ildə Ciliana Fyastri ilə evlənir.Lakin 1957-ci ildə arvadının xəbəri olmadan Meksikada Sofi Loren ilə evləndi.O zamanlar arvaddan ayrılmaq haqqında qanun İtaliyada yox idi.Bu səbəbdən onlar İtaliyaya geri dönərək evli olduqlarını inkar edirlər.Fransız vətəndaşlığını 1965-ci ildə qəbul etdikdən sonra Karlo Ponti ilk arvadından ayrılır.1966-cı ildə isə Karlo Ponti ilə Sofi Loren ailə həyatı qururlar.Onların iki övladı dünyaya gəlir. 1979-cu ildə qiymətli sənət əsərləri oğurladığından ona 22 milyard İtalyan lirəsi və 4 il həbs cəzası təyin etdilər. Lakin onun vətəndaşlığı Fransız vətəndaşlığı olduğundan, həmin cəzalardan qurtulmuşdur.
Ponte Morandi
Ponte Morandi (it. ponte Morandi) - İtaliyanın Genuya şəhəri sərhədləri daxilində, Polçevera çayı üzərində A10 avtomagistralının tərkibinə daxil olan körpü. Mühəndis Rikkardo Morandinin şərəfinə adlandırılıb. 1960-cı illərdə inşa edilən körpünün hündürlüyü 90 metr olub. == Tarixi == Körpünün tikintisi 1963-cü ildə başlanmışdı və 4 il sonra bitirilmişdi. Körpünün açılışı 4 sentyabr 1967-ci ildə oldu. Mərasimdə İtaliya prezidenti Cuzeppe Saraqat iştirak edirdi. 14 avqust 2018-ci ildə körpünün Polçevera çayını keçən keçidlərindən biri üzərindəki onlarla avtomobillə birlikdə uçdu. İlkin məlumatlara görə, dağıntıya görə 39 insan həlak oldu.
Ponte Serrada
Ponte Serrada (port. Ponte Serrada) — Braziliyanın Cənub regionunun Santa Katarina ştatında yerləşən bələdiyyədir. 2006-cı il məlumatlarına əsasən bələdiyyənin əhalisi 10561 nəfərdir. Ərazisi 570 кm²-dir. Əhalinin sıxlığı 20,7 nəfər/кm²-dir. Bələdiyyə 14 iyun 1958-ci ildə yaradılmışdır. Bələdiyyə ad gününü 7 iyulda qeyd edir. Bələdiyyənin ərazisi daxilində Araukarias Milli Parkı yerləşmişdir. 2005-ci ildən 12841 hektarlıq (31730 akrlıq) ərazi mühafizə altına alınmışdır.
Ponti (Fransa)
Ponti (fr. Pontis, oks. Pontiç) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Le-Loze-Yubey kantonuna daxildir. Kommunanın dairəsi — Barselonnet. INSEE kodu — 04154. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 70 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 42 nəfər (15–64 yaş) arasında 33 nəfər iqtisadi fəal, 9 nəfər fəaliyyətsiz olmuşdur (fəaliyyət göstərici 78,6%, 1999-cu ildə 75,0%). Fəal olan 33 nəfərdən 32 nəfər (18 kişi və 14 qadın) işləyir, 1 qadın işsizdir.
Ponti Pilat
Ponti Pilat (lat. Pontius Pilatus) — Yəhudi əyalətinin V prefekti, Suvarilər rəisi. İosiv Flaviy və Taçit onu prokurator adlandırsalar da 1961 ci ildə aşkar edilmiş, Pilatın yaşıdı olan Kesari yazısında göstərilir ki, 6-41 ci illərdə o, prefekt vəzifəsini daşımışdır. Əhdi-Cədidə görə sinedrionun (dini şuranın) başçısı Kaiafanın təkidinə baxmayaraq, Ponti Pilat məhkəmədə İsaya ölüm hökmü verməkdən üç dəfə çəkinmişdir. Pilatın həyat yoldaşı Klavdiya Prokula İsanın yuxusunda ona əzab verdiyini söyləyərək onu öldürməməyi ərindən israrla xahiş edir.Buna görə də bəzi xristian təriqətlərində onun adı - Klavdiya Prokula əziz tutulur. “Onlar bağırırdılar: Onu çarmıxa! Çarmıxa! O, üçüncü dəfə onlara dedi: O nə bəd iş görmüşdür? mən Onu öldürmək üçün heç bir səbəb görmürəm ki, Onu cəzalandırım, buraxacağam. Lakin onlar gurultu ilə bağırırdılar ki, o, çarmıxa çəkilsin; və rahibin çığırtıları da onlara qatışmışdır.
Ponti bigəvəri
Tikanlı bigəvər (lat. Ruscus aculeatus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin bigəvər cinsinə aid bitki növü.
Jan-Lük Ponti
Jan-Lük Ponti (29 sentyabr 1942, Avranş) — Cazmen. == Həyatı == Jan-Lük Ponti 1942-ci il sentyabrın 29-da Fransanın Avranşe şəhərində musiqiçi ailəsində anadan olmuşdur. O, 5 yaşında ikən skripkada, sonra isə fortepianoda çalmağı öyrənməyə başlamışdır. Gənc yaşlarında fanatikcəsinə – gündə bir neçə saat skripka çalmaqla məşğul olan Pontinin zəhməti hədər getmədi – onu Paris konservatoriyasına qəbul etdilər. 17 yaşında ikən skripkaçılar arasında keçirilən müsabiqələrin birində birinci mükafat aldığına baxmayaraq o, solist-musiqiçi olmayıb simfonik orkestrdə işləməyə başladı. Bu dövrdə Jan-Lük Stefani Qrappelli və Staf Smit kimi tanınmış sənətkarların lent yazılarının təsiri altında caz skripkası ilə maraqlanmağa başladı. Hətta kiçik heyətlərdə, özü də skripkada yox, klarnetdə və ya saksofonda öz məharətini göstərirdi. İmprovizə musiqisində kifayət qədər təcrübə toplayandan sonra o, skripkaçı məharətini cazda tətbiq etmək qərarına gəlir. Bu hadisə 1962-ci ildə başlanmış və Pontinin hərbi xidmətdə olduğu dövrdə də davam etmişdir. Burada o, bütünlüklə caz skripkasına meyl salır.
Ponte City Apartments
Ponte City Apartmens – Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində yerləşən göydələn. == Ümumi məlumat == Ponte city Apartments göydələni silindr formasında tikilmişdir ki, bunun nəticəsində günəş işığı mənzillərə daxili tərfdən də girə bilir. 55 mərtəbəli bu bina 173 metrdir(567,6 fut). Bu bina yaşayış binası kimi tikilmişdi. Ponte City Apartmens göydələninin memarı Manfred Xermer olmuşdur. == Tarixi == 1970-ci illərdə bina Yohanessburqda ən nüfuzlu yaşayış binalarından biri idi, lakin 1980-ci illərin sonlarında ərazidə cinayət kəskin şəkildə çoxaldığına görə sakinlər binadan ayrıldı və bina bandalar tərəfindən tutuldu. XXI əsrin əvvəllərində bina və ətraf ərazini bərpa etmək üçün cəhdlər edilmişdir, lakin 2007-ci il ipoteka böhranı əmlak qurucularının planlarını qismən pozub. Bina 2015-ci ildən etibarən yaşayış yeridir, 24 saat mühafizə olunur və biyometrik giriş nəzarəti sistemi ilə təmin olunur.